Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-570/2021 22.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X3 (sədrliyi və məruzəsi ilə), Şirinov Ziya Allahverdi oğlu və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, Cavabdeh nümayəndəsi vəkil X7 iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı "borc” iddiasına dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2205/2019 saylı işi üzrə xx xxx 2019-cu il tarixli qətnamədən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçılar iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 335000 ABŞ dolları məbləğində borcun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-460/2020 saylı işi üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı "pul” tələbi təmin edilməmişdir. İddiaçı1 Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli 2(008)- 2205/2018 saylı qətnaməsinin ləğv edilməsi və Cavabdeh 295000 ABŞ dolları məbləğində pulun və iddianın verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsinə dair yeni qətnamə qəbul edilməsini dair apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində Mülki Məcəlləsinin 739.1, 739.2; Mülki Prosesual Məcəlləsinin 385.1, 427.3, 449.1, 14.1, 77.1, 88, 384.0.3-cü maddələrinə istinadən qeyd edilmişdir ki, iddiaçılar, tanışı olan cavabdehə birlikdə iş görmək, yəni "Super Market № 1” adı altında marketlər şəbəkəsi açmaq və birgə qazanc əldə etmək üçün 335000 ABŞ dolları məbləğində borca pul vermişlər. Həmin məbləğin 40000 ABŞ dolları İddiaçı2, 295000 ABŞ dolları isə İddiaçı1 məxsus olmuşdur. Cavabdeh bu təklifi edərkən iddiaçıların sadəcə maddi vəsait verməklə dəstək olmayacağını, qalan bütün işləri özünün görəcəyini, lakin əldə olunacaq gəlirin bir hissəsinin iddiaçılara çatacağına söz vermişdir. Hətta aparıb mağazaların olduğu yerlərlə iddiaçıları tanış etmiş və 2 müxtəlif ünvanda yerləşən böyük marketin iddiaçıların verdiyi vəsaitlə işləyəcəyini bildirmişdir. İddiaçılar həmin məbləği cavabdehə verərkən hər hansı yazılı qəbz və ya müqavilə bağlamamışlar. Çünki aralarında olan tanışlıq və dostluq münasibətlərini nəzərə alıb bu rəsmiyyəti özlərinə rəva bilməmişlər. Lakin cavabdeh pulu iddiaçılardan almasına baxmayaraq, vədinə əməl etməmiş, pulun müqabilində heç bir iş görməmiş və təbii ki, verdikləri pulun qarşılığında onlar heç bir gəlir əldə etməmişlər. Hazırda isə iddiaçılar dəfələrlə cavabdehdən borclarını qaytarmasını tələb etmələrinə baxmayaraq, o, borcunu etiraf etsə də, lakin müxtəlif bəhanələrlə pulu qaytarmaqdan imtina edir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-16043/2019 saylı işi üzrə xx.xx.2019-cu il tarixli qətnaməsi ilə, İddiaçı1 apellyasiya şikayətinin təmin edilməməsi, hazırki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxx 2019-cu il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə, yəni İddiaçı1 münasibətdə dəyişdirilmədən saxlanılması və apellyasiya şikayəti təmin edilmədiyindən onun verilməsi üçün ödənilmiş dövlət rüsumunun İddiaçı1 özünə aid edilməsi qət edilmişdir.Qətnamədə MPM-nin 218.3, 372.6, 384.0.1, 385.2; Mülki Məcəlləsinin 739-ci maddəsinə istinadən qeyd edilmişdir ki, borc münasibətləri mövcud olmadığından, olan münasibət ilə bağlı yaranmış mübahisənin həlli qaydasında isə müvafiq iddia qaldırılmadığından Rayon Məhkəməsi "borca verilmiş pulun qaytarılması tələbi barədə” iddianı apellyasiya baxışının predmeti olan hissədə təmin etməməkdə haqlı olmuşdur. İddiaçı1 Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-16043/2019 saylı işi üzrə xx.xx.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-4177/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qərarı ilə İddiaçı1 kasasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 2(103)-16043/2019 nömrəli iş üzrə xx xxxxxx 2019cu il tarixli qətnaməsi ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərarda Mülki Məcəllə 739; “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2012-ci il tarixli qərarı; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 191, 217.1, 217.3, 416, 417.1.3, 418.1, 418.3-cü maddələrinə istinadən qeyd edilmişdir, iddiaçılar cavabdehə borc pul verdiyini iddia edirlər.Tərəflər arasında yazılı borc müqaviləsi bağlanmamışdır. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla bərabər işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən xx.xx.2019-cu tarixdə keçirilmiş məhkəmə iclasına dair protokoldan görünür ki, cavabdehin vəkili (nümayəndəsi) X4 Rayon Məhkəməsində işin baxılaması zamanı verdiyi izahatında göstərmişdir ki, təmsil etdiyi şəxsə iddiaçılar tərəfindən borc verilməmiş, onlar cavabdehə pul vermişlər ki, cavabdeh ilə birlikdə ortaqlı iş görsünlər. Borc verilmədiyi üçün "borca verilmiş pulun qaytarılması tələbi barədə” iddianın hüquqi əsası yoxdur. Belə olan halda iddia rədd edilməlidir. Apellyasiya icraatında cavabdehi vəkil (nümayəndə) C.Cəbrayılov deyil, digər vəkil (nümayəndə) F.Qurbanov təmsil etmişdir. O, yuxarıda qeyd edilən izahatdan fərqli olaraq bildirmişdir ki, iddiaçılar tərəfindən cavabdehə nə borca, nə də ki, birgə iş görülməsi üçün pul verilməmişdir. Bundan sonra cavabdehin vəkili (nümayəndəsi) F.Qurbanov "xx.xx.2019-cu tarixli protokola qeyd” ilə Rayon Məhkəməsinə müraciət etmişdir. Bunu nəzərə alan Məhkəmə iş üzrə qəbul etdiyi xx.xx.2019-cu tarixli qərardad ilə mülki işi apellyasiya baxışından çıxararaq Rayon Məhkəməsinə göndərmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə "xx.xx.2019-cu il tarixli protokola qeyd” rədd edilmiş və mülki iş apellyasiya baxışına qaytarılmışdır. Apellyasiya baxışı zamanı da "xx.xx.2019-cu il tarixli tarixli protokola qeyd”in əsaslı hesab edilməsi üçün əsas müəyyən edilməmişdir. Baxılan iş üzrə cavabdehin nümayəndəsinin iddiaçıların cavadehlə birgə ortaq iş görmələri və bu əsasla iddiaçıların cavabdehə pul verməsini yalnız şifahi izahatda ifadə edildiyidən, bu, faktın və ya iddianın etirafı kimi qəbul oluna bilməz. Lakin mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etməkdən ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və MPM-in 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. İşin mübahisəsiz halları tərəflərin həm şifahi, həm də yazılı izahatları əsasında müəyyən oluna bilər. Bu baxımdan məhkəmə iclasında şifahi izahat verən tərəfin işin hallarını məhkəməyə düzgün bildirmək vəzifəsi vardır və o, həmin izahatın hüquqi nəticələrindən irəli gələn riskləri daşıyır. Tərəfin məhkəmə iclasında bildirdiyi və protokola əlavə olunmuş izahatını gəlcəkdə heç bir əsaslı səbəb göstərmədən dəyişməsi birinci instansiya məhkəməsinin həmin izahatı nəzərə alaraq qəbul etdiyi qərarın birmənalı ləğvi üçün əsas ola bilməz. Apelyasiya instansiyası məhkəməsi cavabdehin nümayəndəsinin izahatını nəzərə alaraq tərəflər arasında borc münasibətlərinin yaranmadığını qeyd etmiş, iddiaçıların digər əsasla, yəni borc tələbi ilə deyil, birgə faəliyyətlə bağlı verilmiş pulun tələb edilməsi əsası ilə iddiaçılar tərəfindən müstəqil iddia tələbinin irəli sürülmədiyini qeyd etmişdir. Lakin məhkəmə bu qənaətə gələrkən nəzərə almamışdır ki, məhkəmə iddia tələbinin hüquqi əsasını müəyyən edərkən tərəflərin mövqeyindən asılı deyildir. məhkəmə hüququn tədbiqində cavabdehlik daşımaqla tərəflərin hüquqi mövqeyindən asılı deyildir. Hazırki işdə apelyasiya instansiyası məhkəməsi tərəflər arasında olan münasibətin borc deyil, birgə fəaliyyətlə bağlı yaranmasını, iddiaçıların bu əsasla iddia qaldırmamasını qeyd etmişdir. Lakin məhkəmə bu qənaətə gələrkən iddia tələbinin hüqiqi əsasları ilə bağlı iddiaçıların isitnad etdiyi maddi hüquq normasından (Mülki Məcəllə 739 maddə) asılı olmamasına diqqət yetirməmiş, tərəflərin qarşılıqlı münasibəti üzrə uyğun maddi hüquq normalarını tədbiq etməklə məsələyə hüquqi qiymət verməmişdir. İddiaçılar iddia tələblərində 335000 ABŞ dollar pulun marketlər şəbəkəsi açmaq üçün cavabdehə verdiklərini, cavabdehin isə həmin pulu və əlavə olaraq əldə olunacaq gəlirin bir hissəsini qaytaracağı haqqında öhdəlik götürdüyünü göstərmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi vəkil X12 İddiaçı1 atv maqazin verlişinə verdiyi müsahibəsində dükanın onun sahibliyində olmasını bildirdiyini, cəmi 100000 manatın İddiaçı1 ortaq işə qoyduğunu, pulun bir hissəsinin bu və ya digər formada qaytarıldığını, borcun qalmadığını bildirmişdir. Məhkəmə kollegiyasının xx.xx.2020-ci il tarixli iclasında iştirak edən İddiaçı2 pul verilən zaman orada olduğunu, Cavabdeh verilən pulun 40000 manatının onun olduğunu, pulun qazanc məqsədilə verildiyini, özünün də dükanda müdr köməkçisi kimi işlədiyini, İddiaçı1 oraya qonaq kimi gəldiyini, dükan fəaliyyət göstərdiyi dövrdə İddiaçı1 və onun yaxın qohumları tərəfindən mütəmadi olaraq pul və ərzaq malları götürdüyünü, pulun həm nağd həm də ərzaq formasında alınaraq verildiyini, marketin 1 ilə yaxın fəaliyyət göstərdiyini bildirmişdir. Məhkəmə kollegiyasının xx.xx.2020-ci il tarixli iclasında iştirak edən şahid X1 Rasimin əmisi, Cavabdeh isə dayısı olduğunu, İddiaçı1 pulu Cavabdeh onu bağında verdiyini, pul verilən zaman bağda 5 nəfər - İddiaçı1, İddiaçı2, Cavabdeh, o və Abbasov Vəli olduğunu, İddiaçı1 Cavabdeh 100 min dollar verdiyini, Cavabdeh pulu market açmaq məqsədilə alldığını, marketin Bakı şəhəri Tblisi prospektdə açıldığını, o, həmin marketdə qəbul və yoxlama işi üzrə işlədiyini, İddiaçı1 marketdə gördüyünü, İddiaçı1 marketin açılışında iştirak etdiyini, ancaq onun onlara müdrlük etmədiyini, İddiaçı1 bacısı oğlunun da onlarla işlədiyini, dükanın bağlanmağına səbəb dolların qiymətinin qalxması olduğunu, Cavabdeh müdrləri olduğunu, İddiaçı1 bacısı oğluna da maaşı onun verdiyini, İddiaçı1 işçiləri tanımadığını, İddiaçı1 orada işləmədiyini, bəzi vaxtlarda ofisdə oturduğunu. ofisin İddiaçı1 məxsus olmadığını, orada hər kəsin otura bildiyini, pulun 2015-ci ilin payız aylarında verildiyini bildirmişdir. Məhkəmə kollegiyasının xx.xx.2020-ci il tarixli iclasında iştirak edən şahid X11 İddiaçı1 pulu Cavabdeh market aşılması məqsədilə 100000 dollar verdiyini, pulun Cavabdeh bağında verildiyini, İddiaçı1 marketdə fəaliyyətinin olub-olmadığını bilmədiyini, pul verilən zaman bağda 5 nəfər - İddiaçı1, İddiaçı2, Cavabdeh, o və Astarxanov Mirzə olduğunu, pulun gəlir əldə edilməsi məqsəilə verildiyini bildirmişdir. İddiaçılar xx.xx.2020-ci il tarixli dəqiqləşdirmə barədə ərizəni məhkəməyə təqdim edərək, bildirmişlər ki, iddiaçıların verdikləri iddia ərizəsinin xahiş edirəm hissəsini, “Cavabdeh İddiaçı1 xeyrinə 295000 ABŞ dollarının, İddiaçı2 xeyrinə 40000 ABŞ dollarının tutulması barədə qətnamə çıxarılmasını xahiş edirik" kimi qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin icraatı zamanı Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə göndəilmiş sorğuya cavabda qeyd edilmişdir ki, xx.xx.2020-ci il tarixdə İŞ-nin baş müstəntiqi polis mayoru Elşən Bədəlzadə tərəfindən Cavabdeh Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə digər dövlətin ərazisində tutulub beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycan Respublikasına ekstradisiya olunması üçün həmin tarixdə axtarış elan edilmişdir. Eyni zamanda Nəsimi rayon məhkəməsinin 4(006)- 329/2020 nömrəli xx.xx.2020- ci il tarixli qərarı ilə Cavabdeh barəsində 03 (üç) ay 08 (səkkiz) gün həddində “həbs” qətimkan tədbiri seçilmişdir. Sorğuya cavaba Nəsimi Rayon Məhkəməsinin 4(006)-329/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qərarı və xx.xx.2020-ci il tarixli cinayət işinin tövsif edilməsi barədə qərarı əlavə edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığına Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1, 424, 425.1, 427.3, 739- 744; Mülki Prosesual Məcəllənin 14.2, 76.1, 77.1, 80, 82.1, 106.2, 217.4, 371, 372, 385, 386, 388 və 390,420-cı maddələrinə və kredit müqaviləsi (öhdəlikləri) üzrə mülki hüquq münasibətlərə dair qiymət verərək qeyd edilməlidir ki, məhkəmənin işdə olan və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlar əsasında qəbul etdiyi qərar maddi və prosessual hüquq normalarına, iş üzrə müəyyən edilmiş həqiqi hallara (tərəflərin qarşılıqlı münasibətlərinə) uyğun olduğundan, iddianın əsasını təşkil edən və qətnamənin qəbul edilməsinə əsas olan (öhdəlik, borc, hesablanma və sair barədə) təkzibedici mötəbər sübutlar təqdim edilmədiyindən, apellyasiya şikayətinin subyektiv mülahizə səciyyəli (mübahisələndirən) dəlillərinə münasibətdə qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Kassasiya instansiya məhkəməsinin mülki kollegiyasının qərarında əks edilmiş əsaslar üzrə aparılmış əlavə araşdırma tərəflər arasında işgüzar münasibətlərin olduğunu müəyyən etmiş , lakin subut edilməsi digər vasitələrlə mümkün olmayan maliyyə mühasibat sənədləri və ya diger yazılı sübutlar məhkəmə kollegiyasının araşdırılmasına təqdim edilməmişdir. Tərəflər arasında maliyyə dövrəsi üzrə münasibətlərin şahidlərin ifadəsi ilə təsdiqini tapsada son olaraq cavadeyin idiaçılara borcu və onun miqdarını təsdiq edən sübutlar mötəbərlik baxımından müəyyən edilməmişdir. Bundan əlavə, iddiaçıların vahid tələb formasında verdikləri iddia ərizələri üzrə qəbul edilmiş məhkəmə aktından bir iddiaçı şikayət vermiş və yalnız təkrar apellyasiya baxışı zamanı tələbələrin fərqli olmasına dair və hər bir iddiaçıya düşən məbləğlər üzrə dəqiqləşmə verilmişdir. Diqqətə çatdırılmalıdır ki, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsinin mülki kollegiyasının səlahiyyətləri və işə baxılma hədləri, prosessual qanunvericiliyə və qüvvəsini almış kassasiya instansiyası məhkəməsinin mülki kollegiyasının qərarının göstərişlərinə müvafiq, faktiki olaraq, iddia edilən yeni tələblərə qiymət verilməsini mümkünsüz edir. Ona görə, apellyasiya şikayəti əsassız olduğundan rədd edilməli və onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu üçün məhkəmə xərci iddiaçıya aid edilməlidir. Bununla belə izah edilməlidir ki, araşdırılması aparılan cinayət işi və ya subutlarla müəyyən edilməsi mümkün olan digər tələblər həddində tərəflər arasında mümkün mübahisələr üzrə onların məhkəmə müdafiə hüquqları istisna edilmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2205/2019 saylı işi üzrə xx xxx 2019-cu il tarixli il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-570/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-570/2021
22.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver