Məhkəmə qərarları › İş №2(103)-570/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-570/2025

15.12.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-570/2025 15.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı işi üzrə Açar sözlər: (“işə bərpa və sairə tələbinə") hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Abbasova Günel Məhərrəm qızı və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “əmrin ləğv edilməsi işə bərpa və məcburi iş buraxmaya görə aylıq əməkhaqqı və mənəvi zərərin ödənilməsi” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 3318/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı: 1.İddiaçı cavabdeh "LB Konsalting” MMC-yə qarşı ( iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə) onunla cavabdeh arasında bağlanmış əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsinin "ç” bəndinə əsasən xitam verilməsi ilə bağlı "L.B. Konsaltinq” MMC-nin direktoru Ülkər Məmmədovanın imzaladığı xx.xx.2024-cü il tarixli 20 saylı əmrinin qanunsuz hesab edilərək ləğv edilməsinə; onun "L.B.Konsaltinq” MMC-nin əməliyyatçı mühasib vəzifəsinə işə bərpa edilməsinə; məcburi iş buraxmaya görə xx.xx.2024-cü il tarixindən işə bərpa olunacağı günədək aylıq əmək haqqı 500 manat nağdsız və 400 manat nağdı olmaqla cəmi 900 manat məbləğində əmək haqqının və həmin məbləğlərin cavabdehin-işəgötürənin təqsiri üzündən gecikdirildiyindən gecikdirilmiş hər günə görə beş faizi məbləğində ödəncinin qətnamə qəbul olunub icra olunan günə qədər hesablanaraq "L.B. Konsaltinq” MMC-dən tutularaq ona ödənilməsinə; vəkillə bağlamış olduğu müqaviləyə əsasən vəkilə ödənilmiş 300 manat məbləğində xidmət haqqının ona ödənilməsi; qanunsuz əmrdən sonra keçirmiş olduğu mənəvi sarsıntılar və fiziki iztirab nəticəsində ona vurulmuş zərərin əvəzi olaraq 5000 manat məbləğində mənəvi zərərin əvəzinin cavabdeh "L.B.Konsaltinq” MMC-dən alınaraq, ona ödənilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı və cavabdeh "L.B. Konsaltinq” MMC ilə arasında xx.xx.2022-ci il tarixində mühasib köməkçisi vəzifəsində işləməklə əlaqədar əmək müqaviləsi bağlanmışdır. Daha sonra hər biri 3 ay müddətinə olmaqla daha 3 dəfə onunla müddətli əmək müqavilələri bağlanmışdır. Lakin həmin müqavilələrin bir nüsxəsi əmək qanunvericiliyinin tələbinə görə ona verilməli olsa da, bu günə kimi cavabdeh onunla bağlanmış müqavilələrin heç birinin nüsxəsini ona verməmişdir. Cavabdehlə işlədiyi 1 il 3 ay müddətində aralarında bağlanmış müqavilə şərtlərinə tərəfindən tam əməl edilmişdir. Cavadehlə aralarında bağlanmış yazılı və şifahi razılaşmaya əsasən onun "L.B. Konsaltinq'’ MMC-də əmək haqqı 500 manat nağdsız karta köçürmə yolu ilə və 400 manatı nagd şəkildə ödənilməklə cəmi əmək haqqı 900 manat olmaqla razılaşdırılmışdır, işlədiyi 1 il 3 ay müddətində cavabdeh ona olan əmək haqqı öhdəliyini pozmamışdır. İşlədiyi müddətdə hər ay 500 manat əmək haqqı kartına və 400 manat şirkətin təsisçisi X2 qardaşı X12 tərəfindən, cəmi 900 manat olmaqla tam məbləğdə ödənilmişdir. Bununla əlaqədar ödənişlərin təsdiqini-qəbzləri Anar Bayramov ona whatsapp üzərindən göndərirdi, əmək haqqı məsələsində cavabdehlə aralarında son günə qədər heç bir anlaşılmazlıq olmamışdır. Şirkətdə işlədiyi müddət ərzində şirkətin ona borcu qalmamışdır. İşlədiyi bütün müddət ərzində müqavilə bağladığı “L.B.Konsaltinq" MMC-nin mənafeyi üçün çalışmış və cavabdehə yüksək səviyyəli xidmət göstərilməsin üçün əlindən gələni etmişdir. Bütün iş fəaliyyəti dövründə hər hansı qüsur və qanun pozuntularına yol verməmişdir. Elə bunun nəticəsidir ki, işlədiyi müddət ərzində cavabdeh tərəfindən heç bir intizam tənbehinə cəlb olunmamışdır. Lakin 2024-cü ilin əvvəllərində o, yüksək maaşlı və şərtləri ona daha uyğun başqa iş tapdığından cavabdeh "xxxx" MMC-yə öz xahişiylə ayrılmaq üçün xx.xx.2024-cü il tarixində ərizə ilə müraciət etdi. Cavabdeh tərəfindən ona qarşı bütün problemlər də bundan sonra başladı. Ona işdən ayrılanda bildirdilər ki, onu ƏM-nin 70-ci maddəsinin ç maddəsinə əsasən işdən azad edirlər. O, dərhal buna etiraz edərək işdən öz xahişi ilə ayrılmaq barədə xahişini yenidən email vasitəsilə şirkətin təsisçisi X2 qardaşı X7 göndərdi. Lakin cavabdeh ondan xx.xx.2024-cü il tarixindən ərizə yazmağını tələb etdi. O da bir daha rəsmi poçt vasitəsi ilə işdən azad olunmağı haqqında ərizəni "L.B. Konsaltinq” MMC-nin ünvanına göndərdi. Bundan sonra Anar Bayramov onu öz ofisinə çağırıb telefonlarını qanunsuz şəkildə polislə və digər üsullarla hədələməklə əlindən alıb 2 saat müddətində özündə saxlamaqla şəxsi məlumatlarını video görüntülər və fotolar vasitəsi ilə çəkib öz telefonuna yönləndirməklə köçürmüşdür. xx.xx.2024-cü il tarixində şirkətin təsisçisi X5 direktor Ülkər Məmmədovaya 2023cü ilin noyabr ayı üçün töhmət hazırladaraq ona imzalatmaq göstərişini vermişdir. Lakin o hazırlanmış intizam tənbehinə imza atmaqdan imtina etdikdən sonra ona qarşı həlledici hücumlar başlandı. Həmin günü onu ofisdən qovdular, daha sonra xx.xx.2024-cü il tarixli qanunsuz bir akt tərtib edərək xx.xx.2024-cü il tarixindən onu ƏM-nin 70-ci maddəsinin ç bəndi ilə əmək müqaviləsinə xitam verməklə ciddi qanun pozuntuları ilə işdən azad etdilər. Əsas kimi də ƏM-nin 72-ci naddəsinin d) bəndini-(qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərinin yerinə yetirilməməsi) və ya c) (əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi) bəndlərində nəzərdə tutulan kobud pozuntulara yol verilməsinə dair tərtib edilmiş xx.xx.2024-cü il tarixli qanunsuz aktda göstərilənlər nəzərə alınmışdır. Guya "xxxx" MMC-nin müştərisi olan "xxxx" MMC-nin direktoru Vüqar Dəmirov tərəfindən "xxxx" MMC-nin əməliyyatçı mühasibi olan İddiaçı qanunsuz əməlləri barəsində "xxxx" MMC-yə şikayət daxil olmuşdur. Belə ki, şikayətdə bildirilmişdir ki, "xxxx" MMC-nin işçisi xidmət göstərmək üçün "xxxx" MMC-də olarkən ona məlum olmuş bir çox kommersiya sirri sayılan maliyyə və digər məlumatları "xxxx" MMC-nin keçmiç işçisi Elvin İsmayılova ötürmüş və nəticədə "xxxx" MMC-nin daxili qaydalarının pozulmasına gətirmişdir. Qanunsuz tərtib olunmuş xx.xx.2024-cü il tarixli akt və xx.xx.2024-cü il tarixli əmrlə tanış olarkən həmin qanunsuz akta və əmrə qeyd etməklə etirazını bildirmişdir. O, cavabdehin bu qanunsuz hərəkətlərindən AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər idarəsinə ərizə ilə müraciət etmiş, onun şikayəti əsasında aparılmış araşdırma nəticəsində ona yazılı şəkildə bildirilmişdir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” AR Qanununa uyğun olaraq müvafiq sahədə aparılan yoxlamalar xx.xx.2025-ci il tarixinədək dayandırıldığından məsələnin yerində araşdırılması mümkün olmamışdır. Daha sonra bildirilir ki, "xxxx" MMC tərəfindən X11 Xidmətinin Bakı şəhər İdarəsinə sənədlər təqdim edildiyi təqdirdə müraciətinizə yenidən baxılacaqdır və məsələnin həlli ilə əlaqədar məhkəməyə müraciət ertməyi məsləhət görülmüşdür. Azərbaycan Respublikasının “Mediasiya haqqında” Qanununa uyğun olaraq əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə Mediasiya haqqında Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Odur ki, o, cavabdehlə mübahisəni məhkəməyə qədər həll etmək məqsədilə cavabdehi mediasiya sessiyasında iştiraka dəvət etdi. Cavabdeh əvvəlcə mediasiya sessiyasına gəlsə də, növbəti dəfə razılaşdırdıqları mediasiya sessiyalarında iştirak etməkdən imtina etmişdir. Beləliklə, cavabdeh tərəfindən qanunvericiliyin tələbləri kobud şəkildə pozularaq onun konstitutsion və əmək hüquqları kobud şəkildə pozulmuşdur. Ona görə də o, məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmənin diqqətinə xüsusilə çaldırmaq istəyir ki, o, əmək müqaviləsini “L.B. Konsaltinq" MMC ilə bağlamır. Bağlanmış müqaviləsində və ƏM-nin 10-cü maddəsində müəyyən edilmiş əmək funksiyalarının, öhdəliklərinin heç biri tərəfindən pozulmamışdır. AR ƏM-nin 71-ci maddəsinin 2-ci hissəsində qeyd edilir ki, AR ƏMnin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, ehtinasızlıqla vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin hüquqlarına və qanunla qorunmuş mənafelərinə hər hansi formada ziyan dəymiş olsun. Onun fəaliyyəti və ya fəaliyyətsizliyi nəticəsində şirkətin mənafeyinə hər hansı formada ziyan dəyməmişdir. AR ƏM-nin 71-ci maddəsinin 3-cü hissəsində isə tələb olunur ki, işəgötürən bu məcəllənin 70- ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Göründüyü kimi onun əmək müqaviləsinə xitam verilən zaman AR ƏM-nin 70-ci maddəsinin və 71-ci maddəsinin 2-ci və 3cü hissələrinin tələbləri kobud şəkildə pozulmuşdur. O "xxxx" MMC ilə arasında bağlanmış əmək müqaviləsi üzrə müəyyən olunmuş öhdəliklərini və üzərinə götürdüyü əmək funksiyalarının heç birini zərrə qədər də pozmamışdır. Onun "xxxx" MMC ilə əmək müqaviləsi olmuşdur və bütün öhdəlikləri həmin şirkət qarşısındadır. O, "xxxx" MMC-yə cavabdehlə arasında heç bir yazılı razılaşma olmadan, üzərinə cavabdehlə yazılı şəkildə razılaşdırılmış hər hansı bir öhdəlik qoyulmadan qanunsuz olaraq cavabdeh tərəfindən birtərəfli qaydada göndərilmişdır. Onun əmək müqaviləsi və həmin müqavilə üzrə vəzifələri və öhdəlikləri yalnız "xxxx" MMC yə aid olmuşdur. AR ƏM-nin 72-ci maddəsinin d) bəndinə əsasən qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərinin yerinə yetirməməsi; Digər tərəfdən cavabdehin sirr dediyi məlumat ümumiyyətlə "xxxx" MMC-yə də aid məlumat olmamışdır. Bu məlumat "xxxx" MMC adlı üçüncü bir şirkətə aid məlumat olmuşdur və "xxxx" MMC-nin keçmiş işçisi Elvin İsmayılova çatacaq pula aid məlumat olmuşdur. O həmin məlumatda Elvin İsmayılova çatacaq pul məbləğinin "xxxx" MMC-yə daxil olduğunu və gəlib ala biləcəyini bildirmişdi. Digər tərəfdən, cavabdeh kommersiya sirrini hansı qaydada müəyyən etdiyini nə başqa şirkətə aid tərtib olunmuş aktda, nə də barəsindən tərtib etdiyi əmrdə əsaslandırmamışdır. Bununla da, əmək qanunvericiliyinin konkret tələblərini pozmaqla əmr imzalamışdır. AR ƏM-nin 72-ci maddəsinin “ç” bəndində əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallardan biri aşağıdakı şəkildə qeyd olunur: “Əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanunu mənafeyinə ciddi xələl gətirməsi”. Bildirir ki, şirkət rəhbərliyinin kobud səhv kimi qeyd etdikləri pozuntular nəticəsində "xxxx" MMC-nin, həmçinin "xxxx" MMC qanuni mənafeyinə hər hansı xələl gətirilməmişdir. O, işdən azad olunmağı haqqında ərizə yazmasaydı, bu qondarma pozuntu da ortaya atılmayacaqdı. Cavabdehin xx.xx.2024-cü il tarixli 20 saylı əmrində qeyd edilir ki, "işəgötürən tərəfindən cavabdehə verilmiş şifahi intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən AR ƏM-nin 72-ci maddəsinin d) (qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi) və e) (əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mlkiyyətçinin qanunu mənafeyinə ciddi xələl gətirməsi) bəndlərində nəzərdə tutulan kobud pozuntulara yol verdiyinə dair tərtib olunmuş xx.xx.2023-cü il tarixli Aktda göstərilənləri nəzərə alaraq”, əmr edir.Məhkəmənin diqqətinə çatdırdı ki, AR ƏM-nin tələbinə əsasən qanunvericilikdə göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. Cavabdeh isə qanunsuz və əsassız əmrini guya əsaslandırmaq üçün düşündüyü mülahizələrə əsaslanan, düşüncələrində formalaşdırdığı şifahi töhmətə əsaslanan əmr imzalamaqdan çəkinməmişdir.

2. Cavabdeh iddia tələbinə etiraz verərək, bildirmişdir ki, iddiaçının bu arqumenti tamamilə əsassızdır. Belə ki, iddia ərizəsinin özündə elə iddiaçı özü yol verdiyi pozuntuların bir qismini etiraf edib. Belə ki, iddia ərizəsində iddiaçı qeyd edib ki, ötürdüyü məlumat "xxxx" MMC-yə deyil, "xxxx" MMC-yə aid olub və "xxxx" MMC-nin keçmiş işçisi Elvin İsmayılova çatacaq pul vəsaitinin "xxxx" MMC-yə daxil olduğunu və gəlib həmin pul vəsaitini ala biləcəyini bildirib. İddiaçının 70-ci maddənin ç) bəndinə əsasən işdən çıxarılması əsaslarından biri də məhz işçinin kommersiya sirrinin qorunmasına dair vəzifəsini pozaraq, kommersiya sirri sayılan məlumatın başqa şəxslərə ötürülməsi olub. İddiaçı da öz iddia ərizəsində belə bir məlumatı ötürdüyünü etiraf edib. Lakin iddiaçı əsassız olaraq iddia ərizəsində istinad edib ki, bu sirr deyil, çünki ötürdüyü məlumat "xxxx" MMC-yə deyil, "xxxx" MMC-yə aid olub. Lakin qeyd edilən halla yanaşı iddiaçı göstərməyib ki, "xxxx" MMC-nin bank hesabına daxil olmuş pul vəsaitləri barədə məlumatı necə əldə edib. "xxxx" MMC və "xxxx" MMC hər ikisi "xxxx" MMC-nin müştərisidir. Bunu təsdiq edən müqavilə və e-maillər məhkəməyə təqdim edilib. Üstəlik, reyestrdən çıxarışlara da baxıldıqda, aydın şəkildə görünür ki, hər iki şirkətin direktoru eyni şəxs - Vüqar Dəmirovdur. İddiaçı də "xxxx" MMC və "xxxx" MMC-yə "xxxx" MMC-nin işçisi olaraq göndərilərkən həmin şirkətlərin bank hesablarına daxil olan pul vəsaitləri, apardıqları əməliyyatlar, almaq istədikləri texnikalar və s. haqqında məlumatları o zaman əldə edib və həmin şirkətlərin keçmiş işçisi olan Elvin İsmayılova ötürüb. L.B. Konsaltinq MMC-nin vəkilinin X25 verdiyi sorğuya məlum olduğu kimi, bank o əsasla cavab vermədi ki, vəkilin istədiyi məlumat bank sirridir. Sorğuda bank hesabının olub-olmadığı və banka ödəniş tapşırığı verilibverilmədiyinə dair sadəcə təsdiqedici və ya inkaredici məlumat istənilmişdi. Sorğunu verənin vəkil olmasına və məhkəmə işi üzrə istənilməsinə baxmayaraq, bank həmin məlumatların sirr olduğuna istinad edərək vəkilə təqdim etmədi. Halbuki, sorğunun məzmunundan da göründüyü kimi, sorğuda bank hesablarına dair məlumat və ya orada olan pul vəsaitlərinə dair məlumat istənilməmişdi. Sadəcə bank hesabının olub-olmadığı və bankın konkret ödəniş tapşırığı alıbalmadığına dair məlumat istənilmişdi. İddiaçı isə bankla müqayisədə nəinki bank hesabları barədə məlumatı, özünün də etiraf etdiyi kimi, bank hesablarına daxil olan pul vəsaitlərinin məbləği, nə vaxt daxil olduğu məlumatları şirkətlərə heç bir aidiyyati olmayan kənar şəxsə keçmiş işçi Elvin İsmayılova ötürüb ki, bununla da kommersiya sirrini yaymaqla, həm L.B.Konsaltinq MMC-yə, həm də L.B. Konsaltinq MMC-nin müştərilərinin mənafeyinə zərər vurub. Kommersiya sirri haqqında Qanunun 2.0.1 -ci maddəsinə əsasən, kommersiya sirri hüquqi və fiziki şəxslərin istehsal, texnoloji, idarəetmə, maliyyə və başqa fəaliyyəti ilə bağlı, sahibinin razılığı olmadan açıqlanması, onların qanuni maraqlarına ziyan vura bilən məlumatlardır. İddiaçı iddia ərizəsində sirr saymadığı müştərinin bank hesablarına daxil olmuş pul vəsaitlərinə dair məlumati da hansı hüquqi əsasla Elvin İsmayılova ötürdüyünü əsaslandırmadan, mühasib olduğu halda, etdiyi hərəkətdə maraqlıdır ki, yol verdiyi kobud pozuntunu görmür və ya görmək istəmir. İddiaçı ziyan dəyməsi üçün nələrin olmasının baş verməli olduğunu iddia ərizəsində əsaslandırmayıb. Lakin iddiaçının da çox yaxşı məlumatlı olduğu kimi, onun qanunsuz fəaliyyəti nəticəsində cavabdeh şirkətin və onun müştərilərinin mənafeyinə ciddi şəkildə ziyan dəyib. Belə ki, İddiaçı qanunsuz fəaliyyəti nəticəsində "xxxx" təsisçisi və direktoru, eləcə də, "xxxx" MMC-nin direktoru tərəfindən "xxxx" MMC-yə iradlar bildirilərək, göstərilən xidmətdən narazılıq bildirilib və tərəflər arasında münasibətlər pisləşərək, "xxxx" MMC-nin işgüzar nüfuzuna xələl gəlib. Bunu təsdiq edən tərcümə edilmiş emaillərə əlavə edilib. Bundan başqa, İddiaçı işdən çıxarılmasına səbəb digər hallarla yanaşı, müəssisənin müştərilərinə dair məlumatin saxtalaşdırılaraq başqa müəssisənin təsisçisinə ötürülməsinə dair ciddi şübhələrin olması olmuşdur. Aşkar edilmiş hallardan biri də o olmuşdur ki, "xxxx" MMC-nin müştərilərindən birinə qarşı haqsız rəqabət aparılaraq NET MAK MAKİNE SAN. VE TİC. Şirkətindən texnika almasın alınması üçün və həmin texnikanın "xxxx" MMC (VÖEN **********) tərəfindən əldə edilməsinə şərait yaradılması üçün "xxxx" MMC-nin müştərisinə məxsus bank sənədi saxtalaşdırılaraq NET MAK MAKİNE SAN. VE TİC. şirkətinə təqdim edilmişdir. Belə ki, xx.xx.2023-cü il tarixli **********03 saylı ödəniş tapşırığı "xxxx" MMC (VÖEN **********) tərəfindən NET MAK MAKİNE SAN. VE TİC. Şirkətinə təqdim edilmişdir ki, guya NET MAK MAKİNE SAN. VE TİC. Şirkətinin satdığı texnika üçün "xxxx" MMC tərəfindən 8700 ABŞ dolları məbləğində vəsait ödənilmişdir. Halbuki, qeyd edilən texnikanın alınması üçün "xxxx" MMC tərəfindən heç bir vəsait ödənilməmişdir. "xxxx" MMC-nin müştərisinə məxsus ödəniş tapşırığı İddiaçı tərəfindən saxtalaşdırılaraq, həmin ödəniş tapşırığının guya ki, TEXAV MMC-yə məxsus olduğu düzəldilmişdir. Texnikanın qiyməti 7800 ABŞ dolları olmasına baxmayaraq, ödəniş tapşırığından məbləğ hissəsinə düzəliş etməyi unutduqları üçün həmin sənəddə məbləğ 8700 ABŞ dolları qalıb. Bununla bağlı Elvin İsmayılov və İddiaçı arasında olan məhkəməyə təqdim edilmiş yazışmalardan da görünür bu şəxslər, ödəniş tapşırığındakı yanlış məbləğin NET MAK MAKİNE SAN. VE TİC. Şirkəti tərəfindən aşkar edilmədiyinə, yəni saxtakarlıq faktinı aşkar etmədiklərinə seviniblər. Yazışmadan görünür ki, sonradan onlar 7800 ABŞ dollarını həqiqətən ödəyib, NET MAK MAKİNE SAN. VE TİC. Şirkətinə təqdim ediblər. Həmin ödəniş tapşırığı ilə bağlı NET MAK MAKİNE SAN. VE TİC. Şirkətinə "xxxx" MMC- nin vəkili tərəfindən sorğu verilmiş və şirkət cavab vermişdir ki, TEXAV MMC tərəfindən onlara 8700 ABŞ dolları deyil, 7800 ABŞ dolları ödənilib. Bu da bir daha 8700 ABŞ dollarının ödənildiyinə dair bank sənədinin saxtalaşdırıldığını təsdiq edir. Üstəlik, yazışmalara əsasən "xxxx" MMC-nin düzgün təqdim etdiyi yəni saxta olmayan ödəniş tapşırığına baxdıqda, bu ödəniş tapşırığının PAŞA Bank tərəfindən verildiyi görünür. Saxta ödəniş tapşırığı isə X25 aid ödəniş tapşırığıdır. Bu da onu göstərir ki, TEXAV MMC-nin heç X23 bank hesabı olmayıb və X25 məxsus ödəniş tapşırığı saxtalaşdırılıb. Bu faktlarla bağlı müvafiq araşdırma aparılması üçün artıq prokurorluğa da müraciət edilib. "xxxx" MMC- nin təsisçisi isə Dövlət Vergi Xidmətinin vəkil sorğusuna cavab olaraq göndərdiyi 3- 21-2- 2-1/2-M-xx-xx/2024 saylı məktuba əsasən İddiaçı bank hesabına pul daxil olduğuna dair məlumat ötürdüyünü etiraf etdiyi Elvin İsmayılovdur. Elvin İsmayılov "xxxx" MMC və "xxxx" MMC-nin keçmiş işçisi olub və işlədiyi şirkətlərə rəqib şirkət olan "xxxx" MMC-ni təsis edib. İddiaçı də yəqin ki, Elvin İsmayılovun ona verdiyi hansısa vədlər, pul vəsaitləri və s. hesabına "xxxx" MMC-nin işçisi olaraq "xxxx" MMC-nin və onun müştərilərinin mənafeyinə uyğun işlər görməli olduğu halda, iş vaxtı ərzində "xxxx" MMC-nin işlərini görüb, "xxxx" MMCnin müştəriləri olan "xxxx" MMC və "xxxx" MMC-nin kommersiya sirri sayılan bank və s. məlumatlarını Elvin İsmayılova ötürüb. Əmək müqaviləsinə xitam verilən zaman iddiaçının yol verdiyi pozuntularla bağlı ciddi araşdırma aparılıb və müvafiq sübutlar iddiaçının iştirakı ilə araşdırılıb və əsaslandırılıb və bunu təsdiq edən bütün sənədlər məhkəməyə təqdim edilib. "xxxx" MMC-nin Vergi Xidmətində olan elektron kabinetindən də göründüyü kimi "xxxx" MMCnin fəaliyyət sahələrinə aşağıdakılar daxildir: 69201 - X22 X9; ******* - X20 məsləhətlər; 66190 maliyyə xidmətləri sahəsində sair yardimçi fəaliyyət 69100 - X10. İddiaçı əmək müqaviləsində onun vəzifə üzrə öhdəliklərindən biri kimi qeyd edilib ki, "Müəssisə tərəfindən həyata keçirilən əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin 1 C proqramında) əks etdirilməsi və s. İddiaçı özünün də çox yaxşı bildiyi kimi, onun əmək müqaviləsində qeyd edilmiş "Müəssisə tərəfindən həyata keçirilən əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin 1 C proqramında) əks etdirilməsi" ilə bağlı əmək funksiyasının icrası məqsədilə, "xxxx" MMC-yə göndərilib. Məlum olduğu kimi, "xxxx" MMC də L.B.Konsaltinq MMC-nin müştərilərindən biridir. Aydın məsələdir ki, maliyyə sahəsində fəaliyyət göstərən, X20 məsləhət xidməti göstərən şirkətlər bu xidmətlərini göstərə bilmələri üçün müştərilərin həyata keçirdiyi əməliyyatları mühasibat uçotu hesabında, həmçinin 1 C proqramında işləməlidirlər. "xxxx" MMC L.B.Konsaltinq MMC-nin müştərisi olduğundan, İddiaçı də həmin şirkətə dair məlumatların mühasibat uçotu hesabında, həmçinin 1C proqramında əks etdirilməsi məqsədilə "xxxx" MMCyə göndərilib. Lakin İddiaçı əmək müqaviləsi üzrə öhdəliyini yerinə yetirmək əvəzinə, göndərilmiş olduğu "xxxx" MMC-də həmin şirkətin keçmiş işçisi Elvin İsmayılovla əlbir olaraq, iş vaxti ərzində Elvin İsmayılova birbaşa aidiyyati olan "xxxx" MMC-nin işlərini görüb və "xxxx" MMC-yə dair məlumatları Elvin İsamyılova ötürüb. Göründüyü kimi, iddiaçı özü yol verdiyi pozuntulardan birini etiraf edir və hətta qəribədir ki, mühasib olan işçi bir şirkətin maliyyə məlumatlarının başqa bir şirkətin keçmiş işçisinə ötürülməsini normal hesab edir. İddiaçı əsaslandırmayıb ki, başqa şirkətə dair tərtib edilmiş akt dedikdə hansı sənədi nəzərdə tutub. Kommersiya sirrinin hansı qaydada müəyyən edildiyi iddiaçının işdən azad edilməsi zamanı tərtib edilmiş sənədlərdə ətraflı şəkildə əsaslandırılıb. Bundan başqa, məhkəməyə təqdim edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında - Nəsimi RPİ 20-ci PB-nin xx.xx.2024-cü il tarixli qərarında da iddiaçının kommersiya sirri sayılan məlumatları kənar şəxslərə ötürdüyü, iş vaxti ərzində işçisi olduğu şirkətin deyil, başqa şirkətin işlərini gördüyünə dair məlumat və sənədləri hansı qaydada müəyyən edildiyi ətraflı göstərilib. İddiaçı yol verdiyi pozuntular nəticəsində şirkətlərin mənafeyinə hansı xələlin gəlməli olduğunu əsaslandırmayıb. Halbuki, iddiaçının yol verdiyi pozuntular nəticəsində L.B. Konsaltinq MMC-nin müştərisi "xxxx" MMC əldə etmək istədiyi texnikanı əldə edə bilməyib, "xxxx" MMC-nin təsisçisi və direktoru tərəfindən "xxxx" MMC-yə ciddi iradlar bildirilib, işgüzar münasibətlərə və "xxxx" MMC-nin işgüzar nüfuzuna ciddi ziyan dəyib. Belə ki, "xxxx" MMC-nin işçilərinə etimad göstərilməyərək, e-poçt hesabları bloklanıb, onlara müştərilərə xidmət göstərə bilmələri üçün mühasibatlıq məlumatları verilməyib. İddiaçı işdən azad edilməsi tam qanuni olduğu üçün qeyd edilən tələb də tamamilə əsassızdır. Bundan başqa, İddiaçı əmək haqqısı vergilər də digər məcburi ödənişlər daxil olmaqla, 556 AZN olub və bu da qanunvericiliyin tələblərinə uyğun olaraq işçiyə nağdsız qaydada ödənilib. İddiaçının bir neçə dəfə Anar Bayramovdan 400 manat məbləğində pul vəsaiti alması bu vəsaitin onun əmək haqqısına daxil olduğunu təsdiq etmir və edə də bilməz. Belə ki, Anar Bayramovun "xxxx" MMC-nin işçilərinin əmək haqqısını müəyyən etmək və "xxxx" MMC adından kiməsə pul vəsaiti ödəmək səlahiyyəti yoxdur. Anar Bayramov yalnız "xxxx" MMC-nin onunla bağlamış olduğu xidmət müqaviləsi və vermiş olduğu etibarnamə əsasında "xxxx" MMC-nin mənafeyinə xidmət göstərib. X17 Quliyevə verdiyi pul vəsaiti yalnız bir fiziki şəxsin digər bir fiziki şəxsə borc olaraq verdiyi pul vəsaiti ola bilər ki, onun da "xxxx" MMC- dən alınan əmək haqqına heç bir aidiyyati yoxdur. Əmək Məcəlləsinin 290.3-cü maddəsinə əsasən, işəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. Mənəvi ziyan vurulduğunu iddia edən işçi həmin ziyana görə iddiasının məbləğini ərizəsində göstərməlidir. İşçiyə dəyən mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında vurulan mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsinə, işçinin və işəgötürənin şəxsiyyətinə, işin faktik hallarına və ədalətli qərar qəbul edilməsi üçün zəruri olan digər obyektiv hallara uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir. Əmək Məcəlləsinin 290.3-cü maddəsinin Qeyd hissəsində isə göstərilib ki, bu maddənin üçüncü hissəsində işçiyə vurulmuş mənəvi ziyan dedikdə, işəgötürən və ya onun tabeçiliyində olan vəzifəli şəxs tərəfindən hər hansı üsulla işçinin şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan atilması, şəxsiyyətinin təhqir edilməsi, kollektiv arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayması, habelə mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir. İddiaçı isə işəgötürən və ya onun tabeçiliyində olan şəxs tərəfindən onun şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi, kollektiv arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayması, habelə mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə, etiqadına zidd olan digər əməllər və hərəkətlər edilməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməyib və bunu iddia ərizəsində əsaslandırmayıb. İşçinin özünün də etiraf etdiyi pozuntulara görə ƏM-nin 70-ci maddəsinin ç) bəndinə əsasən işdən azad edilməsi heç bir halda mənəvi ziyanın vurulması hesab edilə bilməz. 3.Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3318/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ilə, İddiaçı cavabdeh "LB Konsalting” MMC-yə qarşı "əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə aylıq əməkhaqqı və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi,71-ci maddəsinin 2-ci və 3-cü hissələrinə, 72-ci maddəsinin e bəndi, 186; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77-ci maddələrinə istinadən qeyd edilmişdir ki, beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı "xxxx" MMC-də əməliyyatçı mühasib vəzifəsində işləyən zaman müəssisənin "xxxx" MMC və "xxxx" MMC ilə bağladığı Məsləhət xidmətlərinin göstərilməsi barədə müqaviləyə əsasən, əmək funksiyasının icrası ilə bağlı "xxxx" MMC-yə və "xxxx" MMCyə göndərilmişdir. Lakin İddiaçı əmək müqaviləsi üzrə vəzifələrini yerinə yetirmək əvəzinə, həmin şirkətlərin bank hesablarına daxil olan pul vəsaitləri, apardıqları əməliyyatlar, almaq istədikləri texnikalar və s. haqqında məlumatları əldə edib həmin şirkətlərin keçmiş işçisi olan Elvin İsmayılova ötürmüşdür. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC ilə "xxxx" MMC "xxxx" MMC-nin müştəriləridir. Bu şirkətlərə məxsus məlumatların kənar şəxsə ötürməklə həmin şirkətlərin qanuni maraqlarına və "xxxx" MMC-nın işgüzar nüfuzuna zərər vurmuşdur.Həmçinin, İddiaçı tərəfindən NET MAKİNE SAN. VE TİC. şirkətindən texnika alınması üçün və həmin texnikanın "xxxx" MMC tərəfindən əldə edilməsinə şərait yaradılması üçün "xxxx" MMC-nin müştərisinə məxsus bank sənədi saxtalaşdırılaraq, NET MAK MAKİNE SAN. VE TİC. şirkətinə göndərilmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş fləş kartdakı videogörüntüdən və “Whatsapp“ proqramındakı yazışmaların ekran görüntüsündən İddiaçı tərəfindən saxta ödəniş tapşırığı tərtib edilməsi müəyyən olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki: - məhkəmədə şahid qismində dindirilmiş X3 məhkəməyə verdiyi ifadəsində bildirdi ki, Kamranı tanıyır, eyni şirkətdə işləyiblər. 1 il birgə işləmişdilər. İşgüzar münasibətləri yoxdur və olmayıbdır. İnstaqramda səhifələri olubdur. Texnikalar barədə məlumatlar paylaşırlar. Şəkil və videoları isə Proling MMC şirkəti ilə bağlı çəkmişdilər. Rəhbərliyin də xəbəri vardır. Proling MMC və LB Consulting MMC öz şəxsi dostluqları üçün Kamranı qurban verirlər. Münasibətləri pozmaq istəmirlər. Prolingdə işlədiyi müddətdə tender olub. Müqaviləyə əsasən o, 500 Dollar bonus almalı idi. Bu periodda işdən ayrıldı. Texnikanın mart və apreldə çatacağını və ödənişi verəcəklərini bildirdilər. Onda bununla bağlı Samirə xanım və Kamrandan soruşurdu. Texav MMC-nin təsisçisi deyil. Əməkdaşlıq edir. Hazırda Texavla heç bir əlaqəsi yoxdur. Verilən suallara cavab olaraq "whatsapp” proqramındakı yazışmaların ekran görüntüsü olan şəkillərə baxaraq, yazışmaların bir hissəsini qəbul etmədiyini, bəzi hissəsini isə xatırlamadığını bildirdi; - Məhkəmədə şahid qismində dindirilmiş X12 ifadəsində bildirdi ki, Kamranı tanıyır. Düşmənçiliyi yoxdur. Birgə işləyirdilər. LB Consultingdə xidmət müqaviləsi ilə xidmət göstərir. Kamranın əməkhaqqısını ödəmək onun səlahiyyətində deyildir. Kamran maşın alırdı deyə, borc kimin 2-3 dəfə ona pul vermişdir. Kamran barədə Vüqar Dəmirov zəng etmişdi. 1 dəfə şifahi xəbərdarlıq etmişdilər. Kamran Elvinə demişdi ki, pul köçübdür, gəl puluvu al. Vüqar Dəmirov da ona zəng etdikdən sona Kamranı çağırmışdı. Özünə məlumat vermişdi. Dedi ki elə bir şey yoxdur. Telefonu açıb göstərmişdi. Kamran "Whatsapp” proqramı ilə Elvinə yazmışdı ki, gəl puluvu götür. Telefona baxış keçirəndə əlavə sənədlər də görmüşdü. Məlum olmuşdur ki, LB Konsaltinq şirkətində işləyə-işləyə başqa şirkətlərə xidmət edirdi. Telefon yazışmalarının videosunu da çəkmişdir. Telefona baxışı 1 mart tarixində keçirmişdi. Yazılardan ona məlum olmuşdur ki, Kamranla Elvin saxta sənəd hazırlaylamışdılar ki, texnikanı satmasınlar, 2-3 gün saxlasınlar. Şəkillərlə bağlı isə şirkət haqqında məlumatları başqa şəxsə ötürürdü. Kamranla o, müqavilə bağlamamışdı, əməkhaqqı vermək də onun səlahiyyətində deyil; - "L.B. Konsaltinq” MMC ilə "Equipment Rental Service” MMC arasında bağlanmış Məsləhət xidmətlərinin göstərilməsinə dair xx.xx.2021-ci il tarixli 36 nömrəli müqavilənin 2.1.7-ci bəndinə əsasən icraçı (‘‘L.B. Konsaltinq” MMC) bu müqavilə üzrə öhdəliklərini yerinə yetirərkən əldə olunan bütün məlumatları məxfi saxlamaq (məhkəmə orqanlarının tələb etdiyi hallar istisna olmaqla) icraçının vəzifəsidir; - "L.B. Konsaltinq” MMC ilə İddiaçı arasında bağlanmış 27 dekabr 2022-ci il tarixli əmək müqaviləsinin surətinə əsasən, İddiaçı "L.B. Konsaltinq” MMC-də mühasib köməkçisi vəzifəsinə müddətli əmək müqaviləsi ilə işə qəbul edilmişdir; - İddiaçı əmək kitabçasının surətinə əsasən, o, xx.xx.2023-cü il tarixli əmrlə "L.B. Konsaltinq” MMC-də əməliyyatçı mühasib vəzifəsinə keçirilmişdir; - "xxxx" MMC-nln direktoru X4 tərəfindən tərtib edilmiş 01 mart 2024-cü il tarixli akta əsasən, "xxxx" MMC-nın uzun müddətdir ki, müştərisi olan "xxxx" MMC-nın direktoru Vüqar Dəmirov tərəfindən "xxxx" MMC-də əməliyyatçı mühasib vəzifəsində çalışan İddiaçı qanunsuz əməlləri haqqında şikayət daxil olmuşdur. Belə ki, şikayətdə bildirilmişdir ki, "xxxx" MMC-nin işçisi xidmət göstərmək üçün "xxxx" MMC-də olarkən ona məlum olmuş bir çox kommersiya sirri sayılan maliyyə və digər məlumatlarını "xxxx" MMC-nin keşmiş işçisi Elvin İsmayılova ötürmüş və nəticədə, "xxxx" MMC-nin daxili qaydalarının pozulmasına gətirmişdir. Şikayət əsasında xx.xx.2024-cü il tarixində L.B. Konsaltinq MMC-də direktor Ülkər Məmmədova və digər rəhbər şəxslərin iştirakı ilə "L.B. Konsaltinq MMC”-nin ofisində işdə olarkən İddiaçı mobil telefonuna və istifadəsində olan kompüterə baxış keçirilən zaman aşağıdakı faktlar aşkar edilmişdir: 1)İddiaçı "xxxx" MMC-nin maliyyə məlumatlarını şirkətin işçisi olmayan şəxslərə ötürməsi (ERS MMC hesabına mədaxil olan məbləğin şirkət əməkdaşı olmayan Elvin İsmayılovla paylaşılması) aşkar edilmişdir. Müvafiq faktı təsdiq edən fotoşəkillər Akta əlavə edilir. 2) 5 ayda iş saatlarında İddiaçı vəzifə səlahiyyətlərinə aid olmayan "LB Konsaltinq” MMC- nin işlərindən əlavə işləri də görməsi aşkar edilmişdir. Belə ki, onun iş vaxtı ərzində 2023- cü İlin noyabr ayında işdən azad edilmiş ERS-in keçmiş işçisi Elvin İsmayılovun işlədiyi "xxxx" MMC-yə mühaslbatlıq xidməti, bank hesabların açılması, müqavllələrrn hazırlanması, bank ödənişlərinin və digər Qanuna zidd maliyyə əməliyyatlarının aparılması müəyyən edilmişdir. Müvafiq faktı təsdiq edən fotoşəkillər Akta əlavə edilir; - xx.xx.2024-cü il tarixli "işdən azad edilmə haqqında” "LB Konsaltinq” MMCnin direktorunun əmrindən müəyyən olunur ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72ci maddəsinin "d” (qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi) və "e” (əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi) bəndlərində nəzərdə tutulan kobud pozuntulara yol verdiyinə görə Mühasibatlıq bölməsində mühasib vəzifəsində işləyən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Məcəllənin 70-ci maddəsinin "ç” bəndinə əsasən xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. Həmin əmrin verilməsinə əsas xx.xx.2024-cü il tarixli, 01 nömrəli akt olmuşdur; - İddiaçı "xxxx" MMC-nin direktoruna ünvanladığı xx.xx.2024-cü il tarixli ərizənin surətinə əsasən, xx.xx.2024-cü il tarixdən öz ərizəsi ilə "xxxx" MMC-də işlədiyi vəzifədən azad olunmasını xahiş edir; -Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişin surətinə əsasən, X3 ilə "xxxx" MMC arasında bağlanmış -xx.xx.2023- cü il tarixli əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin b bəndinə əsasən xx.xx.2023-cü il tarixdə xitam verilmişdir; - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin 15 avqust 2024-cü il tarixli, 3-17-5/1-36791/2024 nömrəli qərarı ilə "xxxx" MMC-nin direktoru Məmmədova Ülkər ismayıl qızı barəsində Bakı Şəhər idarəsinin 02 iyul 2024-cü il tarixli MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında Qərarı ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir; -USB Fleş karta əlavə edilmiş videogörüntüdə əks olunan İddiaçı məxsus telefondan Elvin İsmayılov adlı şəxslə aparılan Whatsapp tətbiqində yazışmasının mzəzmunundan görünür ki, İddiaçı tərəfindən E.İsmayılova "xxxx" MMC-nın maliyyə məlumatlatları, texnikaların fotoşəkilləri çəkilərək ötürülmüş, habelə saxta ödəniş tapşırığı hazırlanmışdır. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

5. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, məhkəmənin sözügedən qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çxarılmasını xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə, 72-ci maddəsinin d və e bəndinə, 186-ci maddəsinə istinadən qeyd edilmişdir ki, mübahisələndirilən qətnamənin qanuni və əsaslı hesab edilməsi üçün ilk növbədə iddiaçının mübahisələndirdiyi əmrin ləğvi istənilən reallıqda qanuni olub-olmamasına hüquqi qiymət verilməli idi. Mübahisələndirilən əmrin qanunsuz olması elə həmin əmrin ilk cümləsində görünür. Əmrdə qeyd edilib ki, “işəgötürən tərəfindən verilmiş şifahi intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən AR ƏM-nin 72-ci maddəsinin “d” və “e” bəndlərində nəzərdə tutulan kobud pozuntulara yol vermə” Sual ondan ibarətdir ki, şifahi xəbərdarlıq intizam tənbehidirmi, kim, nə vaxt, nəyə görə şifahi xəbərdarlıq edib. Həmin tarixdən sonra 6 ayın keçməsi hansı maddi hüquq normasında göstərilib. İddiaçı iddia ərizəsində və verdiyi izahatda göstərib ki, cavabdehin sirr dediyi məlumatın "xxxx" MMC-yə də aidiyyatı yoxdur. Bu məlumat "xxxx" MMC adlı üçüncü bir şirkətə aid məlumat olmuşdur və "xxxx" MMC-nin keçmiç işçisi Elvin İsmayılova çatacaq pula aid məlumat olmuşdur. O həmin məlumatda Elvin İsmayılova çatacaq pul məbləğinin "xxxx" MMC-yə daxil olduğunu və gəlib ala biləcəyini bildirmiş,lakin qətnamədə göstərilib ki, İddiaçı əmək müqaviləsi üzrə vəzifələrini yerinə yetirmək əvəzinə, həmin şirkətlərin bank hesablarına daxil olan pul vəsaitləri, apardıqları əməliyyatlar, almaq istədikləri texnikalar və s. haqqında məlumatları əldə edib həmin şirkətlərin keçmiş işçisi olan Elvin İsmayılova ötürmüşdür. Məhkəmə bu qənaətə necə gəlib başa düşmək olmur. 26 Fevral 2024-cü il tarixdə yazdığı ərizədə iddiaçı öz iradəsini bildirmişdi.Şəxsin işdən azad olunma arzusunu bilən cavabdeh onu etdiyi pozuntulara görə işdən azad edə bilərdi. Amma cavabdeh qərəzli mövqe seçərək cavan bir kadrın şəxsi işinə ləkə gətirməyi üstün tutub. Xitam əmrində yalnız bir əsas- 01 Mart 2024-cü il tarixli akt göstərilib. Həmin aktda qeyd olunub ki, iddiaçının mobil telefonuna və kompyuterinə baxış keçirilmiş və 2 qanuna zidd hal aşkar edilmişdir. 1. "xxxx" MMC-nin maliyyə məlumatlarının şirkətin işçisi olmayan başqa şəxsə göndərilməsi. 2. Son 5 ayda iş saatlarında vəzifə səlahiyyətlərinə aid olmayan əlavə işlərin görülməsi. Qeyd olunanlar əsasında da AR ƏM-nin 72-ci maddəsinin d) (qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; və e) (əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi;) maddələrinə istinad edib. Şikayətinin əsası ondan ibarətdir ki, 01 Mart 2024-cü il tarixdə aşkar edilmiş pozuntular əsasında birbaşa AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə istinad düzgün deyil. Çünki birinci məqam öz təsdiqini tapsa belə, müəyyən edilməli idi ki, başqa bir hüquqi şəxsə dair məlumat hansısa şəxsə ötürülməsi halında həmin hüquqi şəxsə maddi ziyan dəyib ya yox. Göründüyü kimi heç bir maddi ziyandan söhbət gedə bilməz. İkinci məqam isə iddiaçının başqa bir şirkətə yardım etməsi halıdır ki, bu halın da sübut edilməsi faktoru mühüm əhəmiyyət kəsb edirdi. 01 Mart 2024-cü il tarixdə yalnız Whatsapp ani mesajlaşma proqramındakı yazışmalar əldə edilmiş və həmin yazışmalarda işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi aşkar edilməmişdir. Sonradan cavabdehin nümayəndəsi tərəfindən Türkiyə Respublikasında fəaliyyət göstərən şirkətə və X25 sorğular verilmiş, sənəd saxtalaşdırılması ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunmuşdur. Sorğular nəticəsində əldə edilmiş məlumat ondan ibarət olmuşdur ki, iddiaçı hər hansı saxta sənəd tərtib etməmişdir. Əksini sübut edəcək başqa bir dəlil də yoxdur.Cavabdeh iddia ərizəsinə etirazda göstərib ki, guya onun müştərisinə məxsus bank sənədi saxtalaşdırılaraq NET MAK MAKİNE SAN. VE TİC. Şirkətinə təqdim edilib. Bu yalandır. Belə hal baş verməyib. Cavabdeh bu arqumenti təsdiq edəcək sübut təqdim etməyib.Bundan başqa həmin etirazda göstərilib ki, NET MAK MAKİNE SAN. VE TİC. Şirkətinə TEXAV MMC tərəfindən texnikanın alınması üçün heç bir vəsait ödənilməyib. Bu da səhf məlumatdır. Cavabdehin özünün verdiyi sorğu əsasında həmin türk şirkəti cavab olaraq bildirib ki, 7800 ABŞ dolları pul ödənilib. Eyni zamanda cavabdeh göstərib ki, iddiaçının TEXAV şirkəti ilə bağlı etdiyi hərəkətlər nəticəsində onun hansısa müştərisinin, dolayısı ilə onun özünün işgüzar nüfuzuna xələl gətirilib.Burada aydınlaşdırılmalı olan əsas məqam odur ki, cavabdehin hər hansısa müştərişisi NET MAK MAKİNE SAN. VE TİC. Şirkətinə texnikanın alınması ilə bağlı sorğu göndərib ya yox. Hansısa qiymət təklifləri olub ya yox.Qısaca cavabdehin hər hansısa müştərisinin rəqabət prizmasına zərər yetirilməyib. Bu halında əksini sübut edəcək hər hansı dəlil yoxdur. Göstərilənlər əsasında şikayətin əsası odur ki, fərz etsək belə ki, hansısa sirr yayılıb, bununla bağlı görülməli olan tədbir AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilmə yox, başqa intizam tədbiri görülməsi idi. NET MAK MAKİNE SAN. VTİC. Şirkəti və TEXAV MMC ilə bağlı hadisənin isə cavabdehə heç bir aidiyyatı yoxdur. Yəni hər hansı qanun pozuntusuna yol verilməyib və cavabdehin müştərilərinə heç bir ziyan dəyməyib. Mübahisləndirilən əmrdən görünür ki, cavabdeh yalnız ƏM-nin 72-ci maddəsində göstərilən tələblərinin iddiaçı tərəfindən pozulduğunu göstərib.Qeyd edilən dırnaq arası pozuntular nədən ibarətdir? Kommersiya sirrinin yayılması Sənədləri saxtalaşdırmaKommersiya sirrinin yayılması baxımından istinad olunub ƏM 72-ci maddəsinin “d” bəndinəsənəd saxtalaşdırma ilə bağlı isə istinad olunub ƏM 72-ci maddəsinin “e” bəndinə Mülki Prosessual Məcəllə baxımından ƏM-nin 70-ci maddəsinin “ç” bəndinin pozulmasını o prizmadan göstəririk ki, birincisi ümumiyyətlə həmin maddə ilə işçi işdən azad olunmalı deyildi, ikincisi həmin maddədə göstərilən 72-ci maddənin tələbləri düzgün təfsir edilməyib və istinad düzgün deyil.Bununla bağlı ətraflı izah ƏM-nin 72-ci maddəsinin pozulmasına və ya düzgün tətbiq edilməməsinə dair mövqemizdə göstərəcəyik. Cavabdeh qeyd edilən normanı düzgün başa düşmədiyindən, düzgün tətbiq etməyib. Məhkəmə də qətnamədə qərəzli şəkildə cavabdeh nə deyibsə onu da təkrarlayıb. Burada birinci məqam ondan ibarətdir ki, şəxsin əməlində təqsir (qəsd və yaxud ehtiyatsız) olduğu halda motiv nədən ibarətdir? İkinci məqam isə gizliliklə bağlı öhdəlik varmı? Bu sualların cavablandırılması üçün əmək müqaviləsinə nəzər yetirək. Həmin müqavilənin sonuncu səhifəsindən başqa heç bir səhifəsində imzamın olmadığını bəyan edərək göstərmək istəyirəm ki, paraqraf 5-in birinci cümləsində qeyd edilib ki, bu əmək müqaviləsinin tərəflərindən biri digərinin əmlakına, səhhətinə, maddi, istehsal, kommersiya maraqlarına ziyan vurarsa....Göründüyü kimi öhdəlik məhz tərəflər arasındadır. Başqa hüquqi və fiziki şəxslərə münasibətdə tərəflərin bu müqavilə əsasında heç bir öhdəliyi yoxdur. Elvin İsmayılova cavabdehin sirr deyerək adalandırıdığı kommersiya sirri ötürülməyib. Bundan başqa motiv. Qətnamədə göstərilməyib ki, şəxsin kommersiya sirri yaymasında niyyəti nə olub. Verilmiş izahatlarnan məlum olub ki, iddiaçının Elvin İsmayılova məxsus bonusların hesaba oturması və bunu ona deməsində niyyəti cavabdehin işgüzar nüfuzuna xələl gətirmək deyil. Eyni zamanda müxtəlif hüquq nəzəriyyəçilərinin də mövqeyi ondan ibarətdir ki, tərəflər arasında məxfilik müqaviləsinin olması da mütləqdir.

6. Cavabdeh apellyasiya şikayətinə qarşı yazılı etirazını təqdim etmiş, etirazda qeyd edilmişdir ki, məhkəmənin icraatında olan 2(103)-6510/2024 saylı mülki iş üzrə İddiaçı Yasamal Rayon Məhkəməsinin 16 sentyabr 2024-cü il tarixli, e-2(004)-3318/2024 verilmiş saylı qətnaməsindən apelyasiya şikayəti verərək, həmin qətnamənin ləğvini tələb edib. Apellyasiya şikayətində aşağıdakı arqumentlər irəli sürülüb: 1. İddiaçının yaydığı məlumat "xxxx" MMC-yə deyil, "xxxx" MMC-yə aid olub və "xxxx" MMC-nin keçmiş işçisi Elvin İsmayılova çatacaq pul vəsaitinin "xxxx" MMC-yə daxil olduğunu və gəlib həmin pul vəsaitini ala biləcəyini bildirib. X19 verilən məlumat sırf bonusun köçməsi ilə bağlı olub və həmin bonus "xxxx" MMC-dən alınmalı idi, cavabdehdən deyil. 2. Xitam əmrində yalnız bir əsas-01 Mart 2024-cü il tarixli akt göstərilib. 01 Mart 2024-cü il tarixdə aşkar edilmiş pozuntular əsasında birbaşa AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə istinad düzgün deyil. Çünki birinci məqam öz təsdiqini tapsa belə, müəyyən edilməli idi ki, başqa bir hüquqi şəxsə dair məlumat hansısa şəxsə ötürülməsi halında həmin hüquqi şəxsə maddi ziyan dəyib ya yox. Göründüyü kimi heç bir maddi ziyandan söhbət gedə bilməz.3. Aktda göstərilən ikinci məqam isə iddiaçının başqa bir şirkətə yardım etməsi halıdır ki, bu halın da sübut edilməsi faktoru mühüm əhəmiyyət kəsb edirdi. 01 Mart 2024-cü il tarixdə yalnız Whatsapp mesajlaşma proqramındakı yazışmalar əldə edilmiş və həmin yazışmalarda işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi aşkar edilməmişdir. 4. Cavabdeh iddia ərizəsinə etirazda göstərib ki, guya onun müştərisinə məxsus bank sənədi saxtalaşdırılaraq NET MAK MAKİNE SAN. VE TİC. Şirkətinə təqdim edilib. Belə hal baş verməyib. Cavabdeh bu arqumenti təsdiq edəcək sübut təqdim etməyib. Cavabdehin etirazında göstərilib ki, NET MAK MAKİNE SAN. VE TİC. Şirkətinə TEXAV MMC tərəfindən texnikanın alınması üçün heç bir vəsait ödənilməyib. Bu da səhv məlumatdır. Cavabdehin özünün verdiyi sorğu əsasında həmin türk şirkəti cavab olaraq bildirib ki, 7800 ABŞ dolları pul ödənilib. 6. Əmək müqaviləsində kommersiya sirri öhdəliyi məhz tərəflər arasındadır. Başqa hüquqi və fiziki şəxslərə münasibətdə tərəflərin bu müqavilə əsasında heç bir öhdəliyi yoxdur. 7. Cavabdehin şifahi xəbərdarlığı verməsindən (nə vaxt, kim tərəfindən, nəyə görə, hansı səbəbdən verməsi müəammadır) sonra 6 ay ərzində hansısa qeyri-müəyyənlik ucbatından birbaşa ƏM- nin 70-ci maddənin “ç” bəndi ilə xitam vermə qanunsuzdur və görülməz bir haldır. Hesab edirik ki, iddiaçının tələbləri və əsaslandırmaları tamamilə əsassızdır və təmin edilməməlidir. Etirazın hüquqi əsasları aşağıda təqdim edilir. İİ. Etirazın hüquqi əsasları 1. “İddiaçının yaydığı məlumat "xxxx" MMC-yə deyil, "xxxx" MMC-yə aid olub və "xxxx" MMC-nin keçmiş işçisi Elvin İsmayılova çatacaq pul vəsaitinin "xxxx" MMC-yə daxil olduğunu və gəlib həmin pul vəsaitini ala biləcəyini bildirib. X19 verilən məlumat sırf bonusun köçməsi ilə bağlı olub və həmin bonus "xxxx" MMC-dən alınmalı idi, cavabdehdən deyil - arqumenti ilə bağlı MPM-in 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. İddiaçının 70-ci maddənin ç) bəndinə əsasən işdən çıxarılması əsaslarından biri də məhz işçinin kommersiya sirrinin qorunmasına dair vəzifəsini pozaraq, kommersiya sirri sayılan məlumatın başqa şəxslərə ötürülməsi olub. İddiaçı da öz iddia ərizəsində belə bir məlumatı ötürdüyünü etiraf edib. Lakin iddiaçı əsassız olaraq iddia ərizəsində və apelyasiya istinad edib ki, bu sirr deyil, çünki ötürdüyü məlumat "xxxx" MMC-yə deyil, "xxxx" MMC-yə aid olub. Lakin qeyd edilən halla yanaşı iddiaçı göstərməyib ki, "xxxx" MMC-nin bank hesabına daxil olmuş pul vəsaitləri barədə məlumatı necə əldə edib. Nəzərinizə çatdırırıq ki, "xxxx" MMC və "xxxx" MMC hər ikisi "xxxx" MMC-nin müştərisidir. Bunu təsdiq edən müqavilə və e-maillər məhkəməyə təqdim edilib. Üstəlik, reyestrdən çıxarışlara da baxıldıqda, aydın şəkildə görünür ki, hər iki şirkətin direktoru eyni şəxs - Vüqar Dəmirovdur. İddiaçı də "xxxx" MMC və "xxxx" MMC-yə "xxxx" MMC-nin işçisi olaraq göndərilərkən həmin şirkətlərin bank hesablarına daxil olan pul vəsaitləri, apardıqları əməliyyatlar, almaq istədikləri texnikalar və s. haqqında məlumatları o zaman əldə edib və həmin şirkətlərin keçmiş işçisi olan Elvin İsmayılova ötürüb. L.B. Konsaltinq MMC-nin vəkilinin YapıKredi Banka verdiyi sorğuya məlum olduğu kimi, bank o əsasla cavab vermədi ki, vəkilin istədiyi məlumat bank sirridir. YapıKredi Banka ünvanlanmış vəkil sorğusunda aşağıdakı məlumatlar istənilmişdi: 1. "xxxx" MMC-nin (VÖEN **********) X26 Azərbaycan QSCdə açılmış bank hesabı mövcuddurmu? Mövcuddursa, bu bank hesabı nə zaman açılıb? 2. Bu sorğuya əlavə edilmiş xx.xx.2023-cü il tarixli **********03 saylı ödəniş tapşırığı "xxxx" MMC (VÖEN **********) tərəfindən NET MAK MAKİNE SAN. VE TİC. Şirkətinə 8700 ABŞ dolları məbləğində vəsaitin ödənilməsi məqsədilə X26 Azərbaycan QSC-yə təqdim edilmişdirmi? Göründüyü kimi, sorğuda bank hesabının olub-olmadığı və banka ödəniş tapşırığı verilibverilmədiyinə dairsadəcə təsdiqedici və ya inkaredici məlumat istənilmişdi. Sorğunu verənin vəkil olmasına və məhkəmə işi üzrə istənilməsinə baxmayaraq, bank həmin məlumatların sirr olduğuna istinad edərək vəkilə təqdim etmədi. Halbuki, sorğunun məzmunundan da göründüyü kimi, sorğuda bank hesablarına dair məlumat və ya orada olan pul vəsaitlərinə dair məlumat istənilməmişdi. Sadəcə bank hesabının olub-olmadığı və bankın konkret ödəniş tapşırığı alıbalmadığına dair məlumat istənilmişdi. Bu məlumatların məhkəmə qaydasında əldə edilməsinə dair cavabdehin vəsatəti isə iddiaçının etirazı nəticəsində məhkəmə tərəfindən təmin edilmədi. Bankdan məlumat əldə edilsəydi həmin vaxtlarda "xxxx" MMC-nin YapiKredi bankda hesabının olmadığı aydın görünəcəkdi. Cavabdeh bu məsələnin aydınlaşdırılması üçün prokurorluğa müraciət edib. İddiaçı isə bankla müqayisədə nəinki bank hesabları barədə məlumatı, özünün də etiraf etdiyi kimi, bank hesablarına daxil olan pul vəsaitlərinin məbləği, nə vaxt daxil olduğu məlumatları şirkətlərə heç bir aidiyyatı olmayan kənar şəxsə - keçmiş işçi Elvin İsmayılova ötürüb ki, bununla da kommersiya sirrini yaymaqla, həm L.B.Konsaltinq MMC-yə, həm də L.B. Konsaltinq MMC-nin müştərilərinin mənafeyinə zərər vurub. Kommersiya sirri haqqında Qanunun 2.0.1-ci maddəsinə əsasən, kommersiya sirri hüquqi və fiziki şəxslərin istehsal, texnoloji, idarəetmə, maliyyə və başqa fəaliyyəti ilə bağlı, sahibinin razılığı olmadan açıqlanması, onların qanuni maraqlarına ziyan vura bilən məlumatlardır. İddiaçı iddia ərizəsində sirr saymadığı müştərinin bank hesablarına daxil olmuş pul vəsaitlərinə dair məlumatı da hansı hüquqi əsasla Elvin İsmayılova ötürdüyünü əsaslandırmadan, mühasib olduğu halda, etdiyi hərəkətdə maraqlıdır ki, yol verdiyi kobud pozuntunu görmür və ya görmək istəmir. 2. Xitam əmrində yalnız bir əsas-01 Mart 2024-cü il tarixli akt göstərilib. 01 Mart 2024-cü il tarixdə aşkar edilmiş pozuntular əsasında birbaşa AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə istinad düzgün deyil. Çünki birinci məqam öz təsdiqini tapsa belə, müəyyən edilməli idi ki, başqa bir hüquqi şəxsə dair məlumat hansısa şəxsə ötürülməsi halında həmin hüquqi şəxsə maddi ziyan dəyib ya yox. Göründüyü kimi heç bir maddi ziyandan söhbət gedə bilməz - arqumenti ilə bağlı İddiaçı hesab edib ki, ziyan ancaq maddi formada ola bilər, lakin bunu apelyasiya şikayətində əsaslandırmayıb. İddiaçının özünün də istinad etdiyi Əmək Məcəlləsinin 71.2-ci maddəsinin məzmunundan göründüyü kimi, burada maddi ziyanın deyil hər hansı formada ziyanın vurulmasından söhbət gedir. Belə ki, həmin maddəyə əsasən, Əmək Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrıayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İddiaçının da çox yaxşı məlumatlı olduğu kimi, onun qanunsuz fəaliyyəti nəticəsində cavabdeh şirkətin və onun müştərilərinin mənafeyinə ciddi şəkildə ziyan dəyib. Belə ki, İddiaçı qanunsuz fəaliyyəti nəticəsində "xxxx" təsisçisi və direktoru, eləcə də, "xxxx" MMC-nin direktoru tərəfindən "xxxx" MMC-yə iradlar bildirilərək, göstərilən xidmətdən narazılıq bildirilib və tərəflər arasında münasibətlər pisləşərək, "xxxx" MMC-nin işgüzar nüfuzuna xələl gəlib. Bunu təsdiq edən tərcümə edilmiş emaillərə əlavə edilib. "xxxx" MMC-nin işçilərinə etimad göstərilməyərək, e-poçt hesabları bloklanıb, onlara müştərilərə xidmət göstərə bilmələri üçün mühasibatlıq məlumatları verilməyib. Bundan başqa, İddiaçı işdən çıxarılmasına səbəb digər hallarla yanaşı, müəssisənin müştərilərinə dair məlumatın saxtalaşdırılaraq başqa müəssisənin təsisçisinə ötürülməsinə dair ciddi şübhələrin olması olmuşdur. Aşkar edilmiş hallardan biri də o olmuşdur ki, "xxxx" MMC-nin müştərilərindən birinə qarşı haqsız rəqabət aparılaraq NET MAK MAKİNE SAN. VE TİC. Şirkətindən texnika almasın alınması üçün və həmin texnikanın "xxxx" MMC (VÖEN **********) tərəfindən əldə edilməsinə şərait yaradılması üçün "xxxx" MMC-nin müştərisinə məxsus bank sənədi saxtalaşdırılaraq NET MAK MAKİNE SAN. VE TİC. Şirkətinə təqdim edilmişdir. Üstəlik, Əmək Müfəttişliyi Xidmətinin 15 avqust 2024-cü il tarixli qərarı ilə də iddiaçının pozuntulara yol verdiyi və qanuni əsaslarla işdən azad olunduğu öz əksini tapıb. 3. Aktda göstərilən ikinci məqam isə iddiaçının başqa bir şirkətə yardım etməsi halıdır ki, bu halın da sübut edilməsi faktoru mühüm əhəmiyyət kəsb edirdi. 01 Mart 2024-cü il tarixdə yalnız Whatsapp mesajlaşma proqramındakı yazışmalar əldə edilmiş və həmin yazışmalarda işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi aşkar edilməmişdir -arqumenti ilə bağlı Əvvəla, iddiaçı qeyd edilən arqumentində işəgötürənin mənafeyinə ciddi xələl gətirilməsi dedikdə hansı xələli nəzərdə tutduğunu, bu ciddi xələlin nə ilə ölçüldüyünü əsaslandırmayıb. İkincisi, bu xələlin nədən ibarət olduğu, yuxarıda ikinci arqumentə verdiyimiz cavabda öz əksini tapıb. Üçüncüsü, iddiaçının iş vaxtı ərzində başqa bir yəni, "xxxx" MMC-nin işlərini gördüyü aydın-açıq sübut olunur. Halbuki, Əmək Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, işçi əlavə iş yerində əsas iş yeri üzrə işəgötürənin razılığı əsasında işləyə bilər. Lakin iddiaçı isə qeyd edilən maddənin tələbinə zidd olaraq iş vaxtı ərzində "xxxx" MMC-nin işlərini görüb və üstəlik, "xxxx" MMC-nin İddiaçı hesab edib ki, ziyan ancaq maddi formada ola bilər, lakin bunu apelyasiya şikayətində əsaslandırmayıb. İddiaçının özünün də istinad etdiyi Əmək Məcəlləsinin 71.2-ci maddəsinin məzmunundan göründüyü kimi, burada maddi ziyanın deyil hər hansı formada ziyanın vurulmasından söhbət gedir. Belə ki, həmin maddəyə əsasən, Əmək Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrıayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İddiaçının da çox yaxşı məlumatlı olduğu kimi, onun qanunsuz fəaliyyəti nəticəsində cavabdeh şirkətin və onun müştərilərinin mənafeyinə ciddi şəkildə ziyan dəyib. Belə ki, İddiaçı qanunsuz fəaliyyəti nəticəsində "xxxx" təsisçisi və direktoru, eləcə də, "xxxx" MMC-nin direktoru tərəfindən "xxxx" MMC-yə iradlar bildirilərək, göstərilən xidmətdən narazılıq bildirilib və tərəflər arasında münasibətlər pisləşərək, "xxxx" MMC-nin işgüzar nüfuzuna xələl gəlib. Bunu təsdiq edən tərcümə edilmiş emaillərə əlavə edilib. "xxxx" MMC-nin işçilərinə etimad göstərilməyərək, e-poçt hesabları bloklanıb, onlara müştərilərə xidmət göstərə bilmələri üçün mühasibatlıq məlumatları verilməyib. Bundan başqa, İddiaçı işdən çıxarılmasına səbəb digər hallarla yanaşı, müəssisənin müştərilərinə dair məlumatın saxtalaşdırılaraq başqa müəssisənin təsisçisinə ötürülməsinə dair ciddi şübhələrin olması olmuşdur. Aşkar edilmiş hallardan biri də o olmuşdur ki, "xxxx" MMC-nin müştərilərindən birinə qarşı haqsız rəqabət aparılaraq NET MAK MAKİNE SAN. VE TİC. Şirkətindən texnika almasın alınması üçün və həmin texnikanın "xxxx" MMC (VÖEN **********) tərəfindən əldə edilməsinə şərait yaradılması üçün "xxxx" MMC-nin müştərisinə məxsus bank sənədi saxtalaşdırılaraq NET MAK MAKİNE SAN. VE TİC. Şirkətinə təqdim edilmişdir. Üstəlik, Əmək Müfəttişliyi Xidmətinin 15 avqust 2024cü il tarixli qərarı ilə də iddiaçının pozuntulara yol verdiyi və qanuni əsaslarla işdən azad olunduğu öz əksini tapıb. 3. Aktda göstərilən ikinci məqam isə iddiaçının başqa bir şirkətə yardım etməsi halıdır ki, bu halın da sübut edilməsi faktoru mühüm əhəmiyyət kəsb edirdi. 01 Mart 2024-cü il tarixdə yalnız Whatsapp mesajlaşma proqramındakı yazışmalar əldə edilmiş və həmin yazışmalarda işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi aşkar edilməmişdir -arqumenti ilə bağlı Əvvəla, iddiaçı qeyd edilən arqumentində işəgötürənin mənafeyinə ciddi xələl gətirilməsi dedikdə hansı xələli nəzərdə tutduğunu, bu ciddi xələlin nə ilə ölçüldüyünü əsaslandırmayıb. İkincisi, bu xələlin nədən ibarət olduğu, yuxarıda ikinci arqumentə verdiyimiz cavabda öz əksini tapıb. Üçüncüsü, iddiaçının iş vaxtı ərzində başqa bir yəni, "xxxx" MMC-nin işlərini gördüyü aydın-açıq sübut olunur. Halbuki, Əmək Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, işçi əlavə iş yerində əsas iş yeri üzrə işəgötürənin razılığı əsasında işləyə bilər. Lakin iddiaçı isə qeyd edilən maddənin tələbinə zidd olaraq iş vaxtı ərzində "xxxx" MMC-nin işlərini görüb və üstəlik, "xxxx" MMC-nin verildiyi görünür. Saxta ödəniş tapşırığı isə YapıKredi Banka aid ödəniş tapşırığıdır. Bu da onu göstərir ki, TEXAV MMC-nin heç YapıKredi Bankda bank hesabı olmayıb və YapıKredi Banka məxsus ödəniş tapşırığı saxtalaşdırılıb. "xxxx" MMC-nin təsisçisi isə Dövlət Vergi Xidmətinin vəkil sorğusuna cavab olaraq göndərdiyi 3- 21-2-2-1/2-M-xx-xx/2024 saylı məktuba əsasən İddiaçı bank hesabına pul daxil olduğuna dair məlumat ötürdüyünü etiraf etdiyi Elvin İsmayılovdur. Elvin İsmayılov "xxxx" MMC və "xxxx" MMC-nin keçmiş işçisi olub və işlədiyi şirkətlərə rəqib şirkət olan "xxxx" MMC-ni təsis edib. İddiaçı də yəqin ki, Elvin İsmayılovun ona verdiyi hansısa vədlər, pul vəsaitləri və s. hesabına "xxxx" MMC-nin işçisi olaraq "xxxx" MMC-nin və onun müştərilərinin mənafeyinə uyğun işlər görməli olduğu halda, iş vaxtı ərzində "xxxx" MMC-nin işlərini görüb, "xxxx" MMCnin müştəriləri olan "xxxx" MMC və "xxxx" MMC-nin kommersiya sirri sayılan bank və s. məlumatlarını Elvin İsmayılova ötürüb. 6. Əmək müqaviləsində kommersiya sirri öhdəliyi məhz tərəflər arasındadır. Başqa hüquqi və fiziki şəxslərə münasibətdə tərəflərin bu müqavilə əsasında heç bir öhdəliyi yoxdur - arqumenti ilə bağlı "xxxx" MMC-nin Vergi Xidmətində olan elektron kabinetindən də göründüyü kimi "xxxx" MMC-nin fəaliyyət sahələrinə aşağıdakılar daxildir: 69201 - X22 X9 ******* - X20 Məsləhətlər 66190 - Maliyyə Xidmətləri Sahəsində X15 69100 - X10 İddiaçı əmək müqaviləsində onun vəzifə üzrə öhdəliklərindən biri kimi qeyd edilib ki, “Müəssisə tərəfindən həyata keçirilən əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin 1 C proqramında) əks etdirilməsi və s. İddiaçı özünün də çox yaxşı bildiyi kimi, onun əmək müqaviləsində qeyd edilmiş “Müəssisə tərəfindən həyata keçirilən əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin 1 C proqramında) əks etdirilməsi” ilə bağlı əmək funksiyasının icrası məqsədilə, "xxxx" MMC-yə göndərilib. Məlum olduğu kimi, "xxxx" MMC də, Prolink Caspian MMC də L.B.Konsaltinq MMC-nin müştəriləridir. Həmin müştərilərlə müqavilələrində də "xxxx" MMC kommersiya sirrinin qorunması öhdəliyini öz üzərinə götürüb. Lakin İddiaçı əmək müqaviləsi üzrə öhdəliyini yerinə yetirmək əvəzinə, göndərilmiş olduğu "xxxx" MMC-də həmin şirkətin keçmiş işçisi Elvin İsmayılovla əlbir olaraq, iş vaxtı ərzində Elvin İsmayılova birbaşa aidiyyatı olan "xxxx" MMC-nin işlərini görüb və "xxxx" MMC-yə dair məlumatları Elvin İsmayılova ötürüb. İddiaçının arqumentindən belə çıxır ki, iddiaçının kommerisya sirrini qorumaq öhdəliyi olması üçün o, birbaşa "xxxx" MMC-nin müştəriləri "xxxx" MMC və "xxxx" MMC ilə də kommersiya sirrinin qorunmasına dair müqavilə bağlamalı idi ki, bu da arqumentin absurdluğunu göstərir. Belə ki, həmin müştərilər qarşısına kommersiya sirrinin qorunması öhdəliyini aydın məsələdir ki, "xxxx" öz işçiləri vasitəsilə və işçiləri ilə bağladığı müqavilələr əsasında daşıyır. 7. Cavabdehin şifahi xəbərdarlığı verməsindən (nə vaxt, kim tərəfindən, nəyə görə, hansı səbəbdən verməsi müəammadır) sonra 6 ay ərzində hansısa qeyri-müəyyənlik ucbatından birbaşa ƏM- nin 70-ci maddənin “ç” bəndi ilə xitam vermə qanunsuzdur - arqumenti ilə bağlı İddiaçının digər arqumentləri kimi bu arqumenti də tamamilə əsassızdır. İddiaçının müəmma adlandırdığı bütün hallar iş materialları və o cümlədən, Əmək Müfəttişliyi Xidmətinin 15 avqust 2024-cü il tarixli qərarı ilə və yuxarıda arqumentlərə verdiyimiz cavablarda tam şəkildə öz təsdiqini tapıb. Dediklərinin nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş edir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:

7. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə mülki iş üzrə kompleks məhkəmə - iqtisadi-mühasibat, linqvistik, kompüter-texniki və sənədlərin texniki ekspertizaları təyin edilmişdir. Sənədlərin məhkəmə texniki ekspertizasının rəyi xx.xx.2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinə daxil olmuşdur. Məhkəmə linqivistik ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumat 3 mart 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinə daxil olmuşdur. ( qərardadda qoyulmuş suallar ekspertin səlahiyyətinə aid olmaması əsası ilə) Məhkəmə mühasibatlıq ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumat xx.xx.2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinə daxil olmuşdur. ( qərardadda qoyulmuş suallar ekspertin səlahiyyətinə aid olmaması əsası ilə)

8. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə mülki iş üzrə kompleks məhkəmə -iqtisadi (mühasibatlıq) ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Auditorlar Palatasına havələ edilmişdir.

9. Azərbaycan Respublikası Auditorlar Palatasının xx.xx.2025-ci il tarixli audit rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, “ Saxtalaşdırma” termini Cinayət Məcəlləsinin 320-ci və 313-cü maddələrinə əsasən, qəsdən yalan sənəd tərtibi ilə nəticə doğurmalıdır. Məqsədli səhv buraxma yolu ilə qəsdən yalan sənəd tərtib etməklə 8700 USD məbləğində saxta köçürmənin aparılmasına cəhd göstərilsə də əslində sonucda 7800 USD məbləğində köçürmə həyata keçirilmişdir. Kommersiya sirri sayılan bir neçə maliyyə məlumatlarının E.İsmayılova ötürülməsi nəticəsində "xxxx" MMC-nin daxili qaydalarının pozulması halı təqdim olunmuş sənədlərlə tam təsdiqlənmir. Təqdim olunan sənədlərə əsasən işəgötürənin qanuni mənafeyinə maddi və ya reputasiya zərəri sübut olunmur, hərəkət hüquqi baxımdan intizam pozuntusu səviyyəsində qiymətləndirilə bilər və bu barədə məhkəmə-hüquq ekspertizası keçirilməsi məqsədəuyğun hesab edilir. e-mail yazışmalar və “NET MAK MAKİNE” şirkətinin və X24 cavabı göstərir ki, əməliyyat 7800 USD məbləğində olub, lakin yalnız bank rekvizitlərindəki texniki səhv səbəbindən tamamlanmamış, nə ‘‘LB Konsaltinq” MMC, nə də müştəri şirkətin hər hansı ölçülə bilən zərər görməsi barədə məlumat verilmir.

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil2 apellyasiya şikayətini əsassız hesab etdiyini, şikayətin dəlillərinin əsassızlığına qarşı yazılı etirazını təqdim etdiyini, həmçinin audit rəyi ilə də razı olmadıqlarını, çünki auditin bir tərəfdən öz səlahiyyətlərini aşaraq hüquqi məsələlərə münasibət bildiridiyini, digər tərəfdən isə işin faktiki hallarına düzgün qiymət vermədiyini bildirmiş, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir. 11.Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçının nümayəndəsi vəkil X6 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermiş, əlavə olaraq iddiaçının əsas istəyinin onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə deyil, öz xahişi ilə xitam verilməsi olduğunu bildirmişdir. 12.Mülki Prosessual Məcəllənin 376-cı maddəsinə əsasən məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulan tədbirlərin görülməsi nəticə vermədiyindən iddiaçının iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

14. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası Mülki Məcəllənin 43, 44, 49, 54; Əmək Məcəlləsinin 11, 68-76, 78-80; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 48-51, 76, 77, 80-82, 88, 106.2, 217.4, 220.5, 372, 385-390-cı maddələrinə istinadən hesab edir ki, apellyasiya şikayətinin sübuta yetirilməyən və işə aidiyyəti olmayan dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. İddiaçının iddia etdiyi hallara dair dəlillər sübuta yetirilmir və mənafeyinin pozulmasına birbaşa dəlalət edən qanunvericiliyin müddəalarına müvafiq təfsir edilməsi uyğunsuzluğu müəyyən edilmir. Qeyd edilənlərə görə, sübutetmə vəzifəsinə və apellyasiya baxışının hədləri baxımından tələbin təmin edilməsi üçün fərqli əsaslar aşkar edilmir.

15. Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə əsasən: 70.Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər:a) müəssisə ləğv edildikdə;b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə;c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə;ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda;d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda.72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir:a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi;b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması;ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. 186.1. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.186.2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək. 186.3. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır.186.4. İşəgötürənin bu maddədə nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilməsi onun işəgötürəni hesab edilən vəzifəli şəxs, müəssisənin mülkiyyətçisi, müəssisə dövlət mülkiyyətində olduqda isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. İşəgötürən inzibati və ya cinayət məsuliyyətinə qanunvericiliklə müəyyən edilmiş qaydada cəlb edilir. 16.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

17. Göründüyü kimi, əmək münasibətlərində iddiaçının qüsursuz fəaliyyəti aşkar edilməmiş və bunu Azərbaycan Respublikası Auditorlar Palatasının xx.xx.2025-ci il tarixli audit rəyi təsdiq edir. Belə ki, rəydə iddiaçı tərəfindən məqsədli səhv buraxma yolu ilə qəsdən yalan sənəd tərtib etməklə 8700 USD məbləğində saxta köçürmənin aparılmasına cəhd göstərilsə də əslində sonucda 7800 USD məbləğində köçürmə həyata keçirildiyi, kommersiya sirri sayılan bir neçə maliyyə məlumatlarının E.İsmayılova ötürülməsi qismən təsdiqləndiyi və hərəkətin intizam pozuntusu səviyyəsində qiymətləndirilə bildiyi qeyd edilmişdir. 18.Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(006)- 3318/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi (elektron məhkəmə informasiya sistemi) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar