Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5678/2022 26.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlunun sədrliyi və məruzəsilə, Mehdiyev Emin Əlixan oğlu və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı “X1” Bakı filialının cavabdehlər Cavabdeh və Zamin qarşı “kredit və kredit borcuna görə hesablanmış fazilərin ödənilməsi və tələbin girov qoyulmuş əmlaka yönəldilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 iyul 2022-ci il tarixli 2(011)-460/2022 saylı qətnaməsindən iddiaçı tərəfdən verilmiş apelyasiya şikayəti üzrə apelyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq M ü ə y y ə n e t d i: İddiaçı “X1” Bakı filialı cavabdehlər Cavabdeh və Zamin qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 9.736,44 manat (bundan 9.231,13 manat vaxtı keçmiş borcu, 505.31 manat faiz borcu təşkil edir) məbləğində 25 oktyabr 2021-ci il tarixinə olan kredit borcunun və ödənilmiş 117.36 manat dövlət rüsumunun tutularaq “X1” Bakı filialına verilməsi, həmin tələbin kreditin qaytarılmasının təminatı kimi Cavabdeh məxsus olan Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 37, 54 saylı mənzilə yönəldilərək açıq hərrac vasitəsilə satılması, mənzilin qiymətləndirilməsi, hərrac vasitəsilə satıldıqdan sonra “X1” Bakı filialına olan borcunun ödənilməsi və satıldıqdan sonra bir ay müddətinə boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 11.715,75 manat (bundan 9.231,13 manat əsas, 2.484,62 manat faiz borcu təşkil edir) məbləğində borcu və ödənilmiş 117.36 manat dövlət rüsumunun və mənzilin qiymətləndirilməsi ilə əlaqədar "xxxx" MMC şirkətinə ödənilmiş 350 manat rüsumun tutulması, həmin tutulmanın kreditin qaytarılmasının təminatı kimi Cavabdeh məxsus Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 37, 54 saylı mənzilə yönəldilərək hərrac vasitəsi ilə satılması, hərrac vasitəsi ilə satıldıqdan sonra “X1” Bakı filialına olan kredit borcunun ödənilməsi və satıldıqdan sonra “X1” Bakı filialına olan kredit borcunun ödənilməsi və satıldıqdan bir ay müddətinə mənzilin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 iyul 2022-ci il tarixli 2(011)-460/2022 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada 8.581,09 manat əsas borc, 290.33 manat faiz borcu olmaqla, cəmi 8.871,42 manat məbləğində pul vəsaiti, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 117.36 manat pul vəsaiti və iş üzrə daşınmaz əmlakın qiymətləndirilməsi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 350 manatın tutularaq iddiaçı “X1” Bakı filialına ödənilməsi, Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 37, 54 saylı mənzilin açıq hərracda satılması və borcun mənzilin hərracdan satışından əldə olunan vəsait hesabına “X1” Bakı filialına ödənilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 37, 54 saylı mənzilin ilkin satış qiyməti 47.000 manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 37, 54 saylı mənzilə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh, Zamin və digər şəxslərin çıxarılmaqla həmin mənzilin boşaldılması, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı apelyasiya şikayəti vermişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya qeyrimümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 361.1-ci maddəsinə əsasən, apelyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. İddiaçı isə apelyasiya şikayətini qanunla müəyyən edilmiş formaya (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının 09 iyul 2021-ci il tarixli Qanununa edilmiş “Apelyasiya şikayətinin forması” başlıqlı Əlavə 2-də müəyyən edilmiş) əməl etmədən vermişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi qeyd edilən hallara diqqət yetirməmişdir. Halbuki, məhkəmə aktlarından apelyasiya şikayəti verildiyi halda MPM-in 361 və 363-cü maddəsinin tələblərinin yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətinə aiddir. Azərbaycan Respublikası MPM-nin 366.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apelyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apelyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. MPM-nin 366.2-ci maddəsinə əsasən əgər apelyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366, 402, 405-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 iyul 2022-ci il tarixli 2(011)-460/2022 saylı qətnaməsindən iddiaçı tərəfdən verilmiş apelyasiya şikayəti üzrə apelyasiya qeyri-mümkün hesab edilsin və apelyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5678/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5678/2022
26.07.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver