Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5669/2022 17.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, İddiaçı “X3 Azərbaycan” QSC-nin Cavabdeh qarşı “maddi zərərin ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 iyul 2022-ci il tarixli 2(001)-4022/2022 saylı qətnaməsindən iddiaçının apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “X3 Azərbaycan” QSC cavabdeh X1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 29,79 manat məbləğində maddi zərər və 30 manat dövlət rüsumunun QSC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə “X3 Azərbaycan” QSC arasında xx.xx.2019-cu il tarixli “Bank hesabı, debet kartı, kredit kartı və zaminlik” haqqında qarışıq müqavilə bağlanmış, müqavilələr üzrə cavabdeh öhdəliklərini yerinə yetirməmiş, iddiaçıya olan borcunu ödəməkdən imtina etmişdir. Bu səbəbdən də borcun tutulması tələbi ilə məhkəməyə müraciət edilmiş, xx.xx.2021-ci il tarixli 2(00)-5145/2021 saylı məhkəmə qətnaməsi çıxmışdır. Nəticədə iddiaçı ”İnternational Legal Services” MMC ilə bağlanmış xx.xx.2016-cı il tarixli "Hüquqi xidmət haqqında" müqaviləsinə əsasən borcun məhkəmə qaydasında tələb edilməsini ”İnternational Legal Services” MMC-yə sifariş etmişdir. ”İnternational Legal Services” MMC öz növbəsində cavabdeh barəsində qeydiyyat ünvanına uyğun olaraq aiddiyyəti məhkəmə orqanına müraciət edərək borcun tam həcmdə geri ödətdirilməsini təmin etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixində ödənilən 198,62 manat məbləğindəki vəsait "xxxx" MMC-nin vasitəsiilə təmin edilmiş və buna görə də “X3 Azərbaycan” QSC tərəfindən "xxxx" MMC-yə 29,79 manat məbləğində xidmət haqqı ödəmişdir. Qeyd edilən xx.xx.2016-cı il tarixli "Hüquqi xidmət haqqında" müqaviləsinin 5.1.1-ci bəndinə əsasən yerinə yetirmiş olduğu xidmətlərə görə ”İnternational Legal Services” MMC-yə cavabdeh(lər) tərəfindən “X3 Azərbaycan” QSC-yə ödənilmiş hər məbləğin 15% həcmində yəni ümumilikdə 29,79 manat məbləğində xidmət haqqı ödəmişdir. Cavabdehlə bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin 4.19cu maddəsinə əsasən çəkilmiş bütün xərcləri ödəməyi öz öhdəsinə götürmüşdür. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 iyul 2022-ci il tarixli 2(001)-4022/2022 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən iddiaçı apelyasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, tərəflər arasında bağlanmış sərbəst iradə ifadəsi olan müqavilədə cavabdeh birmənalı olaraq üzərinə götürmüşdür ki, bank icra tətbiqini həyata keçirmək məcburiyyətində qaldığı təqdirdə bununla bağlı hüquqi xidmət xərclərini ödəyəcəkdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan “X3 Azərbaycan” QSC ilə Cavabdeh arasında 07 oktyabr 2019-cu il tarixdə bağlanmış “Bank hesabı, debet kartı, Cavabdeh kredit kartı və zaminlik” haqqında qarışıq müqaviləsinə əsasən sonuncuya kredit verilməsi üçün kredit xətti açılmışdır. Həmin Müqavilənin 4.20-ci bəndinə əsasən, bu müqavilədən yaranan (irəli gələn) borcların “Kart/əlavə kart sahibi” tərərfindən vaxtında və lazımi qaydada geri qaytarılmamasına görə “Bank” “Kart/əlavə kart sahibi”nə qarşı iddia qaldırmaq və ya icra tətbiqinin həyata keçirmək məcburiyyətində qalarsa , “Kart/əlavə kart sahibi” bununla bağlı “Bank”ın çəkəcək hər cür xərclərinin (vəkil/hüquqi xidmət ilə bağlı xərclər daxil olmaqla) “Bank” a ödənilməsini qəbul, bəyan və təsdiq edir. "xxxx" MMC ilə “X3 Azərbaycan” QSC arasında bağlanmış 01 mart 2016-cı il tarixli “Hüquqi xidmət haqqında” müqavilədən görünür ki, bu müqavilə İstehlak kreditləri, Kredit Kartları və/və ya Kredit kartları ilə bağlı qarışıq müqavilələrə əsasən istifadə edilən kreditlərdən Bank qarşısında yaranan borcların alınması üçün göstəriləcəyi hüquq xidmətləri və bunların əvəzində ödəniləcək ödənişlərlə və xərclərlə əlaqədar məsələləri tənzimləyir. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001)-5145/2021 saylı qətnaməsindən görünür ki, Cavabdeh cəmi 198,62 manat pulun “X3 Azərbacan” QSC-yə ödənilməsi qət edilmişdir. "xxxx" MMC və “X3 Azərbaycan” QSC arasında tərtib edilmiş təhvil aktından görünür ki, borclu müştərilərin QSC-yə geri ödənişləri 9576,87 manat təşkil edir, həmin məbləğ sonuncuya təhvil verilir. Qeyd olunan məbləğin 15%-i 1436 manat büroya ödəniləcək məbləğdir. Cavabdeh alınan borcun məbləği 198,62 manat təşkil edir, büroya ödəniləcək məbləğ isə 198,62 manatın 15%-i, yəni 29,793 manatdır. "xxxx" MMC və “X3 Azərbaycan” QSC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, borclu müştərilərin QSC-yə geri ödənişləri 9576,87 manat təşkil edir. Toplamda kart borclu müştərilər üzrə QSC, MMC-yə 15% xidmət haqqını, yəni 1436,53 manat ödəniş edəcəkdir. İş materiallarında olan ödəniş tapşırığından görünür ki, "xxxx" MMC tərəfindən “X3 Azərbaycan” QSC-nin hesabına 9576,87 manat vəsait köçürmüşdür. “X3 Azərbaycan” QSC-nin maliyyə arayışından görünür ki, “X3 Azərbaycan” QSC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli Hüquqi xidmət haqqında müqavilənin şərtlərinə uyğun olaraq Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixində ödənilən 198,62 manat "xxxx" MMC tərəfindən təmin edilmişdir və bu ödənişlərə görə də “X3 Azərbaycan” QSC tərəfindən "xxxx" MMC-yə 29,79 manat məbləğində xidmət haqqı ödənilmişdir. “X3 Azərbaycan” QSC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2022-ci il tarixli pretenziya bildirişinin surətindən görünür ki, ondan "xxxx" MMC-yə köçürülmüş 29,79 manat məbləğində xidmət haqqının 5 iş günü müddətində ödənilməsi xahiş edilmişdir. Qeyd olunan bildirişin göndərilməsini təsdiq edən poçt qəbzindən görünür ki, bildiriş Cavabdeh çatdırılmışdır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh tərəflər arasında bağlanmış 07 oktyabr 2019-cu il tarixli “Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsi” üzrə öhdəliklərini yerinə yetirməmiş, bununla bağlı iddiaçı bank iddia ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 iyul 2021-ci il tarixli il tarixli qətnaməsi ilə iddiası təmin edilmişdir. Daha sonra iddiaçı bank "xxxx" MMC ilə bağlanmış 01 mart 2016-cı il tarixli “Hüquqi xidmət haqqında” müqaviləyə əsasən məhkəmə qərarı üzrə borcun tələb edilməsini sonuncuya sifariş etmiş və bunun üçün bank tərəfindən 29,79 manat xidmət haqqı ödənilmişdir. Hazırda iddiaçı həmin məbləğin cavabdehdən tutulmasını tələb etmiş, məhkəmə qətnaməsi ilə iddiaçının borcun ödənilməsi barədə iddiası təmin edilmiş, həmin qətnamə qanunvericiliyin tələbinə uyğun olaraq məhkəmə tərəfindən icraya yönəldilmiş və məcburi icrası icra məmuru tərəfindən həyata keçirilmişdir. Qanunvericilikdə məhkəmə aktının məcburi icrasının icra məmurundan qeyri hər hansı şəxs tərəfindən həyata keçirilməsi nəzərdə tutulmamışdır. Bu mənada hər hansı hüquqi şəxs və ya konkret olaraq "xxxx" MMC tərəfindən hər hansı məcburi icra hərəkətlərinin həyata keçirilməsi də qeyrimümkündür. Həmçinin nəzərə alınmalıdır ki, icra məmuru tərəfindən həyata keçirilən icra hərəkətləri ilə bağlı qanunvericilikdə tələbkardan hər hansı ödənişin alınması da nəzərdə tutulmamışdır. Əksinə, həmin ödəniş borclu tərəfindən həyata keçirilir. Kollegiya hesab edir ki, məhkəmənin qənaəti qanuni və əsaslı olmuşdur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən, icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. Həmin Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Göründüyü kimi məhkəmə qətnaməsi ilə QSC-nin iddiası təmin edilmişdir. Həmin qətnamə qanunvericiliyin tələbinə uyğun olaraq icraya yönəldilərək, icra qaydasında tutulmalı məbləğin cavabdehdən tutulmasının təmin edilməsi imkanı olduğu halda, QSC özü MMC ilə müstəqil müqavilə bağlayaraq başqa xidmət sahəsini seçmişdir. Belə olan halda ödədiyi xidmət haqqını cavabdehdən tələb etməsi əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məclləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi yaxud dəyişdirilməsi üçün əsas deyildir. Xüsusilə qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 401 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4022/2022 saylı iş üzrə 01 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-5669/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5669/2022
17.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver