Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5768/2022 22.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Yusifov Cahangir Afər oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi, İddiaçı və onun nümayəndəsi vəkili Vəkil1, vəkili X1, Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil4 iştirakları ilə, Nərimanov Rayon Məhkəməsinin 2(005)-3122/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh MMC-yə qarşı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə cavabdeh “Poleks" MTK arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospektində Cavabdeh MTK tərəfindən inşa edilmiş çoxmənzilli yaşayış binasından Xətai prospektinə baxan hissədə 11-ci mərtəbədə yerləşən sahəsi 143.8 kv.m ibarət mənzilin İddiaçı təhvil verilməsi, 2019-cu ilin mart ayının 25-dən 2021-ci ilin iyul ayının 25-dək ödənilməmiş kirayə haqqının əvəzi olaraq cəmi 13.000 manat məbləğində pulun Cavabdeh MTK tərəfindən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). Cavabdeh MMC qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli 176 saylı müqavilənin 1.1.2, 1.1.3, 1.1.4-cü maddələrinə aşağıdakı redaksiyada «1.1.2. Tikinti şirkəti Cavabdeh MMC ünvan 1 ünvanda yerləşən «Əmlak mülkiyyətçisi» nə məxsus 92.15 kv.m-dən ibərət yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, yaşayış binasının 18 ay müddətində başa çatdıraraq, inşa etdiyi binalardan 110.58 kv.m təmirli mənzili «Əmlak mülkiyyətçisinin» mülkiyyətinə verməyi öhdəsinə götürür. 1.1.3. Tikinti şirkəti «Əmlak mülkiyyətçisi »nə kompensasiya şəklində 18 ay müddətində aylıq 500 manat məbləğində kirayə haqqı verir. 1.1.4. Tikinti şirkəti tərəfindən müqavilənin 1.1.2-ci maddəsinə əsasən mənzil 18 ay müddətində «Əmlak mülkiyyətçisinə təhvil verilmədiyi halda aylıq kirayə haqqı olan 500 manat məbləğ 25 iyul 2021-ci il tarixinədək ödənilsin» dəyişiklik edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-3122/2021 nömrəli, 22 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə ilk iddia təmin edilmiş, qarşılıqlı iddia rədd edilmişdir. (hakim Aytən Novruzova) Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv, ilk iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1076/2022 nömrəli, 25 yanvar 2022-ci il tarixli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. (hakimlər Qürbət Əsgərov (sədrlik edən və məruzəçi), Azad İmanov, Vahid Sadıqov) Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-3438/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1076/2022 nömrəli, 25 yanvar 2022-ci il tarixli qətnaməsi qismən – ilk iddianın təmin edilən hissəsində ləğv edilmiş, iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmışdır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini qismən, ilk iddianın təmin edilən hissəsində cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən yoxlayır Məhkəmə kollegiyasının iclasında tərəflər barışıq sazişi verərək, mübahisəni barışıq yolu ilə həll etdiklərini və barışıq sazişindən irəli gələn hüquqi nəticələrin onlara aydın olduğunu, buna görə də barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Barışıq sazişinin məzmununa görə;
1. "Poleks” MTK tərəfindən İddiaçı 31.01,2023-cü il tarixədək 220 000 (iki yüz iyirmi min) manat məbləğində pul ödənilməklə, tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli. 176 saylı müqavilədən irəli gələn bütün öhdəliklərə xitam verilir.
2. Tərəflər razılığa gəlir ki, X3in 1-ci bəndində qeyd edilən 220 000 (iki yüz iyirmi min) manat məbləğin İddiaçı ödənilməsi, onun "Poleks” MTK-ya qarşı olan bütün iddia və tələblərini, o cümlədən maddi, mənəvi, hər hansı cərimə, faiz, əldən çıxmış fayda kimi tələblərini tam şəkildə aradan qaldırır.
3. İddiaçı mülkiyyətində olmuş Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, ev 33, 37 saylı mənzilin Cavabdeh MMC tərəfindən xx.xx.2017-ci il tarixli, 176 saylı müqavilənin şərtlərinə uyğun söküldüyünü təsdiq etməklə, həmin mənzilə olan mülkiyyət hüququnu itirməsini qəbul edir və gələcəkdə həmin mənzilə dair Daşınmaz Əmlakın Dövlət Reyestrində onun adma olan reyetsr qeydinin ləğv olunması üçün bütün zəruri, hüquqi və faktiki hərəkətləri edəcəkdir.
4. İddiaçı öhdəsinə götürür ki, gələcəkdə Bakı şəhəri, Nərimanov rayonu. Xətai prospekti, ev 33, 37 saylı mənzillə bağlı hər hansı bir iddia, tələb irəli sürüləcəyi təqdirdə Cavabdeh MTK-nı həmin iddia və tələblərdən azad edəcəkdir.
5. “Poleks" MTK tərəfindən İddiaçı 31.01,2023-cü il tarixədək ödənilməli olan 220 000 manat məbləğin hamsının və ya bir hissəsinin gecikdiriləcəyi təqdirdə, ödənilməmiş qalan məbləğə münasibətdə hər gecikdirilmiş ay üçün 10% məbləğində cərimə ödəniləcəkdir.
6. Tərəflər hazırkı barışıq sazişinin şərtlərinin onların hüquqlarını pozmadığını təsdiq edir.
7. Tərəflərə məlumdur ki, hazırkı Barışıq Sazişində müəyyən edilən öhdəliklərin birinin və ya bir neçəsinin yerinə yetirilməməsi məhkəmə tərəfindən icra vərəqəsinin verilməsinə əsas olacaqdır.
8. Tərəflər bəyan və təsdiq edirlər ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191-ci maddəsinin məzmunu ilə tanışdırlar, bu saziş məhkəmə tərəfindən təsdiq edildikdən sonra bu sazişlə həll edilən məsələ üzrə gələcəkdə biri digərinə qarşı iddia qaldırmaq hüququnu itirirlər. Barışığın hüquqi nəticələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinin məzmunu onlara tam aydındır.
9. Bu barışıq sazişi məhkəmə tərəfindən təsdiq edildiyi andan qüvvəyə minir.
10. X3 1 nüsxəsi məhkəməyə təqdim edilməsi üçün və sazişi imzalayanların hərəsində bir nüsxə saxlanılmaqla 3 (üç) nüsxədə tərtib olundu və imzalandı. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Hazırkı halda, Məhkəmə kollegiyası barışıq sazişini müzakirə edərək hesab edir ki, barışıq sazişi tərəflərin və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, qanuna zidd deyildir, ona görə də barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli, qətnamə ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-in 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Azərbaycan Respublikası MPM-in 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Qeyd olunan Məcəllənin 261.0.5-ci və 262.1-ci maddələrinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir və bu barədə qərardad çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, barışıq sazişinin təsdiq olunması barədə ərizə qəbul olunmalı, barışıq sazişi təsdiq edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, hazırkı apellyasiya baxışının predmeti olan – ilk iddianın təmin edilən hissəsində ləğv olunmalı və həmin hissədə iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin normada (402-ci maddə) icraata xitam verilməsi barədə qərardadlar ümumi şəkildə əks olunmasına baxmayaraq, sözügedən normanın MPM-in digər müvafiq normaları ilə sistematik təhlilindən belə qənaət hasil olur ki, qanunverici heç də bütün icraata xitam verilmə hallarını, o cümlədən, iddiaçının iddiadan imtina etməsi (261.0.4), eləcə də tərəflərin barışıq sazişi bağlaması (261.0.5) əsasları ilə icraata xitam verilməsi hallarını nəzərdə tutmur. Belə ki, həmin hallar məhkəmənin gəldiyi qənaət olmayıb, icraatı başlamış tərəflərin bilavasitə iradə ifadəsi ilə bağlıdır. Bu baxımdan da müəyyən olunur ki, tərəflərin barışıq sazişi bağlaması əsası ilə icraata xitam verilməsinə dair hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261, 262, 263-264, 391, 397, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə r a r a a l d ı: İddiaçı Cavabdeh MMC-yə qarşı “mənzilin təhvil verilməsi” tələbinə dair ilkin, eyni zamanda Cavabdeh MMC-nin cavabdeh İddiaçı qarşı “müqavilə şərtlərinin dəyişdirilməsi” barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə hazırkı apellyasiya baxışının predmetini təşkil edən ilkin iddia tələbi hissədə tərəflərin aşağıdakı şərtlərlə bağladıqları barışıq sazişi təsdiq edilsin. Barışıq sazişinin məzmununa görə;
1. "Poleks” MTK tərəfindən İddiaçı 31.01,2023-cü il tarixədək 220 000 (iki yüz iyirmi min) manat məbləğində pul ödənilməklə, tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli. 176 saylı müqavilədən irəli gələn bütün öhdəliklərə xitam verilir.
2. Tərəflər razılığa gəlir ki, X3in 1-ci bəndində qeyd edilən 220 000 (iki yüz iyirmi min) manat məbləğin İddiaçı ödənilməsi, onun "Poleks” MTK-ya qarşı olan bütün iddia və tələblərini, o cümlədən maddi, mənəvi, hər hansı cərimə, faiz, əldən çıxmış fayda kimi tələblərini tam şəkildə aradan qaldırır.
3. İddiaçı mülkiyyətində olmuş Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, ev 33, 37 saylı mənzilin Cavabdeh MMC tərəfindən xx.xx.2017-ci il tarixli, 176 saylı müqavilənin şərtlərinə uyğun söküldüyünü təsdiq etməklə, həmin mənzilə olan mülkiyyət hüququnu itirməsini qəbul edir və gələcəkdə həmin mənzilə dair Daşınmaz Əmlakın Dövlət Reyestrində onun adma olan reyetsr qeydinin ləğv olunması üçün bütün zəruri, hüquqi və faktiki hərəkətləri edəcəkdir.
4. İddiaçı öhdəsinə götürür ki, gələcəkdə Bakı şəhəri, Nərimanov rayonu. Xətai prospekti, ev 33, 37 saylı mənzillə bağlı hər hansı bir iddia, tələb irəli sürüləcəyi təqdirdə Cavabdeh MTK-nı həmin iddia və tələblərdən azad edəcəkdir.
5. “Poleks" MTK tərəfindən İddiaçı 31.01,2023-cü il tarixədək ödənilməli olan 220 000 manat məbləğin hamsının və ya bir hissəsinin gecikdiriləcəyi təqdirdə, ödənilməmiş qalan məbləğə münasibətdə hər gecikdirilmiş ay üçün 10% məbləğində cərimə ödəniləcəkdir.
6. Tərəflər hazırkı barışıq sazişinin şərtlərinin onların hüquqlarını pozmadığını təsdiq edir.
7. Tərəflərə məlumdur ki, hazırkı Barışıq Sazişində müəyyən edilən öhdəliklərin birinin və ya bir neçəsinin yerinə yetirilməməsi məhkəmə tərəfindən icra vərəqəsinin verilməsinə əsas olacaqdır.
8. Tərəflər bəyan və təsdiq edirlər ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191-ci maddəsinin məzmunu ilə tanışdırlar, bu saziş məhkəmə tərəfindən təsdiq edildikdən sonra bu sazişlə həll edilən məsələ üzrə gələcəkdə biri digərinə qarşı iddia qaldırmaq hüququnu itirirlər. Barışığın hüquqi nəticələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinin məzmunu onlara tam aydındır.
9. Bu barışıq sazişi məhkəmə tərəfindən təsdiq edildiyi andan qüvvəyə minir.
10. X3 1 nüsxəsi məhkəməyə təqdim edilməsi üçün və sazişi imzalayanların hərəsində bir nüsxə saxlanılmaqla 3 (üç) nüsxədə tərtib olundu və imzalandı.
Nərimanov Rayon Məhkəməsinin 2(005)-3122/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi qismən, qismən– ilk iddianın təmin edilən hissəsində ləğv olunsun və həmin hissədə iş üzrə icraata xitam verilsin. Məhkəmə xərcləri tərəflərə aid edilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardad qətidir, qərardaddan şikayət verilə bilməz.
Sədrlik edən: İkram Şirinov Hakimlər: Cahangir Yusifov Anar Tanrıverdiyev