Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5742/2021 15.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlunun və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçının vəkili Vəkil, Üçüncü şəxs ”Finoko” BOKT ASC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-266/2021 saylı, 03 mart 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı cavabdehlər "xxxx" MMC-ə, AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşımaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı üçüncü şəxs ”Finoko” BOKT ASC və Nəsimi rayon İcra və Probasiya Şöbəsi cəlb edilməklə “hərracın nəticələrinin ləğv edilməsi, çıxarışın ləğvi və əmlakın mülkiyyətçiyə geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-266/2021 saylı, 03 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir. İddiaçının apellyasiya şikayətinə baxılarkən əmlakı alan X3 üçüncü şəxs qismində prosesə cəlb edilmişdir. Apellyasiya şikayəti və onun dəlilləri: İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermiş və şikayətin dəlilləri ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş və düzgün tətbiq edilməmiş, eləcə də hərracın baş tutmamasından sonra ipoteka predmetinin əldə olunmasına dair ipoteka saxlayana təklif qanunvericiliyin tələbləri gözlənilməklə göndərilməmiş, hərracın keçirilməsinin yeri və vaxtı barədə ona məlumat verilməmişdir. Odur ki, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını, rayon məhkəməsinin qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs ”Finoko” BOKT ASC-nin nümayəndəsi Nümayəndə apelllyasiya şikayətinə etiraz edərək bildirdi ki, Nəsimi rayon Məhkəməsinin 2(006)-3075/2018 saylı 08.08.2018-ci il tarixli icra sənədi icra olunması üçün Nəsimi Rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş, icra sənədinin tələbinə uyğun olaraq həmin iş üzrə cavabdeh İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi ev 60, mənzil 44 satılması üçün hərrac keçirilmişdir. Birinci hərrac alıcı olmadığından baş tutmamış, təkrar hərrac zamanı həmin mənzil ”Finoko” BOKT ASC tərəfindən alınmışdır. Mənzilə ”Finoko” BOKT ASC- tərəfindən çıxarış alınmış, daha sonra isə həmin mənzil X1. Hərracların keçirilməsi ilə bağlı İddiaçı həm qeydiyyatda olduğu ünvana, həm də faktiki yaşadığı ünvana bildirişlər qanunvericiliyin tələbləri gözlənilməklə göndərilmişdir. Həmçinin qəzetdə elan yerləşdirilmişdir. Bu səbəbdən, hərracın yekunlarına dair protokolun və onun nəticələrinin etibarsız hesab edilməsi tələbi əsassız olduğundan təmin olunmamasını xahiş etmişdir. Məhkəmə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, cavabdehlər və üçüncü şəxslər, o cümlədən apellyasiya mərhələsində işə cəlb edilmiş üçüncü şəxs Ç.İbrahimov məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Hərracın yekunları barədə 30.08.2019-cu il tarixli protokola əsasən İddiaçı məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsində yerləşən 60 saylı evin, 44 nömrəli mənzili ilkin satış qiyməti 57790 manat məbləğində, təkrar satış qiyməti isə 49121,50 manat, 25% aşağı olan satış qiyməti 36841,12 məbləğində müəyyən edilərək "xxxx" MMC tərəfindən hərraca çıxarılmışdır. Hərracın keçirilməsi barədə 12.07.2019-cu il tarixli, 01/2 saylı bildirişə əsasən tərəflərə hərracın vaxtı və yeri barədə məlumat verilmişdir. Hərracın keçirilməsi barədə 02.08.2019-cu tarixli, 02 saylı bildirişə əsasən tərəflərə hərracın vaxtı və yeri barədə məlumat verilmişdir. Hərracın keçirilməsi barədə 28.06.2019-cu il tarixli, 01 saylı bildirişin əsasən tərəflərə hərracın vaxtı və yeri barədə məlumat verilmişdir. “Birja Yenilikləri” qəzetinin 02-08 avqust 2019, 16- 22 avqust 2019, 12-18 iyul 2019cu il və 28 iyun-04 iyul 2019-cu il tarixli buraxılışlarında Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsində yerləşən 15 saylı evin, 33 saylı mənzilinin "xxxx" MMC tərəfindən hərraca çıxarılacağına dair elan yerləşdirilmişdir. Nəsimi Rayon Məhkəməsinin 08.08.2018-ci il tarixli 2(006)-3075/2018 saylı qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, tərəflər arasında bağlanmış 11 avqust 2015-ci il tarixli, 2015/00130-01 saylı istehlak krediti müqaviləsinə xitam verilməsi, cavabdeh İddiaçı 26.164,53 (iyirmi altı min yüz altmış dörd ABŞ dolları, əlli üç sent) ABŞ dolları məbləğində əsas borc, 8293,10 (səkkiz min iki yüz doxsan üç ABŞ dolları, on sent) ABŞ dolları məbləğində faiz borcu, 100 (bir yüz) ABŞ dolları cərimə borcu olmaqla, cəmi 34.557,63 (otuz dörd min beş yüz əlli yeddi ABŞ dolları, altmış üç sent) ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) məbləğində pul və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq Maraqlı şəxs BOKT ASC-yə ödənilməsi, tutmanın ipoteka qoyulmuş İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, ev 60, mənzil 44-ə yönəldilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, ev 60, mənzil 44-ün ilkin satış qiyməti 57.790 (əlli yeddi min yeddi yüz çoxsan) manat müəyyən edilməklə, açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsaitin hesabına cavabdeh İddiaçı Maraqlı şəxs BOKT ASC-yə olan kredit borcunun ödənilməsi, satışdan əldə olunan pul vəsaitinin artıq olduqda isə qalan pul vəsaiti İddiaçı qaytarılması, Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, ev 60, mənzil 44 satıldıqdan sonra cavabdeh həmin yaşayış sahəsindən ən geci bir ay ərzində əşyaları ilə birlikdə çıxarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13.11.2018-ci il tarixli 2(103)- 11319/2018 saylı qətnaməsindən görünür ki, cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 avqust 2018-ci il tarixli, 2(006)- 3075/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hərracın yekunları üzrə əmlak alqı-satqısı barədə 30.08.2019-cu il tarixli müqavilədən müəyyən olunur ki, Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsində yerləşən 15 saylı evin, 33 saylı mənzilin satın alınması barədə "xxxx" MMC ilə "xxxx" ASC arasında 12.12.2019-cu il tarixdə müqavilə bağlanmışdır. Bakı Apellyasiya Məhkəməsinin 24.06.2021-ci il tarixli sorğusuna əsasən, "xxxx" MMC-nin Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsində yerləşən 15 saylı evin, 33 saylı mənzili üzrə keçirilmiş hərraclarla bağlı sənədlərin təsdiq edilmiş surətlərindən görünür ki, 28.06.2019-cu il tarixli, 01 saylı bildiriş, 12.07.2019-cu il tarixli, 01/2 saylı, 02.08.2019-cu il tarixli, 02 saylı bildirişlərə əsasən tərəflərə, o cümlədən iddiaçıya hərracın vaxtı və yeri barədə məlumat verilmiş, həmçinin əlavə edilmiş xəbərnamələrdən görünür ki, İddiaçı 28.06.2019-cu il tarixli, 01 saylı bildirişi 01.07.2019-cu ildə, 12.07.2019-cu il tarixli, 01/2 saylı bildirişi 12.07.2019-cu ildə, 02.08.2019-cu il tarixli, 02 saylı bildirişi isə 03.08.2019-cu ildə imza etməklə qəbul etmişdir. Mülki iş materiallarında olan Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi ev 60, 44 saylı mənzilin alqı-satqısına dair 12.03.2020-ci il tarixli müqavilədən görünür ki, həmin mənzil satıcı "xxxx" ASC tərəfindən alıcı X1 (i/v 137-138). Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə münasibətdə tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 (otuz) gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. “F.Cavadov və V.Aslanovun şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30.12.2008-ci il tarixli Qərarındakı hüquqi mövqeyinə görə Mülki Məcəllənin 415.2-ci maddəsində nəzərdə tutulmuş bildirişin ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edildiyini və bu maddənin hərracın keçirilməsini bildirişinin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoymadığını, yalnız “İpoteka haqqında” Qanununun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində elan və bildiriş anlayışlarının fərqləndirildiyini, elanın kütləvi informasiya vasitələrində dərc etdirilməsi, bildirişin isə ipoteka saxlayana və ipoteka qoyana verilməsi, o cümlədən hərracda ipoteka saxlayanın və ipoteka qoyanın alıcı qismində iştirak etmək hüququna malik olmaları, elan və bildirişdə göstərilməsi zəruri olan məlumatların dairəsinin nəzərdə tutulduğunu vurğulamışdır. Bakı Apellyasiya Məhkəməsinin 24.06.2021-ci il tarixli sorğusuna əsasən, "xxxx" MMC-nin Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsində yerləşən 15 saylı evin, 33 saylı mənzili üzrə keçirilmiş hərraclarla bağlı sənədlərin təsdiq edilmiş surətlərindən görünür ki, 28.06.2019-cu il tarixli, 01 saylı bildiriş, 12.07.2019-cu il tarixli, 01/2 saylı, 02.08.2019-cu il tarixli, 02 saylı bildirişlərə əsasən tərəflərə, o cümlədən iddiaçıya hərracın vaxtı və yeri barədə məlumat verilmiş, həmçinin əlavə edilmiş xəbərnamələrdən görünür ki, İddiaçı 28.06.2019-cu il tarixli, 01 saylı bildirişi 01.07.2019-cu ildə, 12.07.2019-cu il tarixli, 01/2 saylı bildirişi 12.07.2019-cu ildə, 02.08.2019-cu il tarixli, 02 saylı bildirişi isə 03.08.2019-cu ildə imza etməklə qəbul etmişdir. Beləliklə, məhkəmə araşdırmaları ilə müəyyən edilmişdir ki, iddiaçı mübahisəli daşınmaz əmlak barəsində hərracın keçirilməsi ilə bağlı cavabdeh tərəfindən qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmış, həmçinin, ipoteka predmetinin əldə olunmasına dair ipoteka saxlayana qanunvericiliyin tələbi gözlənilməklə təklif göndərilmiş, hərracın keçirilməsi ilə bağlı elan verilmişdir. Hərracın yekunları üzrə əmlak alqı-satqısı barədə 30.08.2019-cu il tarixli müqavilədən müəyyən olunur ki, Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsində yerləşən 15 saylı evin, 33 saylı mənzilin satın alınması barədə "xxxx" MMC ilə "xxxx" ASC arasında 12.12.2019-cu il tarixdə müqavilə bağlanmışdır. Mülki iş materiallarında olan Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi ev 60, 44 saylı mənzilin alqı-satqısına dair 12.03.2020-ci il tarixli müqavilədən görünür ki, həmin mənzil satıcı "xxxx" ASC tərəfindən alıcı X1 (i/v 137-138). Yuxarıda qeyd edilənlərə əsasən, iddiaçının hərracın qanunsuz keçirilməsi və ona hərrac barədə məlumat verilmməsi barədə dəlilləri öz təsdiqini tapmadığından apellyasiya şikayəti əsassızıdır və təmin edilə bilməz. AR MPM-in 77.1-ci maddəsini əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. MPM-in 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə mahiyyət etibarı ilə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməməkdə haqlı olmuş, qətnamə qanuni və əsaslı, apelyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından şikayət təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-266/2021 saylı, 03 mart 2021-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmən təqdim edildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-5742/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5742/2021
15.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver