Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5714/2022 25.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və 4 saylı Bakı Cavabdeh3ndə Notariat Ofisinə (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi, Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu, Binəqədi rayonu X13 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: vəsiyyətnamənin etibarsız hesab edilməsi, iddiaçının vərəsəlik hüququnun tanınması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, 4 saylı Bakı Cavabdeh3ndə Notariat Ofisinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi, Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu, Binəqədi rayonu X13 cəlb edilməklə) «vəsiyyətnamənin etibarsız hesab edilməsi, iddiaçının vərəsəlik hüququnun tanınması tələbinə dair» mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, e-2(008)-2049/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 25 oktyabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Qazaxıstan Respublikasının Aktau şəhəri VVADQ şöbəsi tərəfindən verilmiş ******* nömrəli doğum haqqında şəhadətnaməyə əsasən İddiaçı xx.xx.1991-ci il tarixdə Qazaxstan Respublikası Mangistau vilayətinin Şevçenko şəhərində doğulmuşdur.
2. 988532 №-li doğum haqqında şəhadətnaməyə əsasən X8 xx.xx.1960-cı il tarixdə Bakı şəhərində doğulmuşdur.
3. İddiaçı və Efendiyeva Azadənin ataları X2r, anaları fərqli şəxslərdir olmaqla, İddiaçı və X8 ögey qardaş-bacıdırlar.
4. 291106 nömrəli nikahın pozulması haqqında şəhadətnaməyə əsasən X8 ilə X10 nikahları xx.xx.2018-ci il tarixdə Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən ləğv edilmişdir.
5. 450382 və 684105 nömrəli ölüm haqqında şəhadətnamələrə əsasən Efendiyeva Azadənin atası X5 xx.xx.2011-ci il, anası X9 xx.xx.2014-cü il tarixdə vəfat etmişlər.
6. X4 uşaqları olmamış, xx.xx.2022-ci il tarixdə «beyin damarlarının digər dəqiqləşdirilməmiş zədələnmələri» səbəbindən vəfat etmişdir. Azadə Efendiyevanın mülkiyyətində aşağıdakı əmlaklar olmuşdur: 1. ünvan 1; 2. Qusar şəhəri, Rəsulbəyov küçəsi, ev 74.
7. 4 saylı Bakı Cavabdeh3ndə Notariat Ofisinin notariusu Hacıyeva Hicran Qismət qızı tərəfindən xx.xx.2020-ci il tarixdə təsdiq edilmiş 2V-144 reyestr nömrəli vəsiyyətnaməyə əsasən X8 bütün əmlakını Cavabdeh2 vəsiyyət etmişdir. Həmin vəssiyətnamə hazır blankda X8 tərəfindən şəxsən tərtib edilmiş, notariusun iştirakı ilə şəxsən imza edilmiş, vəsiyyət edənin şəxsiyyəti müəyyən edilmiş, fəaliyyət qabiliyyəti yoxlanılmışdır.
8. Cavabdeh2 xx.xx.2022-ci il tarixdə X3 miras qalmış əmlakın qəbulu barədə 4 saylı Bakı Cavabdeh3ndə Notariat Ofisininə müracət etmiş, vərəsəlik işi açılmışdır.
9. İddiaçı bacısından miras qalmış əmlakların qəbul edilməsi ilə əlaqədar xx.xx.2022-ci il tarixdə 4 saylı Bakı Cavabdeh3ndə Notariat Ofisininə müracət etmişdir. Notarius Hacıyeva Hicran Qismət qızı xx.xx.2022-ci il tarixli, 204 №-li məktubunda X4 bütün əmlaklarını Cavabdeh2 vəsiyyət etdiyi bildirilmiş və İddiaçı məcburi payı olmadığı üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur.
10. X8 xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək X18 stasionar müalicədə olmuşdur. Həmin dövrə aid olan 3009 №-li xəstəlik tarixinə əsasən X4 huşu bir müddət ala-qaranlıq olsa da, sonradan huşu ayıq olmuşdur. xx.xx.2019-cu il tarixdə xəstə yaşadığı ərazi üzrə sahə nevropatoloqun nəzarəti altında evə yazılmışdır.
11. Bakı Şəhəri Baş Səhiyyə İdarəsi 20 saylı Şəhər Poliklinikasının baş həkimi Q.Rzayev tərəfindən 33 saylı vəkil börosuna ünvanlanmış xx.xx.2022-ci il tarixli, 37 nömrəli məktuba əsasən X8 20 saylı poliklinikada xx.xx.2019-cu il tarixdə «şəkərli diabet 2-ci tip, orta ağır forma» diaqnozu ilə dispanser qeydiyyatda olub, xx.xx.2019-cu il tarixdə «beyindaxili qansızma, beyin qan dövranı kəskin pozğunluğu, sağ yarımkürədə intra parinximatoz qansızma, spastik hemiplegiya sol tərəfli» diaqnozları ilə müddətsiz 1 dərəcəli əlillik təyin edilmişdir.
12. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi TƏBİB X22 Publik Şəxs tərəfindən 33 saylı vəkil börosunun müdiri Elxan Suleymanlıya (iddiaçının nümayəndəsi) göndərilmiş xx.xx.2022-ci il tarixli 914 №-li məktuba əsasən X8 xx.xx.2019cu il tarixdə X23 Stansiya Briqadasının müşayəti ilə X19 gətirilmiş, anamnestik məlumata əsasən xəstə bir neçə ay bundan əvvəl insult keçirmişdir. «Beyin qan dövranının pozulması, sağ yarımkürədə intraparenximatoz qansızma, hipertoniya xəstəliyi İİİ mərhələ, əsas xəstəlik – sol tərəfli hemiplegiya, yan xəstəlik – hipertonik angiopatiya, şəkərli diabet İİ tip, orta ağır forma» diaqnozu qoyulmuşdur. Həmin dövrü əhatə edən xəstəlik tarixinə əsasən X6 əsasən ürəyi ilə əlaqədar müalicə aparılmış və o, xx.xx.2019-cu il tarixdə yaşadığı ərazi üzrə sahə nevropatoloqun nəzarəti altında evə yazılmışdır.
13. X4 "xxxx" ASC-yə əmanət müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixdə 27000 manat, xx.xx.2019-cu il tarixdə 23000 ABŞ dolları yerləşdirmiş, ləğv prosesində olan Bankda sığorta hadisəsi baş verdikdən sonra X6 xx.xx.2022-ci il tarixdə 66738 manat kompensasiya ödənilmişdir. Azadə Efendiyeva xx.xx.2022-ci il tarixdə öldüyündən məhkəmə 2022-ci ili texniki səhv kimi qəbul etmiş və cavabdehin də izahatına əsasən tarixi xx.xx.2021-ci il kimi qəbul etmişdir.
14. İddiaçının vəkili E.Suleymanlının sorğusuna əsasən Medika Hospitalın həkimnevropatoloqu tərəfindən X4 xəstəlikləri fonunda öz hərəkətlərininin, qəbul edilən qərarların nəticələrini və ətrafda gedən prosesləri adekvat olaraq qavramaq imkanları haqqında rəy hazırlanmışdır. Həmin rəyə əsasən baş beyin damar xəstəlikləri koqnitiv funksiyaların pozğunluğuna gətirən amillər sırasındadır, koqnitivlik – dərk etmə və xarici informasiyaları mənimsəmək qabilliyyəti, diqqətlik, yadasalma, öyrənmə, yaradıcılıq, əsaslandırma, iradə, inam, düşüncə, davranış və sair pozğunduqdur, koqnitiv pozulmaların pozulma dərəcəsindən bilavasitə asılıdır, şəkərli diabet fonunda və mütəmadi müalicə olunmadığı təqdirdə xəstəlik əlamətlərinin şiddətlənməsi labüddür, bu zaman qeyd olunan pozuntular dərinləşir, yaddaşın kobud enməsi müşahidə olunur, xəstəliyin dərinliyindən və şiddətindən asılı olaraq xəstənin normal həyata qayıtması fərdiyyətə bağlıdır, ağırlaşdırıcı halların (xəstəliklərin) olması ilə sıx əlaqəlidir, koqnitiv pozuntular demensiyaya yol açdığı təqdirdə xəsətnin şüuru və davranışı pozulur, psixi statusun pozulması yaranır, bu halda xəstə öz hərəkətləri barədə şüurlu mühakimə yürydə bilmə imkanlarını itirir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
15. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bacısı X8 tərəfindən Cavabdeh2 adına qoyulmuş və 4 saylı Bakı Cavabdeh3ndə Notariat Ofisi tərəfindən reyestrdə 2V-144 nömrə ilə qeyd edilməklə təsdiq olunmuş xx.xx.2020-ci il tarixli vəsiyyətnamənin etibarsız hesab edilməsi, iddiaçının X3 miras qalmış Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsində yerləşən 20 nömrəli evin 20 nömrəli mənzilinə, Qusar şəhəri, Rəsulbəyov küçəsində yerləşən 74 saylı evə, Binəqədi rayonu X13 ərazi hüdudlarında yerləşən 350 m2 torpaq sahəsinə və ləğv prosesində olan "xxxx" ASC-də saxlanılan əmanət məbləğində dair vərəsəlik hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, bacısı X8 xx.xx.2022-ci il tarixdə «beyin damarlarının digər dəqiqləşdirilməmiş zədələnmələri» səbəbi ilə Bakı şəhərində ölmüşdür. Azadə Efendiyeva xx.xx.2017-ci il tarixdə nikaha daxil olmuş və xx.xx.2018-ci il tarixdə boşanmışdır. O, vəfat edərkən subay olmuş və onun heç bir övladı olmamışdır. Eyni zamanda, ataları X7, habelə Azadə Efendiyevanın anası X1 Efendiyevadan əvvəl vəfat etmişlər (Azadə Əfəndiyeva ilə anaları ayrı, ataları isə eyni olmuşdur). Beləliklə, Azadə Efendiyevanın birinci növbədə hər hansı vərəsəsi yoxdur. Azadə Efendiyevadan miras əmlaklar qalmışdır - Bakı şəhəri Nəsimi rayonu Cavadxan (Gəncə xanı) küçəsi ev 20 mənzil 20; Qusar şəhəri Rəsulbəyov küçəsi ev 74; Ləğv prosesində olan "xxxx" ASCdə olan əmanət; Binəqədi rayonu X13 ərazi hüdudlarında yerləşən 350 m2 torpaq sahəsi. İddiaçı bacısı X3 miras qalmış əmlaklara dair adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə əlaqədar 4 saylı Bakı Cavabdeh3ndə Notariat Ofisinə müraciət etmişdir. Lakin notariat ofisinin məktubunda bildirilmişdir ki, X8 xx.xx.2020-ci il tarixdə 2V-144 nömrəli vəsiyyətnamə ilə bütün əmlakını Cavabdeh2 vəsiyyət etmiş, sonuncu miras əmlakın qəbul edilməsi ilə əlaqədar notariat ofisinə müraciət etmişdir. Bu baxımdan ərizəsinin təmin edilməsindən imtina edilmiş və məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Hesab edir ki, həmin vəsiyyətnamə etibarsız hesab edilməli və bacısının miras qalmış əmlaklarına vərəsəlik hüququ tanımalıdır. Belə ki, Azadə Efendiyeva vəfat etməzdən bir müddət əvvəl ağır xəstəliyə düçar olmuş və bu səbəbdən «beyindaxili qansızma, beyin qan dövranının kəskin pozğunluğu, sağ yarımkürədə intra parinximatoz qansızma, spastik hemiplegiya sol tərəfli hemiplegiya» diaqnozu ilə əlaqədar, ona xx.xx.2019-cu il tarixdə İ dərəcəli əlillik təyin edilmişdir. Azadə Efendiyevanın sağlıq durumu o vəziyyətdə olmuşdur ki, ona kənar şəxsin qulluq etməsinə ehtiyac yaranmışdır. Bakıda yaşayan və daim bacısının yanında olmuş və onun qayğısına qalmış əmisi qızı Xavər Azadəyə qulluq etməyi Cavabdeh2 təklif etmişdir. Cavabdeh2, ona aylıq xidmət haqqı ödənilməsi şərtilə, Azadəyə qulluq etməyə razılaşmışdır. Cavabdeh2 Azadəyə qulluq etməyə başladıqdan sonra, ona hər ay xidmət haqqı Azadənin öz vəsaiti hesabına, habelə Azadənin keçmiş əri X14 (Azadə ilə boşanmış olsalar belə) tərəfindən ödənilmişdir. Sonradan, Cavabdeh2 nə iddiaçını, nə də Bakıda yaşayan digər qohumlarını məlumatlandırmadan Azadəni, xəstə vəziyyətində onun daimi yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsində yerləşən 20 nömrəli evin 20 saylı mənzilindən özünün yaşadığı Suraxanı rayonu Əmircan qəsəbəsində yerləşən mənzilə aparmışdır. Bundan sonra, Azadəni bütün qohumlarından təcrid etmişdir. Cavabdeh2 ilə hər dəfə əlaqə saxladıqda, Azadənin sağlıq durumu barədə düzgün məlumat verməkdən yayınmışdır. Hətta, Azadə vəfat edərkən heç kimə məlumat vermədən onu gizli Qusar rayonuna aparıb, orada yerləşən qəbristanlıqda dəfn etmişdir (baxmayaraq ki, Azadənin daimi yaşayış yeri Bakı şəhəri, Nəsimi rayonu olmuşdur). Azadənin vəfat etməsini isə heç kim bilməmiş, bu barədə məlumatı Qusar rayonunda yaşayan qohumları təsadüfən əldə etmişlər. Göründüyü kimi, Cavabdeh2 məqsədyönlü şəkildə onun əmlakını öz adına keçirmək niyyəti ilə, əvvəlcə onu öz yaşadığı mənzilə aparmış, sonradan onun sağlıq durumundan istifadə edərək, onun iradəsinə təsir etmiş və Azadəyə qulluq etməyə başladıqdan qısa müddət ərzində Azadənin adından öz adına vəsiyyətnamə rəsmiləşdirməyə nail olmuşdur. Bundan əlavə, Cavabdeh2 Azadənin sağlığında, yenə də onun mövcud vəziyyətindən istifadə edərək, Azadənin mülkiyyətində olan ünvan 1 ünvana qeydiyyata düşmüşdür. Xüsusilə vurğulamaq istəyir ki, xəstəliyi ilə əlaqədar bacısının vəziyyəti o səviyyədə olmuşdur ki, o, öz hərəkətlərinin mənasını başa düşmür və öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilmirdi. Bu mənada o, öz əmlakları ilə bağlı ümumiyyətlə, hər hansı vəsiyyətnamə qoya bilməzdi.
17. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx.xx.2022-ci il tarixli, e-2(008)-2049/2022 saylı qətnaməsi ilə (hakim Tahirə Əsədova) iddia tələbi rədd edilmişdir.
18. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 24.1, 25.1, 28.1, 28.8, 31.1, 1133.1, 1133.2, 1159.1.1, 1159.2, 1166, 1167, 1168, 1179.1, 1179.2, 1193.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri
19. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
20. Apellyasiya şikayətində göstərilmişdir ki, vəsiyyətnamənin etibarsız hesab edilməsinə dair yetərincə sübutların olmasına baxmayaraq birinci instansiya məhkəməsi təqdim edilmiş sübutları nəzərə almamışdır. İddiaçının məhkəmə-psixiatrik ekspertizası keçirilməsinə dair vəsatəti təmin edilməmişdir. Bundan başqa, məhkəmə əmanət müqavilələrində qeyd olunan məbləğlərlə bağlı halların araşdırılması üçün verilmiş vəsatəti təmin etməmişdir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
ç) Proses iştirakçılarının izahatı
22. Məhkəmə iclasında iştirak edən İddiaçı təmsilçisi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
23. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 təmsilçisi apellyasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
24. Maddə 25.1. Fiziki şəxsin mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir. Bütün fiziki şəxslərin mülki hüquq qabiliyyəti eyni dərəcədə tanınır.
25. Maddə 28.1. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir.
26. Maddə 28.8. Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər.
27. Maddə 31.1. Fiziki şəxs heç bir halda hüquq qabiliyyətindən məhrum edilə bilməz. Fiziki şəxsin hüquq qabiliyyəti və fəaliyyət qabiliyyəti yalnız qanunla müəyyənləşdirilmiş hallarda və qaydada məhdudlaşdırıla bilər.
28. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
29. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
30. Maddə 1159.1.1. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar.
31. Maddə 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar.
32. Maddə 1166. Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər.
33. Maddə 1167. Vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər.
34. Maddə 1168. Vəsiyyətnaməni şəxsən vəsiyyət edən tərtib etməlidir. Vəsiyyətnamənin nümayəndə vasitəsilə tərtibinə yol verilmir.
35. Maddə 1179.1. Vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir.
36. Maddə 1179.2. Notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın, notarius, notariusun olmadığı yerlərdə isə müvafiq icra hakimiyyəti orqanları təsdiqləsin.
37. Maddə 1193.1. Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
40. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
41. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
42. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
43. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
44. İddiaçı tərəfindən qətnamə tam mübahisələndirilərək onun ləğv edilməsi və iddianın təmin edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
46. İddiaçının apellyasiya şikayətinin birinci dəlili ondan ibarətdir ki, vəsiyyətnamənin etibarsız hesab edilməsinə dair yetərincə sübutların olmasına baxmayaraq, birinci instansiya məhkəməsi təqdim edilmiş sübutları nəzərə almamışdır.
47. Kollegiya qeyd edir ki, iddiaçının qeyd edilən dəlili əsassızdır. Belə ki, birinci instansiya məhkəməsi təqdim edilmiş sübutlara düzgün hüquqi qiymət vermişdir. İşin halları ilə müəyyən edilir ki, mərhum X8 vəsiyyətnaməni hazır blankda özü doldurmuş və notariusun işitrakı ilə şəxsən imzalamışdır. X8 məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilməmiş, onun üzərində qəyyum təyin edilməmişdir. X8 iki dəfə xx.xx.2019-cu və xx.xx.2019-cu il tarixdə xəstəxana tərəfindən yaşadığı ərazi üzrə sahə nevropatoloqun nəzarəti altında evə yazılmışdır. Birinci instansiya məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, X8 anlaqsız vəziyyətdə olmuş olsaydı, o, evə psixiatr nəzarəti altına yazılardı, psixiatra onun fəaliyyət qabiliyyəti ollmaması barədə qohumlarına və ya psixiatriya müəssisəsinə məhkəməyə müraciət etmək üçün tövsiyyə olunardı. Qeyd edildiyi kimi, X8 iki dəfə xx.xx.2019-cu və xx.xx.2019-cu il tarixlərdə, yəni artıq xəstələnəndən sonra, Banka əmanət yerləşdirmiş və xx.xx.2021-ci il tarixdə, yəni vəsiyyətnamədən sonra, həmin əmanəti çıxartmışdır. Göründüyü kimi, o, fəaliyyət qabiliyyətli şəxs kimi davranmışdır. Bundan başqa, notarius tərəfindən onun fəaliyyət qabiliyyəti yoxlanılmışdır.
48. İddiaçının apellyasiya şikayətinin ikinci dəlili ondan ibarətdir ki, məhkəməpsixiatrik ekspertizası keçirilməsinə dair, həmçinin əmanət müqavilələrində qeyd olunan məbləğlərlə bağlı halların araşdırılması üçün verilmiş vəsatət təmin edilməmişdir.
49. Kollegiya qeyd edir ki, iddiaçının qeyd edilən dəlili də əsassızdır. Çünki, vəsatətlər əsaslı olmamışdır. Birinci instansiya məhkəməsi iddiaçı tərəfin təqdim etdiyi Medika Hospitalın həkim-nevropatoloqu tərəfindən verilmiş rəyə düzgün qiymət verərək qeyd etmişdir ki, həmin rəy nəzəri xarakter daşıyır, xəstəliklərin tibbi ədəbiyyata istianadən ümumi gedişatını izah edir. Həmin rəydə də xəstənin normal həyata qayıtmasının fərdiyyətlə bağlılığı qeyd olunur. Hazırda həyatda olmayan şəxsin fərdiyyətini müəyyən etmək mümkün deyil.
50. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi aidiyyatı maddi hüquq normalarına istinad edərək, iddianı təmin etməməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur.
51. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-2049/2022 saylı iş üzrə 14 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.