Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-573/2023 23.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh ASC-yə qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-573/2023 (Açar sözlər: “məhdudiyyətin aradan qaldırılması və pul tələbi”) Bakı şəhəri 23 yanvar 2023-cü il Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi (məruzəsi) ilə, Cahangir Afər oğlu Yusifov və X1 tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3151/2022 saylı, 31 avqust 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 23 yanvar 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Cavabdeh ASC tərəfindən verilən 30 iyun 2022-ci il tarixli cavab məktubundan görünür ki, bank hesabı, hesab üzrə əməliyyatlar və qalıqlar, habelə müştəri haqqında məlumatların Azərbaycan Respublikası Mülki Məcəlləsinin 967.1-ci və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddələrinə əsasən, bank sirri hesab olunur.
2. xx.xx.2019-cu il tarixli X6 X3 görünür ki, Cavabdeh ASC ilə İddiaçı arasında müqavilə bağlanmış, həmin müqaviləyə əsasən, bank müştəriyə bank hesabını açmağı, Azərbaycan Respublikasının hüquqi aktlarında və bu müqavilədə nəzərdə tutulan şərtlər və məhdudiyyətlər nəzərə alınmaqla açılmış hesaba daxil olan pul vəsaitini qəbul edib mədaxil etməyi, hesabdan müvafiq məbləğdə pulun köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi, müştəri isə ona göstərilən bank xidmətləri haqqını bankın qüvvədə olan tarif dərəcələrinə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 1.1-ci maddəsinə əsasən, müştəri tərəfindən 1 il ərzində bank hesabı üzrə əməliyyatlar aparılmadıqda, müştərinin banka yanlış məlumat verdiyi aşkar olunduqda, müştəri hesabdan qeyri-leqal məqsədlər üçün istifadə etdikdə, müştərinin banka işgüzar münasibətlərinin xarakterindən asılı olaraq müştərinin qeyri-adi və ya cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və yaxud digər əmlakın leqallaşdırılması və terrorizmin maliyyələşdirilməsi baxımından şübhəli əməliyyatlarını müəyyən etdikdə bank tərəfindən hesab ləğv edilə bilər.
3. xx.xx.2022-ci il tarixli Cavabdeh ASC tərəfindən verilən İddiaçı məxsus ödəniş kartı üzrə çıxarışdan görünür ki, Cavabdeh ASC tərəfindən İddiaçı adına verilmiş “**********240593” saylı, X8 növlü mastercardda mövcud balans 10.479,49 ABŞ dollarıdır.
4. 28.07.2022-ci il tarixli Kassa məxaric orderindən görünür ki, Cavabdeh ASC tərəfindən qarşılıqlı razılaşma əsasında İddiaçı kartında olan 10.375,73 USD geri qaytarılmışdır.
5. Tərəflər arasında xx.xx.2019-cu il tarixli X6 X5 bağlanmışdır. Həmin müqaviləyə əsasən, müştəriyə-İddiaçı “**********240593” saylı mastercard verilmiş, həmin mastercardda xx.xx.2022-ci il tarixli ödəniş kartı üzrə çıxarışa əsasən, 10.479,49 ABŞ dolları məbləğində pul vəsaiti olmuşdur. Lakin, sonradan bank tərəfindən müştəriyə məxsus hesab bloklanmışdır. Müştəri İddiaçı iddia ərizəsilə məhkəməyə müraciət edərək, kart üzərində məhdudiyyətin aradan qaldırılması və kart daxilində olan 10.479,49 ABŞ dolları pul vəsaitinin geri qaytarılmasını xahiş etmişdir. Lakin, hazırki məhkəmə iclasında o da müəyyən edildi ki, İddiaçı banka müraciət etmiş və 10.375,73 USD məbləğində pul vəsaiti bank tərəfindən ona geri qaytarılmışdır. Həmçinin, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə birtərəfli qaydada ləğv edilmişdir. Hazırda iddiaçının nümayəndəsi (vəkili) xx.xx.2019-cu il tarixli müqavilənin birtərəfli qaydada ləğv edilməsinin qanunsuz hesab edilməsi, “**********240593” saylı mastercardın bərpa edilməsi, “**********240593” saylı mastercard üzərinə qoyulmuş qadağa və məhdudiyyətin aradan qaldırılması və az qaytarılmış 150 ABŞ dolları (mastercardda olan 10.479,49 ABŞ dollarından – 10.375,73 ABŞ dolları iddiaçıya geri qaytarılmışdır) pul vəsaitinin, həmçinin dövlət rüsumu olaraq ödənilmiş 144,40 manat pul vəsaitinin Cavabdeh ASC-dən alınaraq İddiaçı qaytarılmasını tələb edir.
Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Cavabdeh ASC-yə qarşı “məhdudiyyətin aradan qaldırılması və pul” tələbinə dair iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ASC tərəfindən İddiaçı adına verilmiş “**********240593” saylı mastercard üzərinə qoyulmuş məhdudiyyətin aradan qaldırılması və “**********240593” saylı mastercard hesabında olan 10.479,49 ABŞ dolları pul vəsaitinin, yəni manatın məzənnəsi ilə 17.815,49 manatın, həmçinin ödənilmiş dövlət rüsumu olaraq 144,40 manatın, cəmi 17.959,89 manat məbləğində pul vəsaitinin Cavabdeh ASC-dən alınaraq İddiaçı qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ASC ilə iddiaçı arasında müqavilə bağlanaraq iddiaçıya Cavabdeh ASC-yə məxsus “**********240593” saylı mastercard verilmişdir. Lakin, cavabdeh tərəfindən heç bir məlumatlandırma və hər hansı bir əsas göstərilmədən İddiaçı adına verilmiş “**********240593” saylı mastercard üzərinə məhdudiyyəy qoyulmuş (card blok edilmişdir) və bununla da istifadə etmək mümkün deyildir. Bundan sonra tərəfindən Cavabdeh ASC-nin Binəqədi rayon filialına müraciət edilmiş, orada həmin məhdudiyyətin aradan qaldırılması və kartda olan ona məxsus pul vəsaitinin geri qaytarılması barədə ərizə alınmış və qısa zamanda məsələnin həll olunacağı vəd edilsə də, lakin bugünə kimi nə onun adına verilmiş kartdan istifadə edə bilir, nə də ki kartda olan 10.479,49 ABŞ dolları pul vəsaitini geri ala bilir. Cavabdehin bu qanunsuz hərəkətləri nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmaqdadır və bu səbəbdən də məhkəməyə müraciət etməli olmuşdur.
8. Daha sonra iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinə dəqiqləşmə təqdim edərək, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilənin birtərəfli qaydada ləğv edilməsinin qanunsuz hesab edilməsi, “**********240593” saylı mastercardın bərpa edilməsi, “**********240593” saylı mastercard üzərinə qoyulmuş qadağa və məhdudiyyətin aradan qaldırılması və az qaytarılmış 150 ABŞ dolları pul vəsaitinin, həmçinin dövlət rüsumu olaraq ödənilmiş 144,40 manat pul vəsaitinin Cavabdeh ASC-dən alınaraq İddiaçı qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinə uyğun izahat verərək və iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
10. Məhkəmə baxış iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddia tələbinə etiraz edərək izahatında bildirdi ki, bank ilə iddiaçı arasında xx.xx.2019-cu il tarixli hesab və ödəniş kartına dair və X6 X5lər bağlanmışdır. Həmin müqavilələr əsasında Bank tərəfindən iddiaçının adına bank hesabı açılmış və ödəniş kartı təqdim edilmişdir. İddiaçı tərəfindən həmin kart vasitəsilə şübhəli əməliyyatlar aparıldığından bank tərəfindən kart bloklanmış və əməliyyatların mahiyyəti və vəsaitin mənbəyini müəyyənləşdirilməsi üçün iddiaçının banka yaxınlaşması bildirilmişdir. İddiaçı qeyd olunanlar barədə banka məlumat təqdim etmədiyindən kart hesabına qoyulmuş blok götürülməmişdir. Bankla iddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli Hesab və ödəniş X5nin 2-ci bəndinə əsasən müştərinin bankla işgüzar münasibətlərinin xarakterindən asılı olaraq bank müştərinin qeyri-adi və ya cinayət yolu ilə əldə edilmiş vəsaitlərinin və yaxud digər əmlakın leqallaşdırılması və terrorizmin maliyyələşdirilməsi baxımından şübhəli əməliyyatlarını müəyyən etdikdə bank kartı bloklaşdıra, kart hesabını bağlaya və ya bu müqaviləyə birtərəfli qaydada xitam verə bilər. İddiaçı kart vasitəsilə şübhəli əməliyyatlar apardığından kart bloklanmış və iddiaçıya xx.xx.2022-ci il tarixdə SMSlə məlumat verilərək filiala yaxınlaşması bildirilmişdir. Lakin, iddiaçı əməliyyatlar barədə məlumatları təqdim etmədiyindən kart blokdan çıxarılmamışdır. Qeyd olunanlara əsasən cavabdehin nümayəndəsi sonda bildirdi ki, bank tərəfindən iddiaçının hesabındakı vəsaitin bloklanması əsaslı olmuşdur. Hazırda vəsait iddiaçının hesabında olduğundan bankdan hər hansı vəsaitin tələb olunması əsassızdır.
11. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3151/2022 saylı, 31 avqust 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət olunmuşdur.
12. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Kapital Bank” ASC tərəfindən verilən 30 iyun 2022-ci il tarixli cavab məktubundan görünür ki, bank hesabı, hesab üzrə əməliyyatlar və qalıqlar, habelə müştəri haqqında məlumatların Azərbaycan Respublikası Mülki Məcəlləsinin 967.1-ci və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddələrinə əsasən, bank sirri hesab olunur.
13. xx.xx.2019-cu il tarixli X6 X3 görünür ki, Cavabdeh ASC ilə İddiaçı arasında müqavilə bağlanmış, həmin müqaviləyə əsasən, bank müştəriyə bank hesabını açmağı, Azərbaycan Respublikasının hüquqi aktlarında və bu müqavilədə nəzərdə tutulan şərtlər və məhdudiyyətlər nəzərə alınmaqla açılmış hesaba daxil olan pul vəsaitini qəbul edib mədaxil etməyi, hesabdan müvafiq məbləğdə pulun köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi, müştəri isə ona göstərilən bank xidmətləri haqqını bankın qüvvədə olan tarif dərəcələrinə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 1.1-ci maddəsinə əsasən, müştəri tərəfindən 1 il ərzində bank hesabı üzrə əməliyyatlar aparılmadıqda, müştərinin banka yanlış məlumat verdiyi aşkar olunduqda, müştəri hesabdan qeyri-leqal məqsədlər üçün istifadə etdikdə, müştərinin banka işgüzar münasibətlərinin xarakterindən asılı olaraq müştərinin qeyri-adi və ya cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və yaxud digər əmlakın leqallaşdırılması və terrorizmin maliyyələşdirilməsi baxımından şübhəli əməliyyatlarını müəyyən etdikdə bank tərəfindən hesab ləğv edilə bilər.
14. xx.xx.2022-ci il tarixli Cavabdeh ASC tərəfindən verilən İddiaçı məxsus ödəniş kartı üzrə çıxarışdan görünür ki, Cavabdeh ASC tərəfindən İddiaçı adına verilmiş “**********240593” saylı, X8 növlü mastercardda mövcud balans 10.479,49 ABŞ dollarıdır.
15. 28.07.2022-ci il tarixli Kassa məxaric orderindən görünür ki, Cavabdeh ASC tərəfindən qarşılıqlı razılaşma əsasında İddiaçı kartında olan 10.375,73 USD geri qaytarılmışdır.
16. Tərəflər arasında xx.xx.2019-cu il tarixli X6 X5 bağlanmışdır. Həmin müqaviləyə əsasən, müştəriyə-İddiaçı “**********240593” saylı mastercard verilmiş, həmin mastercardda xx.xx.2022-ci il tarixli ödəniş kartı üzrə çıxarışa əsasən, 10.479,49 ABŞ dolları məbləğində pul vəsaiti olmuşdur. Lakin, sonradan bank tərəfindən müştəriyə məxsus hesab bloklanmışdır. Müştəri İddiaçı iddia ərizəsilə məhkəməyə müraciət edərək, kart üzərində məhdudiyyətin aradan qaldırılması və kart daxilində olan 10.479,49 ABŞ dolları pul vəsaitinin geri qaytarılmasını xahiş etmişdir. Lakin, hazırki məhkəmə iclasında o da müəyyən edildi ki, İddiaçı banka müraciət etmiş və 10.375,73 USD məbləğində pul vəsaiti bank tərəfindən ona geri qaytarılmışdır. Həmçinin, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə birtərəfli qaydada ləğv edilmişdir. Hazırda iddiaçının nümayəndəsi (vəkili) xx.xx.2019-cu il tarixli müqavilənin birtərəfli qaydada ləğv edilməsinin qanunsuz hesab edilməsi, “**********240593” saylı mastercardın bərpa edilməsi, “**********240593” saylı mastercard üzərinə qoyulmuş qadağa və məhdudiyyətin aradan qaldırılması və az qaytarılmış 150 ABŞ dolları (mastercardda olan 10.479,49 ABŞ dollarından – 10.375,73 ABŞ dolları iddiaçıya geri qaytarılmışdır) pul vəsaitinin, həmçinin dövlət rüsumu olaraq ödənilmiş 144,40 manat pul vəsaitinin Cavabdeh ASC-dən alınaraq İddiaçı qaytarılmasını tələb edir.
17. Tərəflər arasında bağlanan xx.xx.2019-cu il tarixli hesab və ödəniş X5nin 2-ci bəndinə əsasən, müştərinin bankla işgüzar münasibətlərinin xarakterindən asılı olaraq bank müştərinin qeyri-adi və ya cinayət yolu ilə əldə edilmiş vəsaitlərinin və yaxud digər əmlakın leqallaşdırılması və terrorizmin maliyyələşdirilməsi baxımından şübhəli əməliyyatlarını müəyyən etdikdə bank kartı bloklaşdıra, kart hesabını bağlaya və ya bu müqaviləyə birtərəfli qaydada xitam verə bilər.
18. “Hüquqi şəxs olan monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər tərəfindən cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı fəaliyyət üzrə daxili nəzarət sistemlərinin hazırlanmasına dair tələblər”in 8-ci maddəsinə əsasən, müştərilərin hesabları və onlar tərəfindən aparılan əməliyyatlar davamlı monitorinq olunmalıdır. Monitorinq subyekti müştərinin əməliyyatlarının işgüzar münasibətlərin məqsədlərinə uyğunluğunu monitorinq etməlidir. Monitorinq subyekti müştərinin əməliyyatlarının risk səviyyəsi əsasında monitorinqinin hansı dövrilikdə aparılmalı olduğunu müəyyən etməlidir. Monitorinq, risklər əsas götürülərək qeyri-adi və şübhəli əməliyyatları müəyyən edilməsi məqsədilə həyata keçirilməlidir. Monitorinqin həyata keçirilməsi zamanı müştərinin qeyri-adi və ya şübhəli əməliyyatlar aparması ehtimallarını müəyyən edən aşağıdakı minimum komponentlər nəzərə alınmalıdır: - 8.4.1. müəyyən hesab və əməliyyat kateqoriyaları üzrə limitlər müəyyən etməklə həmin limitlərdən yuxarı olan əməliyyatların aşkar olunması; - 8.4.2. monitorinq subyektinin müştərisinin işgüzar fəaliyyət sahəsinin onun həyata keçirdiyi əməliyyatlara uyğunluğunun yoxlanılması; - 8.4.3. iqtisadi və ya kommersiya məqsədi olmayan əməliyyatların yaxud müştərinin normal və gözlənilən əməliyyatlarına mütənasib olmayan iri pul vəsaitlərinin və ya digər əmlakın hesaba mədaxil edilməsinin aşkarlanması.
19. Məhkəmə öz mövqeyini, “Hüquqi şəxs olan monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər tərəfindən cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı fəaliyyət üzrə daxili nəzarət sistemlərinin hazırlanmasına dair tələblər”in 8-ci, 8.4.1ci, 8.4.2-ci, 8.4.3-cü, 10-cu maddələrinə istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
20. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3151/2022 saylı, 31 avqust 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
a) Apellyasiya şikayətinin dəlilləri
21. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı hazırki iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ASC tərəfindən İddiaçı adına verilmiş “**********240593” saylı mastercard üzərinə qoyulmuş məhdudiyyətin aradan qaldırılması və “**********240593” saylı mastercard hesabında olan 10.479,49 ABŞ dolları pul vəsaitinin, yəni manatın məzənnəsi ilə 17.815,49 manatın, həmçinin ödənilmiş dövlət rüsumu olaraq 144,40 manatın, cəmi 17.959,89 manat məbləğində pul vəsaitinin Cavabdeh ASC-dən alınaraq İddiaçı qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.Bundan sonra məhkəmənin hazırlıq iclasında hakim tərəfindən işin barışıqla yekunlaşması, bizə məxsus pul vəsaitinin qaytarılması və kartın üzərinə qoyulmuş məhdudiyyətin aradan qaldırılması cavabdeh tərəfə kətlif olunmuşdur. Sonra cavabdeh tərəfindən bizə telefon əlaqəsinə çıxılmaqla pul vəsaiti geri qaytarılmış və kart üzərinə qoyulmuş məhdudiyyətin aradan qaldırılacağı bildirilmişdir. Lakin pul vəsaiti az məbləğdə qaytarılmış və kart üzərinə qoyulmuş blok (məhdudiyyət) aradan qaldırılmamışdır. Növbəti məhkəmə iclasında cavabdehin nümayəndəsi şifahi olaraq işin məhkəmə icraatında olduğu zaman müqavilənin birtərəfli qaydada ləğv edilməsini bildirmişdir. Lakin ləğv edilmə barədə məhkəmə iclasına hər hansı bir rəsmi sənəd təqdim edilməmişdir. Məhkəmədən bu barədə bankdan sənəd təqdim edilməsi barədə vəsatət verilsədə vəsatət təmin edilməmişdir. Bundan sonra iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edilərək, tərəflər arasında bağlanmış xx.xx.2019cu il tarixli müqavilənin birtərəfli qaydada ləğv edilməsinin qanunsuz hesab edilməsi, “**********240593” saylı mastercardın bərpa edilməsi, “**********240593” saylı mastercard üzərinə qoyulmuş qadağa və məhdudiyyətin aradan qaldırılması və az qaytarılmış 150 ABŞ dolları pul vəsaitinin,həmçinin dövlət rüsumu olaraq ödənilmiş 144,40 manat pul vəsaitinin Cavabdeh ASC-dənalınaraq İddiaçı qaytarılması barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə müşavirəyə gedərək iddia tələbinin dəqiqləməsi barədə ərizənin icraata qəbul edilməməsini qərarlaşdırmışdır. Lakin qətnamədə iddia tələbinin dəqiqləməsi barədə ərizəyə də hüquqi qiymət verərək münasibət bildirmişdir. Hesab edirəm ki, məhkəmənin iddia tələbinin dəqiqləşməsi barədə ərizənin icraata qəbul edilməməsi barədə qərarı qanunsuzdur. Belə ki, iddia tələbinin dəqiqləşməsi barədə əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmişdir. Eyni zamanda dəqiqləşmədə biz iddianın həcmini yalnız artırmamış və eyni zamanda azaltmışıq.Bu səbəbdən məhkəmə ərizəni icraata qəbul etməyə borclu idi.Məhkəmə iddia ərizəsinə cavabdehin etirazını qətnaməyə köçürməklə kifayətlənmiş və bu səbəbdən də iddia tələbinin hansı əsaslarla təmin edilməməsini əsaslandıra bilməmişdir. Mübahisləndirilən məhkəmə qətnaməsinə nəzər salsaq, məhkəmə hesab etmişdir ki, həm kartın bloklanması (məhdudiyyət qoyulması və həmdə birtərəfli qaydada ləğv edilməsi əsası kimi, “şüphəli əməliyyatlar” “cinayət yolu ilə əldə edilmiş vəsaitlərin və yaxud digər əmlakın leqallaşdırılması və terorizimin maliyyələşdirilməsi baxımından şüphəli əməliyyatları müəyyən etdikdə bank müqaviləni bloklaya və birtərəfli qaydada ləğv edə bilər.Məhkəmənin bu qənaətinə cavab olaraq bildirmək istəyir ki, “cinayət yolu ilə əldə edilmiş vəsaitlərin və yaxud digər əmlakın leqallaşdırılması və terorizimin maliyyələşdirilməsi” cinayət əməlidir və belə bir halı müəyyən edən bank bu barədə müvafiq istintaq orqanına məlumat verməli və bu halın araşdırılması istintaq orqanı tərəfindən aparılmalıdır. Yekunda “cinayət yolu ilə əldə edilmiş vəsaitlərin və yaxud digər əmlakın leqallaşdırılması və terorizimin maliyyələşdirilməsi” halları məhkəmə hökmü ilə təsdiq olunarsa, bank kartı bloklamaqda və müqaviləni ləğv etməkdə haqlı olardı. Tərəfindən məhkəmə iclası zamanı cavabdehin nümayəndəsinə pafoslu səsləndirilən “şüphəli əməliyyatlar” ifadəsinin açıqlanmasının və şüphəli əməliyyatların nədə ifadə olunmasının izah edilməsi barədə sual verilmişdir.Cavabdehin nümayəndəsi isə karta pul vəsaitlərinin köçürülməsi və həmin pul vəsaitlərinin mənbəyi onlara bəlli olmadığı üçün həmin əməliyyatları şüphəli hesab etdiklərini bildirilmişdir. Bundan sonra köçürülən pulların mənbəyi barədə alqı-satqı müqaviləsi tərəfindən məhkəmə və cavabdehin nümayəndəsinə təqdim edilmişdir.Göründüyü kimi, hər hansı qeryi-qanuni və şüphəli əməlliyyat olmamışdır.Lakin kartın qanunsuz bloklanması əsasıilə iddia qaldırıldığı və işin məhkəmə mübahisəsində olduğu dövürdə heç bir əsas və zərurət olmadan hətta müqavilənin bir tərəfli qaydada ləğv olunması qanunsuz və əsassızdır
b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
22. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə izahat məzmunlu etiraz daxil olmuşdur.
23. İzahat onunla əsaslandırılmışdır ki, icraatınızda İddiaçı (bundan sonra - İddiaçı Cavabdeh ASC-yə (bundan sonra - Bank və ya Cavabdeh) qarşı “hesab üzərinə qoyulmuş məhdudiyyətin aradan qaldırılması” tələbinə dair iş üzrə Nəsimi Rayon Məhkəməsinin qətnaməsindən verilmiş apellyasiya şikayətinə dair mülki iş vardır. Bank ilə İddiaçı arasında xx.xx.2019-cu il tarixli hesab və ödəniş kartına dair və X6 X5lər bağlanmışdır. Həmin müqavilələr əsasında Bank tərəfindən iddiaçının adına bank hesabı açılmış və ödəniş kartı təqdim edilmişdir. İddiaçı tərəfindən həmin kart vasitəsilə şübhəli əməliyyatlar aparıldığından Bank tərəfindən kart bloklanmış və əməliyyatların mahiyyəti və vəsaitin mənbəyini müəyyənləşdirilməsi üçün iddiaçının banka yaxınlaşması bildirilmişdir.İddiaçı qeyd olunanlar barədə banka məlumat təqdim etmədiyindən kart hesabına qoyulmuş blok götürülməmişdir.Daha sonra iddiaçı banka yaxınlaşaraq hesabdakı vəsaitin məxaric olunaraq ona verilməsini xahiş etmiş və bank tərəfindən həmin vəsait iddiaçıya təqdim edilmişdir.
24. İddiaçının hesabına blok qoyulmasının hüquqi əsasını aşağıdakılar təşkil edir:Belə ki, “Hüquqi şəxs olan monitorinq iştirakçıları və monitorinqdəqdə iştirak edən digər şəxslər tərəfindən cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakı leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı fəaliyyət üzrə daxili nəzarət sistemlərinin hazırlanmasına dair tələblərin 8-ci bəndinə əsasən müştərilərin hesabları və onlar tərəfindən aparılan əməliyyatlar davamlı monitorinq olunmalıdır. Monitorinq subyektin əməliyyatın şübhəli olub olmamasının yoxlanılması məqsədilə avtomatlaşdırılmışdır; məlumat axtarış sistemlərindən istifadə ilə bağlı müddəalar; xarici dövlətlərin siyasi xadimləri ilə işgüzar münasibətlərin və qeyri-adi əməlıyyatlarının təhlili ilə bağlı xüsusi prosedurlar; əməliyyatın şübhəli olduğu aşkarlandıqda görülməli olan çevik tədbirlər; şübhəli əməliyyatın dayandırılması mümkün olmadıqda müştərinin pul vəsaitlərinin və əməliyyatlarının izlənilməsi və nəzarətdə saxlanılması ilə bağlı müddəalar və bunun üçün məsuliyyətli olan şəxslərin vəzifələri; şübhəli əməliyyatın dayandırılması və müştərinin bu barədə məlumatlandırılmaması ilə bağlı görülməli olan tədbirlər; Maliyyə Monitorinqi Xidmətinin monitorinq olunmalı əməliyyatlara dair məlumatların və sənədlərin təqdim edilməsi barədə sorğusunun icrası qaydası; şübhəli əməliyyatların aşkarlanması, qarşısının alınması və məlumatların Malıyy; Monitorinqi Xidmətinə təqdim olunması ilə bağlı məsul şəxsin və müştərilərə bilavasitə xidmə göstərən əməkdaşların hüquq və vəzifələri və qarşılıqlı münasibətləri; şübhəli əməliyyatların aşkarlanması, qarşısının alınması və məlumatların Maliyyə Monitorinqi Xidmətinə təqdim olunması iiə bağlı qanunvericilikdə nəzərdə tutulan digər prosedurlar; Qeyd olunan Tələblərə əsasən Cavabdeh ASC tərəfindən Şüblhəli əməliyyatların aşkarlanması meyarlarına dair” Prosedur təsdiq edilmişdir. Həmin Prosedurun 4-cü hissəsinə əsasən Sorğu olunmalı və hesabları bloklanmalı şəxslərin müəyyən olunması Hüquq və komplayens departamenti (bundan sonra - HKD) tərəfindən aşağıdakı kimi icra olunur: ÇPY/TM və Komplayens riski olan əməliyyatlar aşkarlanır; Aşkar olunan əməliyyatları icra edən müştərilər üzrə siyahı hazırlanır; Siyahı üzrə digər şəxslərin sorğusu Pərakəndə satış idarəsinin Pərakəndə biznesə dəstək departamentinə (bundan sonra - PBDD) yönləndirilir.
25. Digər müştərilərin sorğu olunması PBDD tərəfindən aşağıdakı kimi icra olunur: - HKD-dən daxil olan sorğu 2 təyinatlı olur: (1) ‘dərhal blok” və (2) “müştərilərə sorğu “Dərhal blok” təyinatlı siyahı üzrə müştərilərə HKD ilə razılaşdnılmaqıa PBDD tərəfindən SMS məlumatlandırma göndərilir, dərhal siyahıdakı hesabları PBDD tərəfindən bloklanır və müştərinin identifikasiya (qeydiyyat) nömrəsinə (bundan sonra-Customer information File (CİF)) bloklanma ilə bağlı ÇPY və TMM və KRİEM şöbəsi tərəfindən qeyd yazılır və şübhəlilik aradan qaldırıldıqdan sonra qeydə düzəliş edilir.
26. PBDD tərəfindən sorğu olunan və hesabları bloklanmış müştərilər üzrə qeyd etdikləri səbəbdən asılı olaraq, PBDD tərəfindən SMS və ya zəng məlumatlandırılmasına əsasən onlara yaxın YSB-уə yaxınlaşıb ərizə təqdim edirlər. Həmin ərizələr YSB tərəfindən HKD-yə təqdim olunur.
27. Sorğu nəticələri üzrə iş HKD tərəfindən araşdırılır: Müştəri cavablarına əsasən aşağıdakı kateqoriyalar uzrə nəticələr əldə olunur: müştərinin əməliyyatlarının işgüzar münasibətlərin məqsədlərinə uyğunluğunu monitorinq etməlidir. Monitorinq subyekti müştərinin əməliyyatlarının risk səviyyəsi əsasında monitorinqinin hansı dövrilikdə aparılmalı olduğunu müəyyən etməlidir. Monitorinq, risklər əsas götürülərək qeyri-adi və şübhəli əməliyyatları müəyyən edilməsi məqsədilə həyata keçirilməlidir. Monitorinqin həyata keçirilməsi zamanı müştərinin qeyri-adi və ya şübhəli əməliyyatlar aparması ehtimallarını müəyyən edən aşağıdakı minimum komponentlər nəzərə alınmalıdır:
8.4.1. müəyyən hesab və əməliyyat kateqoriyaları üzrə limitlər müəyyən etməklə həmin limitlərdən yuxarı olan əməliyyatların aşkar olunması; 8.4.2. monitorinq subyektinin müştərisinin işgüzar fəaliyyət sahəsinin onun həyata keçirdiyi əməliyyatlara uyğunluğunun yoxlanılması; 8.4.3. iqtisadi və ya kommersiya məqsədi olmayan əməliyyatların yaxud müştərinin normal və gözlənilən əməliyyatlarına mütənasib olmayan iri pul vəsaitlərinin və ya digər əmlakın hesaba mədaxil edilməsinin aşkarlanması.
28. Yüksək riskli əməliyyatlara münasibətdə monitorinq daha intensiv aparılmalıdır.Vəsaitlərin mənbəyi, onların mənşə ölkəsi, əlaqədar əməliyyat növləri və bu qəbildən digər risk faktorları nəzərə alınmaqla bu cür əməliyyatlar üzrə xüsusi indikatorlar müəyyən edilməlidir.
29. Mövcud müştərilərin işgüzar münasibətlərinin məqsədi və mahiyyəti barədə məlumatların mütəmadi qaydada monitorinqi aparılmalıdır.
30. Həmin Tələblərin 9-cu bəndinə əsasən monitorinq subyektinin fəaliyyətinin xüsusiyyətləri nəzərə alınmaqla, monitorinq olunmalı əməliyyatların aşkarlanması meyarları müəyyən edilməlidir. Monitorinq subyekti Maliyyə Monitorinqi Xidmətinin müəyyən etdiyi monitorinq olunmalı əməliyyatlann aşkarlanması meyarlarından (xüsusi indikatorlardan) istifadə etməklə öz fəaliyyəti üzrə spesifik meyarlar müəyyən edə və ya qeyd olunan sənəddə nəzərdə tutulmuş meyarları fəaliyyəti üzrə risklər təhlil olunmaqla bu sənəddə nəzərdə tutulmayan digər meyarlar müəyyən edə bilər. Monitorinq subyekti tərəfindən müəyyən edilmiş meyarlar monitorinq subyekti üçün məhdudlaşdırıcı xarakterli olmamalı və pul vəsaitlərinin və ya digər əmlakın cinayət yolu ilə əldə edilməsi və ya terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı olmasına şübhə və ya belə şübhə üçün kifayət qədər əsaslar yaradan halların müəyyən edilməsində əsas istiqamətverici vasitə olmalıdır.
31. Həmin Tələblərin 10-cu bəndinə əsasən monitorinq subyekti fəaliyyət xüsusiyyətlərindən asılı olaraq şübhəli əməliyyatların aşkarlanması, qaışısının alınması və rnəlumatların Maliyyə Monitorinqi Xidmətinə təqdim olunması ilə bağlı prosedurlar müəyyən etməlidir. Bu prosedurlarda aşağıdakılar nəzərdə tutula bilər:
əməliyyatın şübhəlilik meyarlarının (indikatorların) müəyyən edilməsi; şübhəli əməliyyatların aşkarlanması meyarlarından istifadə edilməsi qaydası; şübhəli əməliyyatların aşkarlanması meyarlarının tətbiq edilməsi ilə əməliyyatların təhlili metodları;
xarakteri şübhə doğuran əməliyyatlar üzrə pul vəsaitləri və ya digər əmlakların mənbəyi barədə məlumatların əldə edilməsi vasitələri;
- Sahibkarlıq fəaliyyəti göstərən şəxslər vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) əldə edib, sahibkar hesabı açırlar və fiziki şəxs hesablarındakı vəsait sahibkarların hesabına köçürülür. Müvafiq əməliyyatlara sahibkar hesabı ilə davam edilir; - Məlumatsız olduğu üçün hesabı təyinatı üzrə istifadə etməyən müştəri, bir daha həmin əməliyyatların təkrarlanmayacağmı bildirdiyi ərizəni Banka təqdim edir. Bundan sonra hesab blokdan açılır və nəzarətdə saxlanılır; - Müştərinin təqdim etdiyi cavab əməliyyatlarla uyğunluq təşkil etmədiyi üçün hesab blokda saxlanılır. Müştəri ərizəsi Hə müraciət edərsə, hesab bağlanır və vəsait müştəriyə təqdim olunur.
32. Həmçinin, Bankla İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli hesab və ödəniş X5nin 2-ci bəndinə əsasən müştərinin bankla işgüzar münasibətlərinin xarakterindən asılı olaraq bank müştərinin qeyri-adi və ya cinayət yolu ilə əldə edilmiş vəsaitlərinin və yaxud digər əmlakın leqallaşdırılması və terrorizmin rnakyyələşdirilməsi baxımından şübhəli əməliyyatlarını müəyyən etdikdə bank kartı bloklaşdıra, kart hesabını bağlaya və ya bu müqaviləyə birtərəfli qaydada xitam verə bilər.
33. İddiaçının kart hesabına xx.xx.2021-xx.xx.2022-ci il tarixlərində aşağıdakı məbləğlərdən mütəmadi olaraq iri məbləğli vəsaitlər mədaxillər olunduğundan əməliyyatların mənbəyi barədə şübhə yaranmışdır;
- xx.xx.2021 -ci il tarixdə 5 dəfə 1000 ABŞ dolları;
- xx.xx.2021 -ci il tarixdə 5 dəfə 1000 ABŞ dolları;
- xx.xx.2021-ci il tarixdə 10 dəfə 1000 ABŞ dolları;
- xx.xx.2021-ci il tarixdə 10 dəfə 1000 ABŞ dolları;
- xx.xx.2021-ci il tarixdə 8 dəfə 1000 ABŞ dolları;
- xx.xx.2021-ci il tarixdə 10 dəfə 1000 ABŞ dalları;
- xx.xx.2021-ci il tarixdə 9 dəfə 1000 ABŞ dolları;
- xx.xx.2021-ci il tarixdə 9 dəfə 1000 ABŞ dolları;
- xx.xx.2021-ci il tarixdə 14 dəfə 1000 ABŞ dolları;
- xx.xx.2021-ci il tarixdə 4400 ABŞ dolları, 5600 ABŞ dolları, 5700 ABŞ dolları, 3 dəfə 8000 ABŞ dolları və 8 dəfə 999,44 ABŞ dolları;
- xx.xx.2021-ci il tarixdə 2 dəfə 1000,76 ABŞ dolları, 2 dəfə 992.43 ABŞ dolları, 1 dəfə 993,19 ABŞ dolları;
- xx.xx.2021 -ci iı tarixdə 8 dəfə 998,73 ABŞ dolları;
- 05.01 2022-ci il tarixdə 12 dəfə 1002 ABŞ dolları, 12 dəfə 985,20 ABŞ dolları, 4 dəfə 1000 ABŞ dolları;
- xx.xx.2022-ci il tarixdə 3 dəfə 1000 ABŞ dolları. Qeyd olunan vəsaitlərin mənbəyinin müəyyənləşdirilməsi məqsədilə kart bloklanmış və iddiaçıya xx.xx.2022-ci il tarixdə SMS-lə məlumat verilərək filiala yaxınlaşması bildirilmişdi.Lakin iddiaçı əməliyyatlar barədə məlumatları təqdim etmədiyindən kart blokdan çıxarılmamışdır. Daha sonra İddiaçı Banka yaxınlaşaraq hesabdakı vəsaitin məxaric olunaraq ona verilməsini xahiş etmiş və Bank tərəfindən həmin vəsait İddiaçıya təqdim edilmişdir. Daha sonra İddiaçı məhkəmə prosesində həmin vəsaitlərin mənbəyinin alqı-satqı müqaviləsi üzrə əldə olunmuş məbləğ olduğunu bildirmişdir. Lakin bu məlumat mədaxil əməliyyatlarının təyinatları ilə uyğun gəlmir. Belə ki, 27-29 dekabr 2021 və xx.xx.2022-ci il tarixlərində olunmuş mədaxillərin təyinatları görünür ki, vəsaitlər elektron pul kisəsi vasitəsilə köçürülmüş və hər köçürmədə "fee/tax_Q_rezident GAMBLİNG" təyinatı ilə xidmət haqqı tutulmuşdur. (“gambling”-qumar (ing.)). Həmçinin hesaba terminal vasitəsilə mədaxil əməliyyatlarından əvvəl də köçürmələrin GEOPAY, PAYBUT, MİSTOPAY, QİWİ kimi elektron pul kisələrinə köçürüldüyü görünür.Yuxarıda qeyd olunanları, nəzərə alaraq, İddiaçının iddiasının və hazırki apellyasiya şikayətinin əsassız olduğunu hesab edirlər. c) Prosses iştirakçılarının izahatları
34. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərinə istinad edərək, apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
35. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh ASC-nin nümayəndəsi Yazılı İzahatın dəlillərinə istinad edərək, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
36. 6-cı maddəsinə əsasən mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir.
37. 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
38. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.
39. 421.2-ci maddəsinə əsasən Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
40. 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər.
“Hüquqi şəxs olan monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər tərəfindən cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı fəaliyyət üzrə daxili nəzarət sistemlərinin hazırlanmasına dair tələblər.
41. 8-ci maddəsinə əsasən, müştərilərin hesabları və onlar tərəfindən aparılan əməliyyatlar davamlı monitorinq olunmalıdır. Monitorinq subyekti müştərinin əməliyyatlarının işgüzar münasibətlərin məqsədlərinə uyğunluğunu monitorinq etməlidir.
42. 8.4.1. müəyyən hesab və əməliyyat kateqoriyaları üzrə limitlər müəyyən etməklə həmin limitlərdən yuxarı olan əməliyyatların aşkar olunması;
43. 8.4.2. monitorinq subyektinin müştərisinin işgüzar fəaliyyət sahəsinin onun həyata keçirdiyi əməliyyatlara uyğunluğunun yoxlanılması;
44. 8.4.3. iqtisadi və ya kommersiya məqsədi olmayan əməliyyatların yaxud müştərinin normal və gözlənilən əməliyyatlarına mütənasib olmayan iri pul vəsaitlərinin və ya digər əmlakın hesaba mədaxil edilməsinin aşkarlanması.
45. 10-cu maddəsinə əsasən, monitorinq subyekti fəaliyyət xüsusiyyətlərindən asılı olaraq şübhəli əməliyyatların aşkarlanması, qarşısının alınması və məlumatların Maliyyə Monitorinqi Xidmətinə təqdim olunması ilə bağlı prosedurlar müəyyən etməlidir, məsələn şübhəli əməliyyatların aşkarlanması meyarlarından istifadə edilməsi qaydası və s.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
46. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
47. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
48. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
49. Maddə 104.1. Şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir.
50. 104.3. Alınma mənbəyini göstərə bilməyən şahid tərəfindən verilən məlumatlar sübut hesab edilmir.
51. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
52. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
53. Maddə 384.0.1. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlaya bilər.
54. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
55. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
56. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
Apellyasiya baxışının hədləri
57. Apellyasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
58. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırır. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
59. Məhkəmə kollegiyası mübahisənin həlli ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşaraq qeyd edir ki, apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanmalıdır.
60. Belə ki, xx.xx.2019-cu il tarixli X6 X3 görünür ki, Cavabdeh ASC ilə İddiaçı arasında müqavilə bağlanmış, həmin müqaviləyə əsasən, bank müştəriyə bank hesabını açmağı, Azərbaycan Respublikasının hüquqi aktlarında və bu müqavilədə nəzərdə tutulan şərtlər və məhdudiyyətlər nəzərə alınmaqla açılmış hesaba daxil olan pul vəsaitini qəbul edib mədaxil etməyi, hesabdan müvafiq məbləğdə pulun köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi, müştəri isə ona göstərilən bank xidmətləri haqqını bankın qüvvədə olan tarif dərəcələrinə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 1.1-ci maddəsinə əsasən, müştəri tərəfindən 1 il ərzində bank hesabı üzrə əməliyyatlar aparılmadıqda, müştərinin banka yanlış məlumat verdiyi aşkar olunduqda, müştəri hesabdan qeyri-leqal məqsədlər üçün istifadə etdikdə, müştərinin banka işgüzar münasibətlərinin xarakterindən asılı olaraq müştərinin qeyri-adi və ya cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və yaxud digər əmlakın leqallaşdırılması və terrorizmin maliyyələşdirilməsi baxımından şübhəli əməliyyatlarını müəyyən etdikdə bank tərəfindən hesab ləğv edilə bilər.
61. Tərəflər arasında bağlanan xx.xx.2019-cu il tarixli hesab və ödəniş X5nin 2-ci bəndinə əsasən, müştərinin bankla işgüzar münasibətlərinin xarakterindən asılı olaraq bank müştərinin qeyri-adi və ya cinayət yolu ilə əldə edilmiş vəsaitlərinin və yaxud digər əmlakın leqallaşdırılması və terrorizmin maliyyələşdirilməsi baxımından şübhəli əməliyyatlarını müəyyən etdikdə bank kartı bloklaşdıra, kart hesabını bağlaya və ya bu müqaviləyə birtərəfli qaydada xitam verə bilər.
62. İşin mübahisəsiz halıdır ki, iddiaçının kart hesabına xx.xx.2021-xx.xx.2022-ci il tarixlərində aşağıdakı məbləğlərdən mütəmadi olaraq iri məbləğli vəsaitlər mədaxillər olunduğundan əməliyyatların mənbəyi barədə şübhə yaranmışdır; xx.xx.2021 -ci il tarixdə 5 dəfə 1000 ABŞ dolları;
xx.xx.2021 -ci il tarixdə 5 dəfə 1000 ABŞ dolları;
xx.xx.2021-ci il tarixdə 10 dəfə 1000 ABŞ dolları;
xx.xx.2021-ci il tarixdə 10 dəfə 1000 ABŞ dolları;
xx.xx.2021-ci il tarixdə 8 dəfə 1000 ABŞ dolları;
xx.xx.2021-ci il tarixdə 10 dəfə 1000 ABŞ dalları;
xx.xx.2021-ci il tarixdə 9 dəfə 1000 ABŞ dolları;
xx.xx.2021-ci il tarixdə 9 dəfə 1000 ABŞ dolları;
xx.xx.2021-ci il tarixdə 14 dəfə 1000 ABŞ dolları;
xx.xx.2021-ci il tarixdə 4400 ABŞ dolları, 5600 ABŞ dolları, 5700 ABŞ dolları, 3 dəfə 8000 ABŞ dolları və 8 dəfə 999,44 ABŞ dolları;
xx.xx.2021-ci il tarixdə 2 dəfə 1000,76 ABŞ dolları, 2 dəfə 992.43 ABŞ dolları, 1 dəfə 993,19 ABŞ dolları; xx.xx.2021 -ci iı tarixdə 8 dəfə 998,73 ABŞ dolları;
05.01 2022-ci il tarixdə 12 dəfə 1002 ABŞ dolları, 12 dəfə 985,20 ABŞ dolları, 4 dəfə 1000 ABŞ dolları;
xx.xx.2022-ci il tarixdə 3 dəfə 1000 ABŞ dolları.
63. Qeyd olunan vəsaitlərin mənbəyinin müəyyənləşdirilməsi məqsədilə kart bloklanmış və iddiaçıya xx.xx.2022-ci il tarixdə SMS-lə məlumat verilərək filiala yaxınlaşması bildirilmişdi.Lakin iddiaçı əməliyyatlar barədə məlumatları təqdim etmədiyindən kart blokdan çıxarılmamışdır. Daha sonra İddiaçı Banka yaxınlaşaraq hesabdakı vəsaitin məxaric olunaraq ona verilməsini xahiş etmiş və Bank tərəfindən həmin vəsait İddiaçıya təqdim edilmişdir.
64. Daha sonra İddiaçı məhkəmə prosesində həmin vəsaitlərin mənbəyinin alqı-satqı müqaviləsi üzrə əldə olunmuş məbləğ olduğunu bildirmişdir. Lakin bu məlumat mədaxil əməliyyatlarının təyinatları ilə uyğun gəlmir. Belə ki, 27-29 dekabr 2021 və xx.xx.2022-ci il tarixlərində olunmuş mədaxillərin təyinatları görünür ki, vəsaitlər elektron pul kisəsi vasitəsilə köçürülmüş və hər köçürmədə "fee/tax_Q_rezident GAMBLİNG" təyinatı ilə xidmət haqqı tutulmuşdur. (“gambling”-qumar (ing.)). Həmçinin hesaba terminal vasitəsilə mədaxil əməliyyatlarından əvvəl də köçürmələrin GEOPAY, PAYBUT, MİSTOPAY, QİWİ kimi elektron pul kisələrinə köçürüldüyü görünür.
65. Mülki qanunvericiliyin tələblərin əsasən (maddə 421, 423) tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda, Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda ləğv edilə bilər. Əhəmiyyətli pozuntu dedikdə tərəflərdən birinin digər tərəfə vurduğu zərər nəticəsində onun müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olması nəzərdə tutulur.
66. Hazırki işdən isə görünür ki, iddiaçı kart vasitəsilə şübhəli əməliyyatlar apardığı üçün kart bloklanmış və iddiaçıya xx.xx.2022-ci il tarixdə SMS-lə məlumat verilərək filiala yaxınlaşması bildirilmişdir.Lakin, iddiaçı əməliyyatlar barədə məlumatları təqdim etmədiyindən kart blokdan çıxarılmamışdır.
67. Göründüyü kimi, daha sonra iddiaçı Banka müraciət edərək, pulunu geri qaytarmış və Bank isə xx.xx.2019-cu il tarixli hesab və ödəniş X5nin 2-ci bəndinə əsasən, müqavilə birtərəfli qaydada ləğv edilmişdir.
68. Qeyd olunanlara əsasən, məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq nəticəyə gəlmişdir ki, Bank tərəfindən iddiaçının hesabındakı vəsaitin bloklanması əsaslı olmuşdur və sonradan hesabdakı məbləğin geri qaytarılması, tələb edilən 150 ABŞ dollarının isə komissiya xərci kimi tutulmasını nəzərə alaraq, iddia tələbi əsassızdır və təmin edilməməlidir.
69. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
70. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).
71. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.
72. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir.
73. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.
74. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3151/2022 saylı, 31 avqust 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.