Məhkəmə qərarları › İş №2(103)-5762/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5762/2025

22.04.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(103)-5762/2025 22.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdehlər "cavabdeh3, Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan "X17 və Koordinasiya Mərkəzi" publik hüquqi şəxsinə qarşı mülki iş üzrə (Açar sözlər: servitut hüququ) Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, Cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X1 iştirakı ilə, Işin halları

1. MH seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Abşeron rayonu, Bilgəh, Zaqulba şosessində istifadəsində olan 0,0072 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı, 24 kv.m yaşıyış sahəsindən ibarət * nömrəli fərdi yaşıyış evi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində * nömrəli reyetr kitabının ** nömrəli vərəqində qeydiyyata alınmışdır.

2. Sabunçu Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı xüsusi mülkiyyətində olan Bilgəh qəsəbəsi, Zaqulba şossesi * nömrəli fərdi yaşayış evinə və torpaq sahəsinə gedən yol üzərində Abşeron rayonu, Bilgəh qəsəbəsi, Zaqulba şossesində ünvanda yerləşən * saylı fərdi yaşayış evinin mülkiyyətçisi X3 tərəfindən inşa etdirilmiş darvaza və hasarın sökülməklə Bilgəh qəsəbəsi, Zaqulba şossesi * nömrəli fərdi yaşayış evinə və torpaq sahəsinə yol açılması qət edilmişdir.

3. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-***/**** saylı, ##.##.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ####### 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddiaçı İddiaçı cavabdeh X3 qarşı “darvazanın və hasarın sökülməsi” tələbinə dair iddiasının təmin edilməməsi, apellyatorlarun ödədiyi dövlət rüsumunun onun özünə aid edilməsi, ekspertiza tədqiqatının dəyəri olaraq 150 manat məbləğində pulun iddiaçı İddiaçı tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

4. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının *(***)-****/**** saylı, ##.##.2023-cü il tarixli qərarı ilə iddiaçı İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-***/**** saylı, ##.##.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

5. Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx publik hüquqi şəxsi * saylı Bakı Ərazi Idarəsinin ##.##.2024-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Zağulba şossesində yerləşən Zaqulba sanatoriyası dövlət mülkiyyətindədir.

6. Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»dan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəs. Zaqulba prospekti 194-də yerləşən (Zaqulba sanatoriyası) ##.##.2019cu ildə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Istehsal və Xidmət Müəssisələrinin Idarəetmə Mərkəzinin adına adına qeydiyyata alınmışdır.

7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli məktubu ilə təqdim edilmiş məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumatdan görünür ki, qərardadla ekspert qarşısından qoyulmuş sualların həlli üçün Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssislər tərəfindən mütəxəssis rəyinin Mərkəzə təqdim edilməsi üçün zəruri olduğundan bu barədə məhkəməyə ##.##.2024-cü il tarixli vəsatət verilmiş, verildiyi vaxtdan 1 aydan artıq müddət keçməsinə baxmayaraq mütəxəssislər tərəfindən tərtib edilməli olan müvafiq materiallar Mərkəzə təqdim olunmamışdır. Buna görə də hazırki ekspertizanın aparılmasından imtina edərək iş üzrə materiallar icrasız geri qaytarılır.

8. X7 və Ekspertiza Mərkəzi MMC-nin 62 №li ##.##.2025-ci il tarixli rəyindən görünür ki, 1. Iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bigəh qəsəbəsi, Zağulba şossesində 0,0072 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı 24 kv.m yaşayış sahəsindən ibarət * nömrəli fərdi yaşayış evinə yolun olması baza məlumatlarına əsasən müəyyən etmək mümkün olmadı. Bağın naturada yerləşmə vəziyyətinə əsasən bağa gedişgəliş yolu yoxdur. 2. Google Yer proqramının ortofoto görüntülərində həmin əraziyə yol qeyd edilmişdir. Həmin yol rəyə əlavə edilmiş sxemdə qeyd edilir. Iddiaçının iddia etdiyi avtomobil keçidi Google Yer proqramının ortofoto görüntülərinə əsasən boş sahədən və 5 mərtəbəli binaların arasından keçməklə Zağulba sanatoriyasının ümumi giriş-çıxış darvazasından daxil olmaqla iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinə gediş-gəlişi təmin etmək olar (sxemdə göstərilən * nömrəli yol). Əlavə olaraq nisbətən qısa yol da tərəfimizdən təklif olunur. Həmin, nisbətən qısa yol isə 5 mərtəbəli binaların arasından keçməklə şimala istiqamətlənir və “Xəzri” istirahət mərkəzinə gedən yola çıxır (* nömrəli yol). Bu halda 4-5 metr enində iddiaçı tərəfindən oraya darvaza qoyulmaq şərti ilə cavabdehin (Zağulba sanatoriyası) daş hasarının darvaza enində sökülməsinə ehtiyac vardır. Bundan əlavə, sxemdə göstərilən * nömrəli yol isə özündə piyada yolunu ehtiva edir və bu piyada yolu ilə də iddiaçının mülkiyyətində olan bağ sahəsinə gediş-gəlişi təmin etmək olar. Qeyd olunan 3 yoldan hər iki tərəfin mənafeyinə uyğun və daha az zərər vurulan 1-ci yoldur. 3. Iddiaçının tələb etdiyi zəruri keçid cavabdehə məxsus (Zağulba sanatoriyası) torpaq sahəsinə və rəyə əlavə edilmiş sxemə münasibətdə daha əlverişli və daha az zərər vurulmaqla başa gələ bilər. 4. Iddiaçının tələbinin təmin olunacağı və keçidin veriləcəyi halda cavabdehin mülkiyyətində olan torpaq sahəsindən, konkret olaraq keçidin verildiyi ərazidən istifadəni mümkünsüz etmir. Eyni zamanda hər iki yoldan piyada keçidi kimi istifadə edilməsi mümkündür.

9. Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx Publik Hüquqi Şəxsi * saylı Bakı Ərazi Idarəsinin *-**-*-**/*-*****/**** nömrəli ## #### 2026-cı il tarixli mütəxəssis rəyindən görünür ki, mütəxəssis qarşısında qoyulmuş suallar: 1) Iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Zağulba şossesində 0,0072 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı, 24 kv.m yaşayış sahəsindən ibarət * nömrəli fərdi yaşayış evinə həm naturada, həm baza məlumatlarına əsasən (koordinatlar müəyyən edilməklə) yol varmı və həmin torpaq sahəsinə gediş-gəliş mümkündürmü? 2) Əgər mümkün deyilsə cavabdehə məxsus torpaq sahəsindən hansı istiqamətdə, hansı qaydada piyada və avtomobil keçidinin verilməsi məqsədəuyğundur? 3) Iddiaçının tələb etdiyi zəruri keçid hansı qonşu torpaq sahəsinə münasibətdə daha yolverilən və daha az zərər vurulmaqla başa gələ bilər? 4) Iddiaçının tələbinin təmin olunacağı və keçidin veriləcəyi halda cavabdehin mülkiyyətində olan torpaq sahəsindən, konkret olaraq keçidin verildiyi ərazidən istifadəsini mümkünsüz edirmi? Araşdırmanın nəticəsi olaraq aşağıda qeyd edilənlər müəyyən edildi: 1) Ünvana baxış keçirilən zaman məlum oldu ki, sözügedən fərdi yaşayış evinə yol yoxdur. Iddiaçının bildirdiyinə əsasən evə ən yaxın yol Zağulba sanatoriyasının ərazisindən 4.5 m enində yolun ayrılmasını istəyir. Iddiaçının bildirdiyi ərazidə 4.5 m eni 259.77 m uzunluğu olan ərazidir və yolun sanatoriyanın ərazisindən keçən ümumi sahəsi 1340.0 kv.m təşkil edir. Yolun üstündə bir ədəd transformator binası və bir ədəd binaya bitişik köməkçi sahənin bir hissəsi yola düşür. Hər iki tikili köhnə tikililərdir. Fərdi yaşayış evinin yerləşdiyi ərazinin, ümumi yolun və sanatoriyanın ərazisindən keçən yolun koordinatları rəyə əlavə olunur. Həmçinin sözügedən ərazinin yerləşməsini əks etdirən baş plan rəyə əlavə olunur. 2) Qeyd olunan məsələ idarənin səlahiyyətləri xaricindədir. Belə ki, sahəyə naturada yol ayrılması aidiyyəti Icra Hakimiyyəti orqanlarının iştirakı ilə yerində müəyyənləşdirilə bilər. 3) Vahid elektron kadastr baza məlumatlarına əsasən iddiaçının tələb etdiyi zəruri keçid yolu Zağulba sanatoriyasının sənəd üzrə ərazisidir. Həmin hissədə sanatoriyaya aid tikili və qurğular yerləşir. Vahid elektron kadastr baza məlumatlarına əsasən qeyd olunan ərazi sanatoriyanın hasardaxili yerləri olmaqla, hər hansı bir yol olmayıb (əvvəllər).

Iş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

10.

11. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh, Zağulba şossesində 0.0072 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 1 otaqlı 24 kv.m yaşayış sahəsindən ibarət * nömrəli fərdi yaşayış evi iddiaçının xüsusi mülkiyyətindədir. Lakin iddiaçı uzun illər ölkə xaricində yaşadığı üçün bu haldan istifadə edərək qonşusu Qazıyeva Anaqız darvaza qoyaraq iddiaçının bağına gedən yolu bağlamışdır. Bununla bağlı iddiaçı tərəfindən Sabunçu Rayon Məhkəməsində iddia qaldımış darvazanın sökülərək torpaq sahəsinə yol açılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ilə iddia ərizəsi rədd edilmişdir. Məhkəmənin qərarı ilə qətnamə qüvvədə saxlanılmışdır. Hər iki məhkəmə qərarında iddiaçıya servitutdan istifadə etmək hüququnun olduğu izah edilmişdir. Hal-hazırda iddiaçı mülkiyyətində olan bağ sahəsinin ərazisinə daxil ola bilmir, bağ sahəsinə birbaşa girişi yoxdur. Belə ki, iddia ərizəsinə əlavə edilmiş ekspert rəyindən və məhkəmə qərarlarından müəyyən olunur ki, mübahisəli bağ sahəsinə giriş-çıxış yoxdur, bir tərəfi Rusiya Federasiyasının Bakıdakı Səfirliyinin istifadəsində olan torpaq sahəsi bir tərəfi cavabdehin mülkiyyətində olan Zaqulba sanatoriyası, bir tərəfi Anaqız Qazıyevanın mülkiyyətində olan torpaq sahəsi bir tərəfi isə dənizlə əhatə olunub. Qonşular icazə vermədiyinə görə məntiqlə düşünsək, iddiaçı öz bağ sahəsinə yalnız dəniz vasitəsi ilə daxil ola bilər. Əlbəttə ki bu absurd haldır, iddiaçı öz mülkiyyətində olan əmlaka maneəsiz daxil olmalıdır, bu onun konstitusion hüququdur. Ona görə də məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Iddiaçının mülkiyyətində olan əmlaka ən rahat və tənasübsüz xərc tələb edilmədən daxil olmaq üçün cavabdehin mülkiyyətində olan Zaqulba Sanatoriyasından keçidin verilməsi mümkündür. Belə ki, iş materiallarına əlavə edilmiş peyk görüntülərindən müəyyən edilir ki, iddiaçının öz bağ sahəsinə girişi yoxdur, ona cavabdehin mülkiyyətində olan ərazidən 212 metr uzunluqda və eni 5 metr olan avtomobil və piyada keçidi verilməlidir.

12. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair məhkəməyə ərizə təqdim edərək, iddiaçı İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri. Sabunçu rayonu, Bilgəh, Zağulba şossesində 0.0072 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 1 otaqlı 24 kv.ın yaşayış sahəsindən ibarət * nömrəli tərdi yaşayış evinə girişçıxışın təmin edilməsi üçün həmin bağ sahəsindən ictimai yola qədər məsafədə cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mülkiyyətində olan Zaqulba sanatoriyasının ərazisindən eni 5 m olan avtomobil və piyada yolunun təqdim edilməsi, həmin yola iddiaçının xeyrinə servitut təyin edilməsi, təyin edilən servitutun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-*(***)-***/**** nömrəli, ##.##.2025ci il tarixli qətnaməsi ilə (hakim Adilə Paşayeva) iddianın təmin edilməsi, İddiaçı Sabunçu rayonu, Bilgəh, Zağulba şossesində 0.0072 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 1 otaqlı 24 kv.ın yaşayış sahəsindən ibarət * nömrəli tərdi yaşayış evinə giriş-çıxışın təmin edilməsi üçün həmin bağ sahəsindən ictimai yola qədər məsafədə Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mülkiyyətində olan Zaqulba sanatoriyasının ərazisindən, yəni, Zağulba sanatoriyasının ümumi giriş-çıxış darvazasından daxil olmaqla eni 5 m olan avtomobil və piyada yolunun təqdim edilməsi, həmin yola İddiaçı xeyrinə servitut təyin edilməsi, təyin edilən servitutun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması "cavabdeh3 həvalə edilməsi qət edilmişdir.

14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 152.4, 152.5, 255-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu R.Ağalarovun şikayəti üzrə ## ######## 2007-ci il tarixli Qərarına, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” ## ###### 2011-ci il tarixli Qərarına, Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il ## #### tarixli Qərarı, §147- 148, 150; Skordino Italiyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il ## #### tarixli Qərarına, “Avşar Türkiyəyə qarşı” AIHM-nin qərara, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə və 100- cü maddəsinin 3-cü hissəsinə, “Delcourt Belçikaya qarşı” işi üzrə ##.##.1970-ci il tarixli qərarına, “Piersack Belçikaya qarşı” iş üzrə ##.##.1982-ci il tarixli qərarına, “X2rşı” işi üzrə ##.##.1984-cü il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 80, 217.3, 217.4, 216-220, 218.1, 227, 233, 360-cı maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

15. Qətnamədən cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan "X17 və Koordinasiya Mərkəzi" publik hüquqi şəxsi apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə göstərilən qətnamənin əsası kimi hesab etmişdir ki, işin materialları və faktiki araşdırılmış hallara əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Zuğulba şossesində 0.0072 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 1 otaqlı 24 kv.m. yaşayış sahəsindən ibarət * nömrəli fərdi yaşayış evinə giriş-çıxışın təmin edilməsi üçün bağ sahəsindən gediş-gəliş yolu yoxdur, bir tərəfi Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Səfirliyinin istifadəsində olan torpaq sahəsi, bir tərəfi cavabdehin mülkiyyətində olan “Zuğulba" sanatoriyası, bir tərəfi AnaqızQazıyevanın mülkiyyətində olan torpaq sahəsi, bir tərəfi isə dənizlə əhatə olunmuşdur. Birinci instansiya məhkəməsi iddia predmeti olan torpaq sahəsi ilə bağlı əvvəlki məhkəmə qərarlarına əsaslanaraq, həmin qərarlarda iddiaçının öz bağına gedib-gəlmək üçün istifadə etdiyi yolun, məhz sanatoriya ərazisindən olan torpaq yol olduğu, hazırda “Zuğulba” sanatoriyası hüquqi şəxsin mülkiyyətində olsa da, onun ərazisindən keçməklə, yəni “Zuğulba” sanatoriyasının ümumi giriş-çıxış darvazasından daxil olmaqla iddiaçının mülkiyyətində olan olan fərdi yaşayış evinə gediş-gəlişi təmin edilməlidir. Məhkəmə bununla bağlı iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş müstəqil “X7 və Ekspertiza Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin ##.##.2025-ci il tarixli ** nömrəli rəyinə əsaslanaraq, cavabdehin mülkiyyətində olan tikililərin əhəmiyyətli dərəcədə ziyan vurulması hallarının olması müəyyən edilmədiyindən bu yoldan həm avtomobil, həm də piyada yolu kimi istifadə ediləcəyi nəzərə alınmaqla yolun 5 m. enində müəyyən edilməsini məqsədəmüvafiq hesab etmişdir. Bu baxımdan, məhkəmə iddiaçının öz mülkiyyətində olan əmlaka maneəsiz daxil olması baxımından, həm faktiki mövcud vəziyyət, həm də yuxarı instansiya məhkəmələrinin müəyyən etdiyi hallar və tövsiyələri əsasında iddiaçının hazırki iddianı qaldırmaqda haqlı olduğunu qeyd etmişdir. Bununla bağlı bildirir ki, məhkəmə qərar qəbul edərkən mülki və torpaq qanunvericiliyinin tələblərini nəzərə almamış, iddianın predmetinə münasibətdə maddi hüquq normalarının tətbiq və təfsirində səhvə yol vermişdir. Mülki Məcəllənin 158-ci maddəsinə uyğun olaraq əşya hüquqları tam və məhdud əşya hüquqları olaraq iki əsas qrupa ayrılır: tam əşya hüququ - mülkiyyət hüququ; məhdud əşya hüquqları- servitut, uzufrukt, tikintiyə vərəsəlik, girov və ipoteka. Mülki Məcəllənin 255.1-ci maddəsinə əsasən servitut daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman ona (digər daşınmaz əşyanın mülkiyyətçisinə) ayrı-ayrı hallarda əşyadan istifadə etməyə icazə verilir və ya daşınmaz əşyanın mülkiyyətçisinə müəyyən hərəkətləri yerinə yetirməyə və ya mülkiyyət hüququndan irəli gələn digər hüquqları həyata keçirməyə icazə verilmir. Həmin Məcəllənin 255.4-cü maddəsinə əsasən servitut torpaq sahəsindən piyada və avtomobillə keçidin, elektrik, rabitə xətlərinin və boru kəmərlərinin çəkilişinin və istismarının, su təchizatının və meliorasiyanın, habelə daşınmaz əmlak mülkiyyətçisinin servitut qoyulmadan təmin edilə bilinməyən digər ehtiyaclarının təmin edilməsi üçün təyin oluna bilər. Həmin Məcəllənin 256.1ci maddəsinə əsasən servitutun əldə edilməsi və qeydə alınması üçün torpağa mülkiyyət haqqında müddəalar qüvvədədir. Bildirir ki, birinci instansiya məhkəməsi servitutun təyin edilməsi ilə bağlı mövqeyini iddiaçı tərəfin təqdim etdiyi, həmin torpaq sahəsinə gediş-gəlişin mümkünlüyü ilə bağlı“X7 və Ekspertiza Mərkəzi” MMC-nin ##.##.2025-ci il tarixli ** nömrəli rəyində qeyd olunanlarla əsaslandırmışdır. Bununla bağlı bildirir ki, qeyd olunan rəy torpaq sahəsinin hazırkı faktiki vəziyyətinə əsasən tərtib olunduğundan natamam sübut kimi qəbul olunmalıdır. Belə ki, işin materiallarında olan sənədlərdən və mübahisə predmeti olan torpaq sahəsinə dair məhkəmə araşdırması predmeti olmuş iddiaçının ərizəsi əsasında (iddiaçı İddiaçı cavabdeh X3 və digərlərinə qarşı “darvazanın və hasarın sökülməsi” tələbi barədə) qəbul edilmiş məhkəmə qərarlarında əksini tapmış və iş üzrə araşdırma predmeti olmuş sənədlərlə təsdiq olunur ki, iddiaçıya məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Zuğulba şossesində 0.0072 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 1 otaqlı 24 kv.m. yaşayış sahəsindən ibarət * nömrəli fərdi yaşayış evinə dair texniki sənəddə hazırkı iddianın predmeti olan “Zuğulba” sanatoriyasının ərazisindən iddiaçının yaşayış evinə yol nəzərdə tutulmamışdır. Belə ki, hazırkı iddia ərizəsində qeyd olunanlardan görünür ki, iddiaçının uzun müddət ərzində (2017-ci ilədək) qonşuluğunda yerləşən * saylı fərdi yaşayış evi tərəfdən bağ sahəsinə gedişgəliş yolu olduğu, lakin * saylı evin mülkiyyətçisi (Anaqız Qazıyeva) tərəfindən həmin əraziyə qanunsuz olaraq darvaza qoyulub, yolun hasara alınmasından sonra bağına gediş-gəliş yolunun bağlandığını qeyd etmişdir. Bildiri ki, iddiaçının cavabdeh X3 və digərlərinə qarşı “darvazanın və hasarın sökülməsi” tələbi ilə bağlı iş üzrə məhkəmə qərarlarında əksini tapmış iş materiallarından və işin araşdırılmış hallarından görünür ki, X3 adına qeydiyyata alınmış Abşeron rayonu, Bilgəh qəsəbəsi, Zuğulba şossesi ünvanında yerləşən 224,6 kv.m. yaşayış sahəsindən, 191,1 kv. m. köməkçi sahədən ibarət * nömrəli fərdi yaşayış evinin əvvəlki mülkiyyətçisi X9 adına tərtib olunmuş 1997-ci il tarixli “Texniki pasport”a əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Zuğulba şossesində yerləşən * nömrəli fərdi yaşayış evinə giriş-çıxış üçün yolun (küçə) mövcud olduğu, lakin faktiki olaraq yolun (küçə) giriş hissəsində X3 tərəfindən hasar hörüldüyü və həmin yolun bağlandığı müəyyən olunmuşdur. Belə ki, qeyd olunan işə Bakı Apellyasiya Məhkəməsində baxılması zamanı məhkəmə tərkibi tərəfindən mübahisəli sahəyə dair yerində müayinə aparılan zaman iddiaçının qonşusu olan cavabdeh Anaqız Qazıyevanın bağ sahəsinin girişində qoyulmuş dəmir darvazadan daxil olmaqla iddiaçının bağ sahəsinə baxış keçirildiyi müəyyən olunur (bax:BakıApellyasiya Məhkəməsinin ##.##.2023-cü il tarixli, 2(103)- ***/**** nömrəli qərarı). Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən iddiaçı tərəfindən bağ sahəsinə gediş-gəliş yolunun məhdudlaşdırmasına əsas olmuş cavabdeh Anaqız Qazıyeva tərəfindən hörülmüş hasarın və qoyulmuş darvazanın hansı tarixdə inşa olunması, Anaqız Qazıyevanın istifadəsində olan torpaq sahəsinin hüquqi statusu (mülkiyyət növü) araşdırılmaqla, həmin sahəyə münasibətdə servitutun təyin olunması məsələsinə hüquqi qiymət verilməmişdir. Bu səbəbdən, iddiaçının təşəbbüsü əsasında “X7 və Ekspertiza Mərkəzi” MMC tərəfindən verilmiş rəy ərazinin faktiki vəziyyətinə uyğun olaraq birtətərəfli qaydada sırf “Zuğulba” sanatoriyasının ərazisinə münasibətdə araşdırıldığından mötəbər sübut kimi qəbul edilə bilməz. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən hazırkı iş üzrə mötəbər ekspert rəyinə əsaslanmadan, iddiaçı tərəfindən təqdim olunmuş iddianın dəqiqləşdirməsi barədə ərizənin tələb hissəsini məhkəmə qərarına köçürməklə iddiaçıya məxsus bağ sahəsindən ictimai yola qədər olan məsafədə “Zuğulba” sanatoriyasının ərazisindən eni 5 m. olan avtomobil və piyada yolunun təqdim edilməsi, həmin yola İddiaçı xeyrinə servitut təyin edilməsi, təyin olunmuş servitutun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması cavabdeh3 publik hüquqi şəxsinin * saylı Bakı Ərazi Idarəsinə həvalə edilmişdir. Qeyd olunan qətnamədən göründüyü kimi, məhkəmə qətnaməsi ekspert rəyinə əsaslanmadığından eni 5 m. olan piyada və avtomobil yolunun “Zuğulba” Sanatoriyasının konkret hansı hissəsindən təqdim edilməsi, ümumlikdə sanatoriya ərazisində olan hansı ölçüdə torpaq sahəsinə dair iddiaçı İddiaçı xeyrinə servitut təyin edilməsi göstərilməmişdir. Bununla bağlı bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 261-ci maddəsinin birinci hissəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, servitutla yüklü olan daşınmaz əşyanın mülkiyyətçisi xeyrinə servitut qoyulmuş ixtiyarlı şəxslərdən sahədən istifadə üçün haqq tələb edə bilər. Maddənin 2-ci hisəsinə əsasən haqqın miqdarı tərəflərin razılaşması ilə, razılaşmaya gəlmək mümkün olmadıqda isə məhkəmənin qərarı ilə müəyyənləşdirilir. Göründüyü kimi, qanunvericiliyə əsasən hər hansı şəxsin xeyrinə servitut əvəzsiz deyil, əvəzli qaydada (ödənişli) müəyyən olunur. Bildirir ki, iddiaçı İddiaçı tərəfindən məhkəməyə müraciət olunmazdan əvvəl ona məxsus bağ sahəsinə avtomobil və piyada yolunun təqdim edilməsi ilə bağlı Xidmətə və ya digər cavabdehlərə hər hansı müraciət olunmamışdır. Bu səbəbdən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə Mülki Məcəllənin 261-ci maddəsinin tələblərinə uyğun olmadığından qanunsuz sayılmaqla ləğv olunmalıdır. Bundan əlavə Torpaq Məcəllənin 54-cü maddəsinin 8-ci bəndinə əsasən servitutlar müvəqqəti və daimi ola bilər. Maddənin 6-cı bəndinə əsasən servitutlar, onların müəyyən edildiyi torpaq sahəsinə mümkün qədər az məhdudiyyətlər yaradan üsullarla həyata keçirilməlidir. Mülki Məcəllənin 256.1-ci maddəsinə əsasən servitutun verilməsi üçün daşınmaz əmlakın dövlət reyestrində onun qeydə alınması zəruridir. Servitutun əldə edilməsi və qeydə alınması üçün torpağa mülkiyyət haqqında müddəalar qüvvədədir. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Servitut verilərkən müqavilə azadlığı və mülkiyyət hüququnun predmeti barəsində mülkiyyətçinin sərbəst sərəncam vermə azadlığına sahib olması təmin olunmalıdır. Tərəflərin sərəncam hüququnun əlindən alınması və onun razılığı olmadan sevitut təyin olunması cavabdehin mülkiyyət hüququnun əhəmiyyətli dərəcə pozulmasına şərait yaradır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 256.2-ci maddəsinin tələbinə görə servitut verilməsinə dair nəinki müqavilə bağlanılmalı, hətta bu müqavilə notariat qaydasında təsdiqlənməlidir. MM-nin 258.1-ci maddəsinə görə servitutla yüklü olan daşınmaz əmlakın planı servitutun yeri göstərilməklə müqaviləyə qoşulur. Istinad olunan hər iki maddi hüquq norması servitutun verilməsinin birmənalı olaraq mütləq müqavilə bağlanılması yolu ilə həyata keçirilməsini ehtiva edir. MM-nin 389.1-ci maddəsinin tələbinə görə mülki hüquqların müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. MM-nin 390.1-ci maddəsi ilə müəyyən olunmuşdur ki, müqavilə bağlamaq niyyətində olan fiziki və ya hüquqi şəxslər onu azad surətdə həyata keçirirlər və MM-nin 390.3cü maddəsinə görə isə heç kəs müqavilə bağlamağa məcbur edilə bilməz. Göründüyü kimi, qanunverici digər bütün müqavilələrin bağlanması şərti kimi servitut verilməsinə dair tərəflər arasında birinci növbədə razılaşmanın və bunun notariat qaydasında təsdiq olunan müqavilə ilə rəsmiləşdirilməli olması şərtini təsbit etmiş, başlıcası isə bu prosesi müqavilə tərəfləri azad iradələri ilə və heç kəs, o cümlədən məhkəmə tərəfindən məcbur edilmədən həyata keçirə bilmələri imkanını müəyyənləşdirmişdir. Hazırkı iş üzrə cavabdehlər Xidmətin və “X17 və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsin nümayəndələrinin məhkəmə iclası zamanı verdiyi izahatlardan və təqdim etdiyi sübutlara əsasən müəyyən olunur ki, “Zuğulba” sanatoriyası dövlət mülkiyyətindədir və özəlləşdirilməsi nəzərdə tutulan dövlət müəssisə və obyektləri qrupuna daxildir. Mövcud halda, iddiaçıya məxsus 24 kv.m. fərdi yaşayış evinə münasibətdə həmin sahədən tənasübsüz surətdə böyük olan “Zuğulba” sanatoriyasının ərazisində 10.65 sot torpaq sahəsinin onun xeyrinə servitutla yüklü edilməsi, cavabdehin mülkiyyət hüququnun ciddi məhdudlaşdırılması ilə bərabər, həmin obyektin və yerləşdiyi torpaq sahəsinin özəlləşdirilmə perspektivinə mənfi təsir göstərməklə, dövlət mənafeyinə əhəmiyyətli dərəcədə ziyan vurur. Nəzərə alınmalıdır ki, dövlət əmlakının özəlləşdirilməsindən əldə olunan gəlirlər dövlət büdcəsinin formalaşmasında əhəmiyyətli rola malik olduğundan, mövcud vəziyyətdə qeyd olunan sahənin servitutla yüklü şəkildə özəlləşdirməyə açıq elan edilməsi, əmlakın özəlləşdirilməsində ciddi çətinliklərə səbəb olacaqdır (əmlakın özəlləşdirmə dəyərinə ciddi surətdə təsiri, investor cəlb edilməsi ilə bağlı faktorlar və s). Yuxarıda qeyd olunanlara əsasən bildirir ki, “Zuğulba” sanatoriyasına münasibətdə iddiaçının xeyrinə servitut təyin edilməsinin qeyri-mümkünlüyü və iddiaçının yaşadığı fərdi yaşayış evindən istifadəsinin uzunmüddətli olması nəzərə alınaraq, iddiaçının digər qonşuluğunda olan fərdi yaşayış evlərinin ərazisindən servitutun müəyyən edilməsinin mümkünlüyü məsələsinə baxılmalıdır. Belə ki, iddiaçı tərəfindən qeyd olunanlardan və işin yuxarıda qeyd olunan digər halları ilə müəyyən olunur ki, iddiaçının başqa qonşularının həyatyanı sahəsindən keçməklə iddiaçıya məxsus sahəyə gedişgəliş yolunun təmin edilməsi mümkündür. Xüsusilə qeyd edir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən işin yuxarıda qeyd olunan hallarının araşdırılması məqsədilə məhkəmə tikinti-texniki ekspertizası təyin olunsa da, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən ekspert rəyinin təqdim edilməsinin təmin olunması üçün faktiki olaraq heç bir tədbir görmədən, formal olaraq iddiaçının tərəfindən təqdim olunmuş və iş üzrə yekun qərar qəbul edilməsinə imkan verməyən natamam sübutlar əsasında, iddiaçının mənafelərinə uyğun araşdırma aparmaqla qanunsuz və əsassız qərar qəbul etmişdir.

17. Qətnamədən cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Apellyasiya şikayəti digər apellyasiya şikayətinin məzmunu ilə eynilik təşkil etməklə əlavə olaraq onunla əsaslandırılmışdır ki, Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Inzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun ##.##.2025-ci il tarixli, * nömrəli qərarının 6.1-ci maddəsinə əsasən torpaq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən nəzərə alınmalıdır ki, dövlətin və bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Nəzərə alınmalıdır ki, hazırkı iş üzrə cavabdeh qurum Əmlak Məsələləri Dövlət Xidməti olduğundan hazırkı iddiaya mülki məhkəmə icraatı qaydasında baxılması yolverilməzdir. Bununla bağlı bildirir ki, Mülki Prosessual Qanunvericiliyə edilmiş son dəyişikliklərə uyğun olaraq məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı birinci instansiya məhkəməsi qərardadlarından şikayət kassasiya şikayəti formasında verilir. Hazırkı iş üzrə Sabunçu Rayon Məhkəməsi tərəfindən iş üzrə yekun məhkəmə qətnaməsi və işin aidiyyət məsələsinin müəyyən edilməsi barədə qərardad eyni gündə ##.##.2025-ci il tarixdə qəbul edilmişdir. Belə olan halda, məhkəmə qətnaməsindən verilmiş şikayətə apellyasiya, qərardaddan verilmiş şikayətə isə kassasiya məhkəməsi tərəfindən baxılmalı olacaqdır ki, bu da prosessual qanunvericiliyə əsasən yolverilməzdir. Mövcud hal sübut edir ki, Sabunçu Rayon Məhkəməsi tərəfindən işin məhkəmə aidiyyəti ilə bağlı qəbul edilmiş ##.##.2025-ci il tarixli qərardaddan şikayət müddətini gözləmədən, iş üzrə yekun məhkəmə qətnaməsi qəbul edilməklə ciddi prosessual qanun pozuntusuna yol verilmişdir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə yuxarıda şərh edilən maddi hüquq normalarını pozmuş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmamışdır.

a) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Apellyasiya şikayətinə qarşı iddiaçı İddiaçı nümayəndəsi və vəkili nümayəndə2 tərəfindən etiraz verilmişdir.

20. Apellyasiya şikayətinə qarşı etiraz onunla əsaslandırılmışdır ki, şikayətdə cavabdeh məhkəmənin yalnız iddiaçınn təqdim etdiyi sübutlar əsasında qərar verdiyini və məhkəmə ekspertizasının aparılmaması faktları göstərilmişdir. Halbuki iş materiallarından və məhkəmə qətnaməsindən də görünür ki, ekspertizanın aparılması üçün zəruri olan tədbirlər cavabdeh tərəfindən görülməmiş, həmçinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli məktubu ilə təqdim edilmiş məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumatdan görünür ki, qərardadla ekspert qarşısından qoyulmuş sualların həlli üçün Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssislər tərəfindən mütəxəssis rəyinin Mərkəzə təqdim edilməsi üçün zəruri olduğundan bu barədə məhkəməyə ##.##.2024cü il tarixli vəsatət verilmiş, verildiyi vaxtdan 1 aydan artıq müddət keçməsinə baxmayaraq mütəxəssislər tərəfindən tərtib edilməli olan müvafiq materiallar Mərkəzə təqdim olunmamışdır. Buna görə də hazırki ekspertizanın aparılmasından imtina edərək iş üzrə materiallar icrasız geri qaytarılmışdır. Qeyd olunmalıdır ki, mütəxəssis rəyi verməli olan mütəxəssislər də cavabdeh orqanın nümayəndələri olsa da, məhkəmənin ekspertiza təyin edilməsi barədə qərardadından məlumatlı olduqları halda məhkəməyə məlum olmayan səbəbdən ekspert rəyinin alınması məqsədi ilə ekspertiza obyektinə baxış keçirilməsini təmin etməmiş, bunun obyektiv, subyektiv və ya digər üzürlü səbəblərdən olmasına dair heç bir məlumat verilməmişdir. Digər tərəfdən, dəfələrlə iddiaçı tərəfindən və məhkəmədən cavabdehlərə məktublar ünvanlanmış, ekspertizanın keçirilməsi üçün şərait yaradılması xahiş edilmişdir. Lakin cavabdehin məhkəməyə etdiyi hörmətsizlik göz qabağındadır, məhkəmə qərardadı əsasında da əraziyə baxış keçirmək mümkün olmamışdır. Belə olan halda cavabdeh hansı məntiqlə belə bir əsas irəli sürür? Məhkəmə illərlə cavabdehin əraziyə baxış keçirməsi üçün razılığınımı gözləməli idi? Bu baxımdan cavabdehin şikayətdə istinad etdiyi bu hal tamamilə əsassızdır, birinci instansiya məhkəməsində bu hal müzakirə edilib. Cavabdeh şikayətdə əvvəlki məhkəmə aktlarına istinad edərək, Anaqız Qazıyevanın ərazisindən giriş-çıxışın mümkün olduğuna, sadəcə sonuncu tərəfdən qanunsuz olaraq darvaza qoyulduğuna istinad etmişdir. Halbuki həm istinad edilən qətnamə, həm də həmin dövrdə aparılmış ekspertizalar bunun əksini müəyyən edir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin *(***)-***/**** nömrəli ##.##.2023-cü il tarixli qətnaməsinin 22-23-cü səhifələrində qeyd edilir: Mülki iş üzrə apellyasiya icraatı zamanı təyin edimliş əlavə məhkəmə tikinti texniki və əmtəəşünaslıq ekspertizasının nəticəsində verilmiş ##.##.2022-ci il tarixli mütəxəssis rəyi və ##.##.2023-cü il tarixli **/**** saylı ekspert rəyinin, habelə müvafiq olaraq həmin rəyləri imzalamış mütəxəssis və ekspertin məhkəmə iclasında verdikləri izahatların mülki işdə olan digər sübutlarla müqayisəli tədqiqi nəticəsində məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, cavabdeh X3 mülkiyyətində olan * saylı fərdi yaşayış evinin torpaq sahəsinin faktiki ölçüləri həmin evin texniki pasportundakı ölçülərinə uyğundur, * saylı evlə Rusiya Səfirliyinin torpaq sahəsi arasında hər hansı küçə, yol yoxdur, bu isə o deməkdir ki, cavabdeh X3 tərəfindən hər hansı, o cümlədən iddiaçının xüsusi mülkiyyətində olan * saylı fərdi yaşayış evinin yolu bağlanmamış, zəbt edilməmişdir. Rusiya Səfirliyinin torpaq sahəsinə giriş-çıxışı üçün qoyulmuş dəmir darvazası hazırda istifadəsiz olan, lakin ərazisi mühafizə olunan Zaqulba sanatoriyasının ərazisi istiqamətindədir. Daha sonra şikayətdə əvvəlki mülkiyyətçi Xəlilov Cavanşirin texniki pasportuna istinad edərək yol olduğuna əsaslanır. Amma tədqiq olunmuş sənədin əslinin və notarial qaydada təsdiq edilmiş surətinin olmadığı aydındır. Hətta sözügedən qətnamədə qeyd olunur : Birinci instansiya məhkəməsi işin bu halına diqqət yetirməmişdir ki, ekspert rəyində istinad edilmiş mülki işin 1-ci cild 50-52 səhifələrində olan * saylı evin yalnız əvvəlki mülkiyyətçisi X9 adının göstərildiyi * saylı evə dair tərtib olunmuş 97 inventar nömrəli, 1997-ci il tarixli texniki pasportu kserosurət olmaqla nə əsli, nə də təsdiq edilmiş surəti iş materiallarında mövcud olmamışdır. Bildirir ki, həmin qətnamə və ondan sonrakı Ali Məhkəmənin qətnamələri qüvvədədir. Məhkəmənin qanuni qüvvəyə minmiş aktları ilə təsdiq olunan hallar sübut olunmur və mübahisəsiz hallardır. (MPM 82.3) Şikayətdə servititun müqavilə azadlığı prinsipinə istinad edilməklə, yalnız razılaşma ilə mümkünlüyündən və məhkəmə tərəfindən heç bir halda məcbur edilmədən baş tutmasından bəhs edilmişdir. Müqavilə azadlığı barədə cavabdehin şikayətdə qeyd etdiyi məsələlər etiraz doğurmur. Etiraz doğuran məsələ bu prosesin ilk öncə tərəflə razılaşdırılmalı olması, servititun təyin edilmə məsələsinin yalnız müqavilə azadlığına uyğun həyata keçirilməsi və mütləq müqavilə bağlanması yolu ilə edilməli olması hallarıdır. Əvvəla qanun normasında ilk öncə tərəflə razılaşdırmalı, mümkün olmasa məhkəməyə müraciət edilməli olmasından bəhs edilməmişdir. Mülki qanunvericilik növbəli şəkildə edilməli olan prosedur tələb edən məsələləri aydınlıqla tənzimləyir. Əgər elə bir tələb olsa idi ki, ilk öncə tərəfə müraciət edilməlidir, mütləq şəkildə qanunverici bunu tənzimləyərdi. Ikinci məsələ, Torpaq Məcəlləsinin 54-cü maddəsində qeyd edilir: 1. Servitut bir və ya bir neçə qonşu (özgə) torpaq sahələrindən məhdud istifadə hüququdur. Torpaq sahəsi üzərində servitutla bağlı münasibətlər bu Məcəllə və Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə nizama salınır. Servitut torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri arasında razılaşma ilə, yaxud məhkəmənin qərarı ilə müəyyən edilə bilər. Torpaq mülkiyyətçisinin, istifadəçisinin və icarəçisinin öz sahəsinə xidmət göstərmək üçün qonşu torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinə servitut qoyulmasını tələb etmək, o cümlədən məhkəmə qaydasında tələb etmək hüququ vardır. Göründüyü kimi, norma açıq şəkildə təfsirə ehtiyac duyulmadan bildirir ki, bu məsələ iki formada tənzimlənməsi mümkündür və ardıcıllıq yoxdur. Şikayətdə qeyd edilir: Servitut verilərkən müqavilə azadlığı və mülkiyyət hüququnun predmeti barəsində mülkiyyətçinin sərbəst sərəncam vermə azadlığına sahib olması təmin olunmalıdır. Tərəflərin sərəncam hüququnun əlindən alınması və onun razılığı olmadan sevitut təyin olunması cavabdehin mülkiyyət hüququnun əhəmiyyətli dərəcə pozulmasına şərait yaradır...". Həmçinin əmlakın dövlət mülkiyyətində olması və bununla da özəlləşdirilməsinə dövlət büdcəsinə çətinlik yaradacağı hallarından bəhs edilmişdir. Burada da cavabdeh yenə mülki qanunvericilik normalarını səhv təfsir edərək məhdud əşya hüququnun mahiyyətini unudur. Belə ki, məhdud əşya hüququ adından da göründüyü kimi, tam əşya hüququnun məhdudlaşması üçündür. Servitut təsis edilən obyektə sərəncam hüququ məhdudlaşmır. Servitut əşyanı izləyən hüquqdur. Heç bir normada servitut təsis edildikdə sərəncamın məhdudlaşması qeyd edilmir. Servitut təsis edildikdə sadəcə əşya yüklü edilmiş olur. Servitut təsis edilən əmlak rahatlıqla özgəninkiləşdirilə bilir. Bu baxımdan cavabdehin normaları təfsir çabası ilə qeyd edilən şikayət əsasları absurd xarakter daşıyır. Cavabdeh pretenziya qaydasına əməl edilmədən məhkəmə prosesinin aparılmasından bəhs etmişdir. Bu iş üzrə pretenziya irəli sürülmə tələbi mövcud deyildir. Mülki prosessual qanunvericiliyin müddəalarına görə pretenziya qaydası ya qanunla, ya da tərəflər arasında razılaşma ilə nəzərdə tutulduqda məcburidir. Bu mübahisə üzrə nə qanunda, nə də tərəflər arasında razılaşmada belə bir şərt mövcud deyildir. Yuxarıdaki normalar bir daha bunu təsdiq edir. Əgər maddi hüquq normalarında hər hansı ardıcıllıq mövcud olsa idi, mövcud əsasa istinad etmək mümkün ola bilərdi. Daha sonra cavabdeh şikayətdə özünü bir daha təkzib edir. Eyni vaxtda həm qərardaddan şikayət verərək işin aidiyyəti üzrə Xəzər rayon məhkəməsinə göndərilməli olmasından bəhs edərkən, bir tərəfdən qətnamədən şikayət verib işin inzibati məhkəmədə baxılmasından bəhs edir. Şikayətdə qeyd edilir ki, tərəflərdən biri inzibati orqandır və dövlətin və bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Bildirir ki, ilk olaraq, Inzibati Prosessual Məcəllə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan mübahisələrin dairəsini göstərir. Hazırki mübahisə isə IPM-in 2-ci maddəsi ilə müəyyən edilmiş inzibati mübahisələrin dairəsinə düşmür. Eyni zamanda Mülki Məcəllənin 43.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. Mübahisə dövlət mülkiyyətində olan torpağın başqa şəxsin istifadəsinə mülkiyyətinə və icarəsinə verilməsi ilə bağlı deyildir. Belə ki, sanatoriya üzərində servitut təsis edilməsi mülkiyyətə tam əşya hüququnun məhdudlaşmasını ifadə edir. Bununla da mövcud mübahisənin predmeti mülki xarakterli mübahisə təşkil edir, həmin mübahisə inzibati orqanın inzibati aktı və inzibati xarakterli hərəkət və ya hərəkətsizliyindən yaranmamış və inzibati orqan tərəf olsa da hüquqi şəxs kimi mülki hüquq münasibətlərində iştirak edir. IPMin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Inzibati mübahisə nədir? Məlumdur ki, inzibati orqanda mövcud icraat Inzibati icraat haqqında Qanunla, inzibati məhkəmədə içraat isə Inzibati Prosessual Məcəllə ilə tənzimlənir. Inzibati icraat dedikdə, Inzibati Icraat haqqında Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət başa düşülür. Inzibati hüquq normalarının təhlili mövcud mübahisənin nə inzibati orqanın inzibati aktlarından, nə də inzibati orqanın faktiki xarakterli hərəkət və ya hərəkətsizliyindən irəli gəldiyini göstərmir. Mövcud mübahisə mülki hüquq xarakterli olmaqla, inzibati orqanın balansında olan əraziyə servitutun təsis edilməsi, yəni mülkiyyətin yüklü hala gəlməsindən bəhs edir. Bununla da şikayətdə aidiyyətlə bağlı istinad edilən hal əsassız xarakter daşıyır. Beləliklə, qeyd olunan işin faktiki hallarını və maddi və prosessual hüquq normalarını nəzərə alaraq, cavabdehin apellyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhər Sabunçu rayon Məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasını xahiş edir.

b) Proses iştirakçılarının izahatı

21. Məhkəmənin sonuncu iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

22. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

23. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan "X17 və Koordinasiya Mərkəzi" publik hüquqi şəxsinin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

24. Iddiaçının nümayəndəsi və vəkili nümayəndə2 elektron kabinet vasitəsilə ərizə təqdim edərək qeyd etmişdir ki, məhkəməyə mütəxəssis rəyi təqdim edilmiş və həmin mütəxəssis rəyində mübahisəli bağ sahəsinə iddia olunan yolun üzərində tikilinin olduğu qeyd edilmişdir. Qeyd edir ki, mütəxəssis rəyi veriləndən sonra sanatoriyanın ərazisindəki bütün tikililər sökülmüş və hal-hazırda ərazidə heç bir tikili yoxdur. Bu halı təsdiq edə biləcək sübutlarışəkilləri və video görüntüləri təqdim edərək nəzərə alınmasını xahiş etmişdir.

25. Məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə iclasına gəlməmişdir. Iddiaçının nümayəndəsi və vəkili nümayəndə2 elektron kabinet vasitəsilə ərizə təqdim edərək sonuncu məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

c) Digər prosessual hərəkətlər

26. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qərardadı ilə qərara alınmışdır: mübahisə predmeti olan torpaq sahəsinə gediş-gəlişin mümkünlüyünün müəyyən edilməsi ilə bağlı mütəxəssis rəyi alınsın. Mütəxəssis qarşısında aşağıdakı suallar qoyulsun: 1.Iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Zağulba şossesində 0,0072 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı, 24 kv.m yaşayış sahəsindən ibarət * nömrəli fərdi yaşayış evinə həm naturada, həm baza məlumatlarına əsasən (koordinatlar müəyyən edilməklə) yol varmı və həmin torpaq sahəsinə gediş-gəliş mümkündürmü? 2. Əgər mümkün deyilsə cavabdehə məxsus torpaq sahəsindən hansı istiqamətdə, hansı qaydada piyada və avtomobil keçidinin verilməsi məqsədəuyğundur? 3. Iddiaçının tələb etdiyi zəruri keçid hansı qonşu torpaq sahəsinə münasibətdə daha yolverilən və daha az zərər vurulmaqla başa gələ bilər? 4. Iddiaçının tələbinin təmin olunacağı və keçidin veriləcəyi halda cavabdehin mülkiyyətində olan torpaq sahəsindən, konkret olaraq keçidin verildiyi ərazidən istifadəsini mümkünsüz edirmi? Qərardadın icrası Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan cavabdeh3 həvalə edilsin. Mütəxəssis rəyinin alınması üçün Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinintabeliyində olan cavabdeh3 qərardadın surəti iş materialları ilə birlikdə təqdim olunsun. Rəy verilməsi üçün mütəxəssisə qərardad təqdim olunduqdan sonra 20 gün müddət müəyyən edilsin. Mülki iş üzrə icraat rəy alınanadək dayandırılsın.

27. Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx Publik Hüquqi Şəxsi * saylı Bakı Ərazi Idarəsinin *-**-*-**/*-*****/**** nömrəli ## #### 2026-cı il tarixli mütəxəssis rəyindən görünür ki, mütəxəssis qarşısında qoyulmuş suallar: 1) Iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Zağulba şossesində 0,0072 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı, 24 kv.m yaşayış sahəsindən ibarət * nömrəli fərdi yaşayış evinə həm naturada, həm baza məlumatlarına əsasən (koordinatlar müəyyən edilməklə) yol varmı və həmin torpaq sahəsinə gediş-gəliş mümkündürmü? 2) Əgər mümkün deyilsə cavabdehə məxsus torpaq sahəsindən hansı istiqamətdə, hansı qaydada piyada və avtomobil keçidinin verilməsi məqsədəuyğundur? 3) Iddiaçının tələb etdiyi zəruri keçid hansı qonşu torpaq sahəsinə münasibətdə daha yolverilən və daha az zərər vurulmaqla başa gələ bilər? 4) Iddiaçının tələbinin təmin olunacağı və keçidin veriləcəyi halda cavabdehin mülkiyyətində olan torpaq sahəsindən, konkret olaraq keçidin verildiyi ərazidən istifadəsini mümkünsüz edirmi? Araşdırmanın nəticəsi olaraq aşağıda qeyd edilənlər müəyyən edildi: 1) Ünvana baxış keçirilən zaman məlum oldu ki, sözügedən fərdi yaşayış evinə yol yoxdur. Iddiaçının bildirdiyinə əsasən evə ən yaxın yol Zağulba sanatoriyasının ərazisindən 4.5 m enində yolun ayrılmasını istəyir. Iddiaçının bildirdiyi ərazidə 4.5 m eni 259.77 m uzunluğu olan ərazidir və yolun sanatoriyanın ərazisindən keçən ümumi sahəsi 1340.0 kv.m təşkil edir. Yolun üstündə bir ədəd transformator binası və bir ədəd binaya bitişik köməkçi sahənin bir hissəsi yola düşür. Hər iki tikili köhnə tikililərdir. Fərdi yaşayış evinin yerləşdiyi ərazinin, ümumi yolun və sanatoriyanın ərazisindən keçən yolun koordinatları rəyə əlavə olunur. Həmçinin sözügedən ərazinin yerləşməsini əks etdirən baş plan rəyə əlavə olunur. 2) Qeyd olunan məsələ idarənin səlahiyyətləri xaricindədir. Belə ki, sahəyə naturada yol ayrılması aidiyyəti Icra Hakimiyyəti orqanlarının iştirakı ilə yerində müəyyənləşdirilə bilər. 3) Vahid elektron kadastr baza məlumatlarına əsasən iddiaçının tələb etdiyi zəruri keçid yolu Zağulba sanatoriyasının sənəd üzrə ərazisidir. Həmin hissədə sanatoriyaya aid tikili və qurğular yerləşir. Vahid elektron kadastr baza məlumatlarına əsasən qeyd olunan ərazi sanatoriyanın hasardaxili yerləri olmaqla, hər hansı bir yol olmayıb (əvvəllər).

28. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli iddiaçı İddiaçı cavabdehlər "cavabdeh3 və Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı "servitut hüququ" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e*(***)-***/**** saylı, ## #### 2025-ci il tarixli qətnaməsindən cavabdehlər Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan "X17 və Koordinasiya Mərkəzi" publik hüquqi şəxsi tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə mülki işin icraatı təzələnmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

29. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

30. Maddə 169.1. Bu Məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər.

31. Maddə 138.1. Əşyanın yüklülüyü - qanun və ya əqd əsasında əşyaya mülkiyyət hüququnun hər hansı formada məhdudlaşdırılmasıdır.

32. Maddə 170.1. Ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır.

33. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər.

34. Maddə 175.1. Əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır.

35. Maddə 175.2. Sahələrindən zəruri yol və ya birləşdirici xətt keçəcək qonşulara müvafiq kompensasiya ödənilməlidir. Tərəflər arasında razılaşmaya əsasən kompensasiya birdəfəlik ödəniş şəklində verilə bilər. Maddə 255.1. Servitut daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman ona (digər daşınmaz əşyanın mülkiyyətçisinə) ayrıayrı hallarda

36. əşyadan istifadə etməyə icazə verilir və ya daşınmaz əşyanın mülkiyyətçisinə müəyyən hərəkətləri yerinə yetirməyə və ya mülkiyyət hüququndan irəli gələn digər hüquqları həyata keçirməyə icazə verilmir.

37. Maddə 255.2. Daşınmaz əşyanın servitutla yüklülüyü həmin əşyanın mülkiyyətçisini sahiblik, istifadə, sərəncam hüquqlarından məhrum etmir.

38. Maddə 255.4. Servitut torpaq sahəsindən piyada və avtomobillə keçidin, elektrik, rabitə xətlərinin və boru kəmərlərinin çəkilişinin və istismarının, su təchizatının və meliorasiyanın, habelə daşınmaz əmlak mülkiyyətçisinin servitut qoyulmadan təmin edilə bilinməyən digər ehtiyaclarının təmin edilməsi üçün təyin oluna bilər.

39. Maddə 256.1. Servitutun verilməsi üçün daşınmaz əmlakın dövlət reyestrində onun qeydə alınması zəruridir. Servitutun əldə edilməsi və qeydə alınması üçün torpağa mülkiyyət haqqında müddəalar qüvvədədir.

40. Maddə 261.1. Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, servitutla yüklü olan daşınmaz əşyanın mülkiyyətçisi xeyrinə servitut qoyulmuş ixtiyarlı şəxslərdən sahədən istifadə üçün haqq tələb edə bilər.

41. Maddə 261.2. Haqqın miqdarı tərəflərin razılaşması ilə, razılaşmaya gəlmək mümkün olmadıqda isə məhkəmənin qərarı ilə müəyyənləşdirilir.

Azərbaycan Respublikasının Torpaq Məcəlləsi:

42. Maddə 54 Servitut - bir və ya bir neçə qonşu (özgə) torpaq sahələrindən məhdud istifadə hüququdur. Torpaq sahəsi üzərində servitutla bağlı münasibətlər Torpaq Məcəlləsi və Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə nizama salınır. Servitut torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri arasında razılaşma ilə, yaxud məhkəmənin qərarı ilə müəyyən edilə bilər. Torpaq mülkiyyətçisinin, istifadəçisinin və icarəçisinin öz sahəsinə xidmət göstərmək üçün qonşu torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinə servitut qoyulmasını tələb etmək, o cümlədən məhkəmə qaydasında tələb etmək hüququ vardır. Torpaq sahəsinə aşağıdakı servitutlar müəyyən edilə bilər: - torpaq sahəsindən piyada və ya nəqliyyat vasitəsilə keçmək; - qanunvericiliyə zidd olmayan hallarda torpaq sahəsi üzərində digər servitutlar və sair. Servitutlar, onların müəyyən edildiyi torpaq sahəsinə mümkün qədər az məhdudiyyətlər yaradan üsullarla həyata keçirilməlidir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

43. Maddə 14.2 məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

45. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

46. Maddə 384.0.2 apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

47. Maddə 385 maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya baxışının hədləri

48. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

49. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

50. Hazırki halda cavabdehlər apellyasiya şikayətlərində qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

51. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-*(***)-***/**** nömrəli ##.##.2025-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddiaçı İddiaçı cavabdehlər "cavabdeh3, Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan "X17 və Koordinasiya Mərkəzi" publik hüquqi şəxsinə qarşı "servitut hüququ" tələbinə dair iddiası təmin edilməməlidir.

52. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. Ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

53. Iddiaçı cavabdehlərə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək xüsusi mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh, Zağulba şossesində 0.0072 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 1 otaqlı 24 kv.ın yaşayış sahəsindən ibarət * nömrəli fərdi yaşayış evinə giriş-çıxışın təmin edilməsi üçün həmin bağ sahəsindən ictimai yola qədər məsafədə cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mülkiyyətində olan Zaqulba sanatoriyasının ərazisindən eni 5 m olan avtomobil və piyada yolunun təqdim edilməsi, həmin yola iddiaçının xeyrinə servitut təyin edilməsi, təyin edilən servitutun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını tələb etmişdir.

54. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. a) Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üst-üstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə iradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) b) Iddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun.

55. Iddia tələbinin qanuni əsas dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir.

56. Məhkəmə kollegiyası birinci insansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə ilə razılaşmamaqla qətnaməni qanuni və əsaslı hesab etmir.

57. Belə ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən mövqeyini onunla əsaslandırmış ki, qanuni qüvvəsini almış məhkəmə aktları ilə müəyyən edilmişdir ki, ərazinin, orda olan bağ evlərinin, Rusiya Səfirliyinin torpaq sahəsinin, onun hasarının, darvazasının, iddiaçının və cavabdehin torpaq sahələrinin, onların arasında olan başqa bir bağ sahəsinin, iddiaçının və Rusiya Səfirliyinin torpaq sahəsinə sanatoriya tərəfdən gedən torpaq yolun fotoşəkillərinə istinadən də hesab etmişdir ki, iddiaçının öz bağına gedib-gəlmək üçün istifadə etdiyi yol məhz sanatoriya ərazisindən olan torpaq yol olmuş, Anaqız Qazıyevanın torpaq sahəsi tərəfdən, onun torpaq sahəsi ilə Rusiya Səfirliyinin torpaq sahəsi arasında hər hansı küçə, yol olmamışdır.

58. Kollegiya qeyd edir ki, iş materiallarında olan məhkəmə aktları iddiaçıya məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh, Zağulba şossesində 0.0072 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 1 otaqlı 24 kv.ın yaşayış sahəsindən ibarət * nömrəli fərdi yaşayış evinə giriş-çıxışın təmin edilməsi üçün həmin bağ sahəsindən ictimai yola qədər məsafədə avtomobil və piyada yolunun (iddiaçının xeyrinə servitut təyin edilməsi) məhz cavabdehə məxsus torpaq sahəsindən verilməsi ilə bağlı hər hansı qeyd mövcud olmamışdır.

59. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmşdir ki, servitut təyin edilərkən cavabdehin mülkiyyətində olan tikililərin əhəmiyyətli dərəcədə zərər vurulması hallarının olması müəyyən edilmədiyindən bu yoldan həm avtomobil, həm də piyada yolu kimi istifədə ediləcəyi nəzərə alınmaqla yolun 5 mert enində müəyyən edilməsi məqsədəmüvafiqdir.

60. Kollegiya qeyd edir ki, servitut mülkiyyət hüququnun məhdudlaşdırılmasının qanunla müəyyən edilmiş əsaslarından biridir. Mülki Məcəllənin 255.4-cü maddəsinin məzmunundan aydın olur ki, daşınmaz əmlak mülkiyyətçisi digər mülkiyyətçinin əşyası üzərində aşağıdakı hallarda servitut təyin edilməsini tələb edə bilər: - torpaq sahəsindən piyada və avtomobillə keçid üçün; - elektrik, rabitə xətlərinin və boru kəmərlərinin çəkilişi və istismarı, su təchizatı və meliorasiya məqsədləri üçün; -daşınmaz əmlak mülkiyyətçisinin servitut qoyulmadan təmin edilə bilinməyən digər ehtiyaclarının təmin edilməsi üçün.

61. Göründüyü kimi, Mülki Məcəllənin servitutun təyin edilməsi əsaslarını müəyyən edən 255.4-cü maddəsində əsas şərtlərdən biri torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə digər keçidinin olmaması və yüklü edilməsi tələb edilən torpaq sahəsindən istifadə etmədən mülkiyyətçinin ehtiyaclarının təmin edilməsinin mümkün olmamasıdır. Lakin məhkəmə nəzərə almamışdır ki, tələbin qanuniliyi bu norma əsasında yoxlanılarkən tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır.

62. Kollegiya həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsinin istinad etdiyi “X7 və Ekspertiza Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin ##.##.2025-ci il tarixli ** nömrəli rəyi hazırkı iddia tələbinin təmin edilməsi yönündə əsas sübut hesab edilə bilməz. Belə ki, hazırkı mübahisənin həlli üçün Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəsislərinin işə cəlb edilməsi zəruri olduğu halda birinci instansiya məhkəməsi natamam araşdırma aparmış, mütəxəssis rəyinin alınması yönündə yetərli hərəkətlər etməmiş və bununla Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərini pozmuşdur.

63. Apellyasiya icraatı zamanı mübahisə predmeti olan torpaq sahəsinə gediş-gəlişin mümkünlüyünün müəyyən edilməsi ilə bağlı mütəxəssis rəyinin alınması qərara alınmış və Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx Publik Hüquqi Şəxsi * saylı Bakı Ərazi Idarəsinin *-**-*-**/*-*****/**** nömrəli ## #### 2026-cı il tarixli mütəxəssis rəyi iş materiallarına əlavə edilmişdir. Həmin rəydən görünür ki, 1) Ünvana baxış keçirilən zaman məlum oldu ki, sözügedən fərdi yaşayış evinə yol yoxdur. Iddiaçının bildirdiyinə əsasən evə ən yaxın yol Zağulba sanatoriyasının ərazisindən 4.5 m enində yolun ayrılmasını istəyir. Iddiaçının bildirdiyi ərazidə 4.5 m eni 259.77 m uzunluğu olan ərazidir və yolun sanatoriyanın ərazisindən keçən ümumi sahəsi 1340.0 kv.m təşkil edir. Yolun üstündə bir ədəd transformator binası və bir ədəd binaya bitişik köməkçi sahənin bir hissəsi yola düşür. Hər iki tikili köhnə tikililərdir. Fərdi yaşayış evinin yerləşdiyi ərazinin, ümumi yolun və sanatoriyanın ərazisindən keçən yolun koordinatları rəyə əlavə olunur. Həmçinin sözügedən ərazinin yerləşməsini əks etdirən baş plan rəyə əlavə olunur. 2) Qeyd olunan məsələ idarənin səlahiyyətləri xaricindədir. Belə ki, sahəyə naturada yol ayrılması aidiyyəti Icra Hakimiyyəti orqanlarının iştirakı ilə yerində müəyyənləşdirilə bilər. 3) Vahid elektron kadastr baza məlumatlarına əsasən iddiaçının tələb etdiyi zəruri keçid yolu Zağulba sanatoriyasının sənəd üzrə ərazisidir. Həmin hissədə sanatoriyaya aid tikili və qurğular yerləşir. Vahid elektron kadastr baza məlumatlarına əsasən qeyd olunan ərazi sanatoriyanın hasardaxili yerləri olmaqla, hər hansı bir yol olmayıb (əvvəllər).

64. Göründüyü kimi, birinci instansiya məhkəməsinin müəyyən etdiyi qaydada cavabdehin mülkiyyətində olan torpaq sahəsindən keçidin verilməsi onun həmin torpaq sahəsindən təyinatı üzrə bütöv şəkildə istifadə hüququnu əhəmiyyətli dərəcədə məhdudlaşdırır. Mütəxəssis rəyi ilə cavabdehin mülkiyyətində olan torpaq sahəsinin iddiaçının mülkiyyətində olan torpaq sahəsi istiqamətində müxtəlif təyinatlı tikililərin (bir ədəd transformator binası və bir ədəd binaya bitişik köməkçi tikili) mövcudluğu müəyyən edilir. Hazırda iddiaçının nümayəndəsi tərəfindən mübahisəli ərazidə yerləşən tikililərin sonradan söküldüyü iddia edilir. Kollegiya hesab edir ki, həmin hal öz-özlüyündə iddianın təmin edilməsi üçün hüquqi əsas yaratmır. Belə ki, mübahisənin həlli zamanı cavabdehin mülkiyyət hüququnun mahiyyət etibarilə məhdudlaşdırılmasına yol verilməməlidir. Bu səbəbdən, tikililərin mövcud olub-olmamasından asılı olmayaraq, iddiaçının fərdi yaşayış evinə giriş-çıxışın təmin edilməsi üçün həmin bağ sahəsindən ictimai yola qədər məsafədə cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mülkiyyətində olan Zaqulba sanatoriyasının ərazisindən eni 5 m olan avtomobil və piyada yolunun təqdim edilməsinə dair tələbi təmin edilə bilməz.

65. Kollegiya yuxarıda qeyd olunan qanunvericilik normaları kontekstindən işin faktiki hallarını, eyni zamanda mütəxəssis rəyi ilə müəyyən edilmiş vəziyyəti nəzərə alaraq hesab edir ki, hazırkı halda iddia tələbinin təmin edilməsi mümkünsüzdür. Belə ki, tələb edilən formada iddiaçının xeyrinə servitut təyin edilməsi mülkiyyətçinin ona məxsus toraq sahəsindən istifadənin mümkünsüz etməklə bərabər iddiaçı üçün də əlavə xərclərin (yolun açılması, cavabdehə məxsus toraqda yerləşən tikinti sahələrinin kompensasiya edilməklə iddiaçının öz vəsaiti hesabına sökülməsi və.s) yaranmasına gətirib çıxaracaqdır. Belə olan halda həmin vəziyyət mülki qanunvericiliyin ümumi-fundamental prinsipləri olan səmərəlik-qənaət prinsiplərinin mahiyyəti ilə də uzlaşmır.

66. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan prosessual normaları düzgün tətbiq etməmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir.

67. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

68. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

69. Kollegiya hesab edir ki, hazırkı halda iddia tələbi rədd edildiyindən iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Apellyasiya şikayətinin verilməsinə görə cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan "X17 və Koordinasiya Mərkəzi" publik hüquqi şəxsi tərəfindən ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən cavabdehin özünə aid edilməlidir.

70. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan "X17 və Koordinasiya Mərkəzi" publik hüquqi şəxsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-*(***)-***/**** nömrəli ##.##.2025-ci il tarixli qətnaməsi ləğv edilsin Iş üzrə yeni qətnamə qəbul edilsin. Iddia tələbi təmin edilməsin. Iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan "X17 və Koordinasiya Mərkəzi" publik hüquqi şəxsi tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar