Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5728/2020 27.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-660/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 6278 manatın və ödənilmiş 30 manat dövlət rüsumu əvəzi, cəmi 6308 manatın alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qiyabi qətnaməsi ilə iddianın təmin olunması qət edilmişdir. Cavabdeh qiyabi qətnamənin ləğvinə dair ərizə vermişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə həmin məhkəmənin xx.xx.2020-ci il tarixli qiyabi qətnaməsi ləğv edilmiş və işə mahiyyəti üzrə baxılması qərara alınmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-660/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilib iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini belə əsaslandırmışdır ki, İddiaçı mərhum X1 bacısının yoldaşı kimi restorana gəlib gedən digər qohumları kimi tanıyıb. O, iddiaçıdan özü üçün kredit almaq üçün kredit təşkilatı qarşısında zamin olmasını xahiş etməyib.Belə ki, 2015-ci ilin iyul ayında mərhum X2 bildirdi ki, ona pul lazım olduğundan kredit təşkilatından kredit götürmək istəyir. Bu barədə sonradan adını bildiyi BOKT “xxxx” MMC-nin Bakı filialı ilə danışmışdır. Lakin H.Quliyev öz adına kredit götürə bilmədiyindən kreditinonun adına sənədləşdirilməsinə razılıq verməyi xahiş etmişdir. X4 eyni zamanda bildirdi ki, krediti hər ay özü qaytaracaqdır və bu barədə narahatçılıq olmayacaqdır. Cavabdeh uzun müddət X4i tanıdığından və onun işçisi olduğundan, eləcə də Habilə inandığından etiraz etməyib və onunla BOKT “xxxx”MMC-nin Bakı filialına gedib. Habil MMC-nin nümayəndələri ilə razılaşdıqdan sonra xx xxxx 2015-ci il tarixdə MMC ilə onun arasında L-BK-0038354 saylı kredit müqaviləsi bağlanmış və Habil onun adına 4700 ABŞ dolları kredit götürmüşdür. Habil pulu götürdükdən sonra Cavabdeh aylıq kredit borclarının mütəmadi olaraq tərəfindən verildiyini bildirmişdir. Kredit borclarının mütəmadi olaraq Habil tərəfindən ödənildiyini həmin bankın işçiləridə təsdiq edə bilər və video müşahidə kamera görüntüləri bankda saxlanılıbsa, tələb edilərək subut kimi izlənilə bilər. O, 2016-cı ilin dekabr ayından işdən çıxdıqdan sonra Habil ona kredit borcunu ödəməsi barədə məlumat vermiş, lakin konkret olaraq kimin ödəməsi barədə onun xəbəri yox idi.Qalan hallarda Habilin kredit borcunu ödəməyə maddi imkanı zəif olduqda və BOKT “xxxx” MMC-nin Bakı filialından aylıq borcun ödənilməsi barədə telefon zəngləri edilən zaman Habil kimlərəsə, o cümlədən iddiaçıya zəng edərək aylıq ödənişi etməyiondan xahiş edirdi. İddiaçının aylıq kredit ödənişini haradan və hansı qaydada ödədiyi barədə heç bir məlumatı olmamışdır.Kredit borcları ödənilib, banka heç bir borc qalmayıb.İddiaçı mərhum Habilinxəstəlikdən vəfat etdiyini bildikdən sonra bankda zamin olduğunu əsas gətirərək guya kredit borclarınınİddiaçı tərəfindən ödənilməsini əsas tutaraq əsassız və qanunsuz olaraq məhkəməyə müraciət edərək heç bir borcu və ya iddiaçı ilə əlaqəsi olmadığı halda pul tələb edir. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini belə əsaslandırmışdır ki, məhkəmə araşdırılmış sübutlara əsasən xx.xx.2016-cı il tarixli, BK-00024094 saylı zaminlik müqaviləsi əsasında zamin İddiaçı tərəfindən xx.xx.2016-cı il tarixli, L-BK-0041253-F saylı kredit müqaviləsi üzrə borclu Cavabdeh Təyyub qızının əvəzindən BOKT “xxxx” MMC-nin hesabına cəmi 6278 manat məbləğində ödənişin həyata keçirilməsini, hazırda iddiaçının cavabdehə qarşı reqress qaydasında pul tələbi ilə çıxış etmək hüququnun yaranmasını nəzərə alıb, qanunvericiliyin qeyd edilən müddəalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edilərək 6278 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki Məcəllənin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğvi və iddianın rədd edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddia tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, cavabdehin adına rəsmiləşdirilmiş kredit müqaviləsi üzrə öhdəliyin icrasının təmin edilməsi məqsədilə iddiaçı ilə bank olmayan kredit təşkilatı ilə arasında zaminlik müqaviləsi bağlanmış və zamin kredit müqaviləsi üzrə borcalanın əvəzinə öhdəliyi icra etmişdir. İşin mübahisəli halı isə cavabdehin kredit müqaviləsi onun adına rəsmiləşdirilsə də əslində həmin müqavilə üzrə alınmış kreditdən yararlanmamasını, kreditin iddiaçının qaynı tərəfindən istifadə edildiyini bəyan etməsidir. Əvvəla, iddiaçının Mülki Məcəllənin 475.1-ci maddəsinə əsasən hazırki iddia ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ yaranmışdır. Cavabdehin şikayətində göstərdiyi dəlillər isə iddianın əsassızlığına dəlalət etmir. Çünki, iddiaçı zamin kimi kredit müqaviləsi üzrə borc alanın əvəzinə öhdəliyi icra etmiş və kreditorun tələb hüquqları ona keçdiyindən bu iddianı irəli sürmüşdür. İkincisi, cavabdeh iddia tələbinə etirazının əsası kimi istinad etdiyi hallara dair də məhkəməyə mötəbər sübut təqdim etməlidir. Çünki, bəyan etdiyi bu halları sübut etmək yükü artıq onun üzərinə düşür. Lakin onun bu hallara dair yalnız izahatı mövcuddur. Həmin izahat isə iddianın əsaslılığını inkar edən digər sübutlarla yanaşı qiymətləndirilməlidir ki, işdə də belə sübutlar mövcud deyil. Üçüncüsü, məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməməsi dəlili də əsassızdır. Çünki, məhz cavabdehin ərizəsinə əsasən qiyabi qətnamə ləğv edilmiş, məhkəmə iclasının yeri və vaxtı barədə ərizəsində göstərdiyi mobil telefon nömrəsinə elektoron SMS bildiriş göndərilmişdir. Buna görə də bu cür vəziyyətdə qeyd olunan dəlillərdən istifadə edilməsi özü hüquqdan sui-istifadə kimi qiymətləndirilir. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, Cavabdeh apellyasiya şikayətində göstərdiyi dəlillər mübahisələndirdiyi hissədə qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh apellyasiya şikayəti ilə mübahisələndirdiyi hissədə faktlar nöqteyi-nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ona münasibətdə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-660/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi Cavabdeh apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-5728/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5728/2020
27.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver