Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5674/2022 11.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (məruzəçi), Babayev Fuad Fikrət oğlundan və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 iyul 2022-ci il tarixli qərardadından cavabdehin nümayəndəsi (vəkili) Vəkil tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı çəhəri Binəqədi Rayon Məhkəməsinin (məhkəmə) 04 iyul 2022-ci il tarixli qərardadı ilə, İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi iddiaçının nümayəndəsinin iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmiş olması əsas göstərilməklə geri qaytarılmış, həmin qərardaddan cavabdehin nümayəndəsinin verdiyi şikayət təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət belə əsaslandırılmışdır ki, İddiaçı və onun nümayəndəsinin iddia verməsi və sonradan onu geri götürməsi açıq-aşkar mülki-prosessual hüquqlardan sui-istifadə deməkdir və Cavabdeh İddiaçı qarşı “nikahın pozulması” tələbinə dair iddia ərizəsinə Xətai Rayon Məhkəməsində baxılmasını uzatmaq məqsədi daşımışdır. Belə ki, hazırki icraat başlamamışdan əvvəl, xx.xx.2022-ci ildə Cavabdeh İddiaçı qarşı “nikahın pozulması” tələbinə dair iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət etmiş, həmin iş üzrə bir neçə dəfə hazırlıq iclası təyin edilsə də, İddiaçı nümayəndəsinin vəsatətləri (2 vəsatət, iş mateiallarında vardır) əsasında, özü də iclasdan xüsusi olaraq 1 gün qabaq verilmiş vəsatətləri əsasında təxirə salınmışdır. Xətai Rayon Məhkəməsi İddiaçı nümayəndəsinin icraatın dayandırılması barədə vəsatətini xx.xx.2022-ci il tarixli qərardadla rədd etmiş, bundan sonra həmin qərardaddan şikayət verilməsi müddətinin sonunda, yəni xx.xx.2022ci ildə İddiaçı nümayəndəsini şikayət vermiş, bu şikayəti də Xətai rayon məhkəməsi təmin etməyərək, MPM-ə uyğun olaraq işi şikayətlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərməyə məcbur olmuşdur. Beləliklə, İddiaçı və onun nümayəndəsi hazırki iş üzrə iddia verib sonradan onu geri götürməklə, Xətai Rayon Məhkəməsinin icraatına xx.xx.2022-ci ildə daxil olmuş nikahın pozulması barədə işin artıq 4 aydan çox müddətinə uzadılmasına, həm də hələ hazırlıq mərhələsinin uzadılmasına nail olmuşlar. Buna görə də onların bu hərəkətləri mülki-prosessual hüquqlardan sui-istifadə və vicdansızcasına iddia vermə kimi qiymətləndirilməli, İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız sayılması” tələbinə dair iddia ərizəsi üzrə Binəqədi Rayon Məhkəməsinin icraatında olan mülki iş Xətai Rayon Məhkəməsinin icraatında olan işlə bir icraatda birləşdirilməsi və baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilməli, əsassız iddia verdiyinə görə İddiaçı 1000 manat tutularaq Cavabdeh ödənilməlidir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, mübahisələndirilən qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki-Prosessual Məcəllənin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 5-ci bəndinə əsasən, “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011 -ci il 31 mart tarixli 3 nömrəli qərarının 2-ci bəndində dəyişikliklər edilmiş və 2-ci bənd aşağıdakı redaksiyada verilmişdir: “Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.” Göründüyü kimi, məhkəmə hazırlıq iclasında iddiaçı tərəfin Mülki-Prosessual Məcəllənin 170.1-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə vəsatətlə müraciət etmək hüququ vardır və həmin vəsatət iddia ərizəsinin iddiaçıya geri qaytarılması üçün əsas olmaqla, bu zaman cavabdeh tərəfin razılığının alınması tələb olunmur. Şərh olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, şikayətin dəlilləri mübahisələndirilən qərardadın ləğvi üçün əsas təşkil etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-3755/2022 saylı iş üzrə 04 iyul 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Hakimlər: Elnur Həsənov Fuad Babayev Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-5674/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5674/2022
11.08.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver