Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5733/2021 22.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçının nümayəndəsi yyyyyyyyy Cavabdeh iştirakı ilə, İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı “pul tələbinə dair” 2(005)-1469/2021 saylı iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” MMC Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İMEİ kodu **********53908 İPhone 11 Pro markalı telefon üçün 3632 (üç min altı yüz otuz iki) manat ödənilməmiş hissə, 1079 (min yetmiş doqquz) manat dəbbə, ümumilikdə 4711 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 4741 manat Cavabdeh alınaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul eilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh “xxxx” MMC ilə bağladığı 23.12.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********53908 iPhone 11 Pro markalı telefon almış və nəticədə 4711 (dörd min yeddi yüz on bir) manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 23.12.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 4360,2 (dörd min üç yüz altmış, manat iyirmi qəpik) manat (12 ay x 327.1 manat + 435 manat ilkin ödəniş) İMEİ kodu **********53908 iPhone 11 Pro markalı telefon üçün 4711 (dörd min yeddi yüz on bir) manat olmaqla ondan, 3632 (iiç min altı yüz otuz iki) manat ödənilməmiş hissə, 1079 (min yetmiş doqquz) manat dəbbə miqdarında borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 728,2 manat təşkil edir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh “xxxx” MMC-nin xeyrinə 3632 manat ödənilməmiş hissə, 363 manat dəbbə pulu, cəmi 3995 manat borcun və 30 (otuz) manat dövlət rüsumunun tutulması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 25 dekabr 2019-cu il tarixdə tanışı X1 xahişi ilə onunla görüşmüş və Günay Ömərova bildirmişdir ki, özünə kreditlə telefon almaq istəyir, onunla mağazaya getsin. Bundan sonra 27 dekabr 2019-cu il tarixdə Ayna Sultanova heykəlinin yaxınlığında yerləşən Günayın tanıdığı “Kontakt Home” mağazasında görüşmüşlər. Günay kreditə götürmək üçün “İphone 11 Pro Max-256 GB” markalı telefonu seçmişdir. Telefonun qiymətinin 3456 manat olduğu bildirilmişdir. Bundan sonra Günay kredit şöbəsinin mütəxəssisinə yaxınlaşdı. Həmin şəxs ona bildirdi ki, telefonu götürmək üçün əvvəlcədən 1800 manat ödəniş etməlidir. Günay bildirdi ki, bu məbləğdə pulu ödəməyə imkanı yoxdur. Günay kredit üzrə mütəxəssisin yanında ondan xahiş etdi ki, ona kreditə telefon götürməyə kömək etsin, hər ay ödənişi vaxtlı-vaxtında edəcək. Bunu eşidəndən sonra kredit üzrə mütəxəssis bildirdi ki, variant onlar üçün kifayətdir. Həm də kredit üzrə mütəxəssis ilkin olaraq 450 manat, hər ay isə 320 manat ödəməklə telefonu kreditə verə bilər. Ancaq telefonu götürmək üçün kredit onun adına sənədləşdirilməlidir. Günay yenə də təkidlə bildirdi ki, kreditin ödənişi ilə bağlı heç bir problem yaranmayacaq. O, ona inandı və krediti rəsmiləşdirmək üçün şəxsiyyət vəsiqəsini tədim etdi. Günayın götürdüyü kredit müqaviləsi və ödəniş cədvəli onun adına tərtib olundu. Bundan sonra Günay evə getdi, evdən gətrdiyi 450 manat məbləğində pulu mağazanın kassasına ödədi, kredit müqaviləsini, aylıq kredit ödənişi cədvəlini və telefonu götürdü və onlar ayrıldılar. Aylıq ödəniş vaxtı çatanda, mağazadan onun telefonuna zəng gəldi və bildirildi ki, telefona dair aylıq kredit ödənişinin vaxtı çatıb. O, həmin şəxsə dedi ki, siz bildirirsiniz ki, telefonu Günay götürüb, ilkin ödənişi o sizin iştirakınızla özü edib, ona telefonun heç bir aidiyyəti yoxdur. Sadəcə, formal olaraq kredit onun adına sənədləşdirilib. Həmin şəxslə telefonla danışdıqdan sonra o, Günaya zəng etdi, dedi ki, nə üçün oun adına kreditə götürdüyü və istifadə etdiyi telefonun aylıq kredit ödənişini etmir. Günay ona bildirdi ki, “telefonla bağlı kredit müqaviləsi onun adına rəsmiləşdirilib, ona görə də heç bir ödəniş etməyəcək, o, heç nəyi sübut edə bilməyəcək”. Bu zaman o, başa düşdü ki, Günay onun inamından sui-istifadə edib, onu aldadıb. Baxmayaraq ki, cədvəl üzrə 1-ci ayın kredit ödənişini özü edib (14.02.2020-ci il tarixdə 300 manat). Qeyd etdiyi faktları əsas götürərək o, X2 qarşı “özgənin qanunsuz sahibliyindən əmlakın geri qaytarılması tələbinə dair” iddia qaldırmışdır. Ancaq Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 22.10.2020-ci il tarixli, 2(005)-1494/2020 nömrəli qətnaməsinə əsasən onun iddiasının təmin edilməməsi qət edilmişdir, həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1494/2020 saylı iş üzrə 22 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, cavabdeh X1 istifadəsində olan “İphone 11 Pro Max 256 GB Dual” modelli **********63358 İMİİİ kodlu mobil telefonun ondan alınaraq ona verilməsi qət edilmişdir. Buna baxmayaraq birinci məhkəmə prosesində 3-cü şəxs qismində eyni tərəf kimi iştirak etmiş “xxxx” MMC tərəfindən ona qarşı Bakı Şəhər Nərimanov Rayon Məhkəməsində eyni əsaslarla yenidən iddia qaldırılmışdır. Halbuki, qeyd etdiyi iddia ona qarşı irəli sürülərkən, iddiaçı “xxxx”a məlum idi ki, Bakı Apellyasiya Məhkəməsinin icraatında 2(103)-1422/2021 nömrəli mülki iş vardır. Ancaq qeyd etdiklərinə baxmayaraq, iddiaçı “xxxx”un iddia ərizəsini icraata qəbul etmiş, 2(005)-1469/2021 nömrəli iş üzrə 11.03.2021-ci il tarixli məhkəmə qətnaməsi əsasında ondan iddiaçı “xxxx” MMC-nin xeyrinə 3632 manat ödənilməmiş hissə, 363 manat dəbbə pulu, cəmi 3995 manat borc və 30 manat dövlət rüsumunun ödənilməsini qət etmişdir. Apellyasiya baxışı zamanı cavabdeh şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. İddiaçının təmsilçisi apellyasiya şikayətinə etiraz dərək təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırkı iş üzrə iddianın təmin edilmiş hissəsində qətnamə yoxlanılır. İşin müəyyən edilmiş hallarına əsasən, tərəflər arasında bağlanmış 23.12.2019-cu il tarixli, 01150517 nömrəli müqavilədən məlum olur ki, bir tərəfdən “xxxx” MMC bundan sonra “ABC” adlandırılacaq, digər tərəfdən bundan sonra “alıcı” adlandırılacaq Cavabdeh bu müqaviləni bağlamışlar. Müqavilənin 1.1-ci bəndinə əsasən “ABC” özünə məxsus olan və fərdi əlamətləri bu Müqavilənin 2.1-ci bəndində göstərilən əşyaları “müştəri”yə aşağıda göstərilən şərtlərlə verir, “müştəri” isə əşyanı qəbul edir: İPHONE 11 Pro Max 256 GB dual. 23.12.2019-cu il tarixli bildirişdən görünür ki, Cavabdeh 01150517 nömrəli müqaviləyə əsasən “İPHONE 11 Pro Max 256 GB dual” markalı mobil telefonu tam qüsursuz halda təhvil almışdır. 20.01.2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 23.12.2019-cu il tarixli müqavilə üzrə borc məbləğini 12 ay müddətinə aylıq 327,1 manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh 23.12.2019-cu il tarixli müqavilə əsasında 1 ədəd “İPHONE 11 Pro Max 256 GB dual” markalı mobil telefon almışdır. 23.12.2019-cu il tarixli əlavədən görünür ki, bu əlavə 01150517 nömrəli 23.12.2019-cu il müqavilənin ayrılmaz tərkib hissəsidir və Cavabdeh həmin müqavilə üzrə ödəməli olduğu toplam məbləğ 4360,2 manat təşkil edir. 03.08.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, 23.12.2019-cu il tarixli müqavilə üzrə yaranmış borc məbləğinin qısa müddətində Cavabdehı tərəfindən ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Maliyyə arayışından görünür ki, Cavabdeh 23.12.2019-cu il tarixli, 01150517 nömrəli müqavilə üzrə 3635 manat ödənilməmiş əsas və 1079 manat cərimə borcu yaranmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi müqavilə üzrə öhdəliklər yerinə yetirilmədiyinə görə borcun tutulmalı olmasına dair düzgün qənaətə gəlsə də, tutulmalı olan dəbbə pulunun məbləğini düzgün müəyyən etməmişdir və bu səbəbdən mübahisələndirilən qətnamə cərimənin tutulması hissəsində dəyişdirilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə almır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Kollegiya hesab edir ki, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri, işin hallarını nəzərə alaraq, kredit müqavilələri üzrə tənasübsüz surətdə yüksək olduğundan cavabdehdən iddiaçının xeyrinə tutulmalı cərimə borcu 181,6 manat müəyyən edilməlidir. Qeyd edilənlərə əsasən, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə cərimənin tutulması hissəsində dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli, 2(005)- 1469/2021 saylı qətnaməsi dəbbə pulunun tutulması hissəsində dəyişdirilsin. Cavabdeh “xxxx” MMC-nin xeyrinə 181,6 manat dəbbə pulu tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5733/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5733/2021
22.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver