Məhkəmə qərarları › İş №2(103)-575/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-575/2023

18.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-575/2023 18.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-575/2023 (Açar sözlər: mənzildən istifadəyə maneələrin aradan qaldırılması, mənzilə sahiblik və istifadə hüququnun tanınması) Bakı şəhəri 18 yanvar 2023-cü il Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X8 və X3 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, İddiaçı, onun nümayəndəsi-vəkili X4, maraqlarına toxunan şəxs Maraqlı şəxs nümayəndəsi-vəkili Vəkil, üçüncü şəxs X5 nümayəndəsi X6 iştirakı ilə, İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı “mənzildən istifadəyə maneələrin aradan qaldırılaraq mənzilin iddiaçıya təhvil verilməsi, mənzilə sahiblik və istifadə hüququnun tanınması" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 12 dekabr 2017-ci il tarixli 2(010)-10723/2017 saylı qətnaməsindən maraqlarına toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə 18 yanvar 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh Mənzil Tikinti Kooperativinin sədri İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «V» yaşayış sahəsi 13 M ünvanda inşa edilən yaşayış binasının 3-cü giriş 14-cü mərtəbəsində yerləşən sahəsi 101,5 kv.m olan, 2 otaqdan ibarət 232 saylı mənzili X1. X2 həmin mənzildən imtina etmiş və xx.xx.2016-cı il tarixli müqavilə ilə həmin mənzil Maraqlı şəxs satılmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı “mənzildən istifadəyə maneələrin aradan qaldırılaraq mənzilin iddiaçıya təhvil verilməsi, mənzilə sahiblik və istifadə hüququnun tanınması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "Badu-Kubə” MTK tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «V» yaşayış sahəsi 13 M ünvanda inşa edilən yaşayış binasının 1-ci giriş, 13-cü mərtəbəsində yerləşən sahəsi 108,5 kv.m olan, 3 otaqdan ibarət 56 saylı mənzilinə və həmin yaşayış binasının 3-cü giriş 14-cü mərtəbəsində yerləşən sahəsi 101,5 kv.m olan, 2 otaqdan ibarət 232 saylı mənzilinə sahiblik və istifadə hüququnun tanınması, həmin mənzillərin cavabdeh tərəfindən ona təhvil verilməsi və mənzillərdən sərbəst istifadə edilməsinə cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılmasına dair qətnamə qəbul etməsini məhkəmədən xahiş etmişdir.

3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «V» yaşayış sahəsi 13 M ünvanında inşa edilən yaşayış binasının 1-ci giriş, 13-cü mərtəbəsində yerləşən sahəsi 108,5 kv.m olan, 3 otaqdan ibarət 56 saylı mənzilinə görə 37975 manat məbləğində və həmin yaşayış binasının 3-cü giriş 14-cü mərtəbəsində yerləşən sahəsi 101,5 kv.m olan, 2 otaqdan ibarət 232 saylı mənzilinə görə isə 45675 manat məbləğində vəsaiti cavabdeh "xxxx" MTK-ya tam ödəyərək qeyd edilən mənzilləri satın almışdır. Bununla bağlı “Badu Kubə" MTK ilə onun arasında Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «V» yaşayış sahəsi, bina 13 M, 1-ci giriş, 13-cü mərtəbə, sahəsi 108,5 kv.m olan, 3 otaqdan ibarət 56 saylı mənzilə dair xx.xx.2008-ci il tarixli 73 saylı müqavilə, həmin yaşayış binasının 3-cü giriş 14-cü mərtəbəsində yerləşən sahəsi 101,5 kv.m olan, 2 otaqdan ibarət 232 saylı mənzilinə dair xx.xx.2014-cü il tarixli 107 saylı müqavilə bağlanmış və eyni tarixli maliyyə arayışları verilmişdir. 2017-ci ilin oktyabr ayının əvvəllərinə kimi həmin mənzillər onun sahibliyində olsa da, 22 may 2017-ci il tarixdən Kooperativin sədri seçilmiş Firudin Əliyev mənzillərin qapılarını dəyişərək onu həmin mənzillərə buraxmır. Bu səbəbdən aldığı mənzillərdə başladığı təmir işləri yarımçıq qalmışdır. Məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmişdir.

4. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-10723/2017 nömrəli 12 dekabr 2017-ci il tarixli qətnaməsi ilə (hakim Elçin Ağayev) iddianın təmin edilməsi, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «V» yaşayış sahəsi 13 M ünvanında inşa edilən yaşayış binasının 1-ci giriş, 13-cü mərtəbəsində yerləşən sahəsi 108,5 kv.m olan, 3 otaqdan ibarət 56 saylı mənzilinə və həmin yaşayış binasının 3-cü giriş 14-cü mərtəbəsində yerləşən sahəsi 101,5 kv.m olan, 2 otaqdan ibarət 232 saylı mənzilinə sahiblik və istifadə hüququnun tanınması, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «V» yaşayış sahəsi 13 M ünvanında inşa edilən yaşayış binasının 1-ci giriş, 13cü mərtəbəsində yerləşən sahəsi 108,5 kv.m olan, 3 otaqdan ibarət 56 saylı mənzili və həmin yaşayış binasının 3-cü giriş 14-cü mərtəbəsində yerləşən sahəsi 101,5 kv.m olan, 2 otaqdan ibarət 232 saylı mənzili cavabdeh "xxxx" MTK tərəfindən İddiaçı təhvil verilməsi və iddiaçının həmin mənzillərdən sərbəst istifadə etməsinə cavabdeh "xxxx" MTK tərəfindən yaradılmış maneələr aradan qaldırılması qət edilmişdir.

5. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış "yaşayış binasında mənzil tikintisi haqqında” müqavilələrin şərtlərinə və qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, cavabdeh "xxxx" MTK sözügedən müqavilələrdən irəli gələn öhdəliyini lazımi qaydada icra etmədiyindən, iddiaçı həmin müqavilələrdən yaranan öhdəliyin yerinə yetirilməsini tələb etməkdə haqlıdır.

6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 14.2.1, 152.5, 157.2, 164.2, 165.1 178.8 və Mülki Prosessual Məcəlləsinin 14.2, 77, 217.4-cü maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

7. Qətnamədən maraqlarına toxunan şəxs Maraqlı şəxs apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı "xxxx" MTK-nın təsisiçisi və sədri olduğundan 2014-cü ildə adına olan müqaviləni Məhkəməyə təqdim etməklə məhkəməni aldatmış və xx.xx.2017-ci il tarixli 2(010)-10723/2017 saylı qətnamənin çıxarılmasına nail olmuşdur. İddiaçı Füzuli Mahmudovla mənzilə dair müqavilə bağladıqdan sonra öz müqaviləsini MTK-nın sədri olaraq məhv etməli və sonradan ortaya çıxarmamalı idi, lakin vəzifə səlahiyyətlərindən sui istifadə edərək əhəmiyyətini itirmiş müqaviləni məhkəməyə təqdim etməklə məhkəməni aldatmağa nail olmuşdur. Həmin iş üzrə verilmiş iddianında heç bir əhəmiyyəti yoxdur, çünki İddiaçı həminki dövrdə MTK-nın təsisçisi və direktoru idi, hal hazırda da elədir, həmin binada vətəndaşlara maneələri yaradan elə həmin şəxsin özü idi. Ona kim maneə yaradırdı bu çox maraqlı məqamdır. Məhkəməni aldatmaqla belə bir qətnamə çıxarılmasına nail olmuşdur ona görə ki, digər şəxslərdən üstünlük əldə etsin. İddiaçı öz müqaviləsinin Füzuli Mahmudovun adına keçirilməsinə (satmasına) razılıq verdiyi andan həmin mənzil üzrə hüquqlarını tam olaraq itirmişdir. Bundan 3 ilə yaxın müddət MTK-nın ona maneələr yaratdığını yalandan iddia edərək məhkəmə qətnaməsi edəcəyini zənn almaqla öz cinayətkar əməlini Məhkəmə qətnaməsi ilə örtbasdır etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

10. Apellyasiya baxışı zamanı iddiaçı və onun nümayəndəsi-vəkili verilmiş apellyasiya şikayətinə etiraz edərək, onun təmin olunmamasını xahiş etmişlər.

11. Apellyasiya baxışı zamanı maraqlarına toxunan şəxs Maraqlı şəxs nümayəndəsi-vəkili verilmiş apellyasiya şikayətini müdafiə edərək onun dəlillərinə uyğun izahat verərə təmin olunmasını xahiş etmişdir.

12. Apellyasiya baxışı zamanı işə cəlb olunmuş üçüncü şəxsin nümayəndəsi X10 izahatında bildirmişdir ki, X11 əri və qardaşı ilə birlikdə mübahisəli mənzili 2018-ci il tarixdə baxıb almışlar. Mənzili Ədalətdən almışlar. Ədaləti həmin MTK-nın rəhbəri kimi bilmişlər və müqaviləni də onunla bağlanmışlar. Evi aldıqdan sonra təmir etmiş və hazırda da həmin evdə yaşayırlar.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

13. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

14. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

15. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

16. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

18. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

21. Maraqlarına toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi xahiş edilsə də, məhkəmə baxışı gedişində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «V» yaşayış sahəsi 13 M ünvanında inşa edilən yaşayış binasının 3-cü giriş 14-cü mərtəbəsində yerləşən sahəsi 101,5 kv.m olan, 2 otaqdan ibarət 232 saylı mənzilə bağlı hissədə iddianın təmin edilməməsi xahiş olunmuşdur. Ona görə də, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin həmin hissədə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməklə, birinci instansiya məhkəməsinin qətnaməsi “İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «V» yaşayış sahəsi 13 M ünvanında inşa edilən yaşayış binasının 3-cü giriş 14-cü mərtəbəsində yerləşən sahəsi 101,5 kv.m olan, 2 otaqdan ibarət 232 saylı mənzilə sahiblik və istifadə hüququnun tanınması, həmin mənzilin Cavabdeh MTK tərəfindən İddiaçı təhvil verilməsi və iddiaçının həmin mənzillərdən sərbəst istifadə etməsinə Cavabdeh MTK tərəfindən yaradılmış maneələr aradan qaldırılması” hissəsində ləğv edilməli, yeni qətnamə qəbul edilməklə iddia tələbi həmin hissədə təmin edilməməlidir.

23. Belə ki, iş materiallarından müəyyən olunur ki, xx.xx.2015-ci il tarixli 20 saylı müqaviləyə əsasən Cavabdeh MTK sədri İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «V» yaşayış sahəsi 13 M ünvanında inşa edilən yaşayış binasının 3-cü giriş 14-cü mərtəbəsində yerləşən sahəsi 101,5 kv.m olan, 2 otaqdan ibarət 232 saylı mənzili X1.

24. X9 notariat formada razılıq ərizəsi verərək öz payından imtina etdiyi və həmin mübahisəli mənzilin Maraqlı şəxs satılmasına etiraz etmədiyini bildirmişdir. Bundan sonra Maraqlı şəxs 19 avqust 2016-cı il tarixdə həmin mənzili almış və bununla bağlı "xxxx" MTK tərəfindən Maraqlı şəxs mənzilə dair borcunun tam ödənilməsi barədə maliyyə arayışı verilmişdir.

25. Daha sonra İddiaçı ilə X9 01 mart 2017-ci il tarixdə razılıq müqaviləsi bağlayaraq xx.xx.2015-ci il tarixli 20 saylı müqavilənin ləğvi və mübahisəli mənzilin yenidən İddiaçı qaytarılması barədə razılığa gəlmişlər. İddiaçı ərizə ilə "xxxx" MTK-ya müraciət edərək qeyd edilən müqavilənin ləğv edilməsini xahiş etmiş, MTK-nın 03 mart 2017-ci il tarixli əmri ilə xx.xx.2015-ci il tarixli 20 saylı müqavilə ləğv edilmiş və mübahisəli mənzil İddiaçı sahibliyində saxlanılmışdır.

26. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

27. Məhkəmə kollegiyası iddianın əsaslılığını araşdırarkən müəyyən etmişdir ki, maneənin nədən ibarət olması iddiada qeyd edilməmiş, bu hal işin faktiki halları ilə təkzib olunur.

28. Belə ki, hazırki iş üzrə İddiaçı özü üzün müddət "xxxx" MTK-nın sədri olmuş və hazırda da oranın daha çox pay sahibi olan təsisçilərindən biri və sədridir.

29. Bundan başqa mübahisəli mənzil başqa şəxslərə satıldığı halda, həmin mənzilin satılması ilə bağlı ilkin müqavilənin əmrlə ləğv edilməsi qanunvericiliyin tələbinə ziddir.

30. Qeyd olunanlara əsasən kollegiya hesdab edir ki, mübahisəli mənzil bağa şəxsə satıldığından və həmin mənzil başqa şəxsin sahibliyində olduğundan, İddiaçı həmin mənzildən istifadəyə maneələrin aradan qaldırılması ilə bağlı iddiası əsassız olmuşdur.

31. Kollegiya, həmçinin, qeyd edir ki, mübahisəli mənzili sonradan almış üçüncü şəxs X5 vicdanlı alıcı olması məsələsi hazırki mübahisənin predmeti olmadığından o hala qiymət verilmir.

32. Beləliklə müəyyən olunur ki, birinci instansiyası məhkəməsinin qətnaməsinin (mübahisələndirilən hissədə) qanuniliyi və əsaslılığı Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinin tələblərinə cavab vermir.

33. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

34. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

35. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: Maraqlı şəxs apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-10723/2017 saylı iş üzrə 12 dekabr 2017-ci il tarixli qətnaməsi “İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «V» yaşayış sahəsi 13 M ünvanında inşa edilən yaşayış binasının 3-cü giriş 14cü mərtəbəsində yerləşən sahəsi 101,5 kv.m olan, 2 otaqdan ibarət 232 saylı mənzilə sahiblik və istifadə hüququnun tanınması, həmin mənzilin Cavabdeh MTK tərəfindən İddiaçı təhvil verilməsi və iddiaçının həmin mənzillərdən sərbəst istifadə etməsinə Cavabdeh MTK tərəfindən yaradılmış maneələr aradan qaldırılması” hissəsində ləğv edilsin, həmin hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar