Məhkəmə qərarları › İş №2(103)-5717/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5717/2023

04.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5717/2023 04.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Puplik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi idarəsinə qarşı torpaq sahəsinin ayrılması və torpaq sahəsindən istifadə faktının müəyyən edilməsi tələbinə dair ərizəsi ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), X4 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Puplik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi idarəsinə qarşı torpaq sahəsinin ayrılması və torpaq sahəsindən istifadə faktının müəyyən edilməsi tələbinə dair ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 19 iyun 2023-cü il tarixli, 2(010)-342/2023 nömrəli qərardadından ərizəçinin apellyasiyasının mümkünlüyünü yoxlayaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 Departamenti Bağlar Təsərrüfatının İctimai Birliyi tərəfindən 19 sentyabr 2005-ci il tarixli 8114 nömrəli müqaviləyə əsasən Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi ərazisində sahəsi 0,12 ha olan 45q nömrəli bağ sahəsinin ona ayrılmasına dair və həmin bağ sahəsindən istifadə edilməsinə dair hüquqi əhəmiyyəti olan faktın təsdiq edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir.

2. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 19 iyun 2023-cü il tarixli, 2(010)- 342/2023 nömrəli qərardadı ilə iş üzrə icraata xitam verilmişdir.

3. Ərizəçi qərardaddan şikayət verib, ləğv edilib, işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir.

4. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 07 iyul 2023-cü il tarixli, 2(010)- 342/2023 nömrəli qərardadına əsasən şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

Tətbiq edilən hüquq

5. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 361.3. Şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir; Maddə 363.1. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: 363.1.1-1. apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə; 363.1.2. Apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə; Maddə 363.2. Apellyasiya şikayətinin qaytarılması haqqında qərardad çıxarılır; Maddə 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir; Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər;

6. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununu: Maddə 8.5. İş üzrə icraata xitam verilməsi, iddianın baxılmamış saxlanılması və məhkəmə cərimələrinin qoyulması, müvəqqəti təminat tədbirinin tətbiqi və ya bundan imtina barədə qərardaddan şikayət verilməsinə görə 50 manat məbləğdə dövlət rüsumu ödənilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

7. İşdən müəyyən olunur ki, ərizəçi iş üzrə icraata xitam verilməsi barədə qərardaddan şikayət vermişdir və qanunvericiliyin tələbinə əsasən bu halda müvafiq məbləğdə dövlət rüsumu ödənilməlidir.

8. Belə ki, “Dövlət rüsumu haqqında” Qanunun 8.5-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi, iddianın baxılmamış saxlanılması və məhkəmə cərimələrinin qoyulması, müvəqqəti təminat tədbirinin tətbiqi və ya bundan imtina barədə qərardaddan şikayət verilməsinə görə 50 manat məbləğdə dövlət rüsumu ödənilməlidir.

9. Lakin, ərizəçi şikayətə dövlət rüsumunu əlavə etməmişdir.

10. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayət mülki prosessual qanunvericiliyin tələbləri pozulmaqla verildiyi və bu səbəbdən apellyasiyanın mümkünlüyü əsasları müəyyən olunmadığı üçün, qeyri-mümkün sayılmalı və iş materialları apellyasiya şikayətinin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.

11. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:

Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 19 iyun 2023-cü il tarixli, 2(010)- 342/2023 nömrəli qərardadından Ərizəçi verdiyi apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. İş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətdə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

HAKİMLƏR Fərrux Qasımov

Fuad Abdıyev

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar