Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5776/2024 24.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X8 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlu və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi, Cavabdeh1, Cavabdeh2 iştirakı ilə, İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-204/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. xx.xx.2014-cü il tarixli avtomobilin qəza nəticəsində tam zərərə uğramasına dair aktının surətindən görünür ki, xx.xx.2013-cü il tarixli MİB-RNF-0241-0/13 saylı nəqliyyat vasitələrinin Kasko sığorta şəhadətnaməsi ilə sığortalanmış X3 məxsus “Kia Sorento” markalı ** ST *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirərkən müəyyən edilmişdir kİ, həqiqətən də xx.xx.2014-cü il tarixdə yol-nəqliyyat hadisəsinə uğrayan avtomobilə xx.xx.2014-cü il tarixli zərərin hesablanması aktına əsasən 27566 (iyirmi yeddi min beş yüz altmış altı manat) manat zərər dəymiş və həmin məbləğ sığorta dəyərinin 75 %-dən artıq hissəsini təşkil etdiyindən avtomobil tam məhv olmuş hesab edilir.
2. "xxxx" ASC-nin 590/14-CM608/14 nömrəli sığorta aktından görünür ki, "xxxx" ASCdə MİB-RNF-0241-0/13 nömrəli sığorta şəhadətnaməsi ilə xx.xx.2013-cü ildən xx.xx.2014cü ilədək sığortalanmış, “Kia Cerato” markalı ** ST *** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospektində yol-nəqliyyat hadisəsinə uğramışdır. Dəymiş zərər 27566 manat məbləğində müəyyən edilmişdir. Sığorta hadisəsi zamanı hesablanmış 4539,60 manat razılaşdırılmış azadolma məbləği və avtomobilin qalıq hissələrinin dəyəri olan 6500 manat çıxılmaqla 19224,40 manat sığorta ödənişi edilmişdir.
3. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-114/2015 saylı xx.xx.2015-ci il tarixli hökmünün surətindən görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.
4. "xxxx" ASC-nin Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış xx.xx.2022-ci il tarixli BS- C-22/3808 saylı məktubundan görünür ki, həyata keçirilmiş sığorta ödənişi onlardan tələb edilmiş, ödəmədiyi halda müvafiq tələblə məhkəməyə müraciət ediləcəyi, həmin məbləğlə yanaşı, məhkəmə xərclərinin də ödənilməsi öhdəliyinin onların üzərinə düşəcəyi barədə xəbərdar olunmuşlar.
5. Məhkəmənin qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/170 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, "xxxx" ASC-nin xx.xx.2014-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2013-cü il buraxılışlı “Kia Sorento” markalı, ** ST *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir- bərpa xərci avto ehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 26334 manat müəyyən edilmişdir.
6. Məhkəmənin qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/5234 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, "xxxx" ASC-nin xx.xx.2014-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2013-cü il buraxılışlı “Kia Sorento” markalı, ** ST *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir- bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 26334 manat, avtomobilin normal vəziyyətdə qiyməti 30300 manat, təxmini qalıq dəyəri isə 3966 (30300-26334) manat müəyyən edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
8. İddiaçı tələbini belə əsaslandırmışdır ki, xx.xx.2014-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti, “Şəfa” stadionunun qarşısında X1 məxsus olan və xx.xx.2008ci il tarixli etibarnamə ilə Cavabdeh2 istifadəsinə verilmiş "Hyundai Excel" markalı **-DN- *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 Əlibala oğlu tərəfindən idarəetmə hüququ olmadan idarə edilərkən “Bakı Sığorta" ASC-də (bundan sonra ASC) əmlak sığortası qaydasında sığortalanmış X7 idarə etdiyi "Kia Sorento” markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan vurulub. “KiaSorento” markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobil ASC tərəfindən əmlak sığortası qaydasında 30264 (otuz min iki yüz altmış dörd) manat məbləğində sığorta etdirilib. xx.xx.2014-cü il tarixli zərərin hesablanması aktına əsasən sığorta hadisəsi nəticəsində “Kia Sorento” markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 27566 (iyirmi yeddi min beş yüz altmış altı) manat məbləğində müəyyən edilib. Sığorta hadisəsi nəticəsində “Kia Sorento” markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər həmin avtomobilin dəyərinin 75%-dən artıq olduğu üçün dəymiş zərər göstərilən qaydada hesablanıb. Belə ki, sığorta müqaviləsi üzrə sığorta məbləğindən tərəflər arasında razılaşdırılmış sığorta məbləğinin 15%-i miqdarında şərtsiz azadolma məbləği 4539 (dörd min beş yüz otuz doqquz) manat və xx.xx.2014-cü il tarixdə keçirilmiş baxış nəticəsində avtomobilin qalıq hissəsinin dəyəri (qalıqları sığortalıda qalır) 6500 (altı min beş yüz) manat çıxılmaqla, 19224,40 (on doqquz min iki yüz iyirmi dörd manat, qırx qəpik) manat məbləğində sığorta ödənişi xx.xx.2014-cü il tarxli, 590/14 saylı sığorta aktına və MİB-RNF-0241-0/13 saylı sığorta müqaviləsi üzrə faydalanan şəxs qismində çıxış etmiş “Bank Respublika'* ASC nin Neftçilər filialının xx.xx.2014-cü il tarixli, 4135 saylı məktubuna əsasən sığortalı X3 nağd şəkildə ödənilib. İddia ərizəsinə əlavə edilmiş 26 sentyabr 2014-cü il tarixli 001078 saylı kassa məxaric orderinin surətindən müəyyən olunur ki, zərərin aradan qaldırılması üçün ASC tərəfindən 19224,40 (on doqquz min iki yüz iyirmi dörd manat, qırx qəpik) manat sığorta ödənişi ödənilib. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, BS-S-22/3752 saylı Geriyə tələb (subroqasiya) məktubundan görünür ki, Mülki Məcəllənin 936-cı maddəsinə əsasən "xxxx" ASC tərəfindən zərərin aradan qaldırılması üçün ödənilmiş 19224,40 (on doqquz min iki yüz iyirmi dörd manat, qırx qəpik) manat məbləğində sığorta ödənişinin 5 gün müddətində geri ödənilməsi cavabdehdən tələb edilib. Qeyd olunanlara əsasən iddiaçı sözügedən zərərin aradan qaldırılması üçün ödədiyi 19224,40 (on doqquz min iki yüz iyirmi dörd manat, qırx qəpik) manat məbləğində sığorta ödənişinin məbləğini cavabdehlərdən müştərək qaydada tələb etmək hüququna sahib olub.
9. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-204/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, 19224,40 manat sığorta ödənişi məbləği və ödənilmiş 147,67 manat dövlət rüsumunun və 40 manat xidmət haqqının əvəzi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutulub, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 200 (yüz) manat məbləğində pul cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Adı: X4, Kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, Hesab № AZ34CTRE********************, Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3) ödənilməsi qət edilmişdir.
10. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-204/2023 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(007)-204/2023 saylı qətnaməsində olan yanlışlıqların aradan qaldırılması, qətnamənin nəticə hissəsində “19224,40 manat sığorta ödənişi məbləği və ödənilmiş 147,67 manat dövlət rüsumunun və 40 manat xidmət haqqının əvəzi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutulub, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin” sözləri “19224,40 manat sığorta ödənişi məbləği və ödənilmiş 147,67 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının əvəzi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutulub, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin” kimi oxunması qərara alınmışdır.
11. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh1 X1 məxsus olan və etibarnamə ilə (xx.xx.2008- xx.xx.2038) Cavabdeh2 istifadəsinə verilmiş "Hyundai Excel" markalı **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobili idarəetmə hüququ olmadan idarə edilərkən “Bakı Sığorta" ASC-də (bundan sonra ASC) əmlak sığortası qaydasında sığortalanmış X7 idarə etdiyi "Kia Sorento” markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, həmin avtomobilə maddi ziyan vurulmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən Cavabdeh1 baş vermiş yolnəqliyyat hadisəsinin törədilməsində təqsiri müəyyən edilib və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. “KiaSorento” markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobil ASC tərəfindən əmlak sığortası qaydasında 30264 manat məbləğində sığorta etdirilib. xx.xx.2014-cü il tarixli zərərin hesablanması aktına əsasən sığorta hadisəsi nəticəsində “avtomobilə dəymiş zərər 27566 manat məbləğində müəyyən edilib. Sığorta hadisəsi nəticəsində avtomobilə dəymiş zərər həmin avtomobilin dəyərinin 75%-dən artıq olduğu üçün sığorta müqaviləsi üzrə sığorta məbləğindən tərəflər arasında razılaşdırılmış sığorta məbləğinin 15 -i miqdarında şərtsiz azadolma məbləği 4539 manat və xx.xx.2014-cü il tarixdə keçirilmiş baxış nəticəsində avtomobilin qalıq hissəsinin dəyəri 6500 manat çıxılmaqla, 19224,40 manat məbləğində sığorta ödənişi sığortalı X3 nağd şəkildə ödənilib. Bununla da, iddiaçının “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1 və 25.1.3-cü maddələrində nəzərdə tutulan qaydada cavabdehlərdən avtomobilə dəymiş ziyanı tələb etmək hüququ yaranmışdır. Cavabdehlər isə sığorta ödənişinin əvəzini ödəməməklə və sığorta ödənişini onlardan tələb etmək hüququ olan iddiaçının bununla bağlı tələb etdiyi vəzifələrini icra etməməklə qanunvericiliyin qeyd edilən tələblərini pozmuşlar. Göründüyü kimi, iddia tələbi əsaslıdır. Məhkəmə, avtomobilə dəymiş zərərin həcminin müəyyən edilməsi məqsədilə məhkəmə-əmtəəşünasılıq ekspertizası təyin etmişdir. Ekspertizanın xx.xx.2023-cü il tarixli /5234 saylı rəyi ilə nəzəri hesablama yolu ilə, "xxxx" ASC-nin xx.xx.2014-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2013-cü il buraxılışlı “Kia Sorento” markalı, ** ST *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 26334 manat, avtomobilin normal vəziyyətdə qiyməti 30300 manat, təxmini qalıq dəyəri isə 3966 (30300- 26334) manat müəyyən edilmişdir. Məhkəmə, baxılan mübahisənin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğunu nəzərə alıb ekspert rəyi ilə razılaşaraq bu qənaətə gəlir ki, hadisə nəticəsində avtomobilə dəymiş ziyanın avtomobilin dəyərinin 75%dən artıq olduğu müəyyən edilir. Həmçinin, ekspert rəyi ilə avtomobilin qalıq hissələrinin dəyəri 6500 manatdan az, yəni 3966 manat müəyyən ediliyin iddia tələbinin əsaslılığına təsir etmir.
12. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 936.1, 936.2, 936.5, 1108.1, 1114.1-ci maddələri, "İcbari Sığortalar haqqında" Azərbaycan Respublikası Qanununun, , 25.1, 25.1.3, maddələri , “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının xx.xx.2014-cü il tarixli qərarı və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 88, 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
13. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(007)-204/2023 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd olunmasını xahiş etmişdir.
14. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə ona bildiriş göndərməmiş, məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar etməmiş, əsassız olaraq işə onun iştirakı olmadan baxaraq qanunsuz qətnamə qəbul etmişdir. Artıq bu hadisənin üstündən 10 il keçmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ona qarşı belə bir iddia tələbi qaldırmaq hüququ yoxdur, çünki, iddiaçı 3 illik iddia müddətini ötürmüşdür. Hesab edir ki, iddia müddəti ötürüldüyündən iddia müddəti tətbiq edilməli və iddia tələbi rədd olunmalıdır. O məhkəmə iclasına dəvət olunmadığından və məhkəmədə iştirak edə bilmədiyindən iddia müddətinin tətbiqi barədə ərizəni məhkəməyə təqdim edə bilməyib. Hal hazırda o belə bir ərizə ilə məhkəməyə müraciət edir.
Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
b) Proses iştirakçılarının izahatı
16. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək qeyd edir ki, hadisə 10 il əvvəl olmuşdur. Hadisə nəticəsində 2 il 6 ay azadlıqdan məhrum etmə cəzası alıb. Maşını idarə etmə hüququ olmayıb. Maşın dostunun olub və qəza zamanı maşınla üzbəüz toqquşub. İddiaçı 3 illik iddia müddətini ötürmüşdür. Hesab edir ki, hazırkı iş üzrə iddia müddəti 3 ildir. Məhkəmə iclaslarından məlumatı olmayıb. Ona bildiriş göndərilməyib, məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmayıb. Məhkəməyə ərizə ilə müraciət edib, qətnaməni alıb. Axtarışda olmağı barədə məlumatı olmayıb. Hazırda işləmir, kirayədə yaşayır. Ailəlidir və övladı var. İddianı ödəməyə imkanı yoxdur. Apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. ünvan 2 ünvanında qeydiyyatdadır. Ola bilsin poçt əməkdaşlarına qapını açan olmayıb.
17. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında bildirir ki, maşını alandan sonra 5-6 ay sürüb. Daha sonra sahibinə qaytarıb. O da maşını başqasına satıb. O da orada olub. O da azadlıqdan məhrum etmə cəzası alıb, maşının kim idarə etdiyini bilməyib. Hadisədən xəbəri olmayıb. Texniki pasportun sahibi məhkəməyə dəvət edilməyib. Ondan sonra maşını 8 şəxs idarə edib. O digər cavabdehi heç tanımır, ilk dəfə məhkəmədə görüb. İddia müddəti ilə bağlı 3 illik müddət tətbiq edilməli idi. Apellyasiya şikayətinin təmin edilməsini xahiş edir.
Tətbiq edilən hüquq normaları:
18. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 373.1. Ümumi iddia müddəti on il təşkil edir. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Maddə 377.4. Reqres öhdəliklər üzrə iddia müddətinin axımı əsas öhdəliyin icrası anından başlanır. Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.
Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.
Maddə 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər
Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Maddə 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.
Maddə 1114.1. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.
19. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 25.1.3. İcbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır.
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 35.1. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Maddə 77.1 Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 135.7. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Bu halda işdə iştirak edən şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş hesab edilir. SMS-in işdə iştirak edən şəxsə çatdırıldığı vaxt barədə məlumat “Elektron məhkəmə” informasiya sistemində qeyd edilir.
Apellyasiya baxışının hədləri
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
23. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi təmin edilmiş, həmin qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ona aid hissədə ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Cavabdeh2 isə qətnaməni mübahisələndirsə də onun tərəfindən verilmiş apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Koillegiyasının 2(103)- 4350/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən Nizami rayon məhkəməsinin 10 iyun 202-c-ü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışıdr.Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qətnamə Cavabdeh1 münasibətdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
25. İşin halları ilə müəyyən edilir ki, xx.xx.2014-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti, “Şəfa” stadionunun qarşısında "Hyundai Excel" markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 Əlibala oğlu tərəfindən idarəetmə hüququ olmadan idarə edilərkən “Bakı Sığorta" ASC-də (bundan sonra ASC) əmlak sığortası qaydasında sığortalanmış X7 idarə etdiyi "Kia Sorento” markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan vurulub, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)- 114/2015 saylı xx.xx.2015-ci il tarixli hökmünə əsasən Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.
26. "xxxx" ASC onun tərəfindən icbari sığortalanmış X7 idarə etdiyi "Kia Sorento” markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin əvəzi olaraq ödənilmiş pulun subroqasiya qaydasında cavabdehlərdən tutulması ilə bağlı məhkəməyə müraciət etmişdir.
27. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir.
28. Apellyasiya şikayətin dəlillərindən biri odur ki, cavabdeh işə birinci instansiya məhkəməsində baxılması zamanı məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumatlandırılmamışdır. Lakin apellyasiya şikayətindən görünür ki, Cavabdeh1 həm qeydiyyat ünvanı, həm də faktiki ünvanı ünvan 3iallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən Cavabdeh1 qeydiyyat ünvanına dəfələrlə məhkəmə bildirişi göndərilmişdir. Lakin məhkəmə bildirişi “Ünvanda yaşamır” qeydi ilə geri qaytarılmışdır. O cümlədən, Cavabdeh1 Əlibala oğluna məhkəmə iclasının vaxtı və yeri barədə sms bildiriş vasitəsilə də məlumat göndərilmişdir.
30. Cavabdeh1 Əlibala oğlunun apellyasiya şikayətinin digər dəlili odur ki, hadisənin xx.xx.2014-cü il tarixdə baş verməsinə baxmayaraq iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edilməklə qanunvericiliklə müəyyən edilmiş 3 illik iddia müddəti ötürülmüşdür.
31. Mülki Məcəllənin 373.1-ci maddəsində qeyd edilir ki, ümumi iddia müddəti on il təşkil edir.
32. Hazırkı mübahisə mülki hüquq pozuntularından irəli gələn öhdəlik hüquq münasibəti olduğu üçün ümumi iddia müddəti olan 10 illik müddət tətbiq edilir. Reqres öhdəliklər üzrə iddia müddətinin axımı əsas öhdəliyin icrası anından başlanır.
33. Hazırkı işin hallarından göründüyü kimi, "xxxx" ASC tərəfindən xx.xx.2014-cü il tarixdə sığorta ödənişi edilmişdir. 8 il sonra xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edilməklə iddia müddəti ötürülməmişdir.
34. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/5234 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, "xxxx" ASC-nin xx.xx.2014-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2013-cü il buraxılışlı “Kia Sorento” markalı, ** ST *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir- bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 26334 manat, avtomobilin normal vəziyyətdə qiyməti 30300 manat, təxmini qalıq dəyəri isə 3966 (30300- 26334) manat müəyyən edilmişdir.
35. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi 15%-i miqdarında şərtsiz azadolma məbləği 4539 manat və xx.xx.2014-cü il tarixdə keçirilmiş baxış nəticəsində avtomobilin qalıq hissəsinin dəyəri 6500 (altı min beş yüz) manat çıxılmaqla, 19224,40 manat məbləğində sığorta ödənişinin cavabdehlərdən tutulmalı olması ilə bağlı düzgün qənaətə gılmişdir.
36. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
37. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
38. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-204/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Xəyal Sarıyev Fərrux Qasımov