Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5750/2024 07.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə qarşı “əmək müqaviləsinə xitam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, ödənilməmiş əmək haqqının, istifadə edilməmiş məzuniyyətə görə son haqqhesabın, əmək haqqı gecikdirilməsinə görə dəbbə pulunun, mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: “əmək haqqı və s.” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə qarşı “əmək müqaviləsinə xitam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, ödənilməmiş əmək haqqının, istifadə edilməmiş məzuniyyətə görə son haqq-hesabın, əmək haqqı gecikdirilməsinə görə dəbbə pulunun, mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)- 1255/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinin (kontraktının) əsasən İddiaçı “Dublyaj” studiyasının direktoru vəzifəsinə işə qəbul olunmuşdur. Əmək müqaviləsi xx.xx.2020-ci il tarixdən 1 il müddətinə bağlanmışdır. İşçinin aylıq əmək haqqı 550 manat təşkil etmişdir.
2. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin xx.xx.2020-ci il tarixli, 403-k saylı əmrdən görünür ki, İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən xx.xx.2020-ci il tarixdən 1 il müddətinə "xxxx" MMC-nin direktoru vəzifəsinə təyin edilmiş, vəzifə maaşı ştat cədvəli əsasında ödənilmişdir. Əmrin əsası kimi İddiaçı ərizəsi, əmək müqaviləsi (kontrakt) və müvafiq dərkənarla Kinematoqrafiya şöbəsinin müdiri Rüfət Həsənovun xidməti məlumatı göstərilmişdir.
3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2021-ci il tarixli 129 saylı sərəncamın surətinə əsasən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən təqdim edilmiş sənədlər əsasında "xxxx" MMC-nin adı dəyişdirilərək "xxxx" MMC kimi müəyyən edilmişdir.
4. xx.xx.2021-ci il tarixli İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin X6 qeydiyyatı idarəsinin dövlət reyestrindən çıxarışın surətinə əsasən İddiaçı "xxxx" MMC-nin (əvvəlki adı ”Dublyaj Studiyası” MMC-nin) qanuni təmsilçisidir.
5. "xxxx" MMC-nin direktoru İddiaçı tərəfindən Azərbaycan Respublikasının Mədəniyyət X9 ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizəsinin surətindən görünür ki, onunla bağlanmış əmək müqaviləsinə öz xahişi ilə xx.xx.2023-cü il tarixdə xitam verilməsini xahiş etmişdir.
6. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən "xxxx" MMCnin direktoru İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə daxil olmuş xx.xx.2023-cü il tarixli ərizəsinə baxılmışdır. Ərizədə əksini tapmış məsələ ilə əlaqədar bildirirlər ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin müvafiq əmrinə əsasən Nazirliyin tabeliyindəki kino müəssisələrində yoxlamaların aparılması üzzrə Komissiya yaradılmışdır. Yuxarıda göstərilənləri nəzərə alaraq bildirirlər ki, "xxxx" MMC-də müvafiq təhvil-təslim işəri başa çatdıqdan sonra İddiaçı ilə Nazirlik arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı məsələyə baxılacaqdır.
7. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən "xxxx" MMCnin direktoru İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin xx.xx.2024-cü il tarixli 3-24/3-1-f-34/2024 nömrəli əmrinə əsasən Nazirliyin tabeliyindəki kino müəssisələrində mövcud vəziyyətin öyrənilməsi, fəaliyyətin təhlil olunması, çatışmazlıqların, kino və digər audiovizual sənaye sahələrində həyata keçiriləcək dövlət siyasəti istiqamətlərinin və tədbirlərinin müəyyən edilməsi məqsədilə Nazirliyin tabeliyindəki kino müəssisələrində yoxlamaların aparılması üzrə üzrə Komissiya və Klmissiyanın tərkibində İşçi qrupu yaradılmışdır. Hazırda kino müəssisələrində yoxlamalar davam etdirilir. Yuxarıda göstərilənlərlə əlaqədar olaraq "xxxx" MMC-nin 2020-2024-cü illər üzrə fəaliyyətinə dair maliyyə hesabatını və müəssisənin müvafiq təhvil-təslim sənədlərini 3 gün ərzində Nazirliyə təqdim etmək İddiaçı həvalə olunur. Əks təqdirdə qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görüləcəkdir.
8. Bakı 12 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə MŞB/12/2024-00112 nömrəli, xx.xx.2024-cü il tarixli arayışın görünür ki, X2 “əmək müqaviləsinə xitam verilməsi və s.” tələbinə dair mübahisəsi üzrə xx.xx.2024-cü il tarixdə, saat 17.00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi iştirak etməmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək onunla cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi arasında bağlanılmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən xitam verilməsi, cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyindən xx.xx.2023-xx.xx.2023 dövrü üzrə qalın əmək haqqı 2.750 manat, istifadə edilməmiş məzuniyyətə görə 1.909,28 manat son haqq-hesab məbləği, 8.892 manat əmək haqqının gecikdirilməsinə görə dəbbə pulu, xx.xx.2024-xx.xx.2024 dövrü üzrə 20.276 manat pul vəsaiti, vurulmuş mənəvi ziyana görə 30.000 manat, hüquq xidmətinə görə hüquq bürosuna ödənilmiş 320 manat və ödənilmiş 50 manat mediasiya xərcinin əvəzi məcburi qaydada tutularaq onun xeyrinə məcburi qaydada tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
10. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhər Vergilər Departamentinin Kommersiya X6 Qeydiyyat İdarəsi tərəfindən xx.xx.2012-ci il tarixdə ********** qeydiyyat nömrəsi (VÖEN) ilə dövlət qeydiyyatına alınmış nizamnamənin 1-ci maddəsinə əsasən "xxxx" Məhdud Məsuliyətli Cəmiyyəti Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan “Dublyaj” studiyasının əmlakının bazasında yaradılmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X8 Xidmətinin xx.xx.2021-ci il tarixli 129 saylı sərəncamına əsasən "xxxx" MMC-nin adı dəyişdirilərək "xxxx" MMC müəyyən edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin X6 Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli çıxarışa əsasən MMC-nin ad dəyişikliyi dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin xx.xx.2020-ci il tarixli 403-k saylı əmrinə əsasən Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən o, xx.xx.2020-ci il tarixdən 1 il müddətinə "xxxx" MMCnin direktoru vəzifəsinə təyin edilmişdir. Həmin əmrə əsasən vəzifə maaşının ştat cədvəli əsasında ödənilməsi müəyyən edilmişdir. Həmin əmrin əsasını isə onun ərizəsi, əmək müqaviləsi və müvafiq dərkənarla Kinematoqrafiya şöbəsinin müdirinin xidməti məlumatı təşkil etmişdir. Həmin tarixdən başlayaraq o, xx.xx.2023-cü il tarixdə Nazirliyə ərizə ilə müraciət edərək bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən öz xahişi ilə xitam verilməsini xahiş etmişdir. Həmin müraciətin cavabdeh tərəfindən qəbul edildiyi xx.xx.2023-cü il tarixdə cavab elektron məktubla təsdiq edilmişdir. Qeyd olunan ərizənin qəbul edilməsindən xeyli müddət – 2 aydan çox zaman keçdikdən sonra xx.xx.2023-cü il tarixli ərizəyə cavab olaraq cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli məktubla bildirilmişdir ki, nazirliyin tabeliyindəki kino müəssisələrinə yoxlamaların aparılması üzrə komissiya yaradılmış və müvafiq təhvil-təslim işləri başa çatdıqdan sonra bağlanılmış əmək müqaviləsinə xitam verilməsi məsələsinə baxıla bilər. Davamında, bir müddət gözlədikdən sonra tərəfindən xx.xx.2024-cü il tarixdə “əmək müqaviləsinə xitam verilməsi, 20.000 manat ödənilməmiş əmək haqqı, gecikdirməyə görə qanunla nəzərdə tutulmuş dəbbə pulu və 8.000 manat məzuniyyət haqqının ödənilməsi, adımın vergi bazasından şirkət direktoru kimi çıxarılması”na dair mübahisə predmeti üzrə əmək mediasiyası proseduruna başlanılsa da, təxirə salınmasına baxmayaraq cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Nəticədə Bakı 12 saylı mediasiya təşkilatı tərəfindən xx.xx.2024-cü il tarixdə “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə arayış verilmişdir. Keçən bu müddət ərzində cavabdeh tərəfindən heç bir addım atılmamış, yalnız xx.xx.2024-cü il tarixdə onun WhatsApp nömrəsinə cavabdehin rəsmi blankında “Günay Rəhimova” imzalı növbəti məktub göndərilərək komissiya və işçi qrupunun yaradıldığını, yoxlamalar aparıldığını, bununla bağlı MMC-nin 2020-2024 maliyyə hesabatı və müəssisənin təhvil-təslim sənədlərinin təqdim olunması tələb edilmişdir. Hesab edir ki, “WhatsApp”la göndərilməklə etibarlılığı şübhə doğuran bu məktub da müddəti uzatmağa hesablanılmışdır. Belə ki, MMC-nin artıq 1 ilə yaxın müddətdə heç bir fəaliyyətinin olmadığı, əvvəlki dövrə aid sənədlərin də cavabdehdə olduğu mübahisəsiz haldır. Çünki MMC-nin həmin dövrdə müvafiq maliyyə sənədlərin bir nüsxəsi hər ay Nazirliyə təqdim olunmuş və həmin sənədlər yoxlanıldıqdan sonra nazirlik o sənədlərə uyğun olaraq onun rəhbərlik etdiyi MMC-yə ödəniş həyata keçirmişdir. Hesab edir ki, əmək qanunvericiliyinin açıq aşkar imperativ normasına baxmayaraq, onun əmək müqaviləsinə xitam verilməsi prosesinin bu şəkildə süni uzadılması onun məcburi etməyə cəlb edilməsi kimi qiymətləndirilməlidir. Habelə keçən bu müdddət ərzində məcburi əməyə cəlb edilən işçi olaraq o, əmək fəaliyyətinə davam etməsinə baxmayaraq əmək haqqı da ala bilməmişdir. Habelə qeyd edilməlidir ki, cavabdehin ona qarşı bu qəbuledilməz münasibəti çərçivəsində onunla bağlanılmış əmək müqaviləsinə bu günə kimi xitam verilməməsi onun başqa yerdə əmək müqaviləsi əsasında çalışmasına hüquqi əngəl yaratmışdır. Halbuki sahib olduğu peşəkarlıq səviyyəsi iddiaçıya imkan verir ki, öz sahəsində ortalama aylıq 3500-4000 manat əmək haqqı ilə iş tapa bilsin. Bununla bağlı hesab edir ki, xx.xx.2023-xx.xx.2023 dövrü üzrə qalıq 4.200 manat və xx.xx.2024-xx.xx.2024 dövrü üzrə 15.800 manat olmaqla, cəmi 20.000 manat ödənilməmiş əmək haqqı və son iş ili üçün istifadə edilməmiş məzuniyyətə görə cəmi 1.909,28 manat son haqq-hesab məbləği cavabdehdən tutularaq ona ödənilməlidir. Cavabdeh işəgötürənin qanunsuz və qərəzli hərəkətləri nəticəsində o, xx.xx.2023-cü il tarixdən bu günədək güclü sarsıntı keçirir və iztirab çəkir. Baş verən hadisələr, yəni “yoxlama” adı ilə süni ajiotaj yaradılaraq onun yazılı ərizəsini təqdim etdiyi tarixdən 6 aydan çox müddətdə vaxt keçməsinə baxmayaraq onun əmək müqaviləsinə xitam verilməməsi və məcburi əməyə cəlb edilməsi ona qarşı tətbiq edilən ağır mənəvi və psixoloji təsirdir. Cavabdeh öz qanunazidd əməllərini təqsirin birbaşa qəsd formasında törətmişdir. Yəni, cavabdeh əməlinin qanunazidd olduğunu bilmiş, bu əməlin hüquqazidd nəticələrini qabaqcadan görmüş və bunları arzu edərək könülü şəkildə bu əmələrə yol vermişdir. Yuxarıda göstərilən sübutlar onun həm mənəvi sarsıntı, həm də mənəvi iztirab keçirdiyini sübut etməklə ona qarşı mənəvi zərərə görə kompensasiya tələb edilməsi hüququnu verir. Bu səbəbdən də cavabdehin ona vurduğu mənəvi zərərə görə 30.000 manat məbləğində kompensasiya tutularaq ona ödənilməlidir. Mənəvi zərərə görə kompensasiyanın məbləği ağlabatan və ədalətli olmalıdır. Hesab edir ki, mənəvi zərərin müqabilində tələb edilən 30.000 manat kompensasiya məbləğinin onun xeyrinə tutulması pozulmuş hüquqlarının ədalətli şəkildə bərpasına yönəlmişdir və həmin məbləğ onun zənginləşməsinə xidmət edəcək qədər yüksək məbləğ deyildir. Halbuki onun çəkdiyi mənəvi iztirab və sarsıntının qiyməti heç bir maddi nemət və ya pul ilə ekvivalentləşdirilə bilməz. Mənəvi ziyan məbləği məcburi əmək nəticəsində onun mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəliverici kompensasiyası olması etibarilə heç bir halda maddi qazanc əldə etmə kimi qiymətləndirilməməlidir. Mənəvi zərərin əvəzinin ödənilməsinə dair tələbin məqsədi zərərin kompensasiyası və ya cavabdehin cəzalandırılması deyil, məruz qaldığı mənəvi sarsıntı və iztirabı müəyyən qədər azaltmaqdır. Çəkilən əzabın, ağrıların, iztirabın ona kompensasasiya verilməsi yolu ilə tam aradan qaldırılması mümkün deyildir. Bu halda mənəvi zərərin ödənilməsi ona təsəli edən bir vasitədir. Ayrıca qeyd olunmalıdır ki, cavabdehin bu əsassız hərəkətlərinə görə hazırki iddianın qaldırılmasının təmini üçün onun məhkəmədə hüquqlarının təmsil edilməsi üçün Bakı şəhəri 12 saylı Vəkil Bürosu ilə xx.xx.2024-cü il tarixdə müqavilə bağlamaq məcburiyyətində qalmış və hüquqi yardıma görə həmin büroya 320 manat pul ödənilmişdir. Habelə, əmək mediasiyası çərçivəsində ilkin mediasiya sessiyası haqqı olaraq Bakı 12 saylı Mediasiya Təşkilatına 50 manat ödənilmişdir. Hesab edir ki, iddia təmin olunmaqla vəkil bürosuna və mediasiya təşkilatına onun tərəfindən ödənilmiş həmin vəsaitlər də məhkəmə və mediasiya xərci olaraq cavabdehdən tutulmalıdır.
11. Bakı Şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-1255/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən iddianın qismən təmin edilməsi, İddiaçı ilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi arasında bağlanılmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən xitam verilməsi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət üçün ödənilməmiş əmək haqqı və istifadə edilməmiş məzuniyyətə görə son haqqhesab verilmə vəzifəsi həvalə edilməsi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyindən İddiaçı xeyrinə ödənilməmiş əmək haqqının gecikdirilməsinə görə 8.892 (səkkiz min səkkiz yüz doxsan iki) manat məbləğində pul tutulması Azərbaycan Respublikası Mədəniyyət Nazirliyindən İddiaçı xeyrinə hüquqi xidmət üçün ödənilən 320 (üç yüz iyirmi) manat, mediasiya xərcləri kimi ödənilən 50 (əlli) manat məbləğində pul tutulması qət edilmişdir.
12. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı ödənilməmiş əmək haqqı və pul tələbi ilə bağlı məhkəməyə qanunda nəzərdə tutulmuş 1 illik müddət keçmədən müraciət etdiyindən, həmin hissədə məhkəmə hesab edir ki, iddiaçı həmin tələbi prosessual müddəti ötürmədən irəli sürmüşdür. Məhkəmə iddiaçının onunla bağlanmış əmək müqaviləsinin xx.xx.2023-cü il tarixdə xitam verilməsi barədə tələbi üzrə qeyd edir ki, qanunvericilikdə fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçinin hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilmək hüququ müəyyən edilsə də, məhkəmə həmin müddətin ötürülməsini üzrlü hesab edir. Belə ki, məhkəmə iclasında iddiaçının işdən azad olunma barədə ərizəsinə 2 ay yarımdan sonra işəgötürənin münasibət bildirməsi, həmin müddətdən sonra müvafiq razılaşma əsasında mübahisənin məhkəmədən kənar qaydada həll edilməsinə təkliflər verilməsi müəyyən edilmiş, iddiaçının uzun müddət mübahisənin məhkəmədən kənar qaydada həll olunacağına ümid etməsi onun mediasiya təşkilatına və məhkəməyə gec müraciət etməsinə səbəb olmuşdur. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının qanunda nəzərdə tutulmuş müddət ərzində məhkəməyə müraciət etməməsi üzrlü hesab edilməli və bərpa edilməli, mübahisəyə mahiyyəti üzrə baxılmalıdır. Məhkəmə iddia tələbinin iddiaçının əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən xitam verilməsi ilə bağlı tələbi üzrə qeyd etmişdir ki, işəgötürən iddiaçının ərizəsinə uyğun olaraq əmək müqaviləsinə xitam verməli olduğu halda bunu etmədiyi üçün, o, Əmək Məcəlləsinin 68 və 69-cu maddələrinin tələblərini pozmuşdur.Məhkəmə işəgötürənin iddiaçının direktoru olduğu MMC-də yoxlama aparılması ilə bağlı əmək müqaviləsinə xitam verilməməsi barədə mövqeyini əsaslı hesab etmir və bunu qeyd edilən qanunvericilik normasının pozulması və işçinin qanunla ona verilmiş hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirir. Məhkəmə iddia tələbinin xx.xx.2023-xx.xx.2023 dövrü üzrə qalıq 2.750 manat əmək haqqının və istifadə edilməmiş məzuniyyətə görə 1.909,28 manat son haqqhesab məbləğinin ödənilməsi və əmək haqqının gecikdirilməsinə görə 8.892 manat dəbbə pulunun ödənilməsi ilə bağlı hissələri üzrə qeyd edir ki, həmin hissələrdə tələb qismən təmin edilməlidir. İşçinin əmək müqaviləsi üzrə əsas hüququ qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaqdır. Odur ki, işçilərin vaxtında, tam məbləğdə və ədalətli əmək haqqı alması təmin edilməlidir. Əmək müqaviləsinin şərtlərindən biri vaxtında işçiyə əmək haqqının ödənilməsidir. Bu şərt əmək müqaviləsinin əvəzli xarakterindən irəli gəlir, əmək müqaviləsi bağlanarkən tərəflər işçinin müəyyən növdən və ixtisasdan asılı olan əməyi hansı miqdarda yerinə yetirməli olduğu və işgötürənin bu əməyə görə hansı miqdarda əmək haqqını ödəməli olduğu barədə razılığa gəlirlər.Məhkəmə iddiaçıya xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üçün cavabdeh tərəfindən əmək müqaviləsində nəzərdə tutulmuş 550 manat həddində əmək haqqının və istifadə edilməmiş məzuniyyətə görə son haqq-hesabın ödənilməməsini nəzərə alaraq həmin məbləğlərin ona ödənilməsi hissəsində tələbi əsaslı hesab edir. Lakin məhkəmə hesab edir ki, həmin məbləğlər iddiaçı tərəfindən konkret müəyyən edilmiş məbləğlər həddində tutulması mümkün deyil, çünki verilməli olan məbləğlərdən müxtəlif ödənişlər (Dövlət Sosial Müdafiə Fonduna edilən ödənişlər və s.) çıxılmalıdır. İşəgötürən tərəfindən işçi olan iddiaçıya xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üçün əmək haqqı ödənilmədiyindən və əmək haqqının ödənilməməsi işəgötürənin təqsiri üzündən baş verdiyindən iddiaçı hər gecikdirilmiş gün üçün əmək haqqının 1% məbləğində ödənc (dəbbə pulu) tələb etməkdə haqlı hesab edilməlidir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi iddia ərizəsində 2023-cü ilin iyul, avqust, sentyabr, oktyabr, noyabr və dekabr ayları üçün ödənilməmiş və gecikdirilmiş günlər nəzərə alınmaqla 8.892 manat dəbbə pulunun tutulması hissəsində təmin edilməlidir. Məhkəmə iddia tələbinin cavabdehdən xx.xx.2024-xx.xx.2024 dövrü üzrə 20.276 manat pul vəsaitinin tutulması ilə bağlı hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb təmin edilməməlidir. Belə ki, iddiaçı həmin tələbini işəgötürənin ona vaxtında işdən azad olunması barədə əmr qəbul etməmə səbəbindən, yəni əmək müqaviləsinə xitam verilmədiyindən, qeyd edilən həddə gəlirdən məhrum olması ilə əlaqələndirmişdir. Məhkəmə hesab edir ki, iddiaçı işəgötürən tərəfindən ona mənəvi ziyanın vurulmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədiyindən, iddia tələbi 30.000 manat mənəvi ziyanın tutulması hissəsində əsassız hesab edilməli və təmin edilməməlidir.
13. Məhkəmə gəldiyi nəticəni Əmək Məcəlləsinin 68.2-ci “a” yarımbəndi, 69-cu maddəsinin 1-2-3-cü hissələri, 68, 69, 154.1,172.5,178.1, 290.2-3-cü bəndləri, 296.2, 296.4,296.6,-cı maddələri, “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə 28 oktyabr 1998-ci il tarixli Qərarı, “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 7-ci maddəsinin “a” yarımbəndi, “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarı və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci, 77.1-ci, 88, 121.1,106-cı, 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
14. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 30 iyul 2024-cü il tarixli e-2(009)-1255/2024 nömrəli qətnaməsinin iddianın qismən təmin edilməməsinə dair məhkəmənin mövqeyi əsassız və qeyri-qanuni olduğundan qətnamə həmin hissədə ləğv edilməsi və iddianın tam təmin edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayətində göstərilmişdir ki, iddiaçının bağladığı əmək müqaviləsinə xx.xx.2024-cü il tarixə kimi xitam verilmədiyi işin mübahisəsiz halıdır və məhkəmə qətnaməsi ilə bu hal bir daha təsdiqini tapmaqdadır. Fakt olaraq işin mübahisəsiz halıdır ki, (cavabdehin əsas arqumenti olan) MMC-nin fəaliyyətinin xx.xx.2024-cü il tarixdən bu günə kimi olmaması belə iddiaçının təqsiri deyil. Belə ki, cavabdeh Mədəniyyət Nazirliyinin öz tabeliyində olan MMC-yə sifariş verməməsi və əvvəlki dövrdən qalıq borcların ödəməməsi MMC-nin fəaliyyətini iflic vəziyyətinə salmış, habelə külli miqdarda vergi borclarının yaranmasına, hətta iddiaçının ölkədən çıxışına məhdudiyyət qoyulmuşdur. Bu faktlar cavabdeh Mədəniyyət Nazirliyinin əməkdaşları tərəfindən də məhkəmə iclasların açıqca qəbul edilmişdir. Yekunda açıqdır ki, əmək müqaviləsinə xitam verilmədiyinə görə, iddiaçı başqa yerlərə iş üçün müraciət edə bilmir. Ən azından faktiki olaraq, qanunsuz şəkildə, həmin MMC-nin direktoru postunda “məcburən” və “girov” kimi saxlanıldığından aylıq 550 manat ona ödənilməlidir. Halbuki, cavabdehin nümayəndələrinin də aşkar bildiyi kimi, iddiaçı son dövrlər də Azərbaycan kinomatoqrafiyasının parlaq nümayəndəsidir və sahib olduğu peşəkarlıq səviyyəsi iddiaçıya, öz sahəsində ortalama aylıq 3500-4000 manat əmək haqqı ilə iş tapa bilməsinə imkan verməkdədir. Ortalama vətəndaş olan iddiaçının da izah olunan şəkildə məcburi əməyə məruz qalmasının onda dərin travmalara və mənəvi əzablara səbəb olması şübhəsizdir və işin mübahisəsiz halıdır. Hazırda iddiaçı ölkə sərhədini keçə bilmədiyinə görə, iştirakçı və natiq (speaker) kimi dəvət aldığı bir çox beynəlxalq konfrans və tədbirlərdə bu sahədə tanınmış mütəxəssis olaraq iştirak edə bilmir. Nəticədə, xarici ölkədəki həmkarları onun belə bir hüquqi problemlə üzləşdiyindən xəbərdar olurlar ki, bu da onun peşəkar imicinə və kinomatoqraf dünyasında illərlə formalaşdırdığı reputasiyasına böyük zərbədir.
16. Qətnamədən cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 30 iyul 2024-cü il tarixli, e- 2(009)-1255/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
17. Apellyasiya şikayətində göstərilmişdir ki, iddiaçının direktoru olduğu "xxxx" MMC-nin Nizamnaməsinin 1.3-cü maddəsinə əsasən adı çəkilən qurum təsərrüfat hesablı, yəni özünü maliyyələşdirən dövlət müəssisəsidir. Bu səbəbdən, iddiaçıya əgər onun iddia etdiyi kimi əmək haqqı ödənilməmişdirsə, həmin əmək haqqını cavabdeh Mədəniyyət Nazirliyi deyil, iddiaçının direktoru olduğu "xxxx" MMC ödəməli idi. Belə olan halda, iddiaçının hazırki iddia üzrə həmin tələblərə (əmək haqqı, dəbbə pulu) dair hissədə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə qarşı subyektiv hüququ yaranmır. İddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə ərizə ilə cavabdehə 2023-cü ilin dekabr ayının 18-də, mediasiyaya isə 2024-cü ilin aprel ayında müraciət etməsi,tərəflər arasında mediasiya prosesinə 7 may 2024-cü il tarixində xitam verilməsi, iddiaçı həmin tarixdən 15 gün keçdikdən sonra – 22 may 2024-cü il tarixində məhkəməyə müraciət etməsi işin mübahisəsiz hallarıdır. Belə olan halda, Əmək Məcəlləsinin 69-cu maddəsinin 1- ci və 2-ci hissələrinə müvafiq olaraq iddiaçı üçün əmək müqaviləsinə xitam verilməsinə dair iddia müddətinin axımı 2024-cü ilin yanvar ayının 19-da başlanmış, iddia müddəti isə Əmək Məcəlləsinin 296-cımaddəsinin 2-ci hissəsinə müvafiq olaraq həmin ilin fevral ayının 19-da bitmişdir. İddiaçı isə iddia müddətini xeyli ötürərək yalnız 2024-cü ilin aprel ayında mediasiyaya müraciət etmişdir. İş materiallarından görünür ki, tərəflər arasında mediasiya prosesinə 7 may 2024-cü il tarixində xitam verilsə də, iddiaçı yalnız bu tarixdən 15 gün keçdikdən sonra – 22 may 2024-cü il tarixində məhkəməyə müraciət etmişdir. Beləliklə, iddiaçı mediasiya prosesinədək ötürülmüş iddia müddətini əlavə olaraq 15 gün müddətində də ötürmüşdür. Birinci instansiya məhkəməsi isə ötürülmüş iddia müddətini formal əsasla (iddiaçının işdən azad olunma barədə ərizəsinə işəgötürən tərəfindən 2 ay yarımdan sonra münasibət bildirməsi ilə) üzürlü hesab edərək bərpa etmiş və iddianı qismən təmin etmişdir. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Birinci instansiya məhkəməsi əmək haqqının gecikdirilməsinə görə dəbbə pulunun ödənilməsi hissəsində iddianı təmin edərkən iddiaçının qeyd etdiyi 8892 manat dəbbə pulunun məbləğinin düzgün hesablanıbhesablanmadığını ətraflı araşdırmamışdır. İddiaçının 2023-cü ilin iyul ayından 2024-cü ilin iyun ayınadək tələb etdiyi dəbbə pulu müvafiq aylar üzrə hesablanır (2023-cü ilin avqust, sentyabr, oktyabr və s.). Lakin iddiaçı yenə də 2023-cü ilin avqust ayından dəbbəni hesablayır və növbəti aylar təkrarlanır. Nəticədə 2024-cü ilin may ayı üzrə cavabdeh 10 dəfə təkrar dəbbə pulu ödəyir. Göründüyü kimi, birinci instansiya məhkəməsi heç bir əsas olmadan iddianın dəbbə pulunun tutulmasına dair hissədə təkrar aylar üzrə dəbbə pulunun hesablanmasına qiymət verməmiş, habelə bu halın iddia ərizəsinə etirazda və məhkəmə iclasında tərəfimizdən qaldırılmasına və məsələyə maliyyə-mühasibat sahəsində ixtisaslaşmış xüsusi biliyə malik şəxs tərəfindən qiymət verilməli olmasına baxmayaraq, müvafiq ekspertiza təyin etməmiş, iddiaçı tərəfin maliyyə xarakterli tələbini heç bir əsas olmadan təmin etmişdir.
Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilmiş, etiraz onunla əsaslandırılmışdır ki, Əmək Məcəlləsinin 17-ci maddəsinin 1-ci hissəsində məcburu əməyin anlayışı hər hansı qayda və üsulla zor işlətməklə, həmçinin əmək müqaviləsinə xitam veriləcəyi hədə-qorxusu ilə işçini əmək funksiyasına daxil olmayan iş (xidməti) yerinə yetirməyə məcbur etmək kimi ifadə edilmişdir. Göründüyü kimi, iddiaçı tərəfin həmin hissədə dəlilləri də tam əsassızdır. Belə ki, nə iddia ərizəsində, nə də iddiaçı tərəfin birinci instansiya məhkəməsindəki izahatında, nə də apellyasiya şikayətində iddiaçıya hər hansı qayda və üsulla zor işlətməklə, həmçinin əmək müqaviləsinə xitam veriləcəyi hədə-qorxusu ilə onun əmək funksiyasına daxil olmayan işi yerinə yetirməyə məcbur edilməsi barədə hər-hansı söz və ifadə mövcud deyildir. Hazırki mübahisə üzrə iddia müddətinin axımı iddiaçının cavabdehin apellyasiya şikayətinə verdiyi etirazda göstərdiyi kimi hüquq nəzəriyyəsinə uyğun deyil, qanunla dəqiq tənzimləndiyi üçün qanunvericiliyin tələblərinə uyğun hesablanır. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü hissəsinə görə hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə,müvafiq əmrin (sərəncamın,qərarın) əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırdığı (elektron poçt və SMS) həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Göründüyü kimi, qeyd olunmuş normanın tələbinə uyğun olaraq iddiaçıya münasibətdə iddia müddətinin axımı 2024-cü ilin yanvar ayının 19-dan başlanmışdır. İddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə ərizə ilə cavabdehə 2023-cü ilin dekabr ayının 18-də müraciət etdiyinin işin mübahisəsiz olduğunu nəzərə alaraq, iddiaçı 2024-cü ilin yanvar ayının 19-dan həmin ilin fevral ayının 19-dək Əmək Məcəlləsinin 69-cu maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş hüququnun məhkəmə qaydasında realizə edilməsini tələb edə bilərdi. Lakin yenə də iş materiallarından da göründüyü kimi, iddiaçı 2024-cü ilin aprel ayında mediasiyaya müraciət etmiş, mediasiya prosesinə xitam verildiyi 7 may 2024-cü il tarixindən isə 15 gün keçdikdən sonra – yalnız 22 may 2024-cü il tarixində məhkəməyə müraciət etmişdir. Belə olan halda, iddiaçı iddia müddətinin bitdiyi 2024-cü ilin 19 fevral tarixindən 2024-cü ilin aprel ayında mediasiyaya müraciət etdiyi tarixədək təxminən 2 ay müddətində ötürdüyü iddia müddətini mediasiya prosesinə xitam verildiyi tarixdən sonra daha 15 gün müddətində ötürmüşdür. Lakin birinci instansiya məhkəməsi heç bir əsaslandırma aparmadan və hər hansı normativ əsasa istinad etmədən iddia müddətini bərpa etmişdir. Eyni zamanda, birinci instansiya məhkəməsi əmək haqqının gecikdirilməsinə görə dəbbə pulunun ödənilməsi hissəsində iddianı təmin edərkən iddiaçının qeyd etdiyi 8892 manat dəbbə pulunun düzgün hesablanıb-hesablanmadığını ətraflı araşdırmamışdır.
Proses iştirakçılarının izahatı
19. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərinə müdafiə edərək bildirir ki, iddiaçı ilə cavabdeh arasında əmək müqaviləsi bağlanılıb və iddiaçı “Dublyaj” studiyasının direktoru vəzifəsinə işə qəbul edilib. Əmək haqqı 550 manat məbləğində müəyyən edilib. İddiaçı daha sonra əmək müqaviləsinə xitam verilməsi üçün cavabdehə müraciət edib.Cavabdeh iddiaçıya məktub ünvanlamışdır ki, yoxlamaların aparılması üçün komissiya yaradılıb, təhvil-təslim işlərindən sonra xitam məsələsinə baxılacaq. İddiaçı gözləntidə olub. İddiaçı 300 gündən çoxdur ki, işləyir.Məhkəmə bu hala diqqət yetirməyib.Avropa İnsan Hüquqları Kovensiyasının 4-cü maddəsi pozulub. Nazirlik əmək müqaviləsinə vaxtında xitam verməli olduğu halda etməmişdir. İddiaçının övladı Moskvada yaşayır, iddiaçı 1 ildən çoxdur ki, övladını görə bilmir. Bütün bunlar iddiaçıya mənəvi zərər vurur. İddiaçı övladından uzaqlaşıb. İddiaçı orada işləmək istəmirdi. Ekspertiza keçirilməsinə ehtiyac yoxdur, sadə hesablama ilə dəbbə pulunu hesablamaq olur. İddiaçı məşhur kinematoqrafdır. Onun özünə məxsus domeni olub, nazirlikdən həmin domenin nazirliyə verilməsi tələb edilib, iddiaçı da razılaşmayıb.Bütün təzyiqlərin səbəbi də bu olub. Faktiki olaraq iddiaçı maaş ala bilməyib, işsiz qalıb. Onlar bunu əldən çıxmış fayda kimi hesab edir.10 ay işdən azad ola bilməyib. Nazirlik iddiaçıya qarşı “kölə” münasibətindədir. Cavabdeh hüquqdan sui-istifadə edir və bu absurddur. 1 ildir ki, iddiaçını orada “kölə” kimi saxlayıblar. Vəsasətin baxılmamış saxlanılmasını və apellyasiya şikayətinin təmin edilməsini xahiş edir.
20. Cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndəsi X7 apellyasiya şikayətini müdafiə edərək bildirir ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə görə maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Məhkəmə bu hala qiymət verməmişdir. Onların məktublarının əsasında iddiaçının gözlənti hüququnun olması əsassızdır. İddiaçı əgər narazı olsa idi Nazirliyə ərizə ilə müraciət edərdi. Hazırda məcburi əmək məsələsi yoxdur. Bununla razı deyillər. Onlar məhkəməyə iddiaçının işlədiyi qurumun nizamnaməsini təqdim etmişlər. Tabeli qurumlarda ödənişi nazirlik həyata keçirmir. Qətnamənin icra mərhələsində ciddi problemlər yaranacaq. Çünki, o qədər büdcələri yoxdur. İddiaçı iddia müddətini də ötürmüşdür. Əmək müqaviləsi formaya və məzmuna uyğun olaraq bağlanılıb. Əmək haqqını qeyd ediblər. İddiaçı eyni aylar üzrə dəfələrlə faiz hesablayıb. Bu hesablama ilə razı deyil. Buna görə ekspertiza təyin edilməlidir. Bu məsələni rayon məhkəməsində şifahi formada bildiriblər. Onlar hesab edirlər ki, iddiaçı hesablamanı düzgün aparmayıb. İddiaçı gecikməyə görə dəbbə pulunun hesablanması zamanı eyni təqvim ayları üzrə təkrarlığa yol verib. Qurum təsərrüfat hesablıdır. İddiaçıya əmək haqqı ödənilməlidirsə nazirlik deyil, iddiaçının direktoru olduğu "xxxx" MMC ödəməlidir. İddiaçı ərizə verdikdən sonra işə gəlib-gəlmədiyi barədə məlumatı yoxdur. İddiaçı heç bir tələb etməyib, ərizə ilə müraciət etməyib və müddəti ötürüb. Hesab edir ki, iddia baxılmamış saxlanmalıdır. Əmək Məcəlləsinin 197-ci maddəsinə əsasən işçi ona vurulmuş maddi ziyanın məbləğinin ödənilməsi barədə işəgötürənə ərizə ilə müraciət etməlidir. İşəgötürən işçinin ərizəsində göstərdiyi iddiasını araşdırmalı və 15 gün müddətində müvafiq qərar qəbul edərək ona yazılı cavab verməlidir. İşçi, bütövlükdə və qismən işəgötürənin qərarı ilə razılaşmadıqda, habelə müəyyən edilmiş müddət ərzində ona yazılı cavab verilmədikdə dəyən ziyanın ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəlləsinin 152.1.6-cı maddəsinin tələbinə əsasən iddia ərizəsini geri qaytarmalı olsa da, bu barədə tərəfimizdən verilmiş vəsasət məhkəmə tərəfindən təmin edilməmişdir. İddia müddəti ötürülüb. Birinci instansiya məhkəməsi iddiaçını işə bərpa edərkən maddi və prosessual hüquq normaları pozub. İddianın dəbbə pulu hissəsində baxılmamış saxlanılmasını və digər hissədə rədd edilməsini xahiş edir.
Tətbiq edilən hüquq normaları:
21. Azərbaycan Respublikasının Əmək Məcəlləsi
Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü;
Maddə 69.1. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. 2. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. 3. İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək münasibətlərinə daxil olması ilə bağlı yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) razılığı olduqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər
Maddə 154.1. Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.
Maddə 172. 1. 1. Aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir.
2. Kollektiv müqavilədə, yaxud əmək müqaviləsində əmək haqqının verilməsinin başqa müddətləri də müəyyən edilə bilər.
4. İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir.
5. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir.
Qeyd: Bu maddədə «işəgötürənin təqsiri üzündən gecikdirildikdə» dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir.
Maddə 178.1. İşəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir.
Maddə 290. 1. Fərdi əmək mübahisələrində tərəflər biri digərinin hüquqlarına hörmət edərək qanunvericiliyin tələblərini, əmək müqaviləsi üzrə öhdəlikləri və əmək mübahisələrini mahiyyəti üzrə həll edən məhkəmənin qətnaməsini (qərarını) yerinə yetirməyə borcludurlar.
2. İşçinin hüquqlarını və qanuni mənafelərini pozmuş işəgötürən fərdi əmək mübahisəsinin həlli nəticəsində məhkəmə tərəfindən müəyyən edilmiş işçiyə dəyən maddi ziyanı tam məbləğdə ödəməlidir.
3. İşəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. Mənəvi ziyan vurulduğunu iddia edən işçi həmin ziyana görə iddiasının məbləğini ərizəsində göstərməlidir. İşçiyə dəyən mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında vurulan mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsinə, işçinin və işəgötürənin şəxsiyyətinə, işin faktik hallarına və ədalətli qərar qəbul edilməsi üçün zəruri olan digər obyektiv hallara uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir. Qeyd: Bu maddənin üçüncü hissəsində işçiyə vurulmuş mənəvi ziyan dedikdə, işəgötürən və ya onun tabeçiliyində olan vəzifəli şəxs tərəfindən hər hansı üsulla işçinin şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi, kollektiv arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayması, habelə mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir. Maddə 296.1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.
2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.
4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.
5. İşəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər.
6. Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər.
22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Apellyasiya baxışının hədləri
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
25. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin edilməyən hissədə ləğv edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin iddia tələbinin təmin edilən hissədə ləğv edilməsini, iddia tələbinin həmin hissədə təmin edilməməsini xahiş etmişdir. Belə olan halda kollegiya qətnamənin əsaslılığını tam yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
27. İddiaçının hazırkı iddia tələbi cavabdeh ilə aralarında bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən xitam verilməsi; cavabdeh tərəfindən qalıq əmək haqqı olaraq 2750 manat ödənilməmiş əmək haqqı məbləğinin cavabdehdən tutulması; istifadə edilməyən əmək məzuniyyəti günlərinə görə 1909,28 manat kompensasiya məbləğinin tutulması; əmək haqqının ödənilməsinin gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün 8892 manat məbləğində dəbbə pulu, xx.xx.2024-xx.xx.2024 dövrü üzrə 20 276 manat pul vəsaitinin tutulması; 30000 manat məbləğində mənəvi ziyanın cavabdehdən tutularaq ona ödənilməsi; hüquq xidmətinə görə hüquq bürosuna ödənilmiş 320 manat və ödənilmiş 50 manat mediasiya xərcinin cavabdehdən tutulmaların ona ödənilməsindən ibarətdir.
28. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi qismən təmin edilmişdir.
29. Birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçı və cavabdeh tərəfindən mübahisələndirilmişdir.
30. İşin halları ilə müəyyən edilir ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə İddiaçı arasında bağlanılmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinin (kontraktının) surətinə əsasən İddiaçı “Dublyaj” studiyasının direktoru vəzifəsinə işə qəbul olunmuşdur. Əmək müqaviləsi xx.xx.2020-ci il tarixdən 1 il müddətinə bağlanmışdır. İşçinin aylıq əmək haqqı 550 manat təşkil etmişdir.
31. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2021-ci il tarixli 129 saylı sərəncamın surətinə əsasən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən təqdim edilmiş sənədlər əsasında "xxxx" MMC-nin adı dəyişdirilərək "xxxx" MMC kimi müəyyən edilmişdir.
32. İddiaçı - "xxxx" MMC-nin direktoru İddiaçı Azərbaycan Respublikasının Mədəniyyət X9 xx.xx.2023-cü il tarixli ərizəsi ilə müraciət edərək, onunla bağlanmış əmək müqaviləsinə öz xahişi ilə xx.xx.2023-cü il tarixdə xitam verilməsini xahiş etmişdir. Lakin bununla bağlı cavabdeh tərəfindən hər hansı hüquqi hərəkətlər həyata keçirilməmişdir.
33. Cavabdehin apellyasiya şikayətinin dəlili odur ki, iddia müddəti ötürülmüşdür.
34. Əmək qanunvericiliyinə görə işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər.
35. Hazırkı işin hallarından göründüyü kimi, iddiaçı xx.xx.2023-cü il tarixli ərizəsi ilə müraciət edərək, onunla bağlanmış əmək müqaviləsinə öz xahişi ilə xx.xx.2023-cü il tarixdə xitam verilməsini xahiş etmişdir. Lakin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən "xxxx" MMCnin direktoru İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubla cavab verilərək qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə daxil olmuş xx.xx.2023-cü il tarixli ərizəsinə baxılmışdır. Ərizədə əksini tapmış məsələ ilə əlaqədar bildirirlər ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin müvafiq əmrinə əsasən Nazirliyin tabeliyindəki kino müəssisələrində yoxlamaların aparılması üzzrə Komissiya yaradılmışdır. Yuxarıda göstərilənləri nəzərə alaraq bildirirlər ki, "xxxx" MMC-də müvafiq təhvil-təslim işəri başa çatdıqdan sonra İddiaçı ilə Nazirlik arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı məsələyə baxılacaqdır.
36. Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı maddəsində qeyd edilir ki, bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər.
37. İşin hallarından göründüyü kimi, iddiaçı hüququnun həyata keçirilməsi ilə bağlı cavabdeh orqana müraciət etmiş, cavabdeh tərəfindən müxtəlif bəhanələrlə hüququnun həyata keçirilməsi ləngidilmiş, iddiaçı tələbinin cavabdeh tərəfindən yerinə yetirilmədiyinə əmin olduğu üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Kollegiya rayon məhkəməsinin mövqeyi ilə razılaşır ki, üzrlü səbəbdən 1 aylıq müddət ötürüldüyündən bərpa edilməlidir.
38. Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndində qeyd edlir ki, əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilə bilər. Məcəllənin 1-ci maddəsində qeyd edilir ki, işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək münasibətlərinə daxil olması ilə bağlı yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) razılığı olduqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər.
39. Qanunvericiliyin tələbindən göründüyü kimi, işçi onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə günü ərizəsində konkret göstərdiyi halda, işəgötürən əmək müqaviləsinə xitam verə bilər. Əmək müqaviləsinə həmin gün xitam verilmədiyi halda, işəgötürən bunu ən geci bir təqvim ayı ərzində etməlidir.
40. Məhkəmə kollegiyası hesab edir ki, işəgötürən tərəfindən müəssisədə yoxlama aparılması əsası ilə iddiaçı ilə əmək müqaviləsinə xitam verməməklə iddiaçının hüquqlarını pozmuş, əmək qanunvericiliyi ilə müəyyən edilmiş vəzifələrini həyata keçirməmişdir.
41. Məhkəmə kollegeyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdeh tərəfindən əmək haqqı və istifadə edilməyən əmək məzuniyyəti günlərinə görə kompensasiya tutulması tələbinin qismən təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, işçinin əmək haqqını vaxtında alması ilə bağlı məsələlər qanunvericilikdə tənzimlənir və bu vəzifənin işəgötürən tərəfindən yerinə yetirilməməsi ilə bağlı məsuliyyət nəzərdə tutulmuşdur.
42. İşin hallarından görünür ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə əsasən onunla cavabdeh arasında imzalanmış müqaviləyə əsasən əmək haqqı 550 manat təşkil edir. İddiaçı 2023-cü ilin iyul ayından 30 iyun 2024-cü üçün əmək haqqı almadığını iddia edir və bu dövrü üçün ödənilməmiş əmək haqqı və istifadə edilməmiş məzuniyyət haqqının ödənilməsini tələb edir.
43. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət üçün ödənilməmiş əmək haqqı və istifadə edilməmiş məzuniyyətə görə son haqq-hesab verilmə vəzifəsinin həvalə edilməsi ilə bağlı düzgün qənaətə gəlmişdir.
44. Cavabdehin iddia tələbinə qarşı etirazının və apellyasiya şikayətinin dəlili odur ki, əmək haqqı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən deyil, "xxxx" MMC tərəfindən ödənilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında imzalanmış əmək müqaviləsində işəgötürən qismində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi qeyd edildiyi üçün iddia tələbi ona qarşı düzgün olaraq verilmişdir.
45. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyindən İddiaçı xeyrinə ödənilməmiş əmək haqqının gecikdirilməsinə görə 8.892 (səkkiz min səkkiz yüz doxsan iki) manat məbləğində pul tutulması ilə məhkəmə kollegiyası razılaşır. 46.Cavabdeh ona istinad edir ki, hesablama aparmaq üçün eskpertiza keçirilə bilərdi. 47.Bununla əlaqədar killegiya qeyd edir ki, aylıq əmək haqqının 550 manat olması və 2023-cü ilin iyul-dekabr ayları üzrə ödənilməmiş və gecikdirilmiş günləri nəzərə aldıqda 1 faiz dəbbə pulunun hesablanaraq cəmi 8892 manat olması mübahisəsizdir (i.v.78).
48. Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci bəndində qeyd edilir ki, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir.
49. Əmək Məcəlləsinin 172-ci maddəsinin “Qeyd” hissəsində qeyd edilir ki, bu maddədə «işəgötürənin təqsiri üzündən gecikdirildikdə» dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir.
50. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 11 aprel 2023-cü il tarixli qərarında qeyd edilir ki, “...Qeyd edildiyi kimi, əmək münasibətləri çərçivəsində əmək haqqının gecikdirilməsinə görə ödənilməsi nəzərdə tutulan kompensasiya işəgötürən tərəfindən vəzifələrin lazımi qaydada icra edilməsi üçün tətbiq olunan təsir tədbiri kimi çıxış edir. Digər tərəfdən, bu ödənc bərpaedici funksiya daşımaqla işəgötürənin işçi qarşısında maddi məsuliyyətinin növü kimi çıxış edir. Həmçinin, əmək qanunvericiliyinin tələblərindən irəli gələrək bu ödənc işçinin əmək hüquqlarının əlavə müdafiə təminatı kimi çıxış edir və bu hüquq heç bir halda tərəflər arasında mübahisənin olub-olmaması ilə əlaqələndirilməməlidir. Əmək Məcəlləsinin 172ci maddəsinin 5-ci hissəsinin ikinci cümləsinin tələbinə görə, işəgötürən ödəncin verilməsindən imtina etdiyi halda işçi yaranmış mübahisəni məhkəmə qaydasında həll etməyə məcbur olur. Bu baxımdan normanın məzmununun fərqli şərhi, yəni ödəncin yalnız fərdi əmək mübahisəsinin yaranmadığı halda ödənilməli olması kimi şərhi hüquqi məntiqə uyğun olmamaqla yanaşı, işçinin əmək münasibətlərinə daxil olmasının əsasını təşkil edən əmək haqqı hüququnun pozulmasına görə işəgötürənin məsuliyyətdən kənar qalmasına gətirib çıxarar. Eyni zamanda bu işçinin əmək haqqı hüququnun pozulması səbəbindən qanunvericiliklə tanınan ödəncin verilməsi tələbinin təmin edilməsi üçün məhkəməyə müraciət etməsini də mənasız edər. Bu halda həmin maddənin tətbiqi mümkünsüz olur və o, əhəmiyyətsiz normaya çevrilməklə faktiki olaraq işçini müvafiq ödənci tələb etmək hüququndan məhrum edir. Halbuki, qanunverici Əmək Məcəlləsinin 178-ci maddəsinin 1-ci hissəsində işəgötürənin maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqının bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borclu olduğunu təsbit etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd edir ki, fərdi əmək mübahisəsi olduğu halda ödəncin verilməməsi işçilər arasında qeyri-bərabər vəziyyət yaradar. Belə ki, bu halda eyni hüquqi vəziyyətdə olan şəxslərə, yəni işəgötürən tərəfindən əmək haqları gecikdirilmiş və bu səbəbdən ödəncin verilməsi üçün məhkəməyə müraciət etmiş işçilərə münasibətdə fərqli yanaşma sərgilənmiş olar ki, bu da əmək qanunvericiliyinin prinsipləri ilə ziddiyyət təşkil edər. Konstitusiya prinsipi olan bərabərlik prinsipi bərabər şərtlər daxilində hüquq subyektlərinin bərabər vəziyyətdə olmalarını nəzərdə tutur və ən əsası eyni kateqoriyaya aid şəxslərə hər hansı obyektiv və ağlabatan izah olmadan ayrıseçkiliyin tətbiq olunmasını qadağan edir (Konstitusiya Məhkəməsi Plenumunun “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair” 2014cü il 28 yanvar tarixli Qərarı).”
51. Hüquq xidmətinə görə hüquq bürosuna ödənilmiş 320 manat və ödənilmiş 50 manat mediasiya xərcinin cavabdehdən tutulmaların ona ödənilməsi tələbi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan Bakı şəhəri 12 saylı Vəkil Bürosu arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 364 nömrəli müqaviləsinin və xx.xx.2024-cü il tarixli ödəniş qəbzinin surətlərindən görünür ki, iddiaçı tərəfindən hüquqi yardıma görə Bakı şəhəri 12 saylı Vəkil Bürosuna 320 manat ödənilmişdir.
52. Həmçinin iş materiallarında olan “Mediasiya prosesində iştirak edilməməsi” ilə bağlı 07 may 2024-cü il tarixli arayışdan görünür ki, iddiaçı tərəfindən tərəflər arasında olan mübahisənin həlli ilə bağlı müdiasiya orqanına müraciət edilmiş, bununla bağlı 50 manat məbləğind mediasiya xərci ödənilmişdir.
53. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyindən İddiaçı xeyrinə hüquqi xidmət üçün ödənilən 320 manat, mediasiya xərcləri kimi ödənilən 50 manat məbləğində pulun tutulması ilə bağlı düzgün qənaətə gəlmişdir.
54. Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsində qeyd edilir ki, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
55. İddiaçının apellyasiya şikayətinə münasibətdə kollegiya qeyd edir ki, rayon məhkəməsi əsaslı olaraq xx.xx.2024-xx.xx.2024 dövrü üzrə 20 276 manat pul vəsaitinin tutulması tələbini təmin etməmişdir. Belə ki, iddiaçı həmin hissədə iddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçı tələbini işəgötürən tərəfindən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməməsi səbəbindən həmin dövr üçün əldə edə biləcəyi gəlirlərdən məhrum olması ilə əsaslandırmış, lakin həmin dövr üçün əldə edə biləcəyi gəlirlərlə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir.
56. Qeyd olunmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib- verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və sair kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur (Mülki Prosessual Məcəllənin 76.1-ci maddəsi).
57. Məhkəmə kollegiyası iddiaçının mənəvi ziyanla bağlı tələbinin təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Əmək Məcəlləsinə görə işçiyə vurulmuş mənəvi ziyan dedikdə, işəgötürən və ya onun tabeçiliyində olan vəzifəli şəxs tərəfindən hər hansı üsulla işçinin şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi, kollektiv arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayması, habelə mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir. Hazırki işdə isə həmin hallar müəyyən edilmir.
58. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
59. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
60. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
61. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı və cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1255/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Xəyal Sarıyev Fərrux Qasımov