Məhkəmə qərarları › İş №2(103)-5746/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5746/2024

20.09.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5746/2024 20.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Elnur Məmmədsaat oğlu Həsənovun sədrliyi və məruzəsi, Məmməd Allahverdi oğlu Məmmədovdan və Xumar Afət qızı Mərdanovadan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi ilə X1 Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzilin boşaldılması və təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 04 may 2022-ci il tarixdə qəbul etdiyi qətnamədən Cavabdeh3 nümayəndəsi (vəkili) tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (məhkəmə) 04 may 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Səbail rayonu, Vəli Məmmədov küçəsi 22 saylı evin 40 saylı mənzilindən çıxarılmaları, həmin mənzilin boşaldılıb Elvira Mamedovaya verilməsi qət olunmuşdur. Qətnamədən Cavabdeh1 verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin aktı qanuni qüvvəsini almışdır. Məhkəmənin 04 may 2022-ci il tarixli qətnaməsindən xx.xx.2024-cü il tarixdə apellyasiya şikayəti verən Cavabdeh3 nümayəndəsi (vəkili) onun ləğv və iddianın tam rədd olunmasını xahiş etmiş, şikayət baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. İş materiallarından görünür ki, məhkəmənin 04 may 2022-ci il tarixli qətnaməsi tərəflərə, o cümlədən Cavabdeh3 göndərilmiş, işin 123-cü səhifəsinə tikilmiş poçt xəbərnaməsinə görə 10 may 2022-ci il tarixdə Cavabdeh3 da qeydiyyatda olduğu və qətnamə ilə çıxarılmasına qərar verilmiş Bakı şəhəri, Səbail rayonu, Vəli Məmmədov küçəsi 22 saylı evin 40 saylı mənzilində “Məmmədov” soyadlı şəxsə çatdırılmış, xx.xx.2024-cü il tarixdə qətnamədən əvvəllər şikayət vermiş Cavabdeh1 nümayəndəsi (vəkili) olan Vəkil Cavabdeh3 nümayəndəsi qismində məhkəməyə müraciət ünvanlayaraq Cavabdeh3 qətnaməni almadığını bildirməklə qətnamənin ona verilməsini xahiş etmiş, xx.xx.2024-cü il tarixdə isə onun Mqksud Məmmədovun adından verdiyi apellyasiya şikayəti məhkəməyə daxil olmuşdur. Göründüyü kimi, iş materiallarında qətnamənin Cavabdeh3 qeydiyyatda olduğu ünvana xx.xx.2022-ci il tarixdə çatdırıldığını təsdiq edən sübut vardır və belə olan halda onun qətnamədən şikayət vermə müddətini ötürüb-ötürmədiyi, əgər müddət otürülmüşdürsə bunun üzrlü səbəblərdən baş verib-vermədiyi məsələsinə qiymət verilmədən, müddət ötürülməmişdirsə buna münasibət bildirilmədən apellyasiyanı mümkün hesab etmək mümkün deyildir. Həmçinin qeyd olunmalıdır ki, iş materiallarından, qətnamənin xx.xx.2023-cü il tarixdə icraya yönəldildiyi və Səbail rayon İcra şöbəsinin icra məmuru tərəfindən xx.xx.2023-cü il tarixdə icraata başlama haqqında qərarın qəbul olunduğu aydın olur – hansı ki, bu xüsusat da Cavabdeh3 qətnamə barədə məlumatlı olub-olmadığının araşdırılmasını zəruri edir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə görə isə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: X1 Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzilin boşaldılması və təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 04 may 2022-ci il tarixdə qəbul etdiyi qətnamədən Cavabdeh3 nümayəndəsi (vəkili) tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və mülki iş, apellyasiya şikayətinin vaxtında verilib-verilmədiyi məsələsinə qiymət verilməsi (araşdırılması), əgər prosessual müddət ötürülmüşdürsə, geri qaytarılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Məmməd Məmmədov Xumar Mərdanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar