Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5685/2023 24.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə Həsənova Şərqi Əlabbas qızının katibliyi ilə, Maraqlı şəxsin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Sabunçu Rayon Məhkəməsinin 2(008)-2316/2023 nömrəli, xx.xx.2023-cü il qətnaməsindən Maraqlı şəxstərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:
1. Ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi, Xətai Rayon İcra Hakimiyyəti Başçısı Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 1555989,3 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 2560730,13 manat, İşsizlikdən Sığorta Fonduna olan 4178,06 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixə vergi ödəyicisi olan Xətai Rayon İcra Hakimiyyəti Başçısı Mənzil Kommunal Təsərrüfatı Birliyinin (VÖEN: **********) İşsizlikdən Sığorta Fonduna 4178,06 manat, Dövlət Sosial Müdafiə Fonduna 2560730,13 manat, dövlət büdcəsinə 1555989,3 manat məbləğində (o cümlədən, vergilər üzrə 1172577,04 manat, faizlər üzrə 383412,26 manat) olmaqla, ümumilikdə 4120897,49 manat borcu vardır. Yaranmış borc məbləğlərinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2021-ci il tarixli **********212700 nömrəli, xx.xx.2021-ci il tarixli **********671900 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Reyestr məlumatlarına əsasən yuxarıda qeyd edilən borclu hüquqi şəxsin icra orqanlarının rəhbəri olan Maraqlı şəxs ünvan 1 ünvanında qeydiyyatdadır.
3. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-4533/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qənaməsindən məlum olur ki, ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair ərizəsi təmin edilmiş, Xətai Rayon İcra Hakimiyyəti Başçısı Mənzil Kommunal Təsərrüfati Birliyinin dövlət büdcəsinə olan ümumilikdə 1555989,3 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 2560730,13 manat, İşsizlikdən Sığorta Fonduna olan 4178,06 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün icra orqanının rəhbəri, xx xxx 1958-ci il tarixdə Zəngilan rayonunda doğulmuş, ünvan 3 ünvanında qeydiyyatda olan Maraqlı şəxs ölkədən getmək hüququ vergi öhdəlikləri tam yerinə yetirilənədək müvəqqəti məhdudlaşdırılmışdır (i/v 52-55).
4. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-1322/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən məlum olur ki, Maraqlı şəxs tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-4533/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (i/v 81-83).
5. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(102)- 232/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə Maraqlı şəxs kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)- 1322/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır.
6. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-915/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə maraqlı şəxsin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-2(113)-4533/2021 saylı qətnaməsi ləğv edilmiş, ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Xətai Rayon İcra Hakimiyyəti Başçısı Mənzil Kommunal Təsərrüfatı Birliyinin dövlət büdcəsinə olan ümumilikdə 1555989,3 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 2560730,13 manat, İşsizlikdən Sığorta Fonduna olan 4178,06 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir.
7. Sabunçu Rayon Məhkəməsinin 2(008)-2316/2023 nömrəli, xx.xx.2023-cü il qətnaməsi (hakim Şəbnur Qədirova) ilə ərizə təmin edilmiş, Xətai Rayon İcra Hakimiyyəti Başçısı Mənzil Kommunal Təsərrüfatının rəhbəri Maraqlı şəxs (doğulduğu tarix xx.xx.1958; doğulduğu yer - Azərbaycan, Zəngilan rayonu; şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi -xxxxxxx; Seriya və nömrəsi - AA 2888111) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qərara alınmışdır. Apellyasiya şikayəti və onun dəlilləri:
8. Maraqlı şəxs qətnamədən apellyasiya şikayəti vermiş və qeyd etmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verməmişdir. Belə ki, rayon məhkəməsi Xətai Rayon İcra Hakimiyyəti Başçısı Mənzil Kommunal Təsərrüfati Birliyi tərəfindən rəhbər olduğu dövrdə ödənişləri vaxtında dövlət büdcəsinə və eləcə də digər ödənişləri etməyini və etdiyi ödənişlərin əvvəlki borclara silinməsini, cinayət işi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2021-ci il tarixli qərarı olmasını, borc məbləğinin hazırkı direktor Maraqlı şəxs rəhbər olduğu dövrdə deyil, əvvəllər yaranmış borc olmasını nəzərə almamışdır. Bununla bağlı məhkəməyə sübutlar təqdim edilmiş. Lakin məhkəmə heç birinə münasibət bildirməmişdir. Bundan başqa rayon məhkəməsi Ali Məhkəmənin 2-2(102)- 232/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarındakı göstərişlərin heç birini nəzərə almamış və əsassız qərar qəbul etmişdir. Göstərilənlərə əsasən, qətnamənin ləğv edilməsi və ərizənin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
9. Məhkəmə kollegiyasının iclasında maraqlı şəxsin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, qeyd etdi ki, Xətai Rayon İcra Hakimiyyəti Başçısı Mənzil Kommunal Təsərrüfatı Birliyinin vəzifəli şəxsləri barəsində olan cinayət işinə bəraətverici əsaslarla xitam verilmiş, maraqlı üzərində olan ölkəyə giriş çıxışına qoyulmuş məhdudiyyət isə onlarda olan qeyri-rəsmi məlumata görə aradan qaldırılmışdır. Bu səbəbdən şikayətintəmin edilməsini, ərizənin rədd edilməsini xahiş etdi.
10. Apellyasiya şikayəti ilə bağlı mülki işə baxılmasının yeri və vaxtı barədə ərizəçinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi:
11. 2021-ci il 10 sentyabr tarixində AVİS-dən çıxarılmış “Bəyannamə” adlı sənəddən görünür (i/v 47) ki, MKTB-yə 2014-cü il 1 iyul tarixindən 2021-ci il 10 sentyabr tarixinədək 3.226.610,49 manat vergi hesablanmış, ondan 3.318.104,10 manat ödənilmişdir.
12. Həmin sənəddən məlum olur ki, 2021-ci il 10 sentyabr tarixinə qalıq borc cəmi 91.493,51 manat təşkil etmişdir (3.226.610,49 – 3.318.104,10).
13. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsinin 1-ci şöbəsi tərəfindən cinayət işi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2021-ci il tarixli qərarından görünür ki, “Xətai Rayon İcra Hakimiyyəti Başçısı Mənzil Kommunal Təsərrüfatı” Birliyinin rəisi X2 və Birliyin mühasibi X1 barəsində cinayət təqibinə cinayət işi üzrə icraata CPM-in 39.1.2-ci maddəsinə əsasən, yəni əməldə cinayət tərkibi olmadığından xitam verilmişdir. Tətbiq edilən maddi hüquq normaları: Azərbayan Respublikasının Konstitusiyası
14. Maddə 71.İİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır.
15. Azərbaycan Respublikası Vergi Məcəlləsi
16. “Maddə 85.4. Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər.
17. Maddə 85.5-1. Bu Məcəllənin 85.4-cü və 85.5-ci maddələrində müddətlə bağlı müəyyən edilmiş məhdudiyyətlər məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarına, habelə bu Məcəllənin 38.3.9-cu maddəsində nəzərdə tutulan hallara münasibətdə tətbiq edilmir. ...”
18. Maddə 93.1. Vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclar vergi orqanları tərəfindən aşağıdakı hallarda silinir:
19. 93.1.1. bu Məcəllədə müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddəti qurtardıqda;
20. Maddə 93.1.3. qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə.
21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X5 (X6) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 2017-ci il 26 may tarixli qərarında qeyd edilmişdir ki: “Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, borclunun, o cümlədən mütəmadi icra edilməli olan öhdəliklər üzrə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olan əsaslar və mütənasiblik prinsipindən irəli gələn meyarlar kifayət qədər aydındır.
22. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” 4 iyul 2014-cü il tarixli Qərarında da icra icraatı zamanı mütənasiblik prinsipinə riayət olunmasının, tələbkarın və borclunun hüquq və qanuni maraqlarının balansının təmin edilməsinin vacibliyi vurğulanmışdır.
23. Bu hüquqi mövqe həm də baxılan məsələyə şamil olunur. Yuxarıda qeyd edilən məqsədə nail olmaq üçün məhkəmə qanunvericiliyə uyğun olaraq işə baxarkən, hər bir konkret halda icra məmurunun təqdimatında olan məhdudiyyətin müəyyən olunmasının əsaslarını, borclunun buna qarşı etirazlarını öz daxili inamına görə qiymətləndirməli, işi hərtərəfli, tam və obyektiv araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır.”
24. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında da göstərilmişdir ki, hərəkət azadlığı hüququnu məhdudlaşdıran hər hansı tədbir qanuna uyğun olmalı, Konvensiyaya dair 4 saylı Protokolun 2-ci maddəsinin 3-cü bəndində qeyd edilən legitim məqsədlərdən birini güdməli, demokratik cəmiyyətdə zəruri olmalı, yəni mütənasiblik meyarına cavab verməlidir (məs. Battista İtaliyaya qarşı, № 43978/09, 2014-cü il 2 dekabr tarixli qərarı; Xlyustov Rusiyaya qarşı, № 28975/05, 2013-cü il 11 iyul tarixli qərarı).
25. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Xlyustov Rusiyaya qarşı iş” üzrə qərarında göstərilmişdir ki, həmin mövqeyə görə, dövlət orqanları fərdi borclulara qarşı çıxarılmış məhkəmə qərarlarının icrasında kreditora lazımi köməklik göstərməyə borcludurlar (Xlyustov Rusiyaya qarşı, № 28975/05, 2013-cü il 11 iyul tarixli qərarı, § 92)
26. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Battista İtaliyaya qarşı iş” üzrə qərarında göstərilmişdir ki, məhkəmələr ərizəçinin şəxsi vəziyyətinin və ya ödənilməli olan məbləğləri ödəmək qabiliyyətinin araşdırılmasını zəruri hesab etməmiş, avtomatik olaraq mübahisələndirilən tədbiri tətbiq etmiş, mübahisələndirilən hüquqları tarazlaşdırmaq cəhdi etməmişlər (Battista İtaliyaya qarşı, № 43978/09, 2014-cü il 2 dekabr tarixli qərarı, § 44).
27. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Reiner Bolqarıstana qarşı iş” üzrə qərarında göstərilmişdir ki, hakimiyyət orqanları fiskal orqanların borcun digər vasitələrlə alınması üçün ağlabatan səylər göstərib-göstərmədiyini, borclunun ölkəni tərk etməsinin borcu yığmaq şansını sarsıda biləcəyi ehtimalını vaxtaşırı yenidən qiymətləndirmədən fərdin hərəkət azadlığına məhdudiyyətləri uzun müddət saxlamaq hüququna malik deyildirlər. Fiskal orqanlar aktiv olaraq borcun tutulmasına çalışmamış, xüsusilə də ərizəçinin ölkədaxilində hər hansı aktivinə və ya daşınar əmlakına həbs qoyulması üçün heç bir yeni səy göstərilməmişlər. Ərizəçinin xaricdə olan resurslarına dair sorğu etmək imkanı fiskal orqanlar tərəfindən heç vaxt nəzərdə tutulmayıb. Dövlət orqanlarının borcun ən azı bir hissəsinin tutulması üçün aşkar vasitələrdən istifadə etməməsi cavabdeh Hökumətin səfər qadağasının borcun ödənilməsi üçün zəruri olaraq qalması və ya ərizəçinin azadlığına qoyulmuş geniş məhdudiyyətə mütənasib olması barədə mövqeyini sarsıdır (Reiner Bolqarıstana qarşı № 46343/99, 2006-cı il 23 may tarixli qərarı, §§ 124- 125).
28. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qoçev Bolqarıstana qarşı iş” üzrə qərarında göstərilmişdir ki, işin faktları ərizəçinin əvvəldən avtomatik xarakterli tədbirə məruz qaldığını göstərir. Sözügedən tədbir direktor tərəfindən ərizəçinin şəxsi vəziyyəti və hətta borclarının ödənilməməsi ilə bağlı hallar barədə izahat tələb edilmədən və qərarında bu məsələlərə baxılmadan təyin edilib. Qabaqlayıcı tədbirin effektivliyi çox vaxt onun icra sürətindən asılı olduğuna baxmayaraq, bu, müvafiq yerli orqanı tədbir tətbiq edildikdən sonra müvafiq məlumat toplamaq öhdəliyindən azad etmir. Hazırkı işdə direktor öz qərarlarını verməzdən əvvəl ərizəçiyə sadəcə olaraq onun kreditorlarına təminat veribvermədiyini bildirmək təklif etmişdir. Beləliklə, inzibati orqan ərizəçinin hərəkət azadlığının məhdudlaşdırılmasının işin halları baxımından əsaslı və mütənasib olmasını təmin etmək üçün bütün müvafiq məlumatları nəzərə almamışdır (QoçevBolqarıstana qarşı, № 34383/03, 2009-cu il 26 noyabr tarixli qərarı, §53).
29. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Demokratiya və İnsan Hüquqları Resurs Mərkəzi və Mustafayev Azərbaycana qarşı iş” üzrə qərarında göstərilmişdir ki, nə vergi orqanları, nə də ölkədaxili məhkəmələr ərizəçiyə səfər qadağası tətbiq etmədən öncə sözügedən vergi borcunu almağa cəhd etmiş, xüsusilə də iddia edilən vergi borcunun ərizəçilərin bank hesablarında olan puldan tutulmasını və ya ərizəçinin məhkəmə prosesində açıq-aydın tələb etməsinə baxmayaraq ona məxsus hər hansı digər aktivlərə həbs qoyulmasını düşünmüşlər. Hökumət ərizəçinin 7,385 manat pulun bank hesablarında olmasına dair məlumatına etiraz etməmişdir (Demokratiya və İnsan Hüquqları Resurs Mərkəzi və Mustafayev Azərbaycana qarşı, № № 74288/14 və 64568/16, 2021-ci il 14 oktyabr tarixli qərarı, § 93). Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 355-5.1. Vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarında da müəyyən edilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi üçün məcburidir. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
30. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
31. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, mülki iş materiallarını, apellyasiya şikayətinin dəlilləri ilə birlikdə araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək və hazırkı iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(102)-232/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarındakı hüquqi mövqeyə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, ərizə təmin edilməməlidir.
32. Kollegiya qeyd edir ki, işin hallarından görünür ki, hazırkı ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbinə Bakı Kommersiya Məhkəməsində baxılaraq müvafiq qətnamə ilə ərizə təmin edilmiş, həmin qətnamədən maraqlı şəxsin verdiyi apellyasiya şikayəti təmin edilməmiş, bundan sonra apellyasiya instansiyası qətnaməsindən maraqlı şəxsin verdiyi kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(102)-232/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-1322/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır.
33. Həmin qərarda Ali Məhkəmə tərəfindən işin halları ilə bağlı müvafiq göstərişlər verilmişdir.
34. Bundan sonra Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2- 2(103)-915/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə maraqlı şəxsin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2- 2(113)-4533/2021 saylı qətnaməsi ləğv edilmiş, mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir.
35. İşə mülki icraat qaydasında aidiyyət qaydalarına uyğun olaraq yenidən baxan birinci instansiya məhkəməsi isə iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(102)-232/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarında olan göstərişləri, ümumiyyətlə, nəzərə almadan hazırkı qətnaməni qəbul etmişdir.
36. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələbinə görə kassasiya qaydasında işə baxan məhkəmənin qərarında şərh olunan göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
37. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarında da müəyyən edilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi üçün məcburidir.
38. Məhkəmə Kollegiyası hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının Qərarında qeyd edilmiş göstərişlər Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarında nəzərdə tutulmuş “qanuni hədlər daxilində” olduğundan, həmin göstərişlərlə razılaşaraq onları nəzərə alır.
39. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(102)- 232/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, sözügedən “Bəyannamə” adlı sənəddən o da məlum olur ki, MKTB-nin 307.320,53 manat vaxtı ötmüş borcu vardır. Belə olan halda həmin 307.320,53 manat borcun məhkəməyə müraciət zamanı vergi orqanı tərəfindən verilmiş ərizədə əks etditilmiş 4.120.897,49 manat borca daxil edilib-edilməməsi də aydın olmur.
40. Eyni zamanda, “Bəyannamə” adlı sənədə əsasən, yuxarıda qeyd edilən 91.493,51 manat məbləğində qalıq borcun özünün də yaranma vaxtının yuxarıda 2014-cü ilə təsadüf etməsi istisna olunmadığından, mahiyyət etibarilə həmin borcun da vaxtının ötməsi tamamilə mümkündür.
41. Məhkəmə kollegiyası xüsusi olaraq vurğulamağı zəruri hesab edir ki, hazırkı qəbildən olan işlərin həllində vergi orqanları və məhkəmələr tərəfindən mütənasiblik prinsipinin (görülən məhdudlaşdırma tədbirinin gözlənin nəticələrə adekvat olması) gözlənilməsi mühüm əhəmiyyət kəsb edir. İşə baxan məhkəmələr hər bir halda məhdudiyyət tətbiq edərkən bu tədbirin mütənasiblik meyarına cavab verib-verməməsinin araşdırılmalıdır. Sadəcə borcun mövcud olması bu məhdudiyyətin tətbiq edilməsi üçün kifayət deyildir. 49. Bu, ilk növbədə Azərbaycan Respublikası Konstitusiyasının tələbidir. Konstitusiyanın 71- ci maddəsinin İİ hissəsinə (bax yuxarıda § 26) görə, insan və vətəndaş hüquqlarının və azadlıqlarının məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. 50. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X5 (X6) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 2017-ci il 26 may tarixli Qərarında (bax yuxarıda § 29) formalaşdırdığı hüquqi mövqelərə görə, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olan əsaslar və mütənasiblik prinsipindən irəli gələn meyarlar kifayət qədər aydındır... Mütənasiblik prinsipinə riayət olunmasını təmin etmək üçün məhkəmə işə baxarkən hər bir konkret halda məhdudiyyətin müəyyən olunmasının əsaslarını, borclunun buna qarşı etirazlarını öz daxili inamına görə qiymətləndirməli, işi hərtərəfli, tam və obyektiv araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır.
42. Digər tərəfdən, vergi orqanının hazırkı işlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl borcun ödənilməsinin təmin edilməsi üçün hansı tədbirlər görməsi (tələb olunan vəsaitin MKTBnin hesablarından silinməsi üçün müvafiq banklara müraciət etməsi, onlardan vəsaitin çatışmazlığına dair cavablar alması, MKT-nin əmlakının üzərinə ixtisaslaşdırılmış açıq hərracdan satılması məqsədilə həbs qoyulması, yaxud kifayət qədər belə əmlakların mövcud olmamasına dair rəsmi məlumatlar əldə etməsi) iş materiallarından görünmür.
43. Kollegiya ilk növbədə vergi borcunun dəqiq məbləğinin düzgün müəyyən edilməsi barədə Ali Məhkəmənin göstərişi ilə bağlı aşağıdakıları qeyd edir.
44. Mülki iş materiallarında olan 2021-ci il 10 sentyabr tarixində AVİS-dən çıxarılmış “Bəyannamə” adlı sənəddən görünür (i/v 47) ki, MKTB-yə 2014-cü il 1 iyul tarixindən 2021ci il 10 sentyabr tarixinədək 3.226.610,49 manat vergi hesablanmış, ondan 3.318.104,10 manat ödənilmişdir.
45. Həmin sənəddən məlum olur ki, 2021-ci il 10 sentyabr tarixinə qalıq borc cəmi 91.493,51 manat təşkil etmişdir (3.226.610,49 – 3.318.104,10).
46. Halbuki 2021-ci il 9 sentyabr tarixində vergi orqanının məhkəməyə etdiyi ilkin müraciət ərizəsində MKTB-nin bundan 45 dəfə çox, yəni ümumilikdə 4.120.897,49 manat borcunun olduğu göstərilmişdir (4.120.897,49 : 91.493,51).
47. İşə apellyasiya qaydasında baxılarkən ərizəçinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, həmçinin borcun dəqiq məbləği ilə bağlı səhih məlumatları məhkəməyə təqdim etməmişdir.
48. Bununla belə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsinin 1-ci şöbəsi tərəfindən cinayət işi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2021-ci il tarixli cinayət işi üzrə icraata CPM-in 39.1.2-ci maddəsinə əsasən, yəni əməldə cinayət tərkibi olmadığından xitam verilməsi barədə qərardan görünür ki, iş üzrə xx.xx.2017-ci il tarixli qərarla məhkəmə-mühasibatlıq ekspertizası keçirilmiş, xx.xx.2018-ci il tarixli, 32751 nömrəli rəylə vergi borcu məbləğinin 1380481,43 manat olduğu müəyyən edilmişdir.
49. Ali Məhkəmənin hazırkı borcun yaranmasının 2014-cü ildən əvvələ təsadüf etməsi və MKTB-yə hesablanmış borcun Vegilər Məcəlləsinin 85.4-cü maddəsi ilə müəyyən olunmuş müddətinin bitib-bitməməsini aydınlaşdırılması barədə göstərişi ilə bağlı Kollegiya aşağıdakıları qeyd edir.
50. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsinin 1-ci şöbəsi tərəfindən cinayət işi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2021-ci il tarixli qərarından görünür ki, iş üzrə şahid qismində dindirilmiş “Xətai Rayon İcra Hakimiyyəti Başçısı Mənzil Kommunal Təsərrüfatı” Birliyinin rəisi X2 ifadəsində ödənişləri 2014-cü ilin avqust ayından 2017-ci ilin avqust ayına kimi dövr əhatə olunmaqla aidiyyəti vergi orqanına təqdim etdikləri bəyannamələr üzrə ödənişləri tam şəkildə həyata keçirdiklərini, lakin həmin ödənişlərin müəssisənin əvvəlki borclarına silindiyini, bu səbəbdən də cari bəyannamlər üzrə vergi borcunun yarandığını bildirmişdir.
51. Həmin qərardan görünür ki, iş üzrə xx.xx.2017-ci il tarixli qərarla məhkəməmühasibatlıq ekspertizası keçirilmiş, xx.xx.2018-ci il tarixli, 32751 nömrəli rəylə vergi borcu məbləğinin 1380481,43 manat olduğu müəyyən edilmişdir.
52. Həmin qərardan məlum olur ki, istintaq zamanı 1380481,43 manat borcun dövlət büdcəsinə ödənilib-ödənilmədiyi barədə məktubla Vergi Öhdəliklərinin icrasına Nəzarət Baş İdarəsinə məktubla müraciət edilmiş, Vergi Öhdəliklərinin icrasına Nəzarət Baş İdarəsindən daxil olmuş xx.xx.2020-ci il tarixli cavab məktubu ilə 1380481,43 manat borcun ödənilməsinin təmin edildiyi bildirilmişdir (i/v 41).
53. Beləliklə, həmin qərardan borcun 2014-cü ildən əvvələ təsadüf etməsi müəyyən edilir. Belə olan halda məlum olur ki, borcun Vegilər Məcəlləsinin 85.4-cü maddəsi ilə müəyyən olunmuş müddətin bitdiyi müəyyən edilmişdir.
54. Vergilər Məcəlləsinin 85.4 və 93.1.1, 93.1.3-cü maddələrinin (bax yuxarıda § 27) tələblərinə görə, vergi orqanları verginin, faizlərin və maliyyə sanksiyalarının məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Həmin müddət qurtardıqda, habelə, vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə, vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclar vergi orqanları tərəfindən silinir.
55. Həmin Məcəllənin 85.4-cü maddəsi ilə müəyyən olunmuş müddəti bitdikdən sonra isə həmin borclara görə vergi ödəyicisinə hər hansı məcburiyyət tədbirinin tətbiqi, o cümlədən hüquqi şəxsin rəhbərinin ölkədən çıxış hüququnun məhdudlaşdırılması yolverilməzdir.
56. Bundan başqa “Xətai Rayon İcra Hakimiyyəti Başçısı Mənzil Kommunal Təsərrüfatı” Birliyi tərəfindən 1380481,43 manat vergi borcunun dövlət büdcəsinə ödənildiyi müəyyən edilmişdir (i/v 41).
57. Məhkəmə kollegiyası hesab edir ki, rayon məhkəməsi MPM-in 14.1 və 88-ci maddələrinə əsasən həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmadan, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermədən, ərizənin təmin ediməsi barədə mövqeyini əsaslandırmadan düzgün olmayan qətnamə qəbul etmişdir.
58. Beləliklə, hazırkı iş materiallarını tədqiq edərək, Kollegiya belə qənaətə gəlir ki, hazırkı vergi borcunun 2014-cü ildən əvvələ təsadüf etməsi, bu səbəbbədən də vergi borcunun Vegilər Məcəlləsinin 85.4-cü maddəsi ilə müəyyən olunmuş müddətin bitdiyi müəyyən edildiyindən, eləcə də “Xətai Rayon İcra Hakimiyyəti Başçısı Mənzil Kommunal Təsərrüfatı” Birliyi tərəfindən 1380481,43 manat vergi borcunun dövlət büdcəsinə ödənildiyi müəyyən edildiyindən, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, ərizə təmin edilməməlidir. Nəticə:
59. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, rayon məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermədiyindən, nəticədə də maraqlı şəxsin hüquqlarının pozulmasına gətirib çıxaran düzgün olmayan qətnamə qəbul olunmuşdur ki, bu səbəbdən də apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, ərizə təmin edilməməlidir.
60. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Sabunçu Rayon Məhkəməsinin 2(008)-2316/2023 nömrəli, xx.xx.2023-cü il qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin, ərizə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.
Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Elşən Kazımov