Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-568/2021 16.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, İddiaçı (digər iş üzrə cavabdeh) İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil, Cavabdeh (digər iş üzrə iddiaçı) Cavabdeh MMC-nin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “yeni mənzilə aid müqavilənin bağlanması və kirayə haqqının ödənilməsi” tələbinə dair və (digər iş üzrə) iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı qarşı “hüquqlardan sui istifadəyə son qoyulması, kompensasiya verilməklə, mənzilə olan hüquqlara xitam verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 485/2019 saylı iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçının (digər iş üzrə cavabdeh) nümayəndəsi-vəkili Vəkil və cavabdeh (digər iş üzrə iddiaçı) Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “yeni mənzilə aid müqavilənin bağlanması və kirayə haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh MMC arasında ona xüsusi mülkiyyət hüququ əsasında məxsus olan Bakı şəhəri, Səbail rayonu, Abbasov küçəsi ev 74, 1 saylı mənzilin əvəzinə yeni tikilən binadan yeni təmirli mənzilin verilməsinə dair müqavilənin bağlanması və kirayə haqqının ödənilməsi vəzifəsinin Cavabdeh MMC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının (digər iş üzrə cavabdeh) nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, İddiaçı ilə Cavabdeh MMC arasında ona xüsusi mülkiyyət hüququ əsasında məxsus olan və Cavabdeh MMC tərəfindən sökülmüş Bakı şəhəri, Səbail rayonu, Abbasov küçəsi ev 74, 1 saylı mənzilin əvəzinə yeni tikilən binadan yeni təmirli mənzilin verilməsinə dair müqavilənin bağlanması və kirayə haqqının 2016-cı ilin noyabr ayından hesablanmaqla hər ay üçün 350 manat ödənilməsi vəzifəsinin Cavabdeh MMC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Abbasov küçəsi ev 74, mənzil 1 Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdıırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx xxxxxx 1998-ci il tarixdə verilmiş MH seriyalı 123894 saylı Qeydiyyat Vəsiqəsinə əsasən xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. Bakı şəhərinin rayonlarında, o cümlədən Səbail rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il 25 fevral tarixli, 86 saylı qərarını və “Yerli İcra Hakimiyyətləri haqqında” Əsasnamənin 6.8 maddəsini rəhbər tutaraq, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin, “ Azərdövləttikintilayihə” Dövlət Layihə İnstitutunun mütəxəssisləri tərəfindən Səbail rayon, Bayıl qəsəbəsi, Neftçi Qurban küçəsi 72, 74, 76, 76A ünvanlarında yerləşən 1-4 mərtəbəli yaşayış binalarının uzun müddətli istismar nəticəsində yararsız hala düşərək qəzalı vəziyyətdə olması barədə tərtib olunmuş xx xxx 2016-cı il tarixli aktını və “Cavabdeh ” MMC-nin xx xxxxx 2016-cı il tarixli 02/16 saylı müraciətini nəzərə alaraq, Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyətinin Başçısı 26 avqust 2016-cı il tarixdə 117 saylı Sərəncam qəbul etmişdir. Həmin Sərəncamın 1-ci bəndinə əsasən, Səbail rayonu Bayıl qəsəbəsi ərazisində yerləşən uzun müddətli istismar nəticəsində yararsız hala düşərək, hazırda qəzalı vəziyyətdə olan Bayıl qəsəbəsi, Neftçi Qurban küçəsi 72, 74, 76, 76A ünvanlarda yerləşən 1-3 mərtəbəli yaşayış binasının söküntüsünun Cavabdeh Məhdud Məsuliyyət Cəmiyyəti tərəfindən yerinə yetirilməsi və həmin cəmiyyətə sahəsi 0,5 ha olan ərazidə çox mərtəbəli yaşayış binasının layihələndirilməsi və tikintisinə icazə verilməsi qərara alınmışdır. Həmin Sərəncamın 2-ci bəndinə əsasən, ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, eyni zamanda qanunvericiliyin tələblərinə uyğun olaraq, yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsi və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq qaydada mənzillərin ayrılmasının Cavabdeh MMC-nin vəsaiti hesabına həyata keçirilməsi qərara alınmışdır. Həmin Sərəncama əsaslanaraq Cavabdeh MMC xx xxxxxxx 2016-cı il tarixdə ona məktub göndərərək bildirmişdir ki, sakinlər yararsız mənzillərin əvəzinə yeni təmirli mənzillərlə təmin ediləcəklər. Bildirişi aldığınız tarixdən 1 ay müddətində kirayə mənzilin tapılmasını və yaşadığınız mənzilin boşaldılmasını təmin etməyiniz xahiş olunur. Lakin, Cavabdeh MMC ona ünvanlanmış bildirişin cavabını gözləmədən ona xüsusi mülkiyyət hüququ əsasında məxsus olan mənzilini sökmüşdür. Dəfələrlə Cavabdeh MMC-yə müraciət edərək, onların hərəkətlərinin qanunsuz olmasını, xx.xx.2016-cı il tarixli 117 saylı Sərəncamdan irəli gələn tələblərə zidd olmasını bildirmiş və onun sökülmüş mənzili ilə bağlı və gələcəkdə yeni mənzilin alınmasının təminatı olacaq müqavilənin bağlanmasını (imzalanmasını) xahiş etmişdir. Ancaq onun müraciətləri cavabsız qalmışdır. Bundan sonra o, dəfələrlə Səbail rayon İcra Hakimiyyəti Başçısına nümayəndəsi vasitəsi ilə yazılı şəkildə müraciət etmişdir. Bakı şəhəri Səbail rayon İcra hakimiyyəti Başçısının Aparatının nümayəndəsinə ünvanladığı xx.xx.2017-ci il tarixli 3/İ0- C-24-152 saylı cavab məktubunda göstərilir ki, yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin və qeyri-yaşayış sahələrinin sahiblərinin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə və qeyri-yaşayış sahələrində yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsi və həmin sakinlərə və sahibkarlara sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq qaydada mənzillər və qeyriyaşayış sahəsi ayrılacaqdır. Bundan sonra Cavabdeh MMC-dən ona bildirmişlər ki, yeni inşa edilən binada ən az sahəsi olan mənzillər 70,0 kv.metrdir. Ona görə də o, əlavə kv.metrlərə görə pul ödəməlidir. O, yenidən İcra Hakimiyyətinə müraciət etmişdir. Bakı şəhəri Səbail rayon İcra hakimiyyəti Başçısının Aparatının nümayəndəsinə ünvanladığı xx.xx.2017-ci il tarixli 10-C-24/2- 152/2-1/1 saylı məktubunda bildirilir ki, sakinlərə veriləcək yeni mənzillər müqabilində hər hansı vəsaitin mənzil sahibi tərəfindən ödənilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. İcra Hakimiyyəti Başçısının xx.xx.2018-ci il tarixli 3/10-C-26/2-152/2 saylı məktubunda bildirilir ki, qaldırılan məsələ sakinlərin və “xxxx” MMC rəhbərliyinin iştirakı ilə Səbail rayon İcra Hakimiyyətində araşdırılaraq lazımi köməkliyin göstərilməsi barədə tapşırıqlar verilmişdir. Şirkətə müraciət etdikdə aranızda müqavilə imzalanacaqdır. Əlavə olaraq məlumat verilmişdir ki, təsdiq edilmiş eskiz layihədən kənara çıxılmaması, tikinti norma və qaydalarına, həmçinin qanunvericilikdə nəzərdə tutulmuş digər göstərişlərə ciddi əməl olunması barədə təkrarən Cavabdeh MMC-nin rəhbərliyinə bir daha xəbərdarlıq edilmişdir. Ünvan aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülmüşdür. İcra Hakimiyyəti Başçısının xx.xx.2018-ci il tarixli 10-C-24/2- 151 saylı və xx.xx.2018-ci il tarixli 10-C49-152 saylı məktublarında da, bu məsələ ilə bağlı Cavabdeh MMC-yə xəbərdarlıq edildiyi göstərilir. Lakin, edilən xəbərdarlıqlara və göstərişlərə baxmayaraq Cavabdeh MMC onunla yeni mənzil barədə müqavilə bağlamaqdan və kirayə haqqını ödəməkdən imtina edir. Bu səbəbdən də o, məhkəməyə müraciət etməyə məcbur qalmışdır. Bildirir ki, cavabdeh tərəfindən mülki hüquq pozuntusu törədilmişdir. Yuxarıda göstərilənlərə əsasən və şərh olunanlar baxımından cavabdehin hərəkəti, yəni yeni tikilən binada təmirli mənzilin verilməsi ilə bağlı müqavilənin bağlanmasından və kirayə haqqının ödənilməsindən imtina etməsi ona qarşı iddia tələbinin əsaslı olduğunu göstərir. Eyni zamanda (digər iş üzrə) iddiaçı Cavabdeh MMC cavabdeh İddiaçı qarşı “hüquqlardan sui istifadəyə son qoyulması, kompensasiya verilməklə, mənzilə olan hüquqlara xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X5 məxsus ümumi sahəsi 24 kv/metrdən ibarət olan Bakı şəhəri, Qurban Abasov küçəsi, 74 saylı evin 1 saylı mənzilin hər kv/metrinə1000 manatdan hesablanmaqla 24.000 (iyirmi dörd min) manat kompensasiya ödənilməklə mənzilə olan hüquqlarına xitam verilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı Cavabdeh MMC-nin nümayəndəsi iddia predmetinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, cavabdeh X5 məxsus ümumi sahəsi 24 m2-dən ibarət olan Bakı şəhəri, Qurban Abasov küçəsi, 74 saylı evin 1 saylı mənzilin hər m2-nə 1000 manatdan hesablanmaqla 24.000 (iyirmi dörd min) manat kompensasiya ödənilməklə mənzilə dair mülkiyyət hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh MMC iddia ərizəsini onunla əsaslandırmışlar ki, Cavabdeh MMC xx xxxx 2011-ci il tarixdə Azərbaycan Respublikasının Vergilər Nazirliyi Kommersiya qurumunda Dövlət reyestrində qeydiyyata alınmış və həmin tarixdən Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləri ilə məşğul olmaq, o cümlədən, xüsusi icazə alınmasını tələb edən müəyyən fəaliyyət növləri ilə yalnız müvafiq icazəni (lisenziyanı) aldıqdan sonra məşğul olmaq hüququ vardır. Azərbaycan Respublikası Səbail Rayon İcra Hakimiyyətinin Başçısının xx xxxxxx 2016-cı il tarixli 117 nömrəli sərəncamı ilə “Bakı şəhərinin rayonlarında, o cümlədən Səbail rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 25 fevral tarixli 86 saylı qərarını və Yerli İcra Hakimiyyəti haqqında” Əsasnamənin 6.8-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin, “Azərdövləttikintilayihə” Dövlət Layihə İnstitutunun mütəxəssisləri tərəfindən Səbail rayonu, X19 küçəsi ev 72-74-76-76a ünvanında yerləşən 1-4 mərtəbəli yaşayış binasının uzun müddətli istismarı nəticəsində yararsız hala düşərək qəzalı vəziyyətdə olması barədə tərtib olunmuş xx xxx 2016-cı il tarixli aktı və Cavabdeh MMC-nin müraciəti nəzərə alınaraq, Səbail rayonu ərazisində yerləşən uzun müddətli istismar nəticəsində yararsız hala düşərək qəzalı vəziyyətdə olan X19 küçəsi, ev 72-74-76-76a ünvanında yerləşən 1-4 mərtəbəli yaşayış binasının söküntüsünün Cavabdeh MMC tərəfindən yerinə yetirilməsi və sahəsi 0,5 ha olan ərazinin çox mərtəbəli yaşayış binasının layihələndirilməsi və tikintisinə icazə verilmişdir. Bildirilir ki, Cavabdeh MMC-nin əməkdaşları tam qanuni əsaslarla sözügedən çoxmərtəbəli binanın tikiləcəyi əraziyə 2016-cı ilin avqust ayında yerli baxış apararkən, sökülmüş halda olan dağıntılar aşkarlamışdır. Bununla bağlı Qurban Abbasov küçəsi 74 ünvanında yaşayan qonşularla söhbətlər aparılmış, həmin vaxt qonşular bildirmişlər ki, uçulmuş ərazidə 1998-1999-cu il tarixindən yaşayış olmamışdır və oranın kimə məxsus olmasını bilmirlər. Bu müddət ərzində sahibsiz və baxımsız olan əmlak zamanla yararsız vəziyyətə düşmüş və uçulmuşdur. Bununla bağlı qonşular tərəfindən akt tərtib edilmiş və imzaları ilə təsdiq edilmişdir.Qurban Abbasov 74 ünvanında olan mülkiyyət sahibləri ilə qarşılıqlı razılaşma əsasında müqavilələr imzalanmışdır. 2017-ci ildə Cəmil adlı şəxs MMC-yə məxsus ofisə gələrək sözügedən ünvanda yerləşən ona məxsus mənzilin MMC-tərəfındən söküldüyünü və buna görə də onunla müqavilə bağlanmasını tələb etmişdir. Vətəndaşa bildirilmişdir Cavabdeh MMC tərəfindən başqasına məxsus əmlak sökülə bilməz. Sözügedən mənzilin MMC tərəfindən sökülmədiyini izah etdikdən sonra, həmin mənzilin sənədlərini MMC-yə təqdim etməsini xahiş etmişlər. İddiaçı nümayəndəsi mənzilə aid qeydiyyat vəsiqəsini və forma 1 (forma 1-də mənzilin sahəsi olaraq 17 m2 qeyd olunmuşdur) təqdim etmişdir. Onlar qarşı tərəfə bir sıra təkliflər versələr də, tərəf razılığa gəlməmiş və 2 ilə yaxın müddətdə vətəndaşla əlaqə kəsilmişdir. Nəhayət İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edib. Vətəndaşa məxsus uzun müddət istifadəsiz və sahibsiz qalan əmlak təbii aşınma nəticəsində uçmuşdur. Bir daha qeyd edir ki, əmlak onlar tərəfindən sökülməmişdir, bunu təsdiqləyən sübutları ərizəyə qoşma olaraq əlavə etmişdir. Nazirlər Kabinetinin qərarının icrasıyla bağlı iddiaçı Cavabdeh MMC qanun çərçivəsində yuxarıda qeyd olunan ünvanlarda yerləşən 26 mənzilin mülkiyətçiləri ilə müqavilələr bağlamış, razılıq əldə olunmuş və lazımi tədbirlər görülmüşdür. Artıq 2 ildir ki, cavabdehlə razılığa gələ bilmirlər. Hər dəfə bir bəhanə ilə görüş və təkliflərini rədd edir. Müqavilə imzalamış sakinlər də, işin bu vəziyyətdə davam etməsinə narazı qalmışlar. Bununla bağlı MMC-yə və bir sıra dövlət orqanlarına müraciət ediblər. İddiaçı öz vəzifələrindən sui-istifadə edərək Sərəncamın icrasını gecikdirir və bu qəbul edilməzdir ki, bir vətəndaşın inadkarlığı, barışmaz mövqeyi və sayğısız, pozucu yanaşması, respublika rəhbərliyinə və yerli icra hakimiyyəti strukturlarına qarşı olan təxribatçı, qanuna ziddi əməlləri ümumi ictimai mənafeyə xələl gətirsin. Cavabdehin tələb etdiyi məbləğ isə çox şişirdilmiş məbləğdir və bu cür tələb cavabdeh tərəfindən mülkiyyət hüquqlarından sui-istifadə edilməsi kimi qiymətləndirilməlidir.İddiaçı tərəfindən sərəncamla müəyyən olunmuş öhdəliklər tam şəkildə icra edilsə də, cavabdehin sərancama uyğun müqavilə bağlamaqdan imtina etməsi hazırda bir sıra çətinliklər yaradır. Odur ki, hazırda məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərardadına əsasən İddiaçı Cavabdeh MMC-yə qarşı olan 2(009)485/2019 saylı və Cavabdeh MMC-nin cavabdeh İddiaçı qarşı olan 2(009)-1190/2019 saylı mülki işlər birlikdə baxılmaq üçün bir icraatda birləşdirilmiş, birləşdirilmiş işlər üzrə icraatın 2(009)-485/2019 №-si altında aparılması qərara alınmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-485/2019 saylı iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh MMC-yə qarşı iddiasının qismən təmin edilməsi, İddiaçı ilə ona mülkiyyət hüququ əsasında məxsus olan Bakı şəhəri Səbail rayonu, Bayıl qəsəbəsi, X19 küçəsi 74 üvanında yerləşən ümumi sahəsi 24 m2-dən ibarət 1 saylı mənzilin əvəzinə həmin ünvanda inşa olunmuş çoxmərtəbəli yaşayış binasında 24 m2 ümumi sahəyə 20% sahə əlavə edilməklə təmirli mənzilin verilməsi barədə müqavilənin bağlanması vəzifəsinin Cavabdeh MMCnin üzərinə qoyulması, habelə hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq yeni çoxmərtəbəli yaşayış binası istifadəyə-təhvil verilənədək müvəqqəti olaraq kirayə edilmiş mənzildə yerləşməsi üçün hər ay Bakı şəhəri Səbail rayonu, Bayıl qəsəbəsi, X19 küçəsi 74 üvanında yerləşən ümumi sahəsi 24 m2 - dən ibarət 1 saylı mənzilə görə aylıq 200 (iki yüz) manat məbləğində kirayə haqqının Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, iddiaçı (digər iddia tələbi üzrə cavabdeh) Cavabdeh MMC-nin cavabdeh (digər iddia tələbi üzrə iddiaçı) İddiaçı qarşı iddiasının qismən təmin edilməsi, İddiaçı adına olan Bakı şəhəri Səbail rayonu, Bayıl qəsəbəsi, X19 küçəsi 74 üvanında yerləşən ümumi sahəsi 24 m2dən ibarət 1 saylı mənzilə İddiaçı mülkiyyət hüququna xitam verilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iş üzrə onların iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda sözügedən qətnamədən narazı qalan Cavabdeh MMC apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və İddiaçı iddia tələbinin rədd edilməsi, eləcə də, Cavabdeh MMC-nin iddia tələbinin tam təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir Bakı Apellyasiya Məhkəməsinin 2(103)-13462/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə cavabdeh (digər iş üzrə iddiaçı) Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməmiş, iddiaçının (digər iş üzrə cavabdeh) nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-485/2019 saylı xx xxxx 2019cu il tarixli qətnaməsi Cavabdeh MMC-dən kirayə haqqının tutulması hissəsində dəyişdirilmiş, İddiaçı mülkiyyət hüququ əsasında məxsus olan Bakı şəhəri Səbail rayonu, Bayıl qəsəbəsi, X19 küçəsi 74 üvanında yerləşən ümumi sahəsi 24 m2-dən ibarət 1 saylı mənzilin söküldüyü tarixdən yəni 2016-cı il noyabr ayından başlayaraq kirayə haqqının ödənilməsi qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunan qətnamədən narazı qalan İddiaçının nümayəndəsi və vəkili Vəkil kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-13462/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsini kirayə haqqının məbləği və veriləcək mənzilin sahəsi ilə bağlı hissədə ləğv edərək, mənzilin aylıq kirayə haqqının 350 manat müəyyən edilməsi, mənzilin sahəsinin isə binanın layihəsində nəzərdə tutulmuş ən aşağı sahəsi olan 70 kv.metrlik təmirli mənzil verilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda sözügedən qətnamədən narazı qalan Cavabdeh MMC nümayəndəsi X12 və vəkili Ələkbərova Aybəniz Nizami qızı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-13462/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, İddiaçı Cavabdeh MMC-yə qarşı yeni mənzilə aid müqavilənin bağlanması və kirayə haqqının ödənilməsi” tələbinə dair iddiasının rədd edilməsi və Cavabdeh MMC-nin cavabdeh İddiaçı qarşı hüquqlardan suiistifadəyə son qoyulması kompensasiya verilməklə mənzilə olan hüquqlara xitam verilməsi” tələbinə dair iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2629/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarı ilə İddiaçı kasasiya şikayəti qismən təmin edilmiş. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmiş, Cavabdeh MMC-nin kasasiya şikayəti təmin edilməmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə təqdim edilmiş sənədləri qətnamədə göstərməsinə baxmayaraq icrası qeyri-mümkün olan bir qətnamə qəbul etmişdir. İş materiallarında olan sənədlərlə və Cavabdeh MMC-nin məhkəməyə verdiyi məlumatlara görə sökülmüş mənzilin yerində inşa edilmiş binada 70 kv.metrdən aşağı sahəsi olan mənzil yoxdur. Bina inşa edildikdən sonrada layihə sənədlərinin dəyişdirilməsinə yol verilmir. Həmin ərazidə yerləşən mənzillərin hamsının sahəsi 20-40 kv.metr olmuşdur. Digər sakinlərlə 70 kv.m mənzillərlə müqavilə bağlandığı halda onunla 24+20% sahəyə müqavilə bağlanmasının qət edilməsi qeyri-obyektiv və qərəzlidir. Mənzilin qarşısında həyət olmuşdur və həmin sahə ilə birlikdə onun mənzilinin sahəsi 30 kv.m-dən çox olmuşdur. Həyətin olması cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş şəkildən də görünür. Məhkəmənin mənzilin sahəsinə niyə 50%, 100% deyil, 20% əlavə etməsi də çox müəmmalıdır və haradan qaynaqlandığı da iş materiallarından görünmür. Bundan əlavə, məhkəmənin kirayə haqqı ilə əlaqədar qəbul etdiyi qərar da başa düşən deyil. İş materialları ilə sübut olunur ki, onun məxsus olan mənzil 2016-cı ilin noyabr ayından sökülmüşdür. Belə olan halda kirayə haqqının ödənilməsinin vaxtının məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan hesablanması nə dərəcədə qanuna uyğundur və ədalətlidir? Cavabdeh məhkəmə prosesini yuxarı instansiyalara şikayət vermək yolu ilə uzada bilər ki, bu axır nəticədə artıq inşa edilmiş binada təmir işlərinin başa çatmasına və kirayə haqqının ödənilməməsinə gətirib çıxara bilər. Ümumiyyətlə məhkəmənin ödəniləcək kirayə haqqının məbləğini 200 manat müəyən etməsi də düzgün deyil. Həmin məbləğin müəyyən edərkən məhkəmnin hansı məlumatlara istinad eməsi də qətnamədən görünmür. Həmin ərazidə və Bakı şəhərində 1 otaqlı mənzillərin kirayə haqqı 350 manatdan aşağı deyil. Mənzil kirayə haqqı qətnamə qanuni qüvvəyə mindiyi gündən deyil, mənzil söküldüyü gündən, özü də 350 manat məbləğində ödənilməlidir. Məhkəmənin onun iddia tələbi ilə bağlı qəbul etdiyi qətnamə qeyriqanuni və qeyri-obyektivdir. Qətnamə onun hüquqlarını pozduğundan ləğv edilməlidir. Cavabdeh MMC apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnamə qəbul etməklə maddi hüquq normalarının tətbiqinə səhvə yol verib. Eyni zamanda kobud prosesual pozuntulara yol verilib ki, bu da nəticədə düzgün olmayan qərarın qəbul edilməsinə səbəb olub. Qeyd edilənlər isə Azərbaycan Respublikasl Mülki Prosessual Məcəlləsinin tələblərinə görə həmin qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Çünki, məhkəmə kollegiyası iş üçün əhəmiyyətli olan, qəbul ediləcək qərarın hüquqi əsaslılığına və tərəflərin hüquqi vəziyyətinə birbaşa təsir edən və əhəmiyyət kəsb edən halların araşdırılması zərurətini nəzərə almadan, eləcə də iddia tələbindən kənara çıxmaqla, yuxarıda qeyd edilən məzmunda qənamə qəbul etmişdir. Belə ki, İddiaçı iddia ərizəsində tələb etmədiyi halda məhkəmə inşa olunmuş çoxmərtəbəli yaşayış binasında 24 kv.m ümumi sahəyə 20 faiz sahə əlavə edilməklə təmirli mənzilin verilməsi barədə müqavilənin bağlanması vəzifəsinin Cavabdeh MMC-nin üzərinə qoyulması barədə nəicəyə gəlmişdir. Bundan başqa, məhkəmə qətnaməni Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 86 saylı qərarında nəzərdə tutulan hallara istinad etməklə əsaslandırsa da, Bakı şəhəri, Səbail rayonu, X19 küçəsi 72-74 ünvanında tikiləcək çoxmərtəbəli yaşayış binasında hansı əsaslara görə İddiaçı mülkiyyətində olan ümumi sahəsi 24 kv.m olan mənzilə 20 faiz artıq sahə əlavə olmaqla təmirli mənzilin ayrılması barədə gəldiyi nəticə başa düşülən deyil. Halbuki, həmin ünvanda olan eyni ümumi sahəsi olan mənzillərin mülkiyyətçilərinə əlavə 20 faiz hesablanmaqla təmirli mənzil ayrılmışdır ki, məhkəmənin gəldiyi nəticə digər mülkiyyətçilərlə Cavabdeh MMC arasında əldə olunmuş ümumi razılığa ziddir. Bundan başqa, Nazirlər Kabinetinin müvafiq qərarında yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsi nəzərdə tutulmuşdur. Məhkəmə 2003-cü ildən həmin ünvanda heç kəsin yaşamadığını müəyyən etsə də, mövcud qətnamə qanuni qüvvəyə minənədək C.Poladova hər ay 200 manat məbləğində kirayə haqqı ödəməsi bardə qanunsuz və əsassız nəticəyə gəlmişdir. Məhkəmənin gəldiyi bu nəticə işin hallarına uyğun deyildir. Belə ki, Nazirlər Kabinetinin müvafiq qərarına və Səbail Rayon İcra Hakimiyyətinin müvafiq sərəncaməna uyğun olaraq Cavabdeh MMC tərəfindən Bakı şəhəri, Səbail rayonu, X20 küçəsi, ev 72-74-76-76a ünvanlarında 1-4 mərtəbəli yaşayış binalarının söküntüsü həyata keçirilməli və həmin binalarda yaşayan sakinlər iki il müddətində tikintisi başa çatdırmalı olan binalarda mənzillərlə təmin edilməli idilər. Məhz 74 saylı ünvanda yerləşən mənzil cavabdehin mülkiyyətində olduğu üçün və cavabdeh həmin mənzilin təhvil verilməsi ilə bağlı razılğa gəlmədiyi üçün Cavabdeh MMC binanın sakinləri qarşısında götürdüyü öhdəlikləri yerinə yetirə bilməyərək, mənzillərin vaxtında təhvil verə bilməmişdir. Məhkəmə qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Göründüyü kimi, məhkəmə tərəfindən maddi və prosessual pozuntulara yol verilməsi ilə işə obyektiv baxılmayıb və sonda düzgün olmayan qətnamə çıxarılmışdır Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin isə əsassız olduğundan təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh (digər iş üzrə iddiaçı) Cavabdeh MMC-nin nümayəndəsi X12 apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Kollegiya ilk növbədə qeyd edir ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Bu mənada kollegiya xüsusi olaraq qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2629/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxx 2019-cu il tarixli qətnaməsi tam ləğv edildiyindən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarına riayət etməsini hər iki apellyasiya şikayəti əsasında tam yoxlanmasını zəruri hesab edir. Belə ki, apellyasiya şikayətləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvinə yönəldilmişdir. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin əvvəlki qətnaməsini o əsasla ləğv etmişdir ki, “...Apelyasiya instansiyası məhkəməsi İddiaçı sökülən mənzilinin müqabilində 24 kv.metr + 20 faiz ölçüdə mənzilin verilməsi və kirayə haqqı kimi 200 manatın ödənilməsi barədə qəbul edilmiş qətnaməni qanuni hesab edərkən mübahisənin düzgün və obyektiv həlli üçün mühüm əhəmiyyəti olan halları nəzərə almadan və onlara qiymət vermədən nəticəyə gəldiyindən qətnamə qanuni və əsaslı sayıla bilməz. Mübahisəli ərazidə yerləşən qəzalı evlərin sökülməsi üçün əsas olmuş Səbail Rayon İcra Hakimiyyəti başçısının xx xxxxxx 2016-cı il tarixli sərəncamının 2-ci bəndinə görə yaşayış sahələri sökülmüş sakinlərə tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq qaydada mənzillərin ayrılması Cavabdeh MMC-nin vəsaiti hesabına həyata keçirilməlidir. Həmin sərəncamla birmənalı olaraq müəyyən olunmuşdur ki, sökülmüş tikililərin müqabilində sakinlər orada tikiləcək yeni binada mənzillə təmin olunmalı və bu MMC-nin vəsaiti hesabına həyata keçirilməlidir. Sərəncamda sakinlərə əvvəllər mənsub olduqları ölçüdə və ya müəyyən faiz də artırılmaqla yaşayış sahəsinin verilməsi nəzərdə tutulmadığından onlar yalnız mənzillə təmin oluna bilərdilər. Lakin işdən görünür ki, İddiaçı həmin sərəncamın tələbinə uyğun olmayaraq əvvəlki mənzilinin ölçüsü həcmində və 20 faiz də artıq sahə əlavə olunmaqla yaşayış sahəsi verilmişdir. İddiaçı iddia ərizəsindən, izahatlarından və şikayətlərindən görünür ki, yeni tikilmiş binada ölçüsü ən aşağı olan mənzil 70 kv. metr təşkil edir. Belə olduqda, İddiaçı ölçüsü 24 kv. metr +20 faiz yaşayış sahəsinin ayrıca mənzil şəklində verilməsi qeyri-mümkündür. MMC-nin münasibəti isə aydın təsdiq edir ki, MMC İddiaçı 70 kv. metr ölçüdə mənzil vermək niyyətində deyildir. Belə olduqda, nəzərdə tutulmuş yaşayış sahəsinin hansı qaydada İddiaçı ayrılacağı anlaşılmazdır. İşdə yeni tikilən evin planı və layihəsi olmadığından, həmin evdə hansı ölçülü mənzillərin olmasını müəyyən etmək mümkün deyildir. İddiaçıya görə ərazidə yaşayan sakinlərin hamısının yaşayış sahəsinin ölçüsü cəmi 20-40 kv. metr təşkil etmiş, lakin MMC tərəfindən onlarla 70 kv. metr ölçüdə sahəsi olan yeni mənzillərə dair müqavilələr bağlanmışdır. Lakin işə baxan apelyasiya instansiyası məhkəməsi mübahisənin düzgün və obyektiv həlli üçün mühüm əhəmiyyətə malik olmasına baxmayaraq iddiaçının həmin dəlillərini yoxlamamış, onlara müvafiq hüquqi qiymət verməmişdir. İddiaçı söküntü aparılana qədər sahəsi az da olsa ayrıca mənzilə malik olduğu halda, hazırda həmin imkanını itirmişdir. Ona təklif olunan sahə (24 kv.metr+20 faiz) isə binada mövcud olduğu güman edilən ən aşağı sahəsi 70 kv. metr olan mənzilin yarısını belə təşkil etmir. Ondan artığını isə MMC, yuxarıda qeyd olunduğu kimi, iddiaçıya vermək niyyətində deyildir...” Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətlərin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti təmin edilməməli, Cavabdeh MMC-nin apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-485/2019 saylı xx xxxx 2019-cu il tarixli qətnaməsi qismən ləğv edilməli, İddiaçı Cavabdeh MMC-yə qarşı “yeni mənzilə aid müqavilənin bağlanması və kirayə haqqının ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir: Belə ki, iş materillarından görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetininxx xxxxxx 2016-cı il tarixli, 86 saylı qərarına əsasən qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərlə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Bakı şəhərinin digər rayonları ilə yanaşı, həmçinin Səbail rayonu üzrə 1819 nəfərin yaşadığı 535 mənzildən ibarət 41 yaşayış binasının, habelə bu rayonların ərazisində yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin sökülməsini və yenidən qurulmasını, ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırılma sənədlərinin hazırlanmasını (tikinti layihələrinin işlənməsindən əvvəl) və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmaqla təsdiqini, habelə yeni tikiləcək yaşayış binalarının və qeyri- yaşayış obyektlərinin layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi, eyni zamanda qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılması tapşırılmışdır. İş materiallarında olan Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin Başçısının “Qəzalı vəziyyətdə olan binanın sökülməsinə və yerində çoxmərtəbəli yaşayış evinin layihələndirilməsinə və tikintisinə icazə verilməsi haqqında” xx xxxxxx 2016-cı il tarixli, 117 saylı Sərəncamından görünür ki, "Bakı şəhərinin rayonlarında, o cümlədən Səbail rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 25 fevral tarixli, 86 saylı qərarının və "Yerli İcra Hakimiyyətləri haqqında" Əsasnamənin 6.8 maddəsini rəhbər tutaraq, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin, "Azərdövləttikintilayihə" Dövlət Layihə İnstitutunun mütəxəssisləri tərəfindən Səbail rayon Bayıl qəsəbəsi, Neftçi Qurban küçəsi 72,74,76,76A saylı ünvanlarında yerləşən 1-4 mərtəbəli yaşayış binalarının uzun müddətli istismar nəticəsində yararsız hala düşərək qəzalı vəziyyətdə olması barədə tərtib olunmuş xx xxx 2016-cı il tarixli aktını ”Cavabdeh” MMC-nin xx xxxxx 2016-cı il tarixli, 02/16 saylı müraciətini nəzərə alaraq aşağıdakılar qərara alınmışdır:
1. Səbail rayonu, Bayıl qəsəbəsi ərazisində yerləşən, uzun müddətli istismar nəticəsində yararsız hala düşərək, hazırda qəzalı vəziyyətdə olan Səbail rayon Bayıl qəsəbəsi, Neftçi Qurban küçəsi 72,74,76,76A ünvanlarda yerləşən 1-3 mərtəbəli yaşayış binalarının söküntüsü ”Cavabdeh” MMC tərəfindən yerinə yetirilsin və həmin cəmiyyətə torpaq sahəsi 0.5 ha olan ərazidə çoxmərtəbəli yaşayış binasının layihəndirilməsi və tikintisinə icazə verilsin.
2. Ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, eyni zamanda qanunvericiliyin tələblərinə uyğun olaraq, yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsi və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq qaydada mənzillərin ayrılması ”Cavabdeh” MMC-nin vəsaiti hesabına həyata keçirilsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2016-cı il tarixli, 86 saylı Qərarının 1.1-ci bəndində və Azərbaycan Respublikası "Torpaq Məcəlləsi"-nin 50,51,66,67 və 68-ci maddələrinə uyğun olaraq Rayon İcra Hakimiyyəti sifarişçi ilə torpağın icarə müqaviləsinin bağlanmasını və Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsində Sifarişçinin torpaq üzərində hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestrində dövlət qeydiyyatına alındıqdan tikintinin aparılması təşkilatlarla müvafiq qaydada razılaşdırıldıqdan sonra tikinti işlərinə başlaya bilər. İş materiallarında olan, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi “Azərdövləttikintilayihə” DLİ tərəfindən təsdiq edilmiş ünvan 5 ünvanında yerləşən yaşayış binasının texniki vəziyyəti haqqında xx.xx.2016-cı il tarixli Aktdan görünür ki, Neftçi Qurban küçəsi 74 ünvanda yerləşən yaşayış evlərinə keçirilən vizual texniki baxış zamanı onların uzun müddət ərzində təmirsiz istismar olunduğu, köhnəlməsi, fiziki və mənəvi aşınmaya məruz qalması müəyyən olunmuşdur. Yükdaşıyan divarlarda çoxsaylı müxtəlif istiqamətli bir və iki tərəfli çatlar, boyuna və enmə divar birləşmələrində aralanmalar yaranmışdır. Xarici və daxili divarlarda əhəng daşlarında və suvaqlarda aşınmalar, hörgüarası məhlullara əllə toxunduqda ovulub tökülməsi müşahidə olunmuşdur. Mənzillərin daxili divarlarında su sızmanın və rütubətin izləri müşahidə olunmuşdur. Yaşayış evlərində sakinlər tərəfindən əlavə artırmalar inşa edilmişdir. Yaşayış evlərində fiziki aşınmaya ən çox məruz qalan hissələr-dam konstruksiyası və ağac materiallarından olan örtüklərdir. Döşəmə və tavan örtüklərində ağac materiallarından olan konstruksiyaları yararsız vəziyyətdədirlər və hər an dağılma təhlükəsi mövcuddur. Kommunikasiya xətləri və sistemləri yararsız vəziyyətdədir. Yaşayış evləri ümumiyyətlə mövcud tikinti norma və qaydalarına, şəhərin ümumi görünüşünə, mövcud şəhərsalma tələblərinə cavab vermir. Yaşayış evlərinin mövcud vəziyyəti texniki cəhətdən qəzalıdır, istismar üçün təhlükəlidir Binalarda təmirbərpa və gücləndirmə işlərinin aparılması texniki və iqtisadi cəhətdən məqsədəuyğun hesab edilməmişdir. İş materiallarında olan, Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş Seriya MH 123894 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsi, 74 saylı ev, 1 saylı mənzil İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçmiş və bu barədə 734 saylı reyestr kitabının 110245-ci səhifəsində 30/2926 qeydiyyat nömrəsi ilə xx.xx.1998ci il tarixdə qeydiyyat aparılmışdır. İşdə olan, Cavabdeh MMC-nin direktorunun İddiaçı ünvanladığı xx.xx.2016-cı il tarixli, 16/16 nömrəli məktubundan görünür ki, Bakı şəhərinin rayonlarında, o cümlədən Səbail rayonunun sosial inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli 86 saylı qərarınının icrasıyla bağlı, Səbail RİH-nin 117 nömrəli xx xxxxxx 2016-ci il tarixli sərəncamına əsasən, Bayıl qəsəbəsində uzun müddətli istismar nəticəsində yararsız hala düşərək, hazırda qəzalı vəziyyətdə olan Qurban Abbasov küçəsi 74 ünvanında yerləşən yaşayış binalarının söküntüsü ”Cavabdeh" MMC tərəfindən həyata keçiriləcəkdir. Yaxın müddətdə qeyd edilən ünvanda sahəsi 0,5 hektar olan ərazidə çoxmərtəbəli yaşayış binasının layihələndirilməsi və tikintisi başlanacaqdır. Qanunvericiliyin tələblərinə uyğun olaraq yeni yaşayış binası tikilənədək, sözügedən binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsi (vəsaitin ödənilməsi ilə bağlı sakinlərlə müqavilə bağlanacaqdır) və həmin sakinlərə sökülmüş tikililərin əvəzində yeni tikiləcək yaşayış binasında müvafiq qaydada təmirli mənzillərin verilməsi "Cavabdeh" MMC-nin vəsaiti hesabına həyata keçiriləcəkdir. Tikinti və təmir işləri başa çatdıqdan sonra sakinlər istismar müddəti başa çatmış, yararsız mənzillərin əvəzinə yeni mənzillərə təmin ediləcəklər.Qeyd olunanları nəzərə alaraq İddiaçı bildirişi aldığı tarixdən 1 (bir) ay müddətində kirayə mənzilin tapılmasını və yaşadığı mənzilin boşaldılmasını təmin etməsi və hər hansı bir məlumat üçün "Cavabdeh" MMC-nin əlaqə nömrələri vasitəsi ilə müraciət etməsi təklif edilmişdir. İşdə olan, İddiaçı nümayəndəsi tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2017-ci il tarixli məktubdan görünür ki, o, Cavabdeh MMC tərəfindən ona göndərilən məktubu xx.xx.2017-ci il tarixdə aldığını bildirmişdir. Həmçinin göstərmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Qurban Abbasov küçəsində yerləşən 74 saylı evin, 1 saylı mənzili xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. xx xxxxxx 2017-ci il tarixdə mənzilinə gedən zaman həmin ünvanda söküntü işləri aparıldığını və ona məxsus mənzilin bir hissəsinin ona xəbər verilmədən və razılığı olmadan söküldüyünün şahidi olmuşdur. Orada söküntü işləri ilə məşğul olanlar bildimişlər ki, həmin işlər Cavabdeh MMC tərəfindən həyata keçirilir. Onun razılığı olmadan mənzilinin sökülməsini qanunsuz bir hərəkət hesab edir. Odur ki, mənzilinin qapı və pəncərəsinin yerinə qoyulmaqla sökülmüş hissəsinin bərpa edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş, Səbail rayon İcra Hakimiyyəti Başçısı X3 (İddiaçı etibarnamə üzrə nümayəndəsi) ünvanlanmış xx.xx.2017-ci il tarixli məktubda göstərilmişdir ki,Səbail rayonu, Bayıl yaşayış massivində aparılan köçürülmə işləri barədə müxtəlif instansiyalara ünvanlanmış və Səbail Rayon İcra Hakimiyyətinə daxil olmuş müraciətlərə əsasən bildirilmişdir ki, “Bakı şəhərinin rayonlarında, o cümlədən Səbail rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 25 fevral tarixli, 86 saylı qərarını rəhbər tutaraq, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin, "Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun mütəxəssisləri tərəfindən Səbail rayonu, Bayıl yaşayış massivində yerləşən yaşayış binalarının uzun müddətli istismar nəticəsində yararsız hala düşərək qəzalı vəziyyətdə olması barədə tərtib olunmuş rəyi nəzərə alınaraq Səbail rayonu, Bayıl yaşayış massivində yerləşən yaşayış binaları sökülərək yerində çoxmərtəbəli yaşayış binalarının tikintisi layihəndirilir.Eyni zamanda qanunvericiliyin tələblərinə uyğun olaraq, yeni yaşayış binası tikilənədək həmin binalardan köçürülən sakinlərin və qeyriyaşayış sahələrinin sahiblərinin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə və qeyri-yaşayış sahələrində yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsi və həmin sakinlərə və sahibkarlara sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq qaydada mənzillər və qeyri-yaşayış sahəsi ayrılacaqdır. Qaldırılan məsələ sakinlərin və Cavabdeh MMC rəhbərliyinin iştirakı ilə Səbail rayon İcra Hakimiyyətində araşdırılaraq lazımi köməkliyin göstərilməsi barədə tapşırıqlar verilmişdir. Şirkətə müraciət etdikdə aranızda müqavilə imzalanacaqdır. Əlavə olaraq bildirilmişdir ki, təsdiq edilmiş eskiz-layihədən kənara çıxılmaması, tikinti norma və qaydalarına, həmçinin qanunvericilikdə nəzərdə tutulmuş digər göstərişlərə ciddi əməl olunması barədə təkrarən Cavabdeh MMC-nin rəhbərliyinə bir daha xəbərdarlıq edilmişdir. İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən İddiaçı ərizəsinə xx.xx.2018-ci il tarixli cavab məktubundan görünür ki, arxiv əsaslarında aşkar edilmiş Mənzil Kommunal istismar sahəsi tərəfindən tərtib olunmuş eskizə əsasən Bakı şəhəri, Səbail rayonu, Qurban Abbasov küçəsi, 74 saylı evin, 1 saylı mənzilinin ümumi sahəsi 24.0 kv/metr, yaşayış sahəsi 17.0 kv/metr təşkil edir. İşdə olan İddiaçı verilmiş Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrdən Arayışdan görünür ki, ünvan 10 ünvanında yerləşən mənzil üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 734 nömrəli reyestr kitabının 110245 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşə əlavə edilmiş, X17, X13, X11, X1, X6, X2, X10 və Məmmədov Söhrab Əli oğlu tərəfindən müxtəlif vaxtlarda imzalanmış aktların surətlərindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Qurban Abbasov küçəsi, 74 saylı evin, 1 saylı ünvanda yerləşən dağılmış vəyiyyətdə olan mənzilin kimə məxsus olması barədə onlarda məlumat yoxdur. İş materiallarında olan, Səbail Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin 45 saylı Mənzil- Kommunal İstismarı Sahəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, 140 nömrəli arayışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Qurban Abbasov küçəsi, 74 saylı evin, 1 saylı mənzil sahibi İddiaçıdur və həmin mənzildə heç kim qeydiyyatda deyil. İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş məktuba əsasən Bakı şəhəri, Səbail rayonu, Qurban Abbasov küçəsi, 74 saylı evin, 1 saylı mənzilinin ümumi sahəsi 24.0 kv/metr, yaşayış sahəsi 17.0 kv/metr təşkil edir. İş materiallarında olan, Səbail rayon MKTB tərəfindən Cavabdeh MTK-ya ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli, Dax-139 nömrəli məktubdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Qurban Abbasov küçəsi, 74 saylı evin, 1 saylı mənzili vətəndaş İddiaçı mülkiyyətində olub, ümumi sahəsi 24.0 kv.metr, yaşayış sahəsi 17.0 kv.metr ibarət olub. Əlavə olaraq bildirilir ki, mənzilin dam örtüyü uçuq olduğuna görə mənzildə yaşayış olmamışdır. Məhkəmə kollegiyası ilk növbədə İddiaçı ilə Cavabdeh MMC arasında ona xüsusi mülkiyyət hüququ əsasında məxsus olan və “xxxx” MMC tərəfindən sökülmüş Bakı şəhəri, Səbail rayonu, Abbasov küçəsi ev 74, 1 saylı mənzilin əvəzinə yeni tikilən binadan yeni təmirli mənzilin verilməsinə dair müqavilənin bağlanması və kirayə haqqının 2016-cı ilin noyabr ayından hesablanmaqla hər ay üçün 350 manat ödənilməsi vəzifəsinin Cavabdeh MMC-nin üzərinə qoyulması barədə iddia tələbinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29-cu maddələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətinmənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri olan qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 28.6-cı maddəsinə əsasən, qəza vəziyyətində olan və bərpasının mümkün olmaması məhkəmə tərəfindən təsdiqlənmiş, lakin mülkiyyətçisi sökülməsindən və yenidən tikilməsindən imtina etmiş və ya onun tərəfindən məhkəmənin müəyyən etdiyi müddətdə sökülməsi həyata keçirilməmiş mənzil (yaşayış binası) bu Məcəllənin 28.4-cü maddəsinə əsasən açıq hərracda üç ay ərzində satılmadıqda həmin bina dövlət tərəfindən alınmalıdır. Qəza vəziyyətində olan mənzildən (yaşayış binasından) köçürülən şəxslər barəsində bu Məcəllənin müvafiq hallara uyğun olaraq 85-ci maddəsinin müddəaları tətbiq edilir. (MM-28.7) Həmin Məcəllənin 85-ci maddəsinə görə, sosial kirayə müqaviləsi ilə verilmiş yaşayış sahəsinin yerləşdiyi ev (bina) sökülməli olduqda, evin (binanın) sökülməsi barədə qərar qəbul etmiş kirayəyə verən tərəfindən yaşayış sahəsindən çıxarılan vətəndaşlara sosial kirayə müqavilələri ilə qabaqcadan digər abadlaşdırılmış yaşayış sahələri verilir. Göründüyü kimi, qanunvericilikdə şəxsin mülkiyyət hüququ tanınmış və qanunla qoruma altına alınmışdır. Bununla belə, həmin hüquq mütləq olmayıb, qanunda nəzərdə tutulmuş hallarda onun məhdudlaşdırılması imkanı da nəzərdə tutulmuşdur. Yuxarıda sadalanan normalarda mülkiyyət hüququnun məhdudlaşdırılması əsasları aydın şəkildə göstərilmişdir. Məhdudlaşdırılmanın həmin müddəalar çərçivəsində yolverilən sayılması üçün mənzilin sahibinin oraya mülkiyyət hüququnun olması, bu hüquqa müdaxilənin varlığı, müdaxilənin qanunda nəzərdə tutulması, qanuni məqsəd daşıması (cəmiyyətin maraqlarına xidmət etməsi) və haqq qazandırıla bilən (zəruri və mütənasib) olması zəruridir. İş materialları ilə müəyyən edilir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş məktuba əsasən Bakı şəhəri, Səbail rayonu, Qurban Abbasov küçəsi, 74 saylı evin, 1 saylı mənzilinin ümumi sahəsi 24.0 kv/metr olmaqla yaşayış sahəsi 17.0 kv/metr təşkil edir. Məhkəmə haqlı olaraq qeyd etmişdir ki, iş materiallarında olan Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin Başçısının “Qəzalı vəziyyətdə olan binanın sökülməsinə və yerində çoxmərtəbəli yaşayış evinin layihələndirilməsinə və tikintisinə icazə verilməsi haqqında” xx xxxxxx 2016-cı il tarixli, 117 saylı Sərəncamın 2-ci bəndində ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, eyni zamanda qanunvericiliyin tələblərinə uyğun olaraq, yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsi və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq qaydada mənzillərin ayrılması ”Cavabdeh” MMC-nin vəsaiti hesabına həyata keçirilməsi nəzərdə tutulmuşdur. Qeyd edilən xüsusatlar, Cavabdeh MMC-nin direktorunun İddiaçı ünvanladığı xx.xx.2016-cı il tarixli, 16/16 nömrəli məktubunda “sözügedən binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsi (vəsaitin ödənilməsi ilə bağlı sakinlərlə müqavilə bağlanacaqdır) və həmin sakinlərə sökülmüş tikililərin əvəzində yeni tikiləcək yaşayış binasında müvafiq qaydada təmirli mənzillərin verilməsi "Cavabdeh" MMC-nin vəsaiti hesabına həyata keçiriləcəkdir. Tikinti və təmir işləri başa çatdıqdan sonra sakinlər istismar müddəti başa çatmış, yararsız mənzillərin əvəzinə yeni mənzillərə təmin ediləcəklər”-,eləcə də Səbail rayon İcra Hakimiyyəti Başçısı Aparatından İddiaçı və onun etibarnamə üzrə nümayəndəsinə onun müraciətlərinə cavab olaraq müxtəlif tarixdlərdə ünvanlanmış məktublarda – “... Eyni zamanda qanunvericiliyin tələblərinə uyğun olaraq, yeni yaşayış binası tikilənədək həmin binalardan köçürülən sakinlərin və qeyriyaşayış sahələrinin sahiblərinin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə və qeyri-yaşayış sahələrində yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsi və həmin sakinlərə və sahibkarlara sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq qaydada mənzillər və qeyri-yaşayış sahəsi ayrılacaqdır...”- əks etdirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən, Bakı şəhəri Səbail rayonu, Qurban Abbasov küçəsi 74 üvanında yerləşən 24.0 kv/metr sahəli 1 saylı mənzilin əvəzinə Bakı şəhəri Səbail rayonu, Bayıl qəsəbəsi, X19 72-74 ünvanında Cavabdeh MMC tərəfindən inşa olunmuş çoxmərtəbəli yaşayış binasında ümumilikdə sahəsi 24.0 kv/metr-dən ibarət ümumi sahəsinə 20% artıq sahə əlavə olmaqla İddiaçı təmirli mənzilin ayrılması barədə müqavilə bağlanması vəzifəsinin Cavabdeh MMC-nin üzərinə qoyulması məqsədə müvafiq hesab etsə də, adı keçən binada həmin ölçüdə mənzilin olmaması barədə Cavabdeh MMC-nin mövqeyini nəzərə almamışdır. Halbuki, qeyd edilən ölçüdə mənzilin mövcudluğu barədə iş materiallarında hər hansı bir mötəbər sübut mövcud deyildir. Bu da, mövcud qətnamənin gələcəkdə icrasını mümkünsüz edir. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, məhz qətnamədə qeyd edilən mənzilin mövcud olub-olmadığını müəyyənləşdirmək məqsədi ilə, Bakı şəhəri Səbail rayonu, Bayıl qəsəbəsi, X19 72-74 ünvanında Cavabdeh MMC tərəfindən inşa olunmuş çoxmərtəbəli binaya kollegiya tərəfindən yerli baxış keçirilmiş, yerli baxış zamanı Bakı şəhəri Səbail rayonu, Bayıl qəsəbəsi, X19 küçəsi 74 üvanında yerləşən çoxmərtəbəli yaşayış binasının, A girişində, 4-cü mərtəbəsində yerləşən 1 otaqlı (studiya), sahəsi 26.58 kv.m ölçüdə mənzilin mövcud olduğu müəyyən edilmişdir. Göründüyü kimi, mübahisənin əsas hissəsini təşkil edən Bakı şəhəri Səbail rayonu, Bayıl qəsəbəsi, X19 72-74 ünvanında Cavabdeh MMC tərəfindən inşa olunmuş çoxmərtəbəli yaşayış binasının, A girişində, 4-cü mərtəbəsində yerləşən 1 otaqlı (studiya), sahəsi 26.58 kv.m ölçüdə olması gələcəkdə çıxarılacaq qətnamənin icrasını mümkün edir. Kollegiya birinci instansiya məhkəməsinin “odur ki, yeni çoxmərtəbəli yaşayış binası istifadəyə-təhvil verilənədək İddiaçı müvəqqəti olaraq kirayə edilmiş mənzildə yerləşdirilməsi üçün hər ay Bakı şəhəri, Səbail rayonu, Bakı şəhəri Səbail rayonu, Qurban Abbasov küçəsi 74 üvanında yerləşən 24.0 kv/metr sahəli 1 saylı mənzilə görə Cavabdeh MMC tərəfindən aylıq kirayə haqqı da ödənilməlidir” mövqeyini haqlı hesab etmir. Belə ki, istər keçirilən məhkəmə iclasları zamanı, istərsə də yerli baxış zamanı iddiaçı tərəf ifadələrində Səbail rayonu, Bakı şəhəri Səbail rayonu, Qurban Abbasov küçəsi 74 üvanında yerləşən 1 saylı mənzilində yaşayışın olmadığını, mənzilin dam örtüyünün uçuq olduğunu bildirmişdir. Bu da, onu deməyə əsas verir ki, iddiaçının başqa yaşayış yeri olduğu halda, eyni zamanda mülkiyyətində olmuş mənzil sökülməmişdən əvvəl həmin mənzildə yaşamaması ona kirayə pulu verilməsini istisna edir. Kirayə müqaviləsinin anlayışı Mülki Məcəllənin 675-ci maddəsində müəyyən olunmuşdur: əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Yuxarıda da qeyd edildiyi kim iddiaçı tərəfin izahatından başqa kirayə haqqının tutulmasını zəruri edəcək heç bir sübut yoxdur. Məhkəmə yalnız iddiaçı tərəfin izahatına əsaslanaraq cavabdehdən kirayə haqqının tutulmasını müəyyən edə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin aylıq kirayə haqqının müəyyən edilməsi ilə bağlı düzgün nəticəyə gəlməmişdir. Məhkəmə kollegiyası həmçinin iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı qarşı “kompensasiya verilməklə, mənzilə olan mülkiyyət hüququna xitam verilməsi” tələbinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Hazırkı işdə Səbail rayonu X19 küçəsində yerləşən 74 saylı evin, 1 saylı mənzilə istənilən şəxsin hüquqlarının itirilməsi və oradan çıxarılması, mülkiyyət hüququnun olması daşınmaz əmlakın dövlət reyestrindən verilən çıxarış və ya qeydiyyat vəsiqəsi ilə təsdiqlənir. Mübahisə predmetinin həmin şəxsin iqtisadi marağında olan real əmlakı olması mübahisəsizdir. İşin digər faktiki hallarından görünür ki, dövlət (Səbail rayon İcra Hakimiyyəti şəxsində) mənzilin yerləşdiyi bina və torpaq sahəsinin sökülməsi barədə sərəncam vermiş və Cavabdeh MMC həmin sərəncam əsasında binadakı mənzil sahiblərinin əksəriyyətini köçürmüş, binanın sökülməsi üçün real tədbirlər görmüşdür. Qeyd olunanlar, müdaxilənin varlığını şəksiz şəkildə sübut edir. Bununla belə, mülkiyyət hüququna (o cümlədən adı çəkilən fiziki şəxsin mülkiyyət hüququna) müdaxilənin mümkünlüyü X16 Konvensiyasının 1 saylı protokolunun 1-ci, Konstitusiyanın 29-cu, eləcə də Mənzil Məcəlləsinin 28-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin normalarda xüsusi mülkiyyətin sosial öhdəliklərə səbəb olması, sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə, cəmiyyətin maraqları naminə, qanunla nəzərdə tutulmuş şərtlər çərçivəsində mülkiyyət hüququnun məhdudlaşdırılması, şəxsin bu hüquqdan məhkəmə qərarı ilə məhrum edilməsinin mümkünlüyü, qəza vəziyyətində olan və bərpası mümkün olmayan binaların sakinlərinin köçürülməsi, dövlətin ümumi maraqlarına müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün zəruri olan qanunları yerinə yetirmək hüququ açıqca təsbit olunmuşdur. Hazırkı işin hallarından görünür ki, “Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” xx.xx.2012-ci il tarixli, 392-İVQ nömrəli, Qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli, 695 nömrəli Fərmanının 18-ci bəndi əsasında qəbul edilmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” xx.xx.2016-cı il tarixli, 86 nömrəli qərarına əsasən, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən ... Səbail rayonu üzrə 1819 nəfərin yaşadığı 535 mənzildən ibarət 41 yaşayış binasının, ... bu rayonların ərazisində yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyri - yaşayış obyektlərinin sökülməsi və yenidən qurulması, ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırılma sənədlərinin hazırlanmasını (tikinti layihələrinin işlənməsindən əvvəl) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmaqla təsdiqi, habelə yeni tikiləcək yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi; mənzil fondunun yenilənməsi, sakinlərin mənzilməişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri və ya cəlb ediləcək kredit vəsaitləri hesabına inşa olunacaq çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılması; qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsi və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılması Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. Səbail rayon İcra Hakimiyyəti Başçısının həmin qərar əsasında verdiyi xx xxxxxx 2016-cı il tarixli, 117 saylı sərəncamına əsasən, Səbail rayonu Bayıl qəsəbəsi ərazisində yerləşən, uzun müddətli istismar nəticəsində yararsız hala düşərək hazırda qəzalı vəziyyətdə olan X19 küçəsində yerləşən 74 saylı evin söküntüsü Cavabdeh MMC tərəfindən yerinə yetirilməlidir. Bundan əlavə, həmin kooperativə sahəsi 0,5 ha olan ərazi çoxmərtəbəli yaşayış binasının layihələndirilməsi və tikintisinə icazə verilmişdir. Sərəncamla həmçinin ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, qanunvericiliyin tələblərinə uyğun olaraq yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsi və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq qaydada mənzillərin ayrılması Cavabdeh MMC-nin vəsaiti hesabına həyata keçirilməlidir. Göründüyü kimi, qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən binalardakı şəxslərin mülkiyyət hüquqlarının əvəzi ödənilməklə məhdudlaşdırılması Nazirlər Kabinetinin qərarı və Səbail rayon İcra Hakimiyyətinin sərəncamı ilə yuxarıda qeyd olunan qaydada tənzimlənmişdir. Yəni, belə binaların sakinlərinin müvafiq kompensasiya müqabilində çıxarılmaları səlahiyyətli dövlət orqanlarının aktlarında nəzərdə tutulmuşdur. Dövlət orqanlarının qəbul etdiyi bu aktlarda söküntünün və mülkiyyətçilərə məxsus bina və ərazinin yenidən qurulması üçün şirkətlərə verilməsi abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qeyd edilən vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə izah edilir. Həmin binaların qəzalı və şəhərsalma normalarına cavab verməyən vəziyyətdə olması ilə bağlı Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi “Azərdövləttikintilayihə” DLİ-nin aktı da mövcuddur. O da məlumdur ki, bu söküntü Bakı şəhərinin əksər rayonları, o cümlədən Səbail rayonu üzrə aparılmaqla on minlərlə şəxsin yaşadığı yüzlərlə bina və sahələri (təkcə Səbail rayonu üzrə 1819 nəfərin yaşadığı 41 yaşayış binasını) əhatə edir. Beləliklə, söküntü və yenidən qurma tədbirlərinin yuxarı dövlət orqanlarının aktları əsasında aparılması, paytaxtın əksər rayonlarını və böyük sayda əhalisini əhatə etməsi, xüsusilə də qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən binalarla bağlı olmaqla, orada yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına yönəldiyi, belə binalarda baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınmasına kömək edə biləcəyi nəzərə alındıqda, müdaxilənin cəmiyyətin maraqlarına xidmət etməsi (ictimai mənafe üçün olması) qənaətinə gəlmək mümkündür. Bu da o deməkdir ki, baxılan işdə vətəndaşın mənzili üzərindəki mülkiyyət hüquqlarına müdaxilə qanuni məqsəd daşıyır. Məhkəmə haqlı olaraq fiziki şəxsin mülkiyyət hüququna müdaxilənin haqq qazandırıla bilən olub-olmaması ilə bağlı qeyd etmişdir ki, evin məhdud işlək vəziyyətdə olması, bu vəziyyətdə dövlətin real tədbirlər görmək vəzifəsi, eləcə də mülkiyyətçilərin zərərinin tam qarşılanması üçün real təminatların nəzərdə tutulması müdaxiləni həm zəruri, həm də mütənasib edir. Belə ki, faktiki vəziyyətdə bu müdaxilənin edilməməsi dövlətin X16 Konvensiyasına uyğun olaraq üzərinə götürdüyü bir sıra pozitiv öhdəliklərin pozulmasına gətirib çıxara bilər. Çünki, Azərbaycan Respublikası, Avropa Konvensiyasına qoşulmuş tərəf kimi yurisdiksiyası altında olan şəxslərin yaşamaq, mülkiyyət və s. hüquqlarının pozulmaması üçün zəruri olan bütün tədbirləri vaxtında və tam şəkildə görmək öhdəliyini öz üzərinə götürmüşdür. Hazırkı işdə faktiki vəziyyət ondan ibarətdir ki, sakinin həyat və sağlamlığı, əmlakı real təhlükə altında olmuşdur. Çünki, onun mülkiyyətində olan evin uzunmüddətli istismar nəticəsində məhdud işlək vəziyyətdə idi, mövcud tikinti norma və qaydalarına və mövcud şəhərsalma tələblərinə cavab vermirdi. Digər mənzil sahibləri ilə əldə olunan razılaşmalar nəticəsində aparılan söküntü işlərinin həmin vəziyyəti daha da pisləşdirdiyi nəinki istisna olunmur, hətta yüksək ehtimal daxilindədir. Digər tərəfdən Avropa Məhkəməsi baxdığı bir çox işdə mülkiyyətə müdaxilənin zəruri (haqq qazandırılmalı və mütənasib) olduğunu təsbit etmək üçün cəmiyyətin maraqları ilə şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığa riayət edilməsi məsələsinə vurğu edir. Ədalətli tarazlığı pozan vəziyyət dedikdə, mülkiyyətçinin məruz qaldığı məhdudiyyət yükünün ağırlığı nəzərə alınır. Bununla belə, hesab edir ki, əgər həmin məhdudiyyətin müddətlərinin azaldılması və zərərin əvəzinin ödənilməsi halları varsa, müdaxilə qanuni sayıla bilər (Sporronq və Lonnrot İsveçə qarşı iş, 1986). Kollegiya qeyd etməyi zəruri hesab edir ki, hazırki qətnamə ilə İddiaçı ilə ona mülkiyyət hüququ əsasında məxsus olan Bakı şəhəri Səbail rayonu, Bayıl qəsəbəsi, X19 küçəsi 74 üvanında yerləşən ümumi sahəsi 24 kv.m-dən ibarət 1 saylı mənzilin əvəzinə həmin ünvanda inşa olunmuş çoxmərtəbəli yaşayış binasında, A girişində, 4-cü mərtəbəsində yerləşən 1 otaqlı (studiya) 26.58 kv.m ölçüdə təmirli mənzil verilməsi barədə müqavilənin bağlanması vəzifəsinin Cavabdeh MMCnin üzərinə qoyulmalı olduğu halda, birinci instansiya məhkəməsinin “İddiaçı adına olan Bakı şəhəri Səbail rayonu, Qurban Abbasov küçəsi 74 üvanında yerləşən 24.0 m2 sahəli 1 saylı mənzilinə olan mülkiyyət hüququna xitam verilməsi” barədə qənaətini məqsədə müvafiq hesab edir. Kollegiya həmçinin iddia tələbinin kompensasiya ödənilməsi hissəsinə münasibət bildirərək haqlı olaraq qeyd etmişdir ki, məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı ilə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş və “xxxx” MMC-nin xx.xx.2019-cu il tarixli, G05/19-160 nömrəli rəyinə əsasən Bakı şəhəri, Səbail rayonu, Qurban Abbasov küçəsi, 74 saylı evin, 1 saylı mənzili hazırki bazar qiyməti 27000 (iyirmi yeddi min) manat olaraq müəyyən edilmişdir. Məhkəmə haqlı olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli, 86 saylı qərarının həmçinin qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərlə uyğun yenilərinin tikilməsi və məhz qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə qəbul edildiyini və həmin qərara əsasən, qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsinin və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasının tapşırılmasını da nəzərə alaraq İddiaçı 27000 manat kompensasiya ödənilməklə onun Bakı şəhəri, Səbail rayonu, Qurban Abbasov küçəsi, 74 saylı evin, ümumi sahəsi 24 m2 ibarət 1 saylı mənzilinə olan mülkiyyət hüququna xitam verilməsini qanuni və ədalətli hesab etmir. Odur ki, iddiaçı Cavabdeh MMC-nin iddia tələbini həmin hissədə təmin edilə bilməz Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Birinci instansiya məhkəməsi isə qeyd edilən halları tam araşdırmadan iddianın qismən təmin edilməsi barədə səhv nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə qismən ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-485/2019 saylı xx xxxx 2019-cu il tarixli qətnaməsi “İddiaçı ilə ona mülkiyyət hüququ əsasında məxsus olan Bakı şəhəri Səbail rayonu, Bayıl qəsəbəsi, X19 küçəsi 74 üvanında yerləşən ümumi sahəsi 24 m2-dən ibarət 1 saylı mənzilin əvəzinə həmin ünvanda inşa olunmuş çoxmərtəbəli yaşayış binasında 24 m2 ümumi sahəyə 20% sahə əlavə edilməklə təmirli mənzilin verilməsi barədə müqavilənin bağlanması vəzifəsinin Cavabdeh MMCnin üzərinə qoyulması, habelə hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq yeni çoxmərtəbəli yaşayış binası istifadəyə-təhvil verilənədək müvəqqəti olaraq kirayə edilmiş mənzildə yerləşməsi üçün hər ay Bakı şəhəri Səbail rayonu, Bayıl qəsəbəsi, X19 küçəsi 74 üvanında yerləşən ümumi sahəsi 24 m2 - dən ibarət 1 saylı mənzilə görə aylıq 200 (iki yüz) manat məbləğində kirayə haqqının Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilsin” hissəsində ləğv edilməli, İddiaçı Cavabdeh MMC-yə qarşı “yeni mənzilə aid müqavilənin bağlanması və kirayə haqqının ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilməli, İddiaçı ilə ona mülkiyyət hüququ əsasında məxsus olan Bakı şəhəri Səbail rayonu, Bayıl qəsəbəsi, X19 küçəsi 74 üvanında yerləşən ümumi sahəsi 24 kv.m-dən ibarət 1 saylı mənzilin əvəzinə həmin ünvanda inşa olunmuş çoxmərtəbəli yaşayış binasında, A girişində, 4-cü mərtəbəsində yerləşən 1 otaqlı (studiya) 26.58 kv.m ölçüdə təmirli mənzilin verilməsi barədə müqavilənin bağlanması vəzifəsi Cavabdeh MMC-nin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə çəkilmiş məhkəmə xərcləri tərəflərin özlərinə aid edilsin. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 402-405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh MMC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-485/2019 saylı xx xxxx 2019-cu il tarixli qətnaməsi qismən “İddiaçı ilə ona mülkiyyət hüququ əsasında məxsus olan Bakı şəhəri Səbail rayonu, Bayıl qəsəbəsi, X19 küçəsi 74 üvanında yerləşən ümumi sahəsi 24 m2-dən ibarət 1 saylı mənzilin əvəzinə həmin ünvanda inşa olunmuş çoxmərtəbəli yaşayış binasında 24 m2 ümumi sahəyə 20% sahə əlavə edilməklə təmirli mənzilin verilməsi barədə müqavilənin bağlanması vəzifəsinin Cavabdeh MMC-nin üzərinə qoyulması, habelə hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq yeni çoxmərtəbəli yaşayış binası istifadəyə-təhvil verilənədək müvəqqəti olaraq kirayə edilmiş mənzildə yerləşməsi üçün hər ay Bakı şəhəri Səbail rayonu, Bayıl qəsəbəsi, X19 küçəsi 74 üvanında yerləşən ümumi sahəsi 24 m2 - dən ibarət 1 saylı mənzilə görə aylıq 200 (iki yüz) manat məbləğində kirayə haqqının Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilsin” hissəsində ləğv edilsin. İddiaçı Cavabdeh MMC-yə qarşı “yeni mənzilə aid müqavilənin bağlanması və kirayə haqqının ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilsin. İddiaçı ilə ona mülkiyyət hüququ əsasında məxsus olan Bakı şəhəri Səbail rayonu, Bayıl qəsəbəsi, X19 küçəsi 74 üvanında yerləşən ümumi sahəsi 24 kv.m-dən ibarət 1 saylı mənzilin əvəzinə həmin ünvanda inşa olunmuş çoxmərtəbəli yaşayış binasında, A girişində, 4-cü mərtəbəsində yerləşən 1 otaqlı (studiya) 26.58 kv.m ölçüdə təmirli mənzilin verilməsi barədə müqavilənin bağlanması vəzifəsi Cavabdeh MMC-nin üzərinə qoyulsun. İddia tələbləri qalan hissədə təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev