Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5650/2023 08.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X3 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “mənzilin təhvil verilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5429/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qiyabi qətnaməsindən müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh MMC ilə aralarında bağlanmış xx.xx.2009-cu il tarixli Bakı şəhəri, Yeni Yasamal massivində inşa edilən 1 saylı yaşayış binasının 17-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 91.4 kv.m-dən ibarət olan 3 otaqlı, 124 nömrəli mənzilin müqavilədə göstərilən şərtlərlə ona təhvil verilməsi və mənzil üzərində sahiblik və istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5429/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qiyabi qətnaməsinə əsasən iddianın təmin edilməsi, Cavabdeh MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində inşa edilmiş 1 saylı çox mərtəbəli yaşayış binasının 17-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 91,4 kv.m-dən ibarət olan 3 (üç) otaqlı 124 saylı mənzilin iddiaçı X5 təhvil verilməsi və onun mənzilə sahiblik və istifadə hüququnun tanınması qət edilmişdir. Bundan sonra Maraqlı şəxs ASC həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5429/2022 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı “mənzilin təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Maraqlı şəxs ASC müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş, müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs ASC-nin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5429/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Lakin mülki işə apellyasiya icraatında baxılan zaman müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs ASC “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə ərizə ilə məhkəməyə müraciət edərək, mülki iş üzrə tərəflər arasında razılaşma əldə edildiyi üçün apellyasiya şikayətindən imtina etdiyini bildirmiş və iş üzrə apellyasiya icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası ərizəni nəzərdən keçirib, iş materiallarını tədqiq edərək, hesab edir ki, müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs ASC-nin apellyasiya şikayətindən imtinası qəbul edilməli və iş üzrə apellyasiya icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 369.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur; 369.2-ci maddəsinə əsasən apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər; 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs ASC-nin qeyd edilən qətnamədən verdiyi apellyasiya şikayətindən imtina etməsi qanuna zidd olmadığından qəbul olunmalı və müstəqil tələblər irəli sürməyən üçüncü şəxsə münasibətdə apellyasiya icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 263- 264-cü, 369-cu, 400-cü, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5429/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qiyabi qətnaməsindən müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs ASC-nin apellyasiya şikayətindən imtinası qəbul edilsin və müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs ASC-yə münasibətdə apellyasiya icraatına xitam verilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-5650/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5650/2023
08.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver