Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5778/2025 14.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, Ərizəçi və maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondu PHŞ nümayəndəsi Nümayəndə1 iştirakı ilə, Ərizəçi “əmək stajının müəyyən edilməsi barədə” ərizəsinə dair mülki iş üzrə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(001)-2656/2025 nömrəli qətnaməsindən maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondu PHŞ-in Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının verdiyi apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi xx.xx.2025-ci ildə ərizə ilə məhkəməyə müraciət edərək xahiş edib ki, xx.xx.1977-ci ildən xx.xx.1983-cü ilədək Azərbaycan SSR Laçın rayonu Səhiyyə şöbəsinin tabeliyində olan Güləbird kənd xəstəxanasında “Təsərrüfat bacısı” (kiçik tibb işçisi) işləməsi faktı müəyyən edilsin. Binəqədi Rayon Məhkəməsinin qətnaməsi ilə qət olunub ki, ərizə təmin olunsun, Ərizəçi xx.xx.1977-ci ildən xx.xx.1983-cü ilədək Azərbaycan SSR Laçın rayonu Səhiyyə şöbəsinin tabeliyində olan Güləbird kənd xəstəxanasında “Təsərrüfat bacısı” (kiçik tibb işçisi) işləməsi faktı müəyyən edilsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və ərizə təmin edilməsin. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin əsaslı olduğunu, Ərizəçi isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə görə, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. DSMF-nun Kollegiyasının xx.xx.2007-ci il tarixli 6 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən, əmək pensiyalarının təyin olunması üçün sosial sığorta stajının müəyyən edilməsi və hesablanması Qaydaları”nın 2.5-ci bəndinə görə, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda, sığortaolunanların (o cümlədən, qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Ərizəçi əmək fəaliyyəti barədə sənədi üzrlü səbəbdən təqdim edə bilmir. O, bildirir ki, sonuncu iş yeri Nərimanov rayonunda 26 saylı Körpələr evi-uşaq bağçası olub və əmək kitabçasını Nərimanov Rayon Təhsil Şöbəsinə verib. Daha sonra sağlamlığı ilə əlaqədar xarici ölkədə olub, işdən azad edilməsi barədə ərizə göndərib və əmək kitabçasını götürməyib. 2017-ci ildə əmək kitabçasının özünə qaytarılması üçün Bakı Baş Təhsil İdarəsinə müraciət edib, cavab olaraq ona əmək kitabçasının itdiyi bildirilib. Odur ki, əmək fəaliyyəti barədə müvafiq arayışın verilməsi üçün Laçın Rayon Mərkəzi Xəstəxanası PHŞ-ə müraciət edib. Həmin PHŞ-dən isə ona bildiriblər ki, xx.xx.1992-ci ildə Laçın rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən zaman Laçın Rayon Mərkəzi Xəstəxanası yandırılmış, arxiv sənədləri işğalçılar tərəfindən məhv edilmişdir. Arxiv sənədlərinin işğalçılar tərəfindən məhv edilməsi faktı Laçın Rayon Mərkəzi Xəstəxanası PHŞ-in məktubu ilə təsdiq olunub. Ərizəçi xx.xx.1977-ci ildən xx.xx.1983-cü ilədək Azərbaycan SSR Laçın rayonu Səhiyyə şöbəsinin tabeliyində olan Güləbird kənd xəstəxanasında “Təsərrüfat bacısı” (kiçik tibb işçisi) işləməsi faktı müəyyən olunur. Bu, birinci instansiya məhkəməsində dindirilmiş şahidlərin ifadələri ilə təsdiq olunub. X2 əməkək kitabçası var (iş v. 36). Əmək kitabçasından görünür ki, o, xx.xx.1978-ci ildən, yəni ərizəçidən 3 ay 10 gün sonra Güləbird kənd xəstəxanasında işləməyə başlayıb, Laçın rayonu işğal edilənədək həmin xəstəxanada işləyib. X1 əmək kitabçasının dublikatı var (iş v. 39). Dublikatdan görünür ki, o, 1979-cu ildən (ay və gün göstərilməyib), yəni ərizəçidən 1 il 3 ay sonra Laçın rayonu Güləbird kənd xəstəxanasında işləməyə başlayıb, Laçın rayonu işğal edilənədək həmin xəstəxanada işləyib. X3 ifadəsində özünün 1976-cı ildən Güləbird kənd xəstəxanasında işlədiyini, 1 il sonra isə ərizəçinin həmin xəstəxanada işləməyə başldığını bildirsə də, şahidin əmək ktabçası iş materiallarına əlavə edilməyib. Əmək kitabçası olan iki şahidin ifadəsi ərizəçinin tələb etdiyi faktın müəyyən edilməsi üçün kifayətdir. Çünki həmin iki şahid bildirib ki, ərizəçi onlardan əvvəl həmin xətəxanada işləyib. Ərizəçi xx.xx.1977-ci ildən həmin xəstəxanada işləməyə başlayıb, bu tarix isə şahidlərin həmin xəstəxanada işləməyə başladığı vaxtdan uzaq tarix deyil. Bununla yanaşı, nəzərə alınmalıdır ki, 1977-ci ildən uzun müddət keçdiyindən ərizəçinin məhkəməyə şahidlər təqdim etməsi obyektiv səbəbdən çətindir. Beləliklə, birinci instansiya məhkəməsi ərizəni təmin etməklə düzgün nəticəyə gəlib, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(001)-2656/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5778/2025
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5778/2025
14.11.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver