Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5751/2022 15.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Rafael Əmir oğlu Eyvazov və X2 ibarət tərkibdə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 may 2022-ci il tarixli, 2(011)- 4062/2022 saylı qərardadından iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlə aralarında 17 mart 2020-ci il tarixində bağlanmış 2262 saylı kredit müqaviləsinin və Bakı şəhəri, 6 saylı notariat ofisində 3M-695 nömrə ilə qeydə alınmış 17 mart 2020-ci il tarixli kredit və ipoteka müqaviləsinin leğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 may 2022-ci il tarixli, 2(011)-4062/2022 saylı qərardadına əsasən, İddiaçı cavabdeh “PSG Finans“ BOKT Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı kredit və ipoteka müqaviləsinin ləğv edilməsi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil həmin qərardaddan şikayətlə məhkəməyə müraciət edərək qərardadın ləğv edilməsini, iddia ərizəsinin baxılması üçün qəbul edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, İddiaçı tərəfindən Cavabdeh BOKT Məhdud Məsuliv Cəmiyyətinə məhkəməyə qədər nizamlama (pretenziya) məktubu göndərilmiş və Qurbanova.A adlı şəxs xx.xx.2022-ci tarixdə poçt qəbzinə imza ataraq sənədi qəbul etmişdir. Məhkəməyə qədər nizamlama (pretenziya) məktubu və poçt qəbzinin sürəti iddia ərizəsinə əlavə olaraq məhkəməyə təqdim edilmişdir. Lakin məhkəmə iddia ərizəsinə əlavə olun sənədlərin siyahısına diqqət yetirmədən əsassız olaraq iddia ərizəsini geri qaytarmışdır. Tərəfindən xx.xx.2022-ci il tarixdə məhkəməyə işin vəziyyətini öyrənmək üçün müraciət etdikdə də hakim köməkçilərinin iştirakı ilə məhkəməyə qədər nizamlaı (pretenziya) məktubunun və poçt qəbzinin sürətinin iddia ərizəsinə əlavə olunduğu aşkar olunmuş və qəbzin surəti materiallarından tərəfindən götürülmüşdür. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4062/2022 nömrəli iş üzrə qəbul etdiyi 22 iyul 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin maddələrinə görə: 397.2. Apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. 397.3. Şikayət verən şəxs apellyasiya instansiyası məhkəməsində qərardad qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Şikayətdən imtina birinci instansiya məhkəməsinin qərardadının qüvvəyə minməsinə səbəb olur. Məhkəmə kollegiyası şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və Mülki Prosessual Məcəllənin tələblərinin yerinə yetirilməsi üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, birinci instansiya məhkəməsi iddia ərizəsini qeri qaytararkən belə əsaslandırmışdır ki, iddiaçı mövcud iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl mübahisənin məhkəməyə qədər nizama salınma qaydasına riayət etməsinə dair sübutları iddia ərizəsinə əlavə etməmişdir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi İddiaçı tərəfindən Cavabdeh BOKT Məhdud Məsuliv Cəmiyyətinə məhkəməyə qədər nizamlama (pretenziya) məktubu göndərilməsinə, Qurbanova.A adlı şəxs xx.xx.2022-ci tarixdə poçt qəbzinə imza ataraq sənədi qəbul etməsinə və Məhkəməyə qədər nizamlama (pretenziya) məktubu və poçt qəbzinin sürəti iddia ərizəsinə əlavə olaraq məhkəməyə təqdim edilməsinə dair şikayətin dəlilərinə münasibət bildirməmişdir.(i/v-20, 33-35) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2.-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır: Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 may 2022-ci il tarixli, 2(011)- 4062/2022saylı qərardadı ləğv edilsin. Qərardadın əsaslandırıcı hissəsində göstərilən tələblərin yerinə yetirilməsi üçün iş materialları Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-5751/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5751/2022
15.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver