Məhkəmə qərarları › İş №2(103)-5719/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5719/2025

05.11.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5719/2025 05.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi Bakı şəhəri 22 saylı notariat ofisini, Maraqlı şəxs2 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi maraqlı şəxs qismində cəlb etdiyi “hüquqi əhəmiyyətli faktın təsdiq edilməsi” barədə ərizəsinə dair mülki iş iş üzrə QƏTNAMƏSİ (açar sözlər: hüquqi əhəmiyyətli faktın təsdiq edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X5 ibarət tərkibdə, Quluzadə Jalə Vadət qızının katibliyi, Ərizəçi nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, Ərizəçi Bakı şəhəri 22 saylı notariat ofisini, Maraqlı şəxs2 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi maraqlı şəxs qismində cəlb etdiyi “hüquqi əhəmiyyətli faktın təsdiq edilməsi” barədə ərizəsinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(006)-3637/2025 nömrəli qətnaməsindən Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı Rusiya Federasiyası Stavropol vilayəti Şpakovskiy rayon VVADQ şöbəsi tərəfindən verilmiş İİİ-ДН seriyalı 596080 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx.xx.1936-cı il tarixdə Bakı şəhərində anadan olmuş X8 xx.xx.2020-ci il tarixdə Rusiya Federasiyası Stavropol vilayəti Mixaylovsk şəhəri Şpakovskiy rayonunda vəfat etmişdir. Rusiya Federasiyası Stavropol vilayəti Şpakovskiy rayon VVADQ şöbəsi tərəfindən verilmiş İ-ДН seriyalı 589160 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1911-ci il tarixdə Azərbaycan SSR Hadrut rayonu Xırmancıq kəndində anadan olmuş X3 xx.xx.2001-ci il tarixdə Rusiya Federasiyası Stavropol vilayəti Mixaylovsk şəhəri Şpakovskiy rayonunda vəfat etmişdir. Bakı şəhəri Dzerjinski (indiki Səbail) rayon VVADQ şöbəsi tərəfindən verilmiş 1720 nömrəli doğum haqqında şəhadənamənin surətindən görünür ki, X8 xx.xx.1936-cı il tarixdə Bakı şəhərində anadan olmuş və bu barədə xx.xx.1936-cı il tarixdə 216кз nömrə ilə qeyd aparılmışdır. Ərizəçi ilə X8 arasında xx.xx.1989-cu il tarixdə notarial qaydada təsdiq edilməklə bağlanmış borc müqaviləsinin surətindən görünür ki, Ərizəçi X6 10.000 rubl borc verməyi, X8 isə borcu 1 il ərzində qaytarmağı öz öhdəsinə götürmüşdür. Müqavilənin icra yeri Bakı şəhəri qeyd edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin Ərizəçi ünvanlanmış xx.xx.2025-cil tarixli məktubunda göstərilmişdir ki, ünvan 1tariat ofisində 27 aprel 1989-cu il tarixdə Д-4-832 reyestr nömrəli ilə təsdiq edilmiş müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi barədə arxivə məlumat daxil olmamışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 Saylı Bakı Ərazi İdarəsinin məhkəmənin xx.xx.2025-ci il tarixli sorğusuna cavab olaraq ünvanladığı xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Möhsün Sənani küçəsi, 5D saylı fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin məhkəmənin xx.xx.2025-ci il tarixli sorğusuna cavab olaraq ünvanladığı xx.xx.2025-ci il tarixli məktubu ilə ünvan 5 dair Maraqlı şəxs2 adına hazırlanmış texniki pasport təqdim edilmişdir. Texniki pasportun 1989-cu ilin yanvar ayına tərtib edilməsi göstərilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3600/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddia tələbi təmin edilərək, Ərizəçi ilə X8 arasında Bakı şəhəri, V.Kasparov küçəsi, ev 5D ünvanında yerləşən daşınmaz əmlakın alqı-satqısı üzrə müqaviləsinin bağlanmış hesab edilməsi və X6 məxsus olmuş Bakı şəhəri, V.Kasparov küçəsi, ev 5D ünvanında yerləşən daşınmaz əmlakına Ərizəçi mülkiyyət hüququnun tanınması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-932/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 oktyabr 2022-ci il tarixli, 2(006)-3600/2023 nömrəli qətnaməsindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastri və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı ərazi idarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli, 2(006)- 3600/2023 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin çıxarılması və iddiaçı Ərizəçi cavabdeh X2rşı “əqdin bağlanmış hesab edilməsi” barədə iddiasının rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsində icraat Ərizəçi ünvan 1tariat kontorunu, Maraqlı şəxs2 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsini maraqlı şəxs qismində cəlb etməklə “hüquqi əhəmiyyətli faktın təsdiq edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs2 Aleksandrovaya məxsus Bakı şəhərində 27 aprel 1989-cu il tarixdə bağlanmış müqaviləni Bakı şəhəri, V.Kasparov küçəsi, ev 5D ünvanında yerləşən daşınmaz əmlakın X7 aralarında bağlanmış borc müqaviləsinin daşınmaz əmlak barəsində bağlanması hüquqi faktının təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh 1989-cu il tarixdə məlum hadisələrlə əlaqədar yaşadığı ünvanı digər ailə üzvləri ilə birlikdə tərk etmişdir. Belə ki, daşınmaz əmlakla bütün işlər X6 həvalə edilmişdi. Bundan sonra Ərizəçi cavabdehin oğlu X4 Bakı şəhərində 27 aprel 1989-cu il tarixdə 22 saylı Bakı şəhəri dövlət notariat kontorunda reyestrdə D-4832 sayı ilə qeydə alınaraq bir il müddətinə on min rubl (doqovor zayma) müqaviləsi bağlayaraq həmin müqaviləni təsdiq etdirmişdir. Belə ki, müqavilə o dövr üçün verilən borcun cavabdeh tərəfindən geri qaytarılmasını həyata keçirmək qeyri-mümkün olduğundan, cavabdehin oğlu X8 borcu ödəmədiyi təqdirdə, öhdəliyi yaşadığı və istifadəsində olduğu Bakı şəhəri, V.Kasparov küçəsi, ev 5D ünvanında yerləşən daşınmaz əmlaka yönəldilməsi barədə şifahi razılaşmışlar. Habelə mövcud zaman ərzində hamıya bəlli olan müharibə olduğunu və daşınmaz əmlakının Maraqlı şəxs2 adına qeydiyyata alınmasını nəzərə almaqla 10 min rubl borc müqaviləsini yuxarıda qeyd olunan daşınmaz əmlakın alqı-satqısına görə bağlamışdılar. Müqavilənin şərtlərində təsbit olunduğu kimi öhdəlik Bakı şəhərində həyata keçirməli və Ərizəçi müqaviləni tutulma üçün təqdim etmək hüququna malikdir müddəaları cavabdehdən təhviltəslim aldıqları Bakı şəhəri, V.Kasparov küçəsi, ev 5D ünvanında yerləşən daşınmaz əmlakın alqı-satqı müqaviləsi üçün nəzərdə tutulmuşdur. Nəzərə çatdırır ki, ərizəçi həmin vaxtdan ailə üzvləri ilə birlikdə həmin ünvanda qeydiyyatda olmaqla yaşayırlar. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, maraqlı şəxs və ailə üzvlərinin, heç biri həyatda yoxdur və bununla əlaqədar ailə üzvləri olması barədə iddia ərizəsinə əlavə olunmuş sənədlərdə öz əksini tapır. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi (vəkili) Vəkil ərizənin məzmununa uyğun izahat verərək məhkəmədən ərizənin təmin edilməsini xahiş etmişdir. Həmçinin izahatında bildirmişdir ki, maraqlı tərəf olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri sorğulara məsuliyyətsiz yanaşır. 34 ildir ki, məsuliyyətsizliyi ucbatından vətəndaş o həddə gəlib çatıb. Zöhrə xanımın da ayağında problem var deyə gələ bilmədi, özündən başqa bir nəfər sübut edən şəxs yoxdur ki, gələcəkdə vərəsələri iddia qaldıra bilsin. Ona görə də 3 ildir məhkəmələrdədirlər. Maraqlı tərəfin əvvəlki icraat çərçivəsində şikayət vermələrinin əsas səbəbi məhz budur. Baxırlar ki, bu ev kimin adınadır, sonra apellyasiya şikayəti verirlər. Onun fikrincə gözləməməlidir ki, o qədər illər burda yaşayan ailə evsiz qalsın. Əvvəlki qətnamə maraqlı tərəfin xətirlərinə dəyib ki, onları niyə cəlb etməmişlər, halbuki 6 dəfə bildiriş göndərib cəlb etmişlər. Apellyasiya instansiyasında onlara 2 dəfə sübutları təqdim etmələri bildirilmişdir. 3-cü prosesdən sonra əlavə etdilər, şikayətlərinin əsası cavabdehin düzgün seçilməməsi idi. Yeganə səbəb budur. Avropa Məhkəməsininin mülkiyyət hüququ ilə bağlı mövqeyi odur ki, əgər əlaqəli olaraq vasitələrlə məqsədlər arasında mütənasib bir bağlılıq olmalıdır. Ailə üzvləri var, sonra ərini götürüb Saratova köçür. Aleksandr burda qalıb görür ki, vəziyyət gərgindir, bələdiyyə ilə razılaşırlar. Əgər xanım bilsə idi ki, evin qeydiyyatı anasının adınadır, onda tamam başqa cür olardı. Məhkəmə qərarları var ki, qanunun məqsədlərini həyata keçirmək üçün dövlət geniş səlahiyyətlərə malikdir. Ərizəçinin bu əmlak barəsində hüququ necə müəyyən olunmalıdır, pul verməyə məqsədi nə ola bilər. Bu adam buradan köçüb, sənəd də vermişdir ki, Sonya Aleksandrın anasıdır və anasının adından təmsil olunması bu o deməkdir ki, orada yaşayır ki, bu evi təhvil-təslim edə bilib. Ərizəçi məcburi köçkün deyildir, evi zəbt etməyibdir. Dövlət reyestrində qeydiyyat sənədlərində hüquq Aleksandrın anasının adınadır. Reyestr xidməti gözləyir ki, 2-3 ildən sonra yenidən problem olsun. Ya Zöhrə xanım ən azından faktı təsdiq etməlidir ki, bu borcu Sonyanın oğluna o niyyətlə vermişdir, əvəzli qaytarılmayan borcdur, bu borcu verəndə evin borc alanın anasının adına olmasını bilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, maraqlı şəxslər ünvan 1tariat kontorunun və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nümayəndələrinin məhkəmə iclasında iştirakları təmin edilməmişdir. İş üzrə maraqlı şəxs qismində göstərilmiş Maraqlı şəxs2 xx.xx.2001-ci ildə ölmüşdür. Məhkəmə işə maraqlı şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(006)-3637/2025 nömrəli qətnaməsi ilə Ərizəçi ünvan 1tariat kontorunu, Maraqlı şəxs2 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsini maraqlı şəxs qismində cəlb etdiyi “hüquqi əhəmiyyətli faktın təsdiq edilməsi” barədə ərizəsinin təmin edilməməsi qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, mübahisələndirilən fərdi yaşayış evinə münasibətdə Maraqlı şəxs2 hüquqları yalnız yaşayış evinin texniki göstəricilərini əks etdirən, lakin hüquqlarının qeydiyyatı üçün əhəmiyyət kəsb etməyən texniki pasportda qeyd edilmişdir, bu hal isə onun özünün belə həmin əmlaka münasibətdə hüquqlarının tam təsbiti üçün kifayət deyildir. Digər tərəfdən X1 Aşotoviçə həmin mənzil üzərində hər hansı səlahiyyətlərin icrasına dair etibarnamə verməmişdir. Ərizəçi bildirir ki, o, X8 ilə borc müqaviləsi bağlamış və aralarında şifahi razılaşmaya əsasən borcun təminatı kimi həmin ev göstərilmişdir. Lakin borc müqaviləsində borcun məcburi qaydada tələb edilməsi heç də şəxsin anasının hüquqlarının qeydə alındığı əmlakla bağlı tutulmanı nəzərdə tutmur. Borc müqaviləsi üzrə X8 öz öhdəliyini icra etmədiyindən ərizəçi hesab edir ki, daşınmaz əmlak üzərində onun mülkiyyət hüquqları tanınmalı və bu səbəbdən də X4 arasında bağlanmış borc müqaviləsinin daşınmaz əmlak barəsində bağlanması hüquqi faktının təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. X4 bağlanmış borc müqaviləsinin təminatı kimi anası olsa belə, başqa şəxs - Maraqlı şəxs2 məxsus daşınmaz əmlakın göstərilməsini məhkəmə ağlabatan hesab etmir. Tərəflər xx.xx.1989-cu ildə borc müqaviləsini notariat orqanında rəsmiləşdirdiyi zaman iradə ifadəsi olaraq və həmçinin həmin mənzilə A.Aşotoviçin hüquqları olmuş olsa idi, həmin mənzilin borc üzrə öhdəliyin təminatı olması barədə şərti daxil etməkdə sərbəst olmuşlar, lakin tərəflər arasında belə bir müqavilə şərti razılaşdırılmamışdır. Məhkəmə Ərizəçi ilə A.Aşotoviç arasında xx.xx.1989-cu ildə bağlanmış borc müqaviləsinin S.Aleksandrovnaya məxsus əmlaka dair bağlanması faktının hüquqi əhəmiyyətli fakt olaraq müəyyən edilməsi üçün əsaslar müəyyən etmir. Yekunda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə öz mövqeyini xx.xx.2000-ci il tarixə qədər qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43, 228, 230-cu maddələrinə, xx.xx.2000-ci il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 139.1, 144.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 217.2, 217.4, 305.1.1, 307.1, 308, 310.1, 311-ci maddələrinə, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 №-li 12 aprel 2019-cu il tarixli Qərarına, “R.Cavadov və digərlərinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 18 may 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2007-ci il tarixli Qərarına, “Ə.Ə.Nəsibovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Ərizəçi qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(006)-3637/2025 nömrəli qətnaməsinin ləğv edilməsini, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiṣ etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Ərizəçi Bakı şəhəri 22 saylı dövlət ofisini, Maraqlı şəxs2 və Azərbaycan Respublika Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsini maraqlı şəxs qismində cəlb etməklə “hüquqi əhəmiyyətli faktın təsdiq edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs2 məxsus Bakı şəhərində 27 aprel 1989-cu il tarixdə bağlanmış müqaviləni Bakı şəhəri, V.Kasparov küçəsi, ev 5D ünvanında yerləşən daşınmaz əmlakın X4 aralarında bağlanmış borc müqaviləsinin daşınmaz əmlak barəsində bağlanması hüquqi faktının təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh 1989-cu il tarixdə məlum hadisələrlə əlaqədar yaşadığı ünvanı digər ailə üzvləri ilə birlikdə tərk etmişdir. Belə ki, daşınmaz əmlakla bağlı bütün işlər X6 həvalə edilmişdir. Bundan sonra Ərizəçi cavabdehin oğlu X4 Bakı şəhərində 27 aprel 1989-cu il tarixdə 22 saylı Bakı şəhəri dövlət notariat kontorunda reyestrdə D-4832 sayı ilə qeydə alınaraq bir il müddətinə on min rubl (doqovor zayma) müqaviləsi bağlayaraq həmin müqaviləni təsdiq etdirmişdir. Belə ki, müqavilə o dövr üçün verilən borcun cavabdeh tərəfindən geri qaytarılmasını həyata keçirmək qeyri-mümkün olduğundan, cavabdehin oğlu X8 borcu ödəmədiyi təqdirdə, öhdəliyi yaşadığı və istifadəsində olduğu Bakı şəhəri, V.Kasparov küçəsi, ev 5D ünvanında yerləşən daşınmaz əmlaka yönəldilməsi barədə şifahi razılaşmışlar. Habelə mövcud zaman ərzində hamıya bəlli olan müharibə olduğunu və daşınmaz əmlakının Maraqlı şəxs2 adına qeydiyyata alınmasını nəzərə almaqla 10.000 rubl borc müqaviləsini yuxarıda qeyd olunan daşınmaz əmlakın alqı-satqısına görə bağlamışdılar. Müqavilənin şərtlərində təsbit olunduğu kimi öhdəlik Bakı şəhərində həyata keçirməli və Ərizəçi müqaviləni tutulma üçün təqdim etmək hüququna malikdir müddəaları cavabdehdən təhvil-təslim aldıqları Bakı şəhəri, V.Kasparov küçəsi, ev 5D ünvanında yerləşən daşınmaz əmlakın alqı-satqı müqaviləsi üçün nəzərdə tutulmuşdur. Nəzərə çatdırır ki, həmin vaxtdan ailə üzvləri ilə birlikdə həmin ünvanda qeydiyyatda olmaqla yaşayırlar. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, maraqlı şəxs və ailə üzvlərinin, heç biri həyatda yoxdur və bununla əlaqədar ailə üzvləri olması barədə iddia ərizəsinə əlavə olunmuş sənədlərdə öz əksini tapır. Daha sonra ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin məhkəmənin xx.xx.2025-ci il tarixli sorğusuna cavab olaraq ünvanladığı xx.xx.2025-ci il tarixli məktubu ilə ünvan 5 dair Maraqlı şəxs2 adına hazırlanmış texniki pasport təqdim edilmişdir. Texniki pasportun 1989-cu ilin yanvar ayına tərtib edilməsi göstərilmişdir. Nəsimi Rayon Məhkəməsi tərəfin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq müəyyən etdi ki, mübahisələndirilən fərdi yaşayış evinə münasibətdə Maraqlı şəxs2 hüquqları yalnız yaşayış evinin texniki göstəricilərini əks etdirən, lakin hüquqların qeydiyyatı üçün əhəmiyyət kəsb etməsi texniki pasportda qeyd edilmişdir, bu hal isə onun özünün belə həmin əmlaka münasibətdə hüquqlarının tam təsbiti üçün kifayət deyil. Digər tərəfdən X1 Aşotoviçə həmin mənzil üzərində hər hansı səlahiyyətlərin icrasına dair etibarnamə verməmişdir. Ərizəçi bildirir ki, o, X8 ilə borc müqaviləsi bağlamış və aralarında şifahi razılaşmaya əsasən borcun təminatı kimi həmin ev göstərilmişdir. Lakin borc müqaviləsində borcun məcburi qaydada tələb edilməsi heç də şəxsin anasının hüquqlarının qeydə alındığı əmlakla bağlı tutulmanı nəzərdə tutmur. Borc müqaviləsi üzrə X8 öz öhdəliyini icra etmədiyindən ərizəçi hesab edir ki, daşınmaz əmlak üzərində onun mülkiyyət hüquqları tanınmalı və bu səbəbdən də X4 arasında bağlanmış borc müqaviləsinin daşınmaz əmlak barəsində bağlanması hüquqi faktının təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. X4 bağlanmış borc müqaviləsinin təminatı kimi anası olsa belə, başqa şəxs - Maraqlı şəxs2 məxsus daşınmaz əmlakın göstərilməsini məhkəmə ağlabatan hesab etməyib. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanına əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi ṣəxsin 1 saylı Bakı Ərazi İdarəsinin məhkəmənin xx.xx.2025-ci il tarixli sorğusuna cavab olaraq ünvanladığı xx.xx.2025-ci il tarixli məktubu ilə ünvan 5 dair Maraqlı şəxs2 adına hazırlanmış texniki pasport təqdim edilmişdir. Lakin məhkəmə Bakı şəhəri, Nəsimi rayonu, Möhsün Sənani küçəsi, 5D saylı fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilmədiyini qeyd etmişdir. Belə ki, xx.xx.1989-ci il tarixdə tərtib olunan texniki pasport mülkiyyət hüququnun qeydiyyata alınması üçün əsasdır. Halbuki Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3600/2023 saylı qətnaməsindən verilən apellyasiya şikayətində də bu fakt öz əksini tapmışdır. Yaşayış və bağ evlərinə dair texniki inventarlaşdırma orqanları tərəfindən 2001ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasportlar (müvafiq tikililərin yerləşdiyi həyətyanı torpaq sahələrinin ölçüsü göstərildiyi halda. Mülki Məcəllənin 146-cı maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3600/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddia tələbi təmin edilərək, Ərizəçi ilə X8 arasında Bakı şəhəri, V.Kasparov küçəsi, ev 5D ünvanında yerləşən daşınmaz əmlakın alqı-satqısı üzrə müqaviləsinin bağlanmış hesab edilməsi və X6 məxsus olmuş Bakı şəhəri, V.Kasparov küçəsi, ev 5D ünvanında yerləşən daşınmaz əmlakına Ərizəçi mülkiyyət hüququnun tanınması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024cü il tarixli, 2(103)-932/2024 nömrəli qətnaməsindən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 oktyabr 2022-ci il tarixli, 2(006)-3600/2023 nömrəli qətnaməsindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi ṣəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli, 2(006)-3600/2023 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin çıxarılması və iddiaçı Ərizəçi cavabdeh X2rşı “əqdin bağlanmış hesab edilməsi” barədə iddiasının rədd edilməsi qət edildiyi qeyd edilsə də, qətnamənin hansı səbəblə rədd edilməsini qeyd etməmişdir. Halbuki məhkəmə bu xüsusatlardan məlumatlı idi. Mübahisəli mülkiyyət X6 yox, onun anası Maraqlı şəxs2 məxsusdur. Onun dövlətinə və xalqına qarşı müharibə aparan yağı düşmənin oğlu ilə 27 aprel 1989-cu il tarixdə 22 saylı Bakı şəhəri dövlət notariat kontorunda reyestrdə D-4832 sayı ilə qeydə alınaraq bir il müddətinə 10.000 rubl (doqovor zayma) müqaviləsi bağlayır. Ona görə də Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(006)-3637/2025 nömrəli qətnaməsinin ləğv edilməsi, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiṣ olunur. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında Ərizəçi nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayətini müdafiə edib, şikayətin məzmununa uyğun izahat verib, şikayətin təmin olunmasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə maraqlı şəxslər Bakı şəhəri 22 saylı notariat ofisinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə rəsmi qaydada məlumat verilmiş, lakin maraqlı şəxslər nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Bakı şəhəri 22 saylı notariat ofisi ərizə ilə müraciət edərək məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə maraqlı şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan SSR Mülki Məcəlləsi (xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş) Maddə 73. Hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) üç il, dövlət təşkilatlarının, kolxozların və kooperativ və sair ictimai təşkilatların bir-birinə olan iddiaları üzrə isə bir il müəyyən edilir. Maddə 77. İddia müddəti tərəflərin bildirməsindən asılı olmayaraq, məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi tərəfindən tədbiq olunur. Maddə 78. İddia müddətinin axımı iddia hüququ əmələ gələn gündən başlanır; iddia hüququ, şəxsin öz hüququnun pozulmasını bildiyi və ya bilməli olduğu gündən əmələ gəlir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 305.1.1. Məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Maddə 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.1. şəxslərin qohumluq münasibətlərinin; 307.2.2. şəxsin öhdədə olması faktının; 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; 307.2.5. şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının; 307.2.6. mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının; 307.2.7. bədbəxt hadisə faktının; 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; 307.2.9. mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin; 307.2.10. atalığın etiraf olunması faktının; 307.2.10-1. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının; Maddə 307.2.11. qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 310.1. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı xx.xx.2019-cü il tarixli, 3 nömrəli Qərarı: Bənd 1.2. Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Bənd 7. Azərbaycan Respublikası MPM-nin 307.2.6-cı maddəsinə əsasən mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmə və onun barəsində sərəncam vermə faktı məhkəmə qaydasında o vaxt müəyyən edilə bilər ki, özünü daşınmaz əmlakın mülkiyyətçisi hesab edən şəxs həmin əmlakın ona məxsus olduğunu təsdiq edən hüquqmüəyyənedici sənədləri itirmiş olsun və yaxud bu sənədlərin məhkəmədən kənar qaydada bərpası mümkün olmasın. Bənd 7.1. Məhkəmələrə tövsiyə olunur ki, mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə və onun üzərində sərəncam vermək faktını müəyyən etməzdən əvvəl daşınmaz əmlakın hüquqi vəziyyətinə, məqsədli təyinatına və sair aydınlıq gətirilməli, daşınmaz əmlakın mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınıbalınmadığı aydınlaşdırılmalıdır. Bənd 7.2. Məhkəmələrə izah edilsin ki, özbaşına tikililər, istismara qəbul edilməmiş tikililər, qurğular, eləcə də başqasının adına qeydə alınmış tikililər üzərində sahiblik faktının, həmçinin avtonəqliyyat vasitələri və digər daşınar əmlak üzərində sahiblik, istifadə, sərəncam faktının müəyyən edilməsi barədə ərizələrə məhkəmələr tərəfindən xüsusi icraat qaydasında baxıla bilməz. Belə tələblərə məhkəmələr tərəfindən iddia icraatı qaydasında baxılmalıdır. Bənd 13. Məhkəmələr nəzərə alsınlar ki, məhkəmə qaydasında müəyyən edilən hüquqi əhəmiyyətli faktların siyahısı qanunla məhdudlaşdırılmamışdır. Azərbaycan Respublikası MPM-in 307.2.11-ci maddəsində qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi də nəzərdə tutulmuşdur. Belə faktlar müəyyənləşdirilərkən müvafiq olaraq həmin münasibətləri tənzimləyən qanunvericilik normalarına ciddi riayət edilməsi və belə faktların məhkəmədən kənar qaydada nizamlanmasını nəzərdə tutan şərtlərə əməl edilibedilməməsi sübutlarla təsdiq olunmalıdır. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı işdə ərizə təmin edilmədiyindən, apellyasiya şikayətində qətnamə iş üzrə ərizəçi tərəfindən bütövlükdə mübahisələndirildiyindən, qətnamənin əsaslığı bütövlükdə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası ərizəçinin nümayəndəsini (vəkilini) dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mülki işdən müəyyən olunur ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-932/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 oktyabr 2022-ci il tarixli, 2(006)-3600/2023 nömrəli qətnaməsindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastri və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı ərazi idarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli, 2(006)-3600/2023 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin çıxarılması və iddiaçı Ərizəçi cavabdeh X2rşı Bakı şəhəri, Nəsimi rayonu, Möhsün Sənani küçəsi, 5D saylı fərdi yaşayış evinə dair əqdin bağlanmış hesab edilməsi barədə iddiası rədd edildikdən sonra, ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırkı mülki iş üzrə gəldiyi nəticə ilə razılaşaraq apellyasiya ṣikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, Ərizəçi X8 ilə xx.xx.1989-cu il tarixdə notarial qaydada təsdiq edilməklə bağladığı borc müqaviləsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmiş, qanuni qüvvəsini alan məhkəmə aktı ilə hər hansı bir şəxsin xüsusi mülkiyyətində olmadığı müəyyən edilmiş Bakı şəhəri, Nəsimi rayonu, Möhsün Sənani küçəsi, 5D saylı fərdi yaşayış evinin barəsində bağlanmasını hüquqi əhəmiyyətli fakt olaraq müəyyən edilməsini xahiş edir. Kollegiya qeyd edir ki, məhkəmə qaydasında müəyyən edilən hüquqi əhəmiyyətli faktların siyahısı qanunla məhdudlaşdırılmamışdır. Azərbaycan Respublikası MPM-in 307.2.11-ci maddəsində qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi də nəzərdə tutulmuşdur. Göründüyü kimi borc müqaviləsinin tərəfləri notarial qaydada təsdiq olunmuş borc müqaviləsi bağladıqları kimi, mülki hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olmuş mülki qanunvericiliklə müəyyən edilən qaydada, evə dair hüquqlar qeydiyyata alındıqdan sonra alqı-satqı, borcun qaytarılması ilə bağlı təminat üsulunu müəyyən edən müqavilələr də bağlaya bilərdilər. Qeyd olunan borc müqaviləsində isə müqavilənin predmetinin daşınmaz əmlak deyil, daşınar əmlak (pul) olması aydın qeyd edilmişdir. Bundan başqa Ərizəçi X8 ilə xx.xx.1989-cu il tarixdə bağladığı borc müqaviləsinə istinad edib borcun geri qaytarılması tələbini belə irəli sürmək üçün hüququnu itirmişdir. Belə ki, borc müqaviləsinin bağlandığı vaxt qüvvədə olmuş Azərbaycan SSR Mülki Məcəlləsinin (xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş) 73-cü maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) üç il, dövlət təşkilatlarının, kolxozların və kooperativ və sair ictimai təşkilatların bir-birinə olan iddiaları üzrə isə bir il müəyyən edilir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən, iddia müddəti tərəflərin bildirməsindən asılı olmayaraq, məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi tərəfindən tədbiq olunur. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən iddia müddətinin axımı iddia hüququ əmələ gələn gündən başlanır; iddia hüququ, şəxsin öz hüququnun pozulmasını bildiyi və ya bilməli olduğu gündən əmələ gəlir. Kollegiya tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Ərizəçi X8 ilə xx.xx.1989-cu il tarixdə notarial qaydada təsdiq edilməklə bağladığı borc müqaviləsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmiş Bakı şəhəri, Nəsimi rayonu, Möhsün Sənani küçəsi, 5D saylı fərdi yaşayış evinin barəsində bağlanmasının hüquqi əhəmiyyətli fakt olaraq müəyyən edilməsi isə qeyri-mümkündür. İstinad olunanlara əsasən kollegiya hesab edir ki, ərizəçi tərəfindən mübahisələndirilən məhkəmə aktı şikayət verilə bilən hüquq pozuntusuna əsaslanmadığından apellyasiya şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanmalıdır. Belə ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə əsasən, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vemə hüququndan sui-istifadə edilmiş hesab edilərsə qəbul olunmayan elan edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(006)-3637/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği ərizəçinin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına ərizəçi tərəfindən kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar