Məhkəmə qərarları › İş №2(103)-5710/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5710/2020

19.08.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5710/2020 19.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənova Ülkər Təhmasib qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1516/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİN-nin Baş Mühafizə İdarəsinin xx.xx.2018-ci il tarixli Ə163-038-18 saylı nömrəli və xx xxxxxx 2018-ci il tarixli, Ə191-038-18 saylı əmrlərinin ləğv edilməsi və onun əvvəlki işinə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün orta əmək haqqının ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1516/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı apelyasiya şikayəti verərək, qeyd etmişdir ki, 2011-ci ildən etibarən Azərbaycan Respublikası DİN-nin Baş Mühafizə İdarəsinin Kürdəmir Rayonlararası Mühafizə Bölməsində MMX üzrə mühafizəçi vəzifəsində işləmişdir, işlədiyi bölmənin işçi sayı yetərsiz olduğu üçün, işçilər rəhbərlik tərəfindən 24 saat (fasiləsiz) məcburi xidmətə cəlb edilirdi, bu səbəbdən məzuniyyətə çıxan, icazə alan və digər səbəblərdən işdə olmayan işçilərin yerinə məhz digər işçilər postlara təyin olunurdu. İş vaxtından artıq görülən işə görə isə işçinin əmək haqqına əlavələr edilmirdi. Qeyd edilən səbəblərə görə, o və 31 nəfər mülki mühafizəçi göstərilən nöqsanların aradan qaldırılması üçün Azərbaycan Respublikasının dövlət qurumlarına kollektiv müraciət ünvanlamaq qərarına gəlmişlər. Bundan sonra tərtib edilən həmin müraciətdən narahatlıq keçirən BMİ xx.xx.2018-ci il tarixdə xidmət göstərdikləri postlarda Baş Mühafizə İdarəsinin XTŞ tərəfindən, qərəzli “gecə xidməti yoxlamaları’' (sonradan əmək müffəttişliyi tərəfindən onlara məlum olub ki, müqavilə ilə gecə xidməti aparmalı deyilmişlər) başlanılmış, həmin vaxt o, barəsində sonuncu xəbərdarlıq, şiddətli töhmət inzibati tənbeh tədbiri verildiyi barədə qeyri-rəsmi olaraq məlumat əldə etmişdir. Bundan sonra BMİ onun mülki mühafizəçiləri rəsmi dövlət orqanlarına əsasız kollektiv müraciət ünvanlamağa təhrik etməklə DİN-nin Mühafizə Xidmətinin nüfuzuna xələl gətirən hərəkətlərə yol verməsi əsası ilə onunla bağlanmış əmək müqaviləsini xx.xx.2018-ci il tarixli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv etmişdir. Hesab edir ki, əmr qanunvericiliyə ziddir. Belə ki, dövlət qurumlarına müraciət etmək onun konstitusion hüququdur. Göstərilənlərə əsasən, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8754/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1516/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçının həmin qətnamədən verdiyi kassasiya şikayəti Ali Məhkəmənin 2(102)147/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8754/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən apellyasiya baxışına qaytarılması qərara alınmışdır. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında iddiaçı apelyasiya şikayətini müdafiə edərək apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi V.Məmmədov apelyasiya şikayəti ilə razılaşmayaraq apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi: Mülki işdə olan xx xxxxxx 2018-ci il tarixli Azərbaycan Respublikası DİN-in Baş Mühafizə İdarəsinin rəisi polis general-mayoru Yaşar Əliyev tərəfindən təsdiq edilmiş rəyə əsasən, xx.xx.2018-ci il tarixdə BMİ-nin əməkdaşları tərəfindən Kürdəmir RMB-də xidmətin təşkili, aparılması və ona nəzarətin vəziyyəti yoxlanarkən bölmənin mülki mühafizəçisi Səbuhi Abbasovun təyin edildiyi postda yatdığı aşkar olunduğundan həmşinin xidməti fəaliyyətlərində yol verdiyi ciddi nöqsanlara görə bölmə rəisi, polis mayoru Samir Pənahov BMİ-nin xx.xx.2018-ci il tarixli Ə163-038-18 nömrəli əmri ilə ciddi intizam tənbehinə cəlb edilmişdir. İntizam tənbehinə cəlb olunmuş mülki mühafizəçi İddiaçı əsassız olaraq intizam məsuliyətinə cəlb edilməsi barədə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinə və DİN-in Apellyasiya Şurasına ünvanlandığı eyni məzmunlu müraciətlərinə baxılması nəticəsində İddiaçı göstərdiyi xüsusat təsdiqini tapmamışdır. Kürdəmir rayonlararası Mühafizə Bölməsində xidmətin təşkili, aparılması və ona nəzarət edilməsinin vəziyyətinin öyrənilməsinə dair Baş İdarənin rəis müavini Daşqın Mehdiyev tərəfindən təsdiqlənmiş xx.xx.2018-ci il tarixli arayışa əsasən BMİ-nin Xidmətin təşkili idarəsinin 2018-ci ilin 3-cü rüb iş planının 12-ci bəndinə əsasən cari ilin iyul ayının 6-da gecə saatlarında Kürdəmir Rayonlararası Mühafizə Bölməsində xidmətin təşkili, aparılması və ona nəzarət edilməsinin vəziyyətini öyrənmək məqsədi ilə qəfləti yoxlamalar keçirilmiş və Ağsu rayonunun ərazisində yerləşən Tarix Muzeyində mühafizəçi İddiaçı sayıqlığını itirərək yatdığı və üstəlik olaraq qrup rəhbərinin və yoxlayıcıların ona yaxınlaşmasına heç bir reaksiya vermədiyi və tutulan iradlara kobudcasına cavab verdiyi aşkar edilmişdir. Kürdəmir rayonlararası Mühafizə Bölməsi ilk həmkarlar təşkilatının iclasının 1 №-li protokoluna əsasən mühafizəçi İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə maaşlarının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı və xx.xx.2018-ci il tarixli sərəncamlarının mülki mühafizəçilərə şamil edilməsinə dair guya Baş Mühafizə idarəsi tərəfindən müvafiq əmrlərin verilməsi barədə işlədiyi hissənin mülki mühafizəçilərini rəsmi dövlət orqanlarına əsassız kollektiv müraciət ünvanlanmağa təhrik etmiş, bölmənin mülki mühafizəçisi Ramil Karmukovla həmin əsassız müraciətlərin aidiyyəti üzrə göndərilməsini təşkil etmişlər. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Mühafizə idarəsinin xx xxxx 2018-ci il tarixli Ə-163-038-18 № -li əmrinə əsasən BMİ-nin Xidmətin təşkili idarəsinin 2018-ci ilin 3-cü rüb iş planının 12-ci bəndinə əsasən xx.xx.2018-ci il tarixdə gecə saatlarında Kürdəmir (Ağsu) Rayonlararası Mühavizə Bölməsində xidmətin təşkili , aparılması, və ona nəzarət edilməsinin vəziyyətini öyrənmək məqsədi ilə keçirilmiş qəfləti yoxlama zamanı bir sıra ciddi nöqsanlar aşkar edilmişdir. Belə ki, Ağsu Rayon İcra Hakimiyyətində mühafizəçi İddiaçı sayıqlığını itirərək yatdığı və üstəlik olaraq qrup rəhbərinin və yoxlayıcıların ona yaxınlaşmasına heçbir reaksiya vermədiyi və tutulan iradlara kobudcasına cavab verdiyi aşkar edilmişdir. Azərbaycan Respublikası DİN-in xx.xx.2015- ci il tarixli 10 nömrəli qərarı ilə təsdiq olunmuş “Mülki mühafizə xidməti fəalliyyətinin təşkilinə dair Təlimat” ın tələblərini və əmək müqaviləsinin şərtlərini kobud surətdə pozaraq təyin olunduğu postda sayıqlığını itirərək yatmaqla obyektin etibarlı mühafizəsini təmin etmədiyinə görə İddiaçı AR Əmək məcəlləsinin 186-cı maddəsinin “b” bəndinə əsasən “sonuncu xəbərdarlıqla şiddətli töhmət” elan edilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Mühavizə idarəsinin Ə191- 038-18 №-li xx.xx.2018-ci il tarixli əmrinə əsasən BMİ-nin xx.xx.2018-ci il tarixli Ə163- 038-18 nömrəli əmri ilə qüvvədə olan “sonuncu xəbərdarlıqla şiddətli töhmət“ ciddi intizam tənbehindən nəticə çıxarmayaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə maaşlarının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı və xx.xx.2018-ci il tarixli sərəncamlarının mülki mühafizəçilərə şamil edilməsinə dair guya Baş Mühafizə idarəsi tərəfindən müvafiq əmrlərin verilməsi barədə işlədiyi hissənin mülki mühafizəçilərini rəsmi dövlət orqanlarına əsassız kollektiv müraciət ünvanlanmağa təhrik etməklə DİN-in Mühafizə xidmətinin nüfuzuna xələl gətirən hərəkətlərə yol verdiyinə görə Kürdəmir Rayonlararası Mühafizə Bölməsinin mülki mühafizəçisi İddiaçıla bağlanmış əmək müqaviləsi DİN-in Birləşmiş Həmkarlar Komitəsi ilə razılaşdırılmaqla Azərbaycan RespublikasıƏmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. Hüquqi dəyərləndirmə: AzərbaycanRespublikasıMülkiProsessualMəcəlləsinin 372.6-cımaddəsinəəsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərəəsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkıhalda məhkəməkollegiyasıAzərbaycanRespublikasıMPM-in 372.6cımaddəsinəəsasənbirinciinstansiyaməhkəməsininqətnaməsini iddiaçının şikayətinə münasibətdə tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək, iş materiallarını, apelyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, yeni qətnamə qəbul edilərək, iddiaçının iddiası qismən təmin edilməlidir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələbinə görə kasassiya qaydasında işə baxan məhkəmənin qərarında şərh olunan göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarında da müəyyən edilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi üçün məcburidir. Məhkəmə Kollegiyası hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının Qərarında qeyd edilmiş göstərişlər Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarında nəzərdə tutulmuş “qanuni hədlər daxilində” olduğundan, həmin göstərişlərlə razılaşaraq onları nəzərə alır. Belə ki, Ali Məhkəmə 2(102)147/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarıilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsini ləğv edərək qeyd etmişdir ki, Azərbaycan Respublikası DİN Baş Mühafizə İdarəsinin xx xxxxxx 2018-ci il tarixli əmri ilə iddiaçı işdən azad edilərkən onun tərəfindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində müəyyən olunmuş və işçi ilə əmək müqaviləsinin ləğv edilməsi üçün əsas verən pozuntuya yol verilməsi əsas göstərilmişdir. BMİ-nin xx xxxxxx 2018-ci il tarixli əmrindən görünür ki, iddiaçı BMİ-nin xx.xx.2018ci il tarixli əmri ilə qüvvədə olan “sonuncu xəbərdarlıqla şiddətli töhmət“ ciddi intizam tənbehindən nəticə çıxarmayaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə maaşlarının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı və xx.xx.2018-ci il tarixli sərəncamlarının mülki mühafizəçilərə şamil edilməsinə dair guya Baş Mühafizə idarəsi tərəfindən müvafiq əmrlərin verilməsi barədə işlədiyi hissənin mülki mühafizəçilərini rəsmi dövlət orqanlarına əsassız kollektiv müraciət ünvanlanmağa təhrik etməklə DİN-in Mühafizə xidmətinin nüfuzuna xələl gətirən hərəkətlərə yol vermişdir. Mülki iş materiallarında olan kollektiv müraciətdə 2016-cı il fevral və 2018-ci il mart aylarında olan əmək haqqı artımlarının Baş İdarə tərəfindən Ağsu manqası üzrə MMX əməkdaşlarına aid edilməməsi, mülki mühafizə işçilərinin 24 saat fasiləsiz xidmət aparması və Ağsu manqası üzrə MMX əməkdaşlarının işçi sayının yetərsiz olması qeyd edilmişdir. Cavabdeh görə iddiaçı işlədiyi hissənin mülki mühafizəçilərini rəsmi dövlət orqanlarına əsassız kollektiv müraciət ünvanlanmağa təhrik etməklə DİN-in Mühafizə xidmətinin nüfuzuna xələl gətirən hərəkətlərə yol vermişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsində əmək müqaviləsinə xitam verilməsinin əsasları müəyyən olunmuşdur. Həmin Məcəllənin 68-ci maddəsinə görə əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər və həmin əsaslardan biri də “tərəflərdən birinin təşəbbüsü” ilə əmək müqaviləsinin pozulmasıdır. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda, əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndinə görə əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisəsinin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndinə əsasən işçinin hərəkəti o zaman kobud pozuntu kimi qiymətləndirilə bilər ki, o, əmək fəaliyyəti zamanı kobud səhvə və hüquq pozuntusuna yol versin və nəticədə işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl dəymiş olsun. Hazırkı halda, iddiaçının digər əməkdaşlarla birlikdə yuxarı dövlət orqanlarına kollektiv müraciət göndərilməsinin məqsədi BMİ MMX-də olan əmək qanunvericiliyinin pozulması hallarının aradan qaldırılmasına və MMX əməkdaşlarının əmək haqlarının artırılmasına nail olmaqdan ibarət olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 16-cı maddəsinə görə Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Konstitusiyanın 57-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətdə yazılı cavab verilməlidir. Ali Məhkəmə qərarda qeyd etmişdir ki, iddiaçının ərizəsinə qanunun tələbi izah edilməklə cavab verilməli olduğu halda, işdən göründüyü kimi bu hüququndan (müraciət etmək) istifadə etməsinə görə o, tutduğu vəzifədən azad edilmişdir. Məhkəmə kollegiyası Ali Məhkəmənin mövqeyi ilə razılaşaraq hesab edir ki, işçinin hər hansı bir müraciətlə (istər əsaslı və istərsə də əsassız) işlədiyi müəssisənin tabe olduğu yuxarı orqana müraciət etməsi onun tərəfindən müəssisənin qanuni mənafeyinə ciddi xələl vurması kimi qiymətləndirilə bilməz. Belə ki, Əmək Məcəlləsinin 72-ci maddəsində müəyyən olunmuş hallar yalnız əmək vəzifələrinin icrası zamanı yol verildikdə işçinin işdən azad olunması üçün əsas verən kobud pozuntu kimi qiymətləndirilir. Müəyyən olunduğu kimi iddiaçının göndərdiyi kollektiv müraciət bilavasitə onun öz əmək vəzifələrini icra etməsi ilə bağlı olmamış, BMİ MMX-də olan əmək qanunvericiliyinin pozulması hallarının aradan qaldırılmasına və MMX əməkdaşlarının əmək haqlarının artırılmasına nail olmaqdan ibarət olmuşdur. Beləliklə yuxarıda qeyd olunanlardan müəyyən olunur ki, cavabdeh tərəfindən iddiaçının əmək müqaviləsinə xitam verilməsi əmək qanunvericiliyinin tələbləri pozulmaqla qəbul edildiyindən, iddiaçının apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iddia tələbi qismən təmin edilərək, Azərbaycan Respublikası DİN-nin Baş Mühafizə İdarəsinin xx xxxxxx 2018-ci il tarixli, Ə191-038-18 saylı əmri ləğv edilməli və iddiaçı məcburi iş buraxmağa görə işdən çıxarıldığı gündən qətnamə icra olunan günədək hər ay müvafiq əmək haqqı ödənilməklə, əvvəlki iş yerinə və vəzifəsinə bərpa olunmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi Azərbaycan Respublikası DİN-nin Baş Mühafizə İdarəsinin xx.xx.2018-ci il tarixli (iddia ərizəsində səhvən xx.xx.2018-ci il tarixli qeyd edilmiş), Ə163-038-18 saylı əmrinin, yəni iddiaçı barəsində “sonuncu xəbərdarlıqla şiddətli töhmət” elan edilməsi barədə əmrin ləğv edilməsi hissəsində iddiaçı tərəfindən əaslı sübutlar təqdim edilmədiyi üçün təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsini əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsində göstərilmişdir ki, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 300.1-ci maddəsində göstərilmişdir ki, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. İstinad olunan maddənin məzmunundan da görünür ki, iddia tələbindən asılı olmayaraq, əmək münasibətləri ilə bağlı məsələlərdə məhkəmə, iddiaçının hüquqlarının pozulduğunu müəyyən etdikdə, işçinin pozulmuş əmək hüquqlarını bərpa etməyə, hətta tələb olmadığı halda belə məcburi iş buraxmaya görə əmək haqqını tutmaqla, onu vəzifəsinə bərpa etməli, işçiyə iddiası üzrə dəymiş zərərin məbləği işəgötürən tərəfindən ödənilməlidir. Eyni zamanda həmin normanın məzmunundan da aydın olur ki, həmin normada nəzərdə tutulmuş tələb məhkəmənin vəzifəsi kimi müəyyən edilmiş və imperativ xarakter daşıyır. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, Azərbaycan Respublikası DİN-nin Baş Mühafizə İdarəsinin xx xxxxxx 2018-ci il tarixli, Ə191-038-18 saylı əmri ləğv edilməli, İddiaçı məcburi iş buraxmağa görə işdən çıxarıldığı gündən qətnamə icra olunan günədək hər ay müvafiq əmək haqqı ödənilməklə, o, əvvəlki iş yerinə və vəzifəsinə bərpa olunmalı, iddia tələbi qalan hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətitəmin olunsun. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1516/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qətnaməsi ləğv olunsun, iş üzrə yeni qətnamə qəbul edilsin və iddia qismən təmin edilsin. Azərbaycan Respublikası DİN-nin Baş Mühafizə İdarəsinin xx xxxxxx 2018-ci il tarixli, Ə191-038-18 saylı nömrəli əmri ləğv edilsin. İddiaçı məcburi iş buraxmağa görə işdən çıxarıldığı gündən qətnamə icra olunan günədək hər ay müvafiq əmək haqqı ödənilməklə, o, əvvəlki iş yerinə və vəzifəsinə bərpa olunsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:imza: Hakimlər:imzalar: Əsli ilə düzdür,Hakim İkram Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar