Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-576/2025 13.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Yusufovnaya və Cavabdeh5 qarşı iş üzrə (Açar sözlər “mənzilə köçürülmə”) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-970/2024 nömrəli qətnaməsindən Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. 11.10.2023-cü il tarixdə Bakı şəhəri 29 saylı notariat ofisinin xüsusi notariusu İ.N.Mirzəzadə tərəfindən V-79/2021 saylı vərəsəlik işi üzrə təsdiq edilmiş, 2V-166 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən mərhum X2 vərəsəsi – əri İddiaçı miras əmlakdan 1/2 hissədə pay almalıdır. Miras əmlak ünvan 2lindən ibarətdir. Digər vəsiyyətnamə üzrə vərəsələr - Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 hər birinin mirasda payı mirasın 1/10 hissəsi açıq saxlanılır.
2. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, ünvan 2linin ½ hissəsi üzərində İddiaçı payı daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır.
3. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-2566/22 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçı X1 (Abdulaev Porat (Polina)) və üçüncü şəxs Cavabdeh1 cavabdeh İddiaçı qarşı “ləyaqətsiz vərəsə hesab edilməsi və onun vərəsəlik hüququndan məhrum edilməsi” barədə iddiaları rədd edilmiş, qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır.
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ünvan 2linə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, mərhum X4 ilə xx.xx.2006-cı il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşdur. Birgə nikahdan övladları olmamışdır. Yoldaşı X4 xx.xx.2021-ci il tarixdə rəhmətə gedəndən sonra ünvan 1 ünvanda yerləşən mənzilin 1/2 hissəsi üzərində miras payı rəsmi qaydada tanınmışdır. Mənzilin sahəsi 95 m2, yaşayış sahəsi 57 m2, 3 otaqdan ibarətdir. Cavabdehlərin hər birinin mirasın 1/10 hissəsində payının açıq saxlanılmasına baxmayaraq ona düşən miras payın yaşayış sahəsində cavabdehlər ona yaşamağa imkan vermirlər. O, heç yerdə işləmir, gəlir yeri yoxdur. Bu müddət qohumların evində qalmışdır. Onun mənzil ilə yetərli və davamlı əlaqələrinin olmaması, yalnız cavabdehlərin onu həmin yaşayış sahəsindən məcburi çıxarması ilə onun həmin yaşayış sahəsindən qanunsuz məhrum edilməsi sübuta yetmişdir. Hesab edir ki, o, həmin mənzilə köçürülməlidir.
6. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)- 970/2024 nömrəli qətnaməsi ilə (hakim C.Ə.Tağıyev) iddia tələbi təmin edilmişdir.
7. Məhkəmə qeyd etmişdir ki, işin faktiki hallarından göründüyü kimi, iddiaçı 1/2 paydan ibarət hissəsi mülkiyyətində olan mənzildə yaşaya bilmir, cavabdehlər onu mənzilə buraxmır və bununla da, iddiaçının qanunla qorunan hüququ pozulur. Bu səbəbdən, məhkəmə hesab etmişdir ki, iddia əsaslı olduğundan təmin edilməli, iddiaçı həmin mənzilə köçürülməlidir.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29cu maddələrinə, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə, Mülki Məcəlləsinin 152.1-ci maddəsinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh4 qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qeyri-obyektivdir, ədalətsizdir, əsassızdır, qərəzlidir, qanunsuzdur, subyektivdir, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. İddiaçının məqsədi əzəldən yalnız mərhum bacısı Sima Rəhimovanın mənzilinə sahib olması idi. Bunu təsdiq edən həm birbaşa, həm də dolayı əsaslar var. Belə ki, hələ sağlığında mərhum bacısı Sima Rəhimova bunu hiss edərək iddiaçını mənzildən qovmuş və uzun müddət keçəndən sonra COVİD-19 pandemiyasına görə məcbur olub mənzilə buraxmışdır. Mərhum bacısı qətiyyən iddiaçıya heç vaxt etibar etməmiş, bunun nəticəsi olaraq mənzilinə qeydiyyata salmamışdır. COVİD- 19 pandemiya dövründə mərhum bacısı məhz iddiaçı tərəfindən xəstəliyə yoluxmuş və qısa müddət ərzində vəfat etmişdir. Halbuki, iddiaçı bilirdi ki, Sima Rəhimova risk qrupuna aiddir və virus onu tez bir zamanda öldürə bilər. Ağır vəziyyətdə olan mərhum bacısına sonralar onun daşınmaz əmlakından pay qoparan iddiaçı nəinki qayğı göstərməmiş, heç bir stəkan su da verməmişdir. O, və bacısı Cavabdeh1 Yusifovna birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək iddiaçının ləyaqətsiz vərəsə hesab edilməsini, onun ləyaqətsiz vərəsə kimi vərəsəlik hüququndan məhrum edilməsini və onların miras əmlak payının artırılmasını xahiş etmişlər. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş, apellyasiya və kassasiya instansiyaları tərəfindən isə rayon məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Buna baxmayaraq, yenə də İddiaçı ləyaqətsiz vərəsə hesab edirlər. Bununla yanaşı, o, qanunvericiliyi rəhbər tutaraq iddiaçı şəxsin Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, ev 11, 30 saylı mənzildə miras payının müəyyən edilməsinə dair Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsi vermişdir. Hazırda iddia ərizəsi məhkəmənin icraatındadır. Bundan başqa, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi C.Ə.Tağıyev onun iştirakını təmin etmədiyinə görə və ümumiyyətlə xəbər verə bilmədiyi və ya xəbər vermək istəmədiyi səbəbindən iddia ərizəsinə formal və birtərəfli baxaraq ədalətsiz, əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Bununla yanaşı, iddia ərizəsinə mülki-prosessual qanunvericiliyinin müddəasına zidd olaraq birtərəfli baxılmış, iddia ərizənin ona aid olan nüsxəsi təqdim edilməmiş, iştirakı belə təmin olunmamışdır. Birinci instansiya məhkəməsi iddia ərizəsinin nüsxəsinin qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun ona təqdim edilməsini təmin etsə idi, o da həmin iddia ərizəsinə etiraz yazıb göndərsəydi, qətnamənin nəticəsi tamamilə başqa cür olardı.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
13. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçı və digər cavabdehlərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər. İddiaçı elektron kabinet vasitəsilə ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iş üzrə verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iddiaçı və digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13.İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29.İ. Hər kəsin mülkiyyət hüququ vardır.
15. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolu: Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 140. Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Maddə 215.4. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir.
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
19. Hazırkı işdə qətnamə cavabdehlərdən yalnız Cavabdeh4 tərəfindən mübahisələndirildiyindən qətnamənin əsaslığı ona münasibətdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh4 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
21. İş materialları ilə müəyyən olunur ki, ünvan 2lin 1/2 hissəsinə dair mülkiyyət hüququ dövlət reyestrində iddiaçi İddiaçı adına qeydiyyata alınmışdır.
22. Cavabdeh apellyasiya şikayətində həmin mənzildə miras payının müəyyən edilməsinə dair hazırda birinci instansiya məhkəməsinin icraatında mülki iş olduğunu bildirsə də, kollegiya qeyd edir ki, daşınmaz əmlakın dövlət reyestrinin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir.
23. İşdən və apellyasiya şikayətinin məzmunundan göründüyü kimi, iddiaçı öz əmlakı üzərində sahiblikdən və istifadədən məhrum olmuş, bununla da onun mülkiyyət hüquqları pozulmuşdur.
24. Kollegiya apellyasiya şikayətinin dəlillərinə münasibətdə həmçinin qeyd edir ki, qanuni qüvvəsini almış məhkəmə aktı ilə X1 və Cavabdeh1 cavabdeh İddiaçı qarşı “ləyaqətsiz vərəsə hesab edilməsi və onun vərəsəlik hüququndan məhrum edilməsi” barədə tələblərinə qiymət verilmiş və iddia rədd edilmişdir.
25. Bundan başqa, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə iclaslarının vaxtı və tarixləri barədə bildirişlər Cavabdeh4 məhkəməyə ünvanladığı müraciət və şikayətlərdə onun yaşadığı ünvan kimi qeyd edilmiş ünvan 2lə göndərilmiş, bununla da mülki-prosessual qanunvericiliyin tələblərinə əməl edilmişdir.
26. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz.
27. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-970/2024 nömrəli qətnaməsi ona münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakimlər: