Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5649/2022 10.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-yə qarşı “mənzilin təhvil verilməsi, vurulmuş ziyana görə və pul” tələbinə dair mülki iş üzrə Bakı şəhər Nizami Rayon Məhkəməsinin 2(007)-359/2022 saylı, 17 iyun 2022-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı “mənzilin təhvil verilməsi, vurulmuş ziyana görə və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli, 2(007)- 359/2022-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı “mənzilin təhvil verilməsi, vurulmuş ziyana görə və pul” tələbinə dair mülki işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli qiyabi qətnaməsi ilə, iddia təmin edilmiş, xx.xx.2018-ci il tarixli, 0490 saylı müqaviləyə əsasən Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsində yerləşən və tikilməkdə olan hündür mərtəbəli yaşayış evinin 11-ci mərtəbəsində 3 otaqdan ibarət, ümumi sahəsi 98.5 kv.metrdən ibarət D.11.6 saylı mənzil Cavabdeh MMC tərəfindən İddiaçı təhvil verilməsi, xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2018-ci il tarixli, 0490 saylı müqavilənin şərtinə uyğun olaraq Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsində yerləşən və tikilməkdə olan hündür mərtəbəli yaşayış evinin 11-ci mərtəbəsində 3 otaqdan ibarət, ümumi sahəsi 98.5 kv.metrdən ibarət D.11.6 saylı mənzil təhvil verilənədək kirayə haqqı olaraq hər ay 600 manat məbləğində pul, dəymiş mənəvi ziyanın əvəzi olaraq 600 manat, vəkil haqqı qismində ödənilmiş 110 manat və 120 manat ödənilmiş dövlət rüsumu Cavabdeh MMCdən tutularaq İddiaçı verilməsi qət edilmişdir Cavabdeh MMC xx.xx.2022-ci il tarixində qiyabi qətnamənin ləğv olunmasına dair ərizə verərək, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin icraatında olmuş 13 aprel 2022-ci il tarixli, 2(007)-359/2022 saylı qiyabi qətnamənin ləğv edilməsi, mülki işin təzələnərək mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh MMC-yə qarşı “mənzilin təhvil verilməsi, vurulmuş ziyana görə və pul” tələbi barədə iddia qaldırmışdır. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)-359/2022 saylı Qiyabi Qətnaməsi ilə iddia tələbinin təmin edilməsi qərarlaşdırılmışdır. Qeyd olunan qiyabi qətnamə çıxarılan zaman cavabdehin iştirakı təmin olunmamış və Azərbaycan Respublikası MPM-nin 17-ci fəsli üzrə qiyabi icraat və qiyabi qətnamə instutunun müddəlarına riayət olunmamaqla qəbul olunmuşdur. Belə ki, cavabdehin ünvanlarına heç bir məhkəmə bildirişi göndərilməmiş və onlara lazımi qaydada xəbərdar olunmadıqlarından məhkəmə prosesində lazımi formada iştirak edə bilməmişlər. Bildirilir ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il arixli, 2(007)-359/2022 saylı Qiyabi Qətnaməsi rəsmi olaraq onlara xx.xx.2022-ci il tarixdə təqdim edilmişdir. İşin vacib və əhəmiyyətli hallarını və çıxarılmış qətnamənin onların hüquq və mənafelərinə toxunmaqla onları ciddi surətdə pozmasını, qanunun tələbləri ilə onların məhkəmə müdafiəsi hüququnun təmin olunması prinsipini nəzərə alaraq bildirilir ki, xx.xx.2022-ci il tarixli, 2(007)-359/2022 saylı Qiyabi Qətnamə ilə razılaşmaq olmaz və ləğv olunaraq mübahisəyə yenidən tərəflərin iştirakı ilə baxılmalı və ədalətli məhkəmə qətnaməsi çıxarılmalıdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 17 iyun 2022-ci il tarixli, 2(007)-359/2022 saylı qərardadı ilə Cavabdeh MMC-nin qiyabi qətnamənin ləğv edilməsi barədə ərizəsi təmin edilməmişdir. Həmin qərardaddan Cavabdeh MMC-nin nümayəndəsi və vəkili şikayətlə müraciət edərək qərardadın ləğv edilməsini, Məhkəmənin 13 aprel 2022-ci il tarixli, 2(007)-359/2022 nömrəli qiyabi qətnaməsinin ləğv olunması və mübahisəyə tərəflərin iştirakı ilə yenidən baxılması üçün qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qeyd olunan qiyabi qətnamə çıxarılarkən cavabdehin iştirakı təmin olunmamış və MPM-nin 17-ci fəsli üzrə qiyabi icraat və qiyabi qətnamə institutunun müddəalarına riayət olunmamaqla qəbul olunmuşdur. Belə ki, MMCnin ünvanına heç bir məhkəmə bildirişi göndərilməmiş və lazımı qaydada xəbərdar olunmadıqlarından məhkəmə prosesində lazımı qaydada iştirak edə bilməmişlər. İşin vacib və əhəmiyyətli hallarını və çıxarılmış qətnamənin onların hüquq və mənafelərinə toxunmaqla onları ciddi surətdə pozmasını, qanunun tələbləri ilə onların məhkəmə müdafiəsi hüququnun təmin olunması prinsipini nəzərə alaraq bildirirlər ki, xx.xx.2022-ci il tarixli, 2(007)-359/2022 saylı qiyabi qətnamə ilə razılaşmaq olmaz və ləğv olunaraq mübahisəyə yenidən tərəflərin iştirakı ilə baxılmalı və ədalətli məhkəmə qətnaməsi çıxarılmalıdır. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı onlara rəsmi qaydada xx.xx.2022-ci il tarixdə təqdim edilmişdir. Məhkəmənin 06 iyul 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 244-cü maddəsinə əsasən cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Həmin Məcəllənin 250-ci maddəsinə əsasən əgər məhkəmə cavabdehin iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməməsini və ya cavabdehin üzrlü səbəblərdən məhkəmə iclasına gəlməməsini vaxtında məhkəməyə bildirməyə imkanının olmamasını müəyyən etsə, qiyabi məhkəmə qətnaməsi ləğv edilməlidir Kollegiya qeyd edir ki, iş materiallarında olan hazırlıq və baxış iclaslarının keçirilməsi ilə bağlı göndərilmiş məhkəmə bildirişlərinin reyestrlərindən və “sms xəbərdarlıq”ların çıxarışlarından görünür ki, Cavabdeh MMC-nin əlaqə nömrələri olan “***- ***-**-**” və “***-***-**-**” telefon nömrələrinə ünvanlanmış xəbərdarlıqlar MMC-yə çatdırılmışdır. Bundan başqa məhkəmə 24 fevral 2022-ci il tarixdə mənzilə yerində müayinə keçirən zaman Cavabdeh MMC-nin ofisində “Akt” tərtib etmişdir. Aktı Cəmiyyətin direktoru X1 və X2 (fəhlə) imzalamışlar. Cəmiyyətin direktoru Z.Zeynalov akta əlavə qeydini yazmışdır. Eyni zamanda Zeynal Zeynalova növbəti məhkəmə iclası barədə məhkəmə bildirişi (xx.xx.2022-ci il saat 11:20) təqdim olunmuş və o, şəxsən bildirişi imzalayaraq qəbul etmişdir. Həmçinin, kollegiya iş materiallarına əsaslanaraq qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən proses boyu və qiyabi qətnamə çıxarılan zaman cavabdehin iştirakının təmin olunması üçün mülki prosessual qanunvericiliyin bütün tələblərinə əməl edilmiş, cavabdehə məhkəmə bildirişləri və “sms xəbərdarlıq”lar göndərilmişdir. Qeyd edilən bildirişlər cavabdehə çatdırılaraq cavabdeh lazımi qaydada xəbərdar edilmişdir. Lakin, iş materiallarından cavabdehin üzrlü səbəblərdən məhkəmə iclasına gəlməməsinin vaxtında məhkəməyə bildirməyə imkanının olmaması halı da müəyyən edilmir. Beləliklə, Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin yuxarıda göstərilən hallarını və sadalanan prosessual hüquq normalarını nəzərə almaqla qiyabi qətnaməsinin ləğv edilməsi barədə ərizənin təmin edilməməsində haqlı olmuşdur. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 250, 263-264, 397-398, 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin ediməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-359/2022 saylı, 17 iyun 2022-ci il qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov
Məhkəmə qərarları › İş №2(103)-5649/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5649/2022
10.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver