Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5752/2024 04.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı işi üzrə Açar sözlər: (“əmrin ləğv edilməsi") hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, İddiaçı və onu nümayəndəsi Vəkil, Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi” tələbinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 934/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı: 1.İddiaçı Cavabdehnə qarşı əmrlərin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, 2000-ci il tarixdən Cavabdehndə 2022-ci il tarixinə qədər müəllim vəzifəsində çalışmışdır. Bu müddət ərzində o, hər zaman nümunəvi fəaliyyət göstərmişdir. Lakin xx.xx.2021 -ci il və xx.xx.2022-ci il tarixlərində onun barəsində sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi barədə əmr verilmişdir. xx.xx.2021-ci il əmrə əsasən guya o, qiyabi və əlavə təhsil mərkəzinin 2448/4 və 2452 nömrəli birləşmiş qruplarında "Vergi və vergiqoyma” fənnindən dərsə hazırlıqsız girmiş, keyfiyyətsiz dərs keçmiş və tələbələrin suallarını cavablandıra bilmədiyinə görə tələbələrin haqlı narazılığına səbəb olmuşdur. Həmin dərsə kafedranın digər müəllimləri daxil olsalar da, tələbələr yenə narazılıq etmişlər. Sonradan mərkəzin direktoru özü dərsi axıra çatdırmışdır. Bundan əlavə o, başqa qruplarda onlayn dərsləri kamera görüntüsü olmadan keçmiş, tələbələrin qiymətləndirilməsini aparmamış və bəzi hallarda elektron jurnalı aktivləşdirməyərək səhvlərə yol vermişdir. Halbuki, həmin problemlərin əsas səbəbi kompüterin zəif olması və internet bağlantısına yaranan ciddi problemlər olmuşdur. Üç müəllim - "Vergi” üzrə ixtisaslaşan professor - müəllim heyətindən (dos.L.Paşayev, dos.L.Mehdiyeva, dos.T.Sadıxov) narazı olub, mərkəzin direktorundan məmnunluğu, iddiaçıya verilmiş şiddətli töhmətin məzmununun həqiqəti əks etdirmədiyini sorğulayır. Kafedra müdiri Ə.Əkbərovun iddiaçının ixtisası olmağına baxmayaraq bu dərsin verilməsi, İntizam Komissiyasının iclasında araşdırma zamanı ittiham edən tərəfin (tələbələrin, dekan müavininin, dekanın, monitorinq üzvlərinin) olmaması və onların narazı olduğu müəllimlərin sırasından yalnız iddiaçının şiddətli töhmət alması haqsızlıqdır. Semestr başlanandan kafedra laborantları tərəfindən müəllimlərin onlayn dərsləri keyfiyyətli aparmasına görə kompüterlərin yararlığı haqqında kafedra müdirini xəbərdar etmək və köməklik üçün məlumat toplanılmışdır. O, da kompüterinin texniki cəhətdən zəif olduğu haqqında məlumatlandırılmışdır. O, daha sonra xx.xx.2021-ci il tarixli Ə.Ələkbərova izahatında dərs vaxtı texniki problemlərin yaşandığını yazılı surətdə bildirmişdir. Lakin pandemiya vaxtı heç bir köməklik göstərilməmişdir, hətta UNEX Extern tədris mərkəzində belə dərs keçmək üçün şərait yaradılmamışdır. Onun dərs dediyi on beş il ərzində töhmət almamasına baxmayaraq, ona Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin İİ hissəsinin "a” bəndini yox sayıb, üstəlik yuxarıda qeyd olunan haqsız səbəblərlə "b” bəndinə uyğun şiddətli töhmətin verilməsi qanunsuzdur. Həmçinin cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş əmrə əsasən guya o, "İqtisadiyyat” fakültəsinin 154-cü qrup tələbələrinin elektron jurnalda qiymətləndirilməsini düzgün aparmamış və müəllim kabinetinin məxfiliyini qoruyub saxlamadığına görə sistemə kənar müdaxilə olunmuş, habelə dərsləri davamlı olaraq keyfiyyətsiz aparmaqla tələbələrin haqlı narazılığına səbəb olmuşdur. Eyni zamanda o, müəllim-tələbə münasibətlərində kobud səhvlərə yol vermiş və Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 06.11.20l4-cü il tarixli, % nömrəli qərarı ilə təsdiq edilmiş "Müəllimlərin etik davranış qaydaları”nın tələblərini pozmuşdur. Halbuki həmin əmrdə qeyd olunan halların heç biri reallığa uyğun gəlmir. Belə ki, o, 2021-ci ilin İ semestrində Cavabdeh "İqtisadiyyat” fakültəsinin 153 və 154 qruplarda "vergilər və vergitutma” fənnindən seminar dərsləri keçərkən müəyyən etmişdir ki, bəzi tələbələr tərəfindən elektron jurnalda üzərinə yüksək qiymətlər yazılmışdır. Buna görə də o, ilk növbədə xx.xx.2021 -ci il tarixdə fakültənin dekanına məlumat vermişdir. Müraciətinin heç bir nəticəsi olmadığını gördükdə isə xx.xx.2022-ci il tarixində universitetin rektoruna məlumat vermişdir. Lakin həmin şəxslər xx.xx.2022-ci ildə yalan məlumatlara əsaslanan izahatlar yazaraq bildirmişdilər ki, guya o, özü elektron jurnalın giriş kodunu onlara verərək qiymət yazmalarına şərait yaradılıb və özü bu hal aşkar olunan zaman o, onlardan rüşvət istəyib. Təbii ki, bu məlumat uydurmadır, çünki o, özü belə bir şey etsəydi, ona görə dekana və rektora müraciət etməzdi. Maraqlı məqam odur ki, 14 nəfər savadsız tələbə özlərinə yüksək bal qoyduqlarını etiraf ediblər və ona müəllim kimi şər atıblar, guya o, biləndə təhdid yolu ilə onlardan 100 manat pul istəmişdir, buna baxmayaraq tələbələrə universitet tərəfindən heç bir cəza verilmədi. Araşdırma aparılmadan Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 2014-cü il 6 noyabr tarixli, 1/ 2 nömrəli Qərarı ilə təsdiq edilmiş "Müəllimlərin etik davranış qaydaları”nın tələblərini pozduğunun sübutları olmadan ittiham edilməsi əsassızdır, şər və söhtandır. O, bununla bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən araşdırmasını dəfələrcə İntizam Komissiyası üzvlərindən tələb etmiş və ADİU-nın rektoru prof.Ə.C.Muradova yazılı ərizəsilə müraciət etmişdir. Lakin İntizam Komissiyasının sədri dos.S.T.Qəndilovaya xx.xx.2022-ci ilin iclasında tələbələrin (xüsusilə onun bütün dərs dediyi qrup nümayəndələrinin) iştirakı ilə sorğulanması üçün yazılı müraciət edəndə, xahişləri nəzərə alınmadı. "İqtisadiyyat” fakültəsinin dekanı və onun köməkçisinin iddiaçını başqa müəllimlər kimi töhmət dərsdən məhrum qoymaq təhdidlərinə boyun əyməmişdir. Hər dəfə müəllimlər çəkinib, təqdimatlarını geri çəkiblər, tələbələr isə cəsarətlənib, jurnalda bal qoymağa davam ediblər. Onun bir səhvi ya da nöqsanı olsa idi, yazılı məlumatını ilk dekanlığa, sonra isə ADİU-nın rektoru prof Ə.C.Muradova təqdim etməzdi. Qeyd etmək zəruridir ki, o, 2008-ci ildə "Maliyyə” kafedrasında kömək məqsədi ilə 5 il saathesabı işləmişdir, hər il 600-720 saatlarda dərs aparmışdır və bütün tapşırıqları yerinə yetirmiş, kafedranın işlərinə ciddi yanaşmışdır. Universitetdə 2000-ci ildən 2022-ci ilə kimi işlədiyi müddətdə heç bir tələbədən heç nə istəməmişdir, müəllimliniyi zədələyəcək və ləkələyəcək addım atmamışdır. Nəticədə həmin şəxslər tərəfindən yazılmış yalan məlumatlara görə o, 22 ildən çox fəaliyyət göstərdiyi iş yerində əmək müqaviləsinə xitam verilmişdir. Artıq o, bir ildən çoxdur ki, əmək fəaliyyəti ilə məşğul ola bilmir. Özü və tək uşağına baxa bilmir. Onun işgüzar nüfuzuna dəymiş zərərin nəticəsində o, maddi və mənəvi ziyana düşmüşdür. O, intizam tənbehi barədə əmrlərin ləğv olunması ilə bağlı 14 saylı Mediasiya Təşkilatına müraciət etmiş və xx.xx.2024-cü il tarixində 14 saylı Mediasiya Təşkilatı tərəfindən ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə arayış verilmişdir. O, hesab edir ki, həmin əmrlər qanunsuz və əsassız hesab olunmalıdır. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixlərində onun barəsində sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi barədə əmrlərinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. Cavabdeh iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək, iddianın rədd edilməsini xahiş etmişdir. 3.Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-934/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Qətnamədə «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 8 may 2008-ci il tarixli Qərarına; Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10, 186-cı maddəsinin 1, 2, 3-cü bəndinə, 187-ci maddəsinin 1-ci bəndi, 189-cu maddəsinin 3-cü bəndi, 190-cı maddəsinin 3-cü bəndi, 296-cı maddəsinin 2-ci və 6-cı bəndi; Mediasiya haqqında Azərbaycan Respublikası Qanunun 35-ci maddəsinin 2-ci bəndinə istinadən qeyd edilmişdir ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı Cavabdehndə "Maliyyə və audit” (əvvəlki adı "Maliyyə və maliyyə institutları”) kafedrasının müəllim vəzifəsində işləmişdir. İddiaçı distant, qiyabi və əlavə təhsil mərkəzinin 2448/4 və 2452 nömrəli birləşmiş qruplarında "Vergi və vergiqoyma” fənnindən dərsə hazırlıqsız girməsinə, keyfiyyətsiz dərs keçməsinə, tələbələrin suallarını cavablandıra bilmədiyinə, həmçinin iddiaçı başqa qruplarda onlayn dərsləri kamera görüntüsü olmadan keçməsinə, tələbələrin qiymətləndirilməsini aparmamasına və bəzi hallarda elektron jurnalı aktivləşdirməyərək səhvlərə yol verməsinə görə Cavabdeh xx.xx.2021-ci il tarixli 84/3/2021 saylı əmri ilə iddiaçı barəsində intizam tənbehi kimi sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir.İddiaçı "İqtisadiyyat” fakültəsinin 154-cü qrup tələbələrinin elektron jurnalda qiymətləndirilməsini düzgün aparmamasına və müəllim kabinetinin məxfiliyini qoruyub saxlamadığına görə sistemə kənar müdaxilə olunmasına, habelə dərsləri davamlı olaraq keyfiyyətsiz aparmaqla tələbələrin haqlı narazılığına səbəb olmasına, müəllim-tələbə münasibətlərində kobud səhvlərə yol verilməsinə görə Cavabdeh xx.xx.2022-ci il tarixli 237/3/2022 saylı əmri ilə iddiaçı barəsində intizam tənbehi kimi sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli, 982/3/2022 saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b” bəndinə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, cavabdeh intizam tənbehinin verilməsi barədə xx.xx.2021-ci il tarixli və xx.xx.2022-ci il tarixli əmrləri qəbul edərkən onun əmək hüquqlarını pozmuşdur. O, Universitetdə 2000-ci ildən 2022-ci ilə kimi işlədiyi müddətdə heç bir tələbədən heç nə istəməmişdir, müəllimliyini zədələyən və ləkələyən addım atmamışdır. Yalan məlumatlara görə o, 22 ildən çox fəaliyyət göstərdiyi iş yerində əmək müqaviləsinə xitam verilmişdir. Artıq o, bir ildən çoxdur ki, əmək fəaliyyəti ilə məşğul ola bilmir. Bu səbəbdən iddiaçı Cavabdeh xx.xx.2021-ci il tarixli və xx.xx.2022-ci il tarixli əmrlərinin ləğv edilməsini xahiş etmişdir. iddiaçıya intizam tənbehi verilərkən işəgötürən tərəfindən qüvvədə olan əmək qanunvericiliyinin tələbləri pozulmamış, verilmiş töhmət tamamilə əsaslı olmuşdur. Belə ki, xx.xx.2021-ci il tarixdə iddiaçıya intizam tənbehi kimi şiddətli töhmət verilməsinin əsası kimi onun dərsə hazırlıqsız gəlməsi, keyfiyyətsiz dərs keçməsi və tələbələrin sualların cavablandıra bilməməsi, bunun tələbələrin haqlı narazılığına səbəbi olması göstərilmiş və bu hallara dair Tələbə işləri üzrə prorektor S.T.Qəndilovanın təqdimatı, UNEC-in İntizam Komissiyasının xx.xx.2021-ci il tarixli protokolu əsas götürülmüşdür.Eyni zamanda xx.xx.2022-ci il tarixdə iddiaçıya intizam tənbehi kimi şiddətli töhmət verilməsinin əsası kimi elektron jurnalda tələbələrin qiymətləndirilməsinin düzgün aparılmaması və müəllim kabinetinin məxfiliyinin qorunub saxlamadığına görə sistemə kənar müdaxilənin olunması, dərsləri davamlı olaraq keyfiyyətsiz aparmaqla tələbələrin haqlı narazılığına səbəb olması göstərilmiş və bu hallara dair tələbə işləri üzrə prorektor S.T.Qəndilovanın təqdimatı əsas götürülmüşdür.Qeyd olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh təşkilatın rəhbərliyi tərəfindən iddiaçıya verilmiş intizam tənbehləri tamamilə əsaslı olduğuna görə onların ləğv olunması üçün heç bir əsas yoxdur.Bu səbəbdən, işəgötürən tərəfindən intizam tənbehləri verilərkən əmək qanunvericiliyinin tələblərinin pozulması halı müəyyən edilmədiyindən, həmçinin intizam tənbehlərinin verilməsindən sonra 6 ay müddət keçdiyindən, yəni həmin intizam tənbehləri artıq qüvvədən düşdüyündən, xx.xx.2021-ci il tarixli və xx.xx.2022-ci il tarixli əmrlərin ləğv edilməsi ilə bağlı irəli sürülmüş tələb tam əsassızdır və təmin edilməməlidir.Məhkəmə digər tərəfdən qeyd edir ki, iddiaçı pozulmuş hesab etdiyi hüquqlarının bərpası ilə bağlı 1 aylıq müddət ötürüldükdən sonra məhkəməyə müraciət etmişdir.İddia müddətinin tətbiqi ilə əlaqədar cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə yazılı vəsatət vermişdir. Qanunun tələblərindən göründüyü kimi işçi intizam tənbehinin verilməsi barədə əmrin ləğvi ilə bağlı məhkəməyə müraciət etmək üçün bir aylıq müddəti ötürərsə və həmin müddətin ötürülməsi onun xəstələnməsi və digər obyektiv hallarla bağlı olarsa, məhkəmə həmin müddəti bərpa edə bilər. Göründüyü kimi iddiaçının mübahisələndirdiyi əmrlər qəbul edildikdən sonra iddiaçı pozulmuş hesab etdiyi əmək hüquqlarının bərpası ilə bağlı məhkəməyə müraciət etmək üçün qanunda nəzərdə tutulmuş 1 aylıq müddəti ötürmüşdür. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı barəsində xx.xx.2021- ci il tarixli və xx.xx.2022-ci il tarixli əmrləri qəbul edildikdən sonra o, Mediasiya təşkilatına xx.xx.2024-cü il tarixdə müraciət etmiş, xx.xx.2024-cü il tarixdə ilkin mediasiya sessiyasında iştirak etmişdir və ilkin medasiya sessiyasında iştirak edilməməsi barədə MŞB/14/2024-00113 saylı arayışı əldə etmişdir. iddiaçı pozulmuş hesab etdiyi əmək hüquqlarının bərpası ilə bağlı 1 təqvim ayı ərzində məhkəməyə müraciət etməməsini və həmin müddətin üzrlü hesab edilməsi ilə bağlı sübutların məhkəməyə təqdim edilməməsini nəzərə alaraq, onun xx.xx.2021-ci il tarixli və xx.xx.2022-ci il tarixli əmrlərin ləğv edilməsi barədə tələbi bu əsasla da əsassız hesab edilməli və təmin edilməməlidir. 4.Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki:- Cavabdeh İntizam Komissiyasının xx.xx.2021-ci il tarixli, 5 nömrəli protokolun surətinə əsasən, "Maliyyə və maliyyə institutları” kafedrasının müəllimi İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin "b” bəndi, Cavabdeh Elmi Şurasının xx.xx.2020-ci il tarixli EŞ No 173 nömrəli qərarı ilə təsdiq edilmiş "Cavabdeh Əməkdaşların Universitetdaxili İntizam Qaydaları”nın 8.2.19 bəndi ilə "Sonuncu xəbərdarlıqla şiddətli töhmət” verilməsi tövsiyə edilməsi, "Maliyyə və maliyyə institutları” kafedrasına tədris prosesində iştirak edən professormüəllim heyətinin hazırlıq səviyyəsinə və dərsin keyfiyyətinə nəzarəti gücləndirməsinin tövsiyyə edilməsi qərara alınmışdır;- Cavabdeh prorektoru dos.Səadət Qəndilova tərəfindən Cavabdeh rektoru prof. Ədalət Muradova ünvanlanmış UNEC-in İntizam Komissiyasının növbəti iclasında müzakirə edilən məsələlər barədə təqdimatın surətindən görünür ki, "Maliyyə və maliyyə institutları” kafedrasının müəllimi İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin "b” bəndi, Cavabdeh Elmi Şurasının xx.xx.2020-ci il tarixli EŞ No 173 nömrəli qərarı ilə təsdiq edilmiş "Cavabdeh Əməkdaşların Universitetdaxili İntizam Qaydaları”nın 8.2.19 bəndi ilə "Sonuncu xəbərdarlıqla şiddətli töhmət” verilməsi tövsiyə edilməsi, "Maliyyə və maliyyə institutları” kafedrasına tədris prosesində iştirak edən professormüəllim heyətinin hazırlıq səviyyəsinə və dərsin keyfiyyətinə nəzarəti gücləndirməsinin tövsiyyə edilməsi qərara alınmışdır;- Cavabdeh 84/3/2021 saylı, xx.xx.2021-ci il tarixli intizam tənbehinin verilməsi haqqında əmrin surətinə əsasən, "Maliyyə və maliyyə institutları” kafedrasının müəllimi İddiaçı dərslərin təşkilində yol verdiyi nöqsanlar barədə "Maliyyə və mühasibat” fakültəsinin dekanı G.C.Musayevin təqdimatına UNEC-in İntizam Komissiyasının iclasında aidiyyəti üzrə baxılmışdır. Məlum olmuşdur ki, İddiaçı Distant, qiyabi və əlavə təhhsil mərkəzinin 2448/4 və 2452 nömrəli birləşmiş qruplarında "Vergi və vergiqoyma” fənnindən dərsə hazırlıqsız girmiş, keyfiyyətsiz dərs keçmiş və tələbələrin suallarını cavablandıra bilmədiyinə görə tələbələrin haqlı narazılığına səbəb olmuşdur. Həmin dərsə kafedranın digər müəllimləri daxil olsalar da tələbələr yenə də narazılıq etmişlər. Sonradan mərkəzin direktoru dərsi axıra çatdırmışdır. Bundan əlavə o, başqa qruplarda online dərsləri kamera görüntüsü olmadan keçmiş, tələbələrin qiymətləndirilməsini aparmamış və bəzi hallarda elektron jurnalı aktivləşdirməyərək səhvlərə yol vermişdir. İddiaçı intizam komissiyasının iclasındakı çıxışında qeyd olunan nöqsanları kömpüterinin zəif olması və internet bağlantısındakı problemlərlə əlaqələndirmişdir. O, Distant, qiyabi və əlavə təhsil mərkəzindəki qruplarda dərsləri keyfiyyətsiz və hazırlıqsız keçdiyini səmimi etiraf etməmişdir. Daxili audit şöbəsinin müdiri isə dərslərin videogörüntüsünə baxdığını bildirmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin İİ hissəsinin "b” bəndinə əsasən "Maliyyə və maliyyə institutları” kafedrasının müəllimi İddiaçı sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi əmr edilmişdir. Əmrin əsası kimi tələbə işləri üzrə prorektor dos.S.T.Qəndilovanın təqdimatı,UNEC-in İntizam komissiyasının xx.xx.2021-ci il tarixli 5 No-li protokolu göstərilmişdir;- Cavabdeh (UNEC) 2021/2022-ci tədris ilində İntizam Komissiyasının xx.xx.2022-ci il tarixli, 13 nömrəli protokolun surətindən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndi, UNEC-in Elmi Şurasının xx.xx.2020-ci il tarixli EŞ No 173 qərarı ilə təsdiq edilmiş "Əməkdaşların universitetdaxili intizam qaydaları”nın 10.1.10 bəndi ilə, UNEC-in Həmkarlar İttifaqı Komitəsinin razılığını nəzərə almaqla və "Maliyyə və maliyyə institutları” kafedrasının protokolundan çıxarışındakı qərarını əsas götürərək həmin kafedranın müəllimi İddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinin müvafiq qaydada rəsmiləşdirilməsinin tövsiyyə olunması qərara alınmışdır;- Cavabdeh prorektoru dos.Səadət Qəndilova tərəfindən Cavabdeh rektoru prof. Ədalət Muradova ünvanlanmış təqdimatın surətindən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndi, UNEC-in Elmi Şurasının xx.xx.2020-ci il tarixli EŞ No 173 qərarı ilə təsdiq edilmiş "Əməkdaşların universitetdaxili intizam qaydaları”nın 10.1.10 bəndi ilə, UNEC-in Həmkarlar İttifaqı Komitəsinin razılığını nəzərə almaqla və "Maliyyə və maliyyə institutları” kafedrasının protokolundan çıxarışındakı qərarını əsas götürərək həmin kafedranın müəllimi İddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinin müvafiq qaydada rəsmiləşdirilməsinin tövsiyyə olunması qərara alınmışdır;- Cavabdeh 237/3/2022 saylı, xx.xx.2022-ci il tarixli intizam tənbehinin verilməsi haqqında əmrin surətindən görünür ki, "Maliyyə və maliyyə institutları” kafedrasının müdiri prof. Ə.Ə.Ələkbərovun həmin kafedranın müəllimi İddiaçı ilə bağlı xidməti məlumatına və kafedra iclasının protokolunda qeyd olunan məsələlərə UNEC-in İntizam Komissiyasının xx.xx.2022-ci il tarixli iclasında aidiyyəti üzrə baxılmışdır. Məlum olmuşdur ki, İddiaçı "İqtisadiyyat” fakültəsinin 154-cü qrup tələbələrinin elektron jurnalda qiymətləndirilməsini düzgün aparmamış və müəllim kabinetinin məxfiliyini qoruyub saxlamadığına görə sistemə kənar müdaxilə olunmuş, habelə dərsləri davamlı olaraq keyfiyyətsiz aparmaqla tələbələrin haqlı narazılığına səbəb olmuşdur. Eyni zamanda o, müəllim-tələbə münasibətlərində kobud səhvlərə yol vermiş və Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 2014-cü il 6 noyabr tarixli, 1/ 2 nömrəli Qərarı ilə təsdiq edilmiş "Müəllimlərin etik davranış qaydaları”nın tələblərini pozmuşdur. İddiaçı İntizam Komissiyasının iclasında komissiyanın mövqeyi ilə razılaşmamış və yol verdiyi səhvləri inkar etməyə çalışmışdır. Qeyd edilməlidir ki, İddiaçı xx.xx.2021-ci il tarixli 84/3/2021 No-li əmrlə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Baş vermiş pozuntu faktları İddiaçı ilə bağlanılmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndi ilə ləğv edilməsinə əsas verir. Lakin İddiaçı humanistilik göstərərək, onun tənha ana olduğunu və sosial vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186cı maddəsinin 2-ci hissəsinin "b” bəndinə əsasən "Maliyyə və maliyyə institutları” kafedrasının müəllimi İddiaçı sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi əmr edilmişdir. Əmrin əsası kimi tələbələrlə iş üzrə prorektor dos.S.T.Qəndilovanın təqdimatı və rektor prof.Ədalət Muradovun göstərişi göstərilmişdir;- Azərbaycan İqtisad Universitetinin "Maliyyə və maliyyə institutları” kafedrasının xx.xx.2022-ci il tarixli, l2 saylı iclasının protokolundan çıxarışın surətindən görünür ki, 2022-2023-cü tədris ili üçün dər yükünün ilkin bölgüsünün təsdiq edilməsi, "Maliyyə və maliyyə institutları” kafedrasının əməkdaşları b/müəl.H.Mikayılova, i.f.d.,b/müəl.M.T.Babayev, müəl. İddiaçı dərs yükünün çatışmaması ilə əlaqədar ştat ixtisarı olacağı, habelə b/müəl. Ş.Ü.Həmzəyeva, müəl.S.X.Hüseynova, müəl. E.M.Quluzadə ştat dəyişikliyi barədə xəbərdar edilməsi qərara alınmışdır;- UNEC-in Tədrisin metodiki və keyfiyyət təminatı mərkəzi direktorunun vəzifəsini müvəqqəti icra edən Nəvai Əliyev, "Maliyyə və mühasibat” fakültəsinin dekanı i.e.n.Hafis Hacıyev, İnsan resursları şöbəsinin müdiri Nizami Qəhrəmanov, Hüquq şöbəsinin müdiri Kəmalə Bünyadova tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə ünvan 1 ünvanında yerləşən Cavabdeh (UNEC) əsas binasında "Maliyyə və mühasibat” (əvvəlki adı "Maliyyə və maliyyə institutları”) kafedrasının müəllimi İddiaçı ilə İnsan resursları şöbəsində onların iştirakları ilə görüş keçirildi. İddiaçı tədris proqramının dəyişməsi ilə əlaqədar olaraq dərs yükünün kəskin surətdə azalması və bu səbəbdən ştatının ixtisar olması barədə təkrarməlumatlandırıldı.İddiaçı orta aylıq əmək haqqı saxlanılmaqla UNEC-in İnsan resursları şöbəsində inzibati vəzifəyə keçirilməsi təklif olundu. İddiaçı qətiyyətlə təklif qəbul etmədi. Rus dilini sərbəst bildiyini nəzərə alaraq İddiaçı rus dilində tədris olunan fənlərdən dərs yükü təklif olundu. Bu təklifi də İddiaçı qəbul etməyərək təkidlə bildirdi ki, pedaqoji fəaliyyətini yalnız "Maliyyə və mühasibat” kafedrasında davam etməyə qəti qərarlıdır;- Cavabdeh prorektoru dos.Səadət Qəndilova tərəfindən Cavabdeh rektoru prof. Ədalət Muradova ünvanlanmış müəllim vəzifəsinə xitam verilməsi barədə təqdimatın surətindən görünür ki, yeni təhsil standartlarına keçidlə əlaqədar ayrı-ayrı ixtisaslar üzrə cari tədris ilində dərs yüklərində azalmalar baş vermişdir. Belə ki, 2014-cü ildə qəbul edilmiş Təhsil Standartlarında "Maliyyə”, "Bank işi”, "Vergilər və vergitutma” və bu kimi fənlər bütün ixtisaslarda tədris olunduğu halda 2020-ci ildə yeni qəbul olunmuş Təhsil Standartlarında bu fənlərin digər ixtisaslarda tədrisi nəzərdə tutulmamışdır. Ona görə də "Maliyyə və maliyyə institutları” kafedrasında 2022/2023-cü tədris ilində professor-müəllim heyəti üçün nəzərdə tutulan aktiv dərs yükləri əvvəlki tədris ilinə nisbətən (2021/2022-ci tədris ilində 10878 saat, cari tədris ilində 7420 saat) 3458 saat azalmışdır. UNEC-də dərs yüklərinin ədalətli bölgüsünü həyata keçirmək məqsədi ilə "Differensial əməkhaqqı sistemi”ndən istifadə edilir. Belə ki, dərs yüklərinin bölgüsü "Differensial sistemi”ndə digər kafedralarda olduğu kimi "Maliyyə və maliyyə institutları” kafedrasında da professor-müəllim heyətinin son beş tədris ilində reytinq siyahısında yuxarıdan aşağı müvafiq yerləri tutmuş müəllimlərə üstünlük verilməklə həyata keçirilmişdir. Ona görə də həmin reytinq sirasında "Maliyyə və maliyyə institutları” kafedrası üzrə sonuncu yerləri tutmuş adları aşağıdakı qeyd edilən kafedra əməkddaşlarının dərs yükü ilə təmin edilməsi mümkün olmamışdır: i.e.n.X5 - tam ştat baş müəllim, İddiaçı - tam ştat müəllim. "Maliyyə və maliyyə institutları” kafedrasının İ7.06.2022-ci il tarixində dərs yüklərinin bölgüsü ilə bağlı keçirilmiş kafedra iclasında bu məsələ ilə əlaqədar həmin əməkdaşlar məlumatlandırılmışdır. Dərs yükü ilə təmin olunması mümkün olmayan müəllimlərin problemlərini yenidən müzakirə etmək məqsədi ilə "Maliyyə və mühasibat” fakültəsinin dekanı dos.Hafis Hacıyevin, Tədrisin metodiki və keyfiyyət təminatı mərkəzinin direktor müavini Nəvai Əliyevin, İnsan resursları şöbəsinin müdiri Nizami Qəhrəmanovun, Hüquq şöbəsinin müdiri Kəmalə Bünyadovanın iştirakı ilə "Maliyyə və maliyyə institutları” kafedrasının əməkdaşları İddiaçı ilə xx.xx.2022-ci il tarixdə və Mehman Babayevlə xx.xx.2022-ci il tarixdə görüş keçirilmiş, kafedrada dərs yüklərinin azalması bir daha onların nəzərinə çatdırılmışdır. Onların aylıq əmək haqqları əvvəlki həcmdə saxlanılmaqla UNEC-də başqa struktur bölmədə inzibati işlə təmin olunacaqları təklifi edilmişdir. Belə ki, İddiaçı İnsan resursları şöbəsində aylıq əmək haqqı əvvəlki həcmdə saxlanılmaqla iş təklif olunmuş, o, isə birmənalı olaraq bu təklifi qəbul etməmişdir. Eyni ilə bu cür təklif, yəni universitetin digər struktur bölmələrində aylıq əmək haqqı əvvəlki həcmdə saxlanılmaqla M.Babayevə də təklif olunmuşdur. X9 birmənalı olaraq 0,5 ştat kafedrada qalmaq şərtini irəli sürərək təklifi qəbul edəcəyini bildirmişdir. Lakin kafedrada dərs yükünün olmadığını nəzərə alaraq onun 0,5 ştat müəllim kimi fəaliyyət göstərmək istədiyini həyata keçirilməsi mümkün deyil. Yuxarıda qeyd edilənləri və təklif olunan vəzifəyə keçməkdən imtina etdiklərini nəzərə alaraq UNEC-in Həmkarlar İttifaqı Komitəsinin razılığı alınmaqla i.e.n.baş müəllim M.Babayev və müəllim İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq göstəriş verilməsini xahiş etmişlər;- İnsan resursları şöbəsinin müdiri Nizami Qəhrəmanov, Hüquq şöbəsinin müdiri Kəmalə Bünyadova, İnsan resursları şöbəsinin Baş mütəxəssisi Ceyhun İsmayılov tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə ünvan 1 ünvanında yerləşən Cavabdeh (UNEC) əsas binasında "Maliyyə və audit” (əvvəlki adı "Maliyyə və maliyyə institutları”) kafedrasının müəllimi İddiaçı ilə İnsan resursları şöbəsində onların iştirakları ilə görüş keçirilmişdir. İddiaçı tədris proqramının dəyişməsi ilə əlaqədar olan dərs yükünün kəskin surətdə azalması və bu səbəbdən ştatının ixtisar olması səbəbindən növbəti dəfə başqa işə keçirilməsi təklif olundu. İddiaçı orta aylıq əmək haqqı saxlanılmaqla UNEC-in İnsan resursları şöbəsində böyük mütəxəssis vəzifəsinə keçirilməsi təklif olundu. Eyni zamanda onun pedaqoji fəaliyyətinin davam etdirilməsi istəyini nəzərə alaraq, UNEC nəzdində Maliyyə kollecində əvəzçiliklə müəllim işləməsi üçün də şərait yaradılması bildirildi. İddiaçı cavab olaraq bildirdi ki, xx.xx.2022-ci il tarixdə rektor prof.Ə.Muradov tərəfindən şəxsən qəbul olunmağına və İnsan resursları şöbəsində işlə təmin olunması təklifinə baxmayaraq, nə rektorun, nə də bu günkü təklifləri qəbul etmək niyyətində deyil və mövqeyi dəyişilməzdir;- Cavabdeh Həmkarlar İttifaqı Komitəsi Rəyasət heyətinin xx.xx.2022-ci il tarixli 67 saylı protokolundan çıxarışın surətindən görünür ki, "Maliyyə və audit” (əvvəlki adı "Maliyyə və maliyyə institutları”) kafedrasının müəllimi İddiaçı nə rektorun, nə də bu günkü ona təklif olunan təklifləri təkidlə qəbul etmədiyi üçün İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməsi barədə UNEC Həmkarlar İttifaqı Komitəsi tərəfindən razılıq verilməsi qərara alınmışdır;- Cavabdeh 982/3/2022 saylı, xx.xx.2022-ci il tarixli əmrin surətindən görünür ki, yeni təhsil standartlarına keçidlə əlaqədar ayrı-ayrı ixtisaslar üzrə cari tədris ilində dərs yüklərində azalmalar baş vermişdir. Belə ki, 2014-cü ildə qəbul edilmiş Təhsil Standartlarında "Maliyyə”, "Bank işi”, "Vergilər və vergitutma” və bu kimi fənlər bütün ixtisaslarda tədris olunduğu halda, 2020-ci ildə qəbul olunmuş Təhsil Standartında bu fənlərin digər ixtisaslarda tədrisi nəzərdə tutulmamışdır. Bu səbəbdən keçmiş adı "Maliyyə və maliyyə institutları” olan, "Maliyyə və audit” kafedrasında 2022/2023-cü tədris ilində professor-müəllim heyəti üçün nəzərdə tutulan Maliyyə ixtisas proqramına aid aktiv dərs yükləri əvvəlki tədris ilinə nisbətən (2021/2022-ci tədris ilində 10878 saat, cari tədris ilində isə 7420 saat) 3458 saat azalmışdır. UNEC-də dərs yüklərinin obyektiv və ədalətli bölgüsünü həyata keçirmək məqsədi ilə "UNEC-də professor-müəllim heyətinin xidməti fəaliyyətinin qiymsətləndirilməsinə əsaslanan Differensial əməkhaqqı sistemi”ndn istifadə edilir. Belə ki, dərs yüklərinin bölgüsü həmin sistemdə digər kafedralarda olduğu kimi "Maliyyə və audit” kafedrasında da professor- müəllim heyətinin son beş ilində reytinq siyahısında yuxarıdan aşağı müvafiq yerləri tutmuş müəllimlərə üstünlük verilməklə həyata keçirilmişdir. Nəticədə 3 nəfər müəllim tam ştatdan 0,75 ştata, 1 nəfər tam ştatdan 0,5 ştata keçirilmiş, həmin reytinq sırasında kafedra üzrə sonunxu yerləri tutmuş baş müəllim, i.e.n.X3 və müəllimsə İddiaçı dərs yükü ilə təmin edilməsi mümkün olmamışdır. "Maliyyə və audit” kafedrasının xx.xx.2022-ci il tarixli iclasında kafedranın bütün əməkdaşları ilə yanaşı M.T.Babayev və İddiaçı təsdiq edilmiş dərs yükləri və yaranmış vəziyyət barədə məlumatlandırılmışlar. Növbəti əmək məzuniyyətindən işə qayıtdıqdan sonra 07-08 sentyabr 2022-ci il tarixlərində ardıcıllıqla M.T.Babayev və İddiaçı ştatlarının ixtisara düşmələri barədə bir daha məlumat verilmiş və onların sosial vəziyyətlərini nəzərə alaraq əmək haqları əvvəlki məbləğdə saxlanılmaqla, başqa işə keçirmələri təklif edilmişdir. Hhər ikisi təklif olunmuş vəzifələrə keçməkdən imtina etmişlər, lakin M.T.Babayev xx.xx.2022-ci il tarixdə ərizə ilə müraciət etmiş və o, əmək haqqı saxlanılmaqla Təcrübənin təşkili şöbəsinin baş mütəxəssisi vəzifəsinə keçirilmişdir. İddiaçı ilə bir neçə dəfə görüşlər keçirilmiş, lakin o, əmək haqqı əvvəlki həcmdə saxlanılmaqla UNEC-in İnsan resursları şöbəsinin böyük mütəxəssisi vəzifəsinə keçirilməsi barədə təklifdən imtina etmişdir. Onun pedaqoji fəaliyyətinin davam etdirilməi istəyini nəzərə alaraq UNEC-in nəzdində Maliyyə-İqtisad Kollecində müəllim kimi işlə təmin olunması, hətta UNEC-in İnsan resursları şöbəsində işləməklə yanaşı eyni zamanda UNEC-in nəzdində Maliyyə-İqtisad Kollecində əvəzçiliklə müəllim kimi işləməsi üçün şərait yaradılacağı təklifindən də imtina etmişdir. İddiaçı rektor tərəfindən şəxsən qəbul olunması və həmin görüşdə də başqa işlə təmin olunması barədə təklifin təkrarlanmasına baxmayaraq, bbu təklifləri qəbul etmək niyyətində olmadığını və mövqeyinin dəyişilməyəcəyini bildirmişdir. Yuxarıda qeyd olunanlar ilə bağlı tədris üzrə prorektorun təqdimatını və UNEC-in Həmkarlar İttifaqı Komitəsinin razılığını nəzərə alaraq xx.xx.2022- ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci madəsinin 1-ci hissəsinin "ə” bəndinə əsasən "Maliyyə və audit” kafedrasından 1 "Müəllim” ştatı ləğv edilməsi, "Maliyyə və audit” kafedrasının müəllimi İddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b” bəndinə əsasən xx.xx.2022ci il tarixdən ləğv edilməsi və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 3cü hissəsinə əsasən orta aylıq əmək haqqının 2 misli miqdarında işdənçıxarma müavinəti, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr hesabına istifadə edilməmiş əmək məzuniyyətinə görə ona 12 təqvim günü kompensasiya və son haqq-hesabın ödənilməsi əmr edilmişdir. Əmrin əsası kimi tədris üzrə prorektor i.f.d. G.C.Musayevin təqdimatı, insan resursları şöbəsinin müdiri N.Ə.Qəhrəmanovun xidməti məlumatı, UNEC-in Həmkarlar İttifaqı Komitəsinin razılığı, "Maliyyə və audit” kafedrasının xx.xx.2022-ci il tarixli iclasının protokolundan çıxarış və ixtisarla bağlı tərtib olunmuş aktlar göstərilmişdir;- Cavabdeh tədris üzrə prorektor i.f.d.Gəray Musayev tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.2022-ci il tarixli, 982/3/2022 nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b” bəndinə əsasən və mövcud qanunvericiliyin tələblərinə riayət etməklə İddiaçı ilə əmək müqaviləsinə xitam verilmişdir. Eyni zamanda bildirirlər ki, İddiaçı xx.xx.2021-ci il tarixli 84/3/2021 nömrəli və xx.xx.2022-ci il tarixli 237/3/2022 nömrəli əmrlərlə sonuncu xəbərdarlıqla şiddətli töhmətlərin verilməsi haqqında əmrlərin ləğvi tələbi əsassızdır. Odur ki, Mediasiya prosesində iştiraklarını məqsədəmüvafiq hesab etmirlər;- Bakı 14 saylı Mediasiya təşkilatı tərəfindən tərtib edilmiş ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışından görünür ki, İddiaçı şiddətli töhmət ilə bağlı əmrlərin ləğvi tələbi üzrə xx.xx.2024-cü il tarixdə, saat 14.00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında Cavabdeh nümayəndəsi iştirak etməmişdir;- Məhkəmə iclasında cavabdehin nümayəndəsi verilmiş iddianın iddia müddətinin ötürülməsi ilə əlaqədar rədd edilməsini xahiş etmiş və bununla əlaqədar yazılı vəsatət vermişdir.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
5. İddiaçı apellyasiya şikayəti verərək, Azərbaycan Respublikası Dövlət İqtisad Universitetinin xx.xx.2021 il tarixli və xx.xx.2022-ci il tarixli töhmətlər verilməsinə dair Əmrləri ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186, 187; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə istinadən qeyd edilmişdir ki, mühasib peşəsi olan iddiaçı 2000-ci ildən həmin universitetində müxtəlif vəzifələrdə fəaliyyət göstərirdi.xx.xx.2014 il tarixindən Maliyyə kafedrasının assistent vəzifəsində vəxx.xx.2017-ci ildən həmin kafedrada müəllim vəzifəsinə keçirilmişdir. Paşayevanın ******* saylı Əmək kitabçasında və əmək müqaviləsinə əsasən (həmin sənədlər iş materiallarında mövcuddur) onun müqavilə üzrə vəzifəsi maliyyə və mühasibatlıq üzrə müəllim qismində dərs keçirilməsidir.Lakin işəgötürən onun ixtisası üzrə dərslərini başqa müəllimlərə verib və 2021-ci ildən İddiaçı vergi və vergiqoyma fənlərində dərs vermək üçün qeyri rəsmi göstərişvermişdir. İddiaçı narazılıq bildirsə də, bunu nəzərə almayıblar. İddiaçı elm fəaliyyəti ilə də məşğul olur və gələcəkdə doktorluq dissertasıyasını müdafiə etmək planlaşdırırdı.İşəgötürənin xx.xx.2021 il tarxli əmri ilə iddiaçıya sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Əsas kimi vergi və vergiqoyma fənnində dərsə hazılıqrsız və keyfiyyətsiz dərs keçməsidir. İntizam komissiyasının xx.xx.2021 il tarixli 5 saylı protokola əsasən İddiaçıva sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi tövsiyyə olunmuşdur.İntizam komissiyasının predmeti olan pozuntu "sonunçu dəfə xx.xx.2022 il tarixində baş vermişdir " Paşayeva iddia edir ki , dərsləri keyfiyyətli aparılmışdır, lakin komputer texnika ilə təchiz olunmuş universitet ona kompyuter vermədi və iddiaçı öz şəxsi kompyuter istifadə edirdi.Onun gücü isə onlayn dərs zamanı həm səs və video görüntüsü texniki səbəbdən dəstəkləməmişdir. Bu çətinliklərə bağlı iddiaçı işəgötürəni dəfələrlə məlumatlandırmışdır. Bundan başqa xx.xx.2021 il tarixli İntizam komissiyasının protokolunda səh.5 qeyd olunub ki," İddiaçı günahı deyi, kafedra müdirinin günahıdır ki Paşayenanın ixtisasına uyğun olmayan dərs verilmişdir. Burda qeyd etmək vacibdir ki, "pozuntu"xx.xx.2020 il tarixində aşkar olundu və töhmət verilməsinə dair Əmr əmək qanunun tələblərinə görə 1 ay ərzində yox, 01 mart 2022-ci ildə, 2 ay sonra çıxarılmışdır.Sonra, xx.xx.2022 il tarixində İntizam komissiyası 14 nəfər tələbələrinin özlərinə elektron jurnalında qanunsuz olaraq yüksək bal yazmışdılar.Bu hallar iddiaçı tərəfindən aşkar olundu və rəhbərliyə rəsmi olaraq məlumat vermişdir.Jurnalın kodu həm dərs verən müəlliməyə, həm də kafedraya məlum olmuşdur. İntizam komissiyası düzgün araşdırma aparmamış əsassız rəy vermişdilər. Onun əsasında İddiaçı xx.xx.2022 il tarixində şiddətli töhmət verilməsinə dair əmr verilmişdir. Bu faktla bağlı iddiaçı rəhbərliyə 24. 01.2022-ci il tarixində Ərizə təqdim edib, bu predmet üzrə İntizam komissiyası ancaq xx.xx.2020- il tarixində araşırma aparmışdır və Əmr ancaq aprel ayında çıxarılmışdır. Beləliklə, bu səfər də əmək qanunun normaları pozulmuşdur Apellyasiya icraatı zamanı müəyyən edilən hallar:
6. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətinə uyğun izahat verərək, hər iki əmrin qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürməklə verildiyini, həmçinin cavabdeh həmin əmrlərin verilməsi üçün əsas olan pozuntuların iddiaçının təqsirindən baş verdiyini qeyd etsə də, onun təqsirinin olmadığını, intizam komissiyası tərəfindən işə formal yanaşıldığını, kifayət qədər araşdırılıma aparılmadığını, halbuki iddiaçı tərəfindən rəhbərliyə baş vermiş hadisələrin araşdırılması ilə bağlı müraciətlər edildiyini, lakin onun müraciətlərinə baxılmadığını, rəhbərlik tərəfindən iddiaçıya qərəzli münasibət göstərildiyini, iddiaçının maliyyə ixtisası üzrə müəllim olmasına baxmayaraq, ona vergi və vergitutmadan ixtisasından dərslər verildiyini, digər tərəfdən bütün müəllimlərin koronovirus infeksiyasının yayıldığı dövrdə online dərs deyə bilmələri üçün kompüter avadanlıqları ilə təchiz edilməsi ilə bağlı rəhbərliyin göstərişinin olmasına baxmayaraq, iddiaçıya kompüter verilmədiyini, onun da məcbur olub öz kompüteri ilə dərs keçdiyini və internet zəif olduğundan dərs keçərkən müəyyən problemlər yaşandığını, rəhbərlik tərəfindən bütün bu halların nəzərə alınmadan iddiaçıya haqsız yerə töhmətlər verildiyini bildirmiş, dediklərinin nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir.
7. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək, ona verilmiş 2 şiddətli töhmətlə bağlı rəhbərliyə, Əmək Müfəttişliyinə və Təhsil Nazirliyinə müraciət etdiyini, Təhsil Nazirliyinin nümayəndəsi də karantin dövründə bütün ali təhsil müəsissələrinə komputerlə bağlı müəllimlərə köməklik göstərilməsi ilə bağlı göstəriş verildiyini təsdiq etdiyini, onun tərəfindən də dəfələrlə kafedra müdürünə kompüterlə təmin olunması ilə bağlı müraciətlər edildiyini, həmçinin universitetdə seminarlarda uşaqların prezentasiya ilə çıxış edib qiymət aldıqlarını, texniki cəhətdən eyni anda həm elektron jurnalın, həm də prezentasiyanın işləməsinin mümkün olmadığından əvvəlcə uşaqların prezentasiyasına baxdığını və sonradan onları qiymətləndirdiyini, hətta qiymətləri hər dəfə kağız daşıyıcıya da qeyd etdiyini və özündə saxladığını,hətta qiymətləndirməni apardıqdan sonra uşaqlardan da tək-tək həmin qiymətlərin onların şəxsi kabinetinə yerləşdirilib-yerləşdirilmədiyini soruşduğunu, kimdəsə yerləşdirilmədiyi halda isə növbəti dərsdə həmin tələbələrin qiymətlərinin mütləq yerləşdirildiyini, həmçinin ona ixtisası olmayan fəndən dərs demək üçün saat ayrıldığını, qiyabi şöbədə təhsil alan 3 tələbənin məhz ilk dərslərdə deyil, 6-cı dərsdə monitorinq qoşulan zaman guya onun dərs demə keyfiyyətini bəyənməməklərinin də inandırıcı olmadığını, bunun əsl səbəbinin tələbələrə qarşı rəhbərliyi müdafiə etməsi, rəhbərliyinin əyani və qiyabı təhsil alanlar arasında fərq qoymadığı ilə bağlı fikirlər səsləndirməsi olduğunu, hətta ondan sonra iki başqa müəllimin dərsi davam etdirdiyini, lakin həmin müəllimlərin də tələbələri qane etmədiyini, sonda distant şöbənin müdürünün dərsi bitirdiyini, 2-ci şiddətli töhmətin də əsassız olaraq verildiyini, belə ki, tələbələrin onun icazəsi olmadan elektron jurnalda özlərinə yüksək qiymət yazdıqlarını, bunu ilk dəfə öyrənən zaman dekanlığa müraciət etdiyini, zamdekanın bu məsələni böyütməməsini, bir dəfəlik görməzdən gəlməsini ondan xahiş etdiyini, lakin növbəti patok dərsə girən zaman jurnalda yenə qiymətlərin yazıldığını gördüyünü, hətta tələbələrdən birini qiymət aldığı günün mövzusunu danışmaq üçün tirubunaya dəvət etdiyini, lakin tələbinin mövzunu danışa bilmədiyini, dekanlığa dərhal bu barədə məlumat verdiyini, təqdimatı da tez yazıb dekanlığa təqdim etdiyini, lakin dekanlığın onun yox, tələbələrin tərəfində durduğunu, belə ki, ona jurnalın kodunu özündə saxlamadığı üçün şiddətli töhmət veriləcəyini bildirdiklərini, halbuki həmin kodun bir dəfə komputerdə girdikdən sonra sistemdə qeydə alındığını, digər tərəfdən kafedrada, dekanlıqda da bütün jurnalların kodunun olduğunu,bunun tələblərin özbaşına jurnala qiymət yazmasına əsas vermədiyini,sonradan tələbələrin izahatının alınması üçün onları dekanlığa dəvət edəndə yalandan “ Nailə xanım elektron jurnala qiymət yazıldığını bildikdən sonra bizdən 100 manat pul istədi” kimi yalan izahat verdiklərini, sonra hazırkı məsələ ilə bağlı prokurorluq orqanının işə cəlb olunmasını tələb etdiyini, lakin təmin olunmadığını,ümumiyyətlə, rəhbərliyin onunla şəxsi qərəzinin olduğunu,həmçinin 1 aylıq müddəti ötürməsinin əsas səbəbi kimi anasını itirməsi,övladının sağlamlığında yaranan ciddi problemlərin olması ilə bağlı olduğunu, ona ilk öncə əmrlərin ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət etməsini, bu məsələ həll olunduqdan sonra işə bərpa tələbi ilə bağlı məhkəmə müraciət etməsinin tovsiyə olunduğunu,töhmətlərin verilməsinin əsasını vəzifəli şəxslərin ona qarşı qərəzli mövqedən çıxış etməsi olduğunu, son haqq hesabı 2022-ci ilin dekabr ayında aldığını, lakin əmək kitabçasını öz istəyi ilə universitetdən götürmədiyini, dediklərinin nəzərə alınaraq apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir.
8. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətini əsassız hesab etdiyini, belə ki iddiaçının rus dilli müəllim olduğunu və universitetdə də təhsilin dörd dildə aparıldığını, rus dilli müəlllimlərin rus iqtisad məktəbi fakültəsində adətən dərs dediklərini, iddiaçıya da həmin fakültədə dərs deməyi təklif etdiklərini, lakin onun bu təkliflə razılaşmadığınıdan ona vergi və vergitutma ixtisasından dərslər verildiyini və hər bir müəllimə dərs yükü verilərkən onun razılığının olduğunu və öz imzası ilə təsdiq etdiyini, pandemiya şəraitində inzbatı işçilərin öz komputerlərini aparıb evdən işlədiklərini, müəllimlərə münasibətdə isə həm telefonla, həm komputerlə, həm də universitetdə mövcud olan hibrid auditoriyalarda dərs deməyin mümkün olduğunu, lakin o dövrdə iddiaçı vaksin vurdurmadığından universitetə gəlməsinin mümkün olmadığını, həmçinin elektron jurnalla uşaqların prezentasiya etdiyi böyük monitorun texniki cəhətdən ayrı qurğular olduğunu və hər ikisinə eyni anda nəzarətin mümkün olduğunu, uşaqların jurnala müdaxilə etməyə məcbur qaldıqlarını, çünki iddiaçı tərəfindən uşaqların dərs danışmasına baxmayaraq jurnala qiymətlərinin yazılmadığını, həmin dövrdə iddiaçının sağlamlığında da problemlər olduğunu və komputerdən də zəif istifadə etdiyini, hətta qırmızı diploma gedən bir uşağın iddiaçının onu zəif qiymətləndirilməsi səbəbindən ağır stress keçirdiyini, valideynlər tərəfindən rəhbərliyə bu barədə şikayətlər ünvanlandığını, iddiaçının özünün prokurorluq orqanlarına müraciət etmə hüququnun olduğunu bildirmiş, dediklərinin nəzərə alınaraq apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya baxışının hədləri:
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
10. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 76, 77, 80-82, 88, 106.2, 217.4, 385-390-cı maddələrinə istinadən hesab edir ki, apellyasiya şikayətinin sübuta yetirilməyən və işə aidiyyəti olmayan dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. İlk növbədə iddaçının mövqeyinə görə qeyd edilməlidir ki, iddianın əsasını gələcəkdə işə bərpa barədə iddianın verilməsi, töhmətlərin verilməsinin əsasını isə iddiaçinin fəaliyyət göstərdiyi müəssisənin vəzifəli şəxslərinin ona qarşı qərəzli mövqedən çıxış etməsi və müvafiq əmrlərin verilməsi də bu səbəbdən olmuşdur.Lakin diqqətə çatdırılmalıdır ki, vəzifəli şəxslərin öz səlahiyyətləri daxilində etdikləri hərəkət və ya hərəkətsizlik mülki icraatın predmeti ola bilməz.Digər tərəfdən iddiaçı pozulmuş hüquqlarının müdafiəsi ilə bağlı bir aylıq müddəti ötürmüşdür. Belə ki, idaçının özünün izahatına görə o son haqq-hesabı 2022-ci ilin dekabr ayında aldığını, beləliklə də, hüquqların pozulduğunu bu tarixdən bilməli olduğunu, lakin iddianı 2024-ci ilin aprel ayında verdiyini və bununla da iddianın verilmə müddətini uzun müddətə ötürmüşdür. Məhkəmə kollegiyasının iclasında verdiyi izahatında həmin müddətin üzürlü səbəbdən, yəni anasının xəstəliyi və vəfat etməsi, övladının ağır xəstəliyi, maddi imkanının olmaması ilə əlaqədar olduğunu bildirsə də, ötürülmüş müddətin üzürlü hesab edilməsi ilə bağlı mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. İddiaçı pandemiya şəraitində onun universitet tərəfindən lazımi texniki avadanlıqlarla təmin edilmədiyini, rəhbərlik tərəfindən şikayətlərinin araşdırlmadığını iddia etsə də, bununla bağlı mötəbər sübutlar və hüquqi istinadlar məhkəməyə təqdim edə bilməmişdir.
11. Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə əsasən: 186.11. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər:a) töhmət vermək;b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək;c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək;ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. 187.2. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. 187.3. İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir. 189.1. Bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilir. Bir dəfə törədilən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi verilə bilməz.189.2. İntizam tənbehi işçiyə işdə olduğu iş günü ərzində verilə bilər. Məzuniyyətdə, ezamiyyətdə olan, əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət ərzində işçiyə intizam tənbehi verilə bilməz.189.3. İntizam tənbehi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə verilir. İşçi həmin əmrlə (sərəncamla, qərarla) tanış edilməli və onun tələbi ilə əmrin surəti ona təqdim olunmalıdır. 189.4. İntizam tənbehi verilməsi barədə əmrdə (sərəncamda, qərarda) işçinin şərəf və ləyaqətini alçaldan, onun şəxsiyyətini, mənəvi hisslərini gözdən salan, habelə intizamsızlığına görə qisas almaq motivli məlumatların göstərilməsi yolverilməzdir. 190.İntizam tənbehi verilən gündən altı ay müddətində qüvvədə olur.2. İşçi verilən intizam tənbehindən nəticə çıxararaq əmək funksiyasını yüksək səviyyədə yerinə yetirərsə, müəssisədaxili əmək və intizam qaydalarını pozmazsa işəgötürən işdə fərqləndirilmə qaydasında intizam tənbehini vaxtından əvvəl öz əmri (sərəncamı, qərarı) ilə ləğv edə bilər.3. İşçi intizam tənbehi verilərkən işəgötürən tərəfindən qanunvericiliyin tələblərinin və onun hüquqlarının pozulduğunu iddia edərsə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisəsinin həlli üçün məhkəməyə müraciət edə bilər. 296.1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.296.2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.296.3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. 296.4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. 296.5. İşəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. 296.6. Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. 12.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 48. Hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülki-prosessual hüquq qabiliyyəti) malikdir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
13. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)- 934/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.