Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5660/2022 30.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X16 iştirakı ilə, Ərizəçi1 maraqlı şəxs 4 saylı Bakı Maraqlı şəxs1ndə Notariat Ofisinin xüsusi notariusu X31, Hacıyeva Hicran Qismət qızına qarşı “notariat hərəkətlərinin aparılmasından imtinadan” şikayətə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-7308/2021 saylı, 18 noyabr 2021-ci il tarixli qətnaməsindən Ərizəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları xx.xx.2021-ci il tarixli ərizə-müraciətin surətindən görünür ki, ərizəçi 87-ci maddəyə müvafiq olaraq, sübutların təmin edilməsi üçün şahidlər X40, X34, X38 dindirilməyə çağırılması, yazılı sübutlara baxış keçirilməsi və 4 saylı Asan xidmətə təqdim edilmiş xx.xx.2016-cı il tarixli ərizədə və X17 adına verilən 524670 nömrəli baş etibarnamədə X10 xətti və imzasının xətt ekspertizası aparılması və 3 gün ərzində ərizəçini məlumatlandırılmasını xahiş etmişdir. xx.xx.2021-ci il tarixli,1590 nömrəli “ekspertizanın və sair hərəkətlərin keçirilməsi haqqında” ərizəyə dair cavab məktubunun surətindən görünür ki, “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 128-ci bəndinin 2-ci abzasına əsasən Notarius maraqlı şəxslərin ona müraciəti zamanı məhkəmə, istintaq və ya təhqiqat orqanının icraatında olan işlər üzrə sübutları təmin edilmədiyindən, o cümlədən şahid ifadələrində imzanın həqiqililiyi notarius tərəfindən təsdiq edilmədiyindən ərizənin təmin olunması qeyri-mümkün olması barədə məlumatlandırılmışdır. xx.xx.2021-ci il tarixdə ərizəçi 4 saylı Bakı Maraqlı şəxs1ndə Notariat Ofisinə müraciət edərək, cinayət tərkibi ilə əlaqədar ərizəçi Fomina.L.İ tərəfindən xx.xx.2021-ci il tarixində verilən ərizə 215 səhifədə sənədlərin surətləri ilə birlikdə yeni ərizəyə bərkidilsin və Ərizəçi1 qanuni maraqlarının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120,126.2.1,134,150.2.5,178.3.2,294.1, 295.1, 307, 308, 314, 320-ci maddələri üzrə ibtidai istintaqın başlanması və cinayət işinin qaldırılması haqqında qərarın qəbul edilməsi üçün aidiyyatı üzrə Azərbaycan Respublikası Bakı şəhər Prokurorluğuna göndərilməsi və 3 gün ərzində ərizəçiyə cavab yazılmasını xahiş etmişdir. xx.xx.2021-ci il tarixdə 4 saylı Bakı Maraqlı şəxs1 Notariat Ofisinin 1621 nömrəli ibtidai istintaqın başlanması və cinayət işinin qaldırılması haqqında” ərizəyə dair cavab məktubundan görünür ki, ərizəçini Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 204.1-ci və 204.2-ci maddəsinə əsaslanaraq aşkar cinayət haqqında məlumat olduğu təqdirdə, bu haqda müvafiq hüquq mühafizə orqanına müraciət etməyi barədə məlumatlandırmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6580/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadının surətindən görünür ki, iddiaçı Ərizəçi1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə, X18 (Bakı şəhəri 4 saylı ASAN- Xidmət Mərkəzinin xüsusi notariusu), Xasıyeva Hicran Qismət qızına (Bakı şəhəri 4 saylı ASAN-Xidmət Mərkəzinin xüsusi notariusu), X32 (Bakı şəhəri 38 saylı notariat kontorunun xüsusi notariusu) və X19 qarşı (Bakı şəhəri 41 saylı notariat kontorunun xüsusi notariusu) X38, Maraqlı şəxs2, X39 üçüncü şəxs qismində göstərilməklə “iddiaçıya qarşı qəsdən törədilən vəzifəli, hüquqi və fiziki şəxslərin hərəkətlərinin (hərəkətsizliyi) qanunsuz və qanun əleyhinə hesab edilməsi, inzibati Xətalar Məcəlləsinin 62-ci maddəsinə əsasən iddiaçının zərərçəkmiş qismində tanınması, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126, 178.3.2, 179.3.2, 294.1, 295.1, 307, 308, 314, 320-ci maddələri ilə cinayət işinin qaldırılması haqqında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin istintaq İdarəsinə təqdimatla müraciət edilməsi’’ tələbinə dair iddiası mümkün sayılmamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7698/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadına əsasən iddiaçı Ərizəçi1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə, X18 (Bakı şəhəri 4 saylı ASAN- Xidmət Mərkəzinin xüsusi notariusu), Xasıyeva Hicran Qismət qızına (Bakı şəhəri 4 saylı ASAN-Xidmət Mərkəzinin xüsusi notariusu), X32 (Bakı şəhəri 38 saylı notariat kontorunun xüsusi notariusu) və X19 qarşı (Bakı şəhəri 41 saylı notariat kontorunun xüsusi notariusu) X38, Maraqlı şəxs2, X39 üçüncü şəxs qismində göstərilməklə “iddiaçıya qarşı qəsdən törədilən vəzifəli, hüquqi və fiziki şəxslərin hərəkətlərinin (hərəkətsizliyi) qanunsuz və qanun əleyhinə hesab edilməsi, inzibati Xətalar Məcəlləsinin 62-ci maddəsinə əsasən iddiaçının zərərçəkmiş qismində tanınması, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126, 178.3.2, 179.3.2, 294.1, 295.1, 307, 308, 314, 320-ci maddələri ilə cinayət işinin qaldırılması haqqında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimatla müraciət edilməsi’’ tələbinə dair iddiası mümkün sayılmamışdır. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-4785/2015 nömrəli, xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən 08 may 1979-cu ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri. Xətai rayonu. Cavanşir küçəsində yerləşən 7 saylı evin, 99 saylı mənzilində yaşamış X12 xx.xx.2010-cu il tarixdə ölmüş elan edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin **********21-05101-093077 reystr nömrəli Texniki Pasportunun surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Cavanşır küçəsi 7 saylı binanın 77 saylı mənzili X8 mülkiyyətindədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin ******* saylı xx.xx.2016-cı il tarixli çıxarışından görünür ki, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsində yerləşən 7 saylı evin, 99 saylı mənzilə mülkiyyət hüququ tam payla Ərizəçi1 mülkiyyətində olmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin ******* saylı xx.xx.2016-cı il tarixli çıxarışından görünür ki, Bakı şəhəri, Yasamal rayonu İslam Səfərli B.9 ünvanında yeləşən emalatxana tam payla Ərizəçi1 mülkiyyətində olmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin ******* saylı xx.xx.2018-cı il tarixli çıxarışından görünür ki, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsində yerləşən 7 saylı evin, 99 saylı mənzilə mülkiyyət hüququ ½ hissədə payla X17 mülkiyətində olmuş, digər ½ hissəsi isə açıq saxlanılmışdır. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-6072/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən 4 saylı Bakı ASAN xidmət mərkəzində Notariat Kontorunun xüsusi notarusu X11 ünvan 2 ünvanında yerləşən və ümumi sahəsi 61,45 kv.metr olan 99 saylı mənzilinə dair Ərizəçi1 adına xx.xx.2016-cı il tarixdə verdiyi qanun üzrə vərəsəlik şəhadətnaməsi və onun əsasında sözügedən mənzilə dair Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi idarəsi tərəfindən verilmiş “Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış” etibarsız hesab edilmiş, X10 vərəsəlik hüquqları təmin edilərək ünvan 3 ünvanında yerləşən və ümumi sahəsi 61,45 kv.metr olan 99 saylı mənzilin 1/2 hissəsinə onun vərəsəlik payı müəyyən edilmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-5848/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən X10 Ərizəçi1 və 4 saylı Bakı “ASAN Xidmət" Mərkəzinə qarşı (3-cü şəxs AR ƏMDK yanında DƏDRX Bakı şəhəri Ərazi idarəsi cəlb edilməklə) qanun üzrə vərəsəlik şəhadətnaməsinin, çıxarışın etibarsız hesab edilməsi, vərəsəlik hüququnun tanınmasının və adına xüsusi mülkiyyətə dair çıxarışın verilməsinin Bakı şəhəri Ərazi İdarəsinə həvalə edilməsinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3158/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən, cavabdeh Ərizəçi1 apellyasiya şikayəti təmin edilməmiş Bakı şəhəri Nizami Nayon Məhkəməsinin 21 noyabr 2016-cı il tarixli, 2(007)-6072/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmış, digər iş üzrə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 22 noyabr 2016-cı il tarixli, 2(007)-5848/2016 saylı qətnaməsi ləğv edilmiş, həmin iş üzrə iddia təmin edilmiş, 4 saylı Bakı "ASAN Xidmət” mərkəzində notariat kontorunda ünvan 4 ünvanda yerləşən ümumi sahəsi 7 kv.metr olar 73 nömrəli təmir emalatxanasına dair Ərizəçi1 adına xx.xx.2016-cı il tarixdə verilmiş qanun üzrə vərəsəlik şəhadətnaməsi və onun əsasında qeyri-yaşayış sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi idarəsi tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış” etibarsız hesab edilmiş, X10 hüquqi varisi Maraqlı şəxs2 vərəsəlik hüquqları təmin edilərək, ünvan 5 ünvanda yerləşən ümumi sahəsi 7 kv.metr olan 73 nömrəli təmir emalatxanasının 1/2 hissəsinə onun vərəsəlik payı müəyyən edilmişdir. 4 saylı Bakı Asan Xidmət Mərkəzində Notariat Ofisinin xx.xx.2019 cu il tarixli 1258 nömrəli F.L.İvanovnaya ünvanladığı məktubun məzmununda qeyd edilmişdir ki, xx.xx.2015-ci il tarixli müraciətinə əsasənda xx.xx.2010-cu ildə vəfat etmiş ünvan 3, məzil 99 ünavında qeydiyyatda olan bacınızın oğlu Q.V.Vladimiroviçin adına V560/2015 saylı vərəsəlik işi açılmışdır. ünvan 6 ünvanda yerləşən texniki sahə üzrə 1/2 hissəyə dair mülkiyyət hüququnu təsdiq edən sənəd təqdim edə bilmədiyinizdən sizə vərəsəlik şahədatnaməsi verilməsi mümkün olunmadığı göstərilmişdir. 4 saylı Bakı Asan Xidmət Mərkəzində Notariat Ofisinin xx.xx.2019 cu il tarixli 1259 nömrəli F.L.İvanovnaya ünvanladığı məktubun məzmununda qeyd edilmişdir ki, xx.xx.2015-ci il tarixli müraciətinə əsasənda xx.xx.2002-ci ildə vəfat etmiş ünvan 3, məzil 99 ünavında qeydiyyatda olan bacınız K.N.İvanovnanın adına adına V551/2015 saylı vərəsəlik işi açılmışdır. ünvan 3, məzil 99 ünavında yerləşən mənzilə dair mülkiyyət hüququnu təsdiq edən sənəd təqdim edə bilmədiyinizdən sizə vərəsəlik şahədatnaməsi verilməsi mümkün olunmadığı göstərilmişdir. Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz Əmlakın Dövlət Reystrindən verilmiş ******* saylı xx.xx.2006-cı il tarixli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi 32 saylı evin 4 nömrəli mənzili X5 adına daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçmişdir. Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reystrindən verilmiş ******* saylı xx.xx.2007-cı il tarixli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi 32 saylı evin 4 nömrəli mənzilinə mülkiyyət hüququ üzrə Maraqlı şəxs2½ hissə, X13 ½ hissə adlarına adına daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin ******* saylı çıxarışından görünür ki, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi 32 saylı evin 4 nömrəli mənzilə mülkiyyət hüququ ½ hissədə payla X17 , digər ½ hissəsi isə X13 mülkiyətində olmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin ******* saylı çıxarışından görünür ki, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi 32 saylı evin 4 nömrəli mənzilə mülkiyyət hüququ ½ hissədə xx.xx.2007- ci tarixindən payla X17 , digər ½ hissəsi isə xx.xx.2015-ci il tarixindən isə X20 mülkiyətində olmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin ******* saylı çıxarışından görünür ki, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi 32 saylı evin 4 nömrəli mənzilə tam mülkiyyət hüququ ilə xx.xx.2015-ci il tarixində X22 olmuşdur. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2- 1260/06 nömrəli, xx.xx.2006-cı il tarixli qətnaməsinə əsasən X10 miras qoyan-anası X9 birinci növbəli vərəsəsi kimi mirasın qəbul edilməsi üçün müəyyən edilmiş müddət uzadılmış, Bakı şəhəri Səbail rayonu Nizami küçəsi 32 saylı evin 4 saylı mənzilinə X5 adına verilmiş xx.xx.2006-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə və MN Seriyalı ******* saylı, xx.xx.2006-cı il tarixli qeydiyyat vəsiqəsi etibarsız hesab edilmiş, Birinci növbəli vərəsə kimi X10 miras qoyan- anası X6 30/12493 nömrəli, xx.xx.1993- cu il tarixli qeydiyyat vəsiqəsinə əsasən mülkiyyətində olan Bakı şəhəri Nizami küçəsi 32 saylı evin, 4 saylı mənzilinin 1/2 hissədə payı müəyyən edilmiş, X23 Bakı şəhəri Nizami küçəsi 32 saylı evin, 4 saylı mənzilinin 1/2 hissəsinə mülkiyyət hüququnu təsdiq edən qeydiyyat vəsiqəsinin verilməsi Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Daşırmaz Əmlakın Reyestri Xidmətinin Bakı şəhər İdarəsinə tapşırılmışdır. Bakı Apellyasiya Məhkəməsi Müiki Kollegiyasının 2(103)-3108/2016 nömrəli, xx.xx.2016-cı ıl tarixli qətnaməsinə əsasən Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2006-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-1083/2015 nömrəli, xx.xx.2015-cı ıl tarixli qətnaməsinə əsasən X10 anası - X3 miras qalmış Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 32 saylı evdə yerləşən 4 saylı mənzilin 1/2 hissəsinə vərəsəlik hüquqları tanınmış, qətnamə X10 adına miras əmlak üzrə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin verilməsi üçün əsas hesab edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6452/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən maraqlı şəxs Ərizəçi1 apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)- 1083/2015 nömrəli, xx.xx.2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1492/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qərarına əsasən maraqlı şəxs Ərizəçi1 kassasiya şikayəti qismən təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016- cı ıl tarixli, 2(103)- 6452/2016 saylı qətnaməsi ləğv edilmiş, iş yenidən apellyasiya qaydasında baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7135/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)~1083/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ləğv edilmiş, X10 Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 32 saylı evdə yerləşən 4 saylı mənzilin anası- X7 adında açıq saxlanılmış 1/2 hissəsinə vərəsəlik hüququ tanınmışdır Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-980 nömrəli, xx.xx.2018-ci il tarixli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-5247/2019 nömrəli xx.xx.2019- cu il tarixli qətnaməsinə əsasən 4 saylı Bakı Maraqlı şəxs1ndə Notariat ofisinin xüsusi notariusu X11 ünvan 7 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 1/2 hissəsi və Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 7 saylı evin 99 saylı mənzilinin 1/2 hissəsi üzrə vərəsəlik şəhadətnamələrinin verilməsindən imtinaları (01 iyul 2019-cu il tarixli, 1258 nömrəli məktubu (qərarı) və 01 iyul 2019-cu ıl tarixli, 1259 ^ nömrəli məktubu (qərarı) əsas hesab edilsin, 4 saylı Bakı Maraqlı şəxs1ndə Notariat ofisinin xüsusi notariusu X18 Ərizəçi1 adına ünvan 7 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 1/2 hissəsi və Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 7 saylı evin 99 saylı mənzilinin 1/2 hissəsi üzrə vərəsəlik şəhadətnamələrinin verilməsi həvalə edilmişdir. 2V-16 saylı notariat işindən görünür ki, X8 vərəsəsi bacısı Ərizəçi1dır və buna dair xx.xx.2016-cı il tarxində qanunu üzrə vərəsəlik şəhadətnaməsi verilmişdir. 178193 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X26 xx.xx.2006-cı il tarixində beyin işemiyası səbəbindən Bakı şəhəri Səbail rayonunda vəfat etmişdir. 493509 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X27 xx.xx.1995-ci il tarixində Bakı şəhərində ölmüşdür. Birinci instansiya məhkəməsində icraat Ərizəçi1 maraqlı şəxs 4 saylı Bakı Maraqlı şəxs1ndə Notariat Ofisinin xüsusi notariusu X31, Hacıyeva Hicran Qismət qızına qarşı “notariat hərəkətlərinin aparılmasından imtinadan” şikayətə dair ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri 4 saylı Asan-xidmət Mərkəzinin notariusu Hacıyeva Hicran Qismət qızının qanunla müəyyən edilmiş müddət keçdikdən sonra (6 ay) xx.xx.2016-cı cı il tarixində T.A.Dadaşovun varis hesab edilməsində hərəkətlərini (hərəkətsizliyni) qanunsuz və AR MM maddələrinə cavab verməyən hesab edilməsi, Ərizəçi1 xx.xx.2021-ci il tarixli cavabı ilə əlaqədar Bakı şəhəri 4 saylı Asan-xidmət Mərkəzinin notariusu X11 hərəkətləri (hərəkətsizliyi) qanunsuz hesab edilməsi, Azərbaycan Respublikasının notariat haqqında” Qanununu rəhbər tutaraq X1 öhdəsinə X10 xətt ekspertizasının təyin edilməsi və xx.xx.2021-ci il tarixli ərizədə göstərilən şübhəli fiziki şəxslərin dindirməyə çağırılması haqqında qərar qəbul etmək vəzifəsi qoyulması, X1 üzərinə Notariat haqqında Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinə müvafiq olaraq, Ərizəçi1 qanuni maraqlarının təmin edilməsi məqsədi ilə sənədlərin surətlərini xx.xx.2021-ci il tarixli ərizə ilə birlikdə və xx.xx.2021-ci il tarixli ərizə ilə birlikdə ibtidai istintaqın aparılması üçün Şəhər Prokurorluğuna göndərilməsi və AR CM-nin 120, 126.2.1, 134, 150.2.5 (təhdidlər), 178.3.2, 179.3.2, 294.1, 295.1, 307, 308, 314 və 320-ci maddələri üzrə cinayət işinin açılması haqqında qərarı qəbul edilməsi vəzifəsi qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 4 saylı Bakı Maraqlı şəxs1ndə Notariat ofisinin xüsusi notariusu X11 (bundan sonra mətndə - Notarius) 01 iyul 2019-cu il tarixli, 1258 nömrəli məktubu (hüquqi baxıman qərarı) və 01 iyul 2019-cu il tarixli, 1259 nömrəli məktubu (hüquqi baxımdan qərarı) ilə ona ünvan 7 ünvanında yerləşən qeyi-yaşayış sahəsinin (bundan sonra mətndə - Sahə) ½ hissəsi və Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 7 saylı evin 99 saylı mənzilinin (bundan sonra mətndə - Mənzil) 14 hissəsi üzrə vərəsəlik şəhadətnamələrinin verilməsindən imtina edilmişdir. Bakı şəhəri Sabunçu rayon məhkəməsi 04 oktyabr 2019-cu il tarixli 2(008)- 5247/2019 No-li qərarı ilə X1 hərəkətlərini qanunsuz hesab etmişdir! 2015-ci ildə V.V.Qolubevin (Ərizəçi1 doğma bacısı oğlu) adına V560/2015 No-li vərəsəlik işinin və X8 (Ərizəçi1 doğma bacısı) adına V- 551/2015 No-li vərəsəlik işinin açılması zamanı notarius X31 İ- ЖГ No 300537, xx.xx.1980-ci il tarixli atalığın müəyyən edilməsi haqqında sənədin qəbulundan şihafı olaraq imtina etmişdir, ərizəçiyə göstərmişdir ki, bu sənəd hər hansı əhəmiyyətə malik deyildir və hər hansı hüquqi qüvvəyə malik deyildir, bunun nəticəsində Ərizəçi1 qanunsuz qəbul edilən müvafiq qərarlarla vərəsəlik hüququndan məhrum edilmişdir. xx.xx.2020-ci ci il tarixində zəruri sənədlər X31 tərəfindən V-560/2015 No-li və V-551/2015 No-li vərəsəlik işinə daxil edilmişdir. X36 inzibati və cinayət məsuliyyəti barədə xəbərdar edilmişdir. Sənədləri əlavə edərək Sidqi Həbibbəyli dərk edirdi ki, əmlak mübahisələrinə aid qəbul edilən bütün qərarlar qanunsuzdur və vətəndaşlıq vəziyyəti aktlarına müvafiq deyildir. Ərizəçi1 xx.xx.2020-ci il tarixində müraciətində notariusdan saxtalaşdırma faktları haqqında müvafiq icra hakimiyyəti strukturlarını məlumatlandırmağı xahiş etmişdir, lakin notarius hərəkətsizdir. xx.xx.2021-ci ildə Ərizəçi1 ekspertizanın təyin edilməsi barədə X37yə müraciət edir və xx.xx.2021-ci il tarixində imtina cavabı alır, baxmayaraq ki, notarius qərar qəbul etməli idi! Öz yazılı imzasında notarius Xətai rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(011)-3241/2020 No-li qərarına istinad edir və xatırlatmır ki, bu qərar apellyasiya instansiyası tərəfindən xx.xx.2021-ci il tarixində 2(103)-3862/2021 No-li iş üzrə ləğv edilmişdir və Ərizəçi1 məhkəmənin T.A.Dadaşovun imzalarının ekspertizasını təyin etməsi haqqında vəsatət üzrə qərardadı qəbul etməməsinə görə günahkar deyildir! Öz yazılı imtinasında X37 inzibati icraat haqqında 2-1(112)-7698/2021 No-li xx.xx.2021-ci il tarixli məhkəmə qərarına istinad edir. Qərardadda inzibati Məhkəmə AR MPM 305.1 və 305.1.8-ci maddələrini göstərir. X37 nəyə görəsə əvvəl qəbul edilən xx.xx.2021 -ci il tarixli 2-1(112)-6580/2021 No-li iş üzrə inzibati aktı xatırlamır, hansında ki, inzibati məhkəmə həmçinin AR MPM 305.1 və 305.1.8-ci maddələrini göstərir! Bu qəbul edilən aktlardan apellyasiya məhkəməsinin inzibati kollegiyasına şikayət verilmişdir, hansında ki, Ərizəçi1 məhkəmə AR İM 62-ci maddəsinə müvafiq olaraq zərərçəkmiş fiziki şəxs hesab etməli idi. Hal-hazırda apellyasiya məhkəməsinin inzibati kollegiyası hakim Aqil Abbasovun 2(102)-5391/2021 No-li mülki iş üzrə Ali Məhkəmənin qərarını gözləyir. T.A.Dadaşovun imzasının xətt ekspertizasının təyin edilməsindən və şübhəli şəxsləri dindirməyə çağırılmasından imtina ilə əlaqədar olaraq, Ərizəçi1 xx.xx.2021-ci il tarixli ərizə ilə X37yə müracət etmişdir, orada ibtidai istintaqın aparılması üçün əlavə olunan sənədlərin Şəhər Prokurorluğuna göndərilməsi və AR CM 120, 126.2.1, 134, 150.2.5 (təhdidlər), 178.3.2, 179.3.2, 294.1, 295.1, 307, 308, 314 və 320-ci maddələri üzrə cinayət işinin qaldırılması haqqında xahiş etmişdir. Ərizəçi1 və onun nümayəndələri notariusun hərəkətsizliyini anlaya bilmirlər və X37ni fiziki şəxslər olan M.C.Dadaşova, Maraqlı şəxs2 və T.Q.Abbasov ilə əlbir hesab edirlər. Ərizəçi1nm xx.xx.2015-ci il tarixli müraciətinə əsasən 4 saylı ASAN-xidmətdə 26 dekabr 2002-ci il tarixində vəfat etmiş doğma bacısı X8 adına və Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən ölmüş hesab edilmiş X5 adına vərəsəlik işi açılmışdır. xx.xx.2016-cı cı il tarixində 524670 No-li, 12 yanvar 2016-cı il tarixli baş etibarnaməyə vasitəsilə X34 öz atası X10 adından qanunla müəyyən olunmuş müddət keçdikdən sonra X8 və X5 mirasında maraqlı şəxs olaraq onun vərəsə hesab edilməsi haqqında ərizə təqdim edir. xx.xx.2016cı cı il tarixində Azərbaycan Respublikası Mülki Məcəlləsini kobud surətdə pozaraq Notarius Hicran Hacıyeva 6 ay buraxılanadan sonra, 6 ay və 24 gün keçdikdən sonra X21 varis hesab etmişdir. Varislər 58-ci maddəyə əsasən, mirasın qəbulu müddətini ötürmüş vərəsələr mirası qəbul etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Razılıq notarius tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək təqdim olunmalıdır. Ərizəçi1 X2 yazılı razılıq verməmişdir. Ərizəçinin nümayəndəsi Ərizəçi3 tərəfindən aparılan xüsusi araşdırmanın gedişatında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120, 126.2.1, 134, 150.2.5, 178.3.2, 179.3.2, 294.1, 295.1, 307, 308, 314 və 320-ci maddələrinə müvafiq olaraq qabaqcadan əlbir olmaqla bir qrup şəxs halında əməllərin törədilməsi dəlilləri və tərkibini təsdiq dən faktlar aşkar olunmuşdur. Bütün qanunsuz qəbul edilmiş mülki aktlarda Ərizəçi1 doğma bacısı X28 X14 arvadı göstərilmişdir, bu isə vətəndaşlıq vəziyyəti aktlarına müvafiq deyildir. Sübutlar fiziki şəxslər X40, Maraqlı şəxs2 və X38 tərəfindən 2014-cü ildən 2018-ci ilə qədər saxtalaşdırılmışdır. Bununla yanaşı 2014-cü ildən 2017-ci ilə qədər məhkəmələrə və 4 saylı ASAN xidmətə bütün ərizələrdə T.A.Dadaşovun imzasının saxtalaşdırılması vizual olaraq aşkar olunmuşdur. Həmçinin sənədli şəkildə müəyyən edilmişdir ki, Dadaşov T.A. və onun arvadı Dadaşov M.C. xx.xx.2017-ci il tarixindən İsrail Dövlətinin vətəndaşlığını qəbul etmişlər. Naməlum səbəblərdən T.A.X29 xx.xx.2017-ci il tarixində faktiki ölümü ilə əlaqədar Bakı şəhərinin Nərimanov rayonunun 38-ci notarial kontorunda kobud pozuntularla beynəlxalq müqavilələrə müvafiq olmayan V-20 No-li vərəsəlik işi açılmışdır. Mirasın bütövlükdə qəbul edilməsində böyük hüquqi əhəmiyyətə malik olan sənədlər yoxdur: 1. Ölüm haqqında və onun səbəbi haqqında rəy yoxdur. 2. T.A.X30 vətəndaşının şəxsiyyətini təsdiq edən (teudat zeut) ********* No-li sənədi yoxdur.3. M.C.X30 vətəndaşının şəxsiyyətini təsdiq edən (teudat zeut) ********* No-li sənədi yoxdur.4. Miras orderi Tsav Yeruşa və ya vəsiyyətnamə üzrə order X54 yoxdur, hansında ki, vərəsənin adı mütləq qaydada göstərilməlidir. 21 iyun 2017-ci il tarixində sənədlərin olmamasına baxmayaraq, T.A.X29 vəfatı ilə əlaqədar apellyasiya instansiyası məhkəməsi Ərizəçi1 hüquqlarını pozaraq Maraqlı şəxs2 hüquqi varis hesab edir! Sonradan müəyyən olunur ki, Maraqlı şəxs2A. vərəsəlik hüququ haqqında şəhadətnaməyə malik olmadan üç daşınmaz əmlak üzrə mülkiyyət hüququ üçün sənədləri Daşınmaz əmlakın 1 No-li Reyestr Xidmətindən almışdır! Nərimanov rayonunun V-20 vərəsəlik işində T.A.Dadaşovun virasdan imtinası vardır, M.Maraqlı şəxs2 öz qızı Dadaşova Dinarənin xeyrinə əri T.A.Dadaşovun mirasından imtina etmişdir, hansı ki, Tsav Yeruşa vərəsəlik orderi olmadan heç bir hüquqi qüvvəyə malik deyildir! Xarici dövlətdən gələn sənədlərin olmaması T.A.Dadaşov və M.C.Dadaşova tərəfindən xarici dövlətin vətəndaşlığının saxta (yalandan) qəbul edilməsini göstərir! Aşkar olunmuşdur ki, Dadaşov T.A. Bakıda ölmüşdür və öz atası 1870-ci il təvəllüdlü, 1958-ci ildə vəfat etmiş X25 yanında dəfn olunmuşdur! Həmçinin aşkar olunmuşdur ki, 1958-ci il təvəllüdlü, xx.xx.2006-cı il tarixində Sabunçu rayonunun 3 saylı Kliniki xəstəxanasında vəfat etmiş Dadaşov T.A. və 1933-cü il təvəllüdlü sənədlər üzrə İsrail Dövlətində vəfat etmiş T.A.Dadaşov eyni fiziki şəxsdir! Hər iki halda ad, soyad və ata adı uyğun gələn hər iki fiziki şəxsin ölümü haqqında şəhadətnamə qanunsuz olaraq ölüm haqqında tibbi rəy olmadan, daha doğrusu qiyabi olaraq verilmişdir! Bütün qanunsuz hərəkətlərlələ əlaqədar Ərizəçi1 mənəvi, fiziki və maddi ziyan daşımışdır! Maraqlı şəxs2 qabaqcadan əlbir olmaqla bir qrup şəxslə L.İ. Fominanı əsassız sözlərlə təhqir etməklə onun faktiki ölümünə nail olmaq istəyi ilə əlaqədar ərizəçi iki infarkt keçirdi və ona ürək əməliyyatı icra olundu. T.A.Dadaşov və M.C.Dadaşovun xarici dövlətin vətəndaşlığını qəbul etməsi məhz mirasın qəbul edilməsi və 1933-cü il təvəllüdlü T.A.Dadaşovun Bakı şəhərində faktiki ölümünün gizlədilməsi ilə bağlıdır, bu Ərizəçi1nm əmlakının qanunsuz əldə edilməsi məqsədi ilə edilmişdir, mirasın özü isə X4 ölümü ilə əlaqədardır, hansı ki, Bakı şəhərinin Yasamal rayonunda qətlə yetirilmişdir. Qətlə yetirilmiş V.V.Qolubevin fotoşəkli Nizami metrosunun yanında Polis məntəqəsini axtarılanlar lövhəsində aşkar olunmuşdur. Fotoşəkil 2019-cu ilin sonunda aşkar olunmuşdur və hal-hazırda hakimiyyət nümayəndələri tərəfindən çıxarılmışdır! Miras ilə əlaqədar 2010-cu ildə V.V.Qolubevin ölümü ilə və Ərizəçi1 ilə fiziki şəxslərin yuxarıda göstərilən qanunsuz hərəkətlərindən tam əks olunan qərəzli hərəkətləri görmək olar, onlar V.Qolubevə qarşı necə hərəkət etmişdirlərsə, Ərizəçi1 qarşı da o cür hərəkət etmişlər, qanunsuz olaraq onun əlindən əmlakını almışlar və onu faktiki ölümə çatdırmağa əhd etmişlər! Onların bütün ailələri əmindir ki, V.V.Qolubevi sifariş üzrə bir qrup şəxs qətlə yetirmişdir, və icraçı dəfələrlə nümayəndə Ərizəçi3 ölümlə və zorlama ilə təhdid edən Abbasov Elçin olmuşdur. Düzdür Ərizəçi3 E.Q.Abbasovun və onun pozğun tanışlarının təhdidlərini vecinə də almır. Ərizəçi1 və onun nümayəndələri hesab edirlər və məhkəmə üçün qeyd edirlər ki, T.A.Dadaşovun hüquqi vərəsəsi Maraqlı şəxs2 Beynəlxalq müqavilələrə müvafiq olan sənədlər olmadan öz atasının varisi ola bilməz. Ərizəçi1 həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən notarial orqanların hərəkətlərinə və hərəkətsizliyinə iddia müddəti aid edilmir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-7308/2021 saylı, 18 noyabr 2021-ci il tarixli qətnaməsi ilə Ərizəçi1 maraqlı şəxs 4 saylı Bakı Maraqlı şəxs1ndə Notariat Ofisinin xüsusi notariusu X31, Hacıyeva Hicran Qismət qızına olmaqla “notariat hərəkətlərinin aparılmasından şikayətə” dair ərizəsinin təmin edilməməsi qət edilməmişdir. Birinci instansiya məhkəməsi iddia tələbi ilə bağlı mövqeyini “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 17.1-ci maddəsi, “Azərbaycan Respublikasında notariat hərəkətlətinin aparılmasına qaydaları haqqında” Təlimatın 128, 190, 191-ci maddələri ilə əsaslandıraraq belə nəticəyə gəlmişdir ki, Ərizəçi1 məhkəməyə müraciət edərək Bakı şəhəri 4 saylı Asan xidmət Mərkəzinin notariusu Hacıyeva Hicran Qismət qızının qanunla müəyyən edilmiş müddət keçdikdən sonra (6 ay) xx.xx.2016-cı cı il tarixində T.A.Dadaşovun varis hesab edilməsin qanunsuz və AR MM tələblərinə cavab verməyən hesab edilməsini xahiş etsə də, ərizəçi göstərilən altı ay müddətin hansı tarixdən hesabladığını, o cümlədən Tofiq Dadaşovun hansı vərəsəlik işi üzrə varis hesab edilməsinə dair sübutları məhkəməyə təqdim etmədiyindən, şikayət ərizəsi bu hissədə əsaslı olmadığından təmin edilməməlidir. Həmçinin, digər dəlillərlə bağl mövqeyi ondan ibarət olmuşdur ki, ərizəçi Bakı şəhəri 4 saylı Asan xidmət Mərkəzinin notariusu X11 ərizəçiyə ünvanladığı xx.xx.2021-ci il tarixli cavabının qanunsuz hesab edilməsini xahiş edərək, notarusun üzərinə X10 xətt ekspertizasının təyin edilməsi və xx.xx.2021-ci il tarixli ərizədə göstərilən şübhəli fiziki şəxslərin dindirməyə çağırılması haqqında qərar qəbul etmək vəzifəsi qoyulması, X1 üzərinə Notariat haqqında Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinə müvafiq olaraq, Ərizəçi1 qanuni maraqlarının təmin edilməsi məqsədi ilə sənədlərin surətlərini xx.xx.2021 -ci il tarixli ərizə ilə birlikdə və xx.xx.2021 -ci il tarixli ərizə ilə birlikdə ibtidai istintaqın aparılması üçün Şəhər Prokurorluğuna göndərilməsi və AR CM-nin 120, 126.2.1, 134, 150.2.5 (təhdidlər), 178.3.2, 179.3.2, 294.1, 295.1, 307, 308, 314 və 320-ci maddələri üzrə cinayət işinin açılması haqqında qərarı qəbul edilməsi vəzifəsi qoyulması və Bakı şəhəri 4 saylı ASAN xidmət Mərkəzinin notariuslarına X8 2V-16saylı vərəsəlik işindən 16-cı səhifədə X6 493509 nömrəli ölüm haqqında şəhadətnaməsinin, 17-ci səhifədə X14 319 nömrəli ölüm haqqında şəhadətnaməsinin, 25-ci səhifədə X14 178193 nömrəli ölüm haqqında şəhadətnaməsinin sənədlərin çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etsə də, məhkəmə araşdırılması zamanı ərizəçinin tələbinin qanunu əsası müəyyən edilmədiyindən, o cümlədən qeyd edilən hərəkətlərin yerinə yetirilməsini zəruri edən hallar sübuta yetirilmədiyindən şikayət ərizəsi Bakı şəhəri 4 saylı Asan xidmət Mərkəzinin notariusu X11 hərəkətlərinə münasibətdə də təmin edilməməlidir. Həmçinin, məhkəmə araşdırılması zamanı qeyd edilən şəxslərin əməlində cinayət tərkibinin əlamətlərinə dəlalət edən kifayət qədər sübutlar olmadığından vəsatət təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsində icraat Qətnamədən narazı qalan Ərizəçi1 (vəkili X35) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və şikayətin təmin edilməsini xahiş etmişdir. İddiaçının apellyasiya şikayətinin dəlilləri ərizənin dəlilləri ilə eynilik təşkil etmiş, əlavə olaraq məhkəmə ərizəçinin təqdim etdiyi sübutları qəbul etməmişdir və onların düzgünlüyü barədə heç bir araşdırma aparmamışdır. Nəticədə, məhkəmə iddia ərizəsində qeyd olunanları hərtərəfli və tam baxmadan, hüquq normalarını düzgün tətbiq etmədən qəbul etmişdir. Ərizəçi1 məhkəmənin qərarı ilə tamamilə razı deyildir, çünki xüsusi icraat işinə Ərizəçi1 külli miqdarda əmlak zərərinin və sağlamlığına ağır zərərin vurulması ilə bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olmaqla törədilən Azərbaycan Respublikasının CinayətMəcəlləsinin 120, 126.2.1, 134, 150.2.5 (təhdidlər), 178.3.2, 179.3.2, 294.1, 295.1, 307, 308, 314, 320- ci maddələrinə cavab verən cinayət əməllərini təsdiq edən, tam həcmi 377 səhifə olan sənədlərin surətləri təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlmədiklərindən, öz nümayəndələrinin iştiraklarını təmin etmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: - 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur (İ). - 29. Hər kəsin mülkiyyət hüququ vardır (İ). Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur (İİ). Mülki Prosessual Məcəllə: - 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. - 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. - 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. - 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. - 265.4. Məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. - 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu:
17. Dövlət notariusu əqdləri və etibarnamələri təsdiq edir; miras əmlakın mühafizə olunması üçün tədbirlər görür; vərəsəlik hüququ haqqında şəhadətnamələr verir; ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnamələr verir; yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr verir; sənədlərin surətlərinin və sənədlərdən çıxarışların düzgünlüyünü təsdiq edir; sənədlərdəki imzaların həqiqiliyini təsdiq edir; sənədlərin bir dildən başqa dilə tərcüməsinin düzgünlüyünü təsdiq edir; şəxsin sağ olması faktını təsdiq edir; şəxsin müəyyən yerdə olması faktını təsdiq edir; şəxslə fotoşəkildəki şəxsin eyniliyini təsdiq edir; sənədlərin təqdim olunduğu vaxtı təsdiq edir; fiziki və hüquqi şəxslərin ərizələrini və sənədlərini başqa fiziki və hüquqi şəxslərə verir; Öhdəliyin icra predmetini saxlamağa, pul məbləğlərini, qiymətli kağızları və vəsiyyətnamələri depozitə qəbul edir; icra qeydləri aparır; eksellərə protestlər tərtib edir; çekləri ödənilmək üçün təqdim edir və çeklərin ödənilmədiyini təsdiq edir; sənədləri saxlanmaq üçün qəbul edir; dəniz protestləri tərtib edir; sübutları təmin edir.
41. Aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən maraqlı şəxs bu barədə dövlət notariat ofisinin, xüsusi notariusun, müvafiq icra hakimiyyəti orqanının, bu Qanunun 39-cu maddəsinin birinci hissəsində sadalanan vəzifəli şəxslərin iş və ya qulluq yerinin, yaxud gəminin qeydiyyat limanının yerləşdiyi yerin məhkəməsinə şikayət verə bilər.
Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat
128. Notarius qanuna zidd və əqdin şərhindən ibarət olmayan, eləcə də özündə insanın şərəf və ləyaqətini ləkələyən məlumatlar əks etdirməyən sənədlərdə imzanın həqiqiliyini təsdiq edir. Notarius maraqlı şəxslərin ona müraciəti zamanı məhkəmə, istintaq və ya təhqiqat orqanının icraatında olan işlər üzrə sübutları təmin etmir, o cümlədən şahid ifadələrində imzanın həqiqiliyi notarius tərəfindən təsdiq edilmir.
190. Notarius məhkəmələrdə, istintaq və təhqiqat orqanlarında iş başlanarkən zəruri olacaq sübutları, həmin sübutların təqdim edilməsinin sonralar qeyri-mümkün və ya çətin olacağını güman etməyə əsaslar olduqda, maraqlı şəxslərin xahişi ilə təmin edir.
191. Notarius sübutların təmin olunması qaydasında şahidləri dindirir, yazılı və maddi sübutları müayinə edir, ekspertiza təyin edir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il Qərarı (24 dekabr 2021-ci il tarixli dəyişikliklərlə)
8. Aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən şikayət verilməsi zamanı mübahisəyə mülki, yoxsa inzibati məhkəmə icraatı qaydasında baxılması ilə bağlı məsələ qanunvericilikdə dəqiq tənzimlənməmişdir. Əksinə, bu məsələ ilə bağlı qanunvericilikdə bir-biri ilə uyğunsuzluq halı yaradan bir sıra normalar vardır və onların məcmusunun qiymətləndirilməsi əsasında hazırkı vəziyyətdə qanunvericinin iradəsini dəqiq aydınlaşdırmaq mümkün olmur. Mülki Prosessual Məcəllənin 445.0.6-cı, İnzibati Prosessual Məcəllənin 8.1.3-1-ci, “Notariat haqqında” Qanunun 41-ci maddəsində və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda mövcud olan müddəalar aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən verilmiş şikayətlərin məhkəmə aidiyyətinin dəqiq müəyyənləşdirilməsinə imkan vermir. Odur ki, müvafiq təkmilləşdirilmələr aparılmaqla mümkün olan qısa müddət ərzində aidiyyətlə bağlı məsələnin qanunvericilik səviyyəsində həll olunması üçün qanunvericilik təşəbbüsü hüququndan istifadə olunmalı, eyni zamanda, məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təmin etmək üçün mövcud mübahisələrə müvəqqəti baxılması qaydası ilə bağlı məhkəmələrə izah verilməlidir. Bu baxımdan, qanunvericilikdə müvafiq tənzimləmələr edilənədək notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtinaya dair şikayətlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılması davam etdirilsin.
Məhkəmə kollegiyasının mövqeyi
Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, iş materialları ilə müəyyən olunur ki, 2010-cu ildə X15 mənzildən çıxaraq naməlum istiqamətə getmiş və evə geri qayıtmamışdır. Hazırki iş üzrə ərizəçi olan Ərizəçi1 Qolubev Vladimirin xalasıdır, X33 isə Qolubev Vladimirin ögey əmisidir. X15 itkin düşəndən sonra ona məxsus əmlak miras qalmış, onun əmisi və xalası tərəfindən məhkəmə mübahisələri başlamışdır. Mübahisələr üzrə yuxarıda qeyd olunan qərarlar qəbul olunmuşdur. Fomina Ərizəçi1 tərəfindən verilmiş apellyasiya şikayətində qeyd edilən dəlillər ərizəçinin şikayəti ilə eynilik təşkil etdiyindən və qeyd edilən dəlillərə məhkəmə tərəfindən düzgün hüquqi qiymət verildiyindən, hazırki apellyasiyanın dəlillər əsassız hesab edilir və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Apellyator Ərizəçi1 notariusların qəbul etdiyi qanunsuz qərarlar nəticəsində onun vərəsəlik hüququndan məhrum edildiyini göstərsə də, yuxarıda qeyd olunan məhkəmə qərarları ilə vərəsəlik işlərinə hüquqi qiymət verilmişdir. Mülki prosessual qanunvericiliyinə əsasən şikayət üzrə ərizəçinin tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyrimüəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, apellyatorun dəlilləri əsaslı hesab edilə bilməz. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli qərarına əsasən, Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Həmçinin, Plenum qərarında qeyd edilmişdir ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırki apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu isə apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-7308/2021 saylı, 18 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov