Məhkəmə qərarları › İş №2(103)-578/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-578/2023

16.03.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-578/2023 16.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) iş üzrə (Açar sözlər: müavinətin tam ödənilməsi) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə1 oglunun, Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “müavinətin tam ödənilməsi” tələbinə dair mülki iş üzrə qəbul edilmiş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(009)-1691/2022 saylı qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. 30 may 1978-ci il tarixli ИТ-İ seriyalı, ******* saylı əmək kitabçasına əsasən İddiaçı Cavabdeh xx.xx.2010-cu il tarixdən Cavabdehndə müxtəlif vəzifələrdə çalışmış və birliyin xx.xx.2022-ci il tarixli əmri ilə xx.xx.2022-ci il tarixdən onunla bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra Əmək Məcəlləsi) 69-cu maddəsinin 3-cü hissəsinə əsasən yaşa görə təqaüdə çıması ilə bağlı ləğv edilmişdir.

2. İddiaçının haqq-hesab vərəqəsinə əsasən onunla bağlanmış əmək müqaviləsinə onun təşəbbüsü ilə xitam verilməsi ilə əlaqədar ona 13.557,45 manat məbləğində bir dəfəlik müavinət ödənilmişdir.

3. Cavabdehin xx.xx.2022-ci il tarixli arayışına əsasən iddiaçı ilə bağlanmış xx.xx.2010-cu il tarixli əmək müqaviləsinə onun öz ərizəsinə əsasən xx.xx.2022-ci il tarixində xitam verilmişdir. ARDNŞ-nin və ANQSİHİRK-nın xx.xx.2009-cu il tarixli, 57/06-19ə nömrəli əmr-qərarının 4-cü bəndinə və ona edilmiş xx.xx.2009-cu il tarixli, 112/07-22ə nömrəli dəyişikliyə əsasən İddiaçı orta aylıq əmək haqqının beş misli məbləğində 13.557,45 manat müavinət ödənilmişdir. Həmin məbləğdən tutulan gəlir vergisi 2.864,36 manat təşkil edir.

4. İddiaçı ilə Cavabdeh arasında bağlanmış “204 nömrəli xx.xx.2011-ci il tarixli əmək müqaviləsinə xitam verilməsinə dair İşəgötürənlə İşçi arasında” xx.xx.2022-ci il tarixli Razılaşmanın 2.1-ci bəndinə əsasən Cavabdeh bu razılaşma ilə müəyyən olunmuş şərtlər daxilində işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verildiyi təqdirdə işçiyə orta aylıq əmək haqqının 5 misli miqdarında, cəmi 13.557,45 manat işdənçıxarma müavinəti hesablamağı və həmin işdənçıxarma müavinətindən Azərbaycan Respublikasının vergi qanunvericiliyinə əsasən gəlir vergisini tutduqdan sonra qalan məbləği ödəməyi öhdəsinə götürmüşdür.

Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı

5. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı iddia ərizəsi və iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, ona ödənilən müavinətdən gəlir vergisi kimi tutulan məbləğin, yəni 2.864,36 manat məbləğində pulun cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən tutularaq, ona verilməsi barədə qənamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, AR DNŞ-nın struktur təşkilatı olan Cavabdeh xx.xx.2022-ci il tarixli, SOCAR**********00070020B00065 saylı əmrinə əsasən Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən yaşa görə təqaüdə çıxma ilə əlaqədar onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. “ARDNŞ”-də işçilərin əməyin ödənilməsinin təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə Azərbaycan Neft və X10 Həmkarlar İttifaqı Respublika Komitəsinin (ANQSİHİRK) 22 aprel 2009-cu il tarixli, 57/06-19ə nömrəli birgə Əmr qərarında göstərilmişdir ki, “Bu Əmr – Qərar verildiyi tarixdən, habelə 22 may 2009-cu il tarixdən etibarən qanunvericilikdə müəyyən olunmuş pensiya yaşına çatdıqda bir təqvim ayı ərzində, eləcə də bu Əmr Qərarın 1-ci bəndi ilə müəyyən olunmuş vəziyyət barədə işəgötürən qərarı olduğu tarixdən, bir ay müddətində işçi öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmək üçün müraciət etdikdə, müstəsna hal kimi işəgötürən tərəfindən işçiyə onun orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxma müavinəti ödənilir. Həmin qərara əsasən onunla bağlanmış əmək müqaviləsi ləğv edilmiş və ona orta aylıq əmək haqqının 5 misli miqdarında birdəfəlik müavinət ödənilmişdir. Lakin müavinət ödənilən zaman cavabdeh qanunsuz olaraq, həmin məbləğdən gəlir vergisi tutmuşdur. O, bu haqda cavabdehə müraciət etsə də, qanunsuz kəsilmiş müavinətin tam həcmdə ödənilməsindən imtina edilmişdir. Hesab edir ki, qanunvericiliyin tələblərinə əsasən ona ödənilmiş müavinətdan gəlir vergisinin hesablanaraq, çıxılması qanunsuz və əsassızdır, tutulmuş məbləğ geri qaytarılmalıdır.

7. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh vəsatətinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.

8. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək, bildirmişdir ki, iddiaçı ərizə yazaraq öz təşəbbüsü ilə işdən azad olunmuşdur. “Azneft” İB-nin xx.xx.2022-ci il tarixli əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xitam verilmişdir. ARDNŞ-nin və ANQSİHİRİK-nin xx.xx.2009-cu il tarixli, 57/06-19ə nömrəli “ARDNŞ-də işçilərin əməyinin ödənilməsinin təkmilləşdirilməsi haqqında” Əmr-qərarın 4-cü bəndinə əsasən bu əmr-qərar verildiyi tarixdən bir təqvim ayı ərzində, eləcə də, bu əmrqərarın birinci bəndi ilə müəyyən edilmiş vəziyyət barədə işəgötürənin qərarı olduğu tarixdən bir ay müddətində işçi öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi barədə müraciət etdikdə, müstəsna hal kimi öşəgötürən tərəfindən işçiyə onun orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxma müavinəti ödəniliir və əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq razılaşma imzalanır. Həmin əmr-qərara müvafiq olaraq müəssisələrin işçilərinə orta aylıq əmək haqqının beş misli məbləğində müavinət almaqla və öz iradələrinə uyğun olaraq ərizə yazmaqla işdən azad oluna biləcəkləri nəzərlərinə çatdırılmış və iddiaçı da ərizə ilə müraciət edərək, işəgötürənlə müvafiq razılaşma imzalayaraq orta aylıq əmək haqqının beş misli miqdarında müavinət almış və onunla bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 69.3-cü bəndinə əsasən ləğv edilmişdir. Bununla belə, iddiaçı onunla bağlanmış əmək müqaviləsi onun yazılı ərizəsi nəzərə alınmaqla, Əmək Məcəlləsinin 69.3-cü maddəsinə, yəni tərəflərin qarşılıqlı razılığına əsasən ləğv edilmiş və bununla əlaqədar orta aylıq əmək haqqının beş misli məbləğində müavinətin ödənilməsi haqqında əmək müqaviləsinin ləğv edilməsinə dair razılaşma bağlandıqdan sonra həmin məbləğ iddiaçıya ödənilmişdir. Vəsaitin ödənilməsində məqsəd işdən azad olunan işçilərin maddi vəziyyətini müəyyən müddətdə yaxşılaşdırmaqdan ibarət olmuşdur. Fizki şəxslərin gəlir vergisindən azad olma halları AR Vegilər Məcəlləsində öz əksini tapmışdır. AR Vergilər Məcəlləsinə əsaslanaraq, hesab edirlər ki, iddiaçıya ödənilmiş orta əmək haqqının beş misli məbləğinin gəlir vergisindən azad olması üçün heç bir qanuni əsas yoxdur.

9. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti iddiaya qarşı yazılı etiraz təqdim edərək, bildirmişdir ki, iddiaçı iddia tələbinin əsası kimi Əmək Məcəlləsinin 175.4-cü maddəsinə istinad etməklə ona ödənilən müavinətdən gəlir vergisinin tutulmalı olmadığını bildirmişdir. Halbuki, iş materiallarına əsasən iddiaçının müqaviləsinə Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən, yəni tərəflərdən biri olan işçinin təşəbbüsünə əsasən xitam verilmişdir. Başqa sözlə, iddiaçının əmək müqaviləsinə işçilərin sayının azalması əsası ilə deyil, işçinin öz ərizəsi əsasında təqaüdə çıxması ilə əlaqədar xitam verilmişdir. Lakin Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra Vergi Məcəlləsi) 102.1.4-cü maddəsi yalnız konkret əsaslarla ödənilən ödəmələri gəlir vergisindən azad edir. Bununla belə, vergi qanunvericiliyinə əsasən bilavasitə işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq, yəni Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı işçilərə ödənilən müavinət gəlir vergisindən azaddır. Bu müavinət həmin Məcəllənin 77-ci maddəsinin 3-cü hissəsi ilə müəyyən edilmişdir. Qeyd olunan maddəyə əsasən əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçilərə orta əmək haqqından az olmamaqla işdənçıxma müavinəti və işdən çıxarıldığı gündən yeni işə düzələn günədək ikinci və üçüncü aylar üçün orta əmək haqqı ödənilir. Hazırki halda isə işəgötürən tərəfindən iddiaçıya ödənilmiş təminat Əmək Məcəlləsinin qeyd olunan tələblərindən irəli gəlməmiş, eləcə də əmək münasibətlərinə həmin Məcəllənin 70-ci maddəsinin “b” bəndinə əsasən deyil, 69-cu maddəsinin 3-cü hissəsinə əsasən xitam verilmişdir. Başqa sözlə, iddiaçıya ödənilən vəsaitdən gəlir vergisinin tutulması tam qanunamüvafiq olmuşdur. Həmçinin, nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasında vergilərin müəyyən edilməsi və ödənilməsi qaydaları, habelə vergi azadolmalarının və güzəştlərin verilməsi ilə bağlı müddəalar yalnız Vergi Məcəlləsi ilə müəyyən edilir. Hazırki mübahisə çərçivəsində “Azneft” İB tərəfindən iddiaçıya ödənilmiş məbləğ onun muzdlu işdən gəlirinə aiddir və məlumdur ki, həm Konstitusiya, həm də Vegi Məcəlləsinə əsasən hər bir şəxs əldə etdiyi gəlirindən müvafiq vergiləri dövlət büdcəsinə ödəməlidir. Burada işəgötürən qismində çıxış edən “Azneft” İB həm də vergi agenti hesab olunur və qanunla müəyyən edilmiş vəzifəsinə uyğun olaraq iddiaçıya ödədiyi vəsaitdən Vergi Məcəlləsinin 101-ci maddəsində qeyd edilən faizləri tətbiq etməklə gəlir vergisini tutub büdcəyə ödənilməsini təmin etmişdir. Bununla belə, iddiaçı ilə cavabdeh arasında vergitutma ilə bağlı bütün münasibətlər yalnız qanunla, yəni Vergi Məcəlləsi ilə tənzimlənir, həmçinin tətbiq edilən güzəştlər də yalnız həmin Məcəllədə əks olunur. Bu səbəbdən Vergi Məcəlləsindən kənar heç bir işəgötürən və işçi arasında bağlanmış müqavilə, işəgötürənin hər hansı bir qərarı və tərəflərin qarşılıqlı razılaşması əsasında ödənilən vəsaitdən verginin tutulubtutulmaması, yəni vergi azadolması və güzəşti nəzərdə tutula bilməz.

10. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(009)-1691/2022 saylı qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən İddiaçı xeyrinə 2.864,36 manat məbləğində pul tutulmuşdur. (hakim X5)

11. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək, belə qənaətə gəlmişdir ki, iddiaçı ilə olan əmək müqaviləsinə Əmək Məcəlləsinin 69.3-cü maddəsi ilə yaşa görə təqaüdə çıxması ilə işçinin özünün təşəbbüsü rəsmiləşdirilmiş olsa da, faktiki olaraq əmək müqaviləsinə xitam verilməsinin əsası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə işçilərin ixtisar edilməsi və sayının azaldılması olmuşdur. Bu fakt tərəflərin izahatları ilə təsdiq olunur. Əmək Məcəlləsinin 175.4-cü və Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinin tələblərinə əsasən iddiaçı ilə olan əmək müqaviləsinə işçilərin sayının azaldılması əsası ilə xitam verildiyindən və müvafiq əsasdan işdənçıxma üçün verilən müavinət Vergi Məcəlləsinin 102.1.4-cü maddəsində təsbit edilərək gəlir vergisindən azad edilən müavinətlər sırasına daxil olduğundan, iddiaçıya ödənilən və əmək haqqı məbləğinin beş misli miqdarında olan müavinətdən vergi tutula bilməz. İddiaçıya ödənilən işdənçıxma müavinətinin gəlir vergisindən azad olması müəyyən edildiyindən, həmin müavinətin 2.864,36 manatı iddiaçıya qaytarılmalıdır. Məhkəmə, həmçinin Əmək Məcəlləsinin 175.4-cü maddəsinə istinad edərək qeyd etmişdir ki, cavabdeh iddiaçıya ödənilmiş məbləğlərin işdən çıxma müavinəti olduğunu mübahisələndirmir. İstinad olunan maddənin tələbinə görə isə növündən asılı olmayaraq işdən çıxma müavinətlərindən hər hansı məbləğin tutulmasına yol verilmir. Həmin məbləğlərə digər ödənişlərlə yanaşı gəlir vergisinə dair ödənişlər də aiddir. Qeyd olunan əmr-qərarlarda ödəniləcək müavinətlərin vergiyə cəlb olunacağına dair razılaşma əldə olunmamışdır.

12. Məhkəmə gəldiyi nəticəni Əmək Məcəlləsinin 69-cu, 175-ci maddələrinə, Vergi Məcəlləsinin 98-ci, 102-ci maddələrinə, habelə AR Mülki Prosessual Məcəlləsinin 14-cü, 77-ci, 88-ci, 217-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətinin dəlilləri

13. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir.

14. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı ərizə yazaraq öz təşəbbüsü ilə işdən azad olunmuşdur. “Azneft” İB-nin xx.xx.2022-ci il tarixli əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xitam verilmişdir. Müqaviləyə xitam verilərkən ona ARDNŞ-nin və ANQSİHİRİK-nin xx.xx.2009-cu il tarixli, 57/06-19ə nömrəli əmr-qərarın 4-cü bəndinə əsasən orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik işdən çıxma müavinəti ödənilmişdir. Bu əmr-qərar verildiyi tarixdən bir təqvim ayı ərzində, eləcə də, bu əmr-qərarın birinci bəndi ilə müəyyən edilmiş vəziyyət barədə işəgötürənin qərarı olduğu tarixdən bir ay müddətində işçi öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi barədə müraciət etdikdə, müstəsna hal kimi öşəgötürən tərəfindən işçiyə onun orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxma müavinəti ödəniliir və əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq razılaşma imzalanır. Həmin əmr-qərara müvafiq olaraq müəssisələrin işçilərinə orta aylıq əmək haqqının beş misli məbləğində müavinət almaqla və öz iradələrinə uyğun olaraq ərizə yazmaqla işdən azad oluna biləcəkləri nəzərlərinə çatdırılmış və iddiaçı da ərizə ilə müraciət edərək, işəgötürənlə müvafiq razılaşma imzalayaraq orta aylıq əmək haqqının beş misli miqdarında müavinət almış və onunla bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 69.3-cü bəndinə əsasən ləğv edilmişdir. Bununla belə, iddiaçı onunla bağlanmış əmək müqaviləsi onun yazılı ərizəsi nəzərə alınmaqla, Əmək Məcəlləsinin 69.3-cü maddəsinə, yəni tərəflərin qarşılıqlı razılığına əsasən ləğv edilmiş və bununla əlaqədar orta aylıq əmək haqqının beş misli məbləğində müavinətin ödənilməsi haqqında əmək müqaviləsinin ləğv edilməsinə dair razılaşma bağlandıqdan sonra həmin məbləğ iddiaçıya ödənilmişdir. Vəsaitin ödənilməsində məqsəd işdən azad olunan işçilərin maddi vəziyyətini müəyyən müddətdə yaxşılaşdırmaqdan ibarət olmuşdur. Fiziki şəxslərin gəlir vergisindən azad olma halları AR Vegilər Məcəlləsində öz əksini tapmışdır. AR Vergilər Məcəlləsinə əsaslanaraq, hesab edirlər ki, iddiaçıya ödənilmiş orta əmək haqqının beş misli məbləğinin gəlir vergisindən azad olması üçün heç bir qanuni əsas yoxdur.

15. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

16. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə maddi hüquq normalarının tətbiqində ciddi səhvə yol vermiş, eyni zamanda iş üçün əhəmiyyətli olan halları tam şəkildə aydınlaşdırmadan qanunsuz və əsassız qərar qəbul etmişdir. Belə ki, iş materiallarına əsasən “Azneft” İB-nin xx.xx.2022-ci il tarixli əmri ilə İddiaçı ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən, yəni yaşa görə təqaüdə çıxması ilə əlaqədar xitam verilmişdir. Bununla əlaqədar ödənilən müavinətdən gəlir vergisinin tutulmasını qanunsuz hesab edən iddiaçı müavinətin ödənilməyən hissəsinin işəgötürəndən tutulmasını tələb etməkdədir. O, öz mövqeyini əsaslandırmaq üçün Vergi Məcəlləsinin 102.1.4-cü və Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü hissəsinə istinad etmişdir. Hazırkı işdə həlledici məsələ ondan ibarətdir ki, iddiaçı ilə işəgötürən arasında mövcud olmuş əmək münasibətlərinə xitam verilməsi Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən baş vermişdir. Məlum olduğu kimi, Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə müvafiq olaraq əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri tərəflərin təşəbbüsüdür. Başqa sözlə, iş materiallarından aşkar şəkildə göründüyü kimi iddiaçının əmək müqaviləsinə işçilərin sayının azaldılması əsası ilə deyil, işçinin öz ərizəsi əsasında təqaüdə çıxması ilə əlaqədar xitam verilmişdir. Göründüyü kimi, vergi qanunvericiliyinə görə bilavasitə işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq, yəni Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı işçilərə ödənilən müavinət gəlir vergisindən azaddır. Hazırkı halda isə işəgötürən tərəfindən iddiaçıya ödənilmiş təminat Əmək Məcəlləsinin qeyd olunan tələblərindən irəli gəlməmiş, eləcə də əmək münasibətlərinə həmin Məcəllənin 70-ci maddəsinin “b” bəndi əsasında deyil, 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi əsasında xitam verilmişdir. Başqa sözlə, iddiaçıya ödənilən vəsaitdən gəlir vergisinin tutulması tam qanunamüvafiq olmuşdur. Ümumiyyətlə qeyd olunmalıdır ki, Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü bəndi özü-özlüyündə vergi azadolması müəyyən etmir və Vergi Məcəlləsinin 102.1.4-cü maddəsində nəzərdə tutulan vergi azadolmasını tamamlayır. Başqa sözlə, bu maddə vergi qanunvericiliyində mövcud olmayan hər hansı azadolma müəyyən etmir və həmin normanın məhkəmə tərəfindən genişləndirici şəkildə təfsir olunması yolverilməzdir. Bu baxımdan həmin maddəyə əsaslanmaqla Vergi Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmayan vergi azadolmasının tətbiqi düzgün hesab edilə bilməz. Halbuki, Vergi Məcəlləsinin 2.4-1-ci maddəsinə əsasən vergi azadolmalarının və güzəştlərinin verilməsi ilə bağlı müddəalar yalnız həmin Məcəllə ilə müəyyənləşdirilir. Bu Məcəllədən başqa digər normativ hüquqi aktlarda, o cümlədən bu Məcəllənin 2.4-cü maddəsində göstərilən normativ hüquqi aktlarda vergi azadolmaları və güzəştləri ilə bağlı müddəalar nəzərdə tutula bilməz.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə1 oglu apellyasiya şikayətlərinin məzmununa uyğun izahat verərək, təmin edilməsini xahiş etmişdir.

19. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətlərinin məzmununa uyğun izahat verərək, təmin edilməsini xahiş etmişdir.

20. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətlərinə etiraz edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 68-ci maddəsinin 2-ci bəndinin “a” və “e” yarımbəndlərinə əsasən tərəflərdən birinin təşəbbüsü və tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar əmək müqaviləsinə xitam verilməsinin əsaslarına aid edilmişdir. 75-ci maddəsinin birinci hissəsinə və ikinci hissəsinin “a” bəndinə əsasən tərəflər əmək müqaviləsi bağlayarkən ona xitam verilməsinin bu Məcəllədə nəzərdə tutulan hallarından fərqli olan əlavə hallarını müəyyən edə bilərlər. Əmək müqaviləsində, ona xitam verilməsi barədə tərəflərin qarşılıqlı razılığı şərti nəzərdə tutula bilər. Həmin maddənin 4-cü hissəsinə görə əmək müqaviləsinə ona xitam verilməsi barədə tərəflərin nəzərdə tutduqları hallar bu Məcəllənin 2-ci maddəsinin üçüncü hissəsi ilə müəyyən edilmiş işçinin və işəgötürənin hüquqlarının təminatı prinsiplərinə zidd olmamalıdır. 175-ci maddəsinin 1-ci, 2-ci (a) və 4-cü hissəsinə əsasən əmək haqqından müvafiq məbləğlər bu maddə ilə müəyyən edilən hallar istisna edilməklə yalnız işçinin yazılı razılığı ilə, yaxud məhkəmənin qərarı ilə qanunvericiliklə nəzərdə tutulmuş icra sənədləri üzrə tutula bilər. İşəgötürənin sərəncamı ilə işçinin əmək haqqından qanunvericiliklə müəyyən edilmiş müvafiq vergilər, sosial sığorta haqları və digər icbari ödəmələr tutulur. İşdənçıxma müavinəti və qanunvericiliyə müvafiq olaraq vergi tutulmayan digər ödənclərdən məbləğlərin tutulmasına yol verilmir.

22. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 2.4-1-ci maddəsinə əsasən vergi azadolmalarının və güzəştlərinin verilməsi ilə bağlı müddəalar yalnız bu Məcəllə ilə müəyyənləşdirilir. Bu Məcəllədən başqa digər normativ hüquqi aktlarda, o cümlədən bu Məcəllənin 2.4-cü maddəsində (bu Məcəllənin 2.4.9-cu maddəsi istisna olmaqla) göstərilən normativ hüquqi aktlarda vergi azadolmaları və güzəştləri ilə bağlı müddəalar nəzərdə tutula bilməz. Sahibkarlıq və investisiya fəaliyyətini təşviq edən vergi azadolmaları və güzəştləri fərdi xarakter daşımamalıdır. 98.1-ci maddəsinə əsasən fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir əmək haqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlirdir. 102.1.4-cü maddəsinə əsasən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri, əvəzsiz dövlət köçürmələri, dövlət pensiyaları, dövlət təqaüdləri, hüquqi şəxsin, onun filialı və ya nümayəndəliyinin, habelə fərdi sahibkarın fəaliyyətinin ləğvi və işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə, habelə işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələrinə Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar, habelə Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar gəlir vergisindən azaddır.

23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 402.1-ci maddəsinə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

25. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

26. Hazırkı apellyasiya şikayətlərində qətnamənin ləğv olunaraq, iddianın rədd edilməsi xahiş olunduğundan, qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə müqayisəli şəkildə müzakirə edərək hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmadığından şikayətlər təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehnə qarşı (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “müavinətin tam ödənilməsi” tələbinə dair iddiası rədd edilməlidir.

28. Məhkəmə kollegiyası Əmək Məcəlləsinə istinadən ilk növbədə qeyd edir ki, əmək müqaviləsinə xitam verilməsinin müstəqil əsaslarından biri tərəflərdən birinin (işçinin və ya işəgötürənin) təşəbbüsüdür. Eyni zamanda, bu məsələdə təşəbbüs göstərən tərəfdən asılı olaraq, əmək müqaviləsinin ləğv edilməsi qaydası və əsasları müəyyən edilmişdir. Belə ki, əmək müqaviləsinin işəgötürənin təşəbbüsü ilə ləğv edilməsinin bir neçə, o cümlədən işçilərin sayının və ya ştatlarının ixtisar edilməsi əsası müəyyən olunmuş və əsaslardan hər biri ilə əmək müqaviləsinin ləğv edilməsinin hüquqi nəticələri və qaydası fərqləndirilmişdir. Bu da öz növbəsində konkret əsasın göstərilməsinin zəruriliyini şərtləndirmişdir.

29. İşçilərin sayının və ya ştatlarının ixtisar edilməsi əmək müqaviləsinin ləğv edilməsinin müstəqil əsası kimi müəyyən edilməklə işçinin şəxsiyyəti və təqsirli hərəkətləri ilə əlaqələndirilməmişdir. Başqa sözlə, bu əsas işçinin təqsirli davranışı nəticəsində yaranmır. Bu səbəbdən həmin əsasla əmək müqaviləsinə xitam verilərkən işəgötürən tərəfindən aidiyyəti tədbirlər görülməli, o cümlədən işçinin başqa işə köçürülməsinin mümkünlüyü araşdırılmalı, stajından asılı olaraq müəyyən edilmiş müddət əvvəl bu barədə xəbərdarlıq edilməli və işdənçıxarma müavinəti ödənilməlidir. Ən əsası da işçilərin sayı və ya ştatları real olaraq ixtisar edilməlidir. Bu təminatlar çərçivəsində ödənilən işdənçıxarma müavinəti gəlir vergisindən də azad edilmişdir.

30. İddiaçının əmək kitabçasında isə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən xitam verildiyi göstərilmişdir. Bu maddə də əmək müqaviləsinin məhz işçinin, yəni iddiaçının təşəbbüsü əsası ilə ləğv edilməsini təsdiq edir. Belə ki, həmin maddə əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydasını müəyyən edir. Sadəcə olaraq, iddiaçı bu məsələdə təşəbbüs göstərən tərəf olaraq, qeyd edilən maddə ilə ona verilmiş hüquqdan istifadə edərək, ərizəsini cavabdehə təqdim etmiş və yaşa görə təqaüdə çıxmaq istəyini bildirmişdir.

31. Buna baxmayaraq, birinci instnasiya məhkəməsi səhv olaraq, əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə, yəni işçilərin ixtisar edilməsi və sayının azaldılması əsası ilə xitam verilməsi qənaətinə gəlmiş və bu səbəbdən də cavabdeh tərəfindən ödənilmiş işdənçıxma müavinətinin gəlir vergisindən azad edilən müavinətlər sırasına aid edərək, iddianı təmin etmişdir. Eyni zamanda, bu faktın tərəflərin izahatları ilə də təsdiq olunduğunu qeyd etmişdir.

32. Halbuki, işçilərin sayının ixtisar edilməsi, iddiaçının da bu saya daxil edilməsi, habelə iddiaçının tutduğu vəzifə üzrə ştatının ixtisar edilməsi, ümumiyyətlə müavinətin ödənilməsi istisna olmaqla, bu əsasa uyğun işəgötürən (cavabdeh) tərəfindən qanunvericiliklə şərtləndirilmiş zəruri tədbirlərin görülməsi müəyyən edilməmişdir. Digər tərəfdən nə iddiaya qarşı etirazdan, nədə ki, iş materiallarından cavabdehin bu mövqedə olması (iddiaçının müqaviləsinə ixtisar əsası ilə xitam verilməsi) öz təsdiqini tapmır. Bu da öz növbəsində iddiaçı ilə bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə ləğv edilməsini istisna edir.

33. Bununla belə, iddiaçı yaşa görə təqaüdə çıxmaq üçün ərizə ilə cavabdehə müraciət etmiş və hüquqi nəticə etibarı ilə onunla cavabdeh arasında bağlanmış əmək müqaviləsinə məhz bu ərizəyə əsasən, yəni iddiaçının təşəbbüsü ilə xitam verilmişdir.

34. Əmək müqaviləsinə xitam verilərkən ARDNŞ-nin və ANQSİHİRİK-nin xx.xx.2009cu il tarixli, 57/06-19ə nömrəli əmr-qərarın 4-cü bəndinə (Bu əmr-qərar verildiyi tarixdən bir təqvim ayı ərzində, eləcə də bu əmrin birinci bəndi ilə müəyyən olunmuş vəziyyət barədə işəgötürənin qərarı olduğu bir ay müddətində işçi öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi barədə ərizə ilə müraciət etdikdə, müstəsna hal kimi işəgötürən tərəfindən işçiyə onun orta aylıq əmək haqqının beş micli məbləğində işdənçıxma müavinəti ödənilir və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı müvafiq razılaşma imzalanır) əsasən tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli razılaşmaya əsasən cavabdeh tərəfindən iddiaçıya orta aylıq əmək haqqının 5 misli məbləğində, yəni 13.557,45 manat məbləğində birdəfəlik müavinət ödənilmiş və həmin məbləğdən 2.864,36 manat məbləğində gəlir vergisi tutulmuşdur.

35. Bununla belə, xx.xx.2022-ci il tarixli razılaşmada həm işçinin, həm də işəgötürənin əmək müqaviləsinin xitamına yönəlmiş iradə ifadəsi aydın şəkildə öz əksini tapmış, o cümlədən bu məbləğdən gəlir vergisinin tutulması razılaşdırılmışdır. Həmin razılaşmanı “ödənilən vəsaitdən gəlir vergisinin tutulması” hissəsində etibarsız hesab edilməsi üçün hər hansı əsas, o cümlədən iddiaçının bu razılaşmanı təzyiq altında və ya aldatma yolu ilə imzalanması halı müəyyən edilməmişdir. İddiaçı həmin razılaşmaya əsasən ödəniləcək müavinət və onun vergiyə cəlb olunan hissəsi barədə tam məlumatlı olmuşdur. Xüsusi ilə nəzərə alınmalıdır ki, məhz iddiaçının əmək müqaviləsinə xitam verilməsi təşəbbüsü ilə çıxış etməsi bu məbləğin ödənilməsi üçün əsas olmuşdur. Digər tərəfdən bu növ müavinət gəlir vergisindən azad olunan müavinətlər və təminatlar kateqoriyasına aid edilməmişdir.

36. Belə ki, qüvvədə olan Vergi Məcəlləsində hansı növ müavinətlərin və ya təminatların gəlir vergisindən azad olunduğu konkret göstərilmiş və vergi azadolmalarının və güzəştlərinin verilməsi ilə bağlı müddəaların yalnız həmin Məcəllə ilə müəyyənləşdirildiyi, başqa digər normativ hüquqi aktlarda vergi azadolmaları və güzəştləri ilə bağlı müddəaların nəzərdə tutulmasının qeyri-mümkün olduğu təsbit edilmişdir. Lakin işçinin təşəbbüsü ilə əlaqədar əmək müqaviləsinə xitam verilərkən ödənilmiş (nəzərə alınmalıdır ki, bu hal üçün müavinətin ödənilməsi nəzərdə tutulmamış və bu ödəniş tərəflərin razılaşmasına, xüsusilə də cavabdehin təşəbbüsünə əsasən aparılır) müavinətin gəlir vergisindən azad olması nəzərdə tutulmamışdır. Bu da öz növbəsində iddiaçıya ödənilmiş müavinətin muzdlu işlə əlaqədar alınan gəlir olduğunu təsdiq edir və bu məbləğdən gəlir vergisinin tutulmasını şərtləndirir.

37. Bununla belə, cavabdeh (işəgötürən) iddiaçıya ödənilən vəsaitdən gəlir vergisini tutmaqla hər hansı qanun pozuntuya yol verməmiş və hazırki halda dövlət büdcəsi xeyrinə tutulmuş vəsaitin geri qaytarılması üçün əsas yoxdur. Lakin birinci instansiya məhkəməsi maddi hüquq normasının tətbiqində səhvə yol vermiş və düzgün olmayaraq, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə xitam verilməsi qənaətinə gələrək, Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü bəndinə istinad edib, ona ödənilmiş müavinəti gəlir vergisindən azad olunan gəlir kimi qiymətləndirmişdir. Halbuki, artıq qeyd edildiyi kimi, Azərbaycan Respublikasında vergi sistemi, vergitutmanın ümumi əsasları, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydaları, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri Vergi Məcəlləsi ilə tənzimlənir və xüsusi tənzimlənən bu münasibətlərə Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü bəndinin geniş və qeyri-müəyyən təsfirinin tətbiqi yolverilməzdir.

38. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri əsaslı olduğundan təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1691/2022 saylı, 19 sentyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia rədd edilməlidir.

39. Hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz.

40. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382-ci, 384-385-ci, 392-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1691/2022 saylı, 19 sentyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “müavinətin tam ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamə çıxarıldığı andan dərhal qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar