Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5681/2025 17.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş (Açar sözlər: «evdən çıxarılma») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil və Cavabdeh iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1573/2025 saylı, 21 avqust 2025ci il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. Birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılarkən təqdim edilmiş sübutlara əsasən işin faktiki halları ilə müəyyən edilib ki: Bakı şəhəri 28 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.1979cu il tarixdə ölmüş X3 vərəsəsi İddiaçıdur və o, miras əmlakdan tam hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak - X4 verilmiş çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Bibi- Heybət qəsəbəsi, 4-cü Salyan döngəsi, 6 ünvanında yerləşən ümumi sahəsi 276,6 kv.m., yaşayış sahəsi 187,8 kv.m., yardımçı sahəsi 88,8 kv.m. olan 12 otaqlı fərdi yaşayış evindən ibarətdir.
2. Bakı şəhəri, Səbail rayonu, Bibi-Heybət qəsəbəsi, 4-cü Salyan döngəsi ünvanında yerləşən ümumi sahəsi 276,60 kv.m. olan 6 saylı fərdi yaşayaş evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına xx.xx.2025-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
3. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-942/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə X5 ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixdə Bakı Nikah evində bağlanmış və 373 №-li qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, yetkinlik yaşına çatmayan xx.xx.2016-cı il təvəllüdlü X2 cavabdeh (anası) Cavabdeh yanında saxlanılması, xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün xx.xx.2024cü il tarixdən hesablanaraq hər ay X1 qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir.
4. Cavabdeh yetkinlik yaşına çatmamış X6 ilə Bakı şəhəri, Səbail rayonu, 4-cü Bayıl döngəsi ünvanında yerləşən 6 saylı evdə yaşayış yeri üzrə qeydiyyatdadır.
Birinci instansiya məhkəməsində icraat:
5. İddiaçı Cavabdeh qarşı evdən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehi və azyaşlı övladı - xx.xx.2016-cı il təvəllüdlü X6 ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, Bibi-Heybət qəsəbəsi, Salyan döngəsi, 6 nömrəli evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş edib.
6. İddiada göstərib ki, Bakı şəhəri, Səbail rayonu, Bibi-Heybət qəsəbəsi, ünvan 3 ünvanda yaşayır və həmin fərdi yaşayış evi xüsusi mülkiyyətindədir. Cavabdeh X7 qardaşı X8 ilə xx.xx.2015-ci il tarixdə rəsmi nikaha daxil olmuş və Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-942/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən nikah pozulmuşdur. Hal-hazırda onlar arasında yaranmış mübahisə nəticəsində qardaşı Kamran Buniyatov ümumiyyətlə həmin mənzilə gəlməməklə başqa evdə yaşayır. Cavabdehlə onun arasında heç bir qohumluq bağlı qalmamış, o, hal-hazırda evin bir hissəsindən istifadə etməklə onu faktiki olaraq mülkiyyətindən məhrum edir. Dəfələrlə cavabdehə evin boşaltması bildirilsə də, cavabdeh hazırda mənzilini boşaltmaqdan imtina edir.
7. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1573/2025 saylı, 21 avqust 2025-ci il tarixli qətnaməsi ilə (hakim Şahin Abdullayev) iddia tələbinin təmin edilərək Cavabdeh övladı - xx.xx.2016-cı il təvəllüdlü X6 ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, Bibi-Heybət qəsəbəsi, 4-cü Salyan döngəsi ünvanında yerləşən 6 saylı evdən çıxarılması qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, mübahisəli Bakı şəhəri, Səbail rayonu, Bibi-Heybət qəsəbəsi, 4-cü Salyan döngəsi ünvanında yerləşən 6 saylı fərdi yaşayış evi ilkin olaraq iddiaçının babası Rüstəm Buniyatovun adına daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçmiş, cavabdeh İddiaçı ailə həyatı qurduqdan sonra həmin yaşayış yeri üzrə qeydiyyata alınmış, mübahisəli ev vərəsəlik qaydasında xx.xx.2025-ci il tarixdən iddiaçının mülkiyyətindədir və iş üzrə cavabdeh iddiaçının qardaşının keçmiş həyat yoldaşıdır. İddiaçının qardaşı ilə cavabdeh arasında xx.xx.2015-ci il tarixdə bağlanılmış nikah Səbail rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə pozulmuş, xx.xx.2016-cı il təvəllüdlü X2 ananın yanında qalması müəyyən edilmiş və iddiaçının qardaşından uşağın saxlanılması üçün aliment tutulmuşdur. Nikah pozulduqdan sonra iddiaçının qardaşı mübahisəli mənzili tərk edərək başqa yerdə yaşayır. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, cavabdehlə onun arasında heç bir qohumluq əlaqəsi qalmamış, cavabdeh hal-hazırda evin bir hissəsindən istifadə etməklə onu faktiki olaraq mülkiyyətindən məhrum etmişdir. Dəfələrlə cavabdehə evin boşaltması bildirilsə də, cavabdeh evini boşaltmaqdan imtina edir. Bu səbəbdən iddiaçı cavabdehi azyaşlı övladı xx.xx.2016-cı il təvəllüdlü X6 ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, Bibi-Heybət qəsəbəsi, Salyan döngəsi, 6 nömrəli evdən çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddiaya dair yazılı etirazında 10 ildən çoxdur ki, mübahisəli evdə yaşayış yeri üzrə qeydiyyata alınaraq yaşadığını, hazırda 9 yaşlı övladının da onunla birlikdə həmin evdə yaşadığını, iddiaçının mənzil üzərində mülkiyyət hüququnun yaranmasından əvvəl həmin evə onun istifadə hüququnun yarandığını, onun yaşadığı otağın sonradan öz vəsaiti hesabına tikilib təmir edildiyini əsas gətirərək iddianı rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçı tərəfindən irəli sürülmüş tələbi hüquqi qiymət verməmişdən əvvəl cavabdehin mübahisəli evə istifadə hüququnun olub-olmamasının müəyyən edilməsini zəruri hesab edir. Konstitusiya Məhkəməsi qərarında verdiyi şərhində Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsində göstərilən «digər qohumlar»ın dairəsini konkret müəyyən etmişdir və ailə qanunvericiliyin tələblərinə əsasən gəlin mülkiyyətçinin digər qohumu sırasına daxil deyildir. İddiaçının qardaşı ilə cavabdeh xx.xx.2015-ci il tarixdə rəsmi nikaha daxil olsalar da və cavabdeh həyat yoldaşının babasının adına mülkiyyətə alınmış mübahisəli mənzilə qeydiyyata alınsa da, o, ailə üzvü kimi mənzilə istifadə hüququ əldə etməmişdir. Mənzil üzrə qeydiyyatın isə hər hansı hüquqi nəticəsi yoxdur və qeydiyyat mənzilə məhdud əşya hüququnun - istifadə hüququnun əmələ gəlməsinə əsas hesab edilmir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» AR Qanununun 1-ci maddəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin və «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsiyyət vəsiqəsinin təsviri»nin müddəalarının şərh olunması barədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, qanunun müddəalarından göründüyü kimi, qanunverici hər hansı bir şəxsin yaşayış və olduğu yerin müəyyən olunması üçün heç bir məhdudiyyət qoymadan onun əsas diqqətini özünə daimi və ya müvəqqəti yaşamaq üçün seçdiyi ünvan üzrə qanunla müəyyən olunmuş qaydada qeydiyyatdan keçmək zərurətinə yönəldir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 1-ci maddəsinin ikinci hissəsinə müvafiq olaraq yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» qanunun 1-ci maddəsinin ikinci hissəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Beləliklə Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyindən və mənzil qanunvericiliyin tələblərinə əsasən cavabdehin mübahisəli mənzilə istifadə hüququnun yaranması üçün, o evin mülkiyyətçisinin ailə üzvü olmalıdır. Lakin cavabdeh evin həm əvvəlki mülkiyyətçisinə (həyat yoldaşının babasına) və hazırda isə mülkiyyətçi olan iddiaçıya münasibətdə onun ailə üzvü olmadığından və onun həmin mənzilə istifadə hüquqları yaranmadığından, həmçinin cavabdehin qeydiyyatı mənzilə istifadə hüquqlarının yaranması üçün əsas olmadığından, qaldırılan iddia əsaslı hesab edilməlidir. Belə ki, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələbləri baxımından qeyd edir ki, cavabdehin mübahisəli evə hər hansı istifadə hüquqlarının olmaması müəyyən edildiyindən, iddiaçı mülkiyyətində olan evdə cavabdehin uşağı ilə yaşamalarına və həmin evdən istifadə etmələrinə etiraz etdiyindən, cavabdehin mülkiyyətçinin iradəsinə zidd mübahisəli mənzildə yaşaması iddiaçının mülkiyyətçi kimi Azərbaycan Respublikasının qanunvericilik aktları ilə qorunan hüquqlarını həyata keçirilməsini məhdudlaşdırdığından, bu hal iddiaçının daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd edilən Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehin ona məxsus Bakı şəhəri, Səbail rayonu, BibiHeybət qəsəbəsi, 4-cü Salyan döngəsi ünvanında yerləşən 6 saylı evdə yaşamasına və həmin evdən istifadə etməsinə etiraz etdiyindən, iddia tələbi cavabdehə münasibətdə əsaslı hesab edilməli və təmin edilməlidir. Məhkəmə iddia tələbinin cavabdehin övladı xx.xx.2016-cı il təvəllüdlü X2 mübahisəli evdən çıxarılması hissəsi üzrə qeyd edir ki, həmin hissədə də tələb təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə xx.xx.2016-cı il təvəllüdlü X2 anası Cavabdeh yanında qalması müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, uşaqların yaşayış yeri valideynlərindən birinin yaşayış yeri sayıldığından, həmçinin məhkəmə qətnaməsi ilə uşağın cavabdehin yanında saxlanılması müəyyən edildiyindən, eyni zamanda ananın mübahisəli mənzilə istifadə hüququnun olmaması müəyyən edildiyindən, iddia tələbi uşağa münasibətdə də təmin edilməlidir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv, iddianın isə rədd edilməsini xahiş edib şikayətini bununla əsaslandırmışdır ki, Cavabdeh 2015-ci ildə sözügedən ünvanda qeydiyyata alınmışdır. Onun qeydiyyata alınmasına əsas verən vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi isə Kamran Buniyatov və İddiaçı atası Sadıq Buniyatov tərəfindən şəxsən verilmişdir. Cavabdeh artıq 10 ildir, övladı Kənan Buniyatov isə 9 ildir ki, həmin ünvanda qeydiyyatda olmaqla yaşayır. Mülki Məcəllənin tələblərinə əsasən, istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır və istifadə hüququ ilə bağlı mülkiyyətçi ilə notariat qaydasında yazılı razılaşma bağlanmalıdır. Nəzərə almaq lazımdır ki, sözügedən evin mülkiyyətçisi, İddiaçı və Kamran Buniyatovun atasının babası X9 xx.xx.1979-cu ildə vəfat etmişdir. Lakin həmin əmlak 2025-ci ilin aprel ayına qədər X3 adına qeydiyyatda olmuş, 2025-ci ilin aprel ayında isə İddiaçı adına rəsmiləşdirilmişdir. Yəni, Cavabdeh 2015-ci ildə həmin evdə qeydiyyata alındığı zaman ev adına olan şəxs artıq vəfat etmişdi. Beləliklə, evin mülkiyyətçisi vəfat etdiyi üçün, Cavabdeh vəfat etmiş şəxslə ona istifadə hüququ verilməsi ilə bağlı notarial qaydada müqavilə bağlaya bilməzdi. Yəni Cavabdeh istifadə hüququnun mənzildən istifadə hüququnun rəsmi qeydiyyata alınması mülkiyyətçi vəfat etdiyinə görə fiziki olaraq mümkün deyildi. Lakin Cavabdeh 2015-ci ildə qaynatasının, əmlakın mülkiyyətçisinin isə nəvəsinin sağlığı dövründə, Kamran Buniyatovun atası Sadıq Buniyatovun yazılı razılığı ilə sözügedən mənzildə qeydiyyata alınması və artıq 10 ildir ki orada faktiki olaraq yaşaması göstərir ki, ailə üzvləri Hülya Buniyatovun həmin mənzilə istifadə hüququna ailə üzvləri razı olmuşdur. Bütün bunlar, ailə üzvlərinin, yəni qaynata Sadıq Buniyatov və digərlərinin iradə ifadəsinin göstəricisidir. Cavabdeh 2015-ci ildə mənzilə qeydiyyata alınan zaman mənzilin mülkiyyətçisi yaşamadığı üçün onun istifadə hüquqları rəsmi olaraq qeydiyyata alına bilməmişdir. Lakin ailə üzvlərinin Cavabdeh orada yaşamasına və qeydiyyata alınmasına razılıq vermələri, yəni iradə ifadələri Cavabdeh mənzildən istifadə hüququnun tanınması, onun və övladının mənzildə yaşamağa davam etməsi və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qətnaməsinin ləğv edilərək Cavabdeh və azyaşlı övladı Kənan Buniyatovun mənzildən istifadə hüququnun tanınması barəsində qətnamə qəbul edilməsi üçün əsasdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsi Cavabdeh və övladı Kənan Buniyatovun mənzildən çıxarılması ilə bağlı qətnamə qəbul etsə də, onların istifadə hüququna xitam verilməsinə görə İddiaçı tərəfindən Cavabdeh xeyrinə kompensasiya ödənilməsini qət etməmiş, beləliklə, Cavabdeh və Kənan Buniyatovun hüquqları və qanunvericiliyin tələbləri pozulmuşdur. Mülki Məcəllənin 228.3-cü maddəsinə əsasən, mülkiyyətçi İddiaçı tərəfindən istifadə hüququ tanınmalı olan Cavabdeh və Kənan Buniyatovun mənzildən istifadə hüquqları pozulduğu üçün onlar mülkiyyətçi İddiaçı həmin mənzilə olan pozulmuş hüquqlarını aradan qaldırmağı tələb edə bilərlər. Mülki Məcəllənin 228.4-cü maddəsinə əsasən, mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir. Bu norma da sübut edir ki, mənzilin İddiaçı vəfat etmiş atasının babasının adından İddiaçı mülkiyyətinə keçməsi mənzildən istifadə hüququ tanınmalı olan Cavabdeh və Kənan Buniyatovun istifadə hüququna xitam verilməsi üçün əsas deyildir. Yuxarıda qeyd etdiyi bütün xüsusatlar sübut edir ki, Bakı şəhər Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e2(009)-1573/2025 saylı qətnaməsi tamamilə qanunvericiliyin normalarına ziddir. Məhkəmə işə qərəzli yanaşmış, faktları obyektiv və hərtərəfli araşdırmamış, məsələyə ədalətli hüquqi qiymət verməmişdir. Beləliklə, həmin qətnamə Cavabdeh və Kənan Buniyatovun hüquqlarını kobud şəkildə pozduğundan ləğv edilməli, Bakı Apellyasiya Məhkəməsi tərəfindən Cavabdeh və Kənan Buniyatovun sözügedən mənzilə istifadə hüquqlarının tanınması ilə bağlı qətnamə qəbul edilməlidir. İddiaçı və Kamran Buniyatov hüquqdan sui-istifadə etmişdir. Belə ki, ev 2025-ci ilin aprel ayına qədər onların atasının babasının adına olmuş, elə məhz həmin dövrdə xx.xx.2015-ci ildə Cavabdeh və Kamran Buniyatov rəsmi nikaha daxil olmuş və 2015-ci ildə Cavabdeh sözügedən evdə rəsmi qeydiyyata alınmışdır. xx.xx.2024-cü ildə isə onların nikahına xitam verilmişdir və Cavabdeh və oğlu Kənan Buniyatov sözügedən evdə yaşamağa davam etmişdir. İddiaçı və Kamran Buniyatov isə sırf Cavabdeh və oğlu Kənan Buniyatovu evdən çıxarmaq məqsədilə atalarının babasının adına olan evi Kamran Buniyatov və İddiaçı adına paylı mülkiyyət kimi yox, yalnız İddiaçı adına tam mülkiyyət kimi rəsmiləşdirmişdir. Buradan açıq-aydın görünür ki, onlar qanunun tələblərindən yayınmaq, Kamran Buniyatovun oğlunun Kənan Buniyatovun həmin evə olan hüquqlarından boyun qaçırmaq, Cavabdeh və Kənan Buniyatovun evdən istifadə hüququna xitam vermək və onları evdən çıxarmaq üçün oyun qurmuş və hüquqdan sui-istifadə etmişdir. Ev İddiaçı və Kamran Buniyatovun atasının babasının adına olduğu üçün və həmin şəxs də vəfat etdiyi üçün ev müvafiq olaraq İddiaçı və Kamran Buniyatovun adına paylı əmlak kimi vərəsəlik qaydasında keçməli olduğu halda, onlar o cür oyun qurmuşdur ki, ev yalnız İddiaçı adına rəsmiləşdirilmişdir. Beləliklə, Kamran Buniyatov övladı Kənan Buniyatovun həmin əmlaka olan hüquqlarından məhrum olmasını, gələcəkdə və hazırda hər hansı tələbinin olmamasını hədəfləmişdir. O cümlədən, ev İddiaçı adına rəsmiləşdirildiyi üçün, Kənan Buniyatov onun qardaşı oğlu, Cavabdeh isə qardaşının keçmiş həyat yoldaşı olduğu üçün, onlar mülkiyyətçinin, yəni İddiaçı ailə üzvləri sayılmayacaq və beləliklə, mülkiyyətdən istifadə hüquqları da məhdudlaşacaqdı. Göründüyü kimi, İddiaçı və Kamran Buniyatov açıq-aydın şəkildə hüquqdan sui-istifadə edərək əmlakı Kamranla Həsənin ümumi paylı mülkiyyətinə yox Həsənin tam mülkiyyətinə rəsmiləşdirmişlər ki, Kamranın oğlu Kənan Buniyatov və keçmiş həyat yoldaşı Cavabdeh mülkiyyətlə bağlı olan hüquqlarını məhdudlaşdırsınlar və onları evdən çıxarsınlar. Beləliklə, İddiaçı və Kamran Buniyatov üçüncü şəxslərin - Cavabdeh və Kənan Buniyatovun hüquqlarını pozmuş, mülkiyyət hüquqlarından onlara ziyan vurmaq məqsədilə istifadə etmişdir. Həmçinin, İddiaçı da xüsusi mülkiyyətində olan əmlakdan Cavabdeh və Kənan Buniyatovun çıxarılmasını tələb etməklə hüquqdan sui-istifadə etmiş olur. Belə ki, o, əvvəldən Hülya Buniyatovun həmin mənzildə qeydiyyatda olduğunu və mənzildən istifadə hüququnun olduğunu, o cümlədən, əgər azyaşlı övladı ilə birlikdə o evdən çıxsa, başqa qalacaq yerlərinin olmadığını, çöldə qalmağa məcbur olduğunu bilir və sırf onların hüquqlarını pozmaq və ziyan vurmaq məqsədilə evdən çıxmalarını tələb edərək hüquqdan sui-istifadə edir. İşin hərtərəfli, tam və obyektiv araşdırılması və sübutlara ədalətli qiymət verilməsi məhkəmənin vəzifəsi olsa da, Bakı şəhəri Səbail Rayon Məhkəməsi qəbul etdiyi qətnamədə bu prosessual normanı pozmuşdur. Belə ki, Cavabdeh iddia ərizəsinə etirazda qeyd etmişdir ki, Kamran Buniyatov ilə Cavabdeh rəsmi nikahda olduqları dövrdə sözügedən mənzildə onların birgə vəsaiti hesabına 2 otaqlı ev tikilmişdir və onların birgə vəsaiti hesabına 15.000-20.000 manata qədər vəsait evin təmiri üçün xərclənmişdir. Cavabdeh məhkəməyə sübut qismində təqdim etdiyi sənədlərin içərisində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsindən alınmış, arxivdə saxlanılan evin və həyətin planında evin əvvəlki planı, quruluşu göstərilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsi həmin sübutları ətraflı şəkildə araşdırmamışdır. Belə ki, məhkəmə qeyd olunan plan ilə evin hazırkı faktiki vəziyyətini müqayisə etsəydi aşkarlayardı ki, evin hazırkı quruluşu əvvəlki plana uyğun deyildir. Bu isə sübut edir ki, Cavabdeh iddia ərizəsində qeyd etdiyi, Cavabdeh və Kamran Buniyatov birgə nikahları dövründə onların birgə vəsaiti hesabına sözügedən mənzildə 2 otaqlı ev tikilməsi və mənzilə 15.000-20.000 manata qədər xərc çəkilməsi doğrudur. Bu faktı Səmra Hüseynova da şahid kimi təsdiqləyə bilər. Əgər məhkəmə işi hərtərəfli və obyektiv araşdırsaydı, evin hazırkı quruluşu ilə sübutlar arasında göstərilmiş evin əvvəlki vəziyyətini müqayisə etsəydi, bu faktı ortaya çıxara bilərdi. Lakin məhkəmə sübutları hərtərəfli və obyektiv araşdırmamış, işə qərəzli yanaşmış və sübutları düzgün qiymətləndirməmiş, beləliklə prosessual qanunvericiliyin normalarını pozmuşdur. Sözügedən mənzildə tikilmiş 2 otaqlı evə və evin təmirinə çəkilmiş 15.000-20.000 manata qədər xərc Cavabdeh və Kamran Buniyatovun rəsmi nikahı dövründə onların birgə vəsaiti hesabına həyata keçirildiyinə görə həmin 2 otaqlı evə Cavabdeh ikidə bir paylı mülkiyyət hüququ olmalıdır. Yəni, Cavabdeh 2 otaqlı evə mülkiyyət hüququ tanınmalıdır və Cavabdeh ilə oğlu Kənan Buniyatov həmin 2 otaqlı evdən çıxarıla bilməzlər. Göründüyü kimi, məhkəmə prosessual qanunvericilik normalarını kobudcasına pozmaqla qətnamə qəbul etmişdir. Bu səbəbdən qətnamə ləğv edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
10. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib qətnamənin ləğv və iddianın təmin edilməməsini xahiş etdi.
11. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək əsassız olduğundan təmin olunmamasını, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Maddə 228.3. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ alğı-satqının, girovun və icarənin müstəqil predmeti ola bilməz. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. Maddə 228.4. Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.
13. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi:
Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.
14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 08 oktyabr 2013-cü il tarixli Qərarına əsasən, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.
15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Konstitusiya Məhkəməsi Plenumu 16 dekabr 2014-cü il tarixli qərarında göstərmişdir ki,...Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də, həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz.
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri:
17. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsas ola bilməz.
18. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
19. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
20. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, iddia təmin edildiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də qətnamənin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
21. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
22. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
23. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından iddia haqlı sayılır.
24. Əlbətdə ki, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.
25. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq, sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.
26. Məhkəmə tərkibi vurğulayır ki, işin həqiqi hallarının düzgün müəyyən edilməsi, əslində tərəflər arasında hansı mülkü hüquq münasibətlərinin yaranması, davam etməsi və xitam olunmasının düzgün müəyyən edilməsi, mübahisənin düzgün və qanuna uyğun həllini asanlaşdırır. İşin həqiqi hallarını dəqiq müəyyən edilməsi, həm də tərəflərdən hansının hüquqlarının pozulduğunu, kimin pozduğunu, qorunmalı olan hüququn və mənafenin kimə aid olduğunu düzgün müəyyən etməyi mümkün edir. Bu mənada məhkəmə tərkibi birinci instansiya məhkəməsinin iddia üzrə işin halları və tərəflərin qarşılıqlı münasibətləri baxımından düzgün nəticəyə gəldiyini müəyyən etdi. Ona görə də qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas yoxdur. Buna baxmayaraq, iddia tələbinin və apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar əlavə hüquqi dəyərləndirmə aparılmasını da məhkəmə tərkibi zəruri hesab edir.
27. Tərəflər arasında mübahisəli mənzillə bağlı mübahisəli hüquq münasibətləri 2015-ci ildə yarandığından, hazırki mübahisəyə həmin vaxt qüvvədə olmuş hüquq normalarının tətbiq edilməli və mübahisə 01 oktyabr 2009-cu il tarixdə qüvvəyə minmiş Mənzil Məcəlləsinin 30-cu maddəsinin tələblərinə uyğun həll edilməlidir. Düzdü iddiaçı həmin mənzilə 2015-ci ildə köçərkən həmin vaxt mənzilin mülkiyyətçisi iddiaçının mərhum babası olmuş, başqa sözlə vərəsəlik qaydasında iddiaçının adına qeydə alınmamışdır.
28. Belə ki, cavabdehin çıxmaq istəmədiyi fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla vərəsəlik qaydasında iddiaçının mülkiyyətinə keçmişdir, faktiki olaraq mövcuddur və yaşayış sahəsi kimi istifadə olunur. Bunu tərəflərin heç biri mübahisələndirmir, mübahisələndirilən hal mənzilə cavabdehin, yəni iddiaçının qardaşının keçmiş arvadının hər hansı bir aidiyyətinin olub-olmaması ilə bağlıdır. Qeyd olunan evdə 2015-ci ildən köçərək yaşamış olsa belə, cavabdehin həmin evə hansısa subyektiv hüquqları yaranmamışdır.
29. Apellyasiya instansiyası məhkəməsi vurğulayır ki, cavabdehin keçmiş ərinin babasının və sonradan qardaşının mülkiyyətində olan evdə yaşaması onun iddiaya etirazının və apellyasiya şikayətinin əsaslı olmasına dəlalət etmir. Çünki cavabdeh qeyd olunan fərdi yaşayış evinin mülkiyyətçisi olan keçmiş qaynının ailə üzvü, eləcə də ailə qanunvericiliyi əsasında onunla birlikdə yaşamaq və ondan özünün saxlanılmasını tələb etmək hüququ olmadığından çıxmaq istəmədiyi evin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də ola bilməz.
30. Bundan əlavə, cavabdehin qeyd olunan evə gəlin köçməsi və bir müddət orada yaşaması iddianın təmin edilməməsi üçün birbaşa əsas ola bilməz. Çünki bu vəziyyətdə də iddiaçının mülkiyyət hüququ pozulmuş olur.
31. Təbii ki, yetkinlik yaşına çatmayan şəxslərin yaşayış yeri valideynlərin yaşadığı yer hesab olunduğundan cavabdeh və keçmiş əri yetkinlik yaşına çatmayan uşağını özlərinin yaşadığı mənzilə(evə) köçürmək ixtiyarına malikdir. Bu mənada hazırki iddianın uşağa münasibətdə təmin olunmasından yaxud olunmamasından asılı olmayaraq uşağın valideynlərinin yaşadıqları mənzildən(evdən) istifadə etmək səlahiyyəti mövcuddur və bu hüquq onlara heç bir halda qadağan edilə bilməz. Bununla yanaşı, hazırkı işdə uşağa münasibətdə iddianın təmin olunması da qanunsuz olmamışdır. Əvvəla ona görə ki, uşaq da məhkəmə qətnaməsinə əsasən cavabdehin yanında saxlanılıb və cavabdehin evdən çıxarılması uşağın da onunla bərabər çıxarılmasını labüd edir. Bununla yanaşı, uşağın da iddiaçıdan özünün saxlanılmasını tələb etmək hüququ olmadığından, demək qeyd olunan evdən çıxarılması da qanunsuz olmamışdır. Buna baxmayaraq, uşağın valideynlərinin gələcəkdə yaşayacaqları mənzildən(evdən) istifadə etmək səlahiyyəti mövcuddur və bu hüquq onlara heç bir halda qadağan edilə bilməz. 32.Göstərilənlərlə yanaşı, cavabdeh apellyasiya şikayətində keçmiş əri ilə nikahda olduqları dövrdə sözügedən mənzildə yaxud ondan kənarda birgə vəsaiti hesabına 2 otaqlı ev tikildiyini və birgə vəsaiti hesabına 15.000-20.000 manat evin təmiri üçün xərcləndiyini göstərsə də, əvvəla buna dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməyib. Bununla yanaşı, cavabdehin iddiaçının xüsusi mülkiyyətində olan evin sahəsindən çıxarılması qət olunub və onun inşa etdiyini iddia etdiyi ev çıxarıldığı qət olunan evin tərkib hissəsinə aid tikililərə aid deyilsə, bununla əlaqədar həm ayrıca, həm də gələcəkdə hazırkı qətnamənin icrası qaydasında yaranacaq mübahisə ilə əlaqədar məhkəmə müdafiəsi hüququndan istifadə edə bilər.
33. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1573/2025 saylı, 21 avqust 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
34. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi
qətetdi:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1573/2025 saylı, 21 avqust 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.