Məhkəmə qərarları › İş №2(103)-5659/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5659/2020

17.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5659/2020 17.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Humay Məmməd qızı Qurbanovanın katibliyi ilə, İddiaçı iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(008)- 6535/2019nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsilə məhkəməyə müraciət etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh ondan 15273 manat pul almış və xx.xx.2019-cu il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Lakin həmin 15.273 manat pul cavabdeh tərəfindən hazırkı vaxtadək qaytarılmamışdır. Bundan sonra o, cavabdehdən pulu tələb etməyinə baxmayaraq, hər dəfə bəhanələr gətirərək, onu aldatmış və pulu qaytarmamışdır. Buna görə məhkəmədən Cavabdeh 15273 manat pulun və 30 manat dövlət rüsumunun, cəmi 15303 manat pulun alınaraq, onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, bankdan götürdüyü kreditə görə 924.62 manat faiz borcu yarandığını, cavabdehin ona əlavə olaraq, 924.62 manat zərər vurduğunu bildirdi və məhkəmədən Cavabdeh 15303 manat pulun və 924.62 manat vurulmuş zərərin tutularaq, ona ödənilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh bu ilin fevral ayında 15000 manat pul vermişdir. Cavabdeh pulu mart ayında qaytaracağını bildirmişdir. Lakin cavabdeh mart ayında ona cəmi 7000 manat qaytarmışdır. Cavabdeh sonrakı aylarda onu aldatmış, pulun qalan hissəsini qaytarmamışdır. Daha sonra onun özünün pula ehtiyacı olduğu üçün xx xxxx 2019-cu il tarixdə AccessBank QSC-dən 7000 manat məbləğində kredit götürmüşdür. Əgər həmin krediti vaxtında ödəyə bilsə, aldığı pula görə banka 924.62 mant əlavə faiz ödəyəcəkdir. İddiaçı göstərilənləri nəzərə alaraq iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçi Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(008)- 6535/2019nömrəli qətnaməsi ilə Cavabdeh 8273 manat məbləğində borc və vurulmuş maddi zərərin əvəzi olaraq 924.62 manat məbləğində pul, cəmi 9197.62 manat və 30 mamat məbləğində ödənilmiş dövlət rüsumu tutulub İddiaçı verilməsi, qalan hissədə iddia təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apelyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçi Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(008)-6535/2019nömrəli qətnaməsinin vurulmuş maddi zərərin əvəzi olaraq 924.62 manat məbləğində pulun Cavabdeh tutulub İddiaçı verilməsi hissəsində əsassız olduğundan ləğv edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırır ki, o, 20Fevral 2019-cu il tarixli kredit müqaviləsinə əsasən İddiaçı 15273 manat borc pul almışdır. Həmin borcun 7000 min manatını qaytarmışdır. Məhkəmə prosesində iddiaçı yazılı şəkildə izahatında 7.000 manat aldığını bildirmişdir. Qalan 8273 manatını maddi vəziyyəti pis olduğundan qaytara bilməmişdir.Hal-hazırda şəxsi mənzilini satışa qoymuşdur.Tez bir zamanda mənzilini satıb qaytaracaq.Lakin iddiaçının guya bankdan pul götürməsi və həmən pulun faizini ondan tələb etməsi əsassız və qanunsuzdur. O, iddiaçı ilə kredit müqaviləsi bağlayarkən müqavilədə qeyd edilmiş pulun qaytaracağına söz vermişdir. Ona görədə qətnamədə göstərilmiş 924.62 manat əlavə faiz borcu hissəsində ləğv edilməlidir. Buna baxmayaraq məhkəmə onun maddi vəziyyətini nəzərə almadan ziyanına qətnamə qəbul etmişdir. Məhkəmə kolegiyasının iclasında iştirak edən iddiaçı ərizə təqdim edərək, apelyasiya şikayətini qəbul etdiyini və göstərilmiş 924.62 manat əlavə faiz borcu hissəsində şikayətin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Cavabdeh məhkəmə iclası barədə lazımı qaydada xəbərdar edilsə də iştirak etməmişdir.Məhkəmə MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı 924.62 manat əlavə faiz borcu hissəsində apellyasiya şikayəti vermiş Cavabdeh münasibətdə yoxlanılması təşkil edir. İddiaçı apellyasiya şikayəti vermədiyindən qətnamə ona münasibətdə yoxlanılmır. Məhkəmə işdə iştirak edən şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, 1-ci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə və apelyatora münasibətdə ləğv olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. İş materiallarında olan 4 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisində bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh 15273 manat məbləğində borc vermiş, borc alan krediti xx.xx.2019-cu il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Bakı şəhəri Sabunçi Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(008)- 6535/2019nömrəli qətnaməsi ilə Cavabdeh 8273 manat məbləğində borc və vurulmuş maddi zərərin əvəzi olaraq 924.62 manat məbləğində pul, cəmi 9197.62 manat və 30 mamat məbləğində ödənilmiş dövlət rüsumu tutulub İddiaçı verilməsi, qalan hissədə iddia təmin edilməməsi qət edilmişdir.Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçi Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(008)- 6535/2019nömrəli qətnaməsinin vurulmuş maddi zərərin əvəzi olaraq 924.62 manat məbləğində pulun Cavabdeh tutulub İddiaçı verilməsi hissəsində əsassız olduğundan ləğv edilməsini xahiş etmişdir.Məhkəmə kolegiyasının iclasında iştirak edən iddiaçı ərizə təqdim edərək, apelyasiya şikayətini qəbul etdiyini və göstərilmiş 924.62 manat əlavə faiz borcu hissəsində şikayətin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Həmçinin, iddiaçıya 924.62 manat əlavə faiz borcu ödənilməli olması ilə bağlı sübut təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsızlik) üçün məsuliyyət daşıyır. Bundan başqa Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin : 89.3-cü maddəsinə əsasən, lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apelyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Sabunçi Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(008)- 6535/2019nömrəli qətnaməsi Cavabdeh vurulmuş maddi zərərin əvəzi olaraq 924.62 manat məbləğində pulun tutulub İddiaçı verilməsi hissəsində ləğv olunsun. Həmin hissədə iddia rədd olunsun. Qətnamə qalan hissədə və Cavabdeh münasibətdə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar