Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5773/2021 18.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, İlkin iddia üzrə iddiaçıların (qarşılıqlı iddia üzrə cavabdehələrin) nümayəndəsi və vəkili Nümayəndə, İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı1 vəkili Vəkil2, İlkin iddia üzrə cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-52/2021 saylı iş üzrə 26 fevral 2021-ci il tarixli qətnaməsindən ilkin iddia üzrə iddiaçıların (qarşılıqlı iddia üzrə cavabdehələrin) nümayəndəsi və vəkili Nümayəndə və ilkin iddia üzrə cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1 və "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 22.500 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manatin, ümumilikdə 22.530 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçılara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə "xxxx" MMC arasında 23 yanvar 2019-cu il tarixdə icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov 184 ünvanında yerləşən ona məxsus qeyri-yaşayış sahəsini 18 ay müddətinə "xxxx" MMC-yə icarəyə verməli və bu müddət ərzində müqavilənin 6.1.3-cü bəndinə görə icarəyə verilən sahəyə kənardan su sızması ilə bağlı yaranacaq xərcləri qarşılamalı, 6.1.6-cı bəndinə görə isə su ilə bağlı yaranan problemləri həll etməli idi. Müqavilə bağlanmamışdan və hələ "xxxx" MMC təsis edilməmişdən öncə İddiaçı1 Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov 184 ünvanında yerləşən cavabdehə məxsus qeyri-yaşayış sahəsini əsaslı şəkildə təmir etdirmiş və təmir işlərinə ümumilikdə 22.500 manat məbləğində pul vəsaiti sərf etmişdir. Təmir bərpa işlərinin aparılması ilə əlaqədar fotoşəkillər, qaimə fakturalar, ödəniş qəbzlərini iddia ərizəsinə əlavə edilmişdir. İcarə müqaviləsinin predmeti olan obyektdə təmir-bərpa işləri görüldükdən sonra cavabdeh tərəfindən müqavilənin 6.1.3 və 6.1.6-cı bəndlərində nəzərdə tutulmuş öhdəliklər yerinə yetirilməmişdir. Su sızması ilə bağlı yaranan mübahisə zəminində icarə müqaviləsinə rəsmi şəkildə xitam verilməmiş və ümumiyyətlə "xxxx" MMC və onun əməkdaşları xəbərdar edilməmiş, cavabdeh tərəfindən qeyriyaşayış sahəsinin giriş qapısının açarlan dəyişdirilərək, icarəyə götürən icarə obyektinə buraxılmamışdır. Müqavilə bağlandıqan 1 ay sonra icarəyə götürən artıq icarə obyektindən istifadə edə bilməmişdir. Hal-hazırda isə həmin daşınmaz əmlak başqa şəxslərə icarəyə verilir. Cavabdeh tərəfindən yol verilən bu qanunsuz hərəkətlər nəticəsində Cavabdeh "xxxx" MMC və İddiaçı1 hesabına əsassız olaraq varlanmış, yəni ona məxsus Bakı şəhəri. Yasamal rayonu, Murtuza Muxtarov 184 ünvanında yerləşən qeyri-yaşayış sahəsində 22.500 manat dəyərində yaxşılaşdırma (təmir-bərpa) işləri görülmüşdür. Cavabdeh iddiaçılar İddiaçı1 və "xxxx" MMC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən vurduqları 54.195 manat məbləğində maddi ziyanın, dövlət rüsumu üçün ödənilmiş 30 manat pulun, ümumilikdə 54.225 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh iddiaçı "X10 Məsuliyyətli Cəmiyyət ilə aralarında 23 yanvar 2019- cu il tarixdə bağlanmış icarə müqaviləsinə əsasən ünvan 2 ünvanda yerləşən ona məxsus olan qeyri-yaşayış sahəsini 18 ay müddətinə icarəyə vermişdir. Aralarında olan şifahi razılaşmaya əsasən cavabdeh "xxxx" MMC-yə icarəyə verilən qeyri-yaşayış sahəsindəki mövcud bar avadanlığını səliqə ilə götürüb otaqda (anbarda) yerləşdirməklə onun yerində qadın salonunun fəaliyyəti üçün zəruri avadan-lıqları quraşdırmalı idi. Sahənin digər avadanlıqları və eyni zamanda döşəmə, divar və sair hissələrində hər hansı bir struktur dəyişikliyin, təmir və yenidənqurmanın aparılması barədə o, cavabdehə hər hansı bir yazılı və yaxud şifahi razılıq verməmişdir. 2019-cu ilin fevral ayında qeyri-yaşayış sahəsinə baxış keçirən zaman məlum olmuşdur ki, iddiaçılar onun razılığı və icazəsi olmadan qeyri-yaşayış sahəsində struktur dəyişiklikləri edərək təmir və yenidənqurma işlərini aparmış və onun sahədə quraşdırdığı barı söküb anbara tullayaraq məhv etmiş, sahənin döşəməsinin, divarının və başqa sahələrin mövcud materiallarını sökərək ucuz matariallarla əvəz edərək ona aşağıda göstərilən qaydada və məbləğdə maddi ziyan vurmuşdur:
1. Qeyri-yaşayış sahəsinin çöl hissəsinin reklamı “Qrasıya Vomen club" şüşə reklamı çıxarılaraq tullanılmışdır ki, bununla 4800 manat ziyan vurulmuşdur;
2. Qeyri-yaşayış sahəsinin giriş hissəsində olan 35 kv.metr (1 kv.m-nin qiyməti 15 man.+usta pulu 5 man.=20 man.) dəyəri 700 manat olan tameti çıxarılaraq onun yerinə (1 kv.m-nin qiyməti 3 man., usta pulu 2 man.=5 man.) ucuz tametlə əvəzlənib ki, bununla 525 manat ziyan dəymişdir;
3. Qeyri-yaşayış sahəsində quraşdırılmış kombi xarab edilmişdir ki, (dəyəri 1800 man.+usta pulu 350 man., cəmi 2150 man.) bununla 2150 manat ziyan dəymişdir;
4. Fövqəladə Hallar Nazirliyinin dəyəri 2800 manat dəyərində olan Təhlükəsizlik Aparatı xarab olunmuşdur ki, işləmir; 5.Qeyri-yaşayış sahəsinin döşəməsi 165 kv.metr (1 kv.m-nin qiyməti 28 man.=4620 man.+usta pulu 165 x 12 man.=1980 man..cəmisi 6600 man) bununla 6600 manat ziyan dəymişdir; 6.Qeyri-yaşayış sahəsinin divarlarında olan İspaniya istehsalı olan oboy 460 kv.metr (bir rulon-9 kv.metr -qiyməti 55 man olmaqla 460: 9=70 rulon x 55=3850 manat) çıxarılaraq yerinə 460 kv.metr ( bir kv.metri 3 manat x 460=1380 manat) əvəzlənmişdir ki, bununla 2470 manat ziyan dəymişdir;
7. Bar və resepşin dəyəri 9700 manat olmaqla anbara tullanılaraq yararsız vəziyyətə salınmışdır;
8. Müxtəlif qiymətlə olan, ümumi dəyəti 4700 manat olan 6 ədəd rəflərin şüşələri sındırılaraq yararsız vəziyyətə salınmışdır;
9. Qeyri-yaşayış sahəsinin idman zalının Türkiyə istehsalı olan 10 kv.metr laminat döşəməsi (dəyəri 28 man.x 10=280 man+10 x usta pulu 5 man.=50 man., cəmi 330 man.) çıxarılaraq ucuz laminat ilə (dəyəri 9 man.x 10 kv.metr=90 man.+ usta pulu 2 man.=20 mana., cəmisi 110 man.) əvəzlənmişdir ki, bununla 170 manat ziyan dəymişdir;
10. Müştərinin başını yumaq üçün Türkiyə istehsalı olan, dəyəri 1200 ABŞ dolları, azərbaycan manatı ilə 2040 manat olan kreslo sökülüb xarab edilərək anbara tullanmış, 2700 manat dəyəri olan bir ədədi isə oğurlanmışdır ki, bununla da 4700 manat ziyan dəymişdir;
11. Vizaj otağının 1200 manat dəyərində olan stend mebel rəfləri yarasız vəziyyətə salınmışdır;
12. Qeyri-yaşayış sahəsinin kamerası cavabdehlər tərəfindən yararsız vəziyyətə salındığı üçün tərəfindən 300 manat xərc çəkilərək yararlı vəziyyətə salınmışdır;
13. Saç kəsimi üçün nəzərdə tutulmuş, hər birinin dəyəri 1200 man., olan 5 ədəd, ümumi dəyəri 6000 manat olan mebel yararsız vəziyyətə salınmışdır;
14. Hamamın İspaniya istehsalı olan hər kv.m-nin dəyəri 50 man. olan kafeli (6 kv. metr x 50=300 man.+12 man.usta pulu 6 x 12=72 man., cəmisi 372 man.) çıxarılaraq ucuz kafellə (6x12 man.=72 man ) əvəzlənmişdir ki, bununla da 300 manat ziyan dəymişdir;
15. Barın mətbəx əşyaları: samovar-330 man., stəkanlar, bakallar, qənd qabları, smestitel, solfet qabı və müxtəlif əşyalar-dəyəri 1000 manat, cəmi 1330 manat oğurlanmışdır;
16. idman zalında olan, dəyəri 650 manat olan 1 ədəd komplekt stol.(4 ədəd stulu ile) oğurlanmışdır;
17. Qeyri-yaşayış sahəsində 4000 manat dəyərində olan portretlər, suvenirlər oğurlanmışdır;
18. Qeyri-yaşayış sahəsində tavanda və dəhlizdə olmuş, dəyəri 600 manat dəyərində olan xrustal işıq komplektləri sındırılaraq anbara tullanılmışdır;
19. Qeyri-yaşayış sahəsində olmuş dəyəri 1200 manat olan müxtəlif məişət avadanlıqları, pərdələr və dəsmallar yararsız vəziyyətə salınmışdır. Ümumilikdə cavabdehlər tərəfindən 54.195 manat ziyan vurulmuşdur. Müqavilənin 7 1.8-ci bəndinə əsasən bu Müqaviləyə xitam verildikdə və ya onun qüvvədə olma müddəti tam bitdikdə sahəni təbii köhnəlmə nəzərə alınmaqla istifadəyə yararlı vəziyyətdə “İcarəyə verənə" təhvil vermək “lcarəçi"nin vəzifəsidir. İcarə müqaviləsi su sızması ilə bağlı yaranan mübahisə zəminində deyil, yuxarıda qeyd etdiyi kimi iddiaçılar tərəfindən əmlakını məhv etdiklərinə və qeyri-yaşayış sahəsini yararsız vəziyyətə saldıqlarına görə onunla icarə müqaviləsi razılıqları, "xxxx" MMC-nin adından X1 ərizəsi əsasında 05 mart 2019-cu il tarixdə Bakı şəhəri 9 saylı Notariat Ofisində ləğv edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-52/2021 saylı iş üzrə 26 fevral 2021-ci il tarixli qətnaməsi ilə ilkin iddia qismən təmin edilmiş, Cavabdeh 18340 (on səkkiz min üç yüz qırx) manat məbləğində pulun və 24,60 (iyirmi dörd manat altmış qəpik) dövlət rüsumunun tutularaq İddiaçı1 ödənilməsi, ilk iddianın qalan hissədə rədd edilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, İddiaçı1 18628 (on səkkiz min altı yüz iyirmi səkkiz) manat, 9,90 (doqquz manat doxsan qəpik) manat dövlət rüsumunun tutularaq Cavabdeh ödənilməsi, qarşılıqlı iddianın qalan hissədə rədd edilməsi, 150 (yüz əlli ) manat məbləğində məhkəmə ekspertizalarının dəyərinin 51,50 (əlli bir manat əlli qəpik) hissəsinin İddiaçı1, 91,50 (doxsan bir manat əlli qəpik) hissəsinin Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Qətnamədən ilkin iddia üzrə iddiaçıların (qarşılıqlı iddia üzrə cavabdehələrin) nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti vermiş və apellyasiya şikayətində qətnamənin qismən - ilkin iddia tələblərinin rədd edilməsi, qarşılıqlı iddia tələblərinin isə təmin edilməsi hissəsində ləğv olunması və ilkin iddianın tam təmin edilməsi, qarşılıqlı iddianın isə tam şəkildə rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd edilən qətnamə qəbul edilərkən ilkin iddia tələblərinin rədd edilməsi və qarşılıqlı iddia tələblərinin təmin edilməsi hissəsində maddi və prosessual hüquq normaları pozulmuşdur. Bundan əlavə məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş, məhkəmənin qətnamədə göstərdiyi dəlillər isə işin hallarına uyğun deyildir. Belə ki, ilkin iddia tələblərini qismən təmin edərkən məhkəmə yalnız ekspert rəylərində əks edilmiş qiymətlərə istinad etmişdir. Halbuki, iddia ərizəsinə bir sıra qaimə fakturalar və qəbzlər əlavə edilmişdir. İddia ərizəsində göstərilən məbləğlə ekspert rəyində göstərilən məbləğlər arasında 4160 manat fərq vardır. Bu məbləğ isə təmirə xərclənmiş məbləğin təxminən 20%-ni təşkil edir. Məhkəmə iddiaçılar tərəfindən verilmiş smeta ilə ekspert tərəfindən tərtib edilmiş smetadakı qiymətləri müqayisə etmədən, işdə olan digər sübutları, o cümlədən şahidlər tərəfindən təmirə çəkilmiş xərclərlə bağlı ifadələri araşdırmadan və qiymət vermədən ekspert rəyində əks edilmiş qiymətləri əsas götürmüşdür. Qarşılıqlı iddia tələblərinə gəlincə isə aşağıdakılar qeyd edilmişdir: Birinci instansiya məhkəməsi hesablamada riyazi səhvə yol vermişdir. Belə ki, yuxarıda sadalanan məbləğlər 17592 manat etdiyi halda, məhkəmə bu məbləği 18628 manat kimi göstərmişdir. Digər tərədən məhkəmə qətnaməsində də qeyd olunduğu kimi qeyri yaşayış sahəsi 2011-ci ilin mart ayından ilkin iddia üzrə Cavabdeh mülkiyyətindədir və təmir edilmişdir. Həmin sahə 2018-ci ilin sentyabr ayında faktiki olaraq ilkin iddia üzrə İddiaçı1 istifadəsinə verilmiş və orada təmir işləri aparılmışdır. Göründüyü kimi əgər həqiqətən də yuxarıda sadalanan əşyalar mövcud olmuşdursa ilkin iddia üzrə cavabdeh bu əşyalardan 6 il deyil, 7 il 6 ay istifadə etmişdir. Belə olan halda aşınma faiz 60 deyil, 75% təşkil etməlidir. Digər tərəfdən birinci instansiya məhkəməsi qəbul etdiyi qətnamədə göstərmişdir ki, “İddiaçı1 bacısı tərəfindən salonun 2018-ci ildə icarəyə götürülməmişdən əvvəl çəkdiyi videogörüntü və cavabdeh tərəfindən təqdim edilmiş gözəllik salonundan təmirdən əvvəl sökülərək Murtuza Muxtarov 185 ünvanında yerləşdirilmiş əşyaların videogörüntülərinə baxış keçirilmiş və obyektin təmirdən əvvəlki, sonraki görüntüləri müəyyən edilmişdir. Həmin videoqörüntülərdən müəyyən edilmişdir ki, obyektin təmirdən əvvəlki vəziyyətində cavabdehin qarşılıqlı iddia ərizəsində qeyd etdiyi əşyalar icarə sahəsində mövcud olmuşdur. Cavabdeh tərəfindən təqdim edilmiş videoqörüntüdən və ekspert rəylərindən müəyyən edilmişdir ki, “Grasiya” gözəllik salonundan iddiaçı tərəfindən sökülərək anbara yığılmış əşyalar yararsız hala düşmüşdür” (qətnamənin 6-cı səhifəsinin 5-ci abzası). Əvvəla iş materiallarında olan foto şəkillərdə və videogörüntülərdə qeyri yaşayış sahəsinin çöl hissəsində şüşədən olmayan, kağızda “Qrasıya Vomen club" sözləri yazılmış reklam lövhəsi görünür. Fotoşəkil və videogörüntülərdən hər hansı bir kombini və Fövqəladə Hallar Nazirliyinin Təhlükəsizlik aparatının, o cümlədən də 4000 manat dəyərində portret və suvenirlərin mövcudluğunu müəyyən etmək mümkün deyildir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 yanvar 2020-ci il tarixli 20904 saylı rəyində göstərilmişdir ki, “Muxtarov küçəsi 184 ünvanında yerləşən qeyri-yaşayış sahəsi 24.10.2019-cu il tarixdə Yasamal rayonu, Murtuza Muxtarov 184 ünvanında yerləşən “Grasiya” gözəllik salonuna baxış keçirilmişdir. Baxış zamanı qərardadda qeyd edilən əşyaların bir qisminə qonşu obyektdə baxış keçirilmişdir. Baxış zamanı qonşu obyektdə həmin əşyaların bir qisminin hissələrə ayrıldığı, yəni natamam vəziyyətdə olduğu, istifadəyə yararsız vəziyyətdə olduğu müəyyən edildi. Digər qisminin isə sökülmə, daşınma və sair nəticəsində tamamilə yararsız vəziyyətə düşdüyü üçün tullandığı bildirildi. Həmçinin gözəllik salonunda olan aparatın hissələrə ayrılmış vəziyyətdə olduğu (saç yumaq və qurutmaq üçün) aşkar edildi. Təqdim edilən əşyaların hazırki natamam (hissələrə ayrılmış) vəziyyətdə qiymətləndirilməsi mümkün olmamışdır. Videomateriallara əsasən tədqiqat obyektlərinin qiymətləndirilməsi mümkün deyil. Malların markası, modeli, istehsal ili, isitsmar ili, texniki göstəriciləri, və sair barədə məlumat olduğu halda Qiymətləndirilməsi mümkündür.” İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 noyabr 2020-ci il tarixli 10/420-9/672 saylı rəyində göstərilmişdir ki, “faktiki olaraq sözügedən qeyri-yaşayış sahəsi təmir edildiyindən tədqiqatın aparılması üçün mülki iş materiallarında olan məlumatlardan və fotoşəkillərdən istifadə edilmişdir. Mülki iş materialının 163-cü səhifəsinə mülkiyyətçi Cavabdeh məxsus ünvan 3 ünvanda yerləşən qadın gözəllik salonunda sökülüb-dağıdılmış mal-materialın və əşyaların siyahısı əlavə edilmişdir. Həmin siyahıda mülkiyyətçiyə vurulmuş zərərin məbləği 58.422 manat məbləğində müəyyən edilmişdir. Həmin tərtib olunan siyahıda göstərilən tikinti materiallarının və əşyaların 2011-ci ildən 2017-ci ilədək istismarda olduğunu nəzərə alaraq hər il üçün təxmini nəzəri qaydada 10% aşınma nəzərə alınmaqla qalıq qiymət təxminən 27943,0 (58422-10%*7dəfə) manat müəyyən edilmişdir.” Beləliklə ekspert rəylərindən də göründüyü kimi ekspertlər ilkin iddia üzrə Cavabdeh tərəfindən verilmiş siyahıya və həmin siyahıdakı qiymətlərə istinad etmişlər. Belə olan halda Cavabdeh bu əşyaların həqiqətən də icarəyə verilən qeyri-yaşayış sahəsində mövcud olmasını, siyahıda göstərilən dəyərdə olmasını və məhz İddiaçı1 bu əşyaları yararsız hala salması və oğurlamasını sübut etməlidir. Birinci instansiya məhkəməsi belə bir qətnamə qəbul etməklə faktiki olaraq İddiaçı1 oğurluq etməkdə ittiham etmişdir. Belə ki, Cavabdeh barın mətbəx əşyaları qismində samovar, stəkan, bakallar, qənd qabılan, smestitel, salfet qabı və digər müxtəlif əşyaların, 1 ədəd stol və 4 ədəd stulun, portret və suvenirlərin oğurlandığını iddia etmiş, məhkəmə isə həmin əşyaların dəyərini İddiaçı1 tutmuşdur. Hətta məhkəmə araşdırması zamanı şahid qismində dindirilmiş və qətnamədə də ifadəsinə istinad edilmiş X6 bildirmişdir ki, əşyaların daşınmasına görə pulu ona məhz Nazim vermiş və müəyyən qədər də borclu qalmışdır. Məhkəmədə şahid X7 şahid X3 ifadəsinə oxşar məzmunda ifadə vermişdir. Məhkəmə isə işdə olan bu cür mötəbər sübutlara heç bir qiymət verməmiş və onları araşdırmamışdır. Bununla da məhkəmə prosessual qanunvericiliyin tələblərini pozaraq, iş üzrə səhv nəticəyə gəlmişdir. Nəzərə almaq lazımdır ki, əşyaların guya yığıldığı iddia edilən anbar İddiaçı1 deyil, Cavabdeh məxsusdur və İddiaçı1 həmin anbara girş-çıxışı yoxdur. Bu qədər müddət ərzində isə əşyalat məhz Cavabdeh məxsus anbarda saxlanmışdır. Əşyaların hansı şəraitdə və necə saxlanmasına görə ilkin iddia üzrə iddiaçı məsuliyyət daşıya bilməz. Qətnamədən həmçinin və ilkin iddia üzrə cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti vermiş və apellyasiya şikayətində qətnamənin Cavabdeh 18.340 (on səkkiz min üç yüz qırx) manat məbləğində pul və 24.60 (iyirmi dörd manat altmış qəpik) dövlət rüsumunun tutularaq İddiaçı1 ödənilməsi hissəsində ləğv edilməsi, ilkin iddianın həmin hissədə də rədd edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən ilkin iddia tələbi üzrə mübahisə həll edilərkən maddi hüquq normaları və prosessual hüquq normaları pozulduğuna görə iş üzrə qətnamənin ilkin iddianın qismən təmin edilməsinə dair hissəsi ilə qətiyyən razı deyil. Birinci instansiya məhkəməsi ilkin iddianın qismən təmin edilməli olmasını Mülki Məcəllənin 700.3, 676.0.1, 686, 680.1, 680.1.1, 680.1.2, 680.2-ci maddələri ilə əsaslnadırmışdır ki, həmin əsaslandırma qanuni hesab edilə bilməz. Ona görə ki, qarşılıqlı mübahisənin həlli zamanı məhkəmənin istinad etdiyi yuxarıda göstərilən maddi hüquq normaları mübahisəyə düzgün tətbiq edilməmişdir. İş materialları ilə “icarəyəverənin razılığı ilə yaxşılaşdırma aparılması” halları müəyyən edilməmiş, əksinə, “İcarəçi” tərəfindən özbaşına aparılmış işlərin dəyərinin obyektin əvvəlki, yəni təmirə qədərki mövcud vəziyyətinə çəkilmiş xərclərdən xeyli az olduğu müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi ilkin iddia tələbi üzrə mübahisəyə apellyasiya şikayəində göstərilən normaları tətbiq etməli olduğu halda tətbiq etməmiş, ilkin iddia üzrə mübahisənin maddi hüquqi əsaslarını düzgün müəyyən etməmişdir. Hansı ki, iş materialları ilə Cavabdeh əmlakına zərər vurulması faktı birmənalı olaraq sübuta yetmişdir. Belə ki, məhkəmə araşdırması zamanı şahid Rəşad Şabanovun izahatı ilə müəyyən edilmişdir ki, “İcarəçi”nin icarə predmetini, yəni gözəllik salonunu sonradan satın almaq niyyəti olsa da həmin niyyətini həyata keçirməmişdir. Hansı ki, “İcarəçi” həmin niyyətlə salonda “İcarəyə verənin” razılığı olmadan öz mülahizəsinə əsasən “yenidənqurma” adı altında təmir işləri aparmışdır ki, həmin təmir işləri zamanı salonun bütün bahalı avadanlıqları tamamilə sıradan çıxmış, zay olmuş, xeyli əşyalar isə oğurlanmışdır ki, bu halları əks etdirən foto-video materiallar və s. sənədlər iş materiallarında vardır. Qeyd edilməlidir ki, “İcarəçi”nin icarə obyektində öz mülahizəsi və istəyi ilə apardığı təmir işləri “yaxşılaşdırma” hesab edilə bilməz, hətta həmin işləri şərti olaraq “yaxşılaşdırma” hesab edilsə belə, bu hal “İcarəçi”yə çəkdiyi xərclərin əvəzini tələb etmək hüququ vermir. Ona görə ki, həmin işlər “İcarəyəverən”nin razılığı ilə aparılmamışdır. Digər tərəfdən, iş üzrə mövcud olan ekspert rəyləri ilə müəyyən edilmişdir ki, “İcarəçi”nin apardığı təmir işlərinin dəyəri 18.340,0 (on səkkiz min üç yüz qırx) manat (hansı ki, mülkiyyətçi həmin məbləğlə qətiyyən razılaşmamışdır, çünki bahalı İtaliya və İspaniya istehsalı olan materiallarla təmir edilmiş obyekt “İcarəçi” tərəfindən sökülüb-dağıdılmış və bundan sonra obyekt ucuz İran istehsalı olan materiallarla təmir edilmişdir), obyektin təmirə qədərki vəziyyətinin sökülübdağıdılması nəticəsində mülkiyyətçiyə, yəni “İcarəyəverən”ə vurulmuş zərərin məbləği isə aşınma nəzərə alınmaqla 27.943,0 (iyirmi yeddi min doqquz yüz qırx üç) manat təşkil edir. Göründüyü kimi, sözügedən halda iddiaçının iddia edərək tələb etdiyi “yaxşılaşdırma” məbləğindən söhbət gedə bilməz, belə ki, mülkiyyətçi Cavabdeh zərərçəkmiş şəxsdir ki, onun, həmin zərərin əvəzini tələb etmək hüququ vardır! Bütün bunlara baxmayaraq, yəni ilkin iddianın təmin edilməsi üçün heç bir hüquqi əsas mövcud olmadığı halda birinci instansiya məhkəməsi tamamilə qanunsuz və əsassız olaraq ilkin iddianın qismən təmin edilməli olması nəticəsinə gəlmişdir. Birinci instansiya məhkəməsi sübutları düzgün qiymətləndirməmiş, icarə obyekti olan salonda təmir işləri mülkiyyətçinin razılığı ilə aparılmadığı halda, həmin işlərin “İcarəyəverən”nin razılığı ilə aparıldığı nəticəsinə gəlmiş və öz nəticəsini qanuni sübutetmə vasitələri ilə deyil, subyektiv və formal mülahizə ilə əsaslandırmışdır. Məhkəmənin ilkin iddianın təmin edilməsi (qismən olsa da) üçün istinad etdiyi yuxarıdakı dəlillər qətiyyən qanuni və əsaslı hesab edilə bilməz, çünki belə bir qiymətləndirmə qanuna, yəni Mülki Prosessual Məcəllənin 81-ci maddəsinin tələbinə ziddir! Bu mənada qeyd edilməlidir ki, “razılıq” anlayışı özlüyündə şifahi razılığı yox, yazılı “razılığı” ehtiva edir. Çünki Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göründüyü kimi, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hal birinci instansiya məhkəməsi tərəfindən sübut olunmamış, bu isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 389-cu maddəsinin tələbinin pozulması ilə nəticələnmişdir. Göründüyü kimi, göstərilən hüquqi məsələlər ilkin iddia ərizəsinin təmin edilməsinə əsas verən qanuni halların mövcud olmadığına, yalnız subyektiv və formal mülahizələr (yəni Cavabdeh guya lap yaxınlıqda yaşaması, aparılan təmir işlərini görməli olması və s. bu kimi cəfəng dəlillər) əsasında ilkin iddianın qismən təmin edildiyinə dəlalət edir. Birinci instansiya məhkəməsi mübahisəni həll edərkən yuxanda göstərilən normaların tələblərinə ümumiyyətlə əməl etməyərək yalnız formal və subyektiv mülahizələrə və mötəbər olmayan sübutlara əsaslanmış, sübutlara onlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verə bilməmiş, qətnamənin əsaslandırıcı hissəsində ilkin iddia ərizəsinə yazılı etirazımızda istinad etdiyimiz maddi hüquq normalarına və dəlillərimizə nəinki hüquqi qiymət verməmiş, habelə heç bir münasibət bildirməmiş, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin hallarını mötəbər olmayan sübutlarla təsdiq olunmuş hesab etmiş və nəticədə prosessual hüquq normalarının tələbləri baxımından mübahisənin ilkin iddia tələbinin təmin edilməsi hissəsi ilə bağlı düzgün olmayan qətnamə çıxarmışdır. Bütün yuxarıda göstərilənlər ilkin iddia tələbinin qismən təmin edilməsi hissəsi üzrə birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının kobudcasına pozulduğuna, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların sübut olunmadığına dəlalət edir ki, belə olan halda iş üzrə qətnamə göstərilən hissədə qanuni və əsaslı hesab edilə biməz. Ona görə də hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsinin ilkin iddianın qismən təmin edilməsinə dair hissəsi ləğv edilməli, ilkin iddia göstərilən hissədə rədd edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması barədə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyasının iclasında ilkin iddia üzrə iddiaçıların (qarşılıqlı iddia üzrə cavabdehələrin) nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin əsassız olduğundan təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı1 vəkili Vəkil2 tərəflərindən verilmiş apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin əsassız olduğundan təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında ilkin iddia üzrə cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin əsassız olduğundan təmin edilməməsini xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin ilkin iddia tələbinin bötövlükdə, qarşılıqlı iddia tələbinin isə təmin olunması hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, apellyatorlar qətnaməni qeyd edilən hissədə mübahisələndirmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı iddia tələbinin təmin edilməməsi hissəsini isə mübahisələndirməmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, ilkin iddia üzrə iddiaçıların (qarşılıqlı iddia üzrə cavabdehələrin) nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti təmin edilməməli, ilkin iddia üzrə cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 52/2021 saylı iş üzrə 26 fevral 2021-ci il tarixli qətnaməsi ilkin iddianın qismən təmin edilməsi, yəni “Cavabdeh 18340 (on səkkiz min üç yüz qırx) manat məbləğində pul və 24,60 (iyirmi dörd manat altmış qəpik) dövlət rüsumunun tutularaq İddiaçı1 ödənilməsi” hissəsində ləğv edilməli, həmin hissədə ilkin iddia tələbi təmin edilməməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, 2018-ci ilin sentyabr ayından 2019-cu ilin yanvar ayına kimi gözəllik salonunda usta kimi işləmiş, onunla bərabər digər ustalarla birgə əsaslı təmir-tikinti işlərini aparmış, həmin işlərin dəyəri ona İddiaçı1 tərəfindən verilmişdir. Təmirə başlamamışdan əvvəl salonun sahibi kimi tanıdığı Nazim adında şəxsin göstərişi ilə salonda olan bütün əşyaları – portretlər, qədəhlər, mebel və digər əşyaları anbara yerləşdirmişdir. Mahir adında şəxsi tanımamışdır, eşitdiyinə görə o, salonun sahibi kimi tanıdığı Nazim adlı şəxsin qaynatasıdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X7 şahid X3 ifadəsinə oxşar məzmunda ifadə vermişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, Cavabdeh onun doğma dayısıdır. O, İddiaçı1 əvvəl olan kirayəçilərdən salonu A. Ağasiyevin bacısı tərəfindən çəkilmiş videogörüntüdə olan vəziyyətdə 2018-ci ilin sentyabr ayında təhvil almış və bütün avadanlıqları tam saz vəziyyətdə Cavabdeh kürəkəni Nazim tərəfindən iddiaçılara təhvil verilmişdir. İddiaçılar həmin salonu almaq istəmişlər və 2018-ci ildən 2019-cu ilin yanvar ayınadək hər ay sözügedən salonu başqa şəxslərə icarəyə verməmələri üçün 750 manat icarə pulu vermişlər. Həmçinin aralarında olan şifahi razılığa əsasən iddiaçılar salonda yalnız kosmetik işlər aparmağı öhdələrinə götürmüşlər, lakin təmir barədə heç bir razılıq olmamışdır. O,İddiaçı1 yalnız icarə müqaviləsi bağlanarkən notariat ofisində görmüşdür. Fevral ayında iddiaçılar salonu almadıqlarından və həmçinin icarə pulunu gecikdirdiklərindən o, Cavabdeh tapşırığı ilə salona getmiş və görmüşdür ki, avadanlıqlar tam çıxarılıb və sökülərək ucuz materiallarla təmir aparılıb. Cavabdeh bunu bildikdə çox əsəbləşmiş və dəymiş zərərin ödənilməsini və icarə müqaviləsinin ləğv edilməsini tələb etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 yanvar 2020-ci il tarixli 20904 saylı rəyinə əsasən “ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsi (“Grasiya” gözəllik salonu) üzrə yerinə yetirilmiş təmir-tikinti işlərinin ümumi dəyəri 18340,0 manat məbləğində müəyyən olunmuşdur. 24.10.2019-cu il tarixdə Yasamal rayonu, Murtuza Muxtarov 184 ünvanında yerləşən “Grasiya” gözəllik salonuna baxış keçirilmişdir. Baxış zamanı qərardadda qeyd edilən əşyaların bir qisminə qonşu obyektdə baxış keçirilmişdir. Baxış zamanı qonşu obyektdə həmin əşyaların bir qisminin hissələrə ayrıldığı, yəni natamam vəziyyətdə olduğu, istifadəyə yararsız vəziyyətdə olduğu müəyyən edildi. Digər qisminin isə sökülmə, daşınma və sair nəticəsində tamamilə yararsız vəziyyətə düşdüyü üçün tullandığı bildirildi. Həmçinin gözəllik salonunda olan aparatın hissələrə ayrılmış vəziyyətdə olduğu (saç yumaq və qurutmaq üçün) aşkar edildi Təqdim edilən əşyaların hazırki natamam (hissələrə ayrılmış) vəziyyətdə qiymətləndirilməsi mümkün olmamışdır. Videomateriallara əsasən tədqiqat obyektlərinin qiymətləndirilməsi mümkün deyil.” İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 noyabr 2020-ci il tarixli 10/420-9/672 saylı rəyinə əsasən ünvan 4 ünvanda yerləşən “Grasiya” qadın gözəllik salonunun iddiaçı tərəfindən sökülübdağıdılması nəticəsində mülkiyyətçiyə vurulmuş zərərin məbləği müəyyən olunmuş, faktiki olaraq sözügedən qeyri-yaşayış sahəsi təmir edildiyindən tədqiqatın aparılması üçün mülki iş materiallarında olan məlumatlardan və fotoşəkillərdən istifadə edilmişdir. Mülki iş materialının 163-cü səhifəsinə mülkiyyətçi Cavabdeh məxsus ünvan 3 ünvanda yerləşən qadın gözəllik salonunda sökülüb-dağıdılmış mal-materialın və əşyaların siyahısı əlavə edilmişdir. Həmin siyahıda mülkiyyətçiyə vurulmuş zərərin məbləği 58.422 manat məbləğində müəyyən edilmişdir. Həmin tərtib olunan siyahıda göstərilən tikinti materiallarının və əşyaların 2011-ci ildən 2017-ci ilədək istismarda olduğunu nəzərə alaraq hər il üçün təxmini nəzəri qaydada 10% aşınma nəzərə alınmaqla qalıq qiymət təxminən 27943,0 (58422-10%*7dəfə) manat müəyyən edilmişdir. Tədqiq olunan qeyri-yaşayış sahəsi üzrə yerinə yetirilmiş təmir-tikinti işlərinin dəyərini müəyyən etmək üçün mövcud bazar qiymətlərinə uyğun qiymət normaları tətbiq olunmaqla smeta tərtib olunur. Aparılmış hesablamalar nəticəsində müəyyən edilmişdir ki, ünvan 3 ünvanda yerləşən qadın gözəllik salonunun mövcud təmir vəziyyətinə çəkilmiş xərcin ümumi məbləği, ilkin rəyin göstəricilərinə uyğun olaraq 18340,0 manat təşkil edir. Birinci instansiya məhkəməsi ilkin iddiaya münasibətdə qeyd etmişdir ki, birinci İddiaçı1 və cavabdeh mübahisəli qeyri-yaşayış sahəsinin (gözəllik salonunun) birinci İddiaçı1 tərəfindən icarəyə götürülməsi və icarə münasibətləri rəsmiləşdirilməmişdən əvvəl, yəni icarə müqaviləsi bağlanmamışdan əvvəl iddiaçı tərəfindən təmir edilməsi barədə razılığa gəlmiş, 2018-ci ilin sentyabr ayından 2019-cu ilin yanvar ayına kimi (ikinci iddiaçı ilə icarə müqaviləsi bağlanmamışdan əvvəl) birinci iddiaçı tərəfindən həmin sahiənin əsaslı təmiri aparılmış və təmirin dəyəri onun tərəfindən ödənilmişdir. İkinci iddiaçı "xxxx" MMC 15 noyabr 2018-ci il tarixdə yaranmışdır. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdehin icarəyə verilmiş sahənin onun razılığı olmadan əsaslı təmir edilməsi barədə dəlilinə tənqidi yanaşır. Belə ki, iş materiallarından müəyyən olunmuşdur ki, icarə obyektinin mülkiyyətiçisi Cavabdeh ünvan 5 ünvanında yerləşən ev 188-də yaşayır, icarə obyekti isə həmin ünvanda yerləşən ev 184-də yerləşir və sahəsi 300 kv.metr təşkil edir. Qonşuluqda yerləşən 300 kv.metr sahədə əsaslı təmir işlərinin aparılması (həm obyektin çölündə, həm də içərisində) gözdən yayına bilməz, göz qarşısında aparılan təmir işlərindən mülkiyyətçinin xəbərinin və onun razılığı olmadan aparılması barədə cavabdehin dəlilləri inandırıcı deyil. Məhkəmə kollegiyası qarşılıqlı iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri ilə razılaşaraq hesab edir ki, birinci instansiya məhkəməsi ilkin iddia tələbi üzrə mübahisəyə aşağıda göstərilən normaları tətbiq etməli olduğu halda tətbiq etməmiş, ilkin iddia üzrə mübahisənin maddi hüquqi əsaslarını düzgün müəyyən etməmiş və yuxarıda qeyd olunan nəticəyə gəlməkdə haqlı olmamışdır. Belə ki, “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin 1 və 2-ci bəndlərinə görə icarəyə verənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənədicarə müqaviləsidir. İcarə müqaviləsində aşağıdakılar nəzərdə tutulur: icarəyə verilən əmlakın tərkibi və dəyəri, icarə haqqının məbləği, icarənin müddətləri, əmlakın ikinci əldən icarəyə verilməsi (icarəyə götürülmüş əmlakın icarəyə verilməsi) imkanına münasibət, icarəyə götürülmüş əmlakı tam bərpa və təmir etmək sahəsində tərəflərin vəzifə bölgüsü, icarəyə verənin icarəçiyə əmlakı müqavilə şərtlərinə uyğun vəziyyətdə vermək vəzifəsi, icarəçinin əmlakdan müqavilə şərtlərinə uyğun surətdə istifadə etmək, icarə haqqını ödəmək və müqaviləyə xitam verildikdən sonra əmlakı müqavilədə şərtləşdirilmiş vəziyyətdə icarəyə verənə qaytarmaq vəzifəsi. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsində təsbit olunmuşdur ki, daşınmaz əmlak üzərində müddəti on bir aydan çox olan icarə və ya istifadə hüququ dövlət qeydiyyatına alınır. İcarə və ya istifadə hüququnun dövlət qeydiyyatına alınması barədə ərizəni daşınmaz əmlakın icarə (istifadə) müqaviləsi üzrə tərəflərdən biri verə bilər. Daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) hüququ, daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) müqaviləsi bağlamaq hüququ olan müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında dövlət reyestrində qeydiyyata alınır. Azərbaycan Repuslikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Qeyd olunan normalardan müəyyən olunur ki, daşınmaz əmlaklarla bağlı icarə müqaviləsi birmənalı qaydada yazılı şəkildə bağlanılmalı və müddəti on bir aydan çox olan icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalıdır. Hazırkı işdən də görünür ki, tərəflər arasında yazılı şəkildə icarə müqaviləsi bağlanmışdır. Ona görə də, hazırkı mübahisəyə icarə müqaviləsinə aid müddəalar tətbiq olunmalıdır. Kollegiya qeyd edir ki, tərəflər arasında bağlanmış 23.01.2019-cu il tarixli icarə müqaviləsinin 7.1.5-ci bəndinə görə sahənin təmiri və ona xidmətlə bağlı aparılacaq bütün işlər bardə İcrayə verəni qabaqcadan xəbərdar etmək və onun yazılı razılğını almaq icarəçinin vəzifəsidir. Belə ki, “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə görə icarəyə götürülmüş əmlak icarəyə verənin razılığı ilə yaxşılaşdırıldıqda müqavilənin müddəti qurtardıqdan və ya müqavilə pozulduqdan sonra icarəçinin hüququ var ki, qanunda və ya müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, bu məqsədlə çəkdiyi bütün xərclərin ödənilməsini tələb etsin. Həmin Qanunun 9-cu maddəsinin 6-cı hissəsinə əsasən icarəyə verə nin icazəsi olmadan icarəçinin apardığı və icarəyə götürülmüş əmlaka zərər vurmadan ondan ayrıla bilməyən yaxşılaşdırmalar müqavilənin müddəti qurtardıqdan və ya müqavilə pozulduqdan sonra əvəzi ödənilmədən icarəyəverənə keçir. Həmin Qanunun 9-cu maddəsinin 7-ci hissəsinə görə icarəyəverənin icazəsi olmadan icarəçinin apardığı və icarəyə götürülmüş əmlaka zərər vurmadan ondan ayrıla bilən yaxşılaşdırmaların dəyərini icarəyə verən ödəməyə razı olmadıqda icarəçi bu yaxşılaşdırmaları geri götürə bilər. Qeyd olunan normadan göründüyü kimi icarəçi yalnız icarəyə verənin razılığı ilə icarəyə götürülmüş əmlak üzərində edilən yaxşılaşdırılmalar üçün çəkilən xərclərin ödənilməsini tələb edə bilər. Hazırkı işdə isə ilkin iddia üzrə cavabdeh tərəfindən qeyri-yaşayış sahəsində təmir işlərinin aparılmasına razılığın verilməsi sübut olunmur. İş üzrə dindirilmiş şahidlərin ifadələri isə bu halı təsdiq etmir və yalnız mübahisəli obyektdə təmir işlərinin aparılmasını təsdiq edir. Əksinə, “İcarəçi” tərəfindən özbaşına aparılmış işlərin dəyərinin obyektin əvvəlki, yəni təmirə qədərki mövcud vəziyyətinə çəkilmiş xərclərdən xeyli az olduğu müəyyən edilmişdir. Qeyd edilməlidir ki, “İcarəçi”nin icarə obyektində öz mülahizəsi və istəyi ilə apardığı təmir işləri “yaxşılaşdırma” hesab edilə bilməz. Belə ki, iş üzrə məhkəmənin özünü gəlmiş olduğu nəticədən müəyyən edilir ki, “İcarəçi”nin apardığı təmir işlərinin dəyəri 18.340,0 (on səkkiz min üç yüz qırx) manat, obyektin təmirə qədərki vəziyyətinin sökülüb-dağıdılması nəticəsində mülkiyyətçiyə, yəni “İcarəyəverən”ə vurulmuş zərərin məbləği isə aşınma nəzərə alınmaqla 18628 (on səkkiz min altı yüz iyirmi səkkiz) manat təşkil edir. Göründüyü kimi, sözügedən halda iddiaçının iddia edərək tələb etdiyi “yaxşılaşdırma” məbləğindən söhbət gedə bilməz. Ona görə də, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi ilkin iddia tələbini mübahisələnirilən hissədə təmin etməkdə haqlı olmamışdır. Məhkəmə kollegiyası qarşılıqlı iddia tələbi üzrə birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə bağlı isəq eyd edir ki, İddiaçı1 bacısı tərəfindən salonun 2018-ci ildə icarəyə götürülməmişdən əvvəl çəkdiyi videogörüntü və cavabdeh tərəfindən təqdim edilmiş gözəllik salonundan təmirdən əvvəl sökülərək Murtuza Muxtarov 185 ünvanında yerləşdirilmiş əşyaların videogörüntülərinə baxış keçirilmiş və obyektin təmirdən əvvəlki, sonraki görüntüləri müəyyən edilmişdir. Həmin videogörüntülərdən müəyyən edilmişdir ki, obyektin təmirdən əvvəlki vəziyyətində cavabdehin qarşılıqlı iddia ərizəsində qeyd etdiyi əşyalar icarə sahəsində mövcud olmuşdur. Cavabdeh tərəfindən təqdim edilmiş videogörüntüdən və ekspert rəylərindən müəyyən edilmişdir ki, “Grasiya” gözəllik salonundan iddiaçı tərəfindən sökülərək anbara yığılmış əşyalar yararsız hala düşmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 21.1.-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2.-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, qarşılıqlı iddia ərizəsində göstərilən siyahının qalan bəndlərində nəzərdə tutulmuş mal-materialın istifadədə olma müddəti altı il nəzərə alınmalı və hər ilə 10 % illik aşınma faizi tətbiq edilməklə dəymiş zərərin məbləği (54195- 10065) – 6 il x 10 % = 18628 manat müəyyən edilməlidir. Məhkəmə həmçinin haqlı olaraq qeyd etmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçıya zərər İddiaçı1 tərəfindən aparılmış təmir zamanı dəydiyi iş materiallarından müəyyən edildiyindən qarşılıqlı iddia qismən təmin olunmalı və İddiaçı1dan 18628 manat tutularaq ona ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə kollegiyası hesab edir ki, ilk iddia təmin edilmədiyindən ilkin iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, ilk iddia təmin edilmədiyindən və qarşılıqlı iddia qismən təmin edildiyindən 29 yanvar 2020-ci il tarixli 20904 saylı məhkəmə ekspertizasının dəyəri 100 manat İddiaçı1 və 23 noyabr 2020-ci il tarixli 10/420-9/672 saylı məhkəmə ekspertizasının dəyərinin (50 manat) 33,50 manatı İddiaçı1, 16,50 manatı isə Cavabdeh tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarnın əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İlkin iddia üzrə iddiaçıların (qarşılıqlı iddia üzrə cavabdehələrin) nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin digər dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, məhkəmə kollegiyasının yuxarıda göstərilən qənətindən görünür ki, apellyasiya şikayətində göstərilənlər formal mülahizələrdən ibarətdir və yuxarıda qeyd olunanlara əsasən əsaslı sayıla və təmin edilə bilməz. Ona görə də kollegiya hesab edir ki, İlkin iddia üzrə iddiaçıların (qarşılıqlı iddia üzrə cavabdehələrin) nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlilləri əsassızdır və məhkəmənin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, ilkin iddia üzrə iddiaçıların (qarşılıqlı iddia üzrə cavabdehələrin) nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti təmin edilməməli, ilkin iddia üzrə cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-52/2021 saylı iş üzrə 26 fevral 2021-ci il tarixli qətnaməsi ilkin iddianın qismən təmin edilməsi, yəni “Cavabdeh 18340 (on səkkiz min üç yüz qırx) manat məbləğində pulun və 24,60 (iyirmi dörd manat altmış qəpik) dövlət rüsumunun tutularaq İddiaçı1 ödənilməsi” hissəsində ləğv edilməli, həmin hissədə ilkin iddia tələbi təmin edilməməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
qət etdi: İlkin iddia üzrə iddiaçıların (qarşılıqlı iddia üzrə cavabdehələrin) nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti təmin edilməsin. İlkin iddia üzrə cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-52/2021 saylı iş üzrə 26 fevral 2021-ci il tarixli qətnaməsi ilkin iddianın qismən təmin edilməsi, yəni “Cavabdeh 18340 (on səkkiz min üç yüz qırx) manat məbləğində pulun və 24,60 (iyirmi dörd manat altmış qəpik) dövlət rüsumunun tutularaq İddiaçı1 ödənilməsi” hissəsində ləğv edilsin və həmin hissədə ilkin iddia tələbi təmin edilməsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. İlkin iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. 150 (yüz əlli ) manat məbləğində məhkəmə ekspertizalarının dəyərinin 133,50 manatı (bir yüz otuz üç manat əlli qəpik) hissəsi İddiaçı1, 16,50 (on altı manat əlli qəpik) hissəsi Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO13601**********3944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.