Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-578/2020 25.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, İlkin iddia üzrə İddiaçı2, onun vəkili X1 iştirakı ilə, İlkin iddia üzrə İddiaçı2 ilkin iddia üzrə Cavabdeh qarşı “maddi zərərin ödənilməsi və kondisionerin mühərrikinin dayağının dəyişdirilməsi” tələbinə dair ilkin və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı2 və İddiaçı1 qarşı “qanunsuz tikilinin sökülməsi və s.” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3327/19 saylı xx xxxxxx 2019-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı1 Cavabdeh qarşı “maddi zərərin ödənilməsi və kondisionerin mühərrikinin dayağının dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh X4 iddiaçının xeyrinə 300 manat maddi zərərin, həyat yoldaşı İddiaçı2 iddia ərizəsi yazılması üçün Bakı şəhəri 3 saylı Vəkil bürosuna ödədiyi 50 manatın, 20 manat dövlət rüsumunun, cəmi 370 manat tutulması, Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhimov küçəsi, 131 saylı evin, 30-cu mənzilində qoyulmuş kondisionerin mühərrikinin möhkəm və etibarlı dayaq üzərində quraşdırılmasının cavabdehə həvalə edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər ünvan 1 ünvanında, 3-cü mərtəbədə qonşuluqda yaşayırlar və iddiaçı və onun ailəsi paltar asmağa, ayaqyoluna gedəndə onun mənzilinin kondisionerinin mühərrikinin altından keçib, qayıtmalı olurlar, bu zaman həyat və sağlamlıqları təhlükə altında olur ki, həmin vəziyyət aradan qaldırılmalıdır.Belə ki, mühərrik 2 ədəd nazik, çürük taxtaların üstündədir ki, taxtalar istənilən vaxt sına bilər və onun altından keçən ailə üzvlərinin hər biri həyat və sağlamlıq üçün təhlükəli xəsarət ala bilər. İddiaçının dəfələrlə etdiyi xahişlərə baxmayaraq, qonşu Cavabdeh ona məhəl qoymamış, kondisionerin mühərrikini onlar üçün təhlükəsiz vəziyyətə salmamış, onun altındakı taxtaları dəyişdirməkdən imtina etmişdir.Hətta iş o yerə çatmışdır ki, xx.xx.2018-ci il tarixdə iddiaçı mühərriklə bağlı cavabdehə irad tutarkən, Cavabdeh iddiaçını təhqir etmiş, əli ilə sifətindən vurmuş, onun dodaq nahiyəsinə xəsarət yetirmişdir. İddiaçı qonşuluq münasibətlərini pozmamaq üçün həmin gün ondan şikayət etməmişdir. Lakin, Cavabdeh özü üçün müsbət nəticə çıxarmamış, mühərrikin altını bərkitməmiş, iddiaçı ilə kobud rəftar etməkdə davam etmişdir.Ona görə də iddiaçı xx xxxx 2018-ci il tarixdə Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinə müraciət edib, onun haqqında tədbir görülməsini xahiş etmiş, lakin yoxlama nəticəsində müraciəti əsasında cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir.Bundan başqa, xx xxxxx 2018-ci il tarixdə, Cavabdeh iddiaçı iləmübahisə etmiş, mənzilin yerləşdiyi mərtəbədən aşağı mərtəbənin dəhlizində qoyulmuş iddiaçıya məxsus 7 ədəd gül dibçəklərini oradan yerə atıb sındırmış, mənzilin qapısının setkasını, döşəməni yumaq üçün istifadə etdikləri aləti sındırmış, bununla da iddiaçıya 300 manat məbləğində maddi zərər vurmuşdur ki, həminməbləğ onlara ödənilməli, həmçinin mühərrik etibarlı dayaq üzərində quraşdırılmalıdır. İşin birinci instansiya məhkəməsində baxışı zamanı iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı1 əsl olan İddiaçı2 ilə əvəz edilmişdir. Cavabdeh İddiaçı2 və İddiaçı1 qarşı “qanunsuz tikilinin sökülməsi və s.” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia tələbi qanunsuz və əsassız olduğundan rədd edilməli və qarşılıqlı iddianın təmin edilərək cavabdeh tərəfindən inşa edilmiş ümumi istifadədə olan Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhimov küçəsi 131 saylı evin 2-ci mərtəbəsində yerləşən mətbəxin və dəhlizin qanunsuz tikililərindən azad edilməsi və ümumi istifadəyə yönəlmiş maneələrin aradan qaldırılmasına dair qətnamə qəbul edilməsi xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflərin münasibətlərinin pozulması səbəbləri bir qonşu kimi, ümumi istifadədə olan dəhlizdə və mətbəxdə qanunsuz tikilinin aparılması ilə bağlı olub və qanunsuz tikinti aparıldıqdan sonra iddiaçı ümumi istifadədə olan mətbəxdən istifadə hüququndan məhrum olunmuş, dəhlizdə aparılan tikili isə onun mülkiyyətçi kimi öz mənzilindən istifadə hüquqlarını məhdudlaşdırmışdır. Belə ki, tərəflərin yaşadıqları bina “İtalyan layihəli” binadır və həmin binada mətbəx, sanitar qovşağı, həm də dəhliz ümumi istifadədə saxlanılmalıdır. İddiaçı dəfələrlə cavabdehdən qanunsuz tikilinin sökülməsini tələb etsə də, bu heç bir nəticə verməmişdir.Cavabdehin iddia tələbində qeyd etdiyi setka qapı açılıb bağlanarkən iddiaçının mənzilinin giriş qapısını bağladığı üçün həmin qapını səliqə ilə yerindənçıxarıb cavabdehə məxsus həyətdə qoymuşdur.Hazırda həmin qapı yerində durur və cavabdehə bununla bağlı hər hansı zərər dəyməmişdir.Digər tərəfdən nəzərə alınsa ki, cavabdeh tərəfindən aparılan tikintilər qanunsuz və heç bir icazə tələb olunmadan aparılan tikililərdir, belə olan halda cavabdeh qanunsuz tikili ilə bağlı hər hansı tələb irəli sürə bilməzdi. Kondisionerin mühərriki ilə bağlı tələb də qanunsuzdur, kondisionerin mühərriki kifayət qədər möhkəm bərkidilmiş və heç bir təhlükə yarada bilməz. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3327/19 saylı xx xxxxxx 2019-ci il tarixli qətnaməsi ilə ilkin iddia üzrə İddiaçı2 ilkin iddia üzrə Cavabdeh qarşı “maddi zərərin ödənilməsi və kondisionerin mühərrikinin dayağının dəyişdirilməsi” tələbinə dair ilkin iddia ərizəsi təmin edilməmiş,qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı2 və İddiaçı1 qarşı “qanunsuz tikilinin sökülməsi və s.” tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməmiş,məhkəmə xərcləri tərəflərin özlərinə aid edilmiş, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat İddiaçı2 və Cavabdeh birgə qaydada tutulub dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhər Nəsimi rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(006)- 3327/2019 saylı qətnaməsini ləğv edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhimov küçəsi, 131 saylı evin, 30-cu mənzilində qoyulmuş kondisionerin mühərrikinin möhkəm və etibarlı dayaq üzərində quraşdınlmasının cavabdehin üzərinə öhdəlik qoyulmasına dair qətnamə qəbul edilməsi, Cavabdeh onun xeyrinə 300 manat maddi zərərin, birinci instansiya məhkəməsində peşəkər hüquqi yardıma görə Bakı şəhəri, 3 saylı vəkil bürosuna ödədiyi 100 manatın, apellyasiya instansiya məhkəməsində peşəkər hüquqi yardıma görə Bakı şəhəri, “Fides” vəkil bürosuna ödədiyi 100 manatın, 20 manat dövlət rüsumunun, cəmi 520 manat tutulmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki,birinci instansiya tərəfindən təyin edilmiş məhkəmə ekspertizasının 33579 saylı, xx xxxx 2019-cu il tarixli rəyindən görünür ki. Cavabdeh məxsus Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhimov küç., 131 saylı evin, 30-cu mənzilinə aid olan tərəflərin ümumi istifadəsində olan dəhlizdə (keçiddə) quraşdırılmış kondisionerin mühərrikinin həmin ünvanda yerləşən 28 saylı mənzilin sakinləri üçün həyatı təhlükə olub-olmamsını müəyyən etmək tikinti ekspertinin səlahiyyətinə aid olmadığı üçün qərardan bu sualı üzrə tətqiqat aparılmamışdır. Birinci instansiya nnəhkəməsi, mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmayaraq, Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhimov küç., 131, 30 sayılı mənzilinə aid olan tərəflərin ümumi istifadəsində olan dəhlizdə möhkəm və etibarlı omayan dayaq üzərində quraşdırılmış kondisionerin mühərrikinin həmin ünvanda yerləşən 28 saylı mənzil sakinləri üçün həyati təhlükəsi olmasını faktını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədiyi üçün ilkin iddia tələbinin əsassız hesab edərək təmin etməmişdir. Halbuki qanunvericiliyə əsasən, ilkin iddia üzrə cavabdeh kondisioner mühərrikinin, quraşdırılmasından öncə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin razılığını almalı idi.Lakin, çoxsayılı narazılıqlarına baxmayaraq, ilkin iddia üzrə cavabdeh kondisioner mühərrikinin daha etibarlı və möhkəm yerdə quraşdırılmasını və ya onun altındaki taxtaları dəyişdirməsi təklifi rədd edərək, həmin kondisioner mühərrikinin altında keçən və pilləkəndən istifadə edən şəxslərin həyat və sağlamlığı təhlükə altına qoymuşdur.Eyni zamanda, kondisioner mühərrikin yerinin dəyişdirilməsinin təklifinə köbud yanaşmış və qonşuluq münasibətləri pozmağa niyyətinə gəlmişdir. Onunla və ailə üzvləri ilə kobud rəftar etməkdə davam etmişdir.Bu cür kobud və qeyri adekvat yanaşmasına dözə bilməyərəq, dəfələrlə 102 nömrəsinə zəng edərək, polis orqanlarına müraciət etmişdir. Polis əməkdaşları rəsmi müraciətlərinə məktub cavab yazaraq, ilkin iddia üzrə Cavabdeh polis bölməsinə dəvət olunmuş və onunla profilaktik söhbətlər aparılmış və ona xəbərdar edilmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə İddiaçı2, onun vəkili X5 apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə iclasında iştirak etmədiklərindən və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən, işə onların iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslığının iddiaçıya münasibətdə yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin mövqeyinə görə ilkin iddia üzrə İddiaçı2 Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhimov küçəsi, 131 saylı evin, 30-cu mənzilində qoyulmuş kondisionerin mühərrikinin möhkəm və etibarlı dayaq üzərində quraşdırılmasını ilkin iddia üzrə cavabdehə həvalə edilməsini tələb etsə də, Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhimov küçəsi 131 saylı evin, 30cu mənzilinə aid olan tərəflərin ümumi istifadəsində olan dəhlizdə (keçiddə) quraşdırılmış kondisionerin mühərrikinin həmin ünvanda yerləşən 28 saylı mənzilin sakinləri üçün həyati təhlükəsi olmasını faktını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir.Bundan əlavə, ilkin iddia üzrə İddiaçı2 ona 300 (üç yüz) manat maddi zərərin vurulduğunu bildirsə də, həmin halı təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli və həmin hissədə ilkin iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş üzrə aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhimov küçəsi, 131 saylı evin 31,5 kv.m sahəsi İddiaçı2 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 1274 saylı reyestr kitabının 191384 nömrəli vərəqində, 30/191384 nömrə ilə qeydiyyat aparılmışdır.Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhimov küçəsi, 131 saylı evin 53,5 kv.m sahəsi Cavabdeh adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 453 saylı reyestr kitabının 65637 nömrəli vərəqində, 30/25097 nömrə ilə qeydiyyat aparılmışdır. Bundan başqa məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 33579 saylı, xx xxxx 2019-cu il tarixli rəyindən görünür ki, Cavabdeh məxsus Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhimov küçəsi, 131 saylı evin, 30-cu mənzilinə aid olan tərəflərin ümumi istifadəsində olan dəhlizdə (keçiddə) quraşdırılmış kondisionerin mühərrikinin həmin ünvanda yerləşən 28 saylı mənzilin sakinləri üçün həyati təhlükə olub-olmamasını müəyyən etmək tikinti ekspertinin səlahiyyətinə aid olmadığı üçün qərardadın bu sualı üzrə tədqiqat aparılmadı. Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhimov küçəsi, 131 saylı evin, 28 saylı mənzilinin sahəsi 16,9 m2, 7,0 m2, 7,5 m2, 16,9 m2, 6,0 m2 və 2,0 m2 tikililər Azərbaycan Respublikası Bakı şəhəri Texniki İnventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş texniki pasportunda öz əksini tapdığı üçün, həmin tikililər inşaat norma və qaydalarına uyğun inşa edilmişdir. Lakin 3 saylı otağın qarşısında olan texniki pasportda öz əksini tapmayan 0,95 x 2,2 +1,2 x1,6 m ölçüdə ümumi istifadədə olan bağlanmış hissəyə dair hər-hansı bir icazə sənədləri mülki iş materiallarında olmadığı üçün, həmin tikili Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 160 №-li qərarı ilə təsdiq edilmiş «Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının 4.1. və 4.2. bəndlərinin tələblərinə uyğun inşa olunmadığı müəyyən edilmişdir. Eyni zamanda qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ümumi istifadədə olan mətbəx baxış zamanı təqdim olunmadığı üçün, Cavabdeh tərəfindən mətbəxdən istifadə hüququnu məhdudlaşdırılmasına dair tədqiqat aparılmadı. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspert qarşısında “Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məxsus Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhimov küçsi 131 saylı evin 30 saylı mənzilinə aid olan tərəflərin ümumi istifadəsində olan dəhlizdə (keçiddə) quraşdırılmış kondisionerin mühərrikinin həmin ünvanda yerləşən 20 saylı mənzilin sakinləri üçün həyati təhlükəsi vardırmı?” sualı qoyulmuşdur. Həmin qərardadla məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssislərinə həvalə edilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən qərardadının icrasına cavab olaraq göndərilmiş məktuba əsasən, qərardadda ekspert qarşısında qoyulmuş suallar inşaat konstruktorlarının səlahiyyətlərinə aid olmadığı üçün onların tərəflərindən cavablandırılması mümkün olmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən, Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasinın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları haqqında Ümumi Bəyannamənin” 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. Kollegiya qeyd edir ki, ünvan 1 saylı, mənzil 30 ünvanında quraşdırılmışkondisionerin mühərrikinin dayaqları möhkəm olmadığından təhlükə mənbəyi ola bilər. Belə ki, iş materiallarına əlavə olunmuş fotoşəkillərdən müəyyən olunur ki, kondisioner taxta dayaqlara bərkidilmişdir. Həmin taxta dayaqlar isə çürüməyə məruz qala bilər. Buna görə də, cavabdehin mülkiyyətində olan ünvan 1 saylı, mənzil 30 ünvanında quraşdırılmış kondisionerin mühərrikinin mövcud vəziyyətindən daha möhkəm, dəmir (və ya digər metal qurğularla) dayaqlarla bərkidilməsi vəzifəsi Cavabdeh üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş məhkəmə xərcləri 50 manat və 20 ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı2 ödənilməlidir. Bundan başqa kollegiya qeyd edir ki, iddiaçı tərəfindən “Fides” Vəkil Bürosuna 100 manat məbləğində pul vəsaiti ödənilməsini qeyd etsə də, qəbzin əsli təqdim edilməmiş, təqdim edilmiş qəbzin surətində isə ödəyici kimi İddiaçı1 göstərilmişdir. Belə olan halda apellyasiya şikayəti həmin hissədə təmin edilə bilməz. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3cü maddələri). Birinci instansiya məhkəməsi isə qeyd edilən halları araşdırmadan qətnamə qəbul edərkən səhv nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə qismən ləğv edilməli və ilkin iddia üzrə iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Аzərbаycаn Respublikаsı Mülki-Prоsessuаl Məcəlləsinin 385.1.1-ci mаddəsinə görə, mаddi hüquq nоrmаlаrının və yа prоsessuаl hüquq nоrmаlаrının pоzulmаsı və yа düzgün tətbiq edilməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаrdаn biridir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, ilkin iddia üzrə İddiaçı2 apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3327/19 saylı xx xxxxxx 2019-ci il tarixli qətnaməsi İddiaçı2 münasibətdə qismən ləğv edilməli, ilkin iddia tələbi qismən təmin edilməli, ilkin iddia üzrə Cavabdeh mülkiyyətində olan ünvan 1 saylı, mənzil 30 ünvanında quraşdırılmış kondisionerin mühərrikinin mövcud vəziyyətindən daha möhkəm, dəmir (və ya digər metal qurğularla) dayaqlarla bərkidilməsi vəzifəsi Cavabdeh üzərinə qoyulmalı, ödənilmiş məhkəmə xərcləri 50 manat və 20 ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı2 ödənilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İlkin iddia üzrə İddiaçı2 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3327/19 saylı xx xxxxxx 2019-ci il tarixli qətnaməsi İddiaçı2 münasibətdə qismən ləğv edilsin. İlkin iddia tələbi qismən təmin edilsin. İlkin iddia üzrə Cavabdeh mülkiyyətində olan ünvan 1 saylı, mənzil 30 ünvanında quraşdırılmış kondisionerin mühərrikinin mövcud vəziyyətindən daha möhkəm, dəmir (və ya digər metal qurğularla) dayaqlarla bərkidilməsi vəzifəsi Cavabdeh üzərinə qoyulsun. Ödənilmiş məhkəmə xərcləri 50 manat və 20 ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı2 ödənilsin. İlkin iddia tələbi qalan hissədə rədd edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-578/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-578/2020
25.08.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver