Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-577/2025 04.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı mülki iş üzrə (Açar sözlər: əmanət üzrə kompensasiyanın geri qaytarılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi ismayılova Ayşən Səaddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı «əmanət məbləğinin geri qaytarılması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1865/2024 saylı, 27 avqust 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. LPO Bank "xxxx" ASC ilə əmanətçi İddiaçı arasında bağlanmış xx.xx.2013cü il tarixli 221FZ**********1 nömrəli “Standart əmanət (depozit) hesabı haqqında (fiziki şəxslər üçün)” müqavilənin surətindən görünür ki, bank əmanətçidən 15755 ABŞ dolları məbləğində pul vəsaitini qəbul edərək müqavilədə nəzərdə tutulan şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün illik 12 faiz dərəcəsi ilə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə 60 ay müddətinə bağlanmışdır.
2. LPO Bank "xxxx" ASC ilə əmanətçi İddiaçı arasında bağlanmış xx.xx.2014cü il tarixli 221LM**********1 nömrəli “Standart əmanət (depozit) hesabı haqqında (fiziki şəxslər üçün)” müqavilənin surətindən görünür ki, bank əmanətçidən 4000 manat məbləğində pul vəsaitini qəbul edərək müqavilədə nəzərdə tutulan şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün hər ay 10 faiz dərəcəsi ilə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə 12 ay müddətinə bağlanmışdır.
3. LPO Bank "xxxx" ASC ilə əmanətçi İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli 221FZ**********1 nömrəli “Standart əmanət (depozit) hesabı haqqında (fiziki şəxslər üçün)” müqavilənin surətindən görünür ki, bank əmanətçidən 700 ABŞ dolları məbləğində pul vəsaitini qəbul edərək müqavilədə nəzərdə tutulan şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün illik 10,4 faiz dərəcəsi ilə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə 12 ay müddətinə bağlanmışdır.
4. LPO Bank "xxxx" ASC ilə əmanətçi İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli 221S10L151750001 nömrəli “Standart əmanət (depozit) hesabı haqqında (fiziki şəxslər üçün)” müqavilənin surətindən görünür ki, bank əmanətçidən 7800 manat məbləğində pul vəsaitini qəbul edərək müqavilədə nəzərdə tutulan şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün illik 12 faiz dərəcəsi ilə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə 120 ay müddətinə bağlanmışdır.
5. LPO Bank "xxxx" ASC ilə əmanətçi İddiaçı arasında bağlanmış xx.xx.2016-cı il tarixli 221LM**********1 nömrəli “Standart əmanət (depozit) hesabı haqqında (fiziki şəxslər üçün)” müqavilənin surətindən görünür ki, bank əmanətçidən 4.100 manat məbləğində pul vəsaitini qəbul edərək müqavilədə nəzərdə tutulan şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün illik 10 faiz dərəcəsi ilə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə 12 ay müddətinə bağlanmışdır.
6. LPO "xxxx" ASC-nin əmanətçiləri qarşısında öhdəliklərin reyestrindən çıxarışa əsasən bank tərəfindən İddiaçı 30.000 manat məbləğində kompensasiya hesablanmışdır. Kompensasiya olunmayan məbləğ AZ60TECİ******************** saylı hesab nömrəsi üzrə 11003,78 ABŞ dolları məbləğində təşkil etmişdir. İddiaçı məbləğlə razı olmasını imzası ilə təsdiq etmiş, “məbləğlə razı olmamasına dair qrafa” isə imza olunmadan saxlanılmışdır.
7. LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xx.xx.2018-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, İddiaçı LPO "xxxx" ASC-də olan kreditor tələbi xx.xx.2016-cı il tarixində 1-3082-2016 qəbz nömrəsi ilə Azərbaycan Respublikası “Banklar haqqında” Qanunun 76.1-ci maddəsinə uyğun olaraq kreditorların reyestrinə daxil edilmişdir və həmin Qanunun 77.1-ci maddəsinə uyğun olaraq qəbul olunmuşdur.
8. İddiaçı müxtəlif tarixlərdə ƏSF-na müraciət edərək, AZ60TECİ******************** saylı hesab nömrəsi üzrə qalıq qalmış 11003,78 ABŞ dolları məbləğində pul vəsaitinin qaytarılmasında ona köməklik göstərilməsini xahiş etmişdir.
9. LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xx.xx.2022-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun bankda sığorta hadisəsinin baş verdiyi dövr üçün qüvvədə olan tələblərinə əsasən fiziki şəxslərin bank hesablarında qalmış vəsaitlərinin 30000 manatdan çox olan hissəsi kompensasiya edilmədiyi üçün həmin vəsaitlər “Banklar haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq kreditor tələbi kimi qeydə alınır. Bildirilmişdir ki, İddiaçı kreditor tələbi “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 76.1-ci maddəsinə uyğun olaraq qeydə alınmış və həmin Qanunun 82-ci maddəsində göstərilmiş növbəlilik qaydasında ödəniləcəkdir.
Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun LPO "xxxx" ASC-də AZ60TECİ******************** hesab nömrəsində olan 11.003,78 ABŞ dolları məbləğində əmanətin və ödənilmiş 147 manat dövlət rüsumunun Əmanətlərin Sığortalanması Fondundan tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İddia onunla əsaslandırılmışdır ki, 31 may 2013-cü il tarixli, 221FZ**********1 nömrəli müqaviləyə əsasən "xxxx" ASC-nin etibarnamə əsasında fəaliyyət göstərən filialının müdiri M.H.Salahov şəxsində, digər tərəfdən əmanətçi İddiaçı ilə müqavilə bağlanılmışdır. Həmin müqavilənin 1.3-cü maddəsi ilə əmanətçi 15755 ABŞ dolları məbləğində pulu banka müddətli depozitə qoymuşdur. 11 iyun 2014-cü il tarixli, 221LM121620001 nömrəli müqaviləyə əsasən "xxxx" ASC-nin etibarnamə əsasında fəaliyyət göstərən Sumqayıt Filialının müdiri şəxsində, digər tərəfdən əmanətçi İddiaçı ilə müqavilə bağlanılmışdır. Həmin müqavilənin 1.3-cü maddəsinə əsasən əmanətçi 4000 manat məbləğində pulu banka müddətli depozitə qoymuşdur. 24 iyun 2015-ci il tarixli, 221FZ**********1 nömrəli müqaviləyə əsasən "xxxx" ASC-nin etibarnamə əsasında fəaliyyət göstərən Sumqayıt Filialının müdiri şəxsində, digər tərəfdən əmanətçi İddiaçı ilə müqavilə bağlanılmışdır. Həmin müqavilənin 1.3-cü maddəsinə əsasən pulu banka müddətli depozitə qoymuşdur. 04 iyul 2015-ci il tarixli, 221S10L151750001 nömrəli müqaviləyə əsasən "xxxx" ASC-nin etibarnamə əsasında fəaliyyət göstərən Sumqayıt Filialının müdiri şəxsində, digər tərəfdən əmanətçi İddiaçı ilə müqavilə bağlanılmışdır. Həmin müqavilənin 1.3-cü maddəsinə əsasən pulu banka müddətli depozitə qoymuşdur. 09 yanvar 2016-ci il tarixli, 221LM**********1 nömrəli müqaviləyə əsasən "xxxx" ASC-nin etibarnamə əsasında fəaliyyət göstərən Sumqayıt Filialının müdiri şəxsində, digər tərəfdən əmanətçi İddiaçı ilə müqavilə bağlanılmışdır. Həmin müqavilənin 1.3-cü maddəsinə əsasən pulu banka müddətli depozitə qoymuşdur. "xxxx" ASC tərəfindən verilmiş əmanət kitabçasında da qoyulan əmanətlərin qeydiyyatı aparılmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-ci il tarixli qərarı ilə "xxxx" ASC müflis elan edilmiş və iflas proseduruna başlanılmış, məhkəmənin xx.xx.2016-cı il tarixli 2-1(81)-1541/2016 nömrəli qərardadı ilə Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin edilmişdir. Lakin hazıradək əmanət verilməmişdir. xx.xx.2016-cı il tarixli "xxxx" ASC-nin əmanətçiləri qarşısında Öhdəliklərin Reyestrindən Çıxarışa əsasən İddiaçı 30000 manat ödənilsə də, AZ60TECİ******************** hesab nömrəsində 11003,78 ABŞ dolları kompensasiya olunmamış qalmışdır. 17 mart 2016-cı il tarixli ərizədən görünür ki, o, Ləğvetmə prosesində olan "xxxx" ASC-nin direktoruna müraciət edərək AZ60TECİ******************** hesab nömrəsində olan 11003,78 ABŞ dolları məbləğində vəsaitin qaytarılmasında köməklik göstərilməsini xahiş etmişdir. "xxxx" ASC-nin ləğv prosesində olan hesabından 16 yanvar 2017-ci il tarixli çıxarışa əsasən onun Cİ******************** hesab nömrəsində 11003,78 ABŞ dolları qalıq vardır. 16 may 2018-cı il tarixli ərizədən görünür ki, o, Ləğvetmə prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun İcraçı direktoruna müraciət edərək "xxxx" ASC-nin Sumqayıt Filialından USD ilə sığortalanmayan qalıq hissəsini kreditorlar haqqında siyahıya daxil olub-olmaması barədə məlumat verilməsini xahiş etmişdir. Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi X1 22 may 2018-ci il tarixli, **********499 nömrəli məktubuna əsasən onun 16 may 2018-ci il tarixli ərizəsinə cavab olaraq bildrilmişdir ki, onun ləğv prosesində olan "xxxx" ASC-yə olan kreditor tələbi xx.xx.2016-cı il tarixində 1-3082-16 qəbz nömrəsi ilə Azərbaycan Respublikası “Banklar haqqında” Qanunun 76.1-ci maddəsinə uyğun olaraq reyestrə daxil edilmişdir və həmin Qanunun 77.1-ci maddəsinə uyğun olaraq qəbul olunmuşdur. 07 iyun 2018-ci il tarixli ərizədən görünür ki, o, Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun direktoruna müraciət edərək AZ60TECİ******************** hesab nömrəsində olan 11003,78 ABŞ dolları məbləğidə vəsaitlə bağlı görüşməyi tələb etmişdir. Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun 6 avqust 2018- ci il tarixli, **********355 nömrəli məktubu ilə, o, 27 avqust 2018-ci il tarixində saat 15:00-da Fondun Babək prospekti 16-da yerləşən ünvanına dəvət edilmişdir. 20 dekabr 2021-ci il tarixli şikayət ərizəsindən görünür ki, o, Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun direktoruna müraciət edərək, AZ60TECİ******************** hesab nömrəsində olan 11003,78 manat məbləğində pulun qaytarılmasını xahiş etmişdir. 06 oktyabr 2022-cı il tarixli ərizədən görünür ki, o, Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun direktoruna müraciət edərək AZ60TECİ******************** hesab nömrəsində olan 11003,78 ABŞ dolları məbləğində pulun qaytarılmasını xahiş etmişdir. Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun 20 oktyabr 2022-ci il tarixli, **********601 nömrəli məktubu ilə onun 06 oktyabr 2022-ci il tarixli ərizəsinə cavab olaraq bildrilmişdir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-ci il tarixli qərarı ilə bank müflis elan edilmiş və iflas proseduruna başlanılmış, eyni məhkəmənin xx.xx.2016-cı il tarixli 2-1(81)-1541/2016 nömrəli qərardadı ilə Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin edilmişdir. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun Bankda sığorta hadisəsi baş verən qüvvədə olan tələblərinə əsasən fiziki şəxslərin bank hesablarında qalmış vəsaitlərinin 30000 manatdan çox olan hissəsi kompensasiya edilmədiyi üçün “Banklar haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq kreditor tələbi kimi qeydə alınır. Bildirirlər ki, onun kreditor tələbi “Banklar haqqınında” Azərbaycan Respublikası Qanununun 76.1-ci maddəsinə uyğun olaraq qeydə alınmış və həmin Qanunun 82-ci maddəsində göstərilmiş növbəlilik qaydasında ödəniləcəkdir. Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanaması Fondu tərəfindən onun 5Cİ******************** hesab nömrəsində olan 11003,78 ABŞ dolları qaytarılmadığından 9 iyun 2023-cü il tarixli pretenziya ilə müraciət olunsa da heç bir nəticə əldə edilməmişdir.
12. Cavabdehin nümayəndəsi X4 iddiaya etiraz edərək bildirmişdir ki, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 10 fevral 2016-cı il tarixli, 2-1(81)-1541/2016 saylı qərarı ilə "xxxx" ASC müflis elan edilmiş, barəsində iflas prosesinə başlanılmış, sözügedən məhkəmənin 13 aprel 2016-cı il tarixli, 2-1(81)- 154/2016 saylı qərardadı ilə banka Əmanətlərin Sığortalanması Fondu ləğvedici təyin edilmişdir. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun Bankda sığorta hadisəsinin baş verdiyi dövr üçün qüvvədə olan tələblərinə əsasən fiziki şəxslərin bank hesablarında qalmış vəsaitlərinin 30000 manatdan çox olan hissəsi kompensasiya edilmədiyi üçün həmin vəsaitlər “Banklar haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq kreditor tələbi kimi qeydə alınır. Kreditor tələbləri “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 76 və 77-ci maddələrinə əsasən qeydə alınaraq, həmin Qanunun 82-ci maddəsinə uyğun olaraq növbəlilik qaydasında ödənilir. Sözügedən Qanunun 87.1-ci maddəsinə əsasən bu Qanunun 82-ci maddəsinə uyğun olaraq təsdiq edilmiş tələblər ödəniş növbəliyinə müvafiq surətdə təsnifləşdirilərək kateqoriyalar üzrə birləşdirilir və bölgü cədvəlinə daxil edilir. Hər kateqoriya üzrə tələblər əvvəlki növbənin tələbləri tam ödənildikdən sonra ödənilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2017-ci il tarixli qərarına əsasən, "Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2-ci maddəsinin “dayandırma” ifadəsi bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan banka qarşı kreditor tələblərlə bağlı mülki məhkəmə icraatında olan işlərin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254-cü maddəsində nəzərdə tutulmuş qaydada icraatının dayandırılmasını deyil, bu Məcəllənin 261.0.1-ci maddəsinə əsasən icraatına xitam verilməsini nəzərdə tutur. Həmin andan daxil olan ərizələrin qəbul edilməsindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən imtina olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2017-ci il tarixli qərarı bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan banka qarşı kreditor tələblərlə bağlı mülki məhkəmə icraatında olan işlərin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən icraatına xitam verilməsini və tərəflərə pozulmuş hüquqlarının müdafiə edilməsi üçün iflas proseduruna nəzarət edən məhkəməyə müraciət edilməsinin izah olunmasını nəzərdə tutur. Bunu nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, göstərilən fərqləndirici əlamətlərinə görə müflis elan olunmuş banka qarşı (və ya bankın iddiaçı olduğu) iddialarını 2 əsas qrupa bölmək olar: 1. müflis elan olunmuş bankın bilavasitə bank fəaliyyəti ilə bağlı olan iddiaları; 2. müflis elan olunmuş bankın hüquqi şəxs kimi hüquq qabiliyyətindən irəli gələn fəaliyyəti ilə bağlı iddialar. “Banklar haqqında” Qanunun X fəslində iflas prosesinə məruz qalan banka qarşı iflas proseduru çərçivəsində irəli sürülən tələblərin dairəsi müəyyən edilmişdir. Qeyd edilənlərdən görünür ki, kreditor tələbinə dair sözügedən iddia müflis elan olunmuş bankın bilavasitə bank fəaliyyəti ilə bağlı olan iddialara aiddir və bu iddiaya iflas proseduruna nəzarət edən məhkəmə tərəfindən baxılmalıdır.
13. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1865/2024 saylı, 27 avqust 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir.
14. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, işin halları, bağlanmış olan müqavilələr və digər sənədər tərəflər arasında hüquq münasibətlərinin 2013-2016-cı il tarixli dövr ərzində yarandığına dəlalət edir. Belə ki, iddiaçı həmin illər ərzində müxtəlif məbləğlərdə əmanət yerləşdirərək, bankla müqavilələr bağlamış və hüquq münasibətinin yarandığı dövrdə Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 30 (otuz) min manatdan çox olmamaq şərtilə kompensasiyanın ödənildiyi şərtləşdirilmişdir. Kompensasiya edilməyən, yəni 30000 manatdan artıq olan vəsaitin kreditor tələb kimi qeydə alındığı işdə olan sənədlərlə, eləcə də cavabdehin İddiaçı ünvanlanmış olan cavab məktublarında öz əksini tapmışdır. Belə ki, LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xx.xx.2022-ci il tarixli cavab məktubunda “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun bankda sığorta hadisəsinin baş verdiyi dövr üçün qüvvədə olan tələblərinə əsasən fiziki şəxslərin bank hesablarında qalmış vəsaitlərinin 30000 manatdan çox olan hissəsinin kompensasiya edilmədiyi üçün həmin vəsaitlərin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq kreditor tələbi kimi qeydə alındığı, bununla da İddiaçı da kreditor tələbinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 76.1-ci maddəsinə uyğun olaraq qeydə alındığı və həmin Qanunun 82-ci maddəsində göstərilmiş növbəlilik qaydasında ödəniləcəyi iddiaçının diqqətinə çatdırılmışdır.
15. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçının tələb etdiyi məbləğ – 11.003,78 ABŞ dolları kompensasiya olunmayan əmanət məbləğidir, «Banklar haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq növbəlililk əsasında ödənilməlidir. Qeyd olunan əmanət məbləği isə növbəlilik əsasında ödənilməsi üçün kreditor tələbi kimi qeydə alınmışdır. Ona görə də, məhkəmə hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir.
16. Məhkəmə gəldiyi nəticəni, Mülki Məcəllənin 944.1, 947.2 və 950.1-ci maddələrinə; “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 76.1, 82.1 və 87.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin dəlilləri
17. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1865/2024 nömrəli, 27 avqust 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
18. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işdə olan müqavilələrdən görünür ki, bank əmanəti qəbul edərək, hər müqavilə üzrə razılaşdırılmış şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürmüşdür. Lakin bank üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Hər dəfəsində isə LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən hər dəfəsində veriləcəyi qeyd olunsada hazıradək verilməmişdir. Məhkəmə tərəfindən isə bunların heç biri nəzərə alınmamışdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
20. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Bundan əlavə qeyd etmişdir ki, 30 min manat "xxxx" ASC barəsində ləğv prosesinə başlandıqdan sonra “Muğan Bank”a verildi. O, həmin ərəfədə Rusiyada yaşayırd, daha sonra gəldi və 30 min manatı götürdü. 11 min ABŞ dollar isə Sığorta Fonduna verdilər, lakin Sığorta Fondu o pulu ona vermədi. 11 min ABŞ dollarla bağlı hər il iki-üç dəfə gedib tələb etməyinə baxmayaraq vermirlər. Bununla bağlı yazılı müraciətlər də etmişdir. O xəstədir, kirayədə yaşayır. O, dəfələrlə əməliyyat həyata keçirdi, hazırda maddi durumu da pisdir. Bildirirlər ki, onun pulu min dollar çox olduğuna görə geri qaytarmırlar. Səhhəti də yaxşı deyildir, əziyyət çəkir.
21. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəkləri barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Apellyasiya baxışının hədləri
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
23. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
25. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddia tələbinin təmin edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
26. 5.3-cü maddəsinə görə öhdəliyə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrinivicdanla həyata keçirməyə borcludurlar.
27. 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.
28. 944.1 və 950.1-ci maddələrinin tələblərinə görə bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. Banklar fiziki şəxslərin əmanətlərinin qaytarılmasını icbari sığorta yolu ilə, qanunda nəzərdə tutulan hallarda isə başqa üsullarla təmin etməlidirlər.
“Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun
29. 2.1.1-ci maddəsinə əsasən əmanət - hesablanmış faizlər də daxil olmaqla, bankın milli və xarici valyutada qəbul etdiyi və müvafiq qanunvericiliyə və ya müqaviləyə əsasən geri ödəməli olduğu pul vəsaitləridir;
30. 2.1.2-ci maddəsinə əsasən qorunan əmanət - sığorta hadisəsi baş verdikdə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətidir;
31. 2.1.2.6-cı maddəsinə əsasən cəlb edildiyi günə bu Qanunun 8.1.20-ci maddəsinə uyğun olaraqmüəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər qorunmayan əmanətlərə aid edilir;
32. 2.1.3-cü maddəsinə əsasən sığortalanmış əmanət – qorunan əmanətçinin qorunan əmanətinin Fond tərəfindən kompensasiya ödənilən hissəsidir;
33. 2.1.11-ci maddəsinə əsasən kompensasiya – sığorta hadisəsi baş verdikdə, qorunan əmanətçilərə ödənilən pul vəsaitidir;
34. 8.1.20-ci maddəsinə əsasən qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini maliyyə bazarlarına nəzarət orqanı və Mərkəzi Bankla razılaşdırmaqla müəyyən edir.
35. 26.2-ci maddəsinə əsasən sığorta hadisəsi baş verdiyi günə əmanətçinin iştirakçı bank qarşısında vaxtı çatmış öhdəliyi olduqda əmanət üzrə kompensasiya hesablanmış faizlər də daxil olmaqla əmanətçinin bank qarşısında icra edilməyən öhdəliyinin hissəsi qorunan əmanətinin məbləğindən çıxılmaqla qalıq hissəsi üzrə ödənilir;
36. 27.2-ci maddəsinə əsasən əmanətlər üzrə faizlər sığorta hadisəsinin baş verdiyi günə qədər hesablanmış məbləğdə ödənilir, bu şərtlə ki, kompensasiya bu qanunun 26.1-ci maddəsində göstərilən məbləğdən artıq olmasın.
37. 28.3-cü maddəsinə əsasən fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqındabildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir.
38. 28.4-cü maddəsinə əsasən əmanətçinin müraciətini qeyri-mümkün etmiş halların mövcudolduğunu təsdiq edən sənədlər təqdim edildikdə bu qanunun 28.3-cü maddəsində göstərilən müddət əmanətçinin ərizəsinə əsasən uzadıla bilər. Lakin bundan asılı olmayaraq bütün hallarda əmanətçinin kompensasiya almaq hüququ Fondun kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq beş il müddətində saxlanılır.
“Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının xx.xx.2016-cı il tarixli Qanunun (19 fevral 2019-cu il tarixli 1514-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilən dəyişikliyə qədər olan redaksiyada).
39. 3-cü maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi gündən etibarən faizləri “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.20-ci maddəsinə müvafiq olaraq Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan Fondun iştirakçı bankları tərəfindən 3 il müddətinə tam sığortalanır.
40. 4-cü maddəsinə əsasən qorunan əmanətçilərin bu Qanunun qüvvəyə mindiyi günə bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan banklarda mövcud olan və illik faiz dərəcələri Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının müəyyən etdiyi illik faiz dərəcəsi həddindən yuxarı olan əmanətləri həmin əmanətçilərin müraciəti əsasında müddəti qurtarmamış əmanət müqavilələrində bu Qanunun 3-cü maddəsinin tələblərinə uyğun olaraq müvafiq dəyişikliklər edilməklə tam sığortalanır. Müddəti qurtarmamış əmanət müqavilələrində dəyişikliklər edildikdə, dəyişikliklər edildiyi günə qüvvədə olan müqavilənin şərtlərinə uyğun olaraq faizlər tam məbləğdə hesablanıb əmanətçiyə ödənilir.
41. 5-ci maddəsinə əsasən Əmanətlərin Sığortalanması Fondunun iştirakçı banklarında sığorta hadisəsi baş verdikdə tam sığortalanmış əmanət üzrə kompensasiya əmanətin 100 faizi həcmində “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsində nəzərdə tutulan şərt tətbiq edilmədən ödənilir. Bu Qanunun 3-cü maddəsində nəzərdə tutulmuş müddət bitdikdən sonra tam sığortalanmış əmanətlər üzrə kompensasiyaların həcmi “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsinə əsasən müəyyən edilir.
42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 27.3-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 29cu maddəsinin İ, İİ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2017-ci il tarixli Qərarına görə, sığorta hadisəsi baş verdikdə Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmışəmanət üzrə kompensasiyanın ödənilməsi heç də bank əmanətinin qaytarılması və ya Fondun bankın öhdəliyini öz üzərinə götürməsi anlamını verməməlidir. Fond tərəfindən kompensasiya əmanətçinin pul vəsaitini itirməsi riskinin qarşısını almaq məqsədi ilə yarana biləcək məhdudiyyətlərin əvəzi kimi ödənilir. Beləliklə, Fondun əsas məqsədi qoyulan əmanətlərin mülkiyyət kimi geri qaytarılması deyil, əmanətçilərin banklarda olan əmanətlərini sığortalamaqla onlara dəyə biləcək maddi və mənəvi ziyanı ən qısa müddətdə qanunvericiliklə müəyyən edilmiş qaydada kompensasiya etməklə ölkənin maliyyə və bank sisteminin inkişafına dəstək olmaqdır.
43. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2.6-cı maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 5 sentyabr 2018-ci il tarixli Qərarına əsasən, X5 qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin müəyyən edilməsi ilə bağlı bir neçə qərar qəbul etmişdir. Belə ki, 2009-cu il 10 iyun tarixli qərar ilə qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 15 faiz, 2013-cü il 01 avqust tarixli qərar ilə 10 faiz, 2015-ci il 24 fevral tarixli qərar ilə 12 faiz, 2016-cı il 2 mart tarixli qərar ilə xarici valyuta üzrə 3 faiz, milli valyuta üzrə 12 faiz müəyyən edilmişdir. X3 2016-cı il 16 sentyabr tarixli qərar ilə isə banklarda qəbul edilən əmanətlərin illik faiz dərəcəsi xarici valyuta üzrə 3 faiz, milli valyuta üzrə 15 faiz olmaqla 3 il müddətində tam sığortalanması müəyyən edilmişdir.
44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə ediməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia təmin edilməlidir. Belə ki, işəbaxan birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş, işin hallarına uyğun olmayan qətnamə qəbul edilmişdir.
46. Mübahisələndirilən qətnamədən göründüyü kimi, birinci instansiya məhkəməsi LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xx.xx.2022-ci il tarixli cavab məktubuna istinadən bankda sığorta hadisəsinin baş verdiyi dövr üçün qüvvədə olan qanunvericilik tələblərinə əsasən, fiziki şəxslərin bank hesablarında qalmış vəsaitlərinin 30.000 manatdan çox olan hissəsinin kompensasiya edilmədiyini, həmin vəsaitlərin kreditor tələbi kimi qeydə alındığını, İddiaçı tələb etdiyi məbləğin – 11.003,78 ABŞ dolları kompensasiya olunmayan əmanət məbləğinin kreditor tələbi olaraq “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 76.1-ci maddəsinə uyğun şəkildə qeydə alındığını və həmin Qanunun 82-ci maddəsində göstərilmiş növbəlilik qaydasında ödəniləcəyinin iddiaçının diqqətinə çatdırıldığını qeyd etmişdir.
47. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırkı mübahisə ilə bağlı sərgilədiyi mövqe ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
48. Belə ki, İddiaçı ilə "xxxx" ASC arasında müxtəlif tarixlərdə “Standart əmanət (depozit) hesabı haqqında (fiziki şəxslər üçün)” müqavilələr bağlanmışdır. Bağlanmış müqavilələrə görə İddiaçı tərəfindən xx.xx.2013-cü il tarixli 221FZ**********1 nömrəli müqaviləyə əsasən illik 12 % ödənilməsi şərti ilə 15.755 ABŞ dolları; xx.xx.2014-cü il tarixli 221LM**********1 nömrəli müqaviləyə əsasən illik 10 % ödənilməsi şərti ilə 4.000 manat; xx.xx.2015-ci il tarixli 221FZ**********1 nömrəli müqaviləyə əsasən illik 10,4 % ödənilməsi şərti ilə 700 ABŞ dolları; xx.xx.2015-ci il tarixli 221S10L151750001 nömrəli müqaviləyə əsasən illik 12 % ödənilməsi şərti ilə 7.800 manat; xx.xx.2016-cı il tarixli 221LM**********1 nömrəli müqaviləyə əsasən illik 10 % ödənilməsi şərti ilə 4.100 manat məbləğində vəsait banka əmanət qismində yerləşdirilmişdir.
49. Azərbaycan Respublikası Mərkəzi X6 qərarı ilə "xxxx" ASC–yə bank fəaliyyəti üçün verilmiş lisenziya ləğv edilmiş, bank tərəfindən hər hansı əməliyyatın keçirilməsinə moratorium tətbiq edilmiş, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq xx.xx.2016-cı il tarixi "xxxx" ASC-də sığorta hadisəsinin baş verdiyi gün hesab olunmuşdur.
50. Sığortalanmış əmanət (depozit) müqaviləsi üzrə iddiaçıya xx.xx.2016-cı il tarixində 30000 manat məbləğində kompensasiya ödənişi həyata keçirilsə də, hesabda qalmış 11.003,78 ABŞ dolları məbləğində pulun qaytarılmasından imtina edilmişdir. Həmin məbləğin kreditor tələbi olaraq “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 76.1-ci maddəsinə uyğun şəkildə qeydə alınmaqla, həmin Qanunun 82-ci maddəsində göstərilmiş növbəlilik qaydasında ödəniləcəyi qeyd edilmişdir.
51. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri sayır ki, X5 tərəfindən ayrı-ayrı vaxtlarda qəbul olunmuş qərarlarda qorunan əmanətlər üzrə müxtəlif faiz dərəcələri nəzərdə tutulmuşdur. Belə ki, 2009-cu il 10 iyun tarixli qərar ilə qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 15 faiz, 2013-cü il 01 avqust tarixli qərar ilə 10 faiz, 2015-ci il 24 fevral tarixli qərar ilə 12 faiz, 2016-cı il 2 mart tarixli qərar ilə xarici valyuta üzrə 3 faiz, milli valyuta üzrə 12 faiz müəyyən edilmişdir. X3 2016-cı il 16 sentyabr tarixli qərar ilə isə banklarda qəbul edilən əmanətlərin illik faiz dərəcəsi xarici valyuta üzrə 3 faiz, milli valyuta üzrə 15 faiz olmaqla 3 il müddətində tam sığortalanması müəyyən edilmişdir.
52. Göründüyü kimi X3 qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin müəyyən edilməsinə dair 2015-ci il 24 fevral tarixli qərar ilə qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 12 faiz (xarici valyuta və milli valyuta üzrə) müəyyən edilmişdir. Sözügedən qərar 2 mart 2016-cı il tarixədək qüvvədə olmuşdur.
53. İş materiallarından göründüyü kimi sığorta hadisəsi baş verdiyi tarixdə iddiaçının xx.xx.2013-cü il tarixli 221FZ**********1 nömrəli müqavilə, xx.xx.2014-cü il tarixli 221LM**********1 nömrəli müqavilə, xx.xx.2015-ci il tarixli 221FZ**********1 nömrəli müqavilə, xx.xx.2015-ci il tarixli 221S10L151750001 nömrəli müqavilə, xx.xx.2016-cı il tarixli 221LM**********1 nömrəli müqaviləyə əsasən LPO "xxxx" ASC-yə yerləşdirdiyi əmanət üzrə razılaşdırılan illik faiz dərəcəsi vəsaitin qorunan əmanət statusuna aid edilməsini mümkün etmişdir.
54. Bundan başqa sığorta hadisəsi baş verdiyi tarixdə “Əmanətlərin tam sığortalanması haqqında” Qanunun artıq qüvvədə olduğu müəyyən edilmiş, bu Qanun qüvvəyə mindiyi gündən etibarən isə faizləri “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.20-ci maddəsinə müvafiq olaraq Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq tam sığortalanmış hesab edilmişdir. Belə olan halda da iddiaçı tərəfindən yerləşdirilmiş əmanət sığorta hadisəsi zamanı qüvvədə olmuş “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının xx.xx.2016-cı il tarixli qanununun təsiri altına düşdüyündən qorunan əmanət olaraq tam şəkildə kompensasiya olunmalıdır.
55. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçı qorunan əmanət üçün kompensasiya almaq məqsədilə cavabdeh-təşkilata müraciət edərkən “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 28.3-cü maddəsi ilə müəyyən edilmiş bir illik müddəti də ötürməmişdir.
56. Belə ki, “Əmanətlərin Sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 28.3-cü maddəsinə əsasən Fond özünə məxsus internet saytında lisenziyası ləğv edilmiş "xxxx" ASC-nin əmanətçilərinin məlumatlandırılması məqsədilə ilk bildirişi xx.xx.2016-cı il tarxidə yerləşdirmiş, xx.xx.2017-ci il tarixdə isə ərizə qəbulunun başa çatdığını elan etmişdir. İş materiallarından isə görünür ki, iddiaçı qanunvericiklə müəyyən olunmuş müddəti bitməmişdən əvvəl, yəni xx.xx.2016-cı il tarixdə Fonda müraciət etməklə bu müddəti ötürməmişdir. O, həmçinin hesabında qalıq qalmış məbləğin ödənilməsinin təmin edilməsi üçün ƏSF-yə xx.xx.2016-cı il, xx.xx.2017-ci il,xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixlərində müraciət etmişdir.
57. Belə ki, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 28.4-cü maddəsi yuxarıda qeyd olunan müraciət üçün müəyyən edilmiş bir illik müddətin əmanətçinin ərizəsinə əsasən beş ilədək uzadıla biləcəyini müəyyən edir, kompensasiyanın ödənilməsi üçün qanunla müəyyən edilmiş müddət ərzində Fonda müraciət etmiş şəxsin beş il keçdikdən sonra kompensasiya almaq hüququnun xitamına səbəb olmur.
58. Məhkəmə kollegiyası həmçinin cavabdeh tərəfin verdiyi etirazın dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.
59. Belə ki, cavabdehin mövqeyinə görə hazırkı iddiaya, kreditor tələbi olmaqla müflis elan olunmuş bankın bilavasitə bank fəaliyyəti ilə bağlı olan iddialara aid olduğundan iflas proseduruna nəzarət edən məhkəmə tərəfindən baxılmalı, hazırkı icraata isə bu əsasla xitam verilməlidir.
60. Bununla əlaqədar qeyd edilməlidir ki, Bank və əmanətçilər arasında münasibətlər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 51-ci fəslinin normaları və “Banklar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənsə də, bu normativhüquqi aktlar sığorta hadisəsi baş verdiyi zaman Fond tərəfindən iştirakçı bankda sığortalanmış əmanət üzrə kompensasiyanın ödənilməsinə dair əmanətçi ilə Fond arasında yaranmış münasibətlərə şamil edilmir, bu münasibətlər “Əmanətlərin sığortalanması haqqında” Qanun ilə tənzimlənir.
61. Konstitusiya Məhkəməsi Plenumunun “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 27.3-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 2017-ci il 6 iyul tarixli Qərarında da göstərilmişdir ki, sığorta hadisəsi baş verdikdə Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə kompensasiyanın ödənilməsi heç də bank əmanətinin qaytarılması və ya Fondun bankın öhdəliyini öz üzərinə götürməsi anlamını verməməlidir. Fond tərəfindən kompensasiya əmanətçinin pul vəsaitini itirməsi riskinin qarşısını almaq məqsədi ilə yarana biləcək məhdudiyyətlərin əvəzi kimi ödənilir. Beləliklə, Fondun əsas məqsədi qoyulan əmanətlərin mülkiyyət kimi geri qaytarılması deyil, əmanətçilərin banklarda olan əmanətlərini sığortalamaqla onlara dəyə biləcək maddi və mənəvi ziyanı ən qısa müddətdə qanunvericiliklə müəyyən edilmiş qaydada kompensasiya etməklə ölkənin maliyyə və bank sisteminin inkişafına dəstək olmaqdır.
62. Göründüyü kimi bu kateqoriyadan olan işlərə, əsasında duran tələb bank fəaliyyəti ilə əlaqədar olan və ya müflis elan olunduqdan sonra, iflas prosesində olan zaman banka qarşı irəli sürülən kreditor tələbləri, həmçinin bankın kreditor kimi çıxış etdiyi tələblər üzrə işlər daxil olmadığından, hazırkı iş üzrə icraata Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə uyğun olaraq xitam verilməsi, tərəflərə pozulmuş hüquqlarının müdafiə edilməsi üçün iflas proseduruna nəzarət edən məhkəməyə müraciət edilməsinin izah olunması müvafiq qanunvericiliyə ziddir. Bu cür iddialara da mülki məhkəmə icraatı qaydasında baxılmalıdır.
63. Beləliklə, “Əmanətlərin sığortalanması haqqında” və “Əmanətlərin tam sığortalanması haqqında” Qanunların tələblərinə və Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə razılaşdırmaqla X3 xx.xx.2015-ci il tarixli növbədənkənar iclasında qəbul olunmuş qərara əsasən, məhkəmə LPO "xxxx" ASC-nin xx.xx.2016-cı il tarixdən müflis elan edildiyini, yəni “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1.9-cu maddəsinə uyğun olaraq sığorta hadisəsinin baş verdiyini, İddiaçı ilə LPO "xxxx" ASC arasında bağlanmış müxtəlif tarixli müqavilələrə əsasən yerləşdirilmiş əmanət üzrə faiz dərəcəsinin (12%) həmin əmanətin tam qorunan hesab edilməsinə əsas verdiyini nəzərə alan məhkəməyə kollegiyası hesab edir ki, iddiaçıya yerləşdirdiyi əmanət üzrə kompensasiya qismində ödənilməmiş 11.003,78 ABŞ dolları məbləğində (ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla) pul cavabdehdən tutularaq ona ödənilməlidir.
64. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər.
65. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1865/2024 nömrəli, 27 avqust 2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. Əmanət üzrə kompensasiya olaraq 11.003,78 ABŞ dolları məbləğində (ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla) pul cavabdeh Əmanətlərin Sığortalanması Fondundan tutularaq İddiaçı ödənilsin. İddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 222 (147+75) manat məbləğində pul cavabdeh Əmanətlərin Sığortalanması Fondundan tutularaq İddiaçı ödənilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev