Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5749/2023 13.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı MTK-nın nümayəndələri X3, X5 və nümayəndəsi (vəkili) Vəkil1, Cavabdehlər Cavabdeh1, Cavabdeh6, Cavabdeh8, Cavabdeh5 və Cavabdeh7 Məhəmməd oğlunun iştirakı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1334/2023 nömrəli, 24 iyun 2023-cü il tarixli qətnaməsindən cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı MTK cavabdehlər Cavabdeh1, Cavabdeh7 Məhəmməd oğluna, Cavabdeh8 Adışırin oğluna, Cavabdeh6, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhər Nizami Rayon İcra Hakimiyyəti cəlb edilməklə “mənzillərin və tikililərin sökülməsi, yeni təmirli mənzillərin verilməsi, kirayə haqqının ödənilməsi, mənzillərdən və tikililərdən çıxarılma” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 mülkiyyətindəki, Bakı şəhəri, Nizami rayonu, Ordubadi 7 ünvanda yerləşən köhnə yataqxana binasında 98,5 kv.m sahəsi olan üçotaqlı 7 saylı mənzilinin və özbaşına tikilinin sökülməsi əvəzində Cavabdeh1 həmin ərazidə yeni inşa olunan çoxmənzilli yaşayış binasından 126,07 kv.m sahəsi olan dördotaqlı təmirli mənzil, Cavabdeh7 Məhəmməd oğlunun mülkiyyətindəki, həmin ünvanda yerləşən köhnə yataqxana binasında 62.5 kv.m sahəsi olan üçotaqlı 8 saylı mənzilinin və özbaşına tikilinin sökülməsi, əvəzində Cavabdeh7 Məhəmməd oğluna həmin ərazidə yeni inşa olunan çoxmənzilli yaşayış binasından 126,07 kv.m sahəsi olan dördotaqlı təmirli mənzil, Cavabdeh8 mülkiyyətindəki, həmin ünvanda yerləşən köhnə yataqxana binasında 66,5 kv.m sahəsi olan üçotaqlı 9 saylı mənzilinin və özbaşına tikilinin sökülməsi, əvəzində Cavabdeh8 həmin ərazidə yeni inşa olunan çoxmənzilli yaşayış binasından 98,43 kv.m sahəsi olan üçotaqlı təmirli mənzil, Cavabdeh6 mülkiyyətindəki, həmin ünvanda yerləşən köhnə yataqxana binasında 102,7 kv.m sahəsi olan dördotaqlı 10 saylı mənzilinin və özbaşına tikilinin sökülməsi, əvəzində Cavabdeh6 həmin ərazidə yeni inşa olunan çoxmənzilli yaşayış binasından 126,07 kv.m sahəsi olan dördotaqlı təmirli mənzil, cavabdeh X2 mülkiyyətindəki, həmin ünvanda yerləşən köhnə yataqxana binasında 93,6 həmin ünvanda kv.m sahəsi olan dördotaqlı 19 saylı mənzilinin və özbaşına tikilinin sökülməsi, əvəzində X4 həmin ərazidə yeni inşa olunan çoxmənzilli yaşayış binasından 86,32 kv.m sahəsi olan üçotaqlı təmirli və 86,32 kv.m olan üçotaqlı təmirsiz mənzillər, Cavabdeh4 mülkiyyətindəki, həmin ünvanda yerləşən köhnə yataqxana binasında 65,7 kv.m sahəsi olan üçotaqlı 30 saylı mənzilinin və özbaşına tikilinin sökülməsi, əvəzində Cavabdeh4 həmin ərazidə yeni inşa olunan çoxmənzilli yaşayış binasından 98,43 kv.m sahəsi olan üçotaqlı təmirli mənzil, Cavabdeh2 mülkiyyətindəki, həmin ünvanda yerləşən köhnə yataqxana binasında 66.5 kv.m sahəsi olan ikiotaqlı 32 saylı mənzilinin və özbaşına tikilinin sökülməsi, əvəzində Cavabdeh2 həmin ərazidə yeni inşa olunan çoxmənzilli yaşayış binasından 86,32 kv.m sahəsi olan üçotaqlı təmirli mənzil, Cavabdeh3 mülkiyyətindəki, həmin ünvanda yerləşən köhnə yataqxana binasında 87,0 kv.m sahəsi olan üçotaqlı 33 saylı mənzilinin və özbaşına tikilinin sökülməsi, əvəzində Cavabdeh3 həmin ərazidə yeni inşa olunan çoxmənzilli yaşayış binasından 98,43 kv.m sahəsi olan üçotaqlı təmirli mənzil verilməklə və yeni mənzillər təhvil verilənədək cavabdehlərin hər birinə hər ay 450 manat kirayə haqqı ödənilməklə cavabdehlərin söküləcək həmin mənzillərdən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhərinin baş planına əsasən paytaxtın daha da abadlaşdırılaraq gözəlləşdirilməsi məqsədilə Bakı şəhəri, Nizami rayonu Q.Qarayev metrostansiyası yaxınlığında ötən əsrin 40-50-ci illərində inşa edilmiş, istismar müddətini başa vurmuş, müasir yaşayış tələblərinə cavab verməyən, yararsız binaların da sökülərək onların yerində çoxmənzilli, çoxmərtəbəli yaşayış binalarının tikilərək sakinlərin istifadəsinə verilməsi nəzərdə tutulub. Buna görə də Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli 208 saylı sərəncamı ilə Bakı şəhəri, Nizami rayon, A.Manafov, K.Balakişiyev və M.S.Ordubadi küçələrinin kəsişməsindəki 2440-cı məhəllə ünvanındakı torpaq sahəsi yeni yaşayış kompleksinin tikintisi üçün iddiaçı “Orbita" MTK-nın istifadəsinə verilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının qeyd olunan sərəncamı ilə İddiaçı MTK-ya ayrılmış 0,1536 ha torpaq sahəsindəki Bakı şəhəri, Nizami rayonu, Ordubadi 7 ünvanda 34 yaşayış sahəsi, o cümlədən ikimərtəbəli yataqxana binası, fərdi evlər və qanunsuz, özbaşına tikililər yerləşir. Həmin yaşayış sahələri və özbaşına tikililər ötən əsrdə tikilmiş, köhnə və istifadəyə yararsızdır, binaların istismar müddəti bitmişdir, müasir yaşayış tələblərinə cavab vermir. Yataqxana binası qəzalı vəziyyətdədir, binada yaşamaq həyat üçün təhlükəlidir, o, hər an uça və bədbəxt hadsə baş verə bilər. İddiaçı Bakı Şəhər İcra Hakimiyyəti Baçşısının qeyd edilən sərəncamının icrası ilə bağlı Bakı şəhəri, Nizami rayon, A.Manafov, K.Balakişiyev və M.S.Ordubadi küçələrinin kəsişməsindəki 2440-cı məhəllədə mövcud yaşayış və qeyriyaşayış tikililərinin dəyərinin ödənilməsi və sakinlərin qarşılıqlı razılaşma əsasında köçürülməsi işlərini həyata keçirir. Qeyd edilən 0,1536 ha torpaq sahəsindəki sakinlərin bir çoxu köhnə tikililərin sökülməsi üçün təhvil verilməsi və sakinlərin həmin ərazidə yeni tikiləcək çoxmənzilli, çoxmərtəbəli yaşayış binalarında abad, müasir yaşayış tələblərinə cavab verən yaşayış sahələri ilə təmin olunmaları barədə razılıqlar əldə olunsa da cavabdehlər Cavabdeh1, Cavabdeh7 Məhəmməd oğlu, Cavabdeh8, Cavabdeh6. X7, X10, Cavabdeh2 və Cavabdeh3 ilə razılıq əldə etmək mümkün olmamışdır. İddiaçı cavabdehlərə onların Bakı şəhəri, Nizami rayonu, Ordubadi 7 ünvanda yerləşən yaşayış sahələrinin əvəzinə həmin ərazidə yeni tikilən binada 20 faiz artıq sahəsi olan yeni mənzillər tikilib təmirli vəziyyətdə təhvil verilməsini təklif etmişdir. Lakin cavabdehlər əsassız varlanmaq məqsədilə müqavilə bağlamaqdan və mənzilini təhvil verməkdən imtina edərək hər yaşayış sahəsinin və qanunsuz özbaşına tikililərin əvəzinə 2, 3 mənzil tələb edirlər. Bu səbəbdən də cavabdehləri söküləcək yaşayış sahələrindən və özbaşına tikililərdən çıxarmaq, söküntii tikinti işlərinə başlamaq mümkün olmamışdır. Nəticədə isə Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli 208 saylı sərəncamın icrası mümkün olmamışdır. Tikinti işlərinin yubanması mənzil tikintisi üçün "xxxx" MTK ilə müqavilələr bağlamış şəxslərin haqlı etiraz və narazılığına səbəb olmuşdur. İddia tələbinin dəqiqləşdirilməsi ərizəsində əlavə olaraq bildirilmişdir ki, Cavabdeh1 mülkiyyətindəki, Bakı şəhəri, Nizami rayonu, Ordubadi 7 ünvanda yerləşən köhnə yataqxana binasında sənəd üzrə 98,5 kv.m sahəsi olan üçotaqlı 7 saylı mənzili və həmin ünvanda 35,0 kv.m özbaşına tikilisi var. Cavabdeh7 Məhəmməd oğlunun mülkiyyətindəki, həmin ünvanda yerləşən köhnə yataqxana binasında sənəd üzrə 62,5 kv.m sahəsi olan üçotaqlı 8 saylı mənzili və həmin ünvanda 99,56 kv.m özbaşına tikilisi var. Cavabdeh8 mülkiyyətindəki, həmin ünvanda yerləşən köhnə yataqxana binasında sənəd üzrə 66,5 kv.m sahəsi olan üçotaqlı 9 saylı mənzili və həmin ünvanda 55,8 kv.m. özbaşına tikilisi var. Cavabdeh6 mülkiyyətindəki, həmin ünvanda yerləşən köhnə yataqxana binasında sənəd üzrə 102,7 kv.m sahəsi olan dördotaqlı 10 saylı mənzili və həmin ünvanda 19,1 kv.m özbaşına tikilisi var. Cavabdeh X2 mülkiyyətindəki. hamin ünvanda yerləşən köhnə yataqxana binasında sənəd üzrə 93,6 kv.m olan dördotaqlı 19 saylı mənzili və həmin ünvanda 145.4 kv.m özbaşına tikilisi var. Cavabdeh4 mülkiyyətindəki, həmin ünvanda yerləşən köhnə yataqxana binasında sənəd üzrə 65,7 kv.m sahəsi olan üçotaqlı 30 saylı mənzili və həmin ünvanda 54.2 kv.m özbaşına tikilisi var. Cavabdeh2 mülkiyyətindəki, həmin ünvanda yerləşən köhnə yataqxana binasında 66,5 kv.m sahəsi olan ikiotaqlı 32 saylı mənzili və həmin ünvanda 35,8 kv.m özbaşına tikilisi var. Cavabdeh3 mülkiyyətindəki, həmin ünvanda yerləşən köhnə yataqxana binasında 87,0 kv.m sahəsi olan üçotaqlı 33 saylı mənzili və həmin ünvanda 7,4 kv.m özbaşına tikilisi var. Qeyd edilən mənzillər iddiaçıynın icarəsində ola torpaq sahəsində gecəqondu stilində, heç bir icazə alınmadan, sənədləşdirmə aparılmadan, özbaşına inşa olunub, Bakı şəhərinin müasir görünüşünə xələl gətirir, müasir yaşayış tələblərinə cavab vermirlər. Göstərilənlərə əsasən cavabdehlərin hər birinin mənzil şəritinin yaxşılaşdırılması, yeni çoxmənzilli yaşayış binasında müasir yaşayış tələblərinə cavab verən abad yaşayış sahələri ilə təmin edilmələri məqsədilə Azərbaycan Respublikası Mülki Prosscsual Məcəllənin 53-cii maddəsinə əsasən iddia tələbini dəqiqiləşdirərək həcmini artırmışlar. İddiaçı MTK xx.xx.2023-cü il tarixdə vəsatət verərək Bakı şəhəri, Nizami rayonu, ünvan 2 ünvanının sahibi X6 dünyasını dəyişərək vəfat etdiyini, onun oğlu Cavabdeh4 isə həmin mənzil üzrə qanuni vərəsəsi kimi miras əmlakını qəbul etdiyini bildirərək Cavabdeh4 iş üzrə cavabdeh qismində iştiraka cəlb edilməsini xahiş etmişdir. Buna görə də Cavabdeh4 X6 yerinə mülki iş üzrə cavabdeh qismində cəlb edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1334/2023 nömrəli, 24 iyun 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Cavabdeh1 ona məxsus olan Bakı şəhəri, Nizami rayonu, ünvan 3 ünvanında yerləşən binadakı 98,3 kv.m sahəsi olan üçotaqlı 7 saylı mənzilinin sökülərək əvəzində İddiaçı MTK-nın Bakı şəhəri, Nizami rayonu, A.Manafov, K.Balakişiyev və M.S.Ordubadi küçələrinin kəsişməsindəki 2440 saylı məhəllədə yeni inşa etdiyi binada 126,07 kv.m sahəsi olan dördotaqlı təmirli mənzil verilməsi, yeni mənzil tikilib təhvil verilənədək müvəqqəti yaşayacağı mənzilə görə ona hər ay 450 manat kirayə haqqının ödənilməklə həmin mənzildən çıxarılması, Cavabdeh7 Məhəmməd oğluna ona məxsus olan Bakı şəhəri, Nizami rayonu, ünvan 3 ünvanında yerləşən binadakı 62,5 kv.m sahəsi olan üçotaqlı 8 saylı mənzilinin və özbaşına tikilinin sökülərək əvəzində İddiaçı MTK-nın Bakı şəhəri, Nizami rayonu, A.Manafov, K.Balakişiyev və M.S.Ordubadi küçələrinin kəsişməsindəki 2440 saylı məhəllədə yeni inşa etdiyi binada 126,07 kv.m sahəsi olan dördotaqlı təmirli mənzil verilməsi, yeni mənzil tikilib təhvil verilənədək müvəqqəti yaşayacağı mənzilə görə ona hər ay 450 manat kirayə haqqının ödənilməklə həmin mənzildən çıxarılması, Cavabdeh8 ona məxsus olan Bakı şəhəri, Nizami rayonu, ünvan 3 ünvanında yerləşən binadakı 66,5 kv.m sahəsi olan üçotaqlı 9 saylı mənzilinin və özbaşına tikilinin sökülərək əvəzində İddiaçı MTKnın Bakı şəhəri, Nizami rayonu, A.Manafov, K.Balakişiyev və M.S.Ordubadi küçələrinin kəsişməsindəki 2440 saylı məhəllədə yeni inşa etdiyi binada 98,43 kv.m sahəsi olan üçotaqlı təmirli mənzil verilməsi, yeni mənzil tikilib təhvil verilənədək müvəqqəti yaşayacağı mənzilə görə ona hər ay 450 manat kirayə haqqının ödənilməklə həmin mənzildən çıxarılması, Cavabdeh6 ona məxsus olan Bakı şəhəri, Nizami rayonu, ünvan 3 ünvanında yerləşən binadakı 102,7 kv.m sahəsi olan dördotaqlı 10 saylı mənzilinin və özbaşına tikilinin sökülərək əvəzində İddiaçı MTK-nın Bakı şəhəri, Nizami rayonu, A.Manafov, K.Balakişiyev və M.S.Ordubadi küçələrinin kəsişməsindəki 2440 saylı məhəllədə yeni inşa etdiyi binada 126,07 kv.m sahəsi olan dördotaqlı təmirli mənzil verilməsi, yeni mənzil tikilib təhvil verilənədək müvəqqəti yaşayacağı mənzilə görə ona hər ay 450 manat kirayə haqqının ödənilməklə həmin mənzildən çıxarılması, Cavabdeh5 ona məxsus olan Bakı şəhəri, Nizami rayonu, ünvan 3 ünvanında yerləşən binadakı 93,6 kv.m sahəsi olan dördotaqlı 19 saylı mənzilinin və özbaşına tikilinin sökülərək əvəzində İddiaçı MTK-nın Bakı şəhəri, Nizami rayonu, A.Manafov, K.Balakişiyev və M.S.Ordubadi küçələrinin kəsişməsindəki 2440 saylı məhəllədə yeni inşa etdiyi binada 86,32 kv.m sahəsi olan üçotaqlı təmirli və 86,32 kv.m olan üçotaqlı təmirsiz mənzil verilməsi, yeni mənzil tikilib təhvil verilənədək müvəqqəti yaşayacağı mənzilə görə ona hər ay 450 manat kirayə haqqının ödənilməklə həmin mənzildən çıxarılması, Cavabdeh4 ona məxsus olan Bakı şəhəri, Nizami rayonu, ünvan 3 ünvanında yerləşən binadakı 65,7 kv.m sahəsi olan üçotaqlı 30 saylı mənzilinin və özbaşına tikilinin sökülərək əvəzində İddiaçı MTK-nın Bakı şəhəri, Nizami rayonu, A.Manafov, K.Balakişiyev və M.S.Ordubadi küçələrinin kəsişməsindəki 2440 saylı məhəllədə yeni inşa etdiyi binada 98,43 kv.m sahəsi olan üçotaqlı təmirli mənzil verilməsi, yeni mənzil tikilib təhvil verilənədək müvəqqəti yaşayacağı mənzilə görə ona hər ay 450 manat kirayə haqqının ödənilməklə həmin mənzildən çıxarılması, Cavabdeh2 ona məxsus olan Bakı şəhəri, Nizami rayonu, ünvan 3 ünvanında yerləşən binadakı 66,5 kv.m sahəsi olan ikiotaqlı 32 saylı mənzilinin və özbaşına tikilinin sökülərək əvəzində İddiaçı MTK-nın Bakı şəhəri, Nizami rayonu, A.Manafov, K.Balakişiyev və M.S.Ordubadi küçələrinin kəsişməsindəki 2440 saylı məhəllədə yeni inşa etdiyi binada 86,32 kv.m sahəsi olan üçotaqlı təmirli mənzil verilməsi, yeni mənzil tikilib təhvil verilənədək müvəqqəti yaşayacağı mənzilə görə ona hər ay 450 manat kirayə haqqının ödənilməklə həmin mənzildən çıxarılması, Cavabdeh3 ona məxsus olan Bakı şəhəri, Nizami rayonu, ünvan 3 ünvanında yerləşən binadakı 87,0 kv.m sahəsi olan üçotaqlı 33 saylı mənzilinin və özbaşına tikilinin sökülərək əvəzində İddiaçı MTK-nın Bakı şəhəri, Nizami rayonu, A.Manafov, K.Balakişiyev və M.S.Ordubadi küçələrinin kəsişməsindəki 2440 saylı məhəllədə yeni inşa etdiyi binada 98,43 kv.m sahəsi olan üçotaqlı təmirli mənzil verilməsi, yeni mənzil tikilib təhvil verilənədək müvəqqəti yaşayacağı mənzilə görə ona hər ay 450 manat kirayə haqqının ödənilməklə həmin mənzildən çıxarılması, İddiaçı MTK tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun ona aid edilməsi qət edilmişdir. Qətnamədən cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti verərək qətnaməni ləğv edərək, iddia tələbinin rədd edilməsi barədə qətnam qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh1, Cavabdeh6, Cavabdeh8 və Cavabdeh7 Məhəmməd oğlu apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X7 İddiaçı MTK ilə aralarında bağlanmış barışıq sazişini təqdim edərək vermiş olduğu apellyasiya şikayətindən imtina etdiyini bildirdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı MTK-nın nümayəndələri X8, X11 və nümayəndəsi (vəkili) Vəkil1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər. Əlavə olaraq bildirdilər ki, cavabdehlərdən Cavabdeh2, X7 və Cavabdeh3 ilə aralarında razılıq əldə edillib. Ona görə də qeyd edilən cavabdehlər apellyasiya şikayətindən imtina etmişdir. İddiaçı MTK isə eyni zamanda Cavabdeh3 münasibətdə iddia tələbindən imtina etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iş üzrə digər cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və ərizənin dəlillərini araşdıraraq hesab edir ki, cavabdehlər Cavabdeh2 və X2 Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1334/2023 nömrəli, 24 iyun 2023-cü il tarixli qətnaməsindən vermiş olduqları apellyasiya şikayətindən imtinasına dair ərizələri qəbul edilməli və cavabdehlər Cavabdeh2 və X4 münasibətdə mülki iş üzrə apellyasiya icraatına xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş ərizələrdən görünür ki, cavabdehlərdən Cavabdeh2, X7 və Cavabdeh3 hər biri ayrı-ayrılıqda İddiaçı MTK ilə razılıq əldə etdiklərini və vermiş olduqları apellyasiya şikayətindən imtina etdiklərini bildirmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369-cu maddəsinin 1 və 2-ci bəndində əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.3-cü maddəsinə əsasən məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Həmin Məcəlləsinin 369.4-cü maddəsinə görə şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası hesab edir ki, cavabdehlərdən Cavabdeh2 və X2 apellyasiya şikayətindən imtina etməsi qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Ona görə də, apellyasiya şikayətindən imtinaya dair hər iki cavabdehin ərizələri qəbul edilməklə iş üzrə apellyasiya icraatına onlara münasibətdə xitam verilməlidir. Kollegiya digər Cavabdeh3 apellyasiya şikayətindən imtinaya dair vermiş olduğu ərizəyə münasibətdə isə qeyd edir ki, hazırkı halda İddiaçı MTK Cavabdeh3 münasibətdə iddia tələbindən imtina etdiyindən, prosessual qanunvericiliyin növbəlillik prinsipi baxımından ilkin olaraq iddia tələbindən imtinaya qiymət verilməli olduğundan və Bakı Apellyasiya Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli qərardadı ilə iddiaçının Cavabdeh3 aid hissədə iddia tələbindən imtinası qəbul edilməklə ona münasibətdə mülki iş üzrə icraata xitam verildiyindən artıq apellyasiya şikayətindən imtinaya dair ərizəyə hüquqi qiymət verilməsinə zərurət yoxdur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehlər X7 və Cavabdeh2 tərəfindən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1334/2023 nömrəli, 24 iyun 2023-cü il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətindən imtinaya dair ərizələri qəbul edilsin və cavabdehlər X4 və Cavabdeh2 münasibətdə mülki iş üzrə apellyasiya icraatına xitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-5749/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5749/2023
13.12.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver