Məhkəmə qərarları › İş №2(103)-5679/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5679/2023

03.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5679/2023 03.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı lizinq obyektinin qaytarılması və ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Açar sözlər: iddiadan imtina Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və Sarıyev Xəyal Əjdər ibarət tərkibdə, məhkəmə iclasının katibi Orucova Məryəm Faiq qızının katibliyi, cavabdehin nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı lizinq obyektinin qaytarılması və ziyanın ödənilməsi tələbinə dair iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *6 aprel 2*12-ci il tarixli, 2(**6)-1233/2*12 nömrəli qətnaməsindən cavabdehin verdiyi apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, lizinq obyektinin qaytarılması və dəymiş ziyanın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *6 aprel 2*12-ci il tarixli, 2(**6)- 1233/2*12 nömrəli qətnaməsi ilə iddia qismən təmin olunaraq "xxxx" QSC-nin mülkiyyətində olan və Cavabdeh müvəqqəti sahibliyinə və istifadəsinə verilmiş “Range Rover” markalı, tip universal, 2**7-ci il buraxılışlı, 9* AV 223 dövlət nömrə nişanlı avtomaşının Cavabdeh sahibliyindən və istifadəsindən geri alınaraq "xxxx" QSC-yə qaytarılması, Cavabdeh "xxxx" QSC-nin xeyrinə öhdəliklərin yerinə yetirilməməsi nəticəsində dəymiş ziyan 2386* ABŞ dolları faiz borcu, 45 *** ABŞ dolları dəbbə borcu, cəmi 6886* ABŞ dolları məbləğində pulun tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və ödənilmiş dövlət rüsumunun əvəzi 2* manat məbləğində pulun tutulması qət edilmişdir.

3. Cavabdeh həmin qətnamədən şikayət verərək, ləğv edilib, iddianın rədd olunmasnı xahiş etmişdir.

4. Kommersiya qurumlarının dövlət reyestrindən çıxarışdan görünür ki, "xxxx" QSC *9 avqust 2*18-ci il tarixdən "xxxx" MMC adı altında fəaliyyət göstərir.

Apellyasiya instansiyası məhkəməsində icraat

5. İddiaçı "xxxx" MMC ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehə qarşı heç bir tələbi olmadığını bildirməklə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.

6. Cavabdehin nümayəndəsi iddiadan imtinanın qəbul olunaraq iş üzrə icraata xitam verilməsinə razı olduğunu bildirdi.

Tətbiq edilən hüquq

7. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 261.*. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.*.4. iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa; Maddə 384.*. Apellyasiya instansiyası məhkəməsi: 384.*.5. Birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.*.1- 259.*.5-ci və 259.*.8-259.*.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər.

8. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2*19-cu il tarixli qərarında qeyd olunmuşdur ki, ... Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında vurğulamışdır ki, dispozitivlik prinsipi işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunur. Bu prinsipə əsasən hakim deyil, yalnız tərəflər mülki prosesin başlanması, onun predmetinin dairəsi və mülki prosesin yekunlaşdırılması barədə qərar qəbul edir. Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Belə ki, iş yalnız şəxsin ərizə və ya şikayəti əsasında başlanır (Mülki Prosessual Məcəllənin 5.1-5.3-cü maddələri). İddiaçı iddiadan imtina edə bilər, cavabdeh iddianı etiraf edə bilər, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla tamamlaya bilər (Mülki Prosessual Məcəllənin 5.4, 52.1-52.3-cü maddələri). Bununla belə nəzərə almaq lazımdır ki, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

9. Məhkəmə kollegiyası iddiadan imtinanı iş materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, imtina qanunauyğun olduğu və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul olunmalı, qətnamə ləğv edilərək iş üzrə icraata xitam verilməlidir. 1*. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 4*2 və 4*5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:

Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *6 aprel 2*12-ci il tarixli, 2(**6)-1233/2*12 nömrəli qətnaməsi ləğv edilsin. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin) Cavabdeh qarşı lizinq obyektinin qaytarılması və ziyanın ödənilməsi barədə iş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1* gün müddətdə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

HAKİMLƏR Fərrux Qasımov

Fuad Abdıyev

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar