Məhkəmə qərarları › İş №2(103)-5653/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5653/2025

08.01.2026 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5653/2025 08.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Şirinova (Qurbanova) Çinarə Qəhrəman qızının cavabdeh “X29” ASC-yə qarşı işə bərpa və sairə tələbinə dair mülki iş üzrə (Açar sözlər: əmrin ləğvi, işə bərpa, məcburi işburaxma üçün əmək haqqı tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X28 (sədrlik edən və məruzəçi), X24 və X7 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Həsənova Bahar Elxan qızının katibliyi, İddiaçı və vəkili Vəkil2, Cavabdeh “X29” ASC-nin nümayəndələri X19 və X4 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(006)-2784/2025 saylı qətnaməsindən iddiaçı Şirinova (Qurbanova) Çinarə Qəhrəman qızı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.İddiaçı adına xx.xx.2011-ci il tarixdə açılmış əmək kitabçasının surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə Mingəçevir filialının kassa xidməti üzrə aparıcı mütəxəssis vəzifəsinə, xx.xx.2022-ci il tarixdə baş mütəxəssis vəzifəsinə keçirilmişdir. 2.“X25” ASC-nin xx.xx.2021-ci il tarixli 1276 №li əmrdə göstərilmişdir ki, bankın ötən illərdə müqayisədə illik mənfəətində azalmanın müşahidə olunması xərclərin optimallaşdırılması və struktur islahatlarının dərhal həyata keçirilməsini zəruri edir. Aparılmış ilkin təhlillər göstərir ki, kassa xidmətləri üzrə əməkdaşların sayı bankın faktiki ehtiyacından yüksəkdir və cari struktur və cari struktur quruluşu büdcənin maksimal səmərəli idarə olunmasına mane olur. Eyni zamanda rəqəmsal bank xidmətlərinə tələbat artması ilə əlaqədar müştərilər tərəfindən kassa xidmətlərinə ehtiyac azalmışdır. Buna görə də ölkə üzrə bütün filiallarda kassa strukturunun yenidən qiymətləndirilməsi, xidmət proseslərinin sadələşdirilməsi və əməkdaş resurslarının əlverişli şəkildə bölüşdürülməsi məqsədi ilə kassa xidmətlərinin optimallaşdırılması işlərinə dərhal başlanılması və işçilərin sayının tələbata uyğunlaşdırılması nəzərdə tutulmuşdur. 3.“X29” ASC tərəfindən X10 ünvanlanmış xx.xx.2024-cü (xx.xx.2024-cü il) il tarixli bildirişlərdə göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 56-cı maddəsinə əsasən əməyin təşkilində dəyişiklər edilməsi zərurəti ilə əlaqədar əmək şəraitinin şərtləri dəyişdirilərək xx.xx.2024-cü (xx.xx.2024-cü il) il tarixdən əmək haqqı azaldılaraq 400 manat həcmində və iş saatları 11:00-dan 16:00-dək, 13:00-dan 14:00-dək müddətdə 1 saatlıq yemək fasiləsi olmaqla müəyyən ediləcəkdir. Aktiv əmək müqaviləsi üzrə əmək şəraitinin digər şərtləri olduğu kimi saxlanılır. Bununla razılaşmadığı halda, başqa vəzifəyə keçirilməsi imkanlarına baxılacaqdır. Bu da mümkün olmadıqda isə onun əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “c” bəndində nəzərdə tutulan əsasla xitam veriləcəkdir.

4. “X29” ASC tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş aktın surətində göstərilmişdir ki, X26 ilə bank arasında xx.xx.2019-cu il tarixdə bağlanmış əmək müqaviləsinə dəyişiklik edilməsi haqqında xx.xx.2024-cü il tarixində 1 ay sonra əmək şəraitinin şərtlərinin dəyişdiriləcəyi barədə yazılı bildiriş təqdim edilsə də o, bildirişi qəbul etməkdən imtina etmişdir. Bununla bağlı həmin bildiriş onun ev ünvanına və sms vasitəsi ilə mobil nömrəsinə göndərilmişdir.

5. ƏƏSMN-nın yanında DƏMX Bakı şəhər İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubla, onun xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2025-ci il tarixli eyniməzmunlu müraciətlərinə cavab olaraq göstərilmişdir ki, "X29" ASC tərəfindən Xidmətin Bakı şəhər İdarəsinə təqdim edilmiş məktub və sənədlərdən Bankın “Mingəçevir" filialında kassa xidmətləri üzrə baş mütəxəssis vəzifəsində çalışdığı, vəzifə maaşının 800 manat məbləğində olduğu və vəzifə maaşının əlavələrin nəzərdə tutulmadığı məlum olmuşdur. Həmçinin "X29" ASC tərəfindən Xidmətin Bakı şəhər İdarəsinə təqdim edilmiş məktubda işdən kənarlaşdırılmadığı, iş proseslərinin optımallaşdırılması və əməyin təşkilində dəyişikliklər edilməsi zərurəti ilə əlaqədar olaraq Bankın "Mingəçevir" filialında kassa xidmətləri prosesinə dəyişikliklər tətbiq edildiyi, nəticədə kassa xidmətləri üzrə mütəxəssisin əmək şəraitinin şərtlərinin dəyişdirilməsi zərurəti yarandığı, həmin vəzifəni yalnız o icra etdiyindən əmək şəraitinin şərtlərinin dəyişdirilməsi ilə bağlı qərarın barəsində tətbiq edildiyi, bu çərçivədə, xx.xx.2024-cü il tarixindən etibarən iş saatlarınızın 11:00-dan 16:00-dək müəyyən edilməsi və əmək haqqınının 400 manat təyin edilməsi barədə ona bildirişin göndərilməsi, xx.xx.2024-cü il tarixindən etibarən işə getmədiyi və bu barədə Banka rəsmi məlumat vermədiyi qeyd edilmişdir. Eyni zamanda məktubda 2024-cü ilin may ayında əmək haqqından tutulma halının əmək qabiliyyətinin olmaması vərəqəsinin əslinin Banka təqdim edilmədiyinə görə olduğu, müvafiq sənəd Banka təqdim edilən zaman - iyun ayının müavinətində hesablanaraq ödənildiyi və əmək müqaviləsi üzrə öhdəliklərinizi yerinə yetirmədiyinizə görə (X38 qaydalarının 4-cü və 9-cu bəndlərini pozduğunuza görə) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən ona töhmət verildiyi bildirilmişdir. Bir daha bildirilmişdir ki, tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin "Əmək və Məşğulluq" altsisteminə baxış keçirilərkən “X29” ASC tərəfindən ona aid əmək müqaviləsinin bağlanmasına dair bildirişin xx.xx.2011-ci il tarixdə qeydiyyata alındığı və həmin bildirişin hazırda qüvvədə olduğu müəyyən edilmişdir. Məcəllənin 190-cı maddəsinin 3-cü hissəsinə əsasən işçi intizam tənbehi verilərkən işəgötürən tərəfindən qanunvericiliyin tələblərinin və onun hüquqlarının pozulduğunu iddia edərsə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisəsinin həlli üçün məhkəməyə müraciət edə bilər. Müraciətinizdə qeyd etdiyi məsələlərin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququ vardır.

6. “X29” ASC-nin Mingəçevir filialının xx.xx.2025-ci il tarixli 223-K/Ming saylı əmrindən görünür ki, X1 xidmətləri üzrə baş mütəxəssis vəsifəsindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2c bəndinə əsasən əmək şəraitinin şərtlərinin dəyişməsi ilə əlaqədar olaraq tutduğu vəzifədən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.

7. İddiaçının himayəsində 3 övladı vardır. Onlardan birinin sağlamlıq imkanları məhduddur.

a)Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı Şirinova (Qurbanova) Çinarə Qəhrəman qızı cavabdeh “X29” ASC-yə qarşı iddia ərizəsi məhkəməyə müraciət edərək, əmək şəraitinin qanunsuz dəyişdirilməsi hallarının etibarsız hesab olunmasını; onun əvvəlki əmək şərtlərinə və vəzifəsinə bərpa olunmasının təmin edilməsi, dəyişikliklər nəticəsində əmək haqqında və digər hüquqlarında yaranmış fərqlərin ödənilməsi haqqında barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2001 ci il tarixindən etibarən “X29” ASC-də ümumi işlər üzrə mütəxəssis vəzifəsində əmək müqaviləsi əsasında işləyir. Ən son xx.xx.2019cu il tarixində “Kassa xidmətləri“ üzrə aparıcı mütəxəssis vəzifəsində çalışaraq “Baş Mütəxəssis “vəzifəsinədək yüksəlmişdir. Tək ana 3 övladı vardır, oğul övladının sağlamlığı məhdud uşaqlar siyahısındadır. xx.xx.2024-cü ildə müəssisə rəhbərliyi tərəfindən onun xəbəri və razılığı olmadan əmək funksiyası və əmək şəraiti dəyişdirilmiş, əvvəlki iş şəraitindən fərqli olaraq vəzifə əmək haqqı 50 % azaldılmış, iş qrafiki əmək müqaviləsinə aid olmadan əsassız və razılığı olmadan dəyişdirilmiş, Banka aid olan işlərin ona verilməməsi həmin vaxta boş vakansiyanın olmasına baxmayaraq həmin vəzifəyə onu təyin etməmiş, filialın müdiri Rəşad Əhmədzadə və Səyyər Əliyev kassa müdiri bilərəkdən kollektivi ona qarşı mənfi rəy yaratmışdır.

10. Daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, onunla əmək müqaviləsinə xitam verilməsi haqqında "xxxx" KB ASC-nin 223-K/Ming saylı, xx.xx.2025-ci il tarixli əmrinin ləğv edilməsi, onun “Unibank" KB ASC-yə Kassa xidmətləri üzrə baş mütəxəssis işinə bərpa edilməsi və ona xx.xx.2025-ci il tarixdən başlayaraq işə bərpa edildiyi günədək məcburi iş buraxdığı günlər üçün əmək haqqının hesablanmaqla ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

11. Ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2011-ci il tarixindən "xxxx" ASC Mingəçevir filialı üzrə ilk olaraq ümumi işlər üzrə mütəxəssis, sonra əməliyyatçı, kredit mütəxəssisi və ən son olaraq kassa xidmətləri üzrə baş mütəxəssis vəzifəsində çalışmış, işlədiyi müddətdə vəzifə öhdəliklərini yüksək səviyyədə yerinə yetirmiş və daim rəhbərliyin rəğbətini qazanmışdır. xx.xx.2019-cu il tarixindən aidiyyatı qurumda kassa xidmətləri üzrə Baş mütəxəssis vəzifəsinə keçirilmişdir. xx.xx.2024-cü tarixindən etibarən iş yerinə buraxılmamış, haqqında kassadan kənarlaşdırılma qərarı verildiyi barəsində “Unibank" ASC Mingəçevir filialının X6 tərəfindən məlumatlandırılmışdır. Qeyd etmişdir ki, kassaya buraxılmaması barəsində rəsmi kənarlaşdırma qərarının olmamasına baxmayaraq, əməliyyat şöbəsində boş masada əyləşib gözləməsi tələb olunmuşdur. Bu barədə rəhbərliyə yazılı olaraq məlumat vermiş və araşdırılmasını xahiş etmişdir. xx.xx.2024-cü il tarixində Mingəçevir Şəhər Polis idarəsindən haqqında şikayət olması və araşdırılması üçün Mingəçevir Şəhər Prokurorluğuna göndəriləcəyi barəsində məlumatlandırılmışdır. Şikayət edən şəxs ünvan 2 ünvanında yaşayan "xxxx" ASC Mingəçevir filialının kassa üzrə supervayzeri vəzifəsində çalışan X18 olduğunu öyrənmişdir. Şikayət üzrə HK-1/262 materiallar toplanmış, verilən şikayətin əsassız olması haqqında toplanmış materiallar üzrə cinayət işinin başlanmasına xitam verilmişdir. Haqqında əsassız şikayət verilməsi səbəbindən iş yerindən qanunsuz olaraq uzaqlaşdırılmış, şikayətə xitam verildiyi halda belə o, iş yerinə buraxılmamışdır. Əlavə olaraq Filial X6 iş yerinə giriş üçün istifadə olunan giriş-çıxış proksi kartını ondan almış, kassaya qeyd olunan tarixdən buraxılmamışdır. Qanunsuz uzaqlaşdırılma barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 yazılı olaraq müraciət etmiş, lakin aidiyyatı qurumdan araşdırma başlanmamış, aktiv əmək müqavilənin olmasını rəhbər tutaraq qanunsuz əməlin davam etməsinə münbit şərait yaratmışlar. “Unibank" ASC tərəfindən haqqında heç bir uzaqlaşdırma qərarı rəsmi olaraq təqdim olunmamışdır və o, qısnamalara məruz qalmışdır. xx.xx.2024-cü il tarixində X13 şəhərində olan bölməsinə öz şikayət-müraciətini ünvanlamış xx.xx.2024-cü il tarixində öz izahatını təqdim etmişdir. Bundan sonra digər qurumları və müfəttişliyə də çoxsaylı şikayət məktublarını ünvanlamışdır. Təəssüf olsun ki, izahatında göstərilən nöqsanlar araşdırılmamışdır. Bildirmək istəmişdir ki, xx.xx.2024-cü il tarixdən "xxxx" ASC tərəfindən ona möhürsüz və bildiriş nömrəsi qeyd olunmamış əmək müqaviləsinə dəyişiklik edilməsi haqqında bildiriş filial X6 tərəfindən ona verilmişdir. Qeyd etmişdir ki, ona əmək şəraitinin şərtlərinin dəyişdirilməsi şərti qeyd edilmiş Əmək Məcəlləsinin 68-ci maddəsinə əsaslanan imzasız və möhürsüz sənəd təqdim edilmişdir. Buna qədər isə əmək məcəlləsinin 79 maddəsinə əsaslanan əlavələr təqdim edilsə də həmin sənədlər də imzasız və möhürsüz olmuşdur. Əlavənin biri iş yerinin şərtləri aydın olmayan şəkildə evdən olacağı lakin birində isə müddətsiz müqavilə ilə işləməyimə baxmayaraq həmin müqüaviləyə əlavə olaraq müddətli qeyd edilmişdir. 3 övladı vardır və tək anadır. xx.xx.2020-ci il doğumlu oğlu X33 anadangəlmə qüsürludur və əlildir. Qeyd etmişdir ki, övladlarına tək baxır. Sonuncu əlavənin Əmək Məcəlləsinin 79 maddəsinə deyil məhz 68 maddəsinə əsaslandırılması ona qarşı qərəzli düşünülmüş və bərabərlik hüququnun pozularaq yaradılmış sənəddir əmək məcəlləsinin 68-ci maddəsinə əsaslanan imzasız və möhürsüz təqdim edilmiş sənəddə İdarə Heyətinin təsdiqlənmiş qərarı mövcud deyildir. Ən vacib olanı odur ki, guya onun əmək şaraitinin dəyişməsi bildirilsə də əslində onların etmək istədiyi ştatın ixtisarıdır. Ştatın ixtisan ona münasibətdə mümkün olmadığı üçün yəni ona azından ƏM-nin 79-cu maddəsi ilə digər işçilərdən üstün (müstəsna) hüquqlarım olduğu üçün onu əmək şəraitinin şərtlərinin dəyişdirilməsi səbəbindən işdən çıxarmışlar. Bu cür yanaşma nə qanuna nə də vicdanlılıq prinsipinə uyğun deyildir. Əmək şəraitinin hansı şərtlərinin dəyişdirilməsi və o dəyişikliyə nəyin əsas olduğu qeyd edilməmişdir. Məcəllənin 62-ci maddəsində 5-ci bəndində işdən kənar edilməsini işəgötürənin və ya başqa vəzifəli şəxslərin ona qarşı qərəzli münasibətinə, saxta sənədlər əsasında həyata keçirildiyinə və digər faktlara görə qanunsuz və əsassız hesab edən işçi pozulmuş hüquqlarının bərpa edilməsi, şərəf və ləyaqətinin müdafiə olunması üçün məhkəməyə müraciət edə bilməsi qeyd olunur. Məcəllənin 68-ci maddəsinin “c” bəndində qeyd olunan əmək şəraitinin dəyişdirilinəsi nəticəsində müqaviləyə xitam verilməsinə məcəllənin 55-ci maddəsində nəzərdə tutulmuş qaydada işəgötürən tərəfindən müəyyən edilən əmək şəraitinin əlavə şərtlərinin dəyişdirilməsi əmək müqaviləsinə xitam verilməsi üçün əsas ola bilməz deyə qeyd olunur. Qeyd etmişdir ki, bildirişdə başqa vəzifəyə keçirilmə ilə bağlı qeyd olsa da, ona Mingəçevir filialında və ya bankın digər 32 filialının hər birində vakansiya olmasına baxmayaraq ona bu və ya digər bərabər vəzifəyə aid iş təklif edilməmişdir. Əvəzində imzalamasına razı olmaması kimi qiymətləndirilmiş bənd əlavə edilmiş fikir və söz azadlığı məhdudlaşdırılmışdır. Həmçinin kassada digər işçilərlə münasibətdə onun peşəkarlığı və iş səriştəsi daha üstündür. Kassada əmək şəraiti dəyişdirilərkən əmək yükü bölüşdürməsi nəzərə alınmamış və gender bərabərliyi pozulmuşdur. Kassir əməliyyatçı olaraq o da inkasasiya prosesinə cəlb oluna bilərdi. Şəraitin dəyişdirilməsi bəndi ən son olaraq ona təhkim oluna bilər. Sənədin imzalı və möhürlü formasının ona vaxtında istər elektron istər poçt vasitəsi ilə və ya yerli icra nümayəndəliyi vasitəsilə çatdırılması təmin edilməmişdir. Bir ay müddət tələbi pozulmuşdur. Əmək müfəttişliyinə ünvanladığı ən son müraciətinə cavabda da eyni qaydada bankın xeyrinə hesablanmış cavabdır. Əlavə olaraq sözügedən əmrə diqqət edilsə görünər ki, onu işdən müəssisənin rəhbərliyi deyil İnsan Kapitalının idarə edilməsi departamentinin direktoru çıxarmış və əmr vermişdir. Bu əmri işəgötürən verməli idi.

12. Cavabdeh etirazla məhkəməyə müraciət edərək, iddianın rədd edilməsini xahiş etmiş, etirazı onunla əsaslandımışdır ki, Bankın “Mingəçevir” filialında Kassa xidmətləri üzrə baş mütəxəssis vəzifəsində çalışan X15 xx.xx.2011-ci il tarixindən etibarən Bankda çalışmağa başlamışdır. İş proseslərinin optimallaşdırılması və əməyin təşkilində dəyişikliklər edilməsi zərurəti ilə əlaqədar olaraq Kassa xidmətləri prosesinə dəyişikliklər tətbiq edilmişdir. Bildirmək istəmişdir ki, Kassa xidmətləri prosesinə dəyişikliklər ölkə üzrə Bankın bütün filiallarında 2021-ci ildən etibarən başlamışdır və bu proses davam etməkdədir. Bu cür dəyişikliklər üçün zərurət ondan irəli gəlir ki, Bankın Kassa xidməti üzrə Mütəxəssislərə ehtiyacı azalıb və İnkassatorkassir vəzifəsini həyata keçirən əməkdaşlar mütəxəssisin öhdəliklərini də yerinə yetirirlər. Belə ki, 2021-ci ildə Bankın bütün filialları üzrə Kassa xidmətləri üzrə Mütəxəssislərin sayı 42 nəfər təşkil etmiş, optimallaşdırılmalar aparılaraq 2024-cü ilin sonuna bütün filiallar üzrə yalnız 26 Kassa xidmətləri üzrə Mütəxəssis saxlanılmışdır. İş proseslərinin optimallaşdırılması və əməyin təşkilində dəyişikliklər edilməsi zərurəti ilə əlaqədar olaraq Bankın Mingəçevir filialında da Kassa xidmətləri prosesinə dəyişikliklər tətbiq edilmişdir. Mingəçevir filialında Kassa xidmətləri üzrə Mütəxəssis vəzifəsində çalışan digər əməkdaşı isə inkassator-kassir vəzifəsinə keçirilmişdir. Qurbanova Çinarə qadın əməkdaş olduğundan və inkassatorkassir vəzifəsinin fiziki güc tələb etdiyini və Bankın həmin filialda iki inkassator-kassirə ehtiyacı olmadığını nəzərə alaraq Qurbanova Çinarəyə bu vəzifə təklif edilməmişdir. İnkassator briqadasında inkassatorkassir iştirak edir və Mərkəzi Bankın tələblərinə əsasən inkassator briqadasının hər bir üzvü zirehli gödəkçə (təxminən 15 kq təşkil edir) ilə təchiz olunmalıdır. Eyni zamanda Bankomatları nağd vəsaitlə yükləmək, boşaltmaq və çəkisi bir çox hallarda 25-40 kq-dan artıq olan nağd pul vəsaitlərini filiallara çatdırmaq və təhvil vermək inkassator-kassirin əsas funksiyalarından biridir və fiziki güc tələb edir. Bundan əlavə, inkassator-kassir vəzifəsinin həyata keçirilməsi axşam saatlarında və ya həftəsonları baş verə bilər və üç uşağı olan Qurbanova Çinarənin bu öhdəlikləri həyata keçirə bilməzdi. Belə ki, Əmək Məcəlləsinin 242.1-ci maddəsinə uyğun olaraq 14 yaşınadək uşağı olan, həmçinin əlilliyi olan uşağı olan qadınların gecə vaxtı yerinə yetirilən işlərə, iş vaxtından artıq işlərə, istirahət, iş günü hesab edilməyən bayram və digər günlərdə işə cəlb edilməsinə və ezamiyyətə göndərilməsinə yalnız onların yazılı razılığı ilə (hamilə və 3 yaşınadək uşağı olan qadınlara münasibətdə onların, habelə uşağın həyat və ya sağlamlığına təhlükə yaranmaması barədə həkim rəyi olduqda) yol verilir. Mingəçevir filialının inkassatorkassir vəzifəsində çalışan şəxs nağd pul vəsaitlərinin digər rayonlara çatdırılmasında da (Bakı, Gəncə, İsmayıllı, Bərdə Şəki) iştirak etməlidir, çünki regionlar üzrə yalnız Gəncə və Mingəçevir filialı inkassasiya əməliyyatını həyata keçirir. Qurbanova Çinarənin il ərzində təqdim etdiyi çoxsaylı xəstəlik vərəqələrini də nəzərə alaraq inkassator-kassir vəzifəsinə Qurbanova Çinarə deyil, digər əməkdaş keçirilmişdir. Bu yenidən təşkilin nəticəsi olaraq, Kassa xidmətləri üzrə mütəxəssisin əmək şəraitinin şərtlərinin dəyişdirilməsi zərurəti yaranmışdır. Nəzərə alınaraq ki, Mingəçevir filialında Kassa xidmətləri üzrə Mütəxəssis vəzifəsini yalnız X15 icra edirdi, AR Əmək Məcəlləsinin 56-cı maddəsinin tələblərinə uyğun olaraq əmək şəraitinin dəyişdirilməsi ilə bağlı ona müvafiq qərar tətbiq edilmişdir. Bu çərçivədə, xx.xx.2024-cü il tarixində 1 ay sonra müvafiq əmək şəraitinin şərtlərinin dəyişdiriləcəyi barədə yazılı bildiriş ona təqdim edilmişdir. X8 bildirişin imzalanması ilə bağlı şifahi narazılığını nəzərə alaraq, xx.xx.2024-cü il tarixli Bankın səlahiyyətli şəxsi tərəfindən imzalanmış bildiriş, onun işdə iştirak etməməsi səbəbindən ev ünvanına göndərilmişdir. Göründüyü kimi, Bank Əmək Məcəlləsinin 56-cı maddəsinin 2-ci bəndinin tələblərini gözləyərək əmək şəraitinin şərtlərini dəyişdirməzdən azı bir ay əvvəl işçini yazılı (kağız daşıyıcıda və sms vasitəsilə) məlumatı ilə xəbərdar etmişdir. X15 xx.xx.2024-cü tarixindən xx.xx.2024-cü il tarixinədək işdə iştirak etməmiş və səbəbləri barədə Banka rəsmi hər hansı bir məlumat verməmiş, həmin müddətdə onunla birbaşa əlaqə qurulması mümkün olmamışdır. Sonradan işdə iştirak etmədiyi dövrləri əhatə edən əmək qabiliyyətinin olmama vərəqələrini Banka təqdim etmiş və xx.xx.2025-ci il tarixindən etibarən valideyninin səhhətini əsas gətirərək təqdim etdiyi əmək məzuniyyəti ilə bağlı yazılı şəxsi ərizəsi Banka göndərilmiş və həmin ərizəyə əsasən xx.xx.2025-cil il tarixindən xx.xx.2025-ci il tarixinədək əmək məzuniyyəti rəsmiləşdirilmişdir, xx.xx.2025-ci tarixindən xx.xx.2025-ci il tarixinədək isə əmək qabiliyyətinin olmama səbəbi ilə iddiaçı işdə iştirak etməmişdir. X8 bütün müvafiq əmək qabiliyyətinin olmaması vərəqələrinin (xx.xx.2024- xx.xx.2024, xx.xx.2024-xx.xx.2024, xx.xx.2024-xx.xx.2024, xx.xx.2024-xx.xx.2024, xx.xx.2025- xx.xx.2025) əsli Banka təqdim edilən zaman ilk 14 təqvim günü üzrə Bankın vəsaiti, qalan günlər isə məcburi dövlət sosial sığorta haqları hesabına hesablanaraq ödənilmişdir. Bank tərəfindən X8 ərizəsində qeyd etdiyi işdən kənarlaşdırılma halı baş verməmişdir və ona müvafiq əmək şəraiti təmin edilərək əmək müqaviləsi üzrə əmək haqqı hesablanaraq ödənilmişdir. Məlum olduğu kimi Əmək Məcəlləsinin 62-ci maddəsinin 3-cü bəndinə əsasən işdən kənar edilən vaxt ərzində işçiyə əmək haqqı ödənilmir. Bonus ödənilməməsi və əmək haqqının artırılmaması ilə bağlı iddiaçının şikayəti ilə bağlı bildirilmişdir ki, bonus ödənilməsi və əmək haqqının artırılması ilə bağlı Bankın müvafiq öhdəliyi yoxdur. X8 ərizəsində qeyd etdiyi may ayında əmək haqqından tutulma halı əmək qabiliyyətinin olmaması vərəqəsinin əsli Banka təqdim edilmədiyinə görə, müvafiq sənəd Banka təqdim edilən zaman iyun ayında müavinət hesablanaraq ödənilmişdir. Beləliklə, əmək müqaviləsində nəzərdə tutulan aylıq əmək haqqı məbləğinin ödənilməsi öhdəliyi Bank tərəfindən əmək müqaviləsinə və qanunvericiliyin tələblərinə tam uyğun şəkildə yerinə yetirilmişdir. X16 xx.xx.2025-ci il tarixində işə qayıtmış, iş gününün sonunadək onunla şifahi danışıqlar aparılmış və rəsmi olaraq bildirişdə qeyd edilən şərtlər barədə xəbərdarlıq edilmişdir. Əmək Məcəlləsinin 56.2-ci maddəsinə uyğun olaraq əgər işçi yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq verirsə, onda o, başqa vəzifəyə keçirilməlidir, bu mümkün olmadıqda isə əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin «c» bəndində nəzərdə tutulan əsasla xitam verilə bilər. xx.xx.2024-xx.xx.2025ci il tarixlərini əhatə edən dövr ərzində Mingəçevir filialı üzrə vakansiya mövcud olmamışdır. İddiaçının yeni əmək şəraiti ilə işi davam etdirməyi ilə bağlı rəsmi razılığı daxil olmadığından və ona uyğun başqa vəzifə üzrə vakansiya mövcud olmadığından onunla bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin müvafiq tələbləri qorunaraq, xx.xx.2024-cü il tarixindən etibarən əmək şəraitinin dəyişdirilməsi ilə bağlı bir ay əvvəldən göndərilmiş xəbərdarlıqda qeyd edilən tədbirin icrası olaraq, X15 və Bank arasında bağlanmış xx.xx.2019-cu il tarixli 18/V/l saylı Əmək Müqaviləsinə, xx.xx.2025-ci il tarixində AR Əmək Məcəlləsinin 68-ci maddəsinin “2 c” bəndinə əsasən xitam verilmişdir və xitam verilməsi barədə əmr Bank tərəfindən elektron informasiya sisteminə daxil edilmiş və gücləndirilmiş elektron imza ilə imzalanaraq hüquqi qüvvəyə minmişdir və Çinarə Qurbanovanın informasiya sistemində yaradılan elektron kabinetinə göndərilmişdir. xx.xx.2025-ci il tarixində elektron sistem üzərindən əlavə məlumatlandırma iddiaçıya göndərilmişdir. İddiaçının ev ünvanına da həmin əmr göndərilmişdir. Əmək Məcəlləsinin 49.5-ci maddəsinə əsasən Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinə xitam verilməsi bu barədə əmrin (sərəncamın, qərarın) işəgötürən tərəfindən elektron informasiya sisteminə daxil edilərək gücləndirilmiş elektron imza ilə imzalandığı tarixdən hüquqi qüvvəyə minir. İddiaçı Əmək Məcəlləsinin 60 və 61-ci maddəsinə istinad edərək əmək müqaviləsinin yalnız işçinin razılığı ilə yazılı formada dəyişdirilə biləcəyini qeyd etmişdir. İddiaçı tərəfindən qeyd olunan maddələr işəgötürənin təşəbbüsü ilə başqa işə müvəqqəti keçirmə və başqa işçinin əmək funksiyasını həyata keçirmə ilə bağlıdır, hansı ki, bu halların heç biri İddiaçı ilə Bank arasındakı münasibətlərdə baş verməmişdir. Əmək Məcəlləsinin 56.1-ci maddəsinə əsasən istehsalın və əməyin təşkilində dəyişikliklər edilməsi zəruriyyəti olduqda işçinin peşəsi, ixtisası və vəzifəsi üzrə işi davam etdirməklə əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə yol verilir və bu hal İşəgötürən tərəfindən birtərəfli qaydada həyata keçirilir. İşçinin yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq verməməsi halı isə Əmək Məcəlləsinin 56.2-ci maddəsinə uyğun olaraq tənzimlənir. İddiaçı eyni zamanda Əmək Məcəlləsinin 68-ci maddəsinə istinad edərək əmək şəraitində dəyişikliklər edilməsinin əmək müqaviləsinə xitam verilməsi üçün əsas ola bilməyəcəyini qeyd edib, hansı ki, həmin maddədə tamam əksi göstərilərək əmək şəraitinin şərtlərinin dəyişdirilməsinin əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri olduğu qeyd edilib. Əlavə olaraq, iddiaçı Əmək Məcəlləsinin 78-ci maddəsini və 79-cu maddəsini işdən çıxarılmaması üçün əsas olaraq göstərir. Əmək Məcəlləsinin 78-ci maddəsi yalnız işçilərin ixtisarı zamanı üstünlük hüququnu müəyyən edir. Məcəllənin 79-cu maddəsi isə 70-ci maddə ilə əmək müqaviləsinin ləğv edilməsi qadağan edilən işçiləri müəyyən edir. Həmin maddə Məcəllənin 68-ci maddəsinin “2 c” bəndi ilə əmək müqaviləsinə xitam verilməsini qadağa və istisna etmir. Bundan əlavə, X16 iddia ərizəsində iş qrafikinin dəyişdirilməsi və əmək haqqının 50% azaldılması halına istinad etmişdir. Əmək şəraitinin dəyişdiriləcəyi ilə əlaqədar bildirişdə iş qrafikinin dəyişdirilməsi və əmək haqqının azaldılması nəzərdə tutulmuşdur. Lakin iddiaçı 6 fevral tarixinədək əmək qabiliyyətinin olmaması və məzuniyyət səbəbindən işə gəlmədiyindən və əmək şəraitinin dəyişdirilməsi ilə razı olmadığından əmək şəraitinin dəyişdirilməsi baş tutmamışdır. Müqavilənin xitamınadək İddiaçının iş qrafiki və əmək haqqı məbləği əvvəlki şərtlərlə eyni saxlanmışdır. Əmək müqaviləsində nəzərdə tutulan aylıq əmək haqqı məbləğinin ödənilməsi öhdəliyi Bank tərəfindən əmək müqaviləsinə və qanunvericiliyin tələblərinə tam uyğun şəkildə yerinə yetirilmişdir. İddiaçı ərizədə Banka aid olan işlərin ona verilməməsini qeyd etmişdir. Bildirmək istəmişdir ki, qeyd edilmiş hal baş tutmamışdır. İddiaçı əmək şəraitinin dəyişdirilməsi ilə əlaqədar bildirişin ona təqdim olunmasından müqavilənin xitamına qədər işə gəlməmişdir və xəstəlik vərəqələrinə əsasən əmək qabiliyyəti olmamışdır. Eyni zamanda, iddiaçı filialın müdiri Rəşad Əhmədzadə və kassa müdiri Səyyər Əliyevin bilərəkdən kollektivdə ona qarşı mənfi rəy formalaşdırdığını iddia ərizəsində qeyd etmişdir. X15 və Mingəçevir filialının Müdiri və filialın Kassa Müdiri arasında əmək münasibətləri digər əməkdaşlarla idarəedici vəzifələr arasındakı münasibətilərinin tənzimləndiyi şəkildə, Əmək Məcəlləsinin bütün tələbləri nəzərə alınaraq və işçilərin hüquqları qorunaraq idarə edilmiş və Bank tərəfindən bərabər yanaşmanın tətbiq edilməsi üçün lazımı tədbirlər həyata keçirilmişdir. Əlavə olaraq bildiririk ki, X11 əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə (X38 Qaydalarının 4-cü və 9cu bəndlərini pozduğuna görə) AR Əmək Məcəlləsinin 186-cı maddəsinin 2a bəndinə əsasən töhmət verilmişdir. Qanunvericiliyin tələbi ilə töhmət verilməzdən əvvəl X5 məsələyə dair izahat təqdim etməsi tələb edilsə belə, o izahat yazmaqdan imtina etmişdir. Qeyd etmişdir ki, töhmət altı ay ərzində qüvvədə olmuşdur və noyabrda qüvvədən düşmüşdür. Qanunvericiliyin tələbləri nəzərə alınaraq məlum olmuşdur ki, yuxarıda qeyd olunanlar X10 münasibətdə Bank tərəfindən Əmək Məcəlləsinin 68-ci maddəsinin “2c” bəndinə əsasən əmək müqaviləsinə xitam etmək hüququ yaradır.

13. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(006)-2784/2025 saylı qətnaməsi ilə (sədrlik edən-N.Abbasov) iddia tələbinin təmin edilməməsi, vəkil X21 dövlət büdcəsi vəsaiti hesabına hər saat üçün 11 manat olmaqla, cəmi 22 saat üçün nəzərdə tutulan 242 manat ödənilməsi, həmin vəsaitin Bakı şəhəri 38 saylı Vəkil Bürosunun müvafiq bank hesabına köçürülməsi qət edilmişdir.

14. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, qanunverici Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “c" bəndinə əsasən əmək müqaviləsinə xitam verilərkən işçini yazılı şəkildə xəbərdar etməsi müəyyən etmişdir. Məhkəmə qeyd etmişdir ki, “X29” ASC-nin xx.xx.2021-ci il tarixli 1276 №li əmrilə xərclərin optimallaşdırılması və struktur islahatlarının həyata keçirilməsi nəzərdə tutulmuş, həmin islahatların nəticəsi olaraq “X29” ASCnin Mingəçevir filialında da həmin islahatların davamı kimi iddiaçıya bu barədə yazılı bildirişlər göndərməklə əmək şəraitinin dəyişdirilməsi ilə əlaqədar başqa vəzifəyə keçməsi təklif edilmiş, lakin, o, bu təklifə razılıq verməmişdir. İşəgötürən də qanunveriliyin tələbi ilə əmək müqaviləsinə müvafiq maddə ilə xitam vermişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab etmişdir ki, işəgötürənin əmri qanuni və əsaslı olduğundan onun ləğvi üçün heç bir əsas mövcud deyildir. Odur ki, iddia tələbi təmin edilməməlidir. 15.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 26.1, 35.2, 2.1, 11.1ci maddəsinin “b” bəndi, 56-cı maddəsinin 1-ci hissəsi, 68.2-ci maddəsinin “c” bəndi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 81, 89.1, 106.1, 217.4-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

16. İddiaçı Şirinova (Qurbanova) Çinarə Qəhrəman qızı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 17.Apellyasiya şikayəti onunla əsaslandırılımşdır ki, iş materiallarından göründüyü kimi onun barəsində ilk əvvəl xx.xx.2024-cü il tarixdən "xxxx" ASC tərəfindən əmək müqaviləsinə dəyişiklik edilməsi haqqında qərar qəbul edilmişdir. Belə ki, Bank tərəfindən iş proseslərinin optimallaşdırılması və əməyin təşkilində dəyişikliklər edilməsi zərurəti ilə əlaqədar olaraq Bankın "Mingəçevir" filialında kassa xidmətləri prosesinə dəyişikliklər tətbiq edildiyi, nəticədə kassa xidmətləri üzrə mütəxəssisin əmək şəraitinin şərtlərinin dəyişdirilməsi zərurəti yarandığı, həmin vəzifəni yalnız o icra etdiyindən əmək şəraitinin şərtlərinin dəyişdirilməsi ilə bağlı qərarın barəsində tətbiq edildiyi, bu çərçivədə, xx.xx.2024-cü il tarixindən etibarən iş saatlarının 11:00dan 16:00-dək müəyyən edilməsi və əmək haqqınının 400 manat təyin edilməsi qərara alınan bildiriş tərtib etmişdir. Bildirişdə qeyd edilmişdir ki, əgər tərəfindən həmin bildiriş imzalanmadıqda bu yeni əmək şəraiti ilə işə davam etdirməyə razılıq verməmək kimi qiymətləndiriləcəkdir. Bu bildirişlə bağlı bildirmək istəyir ki, ona rəsmi şəkildə ünvanına, ya da elektron poçtuna belə bildiriş gəlməmişdir. Yuxarıda qeyd etdiyi kimi, xx.xx.2024-cü il tarixdən "xxxx" ASC tərəfindən möhürsüz, imzasız və bildiriş nömrəsi qeyd olunmamış əmək müqaviləsinə dəyişiklik edilməsi haqqında bildirişi filial X6 tərəfindən ona verilmişdir. İddiaçı həmin bildirişə şifahi olaraq öz narazılığını bildirmişdir. Etirazı ondan ibarət olub ki, imza, möhür yoxdur. Həqiqiliyi şübhə altındadır. Daha sonra xx.xx.2024-cü il tarixli imzalı bildiriş tərtib olunub. Bu bildiriş də ona çatdırılmayıb. Çünki işdən azad olunana kimi məzuniyyət hüququndan istifadə etmişdir. Eyni zamanda bületində olmuşdur. Sonuncu bülletendən qayıtdıqdan sonra bildirişdən şifahi xəbərdar olub göstərilən şərtlərlə razı olduğunu bildirmişdir. Bu barədə Baş ofis əməkdaşı ilə danışmışdır. Onunla yazışmaları var. Dəvət olunmağını xahiş etmişdir. Şərtlərlə razı olduğunu bildirmişdir. Lakin, onu qəbul etməmiş və əksinə həmin günün sonu xx.xx.2025-ci ildə işdən azad olunduğu bildirilmişdir. Bundan başqa əgər ona bildiriş çatmışdırsa və ya iddiaçı xəbərdar idisə, onun etirazı hansı formada olmuşdur. Əksinə o, bildirş tarixlərindən sonra işdən azad olunana kimi işdə sayılmışdır. Məhkəmə araşdırması zamanı bildirişn ona çatıb-çatmaması araşdırılmayıb. Bir növ onun çatmamasının sübut edilməsi iddiaçının üzərinə qoyulub. Qanunda bildirişin çatdırmasının iki növü - kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə çatdırılması nəzərdə tutulub. Lakin bank sms vasitəsilə çatdırdığını iddia etmişdir. Qanunda sms yoxdur. Bank qanunun bu normasını səhv təvsir etmişdir. SMS göndərilmişdirsə də onun həqiqətən çatması sübut olmalıdır. Qanunvericiliyin tələblərinə əsasən əgər işçi yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq vermirsə, onda o, başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin «c» bəndində nəzərdə tutulan əsasla xitam verilə bilər. (Əmək Məcəlləsi 56-cı maddə). Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, mən yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq verməmiş və başqa vəzifəyə keçirilmək üçün boş vakansiya olmadığında cavabdeh Bank əmək müqaviləsinə Əmək Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin «c» bəndində nəzərdə tutulan əsasla xitam verməkdə haqlı olmuşdur. Bundan başqa məhkəmə cavabdeh bankın göstərdiyi kimi başqa vəzifəyə keçirilmək üçün boş vakansiya olmadığına əsaslanmış və bu barədə cavabdeh tərəfdən bir sıra lazımı sənədlər əldə etmişdir. Məhkəmənin gəldyi bu nəticə ilə razılşamır. Bu barədə bildirmək istəyir ki, boş vəzifə olmama barədə təqdim edilən sənədlərin hamısı cavabdehin özünün tərtib edərək təqdim etdiyi sübutlardır. Bank arayış vermişdir ki, xx.xx.2024-xx.xx.2025-ci il tarixlərini əhatə edən dövr ərzində Mingəçevir filialı üzrə vakansiya mövcud olmamışdır. Unibank KB ASC yalnız Mingəçevir filialından ibarət deyil. Onun 30 dan çox filialı mövcuddur. 1000 dən çox əməkdaşı var. Hər filialda ən azı 30-dan çox işçi çalışır. Şikayətinə bankın rəsmi eletron ünvanında çıxarış təqdim edir. Bu gün üçün Bankda olan vakansiyaların sayı 30 nəfərdən çoxdur. Hətta kassa xidmətləri üzrə mütəxəssis də axtarılır. Bütün bunlar bir daha bankın təqdim etdiyi arayışların, məlumatların doğru olmasını şübhə altına alır. Unibank əməkdaşı kimi bildirə bilər ki, hər ay yeni işçilər götürülür və çıxarılır. Bu məsələni hesab edir ki, işçilərin əmək müqaviləsinin bağlanmasını və xitamının qeydə alınması yeri olan Əmək Müfəttişliyindən sorğu verməklə götürülməsi mümkün olan haldır. Bildiriş tarixindən əmək müqaviləsinə xitam verilmə tarixinədək 3 ay vaxt keçmişdir. Bu vaxta kimi nə qədər işçi götürülməsi müəyyən olacaqdır. Əgər müəyyən olunursa o zaman Bankı onları, məhkəməni aldatmağı sübut olunacaqdır. İş materiallarında olan cavabdeh bankın təqdim etdiyi xx.xx.2025-ci il tarixli arayışından göründüyü kimi, 2021- 2024-cü illər üzrə kassa istiqaməti üzrə əməkdaşların sayı öz əksini tapmışdır. Son üç ildə əməkdaş sayında dəyişiklik olmamışdır. Halbu ki, bank etirazında bildirmişdir ki, kassa istiqamətində 2021-ci ildən dəyişikliklər başlamışdır və proses davam edir. Amma təqdim etdikləri arayış belə demir. 2021-ci ilə nisbətən işçi sayı 2022-ci ildə azalıb. 68 nəfərdən 56 nəfərə salınıb. 2023-cü ildə bu rəqəm 57 nəfər, daha sonra yenə 56 nəfər olub. Deməli dəyişikliklər 2021-ci ildə olmuş və həmin ildə başa çatmışdır. Ondan sonrakı dövrlər sabit getmişdir. Hesab edir ki, bu il üzrə də say eyni nəfər və daha çox olacaqdır. Belə olan halda hansı dəyişiklər baş vermişdir ki, iş şəraitinin dəyişdirilməsinə zərurət yaranmışdır. Bundan başqa həmin iş şərati barədə bildirişdən üç ay sonra iddiaçını işdən azad ediblər. İşdən azad etmək üçün ilk növbədə başqa vəzifəyə keçirilməyi müzakirə olunmalıdır. Belə bir təklif olmuşdurmu? Əlbətdə xeyr. Cavabdeh tərəf başqa vəzifəyə keçirilmə məsələsinin mümkün olmadığını öz vakansiyası ilə müəyyən edir. Onların hesabına görə vakasiya yoxdursa başqa işə keçirmək mümkün deyil və dərhal işdən azad olma üçün əsasdır. Çox təəssüf ki, birinci instansiya məhkəməsidə bu qənaətə gəlmişdir. Amma bu belə deyil. Qanun buformada təsvir olunmayıb. Mütləq şəkildə işçinin başqa işə keçirilməsi təklif edilməldir. Bu hansı formada olubolmamasından asılı olmayaraq sübut olunmalıdır. Mövcud sənədlərdə ona yeni iş təklif olunması sübut olunmur. Bundan başqa bilindiyi kimi, əmək şəratinin dəyişdirilməsi səbəbi məhkəmə tərəfindən ətraflı araşdırılmalıdır. Birinci instansiya məhkəməsi bu istiqamətində heç araşdırma aparmamışdır. Bankın əsaslandırmasına görə 2021-ci ildən iş proseslərinin optimallaşdırılması və əməyin təşkilində dəyişikliklər edilməsi zərurəti ilə əlaqədar olaraq Kassa xidmətləri prosesinə dəyişikliklər tətbiq edilmişdir. İlk növbədə məhkəmə buna zərurətin hardan yaranmasını və səbəblərini araşdırmalıdır. Bu prosesdə pozuntu olmadıqda digər məslələrə, yeni iş təklifi, razılıq məsləsinə və s baxmaq lazımdır. Lakin birinci instansiya məhkəməsi əsas məslənin kökünü araşdırmadan bir başa vakansiya olmaması səbəbindən xitam verilməsi məsələsini araşdıraraq ona qiymət vermişdir. Bundan başqa Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsinə əsasən, işəgötürən tərəfindən hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin, yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin, əmək qabiliyyətini müvəqqəti itirən işçilərin, işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə, həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə, öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ailə üzvü olan işçilərin, məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Əmək Məcəlləsinin 79-cu maddəsində göstərilən işçilərlə əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinə qoyulmuş qadağa əmək münasibətlərində yüksək sosial və hüquqi müdafiəyə ehtiyacı olan şəxslərə dövlətin qayğısını əks etdirir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 6 noyabr 2024-cü il qərarı). İş materiallarına əlavə edilmiş sənədlərdən göründüyü kimi, onun himayəsində əlil azyaşlı uşaq vardır. Bu hal Əmək Məcəlləsinin 79-cu maddəsinin təsiri altına düşür. İşçilərin ixtisarı zamanı bu hal iddiaçının başqa işçilərə nisbətən üstünlüyünü saxladığı üçün işə götürən tərəf tam başqa bir variantla onu işdən azad etməyi düşünmüş və bu varianta əl atmışdır. Əgər iş şəraitin dəyişməsi baş vermişdirsə o zaman cavabdeh bu barədə başqa işçilərə tətbiq edilən bildirişləri, yeni müqavilələri təqdim etməli idi. O zaman onların göstərdiyi hallar əsaslı sayılacaqdır. Lakin cavabdeh tərəf belə bir sübut təqdim etməmiş və verdikləri əmrin doğruluğunu sübut etməmişdir. Bununla da hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir. İlk növbədə yuxarıda qeyd etdiyi kimi, məhkəmə qərar çıxararkən işə götürən tərəfindən müvafiq əmrin verilməsinə əsas olan səbəbləri, yəni əmək şəraitinin dəyişdirilməsi zərurətini, bunun nəticəsində ondan başqa kimlərə tətbiq edilməsini və s. araşdırmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18.Cavabdeh apellaysiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək apellyasiya şikayətinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

a)Məhkəmə icraatı iştirakçılarının izahatları 19.Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili Vəkil2 qeyd etdi ki, işəgötürən tərəfindən barışıq təklifi edilmədi. Onlar istəyir ki, Çinarə Qurbanova işə bərpa edilsin, daha sonra münasibətlər aydınlaşdırılsın, qanunsuz vəziyyət aradan qaldırılsın.

20. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi X14 qeyd etdi ki, onlar apellyasiya şikayətinə etiraz təqdim etmişdir. Qeyd edilir ki, optimallaşdırılma ilə bağlı əmrdə işçilərin ixtisar olunması göstərilmir, iş proseslərinə və bölgülərinə baxılması əmr edilib. Əmək şəraitinin şərtlərinin dəyişdirilməsi təklif edilib. Bu aspektdə də mövqeləri eynidir, bu səbəbdən də barışıq əldə edilməmişdir.

21. Məhkəmə kollegiyasının əvvəlki iclasında iddiaçının vəkili Vəkil2 qeyd etdi ki, onlar apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavə mülahizədə ətraflı şəkildə öz dəlillərini göstərmişdir. Ümumilikdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən işə səthi yanaşılıb. Qətnamənin əsaslandırma hissəsində məhkəmə qeyd edir ki, cavabdeh iddiaçıya başqa vəzifəyə keçməyi təklif etmişdir. Halbuki cavabdeh özü etirazında qeyd etmişdir ki, cavabdehə başqa vəzifə təklif edilməmişdir. Hesab edilmişdir ki, o, qadın olduğu üçün həmin vəzifənin əmək şəraiti şərtlərini yerinə yetirə bilməz. Əmək Məcəlləsinin 56-cı maddəsində müəyyən edilmiş imperativ göstərişlərin heç birinə riayət edilməyib. İstinad olunan maddədə işəgötürənin işçini bununla bağlı xəbərdar etməsinin 3 üsulu müəyyən edilmişdir ki, bunlardan heç birisinə əməl olunmayıb. ƏMAS üzərində yazışma, işəgötürənin əmri və ya sərəncamı olmayıb, iş materiallarından və elə cavabdehin özünün təqdim etdiyi sənədlərdən və poçt qəbzlərindən görünür ki, işəgötürən tərəfindən işçiyə bununla bağlı hər hansı yazılı məlumat rəsmi qaydada təqdim edilməmişdir. Whatsapp yazışmalarının özü Çinarə Qurbanovanın əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrə aiddir, onun həmin dövrdə hər-hansı bir təklifi dəyərləndirmək imkanı olmayıb. İşəgötürən onun işə çıxmasını gözləməliydi. İşəgötürən alternativ təklif irəli sürməli idi, etirazda qeyd edilib ki, alternativ təklif ediləcək vəzifə mövcud idi, lakin subyektiv mülahizəsinə əsasən belə qənaətə gəlinib ki, qadın olduğu, himayəsində uşaqları olduğu üçün bu vəzifəni qəbul etməyəcək. İşəgötürən həmçinin Əmək Məcəlləsinin 16-cı maddəsinin də tələblərini pozaraq ayrıseçkiliyə yol verib, sırf qadın olduğu üçün həmin vəzifəni Çinarə Qurbanovaya təklif etməyib. Birinci instansiya məhkəməsi ümumiyyətlə təklif edilən vəzifənin əməyin ödənilməsi normalarına uyğun gəlib-gəlməməsini də araşdırmamışdır. Tərəflər arasında olan həqiqi münasibətlərə baxsaq görərik ki, bu ixtisar münasibəti olub. İşəgötürən özü deyir ki, optimallaşdırma işləri gedir və həmin vəzifələrə artıq ehtiyac qalmayıb. Bu formada Əmək müqaviləsinə xitam verilməsi, tərəflər arasında 2019-cu ildə bağlanılmış müqavilənin şərtlərinə də ziddir. Həmin əmək müqaviləsində əmək şəraitinin dəyişməsi ilə əlaqədar müqaviləyə xitam verilməsi nəzərdə tutulmayıb. İşəgötürən müqavilə ilə öz üzərinə götürdüyü öhdəliklərini vicdanla icra etməmişdir. 22.Məhkəmə kollegiyasının əvvəlki iclasında iddiaçı X16 izahatında və ona verilən suallara cavab olaraq qeyd etdi ki, Filialda fəaliyyət göstərən Qərib Əsədov da, o da kassir əməliyyatçı vəzifəsində olmuşdur. Kassir-inkassator vəzifəsi ilə bağlı əlavəyə qol çəkmişdir. O da kassir olaraq inkassator vəzifəsini icra edə bilərdi. Əgər banka müştəri gəlsə, 40000 manat pul çıxarmaq üçün müraciət edilsə, pulun verilməsi üçün bankomat və ya kasetlər açılmalıdır, bu isə kassir əməliyyatçının iştirakı olmadan həyata keçirilə bilməz. Əgər buna əməl olunmasa bu Mərkəzi Bankın İnkassasiya qaydalarının pozulması deməkdir. Ona görə də orada ən azı 3-4 işçi olmalıdı. X17 da orada işləyirdi, onun da ərizəsini alaraq işdən çıxarıblar. O, ərizəsini geri götürə də bilər, lakin o, iş tapa bilmir. O, 14 ildir ki, “X29” ASC-nin Mingəçevir filialında fəaliyyət göstərmişdir. Orada heç vaxt gecə növbəsi olmayıb. Amma əgər olsa da, o, uşağının əməliyyatı üçün gecə növbəsinə çıxmağa da hazırdır. Bəli, əgər ona inkassator kassir vəzifəsi təklif edilsəydi o, qəbul edərdi.

23. Məhkəmə kollegiyasının əvvəlki iclasında cavabdehin nümayəndəsi Nümayəndə izahatında və ona verilən suallara cavab olaraq qeyd etdi ki, Bankın İdarə heyəti sədrinin 2021-ci il tarixli optimallaşdırılma aparılması ilə bağlı əmri olmuşdur. Həmin filialda kassa müdürü, inkassator kassir və Çinarə Qurbanova işləyirdi. İnkassator kassir həm kassir vəzifəsini icra edə bilir, həm də inkassasiya, pul vəsaitlərinin daşınması vəzifələrini icra edir. Çinarə Qurbanovanın vəzifəsini inkassator kassir icra edir. Kassir vəzifəsinə faktiki ehtiyac yoxdur, rəqəmsallaşma gedir. Çinarə Qurbanovadan sonra həmin vəzifə üzrə heç kim işə götürülməyib. Qalan iki nəfərin əmək şəraitində heç bir dəyişiklik yoxdur. X32 bildirmişdir ki, uşaqları olduğu üçün o işdən çıxarılmır, lakin iş saatları azaldılır. Filialda başqa iş olmadığı üçün təklif edilməyib. Bununla bağlı arayış da təqdim etmişdir. O ərazidə iki yerdə- Gəncə və Mingəçevir filiallarında inkassator kassir vəzifəsi var. Lazım olduqda gecə saatlarında belə başqa rayonlara belə getməli olurlar. Bunlar hamısı dəfələrlə müzakirə olunmuş məsələlərdir, Çinarə Qurbanova öz ərizəsində də yazmışdır ki, gecə növbəsində işləmək təklif edilmişdir. Əgər iki kassir arasında seçim edilib, biri çıxarılsaydı o zaman ayrı-seçkiliyə yol verilmiş olardı. Mərkəzi Bank tərəfindən filialla bağlı yoxlama aparılıb. Filial hazırda kassa müdürü və inkassator kassirlə fəaliyyət göstərir. Mərkəzi Bankın yoxlaması nəticəsində heç bir problem aşkar olunmamışdır.

Tətbiq edilən hüquq

24.Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 3-cü maddənin 11-ci bəndi. Əmək şəraiti — işçinin öz əmək funksiyasını səmərəli və faydalı yerinə yetirmək üçün minimum normaları bu Məcəllədə nəzərdə tutulan, habelə əmək müqaviləsində (kollektiv müqavilədə, sazişdə) tərəflərin özləri müəyyən etdiyi əmək, sosial və iqtisadi normaların məcmusu. 43-cü maddənin 2-ci hissəsinin “ə” bəndi. Əmək müqaviləsində mütləq aşağıdakı əsas şərtlər və məlumatlar göstərilməlidir: işçinin əmək şəraitinin şərtləri — iş və istirahət vaxtı, əmək haqqı və ona əlavələr, əmək məzuniyyətinin müddəti, əməyin mühafizəsi, məcburi dövlət sosial sığorta və digər icbari sığorta olunması. 54-cü maddəsinin 1-ci bəndi. İşçilər tərəfindən əmək funksiyasının yerinə yetirilməsi üçün işəgötürən aşağıdakı əmək şəraitini təmin etməlidir: -peşə (vəzifə) adlarının, ixtisasların, əməyin ödənilməsi dərəcələrinin müəyyən edilməsi; -əməyə görə haqqın miqdarının müəyyən edilməsi və onun ödənilməsi; -əmək normaları və əməyin qiymətləndirilməsi normalarının müəyyən edilməsi; -sanitariya və gigiyena normalarına, əlilliyi olan şəxslərə münasibətdə isə həmçinin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilən iş yerlərinin standartlarına cavab verən iş yerinin və iş şəraitinin yaradılması; -əməyin mühafizəsi, texniki təhlükəsizlik normalarının gözlənilməsi; -əmək funksiyasının bu Məcəllə ilə müəyyən edilmiş iş vaxtı müddətindən artıq olmayan iş vaxtında yerinə yetirilməsini; -bu Məcəllə ilə müəyyən edilmiş istirahət vaxtından, məzuniyyətlərdən istifadə olunmasını; -işçilərin qanunla müəyyən olunmuş məcburi dövlət sosial sığorta və digər icbari sığorta edilməsini; -işçilərə əmək funksiyasının icrası üçün zəruri olan avadanlıqların, materialların, alətlərin, texniki və digər sənədlərin vaxtında verilməsi və onların lazımi keyfiyyətdə olması; -insanın immunçatışmazlığı virusu ilə yaşayan işçi ilə məsləhətləşmə aparmaqla onun üçün münasib iş şəraitinin (xüsusi avadanlıqlarla təminat, istirahət fasilələri üçün imkanlar və tibbi müayinələr üçün icazələrin verilməsi və s.) yaradılması; -əmək müqavilələrində, kollektiv müqavilələrdə nəzərdə tutulan şərtləri. 54-cü maddəsinin 2-ci bəndi. Bu Məcəllə ilə müəyyən olunmuş hallar istisna edilməklə əmək şəraitinin şərtləri birtərəfli qaydada dəyişdirilə bilməz. 56-ci maddəsinin 1-ci bəndi. İstehsalın və əməyin təşkilində dəyişikliklər edilməsi zəruriyyəti olduqda işçinin peşəsi, ixtisası və vəzifəsi üzrə işi davam etdirməklə əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə yol verilir. 56-cı maddənin 2-ci bəndi. İşəgötürən əmək şəraitinin şərtlərini (bu Məcəllənin 55-ci maddəsində nəzərdə tutulan şərtlərdən başqa) dəyişdirməzdən azı bir ay əvvəl işçini yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) məlumatı və ya əmri (sərəncamı) ilə xəbərdar etməlidir. Əgər işçi yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq vermirsə, onda o, başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin «c» bəndində nəzərdə tutulan əsasla xitam verilə bilər. 55-ci maddəsinin 3-cü bəndi. Bu Məcəllənin 55-ci maddəsində nəzərdə tutulmuş qaydada işəgötürən tərəfindən müəyyən edilən əmək şəraitinin əlavə şərtlərinin dəyişdirilməsi əmək müqaviləsinə xitam verilməsi üçün əsas ola bilməz. 56-cı maddənin 4-cü bəndi. Azı 50 nəfər işçi çalışan müəssisədə işçilərin ümumi sayının on faizindən çoxunun əmək şəraitinin şərtlərinin pisləşməsinə səbəb olan dəyişikliklər aparılarkən bunun hansı məqsədlə edilməsi əsaslandırılmaqla işəgötürən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) rəsmi məlumat verməlidir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həmin tədbirlərin əsaslı və qanunauyğun həyata keçirilməsini araşdırıb səlahiyyətləri çərçivəsində müvafiq tədbirlər görə bilər. Maddə 59. İşçiyə əmək müqaviləsində nəzərdə tutulmayan başqa peşə, ixtisas və vəzifə üzrə əmək funksiyasının yerinə yetirilməsini həvalə etmək, başqa işə keçirilmə sayılır və buna yalnız işçinin razılığı ilə, həmçinin əmək müqaviləsinə əlavə və dəyişikliklər edilməklə və ya yeni əmək müqaviləsi bağlanılmaqla yol verilir. Maddə 68.Əmək müqaviləsinə xitam verilməsinin əsasları

1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Maddə 300.1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Maddə 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddələr 385.1.1, 385.1.2, 385.1.4.Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Apellyasiya baxışının hədləri

26.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını yalnız mübahisələndirilən hissəsində şikayətin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirildiyi hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və ya dəyişdirə bilər. 27.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam olaraq yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28.Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia tələbi təmin edilməlidir. 29.Məhkəmə kollegiyası öncə yuxarıda istinad olunan normaların şərhi baxımından qeyd edir ki, əmək şəraiti anlayışı, işçinin əmək funksiyasını səmərəli və faydalı yerinə yetirməsi üçün Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş minimum normaları, həmçinin əmək müqaviləsində tərəflərin özlərinin müəyyən etdiyi əmək, sosial və iqtisadi normaların məcmusudur. 30.İşçilər tərəfindən əmək funksiyasının yerinə yetirilməsi üçün işəgötürən- əmək şəraiti olaraq peşə (vəzifə) adlarının, ixtisasların, əməyin ödənilməsi dərəcələrinin müəyyən edilməsi; əməyə görə haqqın miqdarının müəyyən edilməsi və onun ödənilməsi; əmək normaları və əməyin qiymətləndirilməsi normalarının müəyyən edilməsi; sanitariya və gigiyena normalarına, əlilliyi olan şəxslərə münasibətdə isə həmçinin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilən iş yerlərinin standartlarına cavab verən iş yerinin və iş şəraitinin yaradılması; əməyin mühafizəsi, texniki təhlükəsizlik normalarının gözlənilməsi; əmək funksiyasının bu Məcəllə ilə müəyyən edilmiş iş vaxtı müddətindən artıq olmayan iş vaxtında yerinə yetirilməsini; bu Məcəllə ilə müəyyən edilmiş istirahət vaxtından, məzuniyyətlərdən istifadə olunmasını; işçilərin qanunla müəyyən olunmuş məcburi dövlət sosial sığorta və digər icbari sığorta edilməsini; işçilərə əmək funksiyasının icrası üçün zəruri olan avadanlıqların, materialların, alətlərin, texniki və digər sənədlərin vaxtında verilməsi və onların lazımi keyfiyyətdə olması; insanın immunçatışmazlığı virusu ilə yaşayan işçi ilə məsləhətləşmə aparmaqla onun üçün münasib iş şəraitinin (xüsusi avadanlıqlarla təminat, istirahət fasilələri üçün imkanlar və tibbi müayinələr üçün icazələrin verilməsi və s.) yaradılması; əmək müqavilələrində, kollektiv müqavilələrdə nəzərdə tutulan şərtləri təmin etməlidir. 31.Əmək Məcəlləsinin 56-cı maddəsi əmək şəraitinin dəyişdirilməsi prosedurunu tənzimləməklə həmin normanın məzmununa əsasən istehsalın və əməyin təşkilində dəyişikliklər edilməsi zəruriyyəti olduqda işçinin peşəsi, ixtisası və vəzifəsi üzrə işi davam etdirməklə əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə yol verilir. Bu halda işəgötürənin öhdəlikləri kimi müəyyən olunur ki, işçi azı 1 ay əvvəl yazılı qaydada xəbərdar edilməli, işçi yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq verməzsə, alternativ vəzifə təklif olunmalıdır. Alternativ vəzifə mümkün olmadıqda, əmək müqaviləsinə xitam verilə bilər. 32.Göründüyü kimi, əmək qanunvericiliyi əmək şəraitinin şərtlərinin dəyişdirilməsi ilə əlaqədar əmək müqaviləsinə xitam verilməsini müəyyən şərtlər daxilində tanıyır və bu şərtlər ondan ibarətdir ki, belə bir dəyişikliyin edilməsinə əsas yaradan istehsalın və əməyin təşkilində dəyişikliklər edilməsi zəruriyyəti mövcud olmalı, işçinin peşəsi, ixtisası və vəzifəsi üzrə işi davam etdirmək imkanı təmin olunmalı, işçi azı 1 ay əvvəl yazılı qaydada məlumatlandırılmalı, işçi yeni şərtləri qəbul etməzsə, alternativ vəzifə təklif olunmalıdır. Bu mümkün olmadıqda isə işçi ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “c” bəndində nəzərdə tutulan əsasla xitam verilə bilər. 33.Kollegiya qeyd edir ki, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi dedikdə iqtisadi və bazar dəyişiklikləri, (müəssisənin bazar şərtlərinə uyğunlaşmaq üçün yeni istehsal modellərinə keçməsi), işçilərin iş yükünün və ya iş şəraitinin dəyişməsi, (üçnövbəli sistemdən ikinövbəli sistemə keçid), prosesinin və ya strukturun dəyişməsi (müəssisənin daxili idarəetmə sistemində dəyişikliklər (şöbələrin birləşdirilməsi, yeni bölmələrin yaradılması)) və s. kimi dəyişikliklər ola bilər. 34.Beləliklə şərh olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi obyektiv əsasa söykənməlidir. Belə əsas kimi istehsalın profilinin dəyişməsi, yeni texnologiyanın tətbiqi, bəzi istehsalatların dayandırılması (bağlanması), yaxud azaldılması, digər istehsalatın genişləndirilməsi və s. çıxış edir. Əgər istehsalın və əməyin təşkilindəki bu dəyişikliklər əmək şəraitinin şərtlərinin dəyişdirilməsini tələb edirsə, bu dəyişikliklər mümkün və hüquqauyğundur. 35.Hazırkı iş üzrə iddia tələbi əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “c” bəndində nəzərdə tutulan əsasla (əmək şəraitinin şərtlərinin dəyişdirilməsi) xitam verilmiş əmrin mübahisələndirilməsindən ibarət olduğundan, məhkəmənin vəzifəsi əmək şəraitinin şərtlərinin dəyişməsi ilə əlaqədar əmək müqaviləsinə xitam verilməsi zamanı qanuvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl edilib-edilməməsinin yoxlanılmasından ibarətir.

36. İşin faktiki halları ondan ibarətdir ki, iddiaçı X16 ilə “X29” ASC arasında xx.xx.2019-cu il tarixdə bağlanmış №18/V/1 saylı əmək müqaviləsinə əsasən iddiaçı Mingəçevir filialının kassa xidməti üzrə aparıcı mütəxəssis vəzifəsinə qəbul edilmiş, xx.xx.2022-ci il tarixdə baş mütəxəssis vəzifəsinə keçirilmişdir.

37. “X29” ASC-nin Mingəçevir filialının xx.xx.2025-ci il tarixli 223-K/Ming saylı əmrindən görünür ki, X1 xidmətləri üzrə baş mütəxəssis vəsifəsindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2c bəndinə əsasən əmək şəraitinin şərtlərinin dəyişməsi ilə əlaqədar olaraq tutduğu vəzifədən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.

38. “X29” ASC tərəfindən X10 ünvanlanmış xx.xx.2024-cü (xx.xx.2024-cü il) il tarixli bildirişlərdə göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 56-cı maddəsinə əsasən əməyin təşkilində dəyişiklər edilməsi zərurəti ilə əlaqədar əmək şəraitinin şərtləri dəyişdirilərək xx.xx.2024-cü (xx.xx.2024-cü il) il tarixdən əmək haqqı azaldılaraq 400 manat həcmində və iş saatları 11:00-dan 16:00-dək, 13:00-dan 14:00-dək müddətdə 1 saatlıq yemək fasiləsi olmaqla müəyyən ediləcəkdir. Aktiv əmək müqaviləsi üzrə əmək şəraitinin digər şərtləri olduğu kimi saxlanılır. Bununla razılaşmadığı halda, başqa vəzifəyə keçirilməsi imkanlarına baxılacaqdır. Bu da mümkün olmadıqda isə onun əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “c” bəndində nəzərdə tutulan əsasla xitam veriləcəkdir.

39. “X25” ASC-nin xx.xx.2021-ci il tarixli 1276 №li əmrində göstərilmişdir ki, bankın ötən illərdə müqayisədə illik mənfəətində azalmanın müşahidə olunması xərclərin optimallaşdırılması və struktur islahatlarının dərhal həyata keçirilməsini zəruri edir. Aparılmış ilkin təhlillər göstərir ki, kassa xidmətləri üzrə əməkdaşların sayı bankın faktiki ehtiyacından yüksəkdir və cari struktur və cari struktur quruluşu büdcənin maksimal səmərəli idarə olunmasına mane olur. Eyni zamanda rəqəmsal bank xidmətlərinə tələbat artması ilə əlaqədar müştərilər tərəfindən kassa xidmətlərinə ehtiyac azalmışdır. Buna görə də ölkə üzrə bütün filiallarda kassa strukturunun yenidən qiymətləndirilməsi, xidmət proseslərinin sadələşdirilməsi və əməkdaş resurslarının əlverişli şəkildə bölüşdürülməsi məqsədi ilə kassa xidmətlərinin optimallaşdırılması işlərinə dərhal başlanılması və işçilərin sayının tələbata uyğunlaşdırılması nəzərdə tutulmuşdur.

40. İş materiallarının tədqiqi ilə həmçinin o da müəyyən edildi ki, işəgötürən “X25” ASC tərəfindən iddiaçı X9 əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “c” bəndində nəzərdə tutulan əsasla xitam verilərkən ona alternativ vəzifə təklif olunmamışdır.

41. Belə ki, bununla bağlı cavabdeh tərəfindən hər hansı bir sübut təqdim edilməmiş, əksinə iddia ərizəsinə qarşı etirazda cavabdeh tərəf alternativ iş təklif edilmədiyini etiraf edərək bunu əmək şəraitinin dəyişdirilməsi ilə əlaqədar Bankın Mingəçevir filialında Kassa xidmətləri üzrə Mütəxəssis vəzifəsində çalışan digər əməkdaşın inkassator-kassir vəzifəsinə keçirilməsi, Qurbanova Çinarənin qadın əməkdaş olması və inkassator-kassir vəzifəsinin fiziki güc tələb etməsi və Bankın həmin filialda iki inkassator-kassirə ehtiyacı olması ilə əsaslandırmışdır. Cavabdeh bu səbəbdən Qurbanova Çinarəyə bu vəzifənin təklif edilmədiyini qeyd etmişdir.

42. İddiaçı məhkəmə kollegiyasının iclaslarında bildirmişdir ki, ona inkassator kassir vəzifəsi təklif edilsəydi qəbul edərdi, gecə növbəsində işləmək lazım gələrdisə işləməyə hazırdır. Çünki iddiaçının işə ehtiyacı vardır. Onun himayəsində üç övladı vardır. Onlardan birinin sağlamlıq imkanları məhduddur.

43. Beləliklə, mübahisəsiz qaydada müəyyən edilir ki, iddiaçıya qeyd olunan əsasla əmək müqaviləsinə xitam verilərkən ona alternativ vəzifə təklif edilməmişdir.

44. Belə olan halda kollegiya hesab edir ki, cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “c” bəndində nəzərdə tutulan əsasla xitam verilərkən qanunvericiliyin imperativ tələblərinə əməl edilməmiş, işçiyə alternativ vəzifə təklif edilməmiş, onunla bağlanmış əmək müqaviləsinə birbaşa xitam verilmişdir.

45. Halbu ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən qeyd etmişdir ki, iddiaçıya əmək şəraitinin dəyişdirilməsi ilə əlaqədar başqa vəzifəyə keçməsi təklif edilmiş, iddiaçı bu təklifə razılıq verməmişdir.

46. Qeyd olunan halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iddianın rədd edilməsi üzrə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməlidir.

47. Kollegiya qeyd edir ki, iddiaçı X9 cavabdehin xx.xx.2025-ci il tarixli 223-K/Ming nörməli əmrinin ləğv edilməsi barədə tələbi əsaslı olduğundan təmin edilməlidir.

48. Məhkəmə kollegiyası eyni zamanda Əmək Məcəlləsinin 300.1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, iddiaçı ilə əmək münasibətlərinə Əmək Məcəlləsinin 68-ci maddəsində nəzərdə tutulmuş əmək müqaviləsinə xitam verilməsi əsasları pozularaq xitam verildiyindən iddiaçının əvvəlki vəzifəsinə bərpa edilməsi və işdən çıxarıldığı tarixdən işə bərpa ediləcəyi tarixədək ödənilməli əmək haqqının ödənilməsi tələbi də əsaslı hesab edilərək təmin edilməlidir.

49. Qeyd olunan xüsusatları ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçı Şirinova (Qurbanova) Çinarə Qəhrəman qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(006)- 2784/2025 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməli, “X29” ASC-nin Mingəçevir filialının xx.xx.2025-ci il tarixli 223-K/Ming nömrəli əmri ləvğ edilməli, iddiaçı Şirinova (Qurbanova) Çinarə Qəhrəman qızı əvvəlki vəzifəsinə bərpa edilməli, cavabdeh “X29” ASC tərəfindən iddiaçı Şirinova (Qurbanova) Çinarə Qəhrəman qızına xx.xx.2025-ci il tarixdən başlayaraq işə bərpa edildiyi günədək məcburi iş buraxdığı günlər üçün əmək haqqı hesablanmaqla ödənilməlidir.

50. Kollegiya qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün 100 manat dövlət rüsumunun ödənilməsi nəzərdə tutulduğundan və iddiaçı tərəfindən mediasiya xərci olaraq 60 manat ödənildiyindən, qalıq hissə 40 manat dövlət rüsumu ödənilməli idi. Qanunun tələbinə görə əmək mübahisələri üzrə iddiaçı dövlət rüsumu ödəməkdən azaddır. İddia və apellyasiya şikayəti təmin edildiyindən iddia ərizəsinin verilməsi üçün 40 manat və apellyasiya şikayətinin verilməsi üçün 50 manat dövlət rüsumu cavabdehdən dövlət nəfinə tutulmalıdır. 51.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı Şirinova (Qurbanova) Çinarə Qəhrəman qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(006)-2784/2025 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. “X29” ASC-nin Mingəçevir filialının xx.xx.2025-ci il tarixli 223-K/Ming nömrəli əmri ləğv edilsin. İddiaçı Şirinova (Qurbanova) Çinarə Qəhrəman qızı əvvəlki vəzifəsinə, “X29” ASC-nin Mingəçevir filialının kassa xidmətləri üzrə baş mütəxəssis vəsifəsinə bərpa edilsin. Cavabdeh “X29” ASC tərəfindən iddiaçı Şirinova (Qurbanova) Çinarə Qəhrəman qızına xx.xx.2025-ci il tarixdən başlayaraq işə bərpa edildiyi günədək məcburi iş buraxdığı günlər üçün əmək haqqı hesablanmaqla ödənilsin. İddia ərizəsinin verilməsi üçün 40 manat və apellyasiya şikayətinin verilməsi üçün 50 manat dövlət rüsumu cavabdehdən dövlət nəfinə tutulsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər.

Sədrlik edən Günay Axundova Hakimlər Məhəmməd Rüstəmli Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar