Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5671/2024 23.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “mənzilin təhvil verilməsi və ya pul vəsaitinin və mənzil icarə haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: iş üzrə icraat dayandırılmışdır) Bakı şəhəri 23 sentyabr 2024-cü il Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), X1 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “mənzilin təhvil verilməsi və ya pul vəsaitinin və mənzil icarə haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə icraatın dayandırılması barədə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 31 iyul 2024-cü il tarixli e-2(007)- 215/2024 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “mənzilin təhvil verilməsi və ya pul vəsaitinin və mənzil icarə haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış müqavilələrə əsasən Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi ilə K.Balakişiyev küçələrinin kəsişməsindəki 2439-cu məhəllədə 2 otaqdan ibarət, ümumi sahəsi 89.4 m2 , yaşayış sahəsi 46.29 m2 , 3 saylı binanın 9-cu mərtəbəsində yerləşən 58 nömrəli mənzilin və həmin binanın 6-cı mərtəbəsində yerləşən, 2 otaqlı, ümumi sahəsi 89.4 m2 , yaşayış sahəsi 46.29 m2 olan 31 nömrəli mənzilin iddiaçının mülkiyyətinə təhvil verilməsi və ya 3 saylı bina inşa edilməyəcəyi halda müqavilədə göstərilən eyni şərtlərlə cavabdeh "xxxx" MMC tərəfindən inşa edilmiş ona yaxın ərazidə mənzillərin iddiaçının mülkiyyətinə təhvil verilməsi, cavabdehdən 1800 manat məbləğində mənzil icarə haqqının tutularaq iddiaçıya ödənilməsi, ödənilmiş 148 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi öhdəliyinin cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı vəkili və nümayəndəsi Vəkil1 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdeh "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış müqavilələrə əsasən Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi ilə K.Balakişiyev küçələrinin kəsişməsindəki 2439-cu məhəllədə 2 otaqdan ibarət, ümumi sahəsi 89.4 m2 , yaşayış sahəsi 46.29 m2 , 3 saylı binanın 9-cu mərtəbəsində yerləşən 58 nömrəli mənzilin və həmin binanın 6-cı mərtəbəsində yerləşən, 2 otaqlı, ümumi sahəsi 89.4 m2 , yaşayış sahəsi 46.29 m2 olan 31 nömrəli mənzilin iddiaçının mülkiyyətinə təhvil verilməsi və ya 3 saylı bina inşa edilməyəcəyi halda müqavilədə göstərilən eyni şərtlərlə cavabdeh "xxxx" MMC tərəfindən inşa edilmiş ona yaxın ərazidə mənzillərin iddiaçının mülkiyyətinə təhvil verilməsi, mənzillərin iddiaçıya təhvil verilməsi mümkün olmadıqda 372798 manat pul vəsaitinin cavabdeh "xxxx" MMC-dən tutularaq iddiaçıya ödənilməsi, cavabdehdən 1800 manat məbləğində mənzil icarə haqqının tutularaq iddiaçıya ödənilməsi, ödənilmiş 148 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi öhdəliyinin cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı "xxxx" MMC cavabdeh İddiaçı qarşı “müqavilənin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC ilə İddiaçı arasında Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi 35/57 saylı evin 6 saylı, 3 otaqlı, sahəsi 92.99 m2 olan mənzilin əvəzinə Bakı şəhəri, K.Balakişiyev küçəsində tikiləcək 3 saylı binada sahəsi 89.4 m2 olan 2 otaqlı 31 nömrəli və sahəsi 89.4 m2 olan 2 otaqlı 58 nömrəli təmirsiz mənzil verilməsi, İddiaçı isə "xxxx" MMC-yə 22000 (iyirmi iki min) manat pul ödəməsinə dair 04 iyul 2021-ci il tarixli müqavilələrin ləğv edilməsi, İddiaçı ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 31 iyul 2024-cü il tarixli e-2(007)- 215/2024 saylı qərardadı ilə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin icraatında olan 2(007)-2868/2024 nömrəli işə baxılana, həmin iş üzrə qəbul ediləcək yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “mənzilin təhvil verilməsi və ya pul vəsaitinin və mənzil icarə haqqının ödənilməsi” tələbinə dair e-2(007)- 215/2024 nömrəli mülki iş üzrə icraatın dayandırılması qərara alınmışdır.
5. Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" MMC cavabdeh İddiaçı qarşı “müqavilənin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş 2(007)-2868/2024 nömrə ilə qeydiyyata alınmışdır. Hazırda baxılan işin mahiyyəti nəzərə alındıqda məhkəmə hesab edir ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin icraatında olan 2(007)-2868/2024 nömrəli işin nəticəsinin birbaşa hazırki mülki işlə bağlılığı vardır. Belə olan halda iddiaçının “mənzilin təhvil verilməsi və ya pul vəsaitinin və mənzil icarə haqqının ödənilməsi” tələbi ilə bağlı işə baxılıb müvafiq qərar qəbul edilə bilməz. İş üzrə icraatın dayandırılması gələcəkdə iddia tələbi üzrə obyektiv və əsaslı qərar qəbul edilməsinə xidmət etmiş olar.
Şikayətin dəlilləri, birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə və şikayətə etirazın dəlilləri:
6. İddiaçı şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Nizami Rayon Məhkəməsi e-2(007)-215/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir
7. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması, məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan, iş üçün əhəmiyyətli olunan halların sübut edilməməsi, məhkəmənin qərardadında göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi ilə çıxarılmışdır. Məhkəmə səhv nəticəyə gələrək əsassız olaraq vəsatəti təmin etmiş və mülki işin icraatını dayandırmışdır. Məhkəmə qərardad qəbul edərkən onu əsaslandıra bilməmişdir. Məhkəmə iddiaçının hüquqularını pozmuşdur
8. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 26 avqust 2024-cü il tarixli e-2(007)- 215/2024 saylı qərardadı ilə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 31 iyul 2024-cü il tarixli e-2(007)-215/2024 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayət ərizəsi təmin edilməmiş, şikayətin baxılması üçün 2(007)-215/2024 nömrəli mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
9. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
10. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq normaları:
11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
Maddə 43.1. Əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Maddə 254.1.4. Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa;
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
12. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, mülki iş baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır.
13. Məhkəmə kollegiyası hesab edir ki, Nizami rayon məhkəməsi həmin məhkəmənin icraatında olan eyni tərəflər arasında eyni predmetlə bağlı olan müqavilənin ləğvi tələbinə baxılanadək həmin müqavilədən irəli gələrək “mənzilin təhvil verilməsi və ya pul vəsaitinin və mənzil icarə haqqının ödənilməsi” tələbinə dair mülki işin icraatını dayandırmaqla qanunun tələbini pozmuşdur.
14. Belə ki, müqavilənin ləğv edilməsi tələbi ilə həmin müqavilədən irəli gələn öhdəliyin icra edilməsi tələbi bir-biri ilə əlaqəli tələblərdir. Həmin tələblərə birlikdə baxılması prosessual qənaət prinsipi baxımından da mübahisənin tez həllini tapması üçün tərəflərin mənafeyinə uyğundur. 15.Bundan əlavə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 25 mart 2004-cü il tarixli qərarına görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin “Konstitusiya Məhkəməsinin icraatı qaydasında mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə, işə baxmaq mümkün olmazsa” müddəası məhkəmə tərəfindən müvafiq növ icraat üzrə çıxarılmış qərarın, qətnamənin, hökmün, qərardadın qanuni qüvvəyə minməsini ehtiva edir. 16.Göründüyü kimi icraatın dayandırılmasına əsas olmuş mülki iş həmin məhkəmənin icraatda olmuş, həmin mülki iş üzrə məhkəmə aktı qəbul edilməmişdir.
17. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 397, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə R A R A A L D İ:
Şikayət təmin edilsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 31 iyul 2024-cü il tarixli e-2(007)- 215/2024 saylı qərardadı ləğv edilsin. Mülki iş baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev