Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5734/2025 09.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətə qarşı “mənzilin boşaldılması, mənzilə maneəsiz giriş-çıxışın təmin edilməsi və sərbəst istifadəyə şərait yaradılması tələbi barədə” ilk iddiasına, Cavabdeh İddiaçı qarşı “alğı-satqı müqaviləsinin və maliyyə arayışının etibarsız hesab edilməsi, müqavilənin ləğvinin qanuni sayılması tələbi barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 24 iyul 2025-ci il tarixli qətnamədən iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən işə, apellyatorun özünün və nümayəndəsi (vəkili) Vəkil1, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndələri (MMC-nin hüquqşünası) X4 və (vəkil) Vəkil3) iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbləri və etirazlar barədə məlumat
1. Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş İddiaçı, alıcı olaraq onunla satıcı olaraq MMC arasında xx.xx.2020-ci il tarixdə bağlanmış 61-1 saylı müqavilənin predmeti olan və Bakı şəhəri, Nərimanov rayonu, X20 prospekti, 945-ci məhəllədə yerləşən çoxmənzilli binanın "xxxx" blokunun 3-cü mərtəbəsindəki 6 saylı mənzilin cavabdeh MMC tərəfindən boşaldılması, mənzilə maneəsiz giriş-çıxışın təmin olunması və sərbəst istifadəsinə şərait yaradılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, onunla MMC arasında xx.xx.2020-ci il tarixdə bağlanmış müqaviləyə əsasən ümumi sahəsi 97,39 kv.m olan 2 otaqlı 6 saylı mənzil MMC-dən satın almış, mənzilin dəyəri olan 100.000 manat məbləğində pulu MMC-yə ödəmiş və MMC, pulun ödənilməsi haqqında iddiaçıya xx.xx.2020-ci il tarixdə 61-1 saylı "xxxx" vermişdir. Buna baxmayaraq, MMC, müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, müxtəlif bəhanələr gətirərək, mənzili iddiaçıya hələdə təhvil verməmişdir. Bununla bağlı olaraq iddiaçı, xx.xx.2025-ci il tarixdə ərizə ilə MMC-yə müraciət edərək, mənzilin ona təhvil verilməsini, mənzilə giriş-çıxışın təmin edilməsini xahiş etmiş, amma bu da müsbət nəticə verməmişdir. Bu səbəbdən də, iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
3. Cavabdeh MMC-nin səlahiyyətli nümayəndəsi iddiaçıya qarşı qarşılıqlı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, ilk iddianın rədd edilməsi, MMC ilə iddiaçı arasında xx.xx.2020-ci il tarixdə bağlanmış "xxxx" və MMC tərəfindən iddiaçıya verilmiş xx.xx.2020-ci il tarixli "xxxx" etibarsız hesab edilməsi, həmin müqavilənin ləğv edilməsi haqqında MMC tərəfindən xx.xx.2022-ci il tarixdə qəbul edilmiş qərarın qanuna uyğun hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Özündə ilk iddiaya qarşı etirazı əks etdirən qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, vəkil işləyən iddiaçı ilə MMC-nin təsisçisi və direktoru X7 arasında xx.xx.2020-ci il tarixdə bağlanmış "xxxx" əsasən iddiaçı, MMC-yə hüquqşünas-auditor vəzifəsinə işə qəbul edilmiş və ona aylıq 1.102 manat məbləğində əmək haqqı müəyyən edilmişdir. Bununla bağlı olaraq MMC tərəfindən müvafiq əmr verilmişdir. "xxxx" bağlanan zaman iddiaçı üzərinə öhdəlik götürmüşdür ki, o, MMC tərəfindən alınan tikinti mal-materiallarının ƏDV-sini ödəyəcək, bu məsələ ilə bağlı vergi orqanları ilə MMC arasında heç bir problem yaranmayacaq. MMC də öz növbəsində üzərinə öhdəlik götürmüşdür ki, iddiaçının gördüyü işin əvəzində iddiaçıya, MMC tərəfindən inşa edilən binadan pulsuz olaraq 1 ədəd mənzil verəcəkdir. Bir müddət sonra, iddiaçı, MMC-nin icraçı direktoru X2 yanına gedərək, onunla MMC-nin təsisçisi və direktoru Mətləb Məhərrəmov arasında əldə olunmuş razılıq barədə məlumat vermiş və bildirmişdir ki, o, MMC tərəfindən alınmış tikinti mal-materiallarının ƏDV-sini ödəmişdir və bununla bağlı o, ona vəd edilmiş mənzilə dair müqavilənin verilməsini xahiş etmişdir. Mətləb Məhərrəmov MMC-nin adından tərtib edilmiş xx.xx.2020-ci il tarixli "xxxx" imzalayaraq MMC-nin möhürü ilə təsdiq etmiş və Şahlar Qurbanova verərək, xahiş etmişdir ki, o, “Maliyyə arayışını” imzalayaraq iddiaçıya versin. Şahlar Qurbanov da müqavilənin Mətləb Məhərrəmov tərəfindən imzalandığını və möhürlə təsdiq edildiyini gördükdən sonra “Maliyyə arayışını” imzalayaraq iddiaçıya təhvil vermişdir, baxmayaraq ki, iddiaçı həmin mənzilə görə MMC-yə ödəniş etməmişdir. Lakin bir müddətdən sonra məlum olmuşdur ki, iddiaçı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, MMC tərəfindən alınmış tikinti mal-materiallarının ƏDV-sini ödəməmiş, onları aldadaraq mənzili ələ keçirmişdir. Onlar ya mənzilin qaytaralımasını və ya mənzilin dəyərinin ödənilməsini iddiaçıdan tələb etdikdə, iddiaçı bildirmişdir ki, o, mənzili qaytarmaq istəmir, mənzilin dəyərini ona verilməli olan əmək haqqının hesabına ödəyəcəkdir. Lakin bu dəfə də iddiaçı ona qarşı olan etibardan sui-istifadə edərək MMC-nin rəhbərliyini aldatmışdır. Belə ki, iddiaçı, MMC-nin yeni təsisçisi və direktoru olan Şahlar Qurbanovun xəbəri və razılığı olmadan “Əmək müqaviləsini” pozmuş və iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək əmək haqqının ödənilməsini tələb etmiş, bu haqda xx.xx.2022-ci il tarixli, 2(001)-3450/2022 saylı məhkəmə əmri verilmiş və Şahlar Qurbanov iddiaçının əmək haqqısını iddiaçıya nağd şəkildə ödəmək məcburiyyətində qalmışdır. Bundan sonra Şahlar Qurbanov, MMC-nin rəhbəri olaraq, qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarla, MMC ilə iddiaçı arasında xx.xx.2020-ci il tarixdə bağlanmış müqaviləni ləğv etmiş və həmin qərarın surətini xx.xx.2022-ci il tarixli məktubla iddiaçıya göndərərək, müqavilənin ləğv edilməsi ilə bağlı iddiaçıya məlumat vermişdir. Məktub iddiaçıya “Go Express” surətli poçt xidməti vasitəsi ilə göndərilmişdir (Qəbz № 076428). Nəzərə alınmalıdır ki, iddiaçı uzun müddət vergi orqanlarında, o cümlədən məsul vəzifələrdə işləmişdir, hüquqşünas təhsilinə malikdir, son illər hüquqşünaslıq və mühasibatlıq üzrə auditor fəaliyyəti ilə məşğul olur və bu sahələrə aid yüksək biliklərə malikdir. Təəssüflər olsun ki, iddiaçı bu biliklərini başqasının əmlakını ələ keçirmək üçün istifadə edir. İddiaçı bilir ki, ödənilən pula dair ona kassa mədaxil qəbzi verilməlidir. İddiaçı mənzilin dəyərini ödəmədiyinə görə ona kassa mədaxil qəbzi verilməmişdir. Bu da onu sübut edir ki, ilk iddia əsassızıdır. Bundan başqa qeyd etmək zəruridir ki, "xxxx" və "xxxx" MMC-nin kargüzarlıq xidməti tərəfindən deyil, iddiaçının özü tərəfindən tərtib edilmişdir. Həmin mənzil hazırda boşdur və başqa şəxsə verilməmişdir. Əgər iddiaçı mənzilin dəyərini ödəyərsə, mübahisə edilən mənzil onun adında saxlanıla bilər. Lakin iddiaçı mənzilin dəyərini ödəməkdən yayınır və məhkəmə aktı əldə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirdiyi əmlakı öz adında saxlanılmasına çalışır. İlk iddia ərizəsində iddiaçı göstərmişdir ki, mübahisənin məhkəmədən kənar danışıqlar yolu həll edilməsi üçün o, xx.xx.2025-ci il tarixində MMC-yə rəsmi müraciət etmişdir. Nəzərə alınmalıdır ki, iddiaçının verdiyi bu məlumat yalandır, iddiaçının xx.xx.2025-ci il tarixli ərizəsi ümumiyyətlə mövcud deyildir. Bu hal onun ərizəsinin poçta təhvil verilməsi barədə poçt zərfinin üzərindəki möhürlə sübut olunur. Bundan əlavə poçt vasitəsi ilə həmin ərizə MMC-yə xx.xx.2025-ci ildə təqdim edilmişdir. Həmin ərizədə ümumiyyətlə heç bir tarix əks etdirilməyib.
5. İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) qarşılıqlı iddia tələbinə qarşı verdiyi etirazda qeyd etmişdir ki, onunla MMC arasında xx.xx.2020-ci il tarixdə bağlanmış "xxxx" həm onun, həm də MMC-nin həqiqi iradə ifadələrinə uyğun qaydada bağlanmışdır. MMC qarşılıqlı iddiasında bildirir ki, guya o, həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, mənzilin dəyərini MMC-yə ödəməmişdir. Əslində isə, o, mənzilin dəyəri olan 100.000 manat məbləğində pulu xx.xx.1020-ci il tarixdə nağd şəkildə MMC-yə ödəmiş, MMC tərəfindən ona verilmiş "xxxx" da təsdiq edir ki, onun MMC-yə borcu yoxdur. MMC qarşılıqlı iddiasında bildirir ki, guya o, üzərinə öhdəlik götürmüşdür ki, MMC tərəfindən alınmış tikinti mal-materiallarının ƏDV-sini ödəyəcək. Lakin qarşılıqlı iddianın bu dəlili əsassızdır. Bu kimi hal olmayıb və olması sübuta yetmir. Bununla bağlı MMC hər hansı sübut təqdim edilməmişdir. Eyni zamanda nəzərə alınmalıdır ki, MMC-nin müqaviləni birtərəfli qaydada ləğv etməsi qanunsuzdur və müqavilənin ləğvi ilə bağlı ona hər hansı məktub təqdim edilməmişdir. MMC-nin qarşılıqlı iddia ərizəsinə əlavə etdiyi 076428 nömrəli poçt qəbzində məktubun kim tərəfindən və kimə göndərildiyi haqqında hər hansı məlumat qeyd edilməmişdir. Bu halda iddiaçı həmin qəbzə istinadən qərarın ona təqdim edildiyini hesab edə bilməz. Bundan başqa nəzərə alınmalıdır ki, MMC-nin iddiası qarşılıqlı iddia kimi icraata qəbul edilə bilməzdir. Belə ki, ilk iddia ərizəsi xx.xx.2025-ci il tarixində “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsilə Rayon Məhkəməsinə və həmin tarixdən "xxxx" İnformasiya Sistemi vasitəsi ilə MMC-yə təqdim edilmişdir. Qarşılıqlı iddia ərizəsi isə prosessual müddət ötürülməklə xx.xx.2025-ci il tarixdə verilmişdir. b) iş üzrə tərəflərin birinci instansiya məhkəməsinə verdikləri izahatlar barədə məlumat
6. İlk iddia üzrə iddiaçı ilk iddia tələbini müdafiə edərək, qarşılıqlı iddia tələbinə etiraz etmiş və qarşılıqlı iddia tələbinə qarşı verdiyi etirazın, habelə ilk iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. O, Rayon Məhkəməsinə verdiyi izahatda əlavə olaraq bildirmişdir ki, mənzilə görə MMC-yə 100.000 manat ödəməli olduğu halda ondan 110.000 manat alınmış, lakin "xxxx" 100.000 manat məbləğində pulun ödənilməsi ilə bağlı verilmişdir. MMC-nin verdiyi və MMC-nin möhürü ilə təsdiq edilmiş həmin "xxxx" mənzilin dəyərinin onun tərəfindən MMCyə tam ödənildiyi göstərildiyi üçün o, "xxxx" alınması üçün zərurət görməmişdir. O, dəfələrlə MMC-yə müraciət edərək, mənzilin ona təhvil verilməsini tələb etsə də, MMC-nin məsul şəxsləri hər dəfə bir bəhanə gətirərək, mənzilin təhvil verilməsini yubatmışlar. Şahlar Qurbanov isə bildirirdi ki, onun mənzili yerindədir, qısa müddət ərzində ona təhvil veriləcək. Daha sonra ona həmin mənzil deyil, yuxarı mərtəbədə yerləşən və sahəsi 97,39 kv.metr deyil, sahəsi 82-86 kv.metr arası olan mənzil və mənzil sahəsinin fərqinin ona pul şəklində ödənilməsi təklif edilmiş, lakin o, bu təklif ilə razılaşmamışdır. Məsələnin bu istiqamətdə inkişaf etdiyi görərək, o, pretenziya məktubu ilə MMC-yə müraciət edərək, xx.xx.2020-ci il tarixdə aralarında bağlanmış müqavilənin predmeti olan mənzilin ona təhvil verilməsini tələb etmiş, lakin müsbət nəticə əldə edilmədiyindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. MMC həmin müqavilənin xx.xx.2022-ci il tarixli qərarla ləğv edildiyini bildirsə də, müqavilənin ləğv edilməsi ilə bağlı ona təklif göndərməmiş, bu kimi qərar qəbul edəndən sonra isə qərarın nüsxəsini ona hər hansı bir qaydada təqdim etməmişdir. Buna görə də, o hesab edir ki, “müqavilənin ləğv edilməsi haqqında” məsələ mövcud olmamış, ilk iddia ərizəsi məhkəməyə veriləndən sonra uydurulmuş məsələdir.
7. MMC-nin nümayəndəsi X10 qarşılıqlı iddia tələbini müdafiə edərək, ilk iddia tələbinə etiraz etmiş və qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. O, Rayon Məhkəməsinə verdiyi izahatda əlavə olaraq bildirmişdir ki, MMC-nin vətəndaşlara verdiyi mənzillərin hesabatını MMC-nin hüquqşünası olaraq o tutur. MMC tərəfindən cəmi 3 mənzil, mənzillərin dəyəri MMC-ya ödənilmədən, yəni pulsuz qaydada 3 şəxsə verilmişdir. Həmin şəxslər, o cümlədən iddiaçı, MMC-nin işçiləri olmuşlar. Belə ki, MMC-yə hüquqşünas-auditor vəzifəsinə qəbul edilmiş iddiaçı, MMC-nin rəhbərliyi qarşısında üzərinə öhdəlik götürmüşdür ki, MMC-nin aldığı tikinti mal-materiallarının ƏDVsini özü ödəyəcək. Buna görə də, MMC-nin rəhbərliyi iddia ərizəsində qeyd edilən mənzilə dair iddiaçı ilə xx.xx.2020-ci il tarixdə "xxxx" bağlamış və mənzilin dəyəri ödənilmədiyi halda iddiaçıya "xxxx" vermişdir. Lakin iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, MMC-nin rəhbərliyini aldatmışdır. Buna görə də, MMC-nin hazırkı rəhbəri olan Şahlar Qurbanov, MMC ilə iddiaçı arasında bağlanmış müqaviləni özünün xx.xx.2022-ci il tarixli qərarı ilə ləğv etmişdir. Həmin qərarın surəti xx.xx.2022-ci il tarixli məktubla iddiaçıya göndərilmişdir.
8. MMC-nin təmsilçisi (direktoru) X8 qarşılıqlı iddia tələbini müdafiə edərək, ilk iddia tələbinə etiraz etmiş və qarşılıqlı iddia ərizəsinin və MMC-nin nümayəndəsi Rövşən Yusifovun verdiyi izahatının məzmununa uyğun izahat vermişdir. O, Rayon Məhkəməsinə verdiyi izahatda əlavə olaraq bildirmişdir ki, MMC-yə hüquqşünas-auditor vəzifəsinə qəbul edilmiş iddiaçı ilə MMC-nin həmin vaxt rəhbəri olmuş X7 arasında razılıq olmuşdur ki, iddiaçı, MMC-nin aldığı-tikinti mal-materiallarının ƏDV-si iddiaçı tərəfindən ödəniləcək və buna görə də, iddiaçıya pulsuz olaraq mənzil veriləcək. Bu səbəbdən də, MMC ilə iddiaçı arasında xx.xx.2020-ci il tarixdə həmin mənzilə dair "xxxx" bağlanmışdır. X9 tərəfindən imzalanmış və MMC-nin möhürü ilə təsdiqlənmişdi. İddiaçı həmin müqaviləni ona təqdim etmiş və o, müqavilənin Mətləb Məhərrəmov tərəfindən imzalandığını görüb “Maliyyə arayışını” imzalamış və arayışı iddiaçıya vermişdir. Lakin bir müddətdən sonra məlum oldu ki, iddiaçı, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, onları aldatmış, MMC tərəfindən alınan tikinti mal-materiallarının ƏDVsini ödəməmişdir. Bundan sonra onlar müqavilənin ləğv edilməsini və ya mənzilin dəyərinin ödənilməsini iddiaçıdan tələb etmiş, lakin iddiaçı, mənzili qaytarmaq istəmədiyi bildirmiş və xahiş etmişdir ki, mənzilin dəyəri onun maaşından tutulsun. İddiaçı sonra əmək haqqının ödənilməsi ilə bağlı iddia ilə Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş və o, Binəqədi Rayon Məhkəməsinin əmrinə əsasən iddiaçıya 10.000 manat pulu ödəmək məcburiyyətində qalmışdır. Bundan sonra isə iddiaçı iddiasını geri götürmüşdür. İddiaçı mənzilin dəyərini ödəmədiyi üçün o, xx.xx.2022-ci il tarixli qərarla iddiaçı ilə bağlanmış müqavilənin ləğv edilməsini qərara almışdır. Həmin qərar xx.xx.2022-ci il tarixli məktubla iddiaçıya “Gq Express” surətli poçt xidməti vasitəsi ilə göndərilmişdir. Nəzərə alınmalıdır ki, mənzilin dəyəri ödənilsə idi bu barədə iddiaçıya “Kassa mədaxil qəbzi” verilərdi, lakin belə bir qəbz iddiaçıya verilməmişdir. Bu da onu sübut edir ki, ilk iddia əsassız, qarşılıqlı iddia tələbi isə əsaslıdır. c) birinci instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə barədə məlumat
9. İşə baxmış Rayon Məhkəməsi hazırki iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qətnamə ilə ilk iddianın təmin edilməməsini, qarşılıqlı iddianın qismən təmin edilməsini, iddiaçı ilə cavabdeh MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 61-1 nömrəli "xxxx" ləğv edilmiş hesab edilməsini, qarşılıqlı iddianın qalan hissəsinin təmin edilməməsini, iş üzrə ödənilmiş dövlət rüsumlarının ilk iddia üzrə iddiaçıya (qarşılıqlı iddia üzrə cavabdehə) aid edilməsini, qarşılıqlı iddianın məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat məbləğində pulun iddiaçıdan cavabdeh MMC-nin xeyrinə tutulmasını qət etmişdir.
10. Bu nəticəyə gəlmiş Rayon Məhkəməsi işin müəyyən edilmiş halı kimi qeyd etmişdir ki, xx.xx.2020-ci il tarixli, 61-1 nömrəli "xxxx" alıcı olaraq iddiaçı ilə satıcı olaraq cavabdeh MMC arasında bağlanması, müqavilənin onlar tərəfindən imzalanması, müqavilənin MMC-nin möhürü ilə təsdiqlənməsi, müqavilədə göstərilən mənzilin ünvanı və texniki göstəriciləri, mənzilin dəyərinin 100.000 manat olması, mənzilin MMC tərəfindən iddiaçıya faktiki təhvil verilməməsi, habelə mübahisəli mənzilin hal-hazırda MMC-nin balansında qalması işin mübahisəsiz hallarıdır. Müqavilə üzrə 100.000 manat ödənişin faktiki olaraq edilib-edilməməsi, müqavilənin həqiqi iradə ilə mənzil satışı məqsədinə yönəlib-yönəlməməsi, müqavilə bağlanarkən aldatma və ya mühüm yanılma hallarının olub-olmaması, habelə müqavilə üzrə öhdəliklərin tam və vaxtında icra olunub-olunmaması işin mübahisəli hallarıdır. MMC mənzilin dəyərinin iddiaçı tərəfindən ona ödənilmədiyinə əsaslanaraq iddiaya etiraz etdiyindən, ilk növbədə mənzilin dəyərinin iddiaçı tərəfindən MMC-yə ödənilibödənilməməsi araşdırılmalıdır. Çünki MMC ödənişin edilmədiyini iddia etmiş və bunu əsasən "xxxx" iddiaçıya təqdim olunmaması, habelə şahid ifadələri ilə əsaslandırmışdır. Məhkəmə iclasında MMC tərəfindən təqdim edilmiş şahidlər məhkəməyə verdikləri ifadələrində real pul ödənişi baş vermədiyini bildirmişlər. Lakin iddiaçı onun tərəfindən MMC-ya edilmiş ödənişin nağd qaydada olduğunu bildirmiş və bunu təsdiq etmək üçün MMC tərəfindən verilmiş “Maliyyə arayışına” istinad etmişdir. Göstərilənləri nəzərə almış Rayon Məhkəməsi qeyd etmişdir ki, "xxxx" özüözlüyündə ödənişin həyata keçirildiyini təsdiq edən mötəbər sübut kimi çıxış edə bilməz. Çünki: 1) "xxxx", adətən, müəssisənin daxili uçot sənədidir və konkret əməliyyatın real baş verməsini təsdiqləyən müstəqil (üçüncü tərəfdən təsdiqlənmiş) mənbə deyil; 2) “Maliyyə arayışda” göstərilən məlumatlar müəssisənin öz bəyanı xarakteri daşıyır, lakin əməliyyatın faktiki icrası bank hesablaşma sənədi, kassa mədaxil orderi və ya qəbz kimi obyektiv təsdiqləyən sübutla dəstəklənməlidir; 3) “Maliyyə arayışda” məbləğin kimə, hansı əsasla, hansı tarixdə verildiyi, əməliyyatın müqavilə üzrə icra edilib-edilmədiyi barədə dəqiq və yoxlanıla bilən rekvizitlər mövcud deyildir; 4) "xxxx" üzərində nə bankın, nə də əməliyyatı qəbul edən tərəfin imzası, möhürü və ya təsdiqləyici qeydi yoxdur ki, bu da onu ödənişin faktiki baş verməsini sübuta yetirən sənəd kimi qəbul etməyə imkan vermir. Buna görə də, iddiaçının istinad etdiyi həmin "xxxx" mənzilə görə iddiaçı tərəfindən MMC-yə ödənişin həyata keçirilməsini təsdiqləyən etibarlı sübut kimi qəbul edilə bilməz. Nəzərə alınmalıdır ki, formalaşmış təcrübəyə əsasən müqavilə və maliyyə arayışının mövcudluğu mənzilin dəyərinin ödənilməsi anlamına gəlir. Lakin məhkəmə hesab edir ki, hazırki halda iddiaçının cavabdeh MMC-də işləməsi, hüquqşünas olması, maliyyə-vergi hesabatlarını dərindən bilməsi müvafiq məsələyə fərqli yanaşmanı tələb edir. Belə ki, məhkəmə iclasında hər iki tərəfin verdiyi izahatlara əsasən, iddiaçı əvvəllər vergi orqanında işləmiş, cavabdeh MMC-yə auditor xidməti göstərmişdir. MMC məhz iddiaçı ilə aralarında yaranmış səmimi və işgüzar münasibətlərə əsaslanaraq ödəniş edilmədiyi halda "xxxx" verildiyini bildirir. Məhkəmə tərəflərin izahatlarını, şahid ifadələrini, iddiaçının həmin MMC-də çalışmasını, vergi xidməti göstərməsini, uzun müddət mənzilin təhvil verilməməsini və işin digər diqqətəlayiq hallarını nəzərə alaraq MMC-nin bildirdiklərini daha səmimi olduğunu qəbul edir. Belə ki, işin hallarından göründüyü kimi, tərəflər arasında müqavilə xx.xx.2020ci il tarixdə bağlansa da, mənzil bugünədək iddiaçıya təhvil verilməmişdir. Mənzilin satışını həyata keçirən MMC-nin mənzilin dəyəri ödənildiyi halda onu alıcı olan iddiaçıya təhvil verməməsi ağlabatan deyildir. İddiaçı tərəfindən təqdim edilmiş və məhkəmə iclasında dindirilmiş şahidlər həmin mənzildə təmiri həyata keçirməli olan şəxslərdir. Onların verdikləri ifadələrə əsasən tərəflərindən mənzilə baxış keçirilsə də, dəfələrlə getmələrinə baxmayaraq, təmirə icazə verilməmişdir. Hətta mənzildən zibillərin daşınmasını istəsələr də ona da icazə verilməmişdir. İddiaçının təqdim etdiyi şahid Oktay Şirinov isə ilk dəfə Şahlar müəllimin qəbulunda olarkən onu yaxşı qəbul etdiyini, sonradan hansı mənzillə bağlı gəldiyini bildikdə isə kobud şəkildə onu otağından qovduğunu, pulla bağlı problemlərinin olduğunu, buna baxmayaraq dəfələrlə həmin mənzilə getmək məcburiyyətində qalsa da içəri buraxılmadığını bildirmişdir. Yəni iddiaçının təqdim etdiyi şahidlər də tərəflər arasında əvvəlcədən mənzillə bağlı mübahisənin olduğunu təsdiqləmişlər. Göstərilənləri nəzərə almış Rayon Məhkəməsi Mülki Prosessual Məcəllənin 78, 217.3. və 106.1-ci maddələrinə, “Məhkəmə və hakimlər haqqında” Qanununun 100-cü maddəsinin İİİ hissəsinə əsaslanaraq qeyd etmişdir ki, cavabdeh MMC tərəfindən təqdim olunmuş şahid ifadələri və digər sübutlar iddiaçı ilə MMC arasında bağlanmış müqavilənin faktiki icra olunmadığını, öhdəliklərin real şəkildə yerinə yetirilmədiyini, mübahisəli mənzil üzərində hüquqların qarşılıqlı iddiaçıdan iddiaçıya faktiki keçmədiyini təsdiq etmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, ilk iddianın təmin edilməsi qeyri-mümkündür. Qarşılıqlı iddiaya münasibətdə Rayon Məhkəməsi qeyd etmişdir ki, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) MMC sözügedən mənzilin alğı-satqısı barədə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) ilə bağlanmış müqavilənin uydurma və yalan əqd olması halına istinad etmiş və vurğulamışdır ki, müqavilənin imzalanması zamanı ona təqdim olunan bəzi məlumatlar (ƏDV ilə bağlı) həqiqətə uyğun olmamış, nəticədə o, hüquqi əhəmiyyət kəsb edən səhvə (yanılmaya) yol vermişdir. Lakin nəzərə alınmalıdır ki, yanılma son nəticədə təsəvvürün həqiqətə uyğun olmaması halını ifadə edir. Geniş mənada yanılma həqiqəti bilməməyi də ehtiva edir. Göstərilən halda isə bir kommersiya təşkilatının bu cür yanılmasından söhbət gedə bilməz. MMC tələbini iddiaçı tərəfindən ödənişin edilməməsi və mənzilin MMC-nin balansında qalması ilə əsaslandırmışdır. Lakin iş materiallarında tərəflərin müqaviləni imzalaması və hüquqi nəticələrini qəbul etməsi faktı, eləcə də müqavilə mətni əqdin mövcudluğunu göstərmişdir. Buna görə də, mövcud sübutlarla əqdin sırf uydurma və ya yalan olmasına dair nəticə çıxarılması mümkün deyildir. Həmçinin MMC onun iddiaçı tərəfindən aldadılmasına istinad etsə də, iş materiallarında müqavilə bağlanmazdan əvvəl ona iddiaçı tərəfindən qəsdən yanlış məlumat (ƏDV ilə bağlı) verilməsi və ya mühüm faktların gizlədilməsi barədə sübut təqdim etməmişdir. Əksinə, müqavilənin mətni və tərəflərin izahatları göstərir ki, hər iki tərəf müqavilə şərtlərini bilmiş və müqaviləni imzalamaqla həmin şərtləri qəbul etmişlər. Bu səbəbdən qəbul edilməlidir ki, aldatma halı da öz təsdiqini tapmır. Mülki Məcəllənin 340-cı maddəsində sırf görünüş üçün edilən iradə ifadələrinin əhəmiyyətsiz olduğu qeyd olunmuşdur. Bunlardan biri “uydurma əqd: adlanan birinci halın mövcudluğunun qəbul edilməsi üçün aşağıdakı iki şərtin eyni vaxtda olması zəruridir: a) əqdi əmələ gətirən iradə ifadəsini edənlər buna uyğun hüquqi nəticəni, yəni haqq və öhdəliklərin yaranmasını istəməmiş olmalıdırlar. Əgər əqd ikitərəfli və ya çoxtərəfli əqddirsə, əqdin tərəfləri bu əqd üzrə hüquq və vəzifələrin əmələ gəlməməsi barəsində öz aralarında razılığa gəlmiş olmalıdırlar; b) uydurma əqd sırf başqalarını aldatma məqsədilə bağlanmış olmalıdır. Yəni iradə ifadəsi əslində olmayan haqq və öhdəliklərin mövcudluğu barəsində sırf üçüncü şəxslərdə yanlış qənaəti formalaşdırmaq məqsədilə edilir. Mülki Məcəllənin 340-cı maddəsində nəzərdə tutulan uydurma əqd o halda mövcud olur ki, tərəflər bağladıqları əqd üzrə heç bir hüquqi nəticə əmələ gətirmək niyyətində olmasınlar və yalnız görünüş üçün sənəd imzalasınlar. Lakin iş materiallarında belə niyyətin mövcud olduğunu təsdiq edən sübut mövcud deyildir. Əksinə, tərəflərin sonrakı hərəkətləri müqavilə üzrə öhdəliklərin icrası ilə bağlı qarşılıqlı tələblərin irəli sürülməsi, mübahisənin həlli üçün müraciətlər edilməsi və hətta müqavilənin ləğvi barədə qərar verilməsi onun sırf görünüş üçün bağlanmadığını göstərir. Eyni zamanda, sırf görünüş üçün edilən iradə ifadələri ilə bağlı ikinci halı təşkil edən yalan əqdin mövcudluğunun qəbul edilməsi üçün isə yuxarıda uydurma əqdlə bağlı şərtlərin olması ilə yanaşı, aşağıdakı şərtlərin də gerçəkləşmiş olması zəruridir: a) iki ayrı əqd bağlanmış olmalıdır; b) bu əqdlərdən biri onu bağlayanların həqiqi iradəsini əks etdirməsinə baxmayaraq gizlədilmiş olmalıdır; c) bu əqdlərdən digəri olan görünüşdəki əqd isə sırf həqiqi iradəyə uyğun əqdi pərdələmək, yəni onu gizlətmək məqsədilə bağlanmış olmalıdır. Yalan əqd üçün tələb olunan əsas şərt ondan ibarətdir ki, görünüşdə bağlanmış əqd tərəflərin əslində gizlətmək istədiyi başqa bir əqdi pərdələsin. İş materiallarında tərəflərin belə gizli və fərqli bir razılaşma bağladıqları barədə də heç bir sübut yoxdur. Bu səbəbdən, təqdim edilən faktlar müqavilənin nə uydurma, nə də yalan əqd olduğunu təsdiq etmir; əksinə, onun real hüquqi nəticələr doğurmaq niyyəti ilə bağlandığını göstərir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, hüquqi baxımdan da MMC ilə iddiaçı arasında mübahisəli mənzilə dair bağlanmış xx.xx.2020-ci il tarixli "xxxx" və MMC tərəfindən həmin tarixli verilmiş "xxxx" etibarsız hesab edilməsi tələbi əsaslı hesab edilə bilməz. Çünki Mülki Məcəllənin müqavilənin etibarsızlığına dair müddəaları yalnız qanunda nəzərdə tutulan hallarda tətbiq edilir. Bu iş üzrə isə həmin hallar mövcud deyildir. Qarşılıqlı iddia üzrə iddiaçı yalnız müqavilənin ləğvi ilə bağlı irəli sürdüyü hallara istinad edə bilərdi. İş materiallarından və tərəflərin izahatlarından aydın olur ki, xx.xx.2020-ci il tarixli "xxxx" üzrə ödənişlərin iddiaçı tərəfindən edilməsinə dair “Kassa mədaxil qəbzi” yoxdur. Həmçinin, işdə olan Nərimanov Rayon Prokurorluğunun müstəntiqi P.İmanovun xx.xx.2025-ci il tarixli “cinayət işinin rədd edilməsi haqqında” 125-C-25 saylı qərarından görünür ki, hazırkı iş üzrə iddiaçının, hazırkı iş üzrə cavabdeh MMC-nin ona qarşı etdiyi hərəkətlər ilə bağlı verdiyi şikayət üzrə aparılmış araşdırmanın nəticəsi ilə hər hansı cinayət hadisəsinin baş verməsi müəyyən edilməmişdir. Bundan başqa müqavilənin ləğvi ilə bağlı qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü qərarında aşağıdakıları qeyd etmişdir: «“müqavilənin ləğv edilməsi” dedikdə əqdə əsaslanan münasibətlərin qarşılıqlı razılaşma yolu ilə deyil, tərəflərdən birinin birtərəfli iradə ifadəsi ilə aradan qaldırması imkanı başa düşülür. Müqavilənin birtərəfli qaydada aradan qaldırılmasının ümumi əsasları isə Mülki Məcəllənin 421.2 və 422.1-ci maddələrində müəyyən edilmişdir. Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Göründüyü kimi, müqavilənin birtərəfli qaydada aradan qaldırılması (ləğv edilməsi) aşağıda göstərilən əsaslardan birinin mövcud olduğu halda mümkündür: - digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda (məsələn, Mülki Məcəllənin 719.7-ci maddəsində müəyyən edildiyi kimi); - Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda (məsələn, Mülki Məcəllənin 786.1-ci maddəsində göstərilən hal). Müqavilə öhdəliklərinin əhəmiyyətli dərəcədə pozulması baş vermədiyi bir sıra hallarda, əgər bu hallar Mülki Məcəllə və ya tərəflərin əvvəlcədən qarşılıqlı razılaşması ilə müəyyən edilərsə, müqavilə birtərəfli qaydada ləğv oluna bilər. Belə ki, Mülki Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Nəzərə alınmalıdır ki, mülki qanunvericiliyin məqsədi üçüncü şəxslərin hüquqlarına xələl gətirmədən mülki dövriyyənin azadlığının onun iştirakçılarının bərabərliyi əsasında təmin edilməsi kimi müəyyən edilmişdir (Mülki Məcəllənin 1.1-ci maddəsi). Müqavilələr hüququnda iradə sərbəstliyi və müqavilə azadlığı prinsipləri də məhz birbaşa bu məqsədə nail olmaq üçün təsbit edilmişdir (Məcəllənin 6.1.2, 6.1.5, 12.2 və 390-cı maddələri). Həmin Məcəllənin 389.1-ci maddəsinin mənasına görə müqavilə tərəflər arasında məhz iradə ifadələri nəticəsində yaranan razılaşmadır. Odur ki, müqavilənin bağlanması və qüvvədə qalması tərəflərin birgə iradəsinə əsaslandığı üçün, onların qabaqcadan xüsusi ləğvetmə əsaslarını müəyyən etmək hüququna malik olması da mülki qanunvericiliyin tələblərindən irəli gəlir. Bu səbəbdən də Mülki Məcəllənin 421.2-ci maddəsində “müqavilədə nəzərdə tutulan digər hallarda” və Məcəllənin 421.3-cü maddəsində “tərəflərin razılaşması ilə yol verildikdə” ifadələri ilə tərəflərin müqaviləni birtərəfli qaydada aradan qaldırmaq imkanı tanınmışdır. Burada “tərəflərin razılaşması ilə yol verildikdə” müddəasının “əvvəlcədən müqavilədə nəzərdə tutulan hallarda” mənasını ehtiva etdiyi xüsusilə qeyd edilməlidir. Belə ki, Mülki Məcəllənin 421.3-cü maddəsinin dispozisiyasından göründüyü kimi, burada hüquqi tənzimetmə qarşılıqlı razılaşma ilə deyil, məhz müqavilənin bilavasitə birtərəfli qaydada ləğv edilməsi (maddədə “imtina” olaraq ifadə edilib) ilə bağlıdır. Əlavə olaraq o da vurğulanmalıdır ki, 24 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə Mülki Məcəllənin 421.2-ci maddəsinin birinci cümləsindən “məhkəmənin qərarına əsasən" müddəası çıxarılmaqla, ləğv etmənin məhkəmədən kənar qaydada baş verməsi müəyyən edilmişdir ki, bu da müvafiq münasibətlərin hüquqi tənzimlənməsinin əsas prinsiplərindən irəli gəlmişdir. Nəzəriyyədə “müqavilədən imtina” əsasən öhdəliklərin qarşılıqlı icrasını nəzərdə tutan (sinallagmatic) müqavilələrdə öhdəliklərin icrasının gecikdirilməsi səbəbi ilə kreditorun müqaviləyə onun bağlandığı andan, yəni geriyə şamil olunan şəkildə (ex tunc) xitam verməsi hallarını ehtiva edir. Nəzərə alınmalıdır ki, müqavilədən imtinadan fərqli olaraq, müqavilənin ləğv edilməsi gələcəyə yönəlik olmaqla həmin anadək tərəflərin yaranmış olan hüquq və öhdəliklərini aradan qaldırmır, yalnız ləğv anından sonra tərəflərin müqavilə münasibətlərinə (ex nunc) xitam verilir. Həmçinin, müqavilədən imtina yalnız öhdəliyin pozulması nəticəsində mümkün olduğu halda, müqavilənin ləğv edilməsi üçün öhdəliyin pozulması heç də həmişə şərt kimi çıxış etmir. İstər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir. Mülki Məcəllənin 447-ci maddəsi ilə müqavilədən imtinanın ümumi əsasları tənzimlənmişdir. Məcəllənin 447.1-ci maddəsinə əsasən, əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. Maddənin tətbiqi tərəflər arasında sinallagmatic öhdəliklərin mövcud olması ilə şərtlənir və tərəflərdən biri öz üzərinə düşən öhdəliyi icra etmədikdə, qarşı tərəfə icra üçün əlavə müddət verərək müqavilədən imtina etməklə ona xitam vermək hüququ verilir. Aşağıdakı hallarda əlavə müddətin təyin edilməsi və ya xəbərdarlıq edilməsi zərurəti yoxdur: - bunun heç bir nəticə verməyəcəyi aydın olduqda; - öhdəlik müqavilədə təyin edilmiş müddətdə icra edilmədikdə və müqaviləyə görə kreditor münasibətlərin davam etdirilməsini öhdəliyin vaxtında icrası ilə bağladıqda; - xüsusi əsaslara görə və qarşılıqlı mənafelər nəzərə alınmaqla müqavilənin dərhal ləğv edilməsinə haqq qazandırıldıqda (Mülki Məcəllənin 447.2-ci maddəsi)». Hazırkı üzrə cavabdeh MMC-nin qarşılıqlı iddia ərizəsindən, tələbin mahiyyətindən, eləcə də qarşılıqlı iddia üzrə iddiaçının izahatından görünür ki, iddiaçının qarşılıqlı iddia ərizəsinin verilməsində əsas məqsədi cavabdeh tərəfindən ona ödənilməli olan pulun verilmədiyinə, yəni müqavilədən irəli gələn öhdəliklərin icra edilmədiyinə əsaslanmaqla əqddən – xx.xx.2020-ci il tarixli alğı-satqı müqaviləsindən irəli gələn hüquqi münasibətlərin birtərəfli qaydada aradan qaldırılması, yəni müqavilədən imtina etməklə ona xitam verilməsidir. Rayon Məhkəməsi, Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarında təsbit edilmiş hüquqi mövqeyi rəhbər tutaraq belə qənaətə gəlmişdir ki, MMC iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 421.3-cü maddəsi nəzərdən keçirilə bilər. Həmin maddəyə görə, müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Həmçinin Mülki Məcəllənin 447.2-ci maddəsinə uyğun olaraq, əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, xüsusi əsaslara görə və qarşılıqlı mənafelər nəzərə alınmaqla müqavilənin dərhal ləğv edilməsinə haqq qazandırılırsa tərəf müqavilədən əlavə müddət təyin edilmədən və ya xəbərdarlıq edilməsi zərurəti olmadan imtina edə bilər. Yuxarıda sadalanan qanunvericilik normalarından və Konstitusiya Məhkəməsi Plenumunun qərarından da göründüyü kimi, digər tərəf müqavilədən irəli gələn öhdəliklərini icra etmədikdə müqavilənin tərəfi müqavilədən birtərəfli qaydada imtina etməklə müqaviləyə xitam verə bilər və bu halda müqavilə Mülki Məcəllənin 423.3-cü maddəsinə uyğun olaraq ləğv edilmiş hesab olunur. Bu zaman əsas aydınlaşdırılmalı olan hal cavabdeh (ilk iddia üzrə iddiaçı) tərəfindən öz öhdəliyinin qanunauyğun şəkildə icra edilib-edilməməsinin müəyyənləşdirilməsidir. Hazırki işdə qarşılıqlı iddia üzrə cavabdeh müqavilə üzrə ödənişin MMC-yə çatdırıldığını bildirsə də, bunu təsdiq edən hal kimi xx.xx.2020-ci il tarixli "xxxx" təqdim etsə də, həmin sübutlar iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun gəlməməklə öz təsdiqini tapmamışdır. Məhkəmə iş materiallarını, tərəflərin izahatlarını, yazılı sübutları, şahid ifadələrini və digər təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq belə qənaətə gəlir ki, iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) təqdim etdiyi sübutlar MMC-nin sözügedən müqavilənin ləğvinə dair istinad etdiyi faktiki halları və sübutları təkzib etməyə kifayət etmir. İddiaçının təqdim etdiyi sübutlar (o cümlədən müqavilənin mövcudluğu və hüquqi nəticələrini doğurduğunu təsdiqləyən sənədlər) faktın əksini sübuta yetirəcək dərəcədə qəti və dolğun xarakter daşımır. Qeyd olunmalıdır ki, iş üzrə tərəflərin bağladıqları müqavilə sinallagmatik xarakter daşısa da, iddiaçının öz öhdəliklərini icra etmədiyi məhkəmə tərəfindən müəyyən edilmişdir. Xüsusilə, ödənişin icra olunmaması və bu halın etibarlı sübutlarla təsdiqlənməməsi, iddiaçının müqavilədən imtina hüququnu aktual edir. Beləliklə, məhkəmə yuxarıda şərh olunan hallara əsaslanaraq hesab edir ki, xx.xx.2020-ci il tarixli alğı-satqı müqaviləsi üzrə qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən öhdəliklərin icra edilməməsi Mülki Məcəllənin 422-ci maddəsi baxımından müqavilənin ləğvi üçün əsas yaratmışdır. Göründüyü kimi, iddiaçının iddia tələbi, bu tələbin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmamaqdadır. Rayon Məhkəməsi qeyd etmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçı mənzilin pulunu vermədiyindən alğı-satqı müqaviləsinin ləğv edilməsi barədə qarşı tərəfə bildiriş göndərməklə birtərəfli iradə ifadəsini bildirmiş hesab edilir. Bu isə, Mülki Məcəllənin 421.3cü maddəsinin tələblərinə uyğun olaraq müqavilənin həmin andan ləğv edilmiş olduğu mənasına gəlir. Qeyd olunan qanunvericilik normalarından çıxış edərək məhkəmə hesab edir ki, qarşı tərəfə iradə ifadəsi bildirildiyi andan müqavilə ləğv edilmiş hesab olunduğundan, göstərilən hallar müqavilənin ləğv edilmiş hesab edilməsi, yəni müqavilədən birtərəfli qaydada imtina edilməklə xitam verilmiş hesab edilməsi barədə qətnamənin çıxarılmasına əsas verir. d) apellyasiya şikayəti barədə məlumat
11. İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iş üzrə yeni qətnamə qəbul edilərək, ilk iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsini xahiş etmişdir.
12. Əsasları ilk iddia tələbinin, qarşılıqlı iddiaya qarşı verilmiş etirazın və ilk iddia üzrə iddiaçının birinci instansiya məhkəməsinə verdiyi izahatın əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. e) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat
13. Apellyator və onun vəkili (nümayəndəsi) Vəkil1 apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdilər və şikayətinin məzmununa uyğun izahat verdilər. Apellyator əlavə olaraq bildirdi ki, mənzilə görə MMC-yə ödədiyi 100.000 manatla bağlı MMC tərəfindən ona "xxxx" verilməməsi onun üçün əhəmiyyət daşımamışdır, çünki MMC tərəfindən ona verilmiş xx.xx.2020-ci il tarixli "xxxx" həmin ödəniş öz əksini tapmışdır.
14. Cavabdeh MMC-nin nümayəndələri (MMC-nin hüquqşünası) Rövşən Yusifov və (vəkil) Vəkil3 apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdilər və Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin məzmununa uyğun izahat verdilər. Onlar əlavə olaraq bildirdilər ki, MMC tərəfindən iddiaçının adına verilmiş "xxxx" iddiaçının 100.000 manatı MMC-yə ödəməsini təsdiq edə biləcək sübut kimi qiymətləndirilə bilməz. Çünki hər hansı bir ödənişin edilməsi ya “Kassa mədaxil qəbzi” və ya kassa çeki ilə təsdiq edilə bilər. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
15. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək, ilk iddia təmin, qarşılıqlı iddia isə təmin edilməməlidir.
16. Belə ki, iş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatlardan və işdə olan sənədlərdən görünür ki, vəkil işləyən iddiaçı ilə MMC-nin təsisçisi və direktoru X7 arasında xx.xx.2020-ci il tarixdə bağlanmış "xxxx" əsasən iddiaçı, MMC-yə hüquqşünas-auditor vəzifəsinə işə qəbul edilmiş və ona aylıq 1.102 manat məbləğində əmək haqqı müəyyən edilmişdir. Bununla bağlı olaraq MMC tərəfindən müvafiq əmr verilmişdir.
17. Bakı şəhəri, Nərimanov rayonu, X20 prospekti, 945-ci məhəllədə yerləşən çoxmənzilli bina cavabdeh MMC tərəfindən inşa edilmişdir.
18. Alıcı olaraq iddiaçı ilə satıcı olaraq cavabdeh MMC arasında xx.xx.2020-ci il tarixdə bağlanmış 61-1 nömrəli "xxxx" görünür ki, MMC, yuxarıda qeyd edilən ünvanda yerləşən çoxmənzilli binanın "xxxx" blokunun 3-cü mərtəbəsindəki ümumi sahəsi 97,39 kv.m olan 6 saylı mənzili iddiaçıya satır, iddiaçı isə mənzilin dəyəri olan 100.000 manatı MMC-yə ödəməklə mənzili MMC-dən alır.
19. MMC tərəfindən iddiaçının adına verilmiş xx.xx.2020-ci il tarixli, 61-1 nömrəli “Maliyyə arayışından” görünür ki, həmin mənzilin dəyəri olan 100.000 manat iddiaçı tərəfindən MMC-yə tam həcmdə ödənilmişdir.
20. MMC-nin 100% payına sahib olan təsisçisi X7, X5 və MMC-nin direktoru X8 arasında xx.xx.2022-ci il tarixdə bağlanmış müqavilədən görünür ki, 3 nəfərə, mühasib - Əlizadəyə, Natiq adlı şəxsə və Talıbova soyadlı şəxsə tam ödənişsiz 3 mənzil verilmişdir.
21. MMC-nin xx.xx.2022-ci il tarixli “alğı-satqı müqaviləsinin ləğv edilməsi haqqında” qərarından görünür ki, iddiaçı tərəfindən görülməli olan işlərin müqabilində ödənişsiz mənzil verilmiş, lakin o, həmin işləri görməmişdir. Buna görə də, iddiaçı ilə həmin mənzilə dair bağlanmış "xxxx" ləğv edilir.
22. MMC tərəfindən iddiaçıya ünvanlanmış məktubdan görünür ki, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyinə, dəyərini ödəmədiyinə görə aldatma yolu ilə ələ keçirdiyi mənzilin ona verilməsinə dair xx.xx.2020-ci il tarixli, 61-1 nömrəli "xxxx" ləğv edilmişdir.
23. "xxxx" Şirkətinin 076428 nömrəli, xx.xx.2022-ci il tarixli qəbzindən görünür ki, MMC tərəfindən iddiaçıya göndərilmiş məktub ünvançıya çatdırlmamışdır (səbəb: qapı bağlıdır).
24. Bakı Şəhəri Nərimanov Rayon Prokurorluğunun “cinayət işinin rədd edilməsi haqqında” xx.xx.2025-ci il tarixli, 125-C-25 saylı qərarından görünür ki, hazırkı iş üzrə iddiaçının, hazırkı iş üzrə cavabdeh MMC-nin ona qarşı etdiyi hərəkətlər ilə bağlı verdiyi şikayət üzrə aparılmış araşdırmanın nəticəsi ilə hər hansı cinayət hadisəsinin baş verməsi müəyyən edilməmişdir. Buna görə də, toplanmış material üzrə cinayət işinin başlanması Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir.
25. İddiaçı tərəfindən təqdim edilmiş və Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş X11 verdiyi ifadədə bildirmişdir ki, o, təmir-tikinti şirkətində işləyir. İddiaçını 7 il olar ki, tanıyır. O, bilirdi ki, (yuxarıda qeyd edilən ünvandakı binada) iddiaçının mənzili var və iddiaçı mənzilin təmirinə başlamaq niyyətində idi. Bu məqsədlə onlar həmin binaya getmişdilər. Mənzilin qapısı var idi, lakin açar mövcud deyildi. Onlar mənzilə baxdılar, mənzildə təmir işlərini aparmaq niyyəti ilə ölçü işlərini də həyata keçirdilər. Məlum oldu ki, mənzilin sahəsi 11 kv.m metr azdır. Bu zaman Şahlar bəy dedi ki, çatmayan sahəni qonşu mənzildən kəsib də verə bilər, ya da mənzil satılsın çatmayan sahənin də fərqini Şahlar bəyin özü ödəyər. Bu söhbətdən sonra bir müddət keçdi. Təqribi olaraq 1 il gözləməli oldular. Çünki mənzil satışa çıxarılmışdı. Lakin binada satış zəif olduğundan satış mümkün olmadı. Həm də mənzilin təmirinə icazə verilmirdi. 2024-cü ildə o, yenidən binaya getmiş və Şahlara bildirmişdir ki, o, mənzilin təmiri ilə bağlı gəlmişdir. Lakin Şahlar təmirə icazə vermədi və bildirdi ki, müqavilə təqdim edildiyi təqdirdə təmirə icazə veriləcək. O da bu barədə iddiaçıya məlumat vermişdir. Həmin vaxtdan bir müddət sonra onlar müqaviləni onlara deyilən ünvana poçt vasitəsilə göndərmişlər. Şahlar mənzilin əvəzinə 2ci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsi də göstərmişdi. Onlar həmin qeyri-yaşayış sahəsinə də baxmışlar. Lakin o, iddiaçıya sahəsinin əlverişsiz olduğunu demişdir. Şahlar yenə də aralarında problem olduğunu bildirərək təmirə başlamağa icazə vermirdi. O, iddiaçı ilə danışan zaman iddiaçıya demişdir ki, Şahlarla problem var və bu səbəbdən təmirə başlamaq mümkün deyil.
26. İddiaçı tərəfindən təqdim edilmiş və Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş X15 bildirmişdir ki, o, təmir-tikinti şirkətində işləyir. O, iddiaçını tanışı olan Şahinin vasitəsi ilə tanımışdır. İlk dəfə binaya Şahin onu tək göndərmişdi. Əvvəl onun nə üçün gəldiyini bilmədilər. MMC-nin rəhbəri Şahlar bəy onunla mülayim davranırdı. Sonra o bildirdi ki, iddiaçının mənzilinin təmiri ilə bağlı gəlmişdir. Bundan sonra Şahin onunla çox kobud formada danışmağa başladı. O, mənzilə baxmaq istədiyini desə də Şahin buna icazə vermədi. İlk dəfə o, binaya 2023-cü ildə getmişdir. 1 il keçdikdən sonra yenidən mənzilə baxmaq üçün getmişdir. Həmin vaxt da təmirə başlamaq üçün getmişdilər. Ona mənzilin sahəsində 10-11 kv.m metr fərq olduğu deyilmişdi. Yenə də təmirə başlamağa icazə verilmədi. Bu barədə Şahinə məlumat verdi. Sonuncu dəfə isə dekabr ayında Şahin ilə getmişdilər. Şirkətin işçiləri də onlarla idi. Mənzildəki zibilləri təmizləməli idilər. Lakin buna icazə verilmədi. İlk dəfə binaya gedən zaman ona dedilər ki, iddiaçı ilə aralarında problem var. 2-ci dəfə gedən zaman o Şahları binada görmədi. Şahların işçisi isə onu mənzilə baxmağa qoymadı. Əslində o sonradan binaya getmək istəmirdi, çünki onunla kobud davranmışdılar. 3-cü gedişində çox aqressiv danışdı və bir daha mənzilə baxmağa gəlməməyi, aralarında pul ilə bağlı mübahisəsi olduğunu bildirdi. O, özü ilə usta da aparmışdı. Lakin ustanın da mənzilə qalxmasına icazə vermədilər. Cəmi 6-7 dəfə mənzilə baxmaq üçün getmiş, lakin icazə verilməmişdir.
27. MMC tərəfindən təqdim edilmiş və Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş X3 bildirmişdir ki, o, 2020-ci ildən binada xadimə kimi işləmişdir. O, Şahlar bəyə çay aparan zaman ofisdə sonuncunun iddiaçı ilə mübahisə etdiklərini görmüşdür. Onlar ev alğı-satqısı və pul barədə danışırdılar. İddiaçı deyirdi ki, maaşdan-maaşa ödəniş edəcək. Sonra isə həmin məsələ barəsində məlumatı olmayıb. Həmin vaxt iddiaçı da onu ofisdə görmüşdür.
28. MMC tərəfindən təqdim edilmiş və Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş X6 bildirmişdir ki, o, 2020-ci ildən anbarda işləmişdir. İddiaçını da görmüşdür. Mənzil barəsində də eşitmişdir. O, onlar arasında vergi məsələsi olduğunu bilirdi. İddiaçı şirkətin vergi işlərini həll etməli idi. Lakin həll edə bilməmişdi. İddiaçı həmin şirkətdə mühasib kimi işləyirdi.
29. MMC tərəfindən təqdim edilmiş və Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş X16 bildirmişdir ki, o, 2021-ci ildən cavabdeh MMC-də direktor müavini kimi işləmişdir. İddiaçını da tanıyır. İddiaçının işçiləri şirkətə gəlib maaşları verirdilər. O, işlədiyi müddətdə mübahisəli mənzillə bağlı danışıqlarından məlumatlı idi. O bildiyinə görə, iddiaçı, MMC-nin vergi işlərini həll etməli, buna görə isə iddiaçıya mənzil verilməli idi. Lakin sonradan məlum oldu ki, iddiaçı, MMC-nin vergi işlərini həll etməyib.
30. Göstərilənlərə əsasən və iş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatlara əsasən müəyyən edilir ki, Bakı şəhəri, Nərimanov rayonu, X20 prospekti, 945-ci məhəllədə yerləşən çoxmənzilli bina cavabdeh MMC tərəfindən inşa edilmişdir. İddiaçı ilə MMC arasında xx.xx.2020-ci il tarixdə bağlanmış "xxxx" əsasən iddiaçı, MMC-yə hüquqşünas-auditor vəzifəsinə işə qəbul edilmişdir və ona aylıq 1.102 manat məbləğində əmək haqqı müəyyən edilmişdir. Eyni zamanda iddiaçı ilə cavabdeh MMC arasında xx.xx.2020-ci il tarixdə bağlanmış "xxxx" qeyd edilmişdir ki, MMC, yuxarıda qeyd edilən ünvanda yerləşən çoxmənzilli binanın "xxxx" blokunun 3-cü mərtəbəsindəki ümumi sahəsi 97,39 kv.m olan 6 saylı mənzili 100.000 manat iddiaçıya satır, iddiaçı isə həmin mənzili alır. MMC tərəfindən iddiaçının adına verilmiş xx.xx.2020-ci il tarixli, 61-1 nömrəli "xxxx" qeyd edilmişdir ki, mənzilin dəyəri olan 100.000 manat iddiaçı tərəfindən MMC-yə tam həcmdə ödənilmişdir.
31. Bu kimi "xxxx" bağlanması, MMC tərəfindən həmin "xxxx" verilməsi işin mübahisəsiz halını təşkil etsə də, MMC bildirir ki, müqavilədə alıcı kimi adı qeyd edilən iddiaçı mənzilin dəyərini ona ödəməməşdir.
32. Bu hala istinad etmiş MMC, xx.xx.2022-ci il tarixdə qəbul etdiyi qərarla həmin "xxxx" ləğv etmiş və iddiaçıya qarşı irəli sürdüyü qarşılıqlı iddia ərizəsində həmin qərarın qanuna uyğun hesab edilməsini xahiş etmişdir.
33. Məhkəmə bildirir ki, qarşılıqlı iddiada ifadə edilmiş bu tələbin əsaslılığı ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür (maddə 421.1.). Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır (maddə 423.1.).
34. Bu qayda tərəflər arasında bağlanmış "xxxx" 5.2-ci maddəsində də, nəzərdə tutulmuşdur.
35. Mülki Məcəllənin 423.2-ci maddəsinə görə isə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər.
36. Lakin işin hallarından müəyyən edilir və əksi MMC tərəfindən mübahisələndirilmir ki, iddiaçı ilə bağlanmış xx.xx.2020-ci il tarixli müqavilənin ləğv edilməsi ilə bağlı iddiaçıya əvvəlcədən məlumat verilməmiş, MMC, müqavilənin birtərəfli qaydada ləğv edilməsi haqqında xx.xx.2022-ci il tarixdə qərar qəbul etmişdir.
37. Göstərilənlərə əsasən müəyyən edilir ki, qarşılıqlı iddiada ifadə edilmiş bu tələb əsaslı hesab edilə bilməz.
38. MMC, alıcı olan iddiaçıya qarşı irəli sürdüyü bu tələbi və “Alğı-satqı müqaviləsinin, habelə maliyyə arayışının etibarsız hesab edilməsi haqqında” tələbi həmçinin onunla əsaslandırır ki, iddiaçı, MMC-nin rəhbər işçilərinə MMC-nin aldığı tikinti mal-materialları ilə bağlı ƏDV-nin ödənilməsini öz üzərinə götürəcəyini yalandan bildirərək, mənzilin dəyərini ödəmədən "xxxx" bağlanmasına və "xxxx" ona verilməsinə nail olmuş, lakin vədinə əməl etməmiş, həmin işi görməmiş, bu azmış kimi mənzilin dəyərini də MMCyə ödəməmişdir.
39. Bununla bağlı Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin müqavilənin ləğvinin şərtlərini müəyyən edən tələblərinə görə, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur (maddə 421.2.). Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır (maddə 421.3.).
40. Məhkəmə həmçinin bildirir ki, Mülki Məcəllənin tələblərinə görə, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin (maddə 339.2.). Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin (maddə 339.3.).
41. Lakin işin hallarından müəyyən edilir ki, MMC, qeyd edilən maddi normalarda nəzərdə tutulmuş halların baş verməsini, habelə iddiaçı ilə onun arasında onun əvəzində ƏDV-nin iddiaçı tərəfindən ödənilməsi ilə bağlı razılaşmanın mövcud olmasını təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim edə bilməmişdir. Halbuki, həmin halların baş verməsini sübuta yetirmək vəzifəsi MMC-nin üzərinə düşür. MMC-nin istinad etdiyi şahidlərin ifadələrinə isə gəldikdə qəbul edilməlidir ki, şahid qismində Rayon Məhkəməsi tərəfindən dindirilmiş həmin şəxslərin heç biri, iddiaçı ilə MMC arasında bu kimi şərtlərin müəyyən edilməsi zamanı razılaşmada iştirak etdiklərini təsdiq etməmişlər.
42. MMC-nin istinad etdiyi, hazırkı qətnamənin 20-ci bəndində qeyd edilən və MMC-nin təsisçisi ilə MMC-nin direktoru arasında xx.xx.2022-ci il tarixdə bağlanmış müqaviləyə gəldikdə isə nəzərə alınmalıdır ki, həmin müqavilənin mövcudluğu mübahisəli mənzilin iddiaçıya tam ödənişsiz verilməsini təsdiq edə biləcək sübut kimi nəzərə alına bilməz. Çünki həmin müqavilə MMC ilə iddiaçı arasında xx.xx.2020-ci il tarixdə bağlanmış "xxxx" təxminən 13 ay sonra bağlanmışdır. İddiaçı ilə bağlanmış "xxxx" isə mənzilin iddiaçıya ödənişsiz verilməsi deyil, 100.000 manata satılması nəzərdə tutulmuşdur.
43. Göründüyü kimi, MMC ilə iddiaçı arasında xx.xx.2020-ci il tarixdə bağlanmış "xxxx" etibarsız hesab edilməsi üçün yoxdur və həmin müqavilənin MMC tərəfindən xx.xx.2022-ci il tarixdə ləğv edilməsi üçün əsas olmamışdır.
44. Cavabdeh MMC ilə iddiaçı arasında xx.xx.2020-ci il tarixdə "xxxx" bağlanan zaman iddiaçının MMC qarşısında üzərinə ƏDV-nin ödənilməsi ilə bağlı öhdəlik götürməsi təsdiq edilmədiyindən qəbul edilməlidir ki, mənzil iddiaçıya ödənişsiz verilməmiş, satılmışdır.
45. MMC-nin iddiaçının adına verdiyi xx.xx.2020-ci il tarixli, 61-1 nömrəli “Maliyyə arayışından” görünür ki, mübahisəli mənzilin dəyəri olan 100.000 manat iddiaçı tərəfindən MMC-yə tam həcmdə ödənilmişdir.
46. MMC bildirir ki, həmin "xxxx" etibarsızdır, çünki iddiaçı həmin məbləği MMC-yə ödəməmişdir, əgər ödəsə idi MMC tərəfindən iddiaçıya “Kassa mədaxil qəbzi” və ya kassa çeki verilərdi.
47. İddiaçı isə bildirir ki, mənzilə görə MMC-yə ödədiyi 100.000 manatla bağlı MMC tərəfindən ona "xxxx" verilməməsi onun üçün əhəmiyyət daşımamışdır, çünki MMC tərəfindən ona verilmiş xx.xx.2020-ci il tarixli "xxxx" həmin ödəniş öz əksini tapmışdır.
48. Bununla bağlı Məhkəmə bildirir ki, həqiqətən də, Azərbaycan Respublikası Vergi Məcəlləsinin və Azərbaycan Respublikası Maliyyə Nazirinin xx.xx.1999-cu il tarixli, İ- 15 №-li əmrinin tələblərinə görə, yuxarıda qeyd edilən məqsədlə edilmiş ödənişi qəbul edən vergi ödəyicisi ödənişi edən şəxsə ciddi hesabat blanklarına aid olan mədaxil qəbzi və ya kassa mədaxil orderi və ya vəkalətnamə və ya qaimə verməlidir.
49. İşin mübahisəsiz halıdır ki, MMC tərəfindən iddiaçıya bu kimi sənədlərdən hər hansı biri verilməmiş, "xxxx" verilmişdir.
50. "xxxx" ciddi hesabat blanklarına aid olmasa da, Məhkəmə hesab edir ki, iş üzrə tərəflər arasında yaranmış mülki mübahisənin həlində həmin arayış MPM-də nəzərdə tutulmuş yazılı sübut kimi qəbul edilməli və digər sübutlar ilə yanaşı qiymətləndirilməlidir.
51. "xxxx" aydın və aşkar surətdə qeyd edilmişdir ki, mübahisəli mənzilin dəyəri olan 100.000 manat iddiaçı tərəfindən MMC-yə tam həcmdə ödənilmişdir.
52. MMC, "xxxx" qeyd edilənlərin həqiqətə uyğun olmamasını bildirərək, bu halın sübutu kimi şahid ifadələrinə və onunla iddiaçı arasında ƏDV-nin ödənilməsi ilə bağlı şifahi qaydada əldə olunmuş razılığa istinad etsə də, həmin sübutlar “Maliyyə arayışındakı” məlumatların etibarsız hesab edilməsi üçün kifayət deyil. Başqa sözlə, qarşılıqlı iddia tam həcmdə əsassızdır.
53. Bununla da müəyyən edilir ki, alıcı olaraq iddiaçı ilə satıcı olaraq MMC arasında xx.xx.2020-ci il tarixdə bağlanmış "xxxx" və MMC tərəfindən iddiaçıya verilmiş xx.xx.2020ci il tarixli "xxxx" etibarsız deyil, həmin müqavilənin MMC tərəfindən xx.xx.2022-ci il tarixdə ləğv edilməsi üçün qanuni əsas olmamışdır.
54. Belə olan halda qəbul edilməlidir ki, MMC-nin həmin "xxxx" üzrə iddiaçı qarşısında üzərinə götürdüyü icra edilməmiş öhdəliyi mövcuddur.
55. Bunu nəzərə alan Məhkəmə bildirir ki, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (maddə 567.). Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur (maddə 568.1.). Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur (maddə 568.2.). Satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alğı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir (maddə 569.1.). Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur (maddə 427.2.). Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (maddə 385.1.). Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (maddə 386.1.). Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (maddə 442.). Əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır (maddə 448.1.).
56. Qeyd edilən maddi hüquq normalarının tələblərindən işin müəyyən edilmiş hallarına yanaşdıqda müəyyən edilir ki, MMC, iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyin icra edilməməsinə görə məsuliyyət daşıyır və həmin öhdəliyi icra etməyə borcludur. Başqa sözlə, ilk iddia tam həcmdə əsaslıdır. g) apellyasiya baxışının nəticəsi
57. Beləliklə də şərh olunanları, MPM-in 385-ci maddəsinin tələbini nəzərə alan və MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək, ilk iddia tam həcmdə təmin, qarşılıqlı iddia isə tam həcmdə rədd edilməli, iş üzrə ödənilmiş dövlət rüsumları isə MPM-in 119.1-ci maddəsinin tələbinə əsasən ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) MMC-yə aid edilməlidir.
58. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh MMC isə hazırkı qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir. İddiaçı isə hazırki qətnamədən şikayəti verilə bilməz, çünki onun təmin edilməmiş tələbi qalmamışdır.
59. Beləliklə də, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 24 iyul 2025-cü il tarixli qətnamə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətə qarşı irəli sürdüyü “mənzilin boşaldılması, mənzilə maneəsiz giriş-çıxışın təmin edilməsi və sərbəst istifadəyə şərait yaradılması tələbi barədə” ilk iddiası təmin edilsin. Bakı şəhəri, Nərimanov rayonu, X20 prospekti, 945-ci məhəllədə yerləşən və Cavabdeh tərəfindən inşa edilmiş çoxmənzilli binanın "xxxx" blokunun 3-cü mərtəbəsindəki 6 saylı mənzil Cavabdeh tərəfindən boşaldılsın və İddiaçı təhvil verilsin. Cavabdeh üzərinə vəzifə qoyulsun ki, o, İddiaçı həmin mənzilə maneəsiz girişçıxışını təmin etsin və mənzildən sərbəst istifadəsinə şərait yaratsın. Cavabdeh İddiaçı qarşı irəli sürdüyü “alğı-satqı müqaviləsinin və maliyyə arayışının etibarsız hesab edilməsi, müqavilənin ləğvinin qanuni sayılması tələbi barədə” qarşılıqlı iddiası təmin edilməsin. İddia ərizələrinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumları Cavabdehn aid edilsin. İlk iddianın və apellyasiya şikayətinin verilməsi üçün İddiaçı ödədiyi dövlət rüsumlarının əvəzi olaraq cəmi 150 (bir yüz əlli) manat Cavabdehndən İddiaçı xeyrinə tutulsun. Cavabdeh hazırki qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə, “MPM-ə əlavə 3də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. İş üzrə iddiaçı hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.