Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5653/2023 26.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “evin boşaldılması və iddiaçıya təhvil verilməsi tələbi barədə” dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X3 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 24 iyul 2023-cü il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən işə, İddiaçı, özü cavabdeh olmaqla yanaşı həm də digər Cavabdeh2 nümayəndəsi (atası) Cavabdeh1 və sonuncunun vəkili (nümayəndəsi) Vəkil1 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat
1. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, JN-356 nömrəli Dövlət Aktı (kod - ********) ilə Quba rayonu, Alekseyevka kəndində kənd təsərrüfatı təyinatlı 0,66 ha (66 sot) torpaq sahəsində 200 kv.metr sahədə inşa etdiyi evdən cavabdehlərin – qardaşı Cavabdeh1, sonuncunun oğlu Xənadan Hacıyevin ailə üzvləri və əşyaları ilə bilikdə çıxarılması və evin tam boşaldılaraq ona təhvil verilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulması, icarə haqqının əvəzinin – 33.600 manat pulun Cavabdeh1 tutularaq ona ödənilməsi, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödədiyi dövlət rüsumunun əvəzinin – 190,80 manat məbləğdə pulun hər iki cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, 356 nömrəli “Dövlət aktına” (kod - ********) əsasən Quba rayonu, Alekseyevka kəndində kənd təsərrüfatı təyinatlı 0,66 ha torpaq sahəsi paylı mülkiyyət hüququ ilə iddiaçıya, iddiaçının arvadı X4 və onların övladı Hacıyeva (Qurbanova) Pərvanə Pərviz qızına məxsus olmuşdur. İddiaçı sözügedən torpaq sahəsində bağ evinin tikintisi üçün Quba Rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Bu səbəbdən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba Rayon Şöbəsi, Quba Rayon İcra Hakimiyyətinin baş memarı, Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin Quba Yanğından mühafizə bölməsinin, Rayon Torpaq Komissiyasının birgə tərtib etdiyi xx.xx.2022-ci il tarixli, 062002-ci il tarixli “Akt-rəyə” əsasən, iddiaçının bağ evinin tikintisi üçün ayrılacaq torpaq sahəsi Alekseyevka kəndinin yaxınlığında yerləşməklə tikinti qaydalarına uyğun olaraq tikinti şərtlərinə əməl edilməklə bağ evinin tikintisi üçün münasib hesab edilmişdir. Eyni zamanda qeyd olunan dövlət orqanları bağ evinin tikintisi üçün torpaq sahəsinin gigiyenik tələblərə uyğun olması, yanğına qarşı təhlükəsiz olması, sahədən kommunikasiya xətlərinin keçməməsi müəyyən edilərək təsdiq edilmişdir. Göstərilənlərə əsasən iddiaçıya Quba rayonu, Alekseyevka kəndində bağ evinin tikintisi üçün 200 kv.m. torpaq sahəsinin ayrılması yuxarıda qeyd olunan dövlət orqanlarından ibarət komissiya tərəfindən məqsədəuyğun hesab edilmişdir. Bundan sonra Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba Rayon Şöbəsinin xx.xx.2002-ci il tarixli, 945 nömrəli rəyinə əsasən iddiaçının bağ evinin tikintisi üçün torpaq sahəsinin ayrılması barədə ərizəsi nəzərə alınmış və sözügedən torpaq sahəsində bağ evinin tikilməsinə razılıq vermişdir. Yuxarıda qeyd edilən hər iki rəyi nəzərə almış Quba RİH başçısının xx.xx.2003-cü il tarixli, 18 nömrəli sərəncamına əsasən iddiaçıya məxsus və Quba rayonu, Alekseyevka kəndindəki torpaq sahəsində bağ evinin tikintisinə icazə verilmişdir. İddiaçı evi inşa etdirdikdən sonra, iddiaçının Qusar Rayon Polis Şöbəsində işləyən qardaşı Cavabdeh1 iddiaçıdan xahiş etmişdir ki, yaşamağa evi olmadığı üçün həmin evi yaşamaq üçün müvəqqəti olaraq ona versin. İddiaçı, doğma qardaşına etibar etdiyi üçün evi qardaşına müvəqqəti yaşamaq üçün vermişdir.
Bundan bir müddət sonra iddiaçıya məlum olmuşdur ki, qardaşı Cavabdeh1 torpaq sahəsini qanunsuz olaraq övladına – iş üzrə digər Cavabdeh2 adına keçirmişdir. Bu səbəbdən iddiaçı evin boşaldılması üçün Cavabdeh1 rəsmi şəkildə müraciət etmişdir. Cavabdeh1 müraciətinə məhəl qoymamış və evdən çıxmaqdan və evi boşaltmaqdan imtina etmişdir. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Eyni zamanda Cavabdeh1 2008-ci ildən qanunsuz olaraq iddiaçının evində yaşadığı üçün iddiaçıya aylıq 200 manat hesablanmaqla 33.600 manat icarə haqqı ödəməlidir. b) cavabdeh tərəfin iddia tələbinə münasibəti barədə məlumat
3. Cavabdeh tərəfin iddiaya qarşı etirazı onunla əsaslandırılmışdır ki, iddiaçı əvvəllər də mübahisəli evi cavabdehlərin əlindən almaq üçün məhkəmələrə müraciət etmiş, lakin istəyi baş tutmamışdır. Əvvəlki məhkəmələrdə də sübut olunmuşdur ki, mübahisəli ev Cavabdeh1 tərəfindən öz vəsaiti hesabına tikilib və həmin evdə 15 ildən çoxdur ki, yaşayır, bağ işləri həyata keçirir. Cavabdeh1 evdə övladlarına xeyir işlər və ad günləri keçirmişdir. İddiaçının başqalarına 2.000.000 manat borcu var və digər vasitələrlə pul əldə edib, borclarının müəyyən hissəsini qaytarmaq istəyir. İddiaçı 2020-ci ilin fevral ayının axırında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə ittiham edilərək həbs edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İddiaçı evin və həyətin ölçülərini və quruluşunu bilmir. Evin sənədlərinin əsli Cavabdeh1dir. Evin layihəsinin kimin tərəfindən çəkildiyini də iddiaçı bilmir. Evi tikən usta – Quba rayonu Qızıl Qazma kənd sakini X8 öz briqadası ilə evin inşasına 2001-ci ilin aprel ayından başlamış, 2007-ci ilin noyabr ayının axırında isə evin inşasını bitirərək Cavabdeh1 təhvil vermişdir. xx.xx.2007-ci il tarixdən də bugünə kimi Cavabdeh1 ailəsi və nəvələri ilə birgə orada yaşayır. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
4. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir.
5. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia ərizəsi və əlavə olunmuş sənədlər, həmçinin Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən digər mülki iş (İş № 2(004)-132/2023) üzrə şahid qismində dindirilmiş X2 ifadəsindən də müəyyən edilir ki, Quba rayonu, Alekseyevka kəndində kənd təsərrüfatı təyinatlı 0,66 ha torpaq sahəsində yerləşən mübahisəli ev Cavabdeh1 tərəfindən tikilmişdir. Həmçinin Quba RİH başçısının xx.xx.2003-cü il tarixli sərəncamına baxmayaraq həmin ev Cavabdeh1 mülkiyyətindədir. Odur ki, iddia tələbi əsassız olmaqla, təmin edilməməlidir. d) apellyasiya şikayəti barədə məlumat
6. İddiaçı, həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. e) apellyasiya baxışı iclasında tərəflərin iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat
8. İddiaçı apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətinin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdi. O əlavə olaraq bildirdi ki, onun və ailə üzvlərinin torpağa dair hazırki iş üzrə cavabdehlər arasında bağlanmış “Alğı-satqı müqaviləsinin” etibarsız hesab edilməsi barədə iddiaları Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)- 132/2023 saylı qətnaməsi ilə rədd edilsə və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə həmin qətnamə qüvvədə saxlanılsa da, o, kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət etmişdir. Hər bir halda hesab edir ki, həmin iddianın rədd edilməsinə baxmayaraq hazırki iddiası əsaslı hesab edilərək, təmin edilməlidir.
9. İş üzrə özü cavabdeh olmaqla yanaşı həm də digər Cavabdeh2 nümayəndəsi (atası) olan Cavabdeh1 və sonuncunun vəkili (nümayəndəsi) Vəkil1 apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdilər və Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnamənin əsaslarına, habelə iddiaya etirazın məzmununa uyğun izahat verdilər. Cavabdeh1 əlavə olaraq bildirdi ki, torpaq sahəsi iddiaçının adına qeydə alınsa da, torpaq sahəsi əvvəldən onun olmuş və iddiaçının adına formal olaraq rəsmiləşdirilmişdir. Bu səbəbdən də, torpaq sahəsində evin tikintisinə icazə də formal olaraq iddiaçının adına verilmişdir. Ev iddiaçının deyil, onun vəsaiti hesabına və onun tərəfindən inşa edilmişdir. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
10. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
11. Belə ki, Quba Rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2003-cü il tarixli sərəncamından görünür ki, sərəncamverən, Quba RİH-nin Torpaq komissiyasının iclasının xx.xx.2003-cü il tarixli 01 saylı protokolunun təsdiq edilməsini, Quba rayonunun Alekseyevka kənd sakini olan iddiaçının özəl torpaq sahəsində bağ evinin tikintisinə icazə verilməsi barədə ərizəsini, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsinin xx.xx.2002-ci il tarixli, 945 saylı rəyini, torpaq mülkiyyət hüququna dair JN-356 saylı “Dövlət aktıni”, Rayon Torpaq Komissiyasının xx.xx.2002-ci il tarixli “Akt-rəyinin” nəzərə alınaraq iddiaçıya özəl torpaq sahəsinin 200 kv.metrində bağ evinin tikintisinə icazə verilməsi barədə sərəncam vermişdir.
12. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)- 132/2023 saylı qətnaməsindən görünür ki, iddiaçılar (hazırki iş üzrə iddiaçı) İddiaçı, onun arvadı (hazırki iş üzrə tərəf olmayan) X7 və onların övladı (hazırki iş üzrə tərəf olmayan) X6 cavabdehlər (hazırki iş üzrə cavabdeh) Cavabdeh1, (hazırki iş üzrə cavabdeh) Cavabdeh2 və (hazırki iş üzrə tərəf olmayan) 1 saylı Xaçmaz Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 etibarnamə əsasında onların adından çıxış edərək, onlara məxsus və Quba rayonu, Alekseyevka kəndində kənd təsərrüfatı təyinatlı 0,66 ha ölçülü torpaq sahəsinə dair öz oğlu Cavabdeh2 ilə xx.xx.2020-ci il tarixdə notarial qaydada bağladığı “Alğı-satqı müqaviləsinin” etibarsız hesab edilməsi, həmin müqavilənin yaratdığı bütün hüquqi nəticələrin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Həmin iddiaya dair mülki işə baxmış Yasamal Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın rədd edilməsini qət etmişdir. Həmin qətnamədən görünür ki, iddianı rədd etmiş məhkəmə işin hallarını və şahid qismində dindirilmiş X1 verdiyi ifadəni nəzərə almışdır.
13. Məhkəmə bildirir ki, qeyd edilən mülki işin baxılması zamanı işə baxmış Yasamal Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş X5 məhkəməyə verdiyi ifadədə göstərmişdir ki, (həmin və hazırki iş üzrə cavabdeh) Cavabdeh1 2007-ci ildə mübahisəli torpaq sahəsində evi tikəndə onun atası orada mühafizəçi işləmişdir. Özü isə 2007-ci ildən həmin bağda hazıradək bağbanlıq edir. (Həmin və hazırki iş üzrə iddiaçı) İddiaçı tanıyır, amma onu bağda görməmişdir. Orada yaşayan Cavabdeh1 olmuşdur. Əmlakın hüquqi əsaslarla kimin mülkiyyətində olması barədə məlumatı yoxdur. O, orada həmişə Cavabdeh1 və onun ailəsini görmüşdür. Orada bağ sahəsi olmuş, ağacları isə Cavabdeh1 vəsaiti hesabına əkmiş və bağa onun vəsaiti hesabına qulluq edir, haqq alır. Mübahisəli torpaq sahəsindəki evin açarı da onda saxlanılır. Çünki Cavabdeh1 və ailəsi qış aylarında şəhərdə, yay aylarında isə orada qalırlar. İddiaçı isə nə tək, nədə ailəsi ilə birlikdə orada yaşayan görməmişdir. Onda olan məlumata görə, İddiaçı ilə Cavabdeh1 arasında problemlər və hazırki mübahisə təxminən 5-6 ay əvvəl başlamışdır, ondan əvvəl problemlərin olmasından xəbəri olmamışdır. Ev tikilərkən ustaların kim olduğunu bilmir.
14. Məhkəmə hazırki mülki işin materiallarını və hazırki iş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatları nəzərə alaraq bildirir ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə görə, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Nəzərə alınmalıdır ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Mənzildən və digər yaşayış sahəsindən məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır.
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (maddə 157.4.). Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1.). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (maddə 157.2.).
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
17. İddiaçı, mübahisəli evin onun vəsaiti hesabına inşa edildiyini və bu səbəbdən ona məxsus olduğunu bildirsə də, bu halı təsdiq edə biləcək sübutları (tikinti sənələrini, smeta sənədlərini, tikintiyə çəkilmiş xərclərin ödənilməsi ilə bağlı sənədləri, şahidləri – evin inşasında iştirak etmiş heç olmasa bir ustanı və ya iddiaçının bildirdiyi xüsusatları təsdiq edə biləcək heç olmasa bir şəxsi) məhkəmələrə təqdim etməmişdir. Halbuki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmək yükünü daşıyır.
18. Bunun əksinə müəyyən edilir ki, Cavabdeh1 iddia tələbinə qarşı irəli sürdüyü etirazının əsası 2(004)-132/2023 saylı işin baxılması zamanı şahid qismində dindirilmiş X1 verdiyi ifadə ilə təsdiq olunur (bax: hazırki qətnamənin 13-cü bəndinə).
19. Bu baxımdan müəyyən edilir ki, iddia tələbi sübuta yetmir.
20. Bununla yanaşı qeyd edilməlidir ki, hazırki mülki işə apellyasiya qaydasında baxılan zaman müəyyən edilmişdir ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-132/2023 saylı qətnaməsindən (bax: hazırki qətnamənin 12ci bəndinə) həmin iş üzrə iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2023cü il tarixli qətnamə (İş № 2(103)-2869/2023) ilə apellyasiya şikayətinin təmin edilməməsini, Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını qət etmişdir.
21. Həmin və hazırki iş üzrə İddiaçı həmin qətnamədən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verdiyindən, Məhkəmə, hazırki iş üzrə icraatı dayandırmışdır. Çünki həmin işin başlanmasına əsas olmuş iddianın təmin olunun-olunmaması hazırki işin nəticələrinə təsir göstərə bilərdi.
22. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-3445/2023 saylı qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
23. Göründüyü kimi yuxarıda qeyd edilən torpaq sahəsi üzərində iddiaçının artıq mülkiyyət hüququ yoxdur.
24. İddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququ məhkəmə aktlarına əsasən bərpa edilmiş olsa idi, onda Məhkəmə yaranmış həmin hal əsasında iddiaçının mübahisəli ev üzərində mülkiyyət hüququnun yaranıb-yaranmamasına qiymət verə bilərdi. Amma iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququ bərpa edilmədiyindən və iddianın sübuta yetməməsinə (bax: hazırki qətnamənin 14-19-cu bəndlərinə) əsaslanan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi iddianı rədd etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri əsassızıdır. g) apellyasiyanın nəticəsi
25. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur.
26. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
27. Məhkəmə, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
28. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu, MPM-in 119.1-ci maddəsinin tələbinə görə apellyatorun özünə aid edilməlidir.
29. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 24 iyul 2023-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.