Məhkəmə qərarları › İş №2(103)-567/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-567/2024

24.01.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-567/2024 24.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, X3 və X2 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı nümayəndə-vəkili Vəkil1, Cavabdeh2 nümayəndə-vəkili Vəkil3 iştirakı ilə Xətai Rayon Məhkəməsinin e-2(011)-159/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən ilkin iddia üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ilkin müqavilənin ləğvi və mənzildən çıxarılma” tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəmə müraciət etmişdir. Eyni zamanda iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı “pul və s.” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-159/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə ilkin iddia rədd edilmiş, qarşılıqlı iddia isə qismən təmin edilmişdir. Qətnamədən narazı qalan ilkin İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ilkin iddianın təmin edilməyən, qarşılıqlı iddianın isə təmin edilmiş hissəsində ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin İddiaçı nümayəndə-vəkili Vəkil1 ilkin iddiadan imtina etməsi ilə bağlı ərizə təqdim edərək, tərəflər arasında barışıq əldə edildiyini, mübahisəli hər iki mənzillə bağlı tərəflər arasında yeni müqavilə imzalandığını, bu səbəbdən də ilkin iddiadan imtina edərək, iş üzrə icraata xitam verilməsini xahiş etmiş, həmçinin, imtinanın nəticələrinin ona aydın olduğu qeyd etmişdir. Həmçinin, məhkəmə iclasında iştirak edən qarşılıqlı iddiaçı Cavabdeh2 nümayəndə-vəkili Vəkil3 da qarşılıqlı iddiadan imtina ilə bağlı ərizə təqdim edərək, tərəflər arasında mübahisəli mənzillərlə bağlı yeni müqavilələrin bağlanması nəticəsində barışıq əldə edildiyini, bu səbəbdən qarşılıqlı iddiadan imtina edərək, iş üzrə icraata xitam verilməsini xahiş etmiş, həmçinin, imtinanın nəticələrinin ona aydın olduğu qeyd etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, digər Cavabdeh1 məhkəmə iclsasına gəlməmişdir. Kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası ərizələri iş materialları ilə birlikdə tədqiq edərək hesab edir ki, ilkin və qarşılıqlı iddia üzrə iddiaçıların iddiadan imtinası qəbul edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 370-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 191.2-ci maddəsinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Mülki Prosessual Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası hesab edir ki, ilkin və qarşılıqlı iddia üzrə iddiaçıların iddiadan imtinası qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından qəbul edilərək təsdiq edilməli, mübahisəyə dair çıxarılmış birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə mülki işin icraatına xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1- 259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Həmçinin həmin məcəllənin 262.2-ci maddəsində qeyd olunub ki, məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261, 370, 384.0.5, 400, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İlkin iddia üzrə İddiaçı iddiadan imtinası barədə ərizəsi qəbul edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qarşılıqlı iddiadan imtinası barədə ərizəsi qəbul edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-159/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ilkin müqavilənin ləğvi və mənzildən çıxarılma” barədə ilkin, iddiaçı Cavabdeh2 isə cavabdeh İddiaçı qarşı “pul və s.” barədə qarşılıqlı tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İş üzrə ödənilmiş dövlət rüsumları məbləğləri onu ödəmiş şəxslərin özlərinə aid olunsun. İş üzrə keçirilmiş eskpertiza tədqiqatının dəyəri olan cəmi 50 (əlli) manat məbləğində pul İddiaçı alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (X1, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE********************”). Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar