Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5694/2023 02.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X2 cavabdehlər Cavabdeh1 və Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə Q Ə T N A MƏ S İ Açar sözlər: (çıxarışın ləğv edilməsi) hakimlər X3 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Sadıxov Çingiz Elbrus oğlunun katibliyi, Cavabdeh1 və onun nümayəndəsi vəkil Nümayəndə iştirakları ilə, iddiaçı Hüseynov Ağası Hüseynağa oğlunun cavabdehlər Cavabdeh1 və Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “cavabdehin adına verilmiş ünvan 1 ünvanında yerləşən 18 mərtəbəli yeni tikili binanın J blokunda yerləşən 60 saylı mənzilə dair dövlət reyestrindən çıxarışın ləğv edilməsi” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3436/2023 saylı işi xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı X4 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3436/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilməmiş və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli qərarına istinadən qeyd edilmişdir ki, Cavabdeh1 ünvan 1 ünvanında yerləşən 18 mərtəbəli yeni tikili binanın J blokunda yerləşən 60 saylı mənzilə mülkiyyət hüququ tərəflər arasında əvvəllər mövcud olmuş mübahisə üzrə qəbul edilmiş məhkəmə qətnaməsinin icrası ilə bağlı əmlakın hərracdan satılaraq əldə edilməsi yolu ilə yaranmışdır. Göstərilən xüsusat mülki işin mübahisəsiz halıdır. Nəzərə almaq lazımdır ki, mülki münasibətlərin yaranmasının hüquqi əsaslarından biri qismində həmçinin məhkəmə qərarı çıxış edir. Cavabdehlərdən biri inzibati orqan olsa da və tələb vizual olaraq inzibati mübahisəyə oxşasa da, mübahisənin əsasını inzibati hüquq münasibətləri deyil, mülki icraat qaydasında qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrası kimi daşınmaz əmlaka mülkiyyət hüququnun yaranması ilə bağlı münasibətlər təşkil edir. İddiaçı tərəf məhkəmə hazırlıq iclasında iştirak etməmiş, hazırlıq iclasının keçirildiyi gün məhkəməyə ərizə ilə müraciət edərək mülki işin məhkəmə baxışına verilməsini xahiş etmişdir. Bu səbəbdən, iddiaçı ilə tələbin dəqiqləşdirilməsi və sübutların toplanılması ilə bağlı müzakirənin aparılması mümkün olmamışdır. Beləliklə, iddiaçı Qanuni nümayəndə hazırkı iddia tələbi üzrə subyektiv hüququnun olması iş materiallarına əsasən müəyyən edilmir. Sübutetmə yükü iddiaçının üzərində olsa da, iddiaçı tərəfindən iddia tələbində göstərilən xüsusatların (faktiki və hüquqi əsaslar) sübut edilməsi təmin edilməmişdir. Mülki prosessual qanunvericiliyin prinsipləri rəhbər tutulmaqla məhkəmənin öz təşəbbüsü ilə tərəflərdən (iddiaçı, cavabdeh, 3-cü şəxs, maraqlı şəxs və s.) hər hansı birinin xeyrinə və ya əleyhinə sübutlar toplaması yolverilməzdir. Nəzərə almaq lazımdır ki, mülki prosesdə məhkəmə arbitr rolunda çıxış etməklə yalnız tərəflərin təqdim etdiyi sübutlar əsasında qanuni və əsaslandırılmış qərar qəbul etməlidir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
2. İddiaçı X4 apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 3436/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19, 324.1, 324.5, 337.1, 337.2, 337.3, 337.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, "xxxx" fərdi firması kooperativ deyil, digər kommersiya təşkilatıdır və cavabdehin bu firmada pay hüququ yoxdur. Bu səbəbdən, tələbin ona və ailəsinə məxsus yeganə mənzilə yönəldilməsi qanunsuzdur. Bütün işin nəticəsi faktiki təqdim edilən sənədlər və iddia ərizəsi iddiaçı qrafasında Ağasi olduğunu görərək qəsdən yanlışlığı aradan qaldırmadan düzgün qətnamə qət etməmişdir. Ümumiyyətlə iş elektron qaydada məhkəməyə təqdim edilməsəydi, işə baxan hakim işin hərtərəfli araşdırmasını təmin etmədən qoşmada olan sənədlərə diqqət vermədən, qətnamə qət etmişdir. X2 vəkili order təqdim etsə də və qoşmaya əlavə edilsə də hakim bu hala da fikir verməmişdir. Bu günə qədər Yasamal Rayon Məhkəməsinin icraatında olan bir neçə mülki iş üzrə Qanuni nümayəndə adından ümumiyyətlə iddia qaldırılmamışdır. İşin materiallarında şübhə doğuran halların olmasına baxmayaraq, məhkəmə bu halları araşdırmamış və nəticədə işə düzgün qiymət verməmişdir. İş üzrə preyudisial hallar və qanuni məhkəmə qərarları nəzərə alınmamışdır. Yəni iddiaçının adı soyadı və ata adı düzgün qeyd edilməmiş və işə baxan hakim zəruri araşdırmanı təmin etməmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdeh Hüseynov Ağası Hüseynağa oğlunun etibarnamə (üzrə verə bilər) qeydindən istifadə edən atası Qanuni nümayəndə vəkilə mülki işlərin aparılması üçun qanunla müəyyən edilmiş qaydada etibarnamə verdiyi və iş materiallarına əlavə edildiyi tam aydındır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 avqust 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər A.Tanrıverdiyev (sədrlik edən və məruzəçi), T.Səmədov və İ.Şirinov, iş № 2(103)-1454/2020) ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Hüseynov Ağası Hüseynağa oğlunun apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3554/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Hüseynov Ağası Hüseynağa oğlu qarşılıqlı iddia ərizəsi təqdim edərək "xxxx" fərdi firması ilə Cavabdeh1 arasında ünvan 2 ünvanında yerləşən 18 mərtəbəli yeni tikili binanın J blokunda yerləşən 60 saylı mənzilinə dair bağlanmış xx.xx.2019-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi və cavabdehin adına verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etməsinə və qarşılıqlı iddia tələbi üzrə sübutetmə yükünün onun üzərində olmasına baxmayaraq qarşılıqlı iddia tələbinin əsaslığına dair hər hansı sübutlar nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya intansiyası məhkəməsinə təqdim edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən cavabdeh Hüseynov Ağası Hüseynağa oğlu kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər V.Həsənov, Ə.Əhmədov, İ.Dəmirov) xx.xx.2021-ci il tarixli, 2(102)-1267/2021 nömrəli qərarı ilə ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Hüseynov Ağası Hüseynağa oğlu tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1454/2020 nömrəli iş üzrə 21 avqust 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və mülki işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Ş.Məmmədova (sədrlik edən və məruzəçi), F.Talışinski və E.Mehdiyev) 2(103)-4293/2021 nömrəli iş üzrə 14 iyul 2021-ci il tarixli qətnaməsi ilə cavabdeh Hüseynov Ağası Hüseynağa oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 oktyabr 2019-cu il tarixli 2(004)-3554/2019 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsindən cavabdeh Hüseynov Ağası Hüseynağa oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)-28/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4293/2021 nömrəli iş üzrə 14 iyul 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırda ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən Cavabdeh1 verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2023 tarixli çıxarış ləğv edilməlidir. İddiaçıya aid işin halları iddia ərizəsində qeyd edilmişdir. Birinci instansiya məhkəməsinin işə baş-ayaq baxdığı tam aydın görünür. "xxxx" firması mübahisə predmeti olan mənzilin alqı-satqısına dair Cavabdeh1la 12 aprel 2019-cu il tarixli müqavilə bağlayaraq həmin mənzili 144000 ABŞ dollarına ona satmışdır. Müqavilənin əsasında mənzil üzərində Cavabdeh1 mülkiyyət hüququ reyestrdə qeydə alınmış və bununla bağlı sonuncuya xx.xx.2019-cu il tarixli çıxarış verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3690/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3554/2019 saylı mülki iş üzrə qəbul etdiyi 29 oktyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, iddiaçı Cavabdeh1 cavabdehlər Hüseynov Ağası Hüseynağa oğlu, X1, Qanuni nümayəndə və X5 qarşı “mənzildən çıxarılma” tələbinə dair ilkin iddia tələbinin rədd edilməsi, Hüseynov Ağası Hüseynağa oğlunun Cavabdeh1 qarşı “müqavilənin etibarsız sayılması və çıxarışın ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddia tələbinin təmin edilməsi, "xxxx" Fərdi Firması ilə Cavabdeh1 arasında ünvan 3 ünvanında yerləşən 18 mərtəbəli yeni tikili binanın J blokunda yerləşən 60 saylı mənzilinə dair bağlanmış xx.xx.2019-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında Cavabdeh1 adına verilmiş, daşınmaz əmlakın dövlət reyestrində 3132 nömrəli reyestr kitabının 292589 nömrəli vərəqində xx.xx.2019-cu il tarixdə qeydə alınmış Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi qət edilmişdir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:
3. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi vəkil Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, iddianın sistemə düzgün olmayaraq Qanuni nümayəndə adından yerləşdirildiyini, Qanuni nümayəndə Hüseynov Ağasinin atası və etibarnamə üzrə nümayəndəsi olduğunu, Cavabdeh1 tərəfindən Ağasi Hüseynova qarşı iki ayrı-ayrılıqda pul tələbi ilə bağlı iddia qaldırıldığını, hər iki iddianın təmin olunduğunu və qanuni qüvvəsini aldığını, həmin pulun bir hissəsinin müqabilində əmlakın verildiyini, hazırkı iddianın formal xarakter daşıdığını, evin iki dəfə qiymətləndirildiyini, tələbin əmlaka yönəldiyini bildirmiş, şikayətin təmin edilməməsini xahiş etmişdir.
4. Məlumatlandırılmaları üçün qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən iddiaçı X2 və cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilsin. Apellyasiya baxışının hədləri:
5. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
6. Mülki Məcəllənin 140-cü maddəsinə əsasən: Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyridəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
7. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə” dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli 4 №-li qərarına əsasən diqqətə çatdırılmalıdır ki: “İnzibati icraat haqqında” Qanunda inzibati orqanların hüquqazidd qərarlarının yoxlanılması, onların ləğv edilməsi və ya onlara dəyişiklik edilməsi məqsədi ilə maraqlı şəxslər üçün hüquqi müdafiə imkanları müəyyən edilmişdir. Həmin Qanunun 72-ci maddəsinin müddəalarına əsasən, maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. İnzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər. İnzibati aktlardan məhkəmə qaydasında şikayət (inzibati iddia) Azərbaycan Respublikasının müvafiq qanunu ilə müəyyən olunmuş qaydada verilir. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır.Torpaq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən nəzərə alınmalıdır ki, dövlətin və bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan məsuliyyət daşıyır. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin (bundan sonra mətndə “ŞTM”) müddəalarına uyğun olaraq tikintiyə icazə verilməsi, tikintiyə nəzarətin həyata keçirilməsi, tikinti fəaliyyətinin həyata keçirilməsi (tikinti obyektlərinin inşası, cari və əsaslı təmiri, yenidən qurulması, bərpası və ya sökülməsi), tikinti obyektlərinin istismarına icazə verilməsi ilə əlaqədar inzibati orqanların qərarlarından və hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə İPM-in 2.1-ci maddəsinə uyğun olaraq inzibati məhkəmə icraatı qaydasında baxılır.
8. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Azərbaycan Respublikası Konstitusiyasının 13, 29; Mülki Məcəllənin 139-158, 385-388, 560; Mülki Prosessual Məcəllənin 2, 8-14, 76, 77, 80-82, 106.2, 217.4, 385-390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən apellyasiya şikayəti üzrə mübahisələndirilən hissəyə münasibətdə yoxlayan məhkəmə kollegiyası diqqətə çatdırır ki, baxış həddi üzrə araşdırılan hissədə qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətində qeyd edilən dəlillərə müvafiq qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Mənzilə mülkiyyət hüququnu mübahisələndirən iddiaçı ona əsas olmuş halları sübut etməmiş və subyektiv tərkib baxımından hər bir cavabdehə qarşı yönələn tələbin əsaslarını belə müəyyən etməmişdir. İddiaçının adının düzgün yazılmaması isə maddi və prossessual pozuntu sayıla bilməz. Belə ki, adı yazılan şəxs iddiaçının nümayəndəsi olmuşdur və birinci instansiya məhkəməsi yanlışlığın aradan qaldırılması kimi səlahiyyətlərə malikdir. Apellyasiya şikayəti yoxlanılan hissədə əsassız olduğundan və təmin edilmədiyindən onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərci onu ödəyən şəxslərə aid edilməlidir.
9. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı X2 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3436/2023 saylı iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.