Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5665/2024 24.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “yaşayış evindən çıxarılma və iddiaçının yaşayış evinə köçürülməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: evdən çıxarılma, evə köçürülmə tələbi, özbaşına tikili) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X9 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlu və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış evindən çıxarılma və iddiaçının yaşayış evinə köçürülməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin e- 2(004)-3193/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İV-ЖГ seriyalı, **********54 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X10 ilə İddiaçı xx.xx.1975-ci il tarixdə 140 nömrəli akt qeydi ilə nikah bağlamışlar.
2. AZ-İİ seriyalı, 130913 nömrəli Ölüm haqqında Şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2020-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixində 1515 nömrəli qeydiyyat aparılmışdır.
3. Bakı şəhəri 18 saylı Notariat Ofisinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, mərhum X5 xx.xx.2020-ci il tarixdə vəfatı ilə əlaqədar vərəsə İddiaçı ərizəsi əsasında tərəflərindən vərəsəlik işi açılmışdır. Vərəsələrin dairəsi müəyyən edilmişdir. İslamova X4 Vaqif Rəsul oğlunun vərəsəsidir. Bunları nəzərə alaraq, mərhum X5 adına olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə çıxarış verilməsi xahiş olunmuşdur.
4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, mərhum X5 adına ünvan 2 ünvanın qeydiyyatdan keçməsi ilə bağlı məlumat və texniki pasport İdarənin arxivində aşkar edilməmişdir.
5. 14.06.2013-cü il tarixli Daxili qaz avadanlığına texniki baxış və profilaktik xidmət işlərinin keçirilməsi haqqında Aktdan görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə orada yaşayan X5 iştirakı ilə mənzil daxili qaz xətlərinə və qaz avadanlığına texniki baxış və profilaktik xidmət işləri keçirilmişdir.
6. "xxxx" ASC ilə İddiaçı arasında imzalanmış xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, bu müqavilə "xxxx" ASC-nin su təchizatı sistemindən istehlakçının tələbatına uyğun lazımi miqdarda, tərkib və keyfiyyətinə görə DÜİST2874-82 nömrəli Dövlət Standartının tələblərinə uyğun içməli suyun buraxılması, tullantı sularının kanalizasiya sisteminə qəbulu, təmizlənməsi və axıdılması ilə əlaqədar tərəflərin hüquq və öhdəliklərini müəyyən edir. Sözügedən müqavilə 11-ci Xrebtovı küçəsi, ev 73 ünvanı ilə əlaqədar bağlanmışdır.
7. ünvan 4 ilə bağlı Azərişıq ASC-nin xx.xx.2022-ci il tarixli bildirişin surətindən görünür ki, abonent kodu İddiaçı adınadır.
8. Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyinin 22 saylı MKİS-nin xx.xx.2024-cü il tarixli Arayışından görünür ki, Cavabdeh Dadaş Bünyadzadə küçəsi, ev 73 ünvanında qeydiyyatsız olmaqla yaşayır.
9. Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyinin 22 saylı MKİS-nin xx.xx.2024-cü il tarixli Arayışından görünür ki, X3 Bünyadzadə küçəsi, ev 73 ünvanında qeydiyyatdadır.
10. İş materiallarında olan nikahnamədən görünür ki, X11 ilə Cavabdeh arasında xx.xx.2012-ci il tarixdə kəbin bağlanmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı Cavabdeh qarşı “yaşayış evindən çıxarılma və iddiaçının yaşayış evinə köçürülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 6ndə yerləşən 73 saylı fərdi yaşayış evinin boşaldılaraq iddiaçıya təhvil verilməsi, cavabdehin fərdi yaşayış evindən çıxarılması, iddiaçının evə köçürülməsi və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.1975-ci il tarixdə X10 ilə nikaha daxil olmuş və Bakı şəhəri Yasamal rayonu D.Bünyadzadə (Xrebtovı) küçəsində yerləşən 73 saylı evə gəlin köçmüşdür. Sözügedən fərdi yaşayış evi xx.xx.1969-cu il tarixdən Sənəm İsmayılovanın mərhum əri X7 məxsus olmuş, onlar birlikdə sözügedən evdə yaşamışlar. Vaqif Məmmədovun xx.xx.2020-ci il tarixdə vəfatından sonra İddiaçı hərdən qızı ilə qalmış, daha çox öz evində yaşamışdır. Ərinin vəfatından sonra Bakı şəhəri 18 saylı Notariat Ofisində vərəsəlik işi açılmış və İslamova X4 Vaqif Rəsul oğlunun vərəsəsi kimi tanınmışdır. Fərdi yaşayış evinə dair kommunal xidmət müqavilələri Sənəm İsmayılova ilə bağlanmış və müvafiq olaraq sayğaclar onun adınadır. Bu yaxınlarda İddiaçı məlum olmuşdur ki, sözügedən fərdi yaşayış evi kənar şəxslər tərəfindən özbaşına olaraq zəbt edilmiş, özlərini evin sahibi kimi təqdim etməklə Sənəm İsmayılovanı yoldaşından ona miras qalmış əmlaka daxil olmalarına imkan verməmiş və evdən çıxmaqdan imtina etmişlər. Könüllü olaraq evin boşaldılması ilə bağlı dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq heç bir nəticəsi olmamışdır. İddiaçı məxsus Bakı şəhəri Yasamal rayonu D.Bünyadzadə küçəsində yerləşən 73 saylı evi özbaşına olaraq zəbt edən şəxslərin barəsində qanunamüvafiq tədbir görülməsi, onların məsuliyyətə cəlb edilməsi və fərdi yaşayış evinin boşaldılaraq sahibi İddiaçı təhvil verilməsinə köməklik göstərilməsi barədə hüquqmühafizə orqanlarına müraciət olunmuş, məlum olmuşdur ki, fərdi yaşayış evi özünü Vaqif Məmmədovun “arvadı” kimi təqdim edən Cavabdeh tərəfindən zəbt edilmişdir.
13. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-3193/2024 nömrəli xx.xx.2024cü il tarixli qətnaməsi iddianın qismən təmin edilərək, İddiaçı ünvan 6 ünvanında yerləşən 73 saylı fərdi yaşayış evinə köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
14. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mübahisəli ünvan 6ndə yerləşən 73 saylı fərdi yaşayış evi iddiaçının rəsmi nikahda olduğu əri mərhum X6 mülkiyyətində olmasa da, həmin mübahisəli əmlaka mərhum X6 gözlənilən mülkiyyət hüququ olmuşdur. Bu baxımdan İddiaçı da X6 vərəsəsi kimi mübahisəli evə mülkiyyət hüquqları əldə etmək barədə əsaslı gözləntiyə malik olması qəbul ediləndir. Məhkəmə hesab etmişdir ki, iddia tələbi bu baxımdan vərəsə kimi mübahisəli mənzilə gözlənilən mülkiyyət hüququ olan “İddiaçı ünvan 6 ünvanında yerləşən 73 saylı fərdi yaşayış evinə köçürülməsi“ hissəsində təmin edilməlidir. Məhkəmə həmçinin hesab etmişdir ki, iddia tələbi digər hissədə, yəni ünvan 6ndə yerləşən 73 saylı fərdi yaşayış evinin boşaldılaraq iddiaçıya təhvil verilməsi, cavabdehin fərdi yaşayış evindən çıxarılması hissələrində təmin edilməməlidir. Məhkəmə iddiaçının vərəsə kimi mübahisəli mənzilə gözlənilən mülkiyyət hüququnun olmasına baxmayaraq iddia tələbinin bu hissədə təmin edilməsini ədalətli və vicdanlı hesab etmir və bu hissədə iddia tələbinin təmin ediləcəyi təqdirdə hüquqdan sui-istifadəyə gətirib çıxaracağını güman edir. İşin müəyyən edilmiş halları ilə müəyyən olunmuşdur ki, Cavabdeh ilə mərhum X10 02 iyun 2012-ci il tarixdə faktiki nikaha (dini nikaha) daxil olaraq ailə qurmuşlar. Həmin gündən indiyə qədər cavabdeh Bakı şəhəri, Yasamal rayonu, D.Bünyatzadə küçəsi, ev 73-də yaşayır. V.Məmmədovla İddiaçı 14 fevral 1975-ci il tarixdə rəsmi nikaha daxil olmuş və 1981-ci ilə qədər ünvan 7- də onlar üçün Rəsul Məmmədov tərəfindən (V.Məmmədovun atası) ayrılmış sahədə yaşamışlar. 1981-ci il tarixdə cütlüyə dövlət tərəfindən mənzil verildiyinə görə, onlar yaşadığı sahəni satmış və yeni mənzilə köçmüşlər. 1981-ci ildən (artıq 43 ildir) indiyə qədər iddiaçı ünvan 7 ünvanında yaşamır. 2008-ci ildən iddiaçı ilə mərhum X10 faktiki olaraq ayrılmış və onların nikahı formal xarakter daşımışdır. 2012-ci ildə cavabdehlə V.Məmmədov tanış olmuşlar və V.Məmmədov cavabdehə rəsmi olaraq evli olduğunu, uşaqlarına görə ayrılmasını rəsmiləşdirmədiyini, lakin iddiaçı ilə hər hansı bir ünsiyətinin qalmadığını bildirmişdir. Məhkəmə Cavabdeh 12 ildən artıq müddətdir ki, mübahisəli mənzildə yaşamasını, başqa yaşayış yerinin olmamasını, eyni zamanda onun mübahisəli fərdi yaşayış evinə həmin həmin fərdi yaşayış evinin məxsus olduğu, həmin mənzilə gözlənilən mülkiyyət hüququ olan X5 iradəsinə uyğun olaraq dini kəbində olan arvadı kimi köçürülməsini və İddiaçı isə uzun müddət formalaşmış qaydaya etiraz etməməsini nəzərə alaraq hesab edir ki, iddia tələbinin “İddiaçı ünvan 6 ünvanında yerləşən 73 saylı fərdi yaşayış evinə köçürülməsi“ hissəsinə Mülki Məcəllənin 560-cı maddəsinin tələbləri baxımından qiymət verilməli və iddia tələbi “İddiaçı ünvan 6 ünvanında yerləşən 73 saylı fərdi yaşayış evinə köçürülməsi“ hissəsində təmin edilməlidir.
15. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 152.1, 152.5, 157.1, 157.2, 157.4, 157.8, 180, 180, 180.2, 560.1, 560.1, 560.2-ci maddələri, X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli, F.Nəcəfovanın şikayəti üzrə 2023-cü il 03 mart tarixli Qərarları və Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-ci, 227, 360-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
16. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3193/2024 nömrəli 25 iyul 2024-cü il tarixli qətnaməsinin iddianın təmin olunmayan hissəsində ləğv edilməsi, həmin hissədə iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
17. Apellyasiya şikayətində göstərilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehin evdən çıxarılması hissəsində əsassız qətnamə qəbul edilmiş, məhkəmə təqdim edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırmamış, iddia tələbinin təmin edilməyən hissəsi ilə əlaqədar kifayət qədər əsaslandırılmamış qətnamə qəbul etmişdir. Aşağıda qeyd edilən səbəblərdən həmin hissədə qətnamə ləğvedilməli, iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. İlk olaraq qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 1.5-ci maddəsinə əsasən dini kəbinkəsmə (dini nikah) hüquqi əhəmiyyətə malik deyildir. Azərbaycan Respublikasında nikah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir və yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah tanınır. xx.xx.2012-ci il tarixdə X1 Arzu Musa qızı dini kəbin bağlanan zaman iddiaçı ilə Vaqif Məmmədov arasında rəsmi nikah qüvvədə olmuş, tərəflər arasında nikah pozulmamışdır. Ümumiyətlə hazırki iş üzrə cavabdehlə Vaqif Məmmədov arasında olan münasibətlər faktiki nikah münasibətləri hesab edilə bilməz. Ailə qanunvericiliyi ilə ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər arasında nikahın bağlanmasına yol verilmir. Məhkəmə iclasında cavabdeh verilmiş sullara cavab olaraq Vaqif Məmmədovla dini nikaha girəndə onun İddiaçı ilə rəsmi nikahda olduğunu bildiyini etiraf etmişdir. İddiaçı mütəmadi olaraq xarici ölkədə olan qızının yanına getdiyindən məhz Vaqif Məmmədovun qayğısına qalmaq məqsədilə Cavabdeh mübahisəli evə gediş-gəlişi razılaşdırılsa da, sonradan onların arasında yaranan yaxın münasibət dini kəbinlə nəticələnmiş və bu iddiaçıdan gizlədilmişdir. Yəni, Cavabdeh həmin yaşayış evində hər hansı bir hüququ olmamış, sadəcə Vaqif Məmmədovla qeyri-rəsmi münasibətdə olmasından istifadə edərək həmin yaşayış evinə iddia edir. Digər tərəfdən hazırki halda iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin normaya görə iddianın təmin edilməsi üçün maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçının cavabdehdən qaytarılmasını tələb etdiyi əşyalara mülkiyyət hüququnun olması; 2) tələb edilən anda əşyaların cavabdehin sahibliyində olması və 3) cavabdehin əmlaka sahiblik hüququ qanunsuz olması. Qeyd olunan şərtlərin yaşayış evinə münasibətdə birinci və ikincisinin hazırki işdə mövcud olması mübahisə olunmaya bilər. Lakin üçüncü şərt üzrə isə işin faktiki hallarını araşdıran məhkəmə səlahiyyəti çərçivəsində təqdim olunmuş sübutlara və tərəflərin izahatlarına əlaqəli hüquqi qiymət verməklə səhv nəticəyə gəlmişdir. Belə ki, hazırda cavabdehin faktiki sahibliyində və istifadəsində olan mübahisəli ev birgə nikah dövründə əldə edildiyindən, V.Məmmədovun sağılığında tikili artıq mövcud olduğundan həmin evə iddiaçının həm də sahiblik hüququ vardır. Buna görə də fərdi yaşayış evinə köçürülməklə yanaşı yaşayış evindən çıxarılmasına dair iddia tələbi ilə məhkəməyə müraciət etmək üzrə subyektiv hüquqa malik olmuşdur. İşdən göründüyü kimi, mübahisəli əmlaka mərhum X6 gözlənilən mülkiyyət hüququnun, bu baxımdan İddiaçı da onun vərəsəsi kimi mübahisəli evə mülkiyyət hüquqlarının əldə etmək barədə əsaslı gözləntisinin yaranması işin mübahisəsiz halıdır. Məhkəmə isə öz qətnaməsində də məhz araşdırma nəticəsində bu qənaətə gəldiyini qeyd etmişdir (7-ci səhifə 4-cü abzas). Lakin bütün bunlara baxmayaraq məhkəmə nədənsə yaşayış evinə köçürülməsi“ hissəsində iddianı təmin etmiş, yaşayış evindən çıxarılması hissəsində iddianı təmin etməmişdir. Bu isə şəxsin mülkiyyət hüququna qanuni gözləntisi olduğu yaşayış evindən istifadə edə bilməməsi isə iddiaçının hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. ünvan 6ndə yerləşən 73 saylı fərdiyaşayış evi özbaşına tikilidir və qanun özbaşına tikinti aparmış şəxsin tikinti üzərində sərəncam verməsinə qadağa qoysa da, belə tikintiyə sahiblik etmək və ondan istifadə etməklə bağlı bənzər qadağa müəyyənləşdirməmişdir. Öz vəsaiti hesabına özbaşına tikili tikmiş (əldə etmiş) şəxsin bu tikilidən onun iradəsi ziddinə istifadə edən şəxslərin tikilidən çıxarılmasını tələb etmək hüququ da olmalıdır. Məhkəmə araşdırması zamanı iş üzrə Cavabdeh bildirmişdir ki, o sözügedən evə gələndə ev artıq tikilmiş olmuşdur. X15rdaşı ilə birlikdə tikmişdir (etirazda olanları təkzib etmişdir). Həm iddiaçı, həm də cavabdehin ifadəsi ilə fərdi yaşayışevinin 2012-ci ildə artıq tikilib başa çatdığı təsdiq olunur. Belə olduğu halda ölümünə qədər nikahda olduğu arvadı kimi mərhum əri ilə birgə nikahı dövründə əldə edilmiş vəsait hesabına tikilmiş evdən iddiaçının iradəsi ziddinə yaşayan şəxsin çıxarılmasını tələb etməkdə haqlı olmuşdur. Evin özbaşına tikili olması bu evə görə heç bir xərc çəkməmiş üçüncü şəxslərin (cavabdehin) evdən istədiyi kimi istifadə edə biləcəyi mənasına gəlmir. Həmçinin məhkəmə mübahisəli fərdi yaşayış evi əldə olunan və əsaslı təmir dövründə iddiaçının öz ailəsi ilə mehriban ailə kimi yaşamasına, mərhum Vaqif Məmmədovla etibarlı ailə münasibətlərinin mövcud olmasını əhəmiyyət verməmişdir. İş materiallarında olan "xxxx" ASC ilə İddiaçı arasında imzalanmış xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, bu müqavilə "xxxx" ASC-nin su təchizatı sistemindən istehlakçının tələbatına uyğun lazımi miqdarda, tərkib və keyfiyyətinə görə DÜİST2874-82 nömrəli Dövlət Standartının tələblərinə uyğun içməli suyun buraxılması, tullantı sularının kanalizasiya sisteminə qəbulu, təmizlənməsi və axıdılması ilə əlaqədar tərəflərin hüquq və öhdəliklərini müəyyən edir. Sözügedən müqavilə 11-ci Xrebtovı küçəsi, ev 73 ünvanı ilə əlaqədar bağlanmışdır. İş materiallarında olan ünvan 4 ilə bağlıAzərişıq ASC-nin xx.xx.2022-ci il tarixli bildirişin surətindən görünür ki, abonent kodu İddiaçı adınadır.
Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Proses iştirakçılarının izahatı
19. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirir ki, o, Amerikaya qızının yanına gedib qalırdı. 2012-ci ildə Vaqif ona zəng edib bildirdi ki, ona baxan yoxdur. O, Energetika Nazirliyində işləyirdi, vəzifəli şəxs idi, yüksək maaş və pensiya alırdı. Heç bir xəstəliyi də yox idi, sağlam insan idi. Yoldaşı Covid xəstəliyinə tutuldu. O, həmin vaxt Bakıda deyildi. Onun xəbəri olmadan yoldaşını başqa yerlərə aparıblar. Sağlam insan 2-3 gün içərisində vəfat edib. Onun oğlu şəhid olub. Yoldaşının yas mərasini yola verdikdən sonra, oğlu üçün hər il olduğu kimi anım günü keçirtdi. Baldızları da orada idi. Onlarla hər zaman mehriban olmuşdular. Ona dedilər ki, Arzuya ev almalıdır, yoxsa evdən çıxmayacaq. Ona nalayiq sözlər dedilər, təhqir etdilər. Kommunal xidmətlər onun adınadır. Ona 122 manat işığın ödənilməsinə görə mesaj gəlib və heç kim ödəməyib. O orada yaşamır, cavabdeh evindən çıxmır.
20. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirir ki, evin statusu özbaşına tikilidir. Məhkəmə Mülki Məcəllənin 157-ci maddəsinə istinad edib. Həmin maddənin tələbinə əsasən 3 dispozisiya şərt birgə mövcud olmalıdır. İddia ərizəsinə cavabdehin etirazında qeyd edilib ki, guya iddiaçı Sənəm xanım 1981-ci ildən indiyə qədər ünvan 7 ünvanında yaşamır. Elə bir hal təsdiq olunmayıb. Həmin ev özbaşına tikilidir. Əvvəlki ünvan Xrebtov küçəsi adlanırdı. Rus dilində tərtib olunmuş sənədə əsasən məhkəmədə iddia qaldırdılar. İddiaçı Məmmədov Vaqif lə 1975-ci ildən rəsmi nikaha daxil olublar. İddiaçı Sənəm xanım mərhum yoldaşı Məmmədov Vaqif mübahisəli evdə yaşamış və qeydiyyatda olmuşdur. Həmin ərazidə vahid 1 giriş var. Həmin girişdə 4 fərqli ev var və heç biri dövlət qeydiyyatı alınmayıb. Bizim qanunvercilik sistemi dini nikahı qəbul etmir. Cavabdeh Arzu xanım mərhum Vaqif ilə faktiki nikaha daxil olanda bilirdi ki, mərhumun iddiaçı Sənəm xanım ilə rəsmi nikahı var və qüvvədədir. İddiaçının evdən mülkiyyət gözləntisi olub və yoldaşı rəhmətə getdikdən sonra vərəsəlik şəhadətnaməsi alıb. Kommunal ödənişlər də Sənəm xanımın adındır. İddiaçı mülkiyyət hüququ ilə bağlı dövlət orqanına müraciət edib, lakin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması imtina edilmişdir. Sənəm xanım mərhum Vaqifin yeganə vərəsəsidir. 2008-ci ildə iddiaçının oğlu şəhid olmuş, iddiaçı Sənəm xanım ilə mərhum Vaqif arasında gərginlik yaranmışdır. İddiaçının qızının amerikalı vətəndaş ilə ailə həyat qurmasına görə münaqişələr baş vermişdir. İddiaçı tez-tez qızının yanına - Amerikaya gedib-gəlmişdir. Buna görə də Sənəm xanımın baldızları qardaşı Vaqifin qayğısına qalmaq üçün cavabdeh Arzu xanımı gətirmişlər. Vaqifə cavabdeh qulluqçu kimi təqdim edilib, iddiaçının dini nikahın olmasından xəbəri olmayıb. İddiaçı bu olanları qəbul etmir. Vahid həyətdə tikililər var, hamısı bir-birindən ayırıdır. Bir həyətdə sadəcə yerləşirlər. Onların qeydiyyatda olan və yaşayan digər şəxslərlə bağlı heç bir problemi yoxdur. İddiaçı cavabdehin oradan çıxarılmasın tələb edir ki, iddia tam təmin edildiyi halda heç bir problem yaranmayacaq. Rayon məhkəməsində “iddiaçı evi satıb, həyətdən çıxıb” formasında izahat verməyiblər. Çünki, elə bir hal olmayıb. İddiaçı ailəsi ilə birlikdə 1979-cu ildə 8-ci kilometr qəsəbəsində iddiaçıya atası tərəfindən alınmış mənzilə köçüb yaşayıblar. Tikili 1992-ci ilə aiddir. Rus dilində tərtib edilmiş sənəd var, iş materiallarına əlavə edilib. Həmin sənəddə Vaqifin adı keçir. Məsumə Məmmədova ilə bağlı iddiası yoxdur. Polis bölməsi orada kimin yaşadığını aydınlaşdıranda cavabdeh hətta cərimə olunub.
21. Cavabdeh apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirir ki, 2012-ci ildə Vaqiflə dini nikahı olub. İddiaçı yəni, Vaqifin keçmiş həyat yoldaşı onu evdən qovub. Vaqif pencəyini götürüb evdən gedib. Ailələrin iştirakı ilə dini nikahı olub. Vaqif uşaqlarına görə boşanmamışdır ki, söz-söhbət yaranmasın. O da bu halla razılaşıb. Vaqifin bacısı, qardaşı ilə bir həyətdə yaşayırlar. Baldızları və qayını ilə bir həyətdə 8 il yaşayıblar. İddiaçı Vaqifin vəfatından sonra pensiyasını, maşını, əmlakını götürüb. Onun hazırda yaşayacaq başqa yeri yoxdur. Mübahisəli mənzilə 2012-ci ildə Vaqiflə dini nikahı olandan sonra köçüb. Həmin ilə qədər başqa yerdə kirayədə yaşayıb. Tikili əvvəl köhnə olub.Vaqifin qardaşının köməkliyi ilə təmir işləri aparılıb. Vaqifin atası kömək etməyib. O ora köçəndə köhnə tikili idi. Evə köçəndə iki otaqlı olub.Tikinti işlərini qayını-Vaqifin qardaşı kömək edib.
22. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirir ki, cavabdehin övladı yoxdur ki, həmin ev ona miras qalsın. Həmçinin digər yaşayış yeri də yoxdur, özü heç bir yerdə işləmir. Cavabdeh 2012-ci ildən orada yaşayır və məqsədi sadəcə həmin evdə yaşamaqdır ki, həmişəlik sığınacağı olsun. Həqiqətən də 2008-ci ilə qədər mərhum Vaqif iddiaçı Sənəm ilə birlikdə həmin evdə yaşayıblar. Lakin həmin ildən cavabdehin bildirdiyinə görə iddiaçı mərhumu evdən qovub. Bununla da tamamilə əlaqələri kəsilib. Evin tikintisinə ən çox zəhmət çəkən Vaqifin böyük qardaşı olub. Həmin evə daha da geniş artırmalar isə Arzu xanımla faktiki nikaha girdikdən sonra olmuşdur. Hətta evin 1 otağını da xeyir və məclisi üçün ayırmışdılar. Cavabdehlə Vaqifin nikahından bütün qohumların xəbəri var idi. Şəkillərdən də görünür ki, elçilik və kiçik yığıncaq və.s olub. 2012-ci ildən Vaqif vəfat edənə qədər Vaqifin qayğısına cavabdeh Arzu xanım qalıb. Cavabdeh qulluqçu olmayıb.Vaqiflə dini nikahı olub. Rayon məhkəməsində Məsumə Məmmədovanın mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməsi barədə vəsatət vermişdi, təmin edilməmişdir. Tikilinin illərdir aparılması, bunun iddiaçı və Vaqifin birgə nikah dövründə aparılmasını sübut edəcək sənəd yoxdur. Çimnaz Vaqifin bacısı, Məsumə isə Vaqifin digər qardaşının yoldaşıdır. Həmin qardaş da vəfat etmişdir. Onlar da dediklərini təsdiq edəcəklər. Vaqif o tikilini tikib ki, iddiaçıdan ayrılandan sonra yenidən ailə qursun. Cavabdeh məhkəmə qətnaməsi ilə razı deyil, amma buna baxmayaraq apellyasiya şikayəti vermədi. O, dəfələrlə cavabdehin apellyasiya şikayəti verməsi üçün israr etdim, amma o, razı olmadı. Cavabdeh iddiaçıya hətta, onunla yaşamağı da təklif edir. Mübahisəli mənzil bir həyətin içindədir və vahid ünvandadır. Məsumə Məmmədova da orada yaşayır. İddia tam təmin edilsə qətnamənin icra mərhələsində çətinliklər olacaq. Həmin mübahisəli əmlakdan təkcə Vaqif istifadə etməyib, digər şəxslər də istifadə edib. Əmlakın Vaqifə məxsus olması sübut edilməlidir. Orada hazırda 12 şəxs yaşayır. Qətnamə icra edilsə belə anlaşılır ki, digər şəxslər də oradan çıxarılmalıdır. Tikili özbaşınadır.Tikilib, tamamlanıb daha sonra da cavabdeh ora gəlin olaraq köçüb. Həmin evdən istifadə təkcə Vaqifin deyil, orada yaşayan digər şəxslərin də hüququdur. Buna görə həmin şəxslər məhkəmə iclasında dindirilməlidir. Cavabdehin yaşamağa yeri yoxdur deyə özündən dəfələrlə yaşca böyük şəxsə qulluq edib,evlənib. Həyətdə yaşayan 12 şəxs cavabdehin orada yaşamasını heç bir problem etmir. Mübahisəli tikili təkcə Vaqifin hesabına tikilməyib, onlar birlikdə kömək ediblər. Qarşı tərəf hətta rayon məhkəməsində iclasda bildirmişdir ki, evi satıb, həmin həyətdən çıxıb gediblər. Sonradan iddiaçı Vaqifi qovub və Vaqif ora yenidən qayıdıb. Şəkillərdən aydın olur ki, tikili sonradan artırılıb, təmir işləri aparılıb.1969-cu ilə aid ola bilməz, evin suvağı yenidir. Prokopoviç Rusiya qarşı iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarında bildirilmişdir ki, ərizəçi faktiki nikahda yaşamış partnyorunun mənzilindən, sonuncunun vərəsələri tərəfindən qovulduğundan, sonuncunun Avropa Konvensiyasının 8-ci maddə ilə qorunan mənzil hüququna hörmət hüququ pozulmuşdur. Bu pozulma Avropa İnsan Hüquqları üzrə Məhkəməsi tərəfindən tanınmışdır. Avropa İnsan Hüquqları üzrə Məhkəməsinə əsasən də iddia əsassızdır. Su və işıq təchizatı barədə müqavilələr Vaqifin adına olub. Çünki, Vaqif böyük qardaş olub. İddiaçı isə Vaqifin vəfatından sonra öz adına keçirib. Qaz təchizatına dair müavilə isə Vaqfin bacısının adına olub. Məsumə Məmmədova hazırda orada yaşayır. Vaqifin sağlığında da orada yaşayıb. Ora təkcə Vaqif xərc çəkməyib, Mənsumənin yoldaşı da xərc çəkib. Rayon məhkəməsində şahidləri də gətirmişdilər. İddiaçının sübutu yoxdur. Evin tikilməsi ilə bağlı sübutları təqdim edə bilərlər. Ev dəftəri birinci dəfə evi satıb, çıxmış vaxta aiddir. Məsumədə ev dəftəri var.
Tətbiq edilən hüquq normaları:
23. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə əgər bu, onların mahiyyətinə zidd deyildirsə oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 180.1 Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
24. Azərbaycan Respublikası Mənzil Məcəlləsi Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.
25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
Maddə 13.4. Mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Maddə 13.5. Belə normalar da olmadıqda məhkəmə öz aktında Azərbaycan Respublikası hüquq qaydalarının ideya və ümumi prinsiplərini əsas götürür. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. Maddə 405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
28. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək iddia tələbinin təmin edilməyən hissədə ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qətnamə cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qətnamə iddia tələbinin təmin edilməyən hissəsində iddiaçıya münasibətdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli, iddia tələbi təmin edilməlidir.
30. İddiaçının tələbi 3 hissədən - ünvan 6ndə yerləşən 73 saylı fərdi yaşayış evinin boşaldılaraq iddiaçıya təhvil verilməsi, Cavabdeh fərdi yaşayış evindən çıxarılması və İddiaçı ünvan 6ndə yerləşən 73 saylı fərdi yaşayış evinə köçürülməsindən ibarətdir.
31. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçının mübahisə predmeti olan evə köçürülməsi hissəsində tələbi təmin edilmiş, fərdi yaşayış evinin iddiaçıya təhvil verilməsi, Cavabdeh fərdi yaşayış evindən çıxarılması ilə bağlı hissədə tələbi təmin edilməmişdir. Məhkəmə qeyd etmişdir ki, mübahisəli ünvan 6ndə yerləşən 73 saylı fərdi yaşayış evi iddiaçının rəsmi nikahda olduğu əri mərhum X6 mülkiyyətində olmasa da, həmin mübahisəli əmlaka mərhum X6 gözlənilən mülkiyyət hüququ olmuşdur. Bu baxımdan İddiaçı da X6 vərəsəsi kimi mübahisəli evə mülkiyyət hüquqları əldə etmək barədə əsaslı gözləntiyə malik olması qəbul ediləndir. Məhkəmə iddiaçının vərəsə kimi mübahisəli mənzilə gözlənilən mülkiyyət hüququnun olmasına baxmayaraq iddia tələbinin cavabdehin çıxarılması hissəsində təmin edilməsini ədalətli və vicdanlı hesab etmir və bu hissədə iddia tələbinin təmin ediləcəyi təqdirdə hüquqdan sui-istifadəyə gətirib çıxaracağını güman etmişdir.
32. Birinci instansiya məhkəməsininin qətnaməsi iddia tələbinin təmin edilməyən hissəsində iddiaçı tərəfindən mübahisələndirilmişdir.
33. İşin faktiki halları ilə müəyyən edilir ki, X10 ilə İddiaçı xx.xx.1975-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Onlar arasında rəsmi nikah münasibətləri pozulmasa da, xx.xx.2012-ci il tarixdə X1 Arzu Musa qızı dini kəbin bağlamışdır. xx.xx.2020-ci il tarixdə X11 vəfat etmişdir. İslamova X4 Vaqif Rəsul oğlunun vərəsəsidir.
34. Mübahisə predmeti olan Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadazadə küçəsi, 73 saylı ev dövlət qeydiyyatına alınmamışdır.
35. Lakin işdə olan xx.xx.1969-cu il tarixli ev dəftərində mübahisə predmeti olan evin sahibi olaraq X11 qeyd edilmişdir. Yaşayış evi mərhumun sahibliyində və istifadəsində olmuş, onun həmin evə gözlənti ilə mülkiyyət hüququ var idi.
36. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh X11 ilə dini kəbin bağlayaraq mübahisə predmeti olan fərdi yaşayış evinə xx.xx.2012-ci il tarixdə köçdüyündən hazırkı münasibətlərə qanunun analogiyası üzrə 1 oktyabr 2009-cu ildən qüvvədə olan Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddəsi tətbiq edilməlidir.
37. Mənzil Məcəlləsinin 30.1 və 30.2.-ci maddəsində qeyd edilir ki, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.
38. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli qərarında qeyd edilir ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. Mənzil Məcəlləsinin 30.2-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ” ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Bu hüquq, ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir. Bu hüququn yaranması ailə münasibətlərinin mövcudluğu ilə şərtləndiyindən, xüsusi hüquq sahəsinə aid edildiyinə baxmayaraq, onun cəmiyyətin normal mövcudluğu üçün vacib olan ailə, valideyn və uşaq institutlarını qoruyan publik hüquq komponentləri də mövcuddur. Beləliklə, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz.
39. Ailə Məcəlləsinin 13 və 15-ci fəsillərinin müvafiq müddəalarına əsasən valideynlərin uşaqlarını saxlamağa borclu olması, əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan ər və arvadın birbirinə kömək etməli olması, qardaş və bacıların yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq, baba və nənənin nəvələri saxlamaq, həmçinin nəvələrin baba və nənəni saxlamaq, yetirmələrinin öz faktiki tərbiyəçilərini saxlamaq, həmçinin ögey oğul və qızların ögey ata və ananı saxlamaq vəzifəsi müəyyən edilmişdir.
40. Kollegiya qeyd edir ki, Cavabdeh ilə X11 arasında nikah münasibətləri qeydə alınmamışdır. Cavabdehin dini nikaha istinad etməsi və mərhumun faktiki arvadı olmasının bu mübahisənin həllində hər hansı bir əhəmiyyəti yoxdur. Çünki bu nikah hər hansı hüquqi nəticə yaratmır və cavabdehə mərhumun ailə üzvü olması statusu vermir.
41. Məhkəmə kollegiyası qeyd edir ki, işə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq norması ilə yanaşı prosessual hüquq normasının da pozuntusuna yol verilmişdir.
42. Belə ki, işə baxan məhkəmə cavabdehin etirazda qeyd etdiyi halları işin mübahisəsiz halları kimi qətnamədə qeyd etmişdir. Halbuki, cavabdehin etirazında istinad etdiyi həmin hallar iddiaçı tərəfindən etiraf, yaxud sübut edilməmişdir.
43. Cavabdeh etiraz ərizəsində qeyd etmişdir ki, mübahisə predmeti olan evi mərhum 1981-ci ildə satmış və yeni mənzilə köçmüşdür. Qeyd edilməlidir ki, X5 mübahisə predmeti olan evi 1981-ci ildə satması nə iddiaçı tərəfindən etiraf edilmiş, nə də hər hansı sübutla təsdiqini tapmışdır. Əksinə, xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, iddiaçının nümayəndəsi və vəkili izahatında qeyd etmişdir ki, 1992-ci ildə 1 otaqlı evin satışından əldə edilmiş pul vəsaiti ilə mübahisəli fərdi yaşayış evini tikmişlər. Evin tikintisi tam şəkildə 2012-ci ildə başa çatmışdır.
44. Bundan əlavə, cavabdehin nümayəndə və vəkili izahatında o hala istinad edir ki, mübahisə predmeti olan ünvanda mərhumun qohumları da yaşayır.
45. Kollegiya qeyd edir ki, iddiaçının tələbi hazırda Cavabdeh qarşı irəli sürülmüşdür.
46. 25 iyun 2024-cü il tarixli protokoldan da görünür ki, iddiaçının nümayəndə və vəkili də təsdiq etmişdir ki, həmin həyətdə 4 fərdi yaşayış evi vardır. Qeydiyyatda olan şəxslər digər yaşayış evlərində yaşayırlar.
47. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, İddiaçı apellyasiya şikayəti təmin edilməli, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)- 3193/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi qismən ləğv edilməli, iddia tələbi təmin edilməli, Cavabdeh ünvan 6ndə yerləşən 73 saylı fərdi yaşayış evindən çıxarılmalı, ev boşaldılaraq İddiaçı təhvil verilməlidir. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin.
48. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:
İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-3193/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi qismən ləğv edilsin. İddia tələbi təmin edilsin. Cavabdeh ünvan 6ndə yerləşən 73 saylı fərdi yaşayış evindən çıxarılsın və ev boşaldılaraq İddiaçı təhvil verilsin. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Xəyal Sarıyev Fərrux Qasımov