Məhkəmə qərarları › İş №2(103)-5725/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5725/2021

22.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5725/2021 22.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, İkram Sabir oğlu Şirinov və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkil X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı icarə müqaviləsinə xitam verilməsi, icarə haqqının cavabdehdən tutulması və cavabdehin çıxarılması tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-326/2021 saylı 16.03.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, Bakı şəhəri, Səbail rayonu, Böyük Qala küçəsindəki 40 saylı evin, 1 saylı mənzilinə dair İddiaçı ilə Cavabdeh arasında bağlanmış 18 mart 2020-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi, Cavabdeh 36.000 manat əsas borc, 1800 manat (gecikdirilmiş vaxt üçün illik 5%) və ödənilmiş 30 (otuz) manat dövlət rüsumun cavabdehdən alınaraq İddiaçı verilməsi, Cavabdeh Səbail rayonu, Böyük Qala küçəsindəki 40 saylı evin, 1 saylı mənzilindən əşyaları ilə birlikdə çıxarılaraq İddiaçı təhvil verilməsi qət edilmişdir. İş materiallarından görünür ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xüsusi mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Böyük Qala küçəsindəki 40 saylı evin 1 saylı mənzilə dair Cavabdeh ilə 18 mart 2020-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi, 24000 manat məbləğində icarə haqqının ödənilməsi, ona məxsus olan Bakı şəhəri, Səbail rayonu, Böyük Qala küçəsindəki 40 saylı evin 1 saylı mənzildən cavabdehin əşyaları ilə birlikdə çıxarılması, mənzilin ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı dəqiqləşmə ərizəsi verərək xüsusi mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Böyük Qala küçəsindəki 40 saylı evin 1 saylı mənzilə dair Cavabdeh ilə 18 mart 2020-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi, 33000 manat məbləğində icarə haqqının ödənilməsi, ona məxsus olan Bakı şəhəri, Səbail rayonu, Böyük Qala küçəsindəki 40 saylı evin 1 saylı mənzildən cavabdehin əşyaları ilə birlikdə çıxarılması, mənzilin ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı dəqiqləşmə ərizəsi verərək xüsusi mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Böyük Qala küçəsindəki 40 saylı evin 1 saylı mənzilə dair Cavabdeh ilə 18 mart 2020-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi, 36000 manat məbləğində icarə haqqının, 1800 manat (gecikdirilmiş vaxt üçün illik 5%) və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən tutulması və ona məxsus olan Bakı şəhəri, Səbail rayonu, Böyük Qala küçəsindəki 40 saylı evin 1 saylı mənzildən cavabdehin əşyaları ilə birlikdə çıxarılması, mənzilin ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə aralarında 18 mart 2020-ci il tarixdə bağlanılmış icarə müqaviləsinin şərtlərinə əsasən xüsusi mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Böyük Qala küçəsindəki 40 saylı evin 1 saylı mənzil cavabdehə icarəyə verilmiş, icarə müddəti 18 mart 2023-cü il tarixədək, aylıq icarə haqqı isə 3000 manat məbləğində müəyyən edilmişdir. İcarə obyekti 18 mart 2020-ci il tarixdən Cavabdeh təhvil verilməsinə və təhvil verilməsindən artıq səkkiz ay müddətinin keçməsinə baxmayaraq, cavabdeh tərəfindən bu günə qədər icarə haqqından hər hansı ödəniş olmayıb. Cavabdeh həm şifahi, həm də yazılı qaydada edilmiş xəbərdarlıqlara baxmayaraq, cavabdeh öhdəliklərini yerinə yetirməyib. Qeyd olunanları nəzərə alıb iddianın təmin edilməsi xahiş olunmuşdur. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi yuxarıda göstərilən qaydada təmin olunmuşdur. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-326/2021 saylı 16.03.2021-ci il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işi tam hərtərəfli araşdırmamış, onun iştirakını təmin etməməklə maddi hüquq normaları pozulmuşdur. Bu və digər əsasları gətirərək apellyasiya şikayətinin təmin olunması xahiş olunmuşdur. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh kollegiyanın iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, şikayəti qəbul etməyərək təmin olunmamasını xahiş edən iddiaçının nümayəndəsini-vəkilı dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, Səbail rayon Məhkəməsinin 2(009)-326/2021 saylı 16.03.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İşin hallarından görünür ki, tərəflər arasında kicarə müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. İş materiallarında olan RX seriyalı, ******* saylı ƏMDK yanında DƏDRX-nin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışından görünür ki, Bakı şəhəri, Səbail rayonu, Böyük Qala küçəsindəki 40 saylı evin 1 saylı mənzil X2 adına xüsusi mülkiyyət hüququ ilə adına 09.09.2015-ci il tarixdə qeydiyyatdan keçmişdir. İş materiallarında olan AZE seriyalı, 17628999 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan 18.03.2020-ci il tarixli icarə müqaviləsindən görünür ki, İddiaçı Bakı şəhəri, Səbail rayonu, Böyük Qala küçəsindəki 40 saylı evin 1 saylı mənzili 18.03.2023-cü il tarixədək aylıq icarə haqqı 3000 manat olmaqla icarəyə götürmüşdür Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayə müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Azərbaycan Respublikası “İcarə haqqında” qanunun 1-ci maddəsinə əsasən icarə əmlaka, torpağa və digər təbii ehtiyatlara müqavilə əsasında, əvəzi ödənilməklə müddətli sahib olmaq və bundan istifadə etməkdir. Qanunun 7-ci maddəsinə əsasən icarəyəverənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənəd icarə müqaviləsidir. Həmin Qanun 13-cü maddəsinə əsasən icarə müqaviləsi şərtlərinin dəyişdirilməsinə, onun pozulmasına və xitam verilməsinə Azərbaycan Respublikası Mülki Məcəlləsinə və digər normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada, habelə tərəflərin razılığı ilə yol verilir. Tərəflərdən biri müqavilə şərtlərini pozduğu halda o biri tərəfin tələbi ilə icarə müqaviləsi məhkəmənin qərarına əsasən pozula bilər. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24.12.2014-cü il tarixli Qərarında qeyd edilir ki, “Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir.” Konstitusiya Məhkəməsi Plenumunun həmin Qərarına əsasən, “Pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən MM-in 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır.” Tərəflər arasında bağlanan 18.03.2020-ci il tarixli icarə müqaviləsinin 7-ci maddəsinə əsasən müqavilənin ləğv edilməsi tərəflərin bir ay qabaqcadan yazılı ərizəsinə müvafiq olaraq həyata keçirilir. İş materialında olan 02.10.2020-ci il tarixli bildirişdən görünür ki, İddiaçı Cavabdeh xəbərdarlıq ünvanlayaraq mənzilin boşaldılmasını tələb edib. Səbəb kimi isə müqavilənin şərtlərinin pozulması göstərilib. Azərbaycan Respublikası MMP-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MMP-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsinin ləğv edilməsi hüquqi əsaslar vermir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhər Səbail rayon Məhkəməsinin hazırkı iş üzrə 16 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar