Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5765/2022 16.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), Həsənov Elnur Məmmədsaat oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “mənzildən çıxarılma tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 iyun 2022-ci il tarixli 2(011)- 1974/2022 saylı qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlərin ona məxsus olan Bakı şəhəri, Xətai rayonu, Gəncə prospeki 2935A ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 1-ci blok 13-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 60.18 kv.m olan 2 otaqlı mənzildən çıxarılmasına və həmin mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 iyun 2022-ci il tarixli 2(011)-1974/2022 saylı qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Həmin qərardaddan Cavabdeh1 tərəfdən şikayət verilmiş və məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Kollegiya hesab edir ki, şikayət üzrə apelyasiya qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 395-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından aşağıdakı hallarda şikayət verə bilərlər: bu Məcəllədə göstərilən hallarda; məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda. Birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər. Göründüyü kimi mübahisələndirilən qərardadla iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və qərardadın “qərara aldı” hissəsində də göstərilmişdir ki, “Qərardadın iş üzrə icraatın dayandırılması hissəsindən 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər.” Cavabdeh1 şikayət verərək, məhkəmə tikinti-texniki ekspertizanın təyin edilməsi haqqında qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Belə olan halda cavabdeh şikayətində qərardadı iş üzrə icraatın dayandırılması hissəsində yox, ekspertiza təyin edilməsinə aid hissədə mübahisələndirmişdir, qanunvericiliyin tələbinə görə isə həmin qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır. Birinci instansiya məhkəməsi verilmiş şikayəti geri qaytarmalı olduğu halda, həmin şikayətə baxaraq təmin etməmiş və baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi qeyd edilən hallara diqqət yetirməmişdir. Odur ki, məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 iyun 2022-ci il tarixli 2(011)-1974/2022 saylı qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətinin icraata qəbul olunması barədə qərardad ləğv olunaraq, şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilməli və iş apellyasiya baxışından çıxarılaraq birinci instansiya məhkəməsinə qaytarılmalıdır. MPM-in 384.0.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi, apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 iyun 2022-ci il tarixli 2(011)-1974/2022 saylı qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətin icraata qəbul olunması barədə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 iyul 2022-ci il tarixli 2(103)-5765/2022 saylı qərardadı ləğv olunsun, şikayət üzrə apelyasiya qeyri-mümkün hesab edilsin və şikayət geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5765/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5765/2022
16.08.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver