Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5767/2022 25.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçı və onun nümayəndə-vəkii Vəkil1, Maraqlı şəxs nümayəndəsi və vəkili Nümayəndə1, Maraqlı şəxs X11 vəkili-nümayəndəsi Vəkil2, Cavabdeh3 ( indiki adı "xxxx") MMC-nin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh3 MMC-yə və Bakı şəhəri Cavabdeh2 qarşı “Əmlakın qiymətləndirilməsi barədə hesabatların, hərracın nəticələri haqqında yekun protokolların və ondan irəli gələn bütün hüquqverici sənədlərin, alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsinə” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-421/2020 saylı, 24 noyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçı və Maraqlı şəxs tərəflərindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi, İşin halları "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli hesabatına əsasən İddiaçı məxsus olan ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsi, tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti – 400.000 manat təşkil edir. "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli hesabatına əsasən, İddiaçı məxsus olan Bakı şəhəri Nəsimi rayonu 28 May küçəsində yerləşən 20 saylı evin 79 saylı mənzilin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti – 130.000 manat təşkil edir. "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli hesabatına əsasən İddiaçı məxsus olan Bakı şəhəri Nərimanov rayonu Nazim Hacıyev küçəsində yerləşən 7 saylı evin 16 saylı mənzilin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti – 100.000 manat təşkil edir. İddiaçı cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh3 MMC-yə və Bakı şəhəri Cavabdeh2nə qarşı “əmlakın qiymətləndirilməsi barədə hesabatların etibarsız hesab edilərək ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Daşınar və Daşınmaz Əmlakların Qiymtələndirilməsi Xidməti “ MMC tərəfindən aparılan xx.xx.2019-cu il tarixli 224, 224/1, 224/2 saylı əmlakın qiymətləndirilməsi barədə hesabatların etibarsız hesab edilərək ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia ərizəsinə əlavə təqdim edərək, cavabdeh "xxxx" MMC tərəfindən aparılan xx.xx.2019-cu il tarixli 224, 224/1, 224/2, saylı Əmlakın qiymətləndirilməsi barədə Hesabatların, həmçinin Hyundai İX 55 markalı ** NU *** dövlət qeydiyyat nişanlı avtomobilin qiymətləndirilməsi barədə hesabatın, hərracın nəticələri haqqında yekun protokolların və ondan irəli gələn bütün hüquqverici sənədlərin alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Nihakın bağlanması haqqında Vİİ ЖГ seriyalı 336891 saylı şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X12 arasında xx.xx.1997-ci ildə rəsmi nikah bağlanmışdır. Nikahdan sonra X15 soyadı verilmişdir. Hal-hazırda tərəflər rəsmi nikahda qalmaqdadır. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəmsinin 2(103) -8400/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsinə və Bakı şəhəri Cavabdeh2 12193-109588/19-15-4 saylı xx.xx.2019-cu il tarixli sifariş məktubuna əsasən ona məxsus Bakı şəhəıli Nəsimi rayonu Fizuli küşəsi, 79 ünvanda yerləşən qeyri-yaşayış sahəsi, Bakı şəhəri Nərimanov rayonu Hazim Hacıyev küçəsində yerləşən 7 saylı evin 16 saylı mənzilin və Bakı şəhəri Nəsimi rayonu 28 May küçəsində yerləşən 20 saylı evin 79 saylı mənilin bazar qiymətini müəyyən etmək üçün cavabdeh qiymətləndirilmə barədə Hesabatlar tərtib etmişdir. Belə ki, cavabdeh “Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti “ MMC tərəfindən hazırlanan: - 29.10 2019-cu il tarixli 224 saylı Əmlakın qiymətləndirilməsi barədə Hesabata əsasən ünvan 4 ünvanında yerləşən qeyri yasşayış sahəsi 400.000 (dörd yüz min ) manat dəyərində qiymətləndirilmişdir. xx.xx.2019-cu il tarixli 224/2 saylı “Əmlakın qiymətləndirilməsi barədə Hesabata əsasən Bakı şəhəri Nazim Hacıyev küçəsində yerləşən 7 saylı evin 16 saylı mənzili 100.000 (yüz min) manat dəyərində qiymətləndirilmişdir. xx.xx.2019-cu il tarixli 224/1 saylı “Əmlakın qiymətləndirilməsi barədə Hesabata əsasən Bakı şəhəri Nəsimi rayonu 28 may küçəsi küçəsində yerləşən 20 saylı evin 79 saylı mənzili -130.000 (yüz otuz min) manat dəyərində qiymətləndirilmişdir. Hesab edir ki, mülkiyyətində olan əmlakların qiymətləndirilməsi barədə Hesabatlarda əks olunan qiymətlər reallıqdan uzaqdır, real dəyərlərindən xeyli azdır. Əmlaklarının dəyəri xeyli yüksək olduğundan hazırki tələblə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Qiymətləndirmə aparılarkən əmlaklarının yerləşdiyi ərazi, rayon,- yəni şəhərin mərkəzində yerləşmələri nəzərə alınmamışdır. Belə ki, şəhərin mərkəzində - Fizuli küçəsində arxitektur binada yerləşən ümumi sahəsi 225.3 kv.m. təmirli qeyri yaşayış sahəsi 400.000 manat qiymətləndirilməsi ağlabatan deyildir, bazar dəyəri müəyyən edilərkən həmçinin kommersiya cazibədarlığı nəzərə alınmamışdır. Eləcə də, şəhərin mərkəzində 28 may küçəsində yerləşən təmirli 2 otaqlı mənizlin 130.000 manat qiymətləndirilməsi, Nazim Hacıyev küçəsində yerləşən təmirli 2 otaqlı mənzilin də 100.000 manat qiymətləndirilməsi ağlabatan deyildir. Bundan əlavə əmlaklarının qiymətləndirilməsi qanunsuz aparılmışdır. Belə ki, Cavabdeh2 icra məmuru Cəmil Taqıyevin xx.xx.2019-cu il tarixli “Qiymətləndiricinin dəvət edilməsi haqqında” qərarından məhkəməyə şikayət vermişdir və bununla bağlı icraatın dayandırılmasını xahiş etmişdir. Buna baxmayaraq qanunsuz olaraq əmlakları qiymətləndirilmişdir, ona görə də hesabatlar qanunsuzdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-421/2020 saylı, 24 noyabr 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh3 MMC-yə və Bakı şəhəri Cavabdeh2 qarşı “Əmlakın qiymətləndirilməsi barədə hesabatların, hərracın nəticələri haqqında yekun protokolların və ondan irəli gələn bütün hüquqverici sənədlərin, alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsinə” tələbinə dair iddiasının təmin edilməməsi, mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməsi, qiymətləndirilmə ekspertizası tədqiqatının dəyəri olan 500 (beş yüz) manat məbləğində pulun İddiaçı tutularaq, VÖEN: **********, Hesab N AZN: AZ33GUNA4(M)60046031(K)000(KH)0, Bank: GÜNAY BANK ASC, VÖEN: **********, Müxbir hesab: AZ25NABZ********************, KOD: 505594; SWİM: GUNAAZ22 “X24” MMC-nin hesabına keçirilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, təxminən bir illik zaman fasiləsi ilə verilmiş iki rəy arasında 10-15% qiymət fərqinin olması yolveriləndir və yalnız bu fakt bütövlükdə əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatların və hərracın nəticələrinin ləğvi üçün əsas ola bilməz. Eyni zamanda Məhkəmə qiymət qoyulduğu dövrdə, "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatlar kifayət qədər əsaslandırılmışdır, mübahisəli sahələrə baxış keçirilmiş, əmlakın texniki göstəriciləri hesabatda əksini tapmışdır. İş üzrə hərracın nəticələrinin ləğv edilməsi və ya etibarsız hesab olunması üçün digər əsaslar müəyyən edilməmişdir. Bundan başqa İddiaçı iddia ərizəsində mübahisələndirdiyi - həmin daşınmaz əmlakların və mübahisəli avtomobilin qiymətinin daha yüksək olmasını sübut edəcək hər hansı bir dəlili məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin məhkəmə iclasında daşınmaz əmlakların və mübahisəli avtomobilin həmin dövrdə bazar dəyərinin yüksək olması sübuta yetirilməmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı hərracın keçirilməsi qaydalarını müəyyən edən Mülki Məcəllənin 415-ci maddəsinin tələblərinin pozulmasına istinad etməmiş və bununla da, o, mübahisələndirilən hərracın həmin qaydalara uyğun keçirildiyini etiraf etmişdir. Ona görə də, hərrac keçirilməsi qaydalarının pozulması nəticəsinə gəlməyə və Mülki Məcəllənin 416-cı maddəsinin tətbiq edilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə həmçinin qeyd edir ki, yuxarıda göstərilən iddia tələbləri əsassız olduğundan iddiaçının iddia tələblərinin qalan hissələrinə “prosessual qənaət” prinsipinə əsasən qiymət verməyə zərurət görməmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-421/2020 saylı, 24 noyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı və Maraqlı şəxs apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Apellyasiya instansiya məhkəməsində birinci icraat Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-10893/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı və Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 421/2020 saylı, 24 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması və ödənilmiş dövlət rüsumunun onları ödəyən tərəflərə aid edilməsi qət edilmişdir. Məhkəmə kollegiyası öz mövqeyini onunla əsaslandırmışdır ki, təxminən bir illik zaman fasiləsi ilə verilmiş iki rəy arasında 10-15% qiymət fərqinin olması yolveriləndir və yalnız bu fakt bütövlükdə əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatların və hərracın nəticələrinin ləğvi üçün əsas ola bilməz. Eyni zamanda Məhkəmə qiymət qoyulduğu dövrdə, "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatlar kifayət qədər əsaslandırılmışdır, mübahisəli sahələrə baxış keçirilmiş, əmlakın texniki göstəriciləri hesabatda əksini tapmışdır”. Məhkəmə kollegiyası əmlakların dəyərləri arasında müəyyən fərqlərin olması ilə əlaqədar birinci instansiya məhkəməsinin “təxminən bir illik zaman fasiləsi ilə verilmiş iki rəy arasında 10-15% qiymət fərqinin olması yolveriləndir və yalnız bu fakt bütövlükdə əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatların və hərracın nəticələrinin ləğvi üçün əsas ola bilməz. Eyni zamanda Məhkəmə qiymət qoyulduğu dövrdə, "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatlar kifayət qədər əsaslandırılmışdır, mübahisəli sahələrə baxış keçirilmiş, əmlakın texniki göstəriciləri hesabatda əksini tapmışdır” kimi hüquqi mövqeyi ilə razılaşır. Maraqlı şəxs apellyasiya şikayətində ona istinad etmişdir ki, İddiaçı onun razılığı olmadan birgə nikah dövründə əldə olunmuş ümumi əmlaklara dair X19 ilə 17 dekabr 2011-ci il tarixli razılaşma müqaviləsi bağlamışdır. Həmin əmlaklar birgə nikah dövründə əldə olunduğuna görə onun razılığı alınmadan bağlanmış müqaviləni o mübahisələndirmək hüququna malikdir. Apellyasiya şikayətinin həmin dəlili ilə əlaqədar məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, X19 və İddiaçı arasında əmlakla bağlı mübahisələr uzun müddətdir ki, davam edir və Maraqlı şəxs həmin mübahisələrdən məlumatlıdır. Maraqlı şəxs 17 dekabr 2011-ci il tarixli müqavilənin etibarsızlığı ilə əlaqədar bir il müddətində iddia qaldırmaq hüququna malik olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354-cü maddəsinə əsasən Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Kassasiya instansiya məhkəməsində icraat Həmin qətnamədən İddiaçı və maraqlarına toxunan şəxs Maraqlı şəxs kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3111/2022 saylı 07 iyun 2022-ci il tarixli qərarı ilə kassasiya şikayətləri təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-10893/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya insansiya məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, apelyasiya kollegiyası iddiaçının apelyasiya şikayətinə münasibətdə birinci instansiya məhkəməsinin mövqeyini təkrarlamaqla həmin mövqe ilə razılaşdığını göstərib apelyasiya şikayətini əsassız hesab etmişdir. İşdən aşkar edilən hal odur ki, iddiaçı iddia tələbində hərracların nəticələrinin etibarsız hesab edilməsini tələb etmiş, lakin apelyasiya kollegiyası məhkəmə araşdırmasını tam həyata keçirməyərək iddiaçının istinad etdiyi hərracın keçirilib-keçirilmədiyini aydınlaşdırmadan, istinad edildiyi kimi hərrac keçirilmişdirsə hərracın nəticələri barədə sənədləri əldə etmədən hərracın keçirilməsini qanuni hesab etmişdir. Kassasiya yoxlaması nəticəsində işdən görünür ki, apelyasiya məhkəməsinə ilkin olaraq iddiaçının apelyasiya şikayəti daxil olmuş, daha sonra maraqlarına toxunan şəxsin apelyasiya şikayəti mümkünlüyü yoxlanılıb icraata qəbul edilmişdir. Maraqlarına toxunan şəxsin apelyasiya şikayəti apelyasiya məhkəməsinin icraatına daxil olan zaman kimi məhkəmə araşdırmasını həyata keçirmiş apelyasiya məhkəməsinin hakimi Rəşad Həsənov Cavabdeh3 MMC-yə xx.xx.2021-ci il tarixdə (səh 47, İİ cild) sorğu ünvalayaraq hərracın keçirilməsi ilə bağlı bütün sənədlərin, hərrac keçirilən tarixə hərracı keçirmək səlahiyyətinin olmasına dair sənədlərin məhkəməyə təqdim edilməsini xahiş etmiş, xx.xx.2021-ci il tarixdə (səh 48, İİ cild) "xxxx" MMC məhkəməsinin göstərilən sorğusuna cavab olaraq qiymətləndirmə hesabatlarının kserosurətlərinin xx.xx.2021-ci ildə məhkəməyə təqdim edildiyini bildirmişdir. Yəni görünən odur ki, hərracın nəticələri, hərrac keçirmə səlahiyyətini təsdiq edən sənədlərin məhkəməyə təqdim edilməsi təmin edilməmişdir. Hətta eyni məzmunlu sorğu ilə 12 saylı Vəkil Bürosunun vəkili Vəkil1 da Cavabdeh3 MMC-yə müraciət etmiş (səh 58, İİ cild) həmin sorğuya da cavab əldə edilə bilinməmişdir. Bundan başqa, apelyasiya məhkəməsinin hakimi Rəşad Həsənov xx.xx.2021-ci il tarixdə Nəsimi rayon İcra və Probasiya şöbəsinə və Cavabdeh2nə (səh 64, 65, İİ cild) sorğu ünvalanayaraq hərracla bağlı sifarişin verilməsi ilə əlaqədar sənədləri, sifarişin nəticəsi barədə sənədləri tələb etmiş, həmin sorğular da cavabsız qalmış, həmin tarixdə eyni zamanda "xxxx" MMC-yə də hərracın keçirilməsi barədə sənədlərin, hərrac keçirmə barədə səlahiyyətin olmasını təsdiq edən sənədin təqdim edilməsi ilə də bağlı (səh 68, İİ cild) sorğu ünvanlamış, eyni qaydada bu sorğu da cavabsız qalmışdır. Yekun məhkəmə aktını çıxarmış apelyasiya kollegiyası isə bu halı diqqətdən kənarda saxlamış, zəruri olan və qeyd edildiyi kimi tələb edilmiş sübutların əldə edilməməsinə əhəmiyyət verməmişdir. Bundan başqa, apelyasiya kollegiyası hesabatların mübahisələndirilməsi ilə əlaqədar birinci instansiya məhkəməsinin mövqeyini təkrarlamaqla kifayətlənmiş, birinci instansiya məhkəməsi kimi bu hissə üzrə bildirmişdir ki, bir illik zaman fasiləsi ilə verilmiş iki rəy arasında 10-15% qiymət fərqinin olması yolveriləndir və yalnız bu fakt bütövlükdə əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatların və hərracın nəticələrinin ləğvi üçün əsas ola bilməz. Halbuki, apelyasiya kollegiyası işə mahiyyəti üzrə baxan məhkəmə olaraq məhkəmə araşdırmasının ədalətliliyinin təmin edilməsi məqsədilə ən azından bu hissə üzrə fərziyyə əsasında deyil, bu sahədə xüsusi biliyə malik şəxslərin rəyini əldə etməklə münasibət bildsirə bilərdi ki, bunu etməmişdir. Fərziyyə əsasında tələbin əsssız olunması qənaətinə gəlinməsi isə yolverilməzdir və prosessual pozuntu kimi qəbul edilməlidir. Digər tərəfdən, maraqlarına toxunan şəxsin apelyasiya şikayətinə münasibətdə apelyasiya kollegiyası kəsici müddətin tətbiq edilməsi qənaətinə gəlmiş olsa da, bu istiqamətdə də hər hansı araşdırma aparmamış, maraqlarına toxunan şəxsin hüquqlarının pozulma anının hansı zamanla müəyyən edilməsinə dair hər hansı münasibət ifadə etməmiş və həmin anı müəyyənləşdirmədən göstərilən müddəti tətbiq etməklə göstərilən şəxsin də apelyasiya şikayətinin dəlillərinin əsassız olaması qənaətinə gəlmişdir. Halbuki, qeyd olunan şəxsin apelyasiya şikayəti üzrə həmin şəxsin hüquqlarının pozulması anının müəyyən edilməsi mübahisənin ona münasibətdə ədalətli həll edilməsi üçün daha vacib idi. Çünki maraqlarına toxunan şəxs kasasiya şikayətində əri İddiaçı tərəfindən sonuncunun qardaşı ilə mübahisələndirilən əmlaklarla bağlı bağlamış olduğu razılaşma müqaviləsini mübahisələndirdiyini göstərmiş, bu halın təsdiqi kimi Ali Məhkəməyə icraatın dayandırılması barədə vəsatətlə müraciət edərək, Bakı Apellyasiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə onun cavabdeh İddiaçı və Bakı şəhəri 21 saylı Dövlət Notariat Kontoruna qarşı “razılaşma müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki işlə İddiaçı cavabdeh X16 qarşı “cavabdehə verilmiş pul vəsaitləri ilə bağlı əsas və faiz borcu” tələbinə və İddiaçı cavabdehlər "xxxx" MMC-yə və X16 qarşı “borcun tutulması” tələbinə dair işlərin bir icraatda birləşdirilməsini göstərib icraatın dayandırılmasını xahiş etmişdir. Hazırki halda kasasiya kollegiyasında icraatın dayandırılmasına əsas olmadığından vəsatət əsassız hesab edilsə də, yuxarıda göstərilən Bakı Apellyasiya Məhkəməsinin icraatında olan iş üzrə icraat maraqlarına toxunan şəxsin hazırki mübahisənin əsasını təşkil edən əmlaklarla bağlı hüququnun pozulma anının müəyyən edilməsi baxımından da önəmlidir. Apelyasiya kollegiyası isə göründüyü kimi, maraqlarına toxunan şəxsin hüquqlarının pozulma anının hansı zamanla müəyyən edilməsi barədə hər hansı fikir irəli sürməmiş və münasibət bildirməmişdir Apelyasiya instansiyası məhkəməsində ikinci icraat İddiaçı apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mülkiyyətində olan əmlakların qiymətləndirilməsi barədə hesabatlarda əks olunan qiymətlər reallıqdan uzaqdır, real dəyərindən xeyli azdır. Əmlakların qiymətləndirilməsi qanunsuz aparılmışdır. Qiymətləndirilmə aparılarkən əmlaklarının yerləşdiyi ərazi, rayon, yəni şəhərin mərkəzində yerləşmələri nəzərə alınmamışdır. Bundan başqa mübahisənin hərtərəfli və tam araşdırılması məqsədilə mübahisələndirilən hərracın keçirilməsi barədə sənədləri hərrac keçirən təşkilatdan tələb etməli olduğu halda bunu etməmişdir. Maraqlarına toxunan şəxs Maraqlı şəxs apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı onun razılığı olmadan birgə nikah dövründə əldə olunmuş ümumi əmlaklara dair X19 ilə 17 dekabr 2011-ci il tarixli razılaşma müqaviləsi bağlamışdır. Həmin əmlaklar birgə nikah dövründə əldə olunduğuna görə onun razılığı alınmadan bağlanmış müqaviləni o mübahisələndirmək hüququna malikdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndə-vəkii Vəkil1 ayrıayrılıqda apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Maraqlı şəxs nümayəndəsi və vəkili Nümayəndə1 ayrı-ayrılıqda apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Maraqlı şəxs X11 vəkili-nümayəndəsi Vəkil2 apellyasiya şikayətinə etiraz etdiyini bildirərək, apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 apelyasiya şikayətinə etiraz etdiyini bildirərək, apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. İşə baxılma vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər cavabdeh məhkəmə kollegiyasının iclasında nümayəndəsinin iştirakını təmin etmədiyindən və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiyindən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apelyasiya baxışının hədləri. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Qətnamədən iddiaçı və maraqlı şəxs apelyasiya şikayətləri verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etməklə, qətnamə bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq: Mülki Məcəllə: 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 224.1. Paylı və ya birgə mülkiyyət mülkiyyətçisinin başqa əmlakı kifayət etmədikdə onun kreditoru borclunun ümumi əşyadakı payına tutmanın yönəldilməsi üçün həmin payın ayrılmasını tələb edə bilər. 224.2. Əgər payın naturada ayrılması mümkün deyildirsə və ya paylı və ya birgə mülkiyyətin qalan iştirakçıları buna etiraz edirlərsə, kreditorun ixtiyarı var ki, borclunun öz payını bazar qiyməti ilə ümumi mülkiyyətin qalan iştirakçılarına satmasını və satışdan əldə edilmiş vəsaitin borcun ödənilməsinə yönəldilməsini tələb etsin. Ümumi mülkiyyətin qalan mülkiyyətçiləri borclunun payını almaqdan imtina etdikdə kreditorun ixtiyarı var ki, tutmanın borclunun ümumi mülkiyyət hüququndakı payına onun açıq hərracdan satılması yolu ilə yönəldilməsini məhkəmə qaydasında tələb etsin. Borclunun ümumi mülkiyyət hüququndakı payı ipoteka predmeti olduqda, həmin paya tutmanın yönəldilməsi “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada həyata keçirilir. 415.2-ci maddəsinə əsasən, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. 416-cı maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Ailə Məcəlləsi 41.1. Ər-arvaddan birinin öhdəlikləri üzrə ödəmə yalnız onun şəxsi əmlakına və ərarvadın ümumi əmlakı bölünərkən həmin əmlakdan ona çata biləcək paya yönəldilə bilər. “İcra haqqında” Azərbaycan Respublikası Qanunu: 45.1-ci maddəyə görə, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir; 45.2-ci maddəyə görə, icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür; 45.6-cı maddəyə görə, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir; 45.8-ci maddəyə görə, borclunun ümumi mülkiyyətdə əmlakı olduqda, tələb Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq onun ümumi mülkiyyətdə olan payına yönəldilir. 51.1-ci maddəsinə görə borclunun əmlakının “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərəflərin razılığı, yaxud məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. İcra məmuru qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndiricini dəvət etməlidir. 53.1-ci maddəsinə görə üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. 61.1-ci maddəsinə görə vergi borcuna görə siyahıya alınmış əmlak istisna olmaqla, borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir. 62.1-ci maddəsinə görə icra məmurundan müvafiq sifarişin alındığı gündən ən geci iki ay müddətində ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac keçirilməlidir. Mülki Prosessual Məcəllə: 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddənin məzmununa görə işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər 385.1-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi (385.1.1-ci maddə), gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması (385.1.2-ci maddə), müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi (385.1.3-cü maddə) və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi (385.1.4-cü maddə) məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır. 386-cı maddəsinə əsasən isə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxıd qanunu səhv təfsir etsin 420-ci maddəyə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
Məhkəmə kollegiyasının mövqeyi
Məhkəmə kollegiyası, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını və təqdim edilmiş icra işlərini araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən apellyatorlar tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələblərinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi göstərilən nəticəyə gələrkən iddiaçının iddia tələbində hərracların nəticələrinin etibarsız hesab edilməsini tələb etməsinə dair dəlilləri üzrə məhkəmə araşdırmasını tam həyata keçirməyərək iddiaçının istinad etdiyi hərracın keçirilib-keçirilmədiyini aydınlaşdırmadan, hərrac keçirilmişdirsə hərracın nəticələri barədə sənədləri əldə etmədən hərracın keçirilməsini qanuni hesab etmişdir. Məhkəmə gəldiyi qənaətini onunla əsaslandırılmışdır ki, bir illik zaman fasiləsi ilə verilmiş iki rəy arasında 10-15% qiymət fərqinin olması yolveriləndir və yalnız bu fakt bütövlükdə əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatların və hərracın nəticələrinin ləğvi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin hallarını, işdə olan sübutları tam, hərtərəfli araşdırmamış, ədalət mühakiməsini faktlar və sübutların müqayisəli tədqiqatı əsasında düzgün olaraq həyata keçirməmiş, işin hallarına və işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, ədalətli məhkəmə araşdırması ilə bağlı təməl prinsipləri pozmuşdur İş materiallarından görünür ki, apelyasiya məhkəməsinə ilkin olaraq iddiaçının apelyasiya şikayəti daxil olmuş, daha sonra maraqlarına toxunan şəxsin apelyasiya şikayəti mümkünlüyü yoxlanılıb icraata qəbul edilmişdir İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi əmlaklarının düzgün qiymətləndirilməməsinə və hərracların da qanunsuz olaraq keçirilməsinə istinad etmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, əmlakların qiymətləndirilməsi və açıq hərracın keçirilməsi aşağıdakı məhkəmə aktlarına əsasən həyata keçirilmişdir; - Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(005)- 24/2018 saylı qətnaməsi ilə ilkin iddia üzrə iddiaçı X11 cavabdeh İddiaçı qarşı “paylı mülkiyyət hüququnun müəyyən edilməsi” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə İddiaçı cavabdeh X16 qarşı “payın bölünməsi” tələbinə dair qarşılıqlı iddia ərizələrinin təmin edilməməsi qət edilmişdir. - Bakı Apelyasiya Məhkəməsinin 05 oktyabr 2018-ci il tarixli, 2(103)-8400/2018 saylı qətnaməsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(005)- 24/2018 saylı qətnaməsi ilk iddianın tam təmin edilməməsi hissəsində ləğv edilərək, ilk iddia qismən təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 mart 2017-ci il tarixli 2(103)-3441/2017 saylı qərardadı ilə siyahıya alınmış (üzərinə həbs qoyulmuş) və ünvan 5 ünvanlarında yerləşən 212.137 ədəd-35.077 çeşid, 3.128.141 manat dəyərində olan mal və məhsulların dəyərinin yarısı, yəni 1.564.070 manat məbləğində pul cavabdeh İddiaçı alınaraq iddiaçı X16 ödənilməsi qət edilmişdir. - Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 23 aprel 2019-cu il tarixli 2(102)-2225/2019 saylı qərarı ilə iddiaçı X11 və cavabdeh İddiaçı ayrıayrılıqda verdikləri kassasiya şikayətləri təmin olunmamışdır. İş materiallarından görünür ki, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi üzrə verilmiş icra sənədi xx.xx.2019-cu ildə icraya yönəldikdən sonra, sənəd icra olunması üçün borclunun ünvanına bildiriş göndərilmiş və icra dövrundə aşağıdakı icra hərəkətləri üzrə təqdim edilən sənədlər aşağıdakılar olmuşdur: - "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli hesabatının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Fizuli küşəsi 79 ünvanda yerləşən qeyri-yaşayış sahəsi, tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti – 400.000 manat təşkil edir. - "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli hesabatının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı məxsus olan Bakı şəhəri Nəsimi rayonu 28 May küçəsində yerləşən 20 saylı evin 79 saylı mənzilin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti – 130.000 manat təşkil edir. - "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli hesabatının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı məxsus olan Bakı şəhəri Nərimanov rayonu Hazim Hacıyev küçəsində yerləşən 7 saylı evin 16 saylı mənzilin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti – 100.000 manat təşkil edir. - xx.xx.2020-ci il tarixli “X24” MMC-nin əmlakın qiymətləndirilməsinə dair hesabatdan görünür ki, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin xx.xx.2020-ci il tarixinə yekun bazar dəyəri 450.000 manat, Bakı şəhəri Nəsimi rayonu 28 May küçəsində yerləşən 20 saylı evin 79 saylı mənzilin yekun bazar dəyəri 150.000 manat, Bakı şəhəri Nərimanov rayonu Hazim Hacıyev küçəsində yerləşən 7 saylı evin 16 saylı mənzilin yekun bazar dəyəri 110.000 manat, Hyundai İX 55 markalı ** NU *** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2019- cu il tarixə 40.000 manat, xx.xx.2020-ci il tarixə 36.000 manat təşkil edir. İcra işinə əlavə olunmuş "xxxx" MMC tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli əmlakın qiymətləndirilməsi barədə hesabatdan müəyyən edilir ki, İddiaçı məxsus “Hyundai” minik markalı **-NU-*** dövlət qeydiyyat nişanlı avtomobil 33.000 manat məbləğində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdeh2 tərəfindən DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinə ünvanlanmış xx.xx.2020-ci il tarixli 6650/109588/19-15-4 saylı məktubdan görünür ki, İddiaçı məxsus “Hyundai” minik markalı **-NU-*** dövlət qeydiyyat nişanlı avtomobil 33.000 manat əvəzində icra sənədi üzrə tələbkar X11 etibarnamə üzrə nümayəndəsi Vəkil2 aktla təhvil verilmişdir. Odur ki, qeyd olunan avtomobilin tələbkar X11 adına rəsmiləşdirilməsinin təmin edilməsi xahiş olunmuşdur. AD seriyalı 822432 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, ** MO *** (yeni nömrə) dövlət qeydiyyat nişanlı “Hyundai İX-55” minik markalı avtomobilin mülkiyyətçisi X17r. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin BDYPİ-nin apellyasiya instansiyası məhkəməsinə təqdim etdiyi “Hyundai” minik markalı **-NU-*** dövlət qeydiyyat nişanlı avtomobilinə əvvəlki qeydiyyat hərəkətlərinin aparılmasına əsas olan sənədlərdən görünür ki¸ sözügedən avtomobil xx.xx.2020-ci il tarixdə X2 adına özgəninkiləşdirilmişdir. Apellyasiya instansiyası məhkəməsinə iddiaçı tərəfin təqdim edilmiş X8 cavabdelər Nərimanov rayon İcra Şöbəsinə, X16, Baş Dövlət Yol Polis İdarəsinə, "xxxx" MMC və X4 qarşı qaldırılmış iddia ərizəsindən həmin iş üzrə iddiaçı özünə məxsus “Hyundai” minik markalı **-NU-*** dövlət qeydiyyat nişanlı avtomobilin X11 adına rəsmiləşdirilməsini, adına verilmiş qeydiyyat şəhadətnaməsini, X19 ilə X13 ilə arasında həmin avtomobillə bağlı BDYPİ-də bağlanmış xx.xx.2020-ci il tarizli alğı-satqı müqaviləsinin, X3 adına verilən nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin etibarsız hesab edilməsini xahiş etmişdir. İcra işinin materiallarından görünür ki, qeyd edilən iddia üzrə Nərimanov rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə işin icraatının dayandırılması qərara alınmışdır. Dayandırımağa əsas kimi Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinin qanuni qüvvəsinin alınması göstərilmişdir. Məhkəmə kollegiyasına təqdim edilmiş hərracın nəticələri, hərrac keçirmə səlahiyyətini təsdiq edən sənədlərdən görünür ki, -Cavabdeh3 MMC tərəfindən sifarişçi Cavabdeh2nə, tərəflərə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8400/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədi üzrə açıq hərracın keçirilməsinə dair xx.xx.2019-cu il tarixli 32 №li bildiriş göndərilmişdir. Bildirişlər hər üç əmlakla bağlı olmuş və hərrac xx.xx.2019-cu il tarixə təyin edilmişdir. -Cavabdeh3 MMC tərəfindən sifarişçi Cavabdeh2nə, tərəflərə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8400/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədi üzrə açıq hərracın keçirilməsinə dair xx.xx.2020-cu il tarixli 32-1-2 №li bildirişlər göndərilmişdir. Bildirişlər hər üç əmlakla bağlı olmuş və hərrac xx.xx.2020-ci il tarixə təyin edilmişdir. -Cavabdeh3 MMC tərəfindən sifarişçi Cavabdeh2nə, tərəflərə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8400/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədi üzrə açıq hərracın keçirilməsinə dair xx.xx.2020-cu il tarixli 32-1-2-3 №li bildirişlər göndərilmişdir. Bildirişlər hər üç əmlakla bağlı olmuş və hərrac xx.xx.2020-ci il tarixə təyin edilmişdir. - xx.xx.2020-cu il tarixli 32-1-2-3 №li bildirişlərin hər birində ayrılıqda hərraca çıxarılan əmlakların ilkin satış qiyməti, 10%, 20% və 30 % endirimli qiymətləri göstərilmişdir. - Cavabdeh3 MMC-nin direktoru Y.N.Əliyev şəxsində bir tərəfdən və X19 7E-203 saylı, xx.xx.2020-ci il tarixli etibarnaməyə Vəkil2 (bundan sonra “Alıcı”) şəxsində bir tərəfdən, Azərbaycan Respublikasının mövcud qanunvericiliyinin İcra Haqqında qanununun və Mülki Məcəlləsinin tələbləri əsasında Bakı apellyasiya məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-8400/2018 və Cavabdeh2 xx.xx.2019-cu il tarixli, 14504- 109588/19-15-4 saylı sifariş məktubuna əsasən bağlanmış hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə xx.xx.2020-ci il tarixli müqavilədən görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsində yerləşən 20 saylı evin 79 saylı mənzil (yeni qaydalarla: AZ1000 Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, 46, M4,m2) 30% endirimlə 91.000 (doxsan bir min) manata satılmışdır. - Cavabdeh3 MMC-nin direktoru Y.N.Əliyev şəxsində bir tərəfdən və X19 7E-203 saylı, xx.xx.2020-ci il tarixli etibarnaməyə Vəkil2 (bundan sonra “Alıcı”) şəxsində bir tərəfdən, Azərbaycan Respublikasının mövcud qanunvericiliyinin İcra Haqqında qanununun və Mülki Məcəlləsinin tələbləri əsasında Bakı apellyasiya rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-8400/2018 və Cavabdeh2 xx.xx.2019-cu il tarixli, 14504- 109588/19-15-4 saylı sifariş məktubuna əsasən bağlanmış hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə xx.xx.2020-ci il tarixli müqavilədən görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, ünvan 7 ünvanında yerləşən qeyri-yaşayış sahəsi 30% endirimlə 280.000 (iki yüz səksən min) manata satılmışdır. - Cavabdeh3 MMC-nin direktoru Y.N.Əliyev şəxsində bir tərəfdən və X19 7E-203 saylı, xx.xx.2020-ci il tarixli etibarnaməyə Vəkil2 (bundan sonra “Alıcı”) şəxsində bir tərəfdən, Azərbaycan Respublikasının mövcud qanunvericiliyinin İcra Haqqında qanununun və Mülki Məcəlləsinin tələbləri əsasında Bakı apellyasiya rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-8400/2018 və Cavabdeh2 xx.xx.2019-cu il tarixli, 14504- 109588/19-15-4 saylı sifariş məktubuna əsasən bağlanmış hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə xx.xx.2020-ci il tarixli müqavilədən görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, Nazim Hacıyev küçəsində yerləşən 7 saylı evin 16 saylı mənzili 30% endirimlə 70.000 (yetmiş min) manata satılmışdır. - Əmlakların göstərilən qiymətlərə satılması ilə bağlı xx.xx.2020-ci il tarixdə hərrac yekunları barədə 18, 19 və 20 saylı protokollar imzalanmışdır. - Borclu İddiaçı tərəfindən Konstitusiya məhkəməsinə şikayət verilmiş və Konstitusiya Məhkəməsi Palatasının xx.xx.2020-ciil tarixli qərardadına əsasən borclu İddiaçı şikayəti Konstitusiya Məhkəməsinin icraatına qəbul edilmişdir. - Cavabdeh2 icra məmuru X5 xx.xx.2020-ci il tarixli qərarından görünür ki, İddiaçı şikayəti Konstitusiya Məhkəməsinin icraatına qəbul edildiyi üçün Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8400/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədi üzrə icraat dayandırılmışdır. - Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin İddiaçı şikayətinə dair xx.xx.2020-ci il tarixli qərardadından görünür ki, İddiaçı şikayəti üzrə məhkəmə aktının Konstitusiyaya və qanunlara uyğunluğunun yoxlanılması və hər hansı hüquqi nəticəyə gəlinməsi Plenumun səlahiyyətəri xaricindədir. Buna görə də İddiaçı şikayəti üzrə konstitsiya işinin icraatına xitam verilməsi qərara alınmışdır. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********12 saylı məktubunun məzmunundan görünür ki, hazırki iş üzrə mübahisələndirilən Bakı şəhəri, Nərimanov rayonu, Nazim Hacıyev küçəsində yerləşən 7 saylı evin 16 saylı mənzili, Bakı şəhəri, Nəsimi rayonu, ünvan 7 ünvanında yerləşən qeyri-yaşayış sahəsi və Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsində yerləşən 20 saylı evin 79 saylı mənzili İddiaçı mülkiyyətindədir. Apellyasiya şikayətinin dəlillərinə əsasən birinci instansiya məhkəməsi mübahisənin hərtərəfli və tam araşdırılması məqsədilə mübahisələndirilən hərracın keçirilməsi barədə sənədləri hərrac keçirən təşkilatdan tələb etməli olduğu halda bunu etməmiş, iddiaçı hərracın keçirilməsi qaydalarını müəyyən edən Mülki Məcəlləsinin 415-ci maddəsinin tələblərinin pozulmasına istinad etməməklə mübahisələndirilən hərracın həmin qaydalara uyğun keçirildiyini etiraf etməsi kimi səhv nəticəyə gəlmişdir. Maraqlı şəxs Saliko qızının apellyasiya şikayətinin məzmunundan görünür ki, açıq hərraca çıxarılan əmlaklar birgə nikah dövründə əldə olunan əmlaklar olmuşdur. Nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə X14 xx.xx.1997-ci ildə nikahlarını qeyd etdirmiş, nikah bağlanandan sonra arvada Mişiyeva soyadı verilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilləri ilə bağlı qeyd edir ki, tələbin borclunun əmlakına yönəldilməsi ilə bağlı “İcra haqqında” Azərbaycan Respublikası Qanununda yuxarıda sadalanan (45.1, 45.2, 45.6, 45.8-ci maddələrdə) qaydalar müəyyən olunmuşdur: Həmçinin kollegiya qeyd edir ki, icra qanunvericiliyinə əsasən ipoteka predmeti olmayan əmlak hərracdan Mülki Məcəllənin 415-ci və “İcra haqqında” Qanunun 51, 53, 61, 62-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilməlidir. Belə ki, “İcra haqqında” Qanunun 51-ci maddəsinə əsasən əmlakın üzərinə həbsin qoyulmasından sonra icra məmuru əmlakın qiymətləndirilməsini həyata keçirərək, həmin Qanunun 53-cü maddəsinə əsasən tələbkara təklif etməlidir. Tələbkar əmlakı qəbul etməkdən imtina etdikdə isə, həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində (icra məmurundan müvafiq sifarişin alındığı gündən ən geci iki ay müddətində) Mülki Məcəllənin 415-ci maddəsində müəyyən edilən qaydada hərrac yolu ilə satılmalıdır. Əmlak satılmadıqda, həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə, əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana qaytarılır. Kollegiya daha sonra qeyd edir ki, icra sənədi üzrə tələbin borclunun əmlakına yönəldilməsi icra məmuru tərəfindən bu məqsədlə keçirilməli olan qiymətləndirmənin qanunvericiliyə uyğun təşkil edilməklə, həmin əmlakın hərraca qanunla nəzərdə tutulmuş satış qiyməti ilə çıxarılmasını tələb edir. İpoteka predmetinə və girov predmeti olan qiymətli kağızlara aid olmayan əmlakın ipoteka haqqında qanunvericiliyə və ya digər qanunvericilik aktlarına analoji qaydada hərracdan bazar dəyərindən fərqlənən likvid qiymətlə satılması borclunun əmlak vəziyyətinin əsassız olaraq pisləşməsinə səbəb olur. Belə ki, həyata keçirilən məcburi icra tədbirləri borclunun mülkiyyət hüquqlarına ədalətsiz, qeyrimütənasib müdaxiləyə rəvac verməməli, tələbkarın qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə bağlı ədalətli məhkəmə araşdırması hüququ ilə borclunun mülkiyyət hüquqlarının tarazlığı gözlənilməlidir. “İcra haqqında” Qanunun 61.1 və 61.2-ci maddələrinə əsasən borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir. İxtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. Lakin “İpoteka haqqında” Qanundan fərqli olaraq, “İcra haqqında” Qanunda hərraca qoyulan əmlakın ilkin satış qiymətinin hansı meyarla müəyyən olunması qeyd olunmamışdır. Yalnız Qanunun 51.1-ci maddəsinin birinci cümləsində təsbit olunmuşdur ki, borclunun əmlakının “İpoteka haqqında” Qanuna əsasən tərəflərin razılığı, yaxud məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsinin “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa (bundan sonra “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanun) uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirildiyi qeyd edilir. Eyni zamanda, istinad edilən qanunda qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin müəyyən olunmasından bəhs edilir. Beləliklə də, əmlakın hərracdan ilkin satış qiymətinin onun likvid dəyəri ilə müəyyən olunması “İpoteka haqqında” Qanunla ipoteka predmetlərinə münasibətdə təsbit edildiyindən, icra icraatı çərçivəsində borclunun ipoteka predmeti olmayan əmlakı hərracdan satılarkən onun ilkin satış qiyməti likvid deyil, bazar dəyəri ilə müəyyən olunmalıdır. Qiymətin mübahisələndirilməsi qaydası ilə bağlı isə kollegiya qeyd edir ki, “İcra haqqında” Qanunun 51-ci maddəsindən, habelə yuxarıda qeyd edilən digər müddəalarından belə qənaət hasil olur ki, icra icraatı çərçivəsində borclunun ipoteka predmeti olmayan əmlakının ilkin satış qiyməti qiymətləndiricilərdən alınan rəylər əsasında icra məmuru tərəfindən müəyyənləşdirilir. Bu baxımdan, borclunun ipoteka predmeti olmayan əmlakının ilkin satış qiyməti hərracın keçirilməsinədək olan dövr ərzində iddia icraatı qaydasında deyil, icra icraatı çərçivəsində hərracı bu qiymət əsasında sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında mübahisələndirilməlidir. Belə ki, “İcra haqqında” Qanunun 51ci maddəsində icra məmurunun müvafiq qiymətləndiricini dəvət etmək səlahiyyəti nəzərdə tutulmuşdur. Bu baxımdan dəvət edilmiş qiymətləndiricinin rəyindəki müvafiq qiymətlə əmlakın hərraca çıxarılmasına dair sifariş vermək hüququ da icra məmuruna aiddir. Belə olan halda, hərrac keçirilənədək həmin qiymət, onu öz sifarişində əsas götürən icra məmurunun hərəkətindən verilən şikayət qaydasında mübahisələndirilə bilər. Hərrac keçirildikdən sonra isə qiymət “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 8-ci maddəsinə uyğun olaraq iddia icraatı qaydasında mübahisələndirilməlidir Məhkəmə kollegiyası hazırki işin halları baxımından qeyd etməyi zəruri sayır ki, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsi, Bakı şəhəri Nəsimi rayonu 28 May küçəsində yerləşən 20 saylı evin 79 saylı mənzili, Bakı şəhəri Nərimanov rayonu Nazim Hacıyev küçəsində yerləşən 7 saylı evin 16 saylı mənzili, Hyundai İX 55 markalı ** NU *** dövlət qeydiyyat nişanlı avtomobili tərəfindən birgə nikah dövründə əldə edildiyindən, həmin avtomobilin onların birgə mülkiyyətində olması prezumpsiyası qüvvədədir. Belə olan halda isə “İcra haqqında” Qanunun 45.8-ci maddəsinin tələblərinə uyğun olaraq, həmin əmlaklara tələb Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq borclunun ümumi mülkiyyətdə olan payı həddində yönəldilməli idi. Belə ki, Mülki Məcəllənin 224.1-ci maddəsinin tələbinə görə, paylı və ya birgə mülkiyyət mülkiyyətçisinin başqa əmlakı kifayət etmədikdə onun kreditoru borclunun ümumi əşyadakı payına tutmanın yönəldilməsi üçün həmin payın ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 224.2-ci maddəsinə görə isə əgər payın naturada ayrılması mümkün deyildirsə və ya paylı və ya birgə mülkiyyətin qalan iştirakçıları buna etiraz edirlərsə, kreditorun ixtiyarı var ki, borclunun öz payını bazar qiyməti ilə ümumi mülkiyyətin qalan iştirakçılarına satmasını və satışdan əldə edilmiş vəsaitin borcun ödənilməsinə yönəldilməsini tələb etsin. Ümumi mülkiyyətin qalan mülkiyyətçiləri borclunun payını almaqdan imtina etdikdə kreditorun ixtiyarı var ki, tutmanın borclunun ümumi mülkiyyət hüququndakı payına onun açıq hərracdan satılması yolu ilə yönəldilməsini məhkəmə qaydasında tələb etsin. Ailə və icra qanunvericiliklərində də eyni qayda müəyyən olunmuşdur. Belə ki, Ailə Məcəlləsinin 41.1-ci maddəsinə görə, ər-arvaddan birinin öhdəlikləri üzrə ödəmə yalnız onun şəxsi əmlakına və ər-arvadın ümumi əmlakı bölünərkən həmin əmlakdan ona çata biləcək paya yönəldilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, borcluya birgə mülkiyyət hüququ üzrə məxsus olan əmlakın əvvəlcə üzərinə həbs qoyub, onu açıq hərracdan satışa çıxarmaq yox, kreditorun tələbi ilə borclunun payının ayrılması, bu mümkün olmadıqda və ya digər iştirakçı etiraz etdikdə isə borclunun payının bazar qiyməti ilə ümumi mülkiyyətin qalan iştirakçılarına satmasını yolu ilə mümkündür. Digər iştirakçı borclunun payını almadıqda, kreditor tutmanın borclunun ümumi mülkiyyət hüququndakı payına onun açıq hərracdan satılması yolu ilə yönəldilməsini məhkəmə qaydasında tələb edə bilər (Mülki Məcəllənin 220-ci maddəsində müəyyən olunmuş ardıcıllığa oxşar). Göründüyü kimi, icra icraatı çərçivəsində icra məmurunun aşkar etdiyi ümumi mülkiyyət hüquqü üzrə borcluya məxsus əmlaka tutma yönəldilməsinin xüsusi qaydası və ardıcıllığı müəyyən olunmuşdur:
1. kreditorun borclunun ümumi əşyadakı payına tutmanın yönəldilməsi üçün həmin payın ayrılmasını tələb etməsi;
2. payın naturada ayrılması mümkün deyildirsə və ya paylı və ya birgə mülkiyyətin qalan iştirakçıları buna etiraz edirlərsə, kreditorun borclunun öz payını bazar qiyməti ilə ümumi mülkiyyətin qalan iştirakçılarına satmasını və satışdan əldə edilmiş vəsaitin borcun ödənilməsinə yönəldilməsini tələb etməsi;
3. ümumi mülkiyyətin qalan mülkiyyətçiləri borclunun payını almaqdan imtina etdikdə kreditorun tutmanın borclunun ümumi mülkiyyət hüququndakı payına onun açıq hərracdan satılması yolu ilə yönəldilməsini məhkəmə qaydasında tələb etməsi. İlk mənzərə ondan ibarətdir ki, kreditor birinci və ikinci tələbini icra icraatı çərçivəsində, yəni icra məmuruna, üçüncü tələbini isə yalnız məhkəməyə müraciət etməklə realizə etmək imkanındadır. Məhkəmə kollegiyası hesab edir ki, kreditor ilkindən borclunun birgə və ya paylı mülkyyətdəki payının ayrılması barədə məhkəməyə müraciət etməlidir, çünki bu məsələnin məhkəmə icraatı çərçivəsində araşdırılması daha realdır, nəinki icra icratı çərçivəsində. Ümumi əşyadakı payın ayrılmasının mümkünlüyü yalnız müvafiq ekspertiza yolu ilə müəyyən oluna bilər ki, icra məmurunun da belə ekspertiza keçirmək səlahiyyəti yoxdur («İcra haqqında» Qanunda ekpertin iştirakı nəzərdə tutulmamışdır). Beləliklə, əmlak ərlə arvadın ümumi (birgə) mülkiyyətindədirsə, həmin əmlaka tutma yalnız borclu olan ərin (arvadın) payı həcmində, özü də Mülki Məcəllənin 224-cü maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirilməlidir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, tələbin tam şəkildə birgə mülkiyyətdə olan yuxarıda qeyd edilən əmlakların açıq hərracdan satılması X6 həmin əmlakdakı paylarına qanunsuz müdaxilə ilə nəticələ bilər. Borclu İddiaçı mübahisələndirilən əmlaklardakı payının naturada ayrılmasının mümkün olub-olmaması məsələsi öz həllini tapmasına dair məhkəmə qərarı olmadığından məhkəmə kollegiyası hesab edir ki, tələbkar borclunun öz payını bazar qiyməti ilə ümumi mülkiyyətin digər iştirakçısına, yəni Maraqlı şəxs satmasını və satışdan əldə edilmiş vəsaitin borcun ödənilməsinə yönəldilməsini tələb etməlidir. Sonuncu borclunun payını almaqdan imtina etdikdə isə tələbkarın ixtiyarı var ki, tutmanın borclunun ümumi mülkiyyət hüququndakı payına onun açıq hərracdan satılması yolu ilə yönəldilməsini məhkəmə qaydasında tələb etsin. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, bir illik zaman fasiləsi ilə verilmiş iki rəy arasında 10-15% qiymət fərqinin olması yolverilən olmaqla və yalnız bu faktın bütövlükdə əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatların ləğvi üçün əsas olmamasına dair birinci instansiya məhkəməsinin nəticəsi ilə də razılaşmaq olmaz. Belə ki, birinci instansiya məhkəməsi işə mahiyyəti üzrə baxan məhkəmə olaraq məhkəmə araşdırmasının ədalətliliyinin təmin edilməsi məqsədilə ən azından bu hissə üzrə fərziyyə əsasında deyil, bu sahədə xüsusi biliyə malik şəxslərin rəyini əldə etməklə münasibət bildirə bilərdi ki, bunu etməmişdir. Fərziyyə əsasında tələbin əsssız olunması qənaətinə gəlinməsi isə yolverilməzdir və prosessual pozuntu kimi qəbul edilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh3 MMC-yə və Bakı şəhəri Cavabdeh2 qarşı “əmlakın qiymətləndirilməsi barədə hesabatların, hərracın nəticələri haqqında yekun protokolların və ondan irəli gələn bütün hüquqverici sənədlərin alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddiasının əsaslı olmasına birinci instansiya məhkəməsi işin qeyd edilən halları üzrə araşdırmamış və düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən İddiaçı X16 və qeyrilərinə qarşı olan xx.xx.2011-ci il tarixli razılaşma müqaviləsinin etibarsızlığı Nərimanov rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən verilən apellyasiya şikayəti üzrə qəbul edilmiş Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)-973/2021 saylı qətnaməsi ilə mübahisə üzrə qeyd olunmuşdur ki, “İddiaçı bilməli idi ki, ər-arvadın birgə nikah dövründə əldə etdikləri daşınmaz əmlak barəsində əqd bağlanması üçün digər tərəfin notarial qaydada təsdiq olunmuş yazılı ərizəsi tələb olunur. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, birgə nikah dövründə əldə olunmuş daşınmaz əmlak barəsində əqd bağlanılarkən ər-arvaddan birinin razılığı alınmadığı təqdirdə həmin əqd nəticəsində hüququ pozulmuş ər-arvad əqdi mübahisləndirilə bilər. Konkret halda İddiaçı iddia ərizəsinin məzmunudan görünür ki, həmin kateqoriyadan olan daşınmaz əmlakının özgəninkiləşdirilməsi nəticəsində həyat yoldaşının hüquqları pozulmuşdur.” Məhkəmə kollegiyası həmçinin mübahisələndirilən hərracın keçirilməsi ilə bağlı digər qanun pozuntuları ilə bağlı apellyatorun şikayətin dəlillərinə qiymət verməkdə davam edərək hesab edir ki, İddiaçı şikayəti Konstitusiya Məhkəməsinin icraatına qəbul edildiyi üçün Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8400/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədi üzrə icraat dayandırılmasına dair Cavabdeh2 icra məmuru X9 xx.xx.2020-ci il tarixli qərarı barədə hərrac mərkəzinə məktub daxil olmasına baxmayaraq sonuncu hərrac keçirilmiş və yuxarıda qeyd edilən hərracın yekunlarına dair sənədlər rəsmiləşdirilmişdir. Beləliklə də, "xxxx" MMC-nin İddiaçı məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Fizuli küşəsi 79 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə, Bakı şəhəri Nəsimi rayonu 28 May küçəsində yerləşən 20 saylı evin 79 saylı mənzilə,Bakı şəhəri Nərimanov rayonu Hazim Hacıyev küçəsində yerləşən 7 saylı evin 16 saylı mənzilinə dair "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli hesabatları və "xxxx" MMC tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli İddiaçı məxsus “Hyundai” minik markalı **-NU-*** dövlət qeydiyyat nişanlı avtomobil 33.000 manat məbləğində qiymətləndirilməsi barədə hesabat etibarsız hesab edilməlidirlər. Məhkəmə kollegiyası iddia tələbləriə işin araşdırılmış halları üzrə qiymət verməkdə davam edərək həmçinin hesab edir ki, qanunsuz keçirilmiş hərracın nəticələri üzrə irəli gələn hüquqverici sənədlər qəbul edilməsi ilə bağlı sübutlar təqdim edilməsə də, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********12 saylı məktubunun məzmunundan görünür ki, hərracın predmeti olmuş əmlaklar hələ də İddiaçı mülkiyyətində qalmaqdadır. Lakin məhkəmə kollegiyası İddiaçı məxsus “Hyundai” minik markalı **-NU-*** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2020-ci il tarixli məktubla X11 adına xx.xx.2020-ci ildə rəsmiləşdirilməsini nəzərə alaraq və xx.xx.2022-ci il tarixdən hazırki qətnamə çıxarılan vaxta kimi qanunsuz keçirilmiş hərracın nəticələri üzrə irəli gələn hüquqverici sənədlər qəbul edilməsi ilə bağlı kollegiyaya rəsmi məlumat verilmədiyinə görə hesab edir ki, iddianın etibarsız sayılmış müqavilələrdən irəli gələn bütün hüquqverici sənədlər etibarsız sayılmasına dair iddiası da təmin edilməlidir. Məhkəmə kollegiyası mübahisələndirilən hərracın nəticələri etibarsız sayılmasını nəzərə alaraq hesab edir ki, yeni hərrac keçirilməmişdən əvvvəl mübahisələndirilən əmlakların qiymətləri ilə bağlı eyni vaxtda hər mübahisə predmeti olan əmlakların bazar dəyərini müəyyən etmək xüsusi biliyə malik şəxslərin rəyini əldə olunmalı, daha sonra isə sözügedən əmlakların hüquqi rejiminə görə Mişiyevlərin birgə nikah dövründə əldə edilmiş əmlaklar olması nəzərə alınmaqla qanunvericiliyin tələblərinə uyğun hərrac keçirilməsi ilə bağlı müvafiq tədbirlər görülə bilər. Qeyd olunanları diqqətə çatdırmaqda Kollegiyanın məqsədi sonrakı icra prosesinin qanunun tələblərinə ciddi riayət etməklə həyata keçirilməsinə yardımçı olmaqdan ibarətdir. Çünki, bir qayda olaraq birgə mülkiyyətdə olan əmlakların açıq hərrac vasitəsilə satılmasını təşkil edildikdə göstərilən qaydaya əməl olunmur ki, bu da haqlı olaraq maraqlı şəxslərin narazılığına və bu zəmində əsassız məhkəmə çəkişmələrinin yaranmasına gətirib çıxarır. Məhkəmə kollegiyası «Hyundai” minik markalı **-NU-*** dövlət qeydiyyat nişanlı avtomobilin X11 adına rəsmiləşdirildikdən sonra X3 adına rəsmiləşdirilməsini və sonuncu alğı-satqının iddiaçı tərəfindən digər məhkəmənin icraatında mübahisələndirilməsini nəzərə alaraq sonuncunun hazırki iş üzrə 3-cü şəxs qismində cəlb etməsini zəruri saymamışdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırda sözügedən avtomobilin qeydiyyat şəhadətnaməsi X3 adına olmaqla həmin şəhadətnamənin qanuniliyi digər məhkəmənin icraatında mübahisələndirildiyindən hazırki iş üzrə ona hüquqi qiymət verilməsi mümkün deyildir. (tələb yoxdur.) Buna görə də kollegiya hazırki işdə qaldırılmış tələb üzrə «Hyundai” minik markalı **-NU-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair X11 adına olan qeydiyyat şəhadətnaməsinin verilməsinin qanuni əsaslarına hüquqi qiymət verilməli olduğunu qeyd edir və hesab edir ki, mübahisəli daşınmaz əmlaklarla bağlı 3 dəfə keçirilmiş hərracların qanunsuzluğuna dair kollegiyanın yuxarıda istinad etdiyi hallar baxımından sözügedən avtomobilin 33.000 manat əvəzində icra sənədi üzrə tələbkar X11 etibarnamə üzrə nümayəndəsi Vəkil2 aktla təhvil verilməklə X11 adına ** MO *** (yeni nömrə) dövlət qeydiyyat nişanlı “Hyundai İX-55” minik markalı avtomobilinə dair AD seriyalı 822432 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi də ləğv edilməlidir. Məhkəmə kollegiyası Maraqlı şəxs apellyasiya şikayətinin dəlilləri ilə bağlı əlavə olaraq qeyd etməyi zəruri sayır ki, o birinci instansiya məhkəməsində maraqlarına toxunan şəxs kimi işə qoşulmasa da, onun apelyasiya şikayətinə münasibətdə əvvəlki apelyasiya kollegiyasının verdiyi hüquqi qiymət üzrə kassasiya instansiyası məhkəməsinin mövqeyinə görə apellyasiya instansiyası məhkəməsi kəsici müddətin tətbiq edilməsi qənaətinə gəlmiş olsa da, bu istiqamətdə də hər hansı araşdırma aparmamış, maraqlarına toxunan şəxsin hüquqlarının pozulma anının hansı zamanla müəyyən edilməsinə dair hər hansı münasibət ifadə etməmiş və həmin anı müəyyənləşdirmədən göstərilən müddəti tətbiq etməklə göstərilən şəxsin də apelyasiya şikayətinin dəlillərinin əsassız olması qənaətinə gəlmişdir. Halbuki, qeyd olunan şəxsin apelyasiya şikayəti üzrə həmin şəxsin hüquqlarının pozulması anının müəyyən edilməsi mübahisənin ona münasibətdə ədalətli həll edilməsi üçün daha vacib idi. Çünki maraqlarına toxunan şəxs kasasiya şikayətində əri İddiaçı tərəfindən sonuncunun qardaşı ilə mübahisələndirilən əmlaklarla bağlı bağlamış olduğu razılaşma müqaviləsini mübahisələndirdiyini göstərmiş, bu halın təsdiqi kimi Ali Məhkəməyə icraatın dayandırılması barədə vəsatətlə müraciət edərək, Bakı Apellyasiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə onun cavabdeh İddiaçı və Bakı şəhəri 21 saylı Dövlət Notariat Kontoruna qarşı “razılaşma müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki işlə İddiaçı cavabdeh X16 qarşı “cavabdehə verilmiş pul vəsaitləri ilə bağlı əsas və faiz borcu” tələbinə və İddiaçı cavabdehlər "xxxx" MMC-yə və X16 qarşı “borcun tutulması” tələbinə dair işlərin bir icraatda birləşdirilməsini göstərib icraatın dayandırılmasını xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsi bununla bağlı qərarında daha sonra göstərmişdir ki, hazırki halda kasasiya kollegiyasında icraatın dayandırılmasına əsas olmadığından vəsatət əsassız hesab edilsə də, yuxarıda göstərilən Bakı Apellyasiya Məhkəməsinin icraatında olan iş üzrə icraat maraqlarına toxunan şəxsin hazırki mübahisənin əsasını təşkil edən əmlaklarla bağlı hüququnun pozulma anının müəyyən edilməsi baxımından da önəmlidir. Apelyasiya kollegiyası isə göründüyü kimi, maraqlarına toxunan şəxsin hüquqlarının pozulma anının hansı zamanla müəyyən edilməsi barədə hər hansı fikir irəli sürməmiş və münasibət bildirməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1629/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdeh X16 qarşı “borcun qaytarılması və sair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X10 Almaniya Respublikasında yaşayarkən iddiaçı şəxsdən aldığı və onun tərəfindən ödənilmiş 1.427.364 (bir milyon dörd yüz iyirmi yeddi min üç yüz altmış dörd) manat məbləğində borcun və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və X16 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülki iş üzrə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən cəmi 5.511.983 (beş milyon beş yüz on bir min doqquz yüz səksən üç) manat, cavabdeh X10 8.252.479 (səkkiz milyon iki yüz əlli iki min dörd yüz yetmiş doqquz) manat olmaqla, cəmi 13.764.462 (on üç milyon yeddi yüz altmış dörd min dörd yüz altmış iki) manat məbləğində borcun tutularaq ona qaytarılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Nərimanov Rayon Məhkəməsinin 12 avqust 2020-ci il tarixli 2(005)- 2664/2020 nömrəli qərardadı ilə mülki işlər bir icraatda birləşdirilmişdir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-211/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh X16 qarşı “cavabdehə verilmiş pul vəsaitləri ilə bağlı əsas və faiz borcu” tələbinə və İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və X16 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizələri təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1986/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçı Maraqlı şəxs cavabdeh İddiaçı və Bakı şəhəri 21 saylı Dövlət Notariat Kontoruna qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X19 cəlb edilməklə) “razılaşmanın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işin İddiaçı cavabdeh X16 qarşı “borcun qaytarılması və sair” tələbinə dair və İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və X16 qarşı “borcun tutulması” tələbinə dair mülki işlə bir icraatda baxılması üçün birləşdirilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1629/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh X16 qarşı “borcun qaytarılması və sair” tələbinə dair və İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və X16 qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Nərimanov Rayon Məhkəməsinin 2(005)-211/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, həmin mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1629/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh X16 qarşı “borcun qaytarılması və sair” tələbinə dair və İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və X18ə qarşı “borcun tutulması” tələbinə dair mülki işin iddiaçı Maraqlı şəxs cavabdeh İddiaçı və Bakı şəhəri 21 saylı Dövlət Notariat Kontoruna qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X19 cəlb edilməklə) “razılaşmanın etibarsız hesab edilməsi” tələbinə dair mülki işdən ayrılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1629/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı Maraqlı şəxs və İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətləri təmin olunmaması, Nərimanov Rayon Məhkəməsinin 2(005)-4731/2021 saylı, xx.xx.2021 ci il tarixli qətnaməsi onların apellyasiya şikayətlərinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Məhkəmə kollegiyası kassasiya instansiyası məhkəməsinin qərarında maraqlarına toxunan şəxsin hazırki mübahisənin əsasını təşkil edən əmlaklarla bağlı hüququnun pozulma anının müəyyən edilməsi baxımından da önəmli olmasına və onun hüquqlarının pozulma anının hansı zamanla müəyyən edilməsi ilə bağlı əks edilmiş göstərişlərinə əsasən qeyd edir ki, Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Bu isə onu nəzərdə tutur ki, maraqlı səxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Göründüyü kimi, qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 2008-ci il 8 may tarixli Qərarında da öz əksini tapmışdır. Həmin Qərarda qeyd olunmuşdur ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq olmadığına görə müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər. Lakin yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv edə bilməz. Bu məhdudiyyətlər məhkəmələr tərəfindən özbaşına deyil, hüququn təbiətinə uyğunlaşa bilən, müvafiq hüquqa mütənasib şəkildə və eyni zamanda, bu hüququn hüdudları kimi düzgün tətbiq edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, sözügedən maddədə müəyyən olunmuş 1 illik müddətin keçməsi əqdin etibarsız hesab edilməsi imkanını aradan qaldırdığı üçün iddiaçının əqdin etibarsız sayılmasını əsas verən halları bildiyi və ya bilməli olduğu vaxtın müəyyənləşdirilməsi iş üçün mühüm əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyası iclasında Maraqlı şəxs nümayəndəsi və vəkilinin verdiyi izahatından görünür ki, daşınmaz əmlaklar onun adına qeydiyyatda olmadığı halda, eyni zamanda ondan həmin əmlaklara dair razılaşmanın bağlanmasına razılıq alınmadığı halda, yoldaşı ilə uzun illərdir ayrı yaşadığı halda, onun hüquqlarının pozulduğundan xəbəri ola bilməzdi. Hərraca çıxarılan əmlaklar nikah müddətində əldə edildiyindən və hər bir əmlakda payı olduğundan o, mütləq şəkildə hərracların keçirilməsindən xəbərdar olmalı idi. Qanunsuz keçirilən hərracların nəticəsində onun mülkiyyətinə qəsd edilmiş, umumi əmlakdakı payından qanunsuz olaraq məhrum edilmişdir. Kollegiyanın iclasında tərəflər İddiaçı qeyri rəsmi yaşadığı 3 arvaddan ümumilikdə 14 uşağının olmasını təsdiq etmişlər. Məhkəmə kollegiyası Maraqlı şəxs hüquqlarının pozulmasını bildiyi anla bağlı izahatında göstərilənləri inandırıcı saymaqla, hüquqlarının pozulma anını onun əri İddiaçı tərəfindən sonuncunun qardaşı ilə mübahisələndirilən əmlaklarla bağlı bağlamış olduğu razılaşma müqaviləsini mübahisələndirdiyi vaxt olması qənaətinə gəlir. Qarşı tərəf isə bunun əksini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında icra hərəkətləri və hərracın keçirilməsi barədə Maraqlı şəxs hər hansı formada məlumat verilməsini təsdiq edən sübutlar da mövcud deyildir. Lakin bununla belə məhkəmə kollegiyası hesab edir ki, Maraqlı şəxs İddiaçı onun razılığı olmadan birgə nikah dövründə əldə olunmuş ümumi əmlaklara dair X19 ilə 17 dekabr 2011-ci il tarixli razılaşma müqaviləsinin predmeti olan əmlaklar birgə nikah dövründə əldə olunduğuna görə onun razılığı alınmadan həmin müqaviləni mübahisələndirmək hüququna malik olmasını göstərsə də, yuxarıda qeyd edildiyi kimi bu tələblərlə bağlı məhkəmə qətnamələri qəbul edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli, 2(005)-421/2020 nömrəli qətnaməsi ləğv olunmalı və iddia tələblərinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyası göstərilən qənaətə gələrkən qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” qərarının izahına əsasən istənilən məhkəmə aktının qanuni və əsaslı tanınması üçün zəruri şərt onun ədalətli olmasıdır, belə ki, ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsi ilə ədalətin qələbəsi aşkar görünməlidir. Dövlətin insan hüquqlarının və azadlıqlarının qorunması vəzifəsinin konstitusiya quruluşunun əsaslarına aid olduğunu və bu hüquqların dövlət tərəfindən, o cümlədən, məhkəmə qaydasında müdafiəsini zəruri edir…. Məhkəmə müdafiəsi beynəlxalq hüquqda müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların təsirli şəkildə bərpa olunmasını təmin etməlidir. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 440.4-cü və «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikası Qanununun 74.1-ci maddələrinə dair» xx.xx.2002-ci il taixli qərarı) Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” işi üzrə xx.xx.1970-ci il tarixli qərarı; “Piersack Belçikaya qarşı” iş üzrə xx.xx.1982-ci il tarixli qərarı; “X22rşı” işi üzrə xx.xx.1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu isə apellyatorların özünə aid edilməlidir. Ekspertiza tədqiqatının dəyəri olaraq 500 manat məbləğində pul cavabdehlər "xxxx" MMC-dən, Cavabdeh3 ( indiki adı "xxxx") MMC-dən və Bakı şəhəri Cavabdeh2ndən müştərək qaydada tutularaq “X24” MMC-nin xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayətləri təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli, 2(005)- 421/2020 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh3 ( indiki adı "xxxx") MMC-yə və Bakı şəhəri Cavabdeh2 qarşı “əmlakın qiymətləndirilməsi barədə hesabatların, Hyundai İX 55 markalı ** NU *** dövlət qeydiyyat nişanlı avtomobilin qiymətləndirilməsi barədə hesabatın, hərracın nəticələri haqqında yekun protokolların və ondan irəli gələn bütün hüquqverici sənədlərin alğı-satqı müqavilələrinin etibarsız etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilsin. "xxxx" MMC-nin İddiaçı məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Fizuli küşəsi 79 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə, Bakı şəhəri Nəsimi rayonu 28 May küçəsində yerləşən 20 saylı evin 79 saylı mənzilə,Bakı şəhəri Nərimanov rayonu Hazim Hacıyev küçəsində yerləşən 7 saylı evin 16 saylı mənzilinə dair "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli hesabatları etibarsız hesab edilsin. "xxxx" MMC tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli İddiaçı məxsus “Hyundai” minik markalı **-NU-*** dövlət qeydiyyat nişanlı avtomobil 33.000 manat məbləğində qiymətləndirilməsi barədə hesabat etibarsız hesab edilsin. X11 adına ** MO *** (yeni nömrə) dövlət qeydiyyat nişanlı “Hyundai İX-55” minik markalı avtomobilə görə verilmiş AD seriyalı 822432 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi ləğv edilsin. İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsində yerləşən 20 saylı evin 79 saylı mənzil (yeni qaydalarla : AZ1000 Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, 46, M4,m2) 91.000 (doxsan bir min) manata satılmasına dair, Bakı şəhəri, Nəsimi rayonu, ünvan 7 ünvanında yerləşən qeyri-yaşayış sahəsi 280.000 (iki yüz səksən min) manata satılmasına dair, Bakı şəhəri, Nərimanov rayonu, Nazim Hacıyev küçəsində yerləşən 7 saylı evin 16 saylı mənzili 70.000 (yetmiş min) manata satılmasına dair hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə xx.xx.2020-ci il tarixli müqavilələr, eyni tarixli 18, 19 və 20 saylı yekun protoklları və onlardan irəli gələn bütün hüquqverici sənədlər etibarsız sayılsınlar. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorların özünə aid edilsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 500 manat məbləğində pul cavabdehlər "xxxx" MMC-dən, Cavabdeh3 ( indiki adı "xxxx") MMC-dən və Bakı şəhəri Cavabdeh2ndən müştərək qaydada tutularaq “X24” MMC-nin xeyrinə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Ziya Şirinov