Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-578/2025 14.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Respublika Xammal və Əmtəə Birjasının Cavabdeh1nə, LPO Cavabdeh2 ASC-yə, Cavabdeh3 MMC-yə qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “hərrac nəticələrinin və hərrac yekunları barədə protokolun etibarsız hesab edilməsi və qeydin ləğv edilməsi” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X7 (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdeh LPO Cavabdeh2 ASC-yə nümayəndəsi X8 iştirakları ilə, İddiaçı cavabdehlər Respublika Xammal və Əmtəə Birjasının Cavabdeh1nə, LPO Cavabdeh2 ASC-yə, Cavabdeh3 MMC-yə qarşı “hərracın nəticələri barədə yekun protokolun etibarsız hesab edilməsi, ipotekaya xitam verilməsi və qeydin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)- 1936/2024 nömrəli 16 sentyabr 2024-cü il tarixli qətnaməsindən LPO Cavabdeh2 ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 08 sentyabr 2020-ci il tarixli, 2(001)- 44/2020 saylı icra vərəqəsindən görünür ki, cavabdeh X6 07 oktyabr 2015-ci il tarixli 1-ci kredit müqaviləsi üzrə 28.456,09 manat məbləğində əsas, 5.608,22 manat məbləğində faiz, 2.000 (iki min) manat məbləğində cərimə, cəmi 36.064,31 manat məbləğində borc, 07 oktyabr 2015-ci il tarixli 2-ci kredit müqaviləsi üzrə 80.636,65 ABŞ dolları məbləğində əsas, 19.100,62 (ABŞ dolları məbləğində faiz, 3.000 (üç min) ABŞ dolları məbləğində cərimə, cəmi 102.737,27 ABŞ dolları məbləğində borc ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla, habelə 30 (otuz) manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi çarədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu və 20 (iyirmi) manat məbləğində xidmət haqqı tutularaq iddiaçı ləğv prosesində olan Cavabdeh2 ASCyə ödənilməsi, tutma 06 oktyabr 2015-ci il tarixli kredit müqaviləsinin təminatı qismində cavabdeh X13 tərəfindən ipoteka ilə yüklü edilmiş ünvan 7ndə yerləşən ümumi sahəsi 224.2 kv.m. olan 20 nömrəli fərdi yaşayış evinə yönəldilsin. Həmin əmlak açıq hərrac vasitəsilə satılsın. Satışdan əldə olunan vəsait hesabına yuxarıda göstərilən borc məbləği ödənilməsi, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana - cavabdeh X10 qaytarılması, satışdan əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayət etmədikdə borcun qalan hissəsi cavabdeh X6 tutulması, hərraca çıxarılarkən ipoteka predmeti olan ünvan 7ndə yerləşən ümumi sahəsi 224.2 kv.m. olan 20 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 160.000 (bir yüz altmış min) manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan ünvan 7ndə yerləşən ümumi sahəsi 224.2 kv.m. olan 20 nömrəli fərdi yaşayış evi açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdeh X13 həmin əmlakdan çıxmazsa, məcburi qaydada çıxarılması qət olunmuşdur.
2. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1986-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. X5, anası X2r. Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilən ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2021-ci il tarixdə ölmüşdür.
3. Abşeron rayon İcra və Probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərarına əsasən Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1958/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata başlanılması qərara alınmışdır.
4. Abşeron rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli hərracın keçirilməsi barədə sifariş məktubundan görünür ki, X10 məxsus ünvan 7ndə yerləşən 20 saylı fərdi yaşayış evi ilə bağlı hərracın təşkili və keçirilməsi Cavabdeh3 MMC-yə tapşırılmışdır.
5. Abşeron rayon İcra və Probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 08 sentyabr 2020-ci il tarixli icra vərəqəsi və digər sənədlər ipoteka predmeti olan X10 məxsus Abşeron rayonu, Masazır kəndi Tahir Salahov küçəsində yerləşən 20 saylı fərdi yaşayış evinə dair hərracın keçirilməsi məqsədi ilə Cavabdeh3 MMC-yə göndərilmişdir;
6. xx.xx.2022-ci tarixli açıq hərracın keçirilməsinə dair 199/22 saylı bildirişdən görünür ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-44/2020 saylı, 08 sentyabr 2020-ci il tarixli icra sənədi üzrə ipoteka predmeti olan X10 məxsus ünvan 7ndə yerləşən 20 saylı fərdi yaşayış evinə dair xx.xx.2022-ci il tarixində saat 11:00-da (növbəlik əsasında) keçirilməsi nəzərdə tutulan hərrac barədə hərracın təşkilatçısı - Cavabdeh3 MMC tərəfindən bildiriş tərtib edilmişdir;
7. xx.xx.2022-ci tarixli təkrar hərracın keçirilməsinə dair bildirişdən görünür ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-44/2020 saylı, 08 sentyabr 2020-ci il tarixli icra sənədi üzrə ipoteka predmeti olan X10 məxsus ünvan 7ndə yerləşən 20 saylı fərdi yaşayış evinə dair xx.xx.2022-ci il tarixində saat 11:00- da (növbəlik əsasında) keçirilməsi nəzərdə tutulan təkrar hərracın keçirilməsi barədə hərracın təşkilatçısı - Cavabdeh3 MMC tərəfindən bildiriş tərtib edilmişdir;
8. Cavabdeh3 MMC-nin xx.xx.2022-ci il tarixli reyestrinin surətindən görünür ki, xx.xx.2022-ci il tarixli 864/22 №-li sənədlər X10, LPO Cavabdeh2 ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna göndərilmişdir.
9. Cavabdeh3 MMC-nin hərracın baş tutmamasına dair xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, xx.xx.2022-ci il tarixinə təyin edilmiş ilkin açıq hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır.
10. Cavabdeh3 MMC-nin hərracın baş tutmamasına dair xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, xx.xx.2022-ci il tarixinə təyin edilmiş ilkin açıq hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır.
11. Cavabdeh3 MMC-nin xx.xx.2022-ci il tarixli reyestrinin surətindən görünür ki, xx.xx.2022-ci il tarixli 661/22 №-li sənədlər X10, LPO Cavabdeh2 ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna göndərilmişdir.
12. Cavabdeh3 MMC-nin xx.xx.2022-ci il tarixli ipoteka predmetinin əldə olunmasına dair təklifindən görünür ki, ipoteka predmetlərinə dair keçirilmiş hərraclar baş tutmadığından ünvan 7ndə yerləşən 20 saylı fərdi yaşayış evi təkrar hərracdakı ilkin satış qiymətindən 25% az olmayan qiymətə yəni, 136000 manata Cavabdeh2 ASC-yə təklif edilmişdir; Cavabdeh3 MMC-nin xx.xx.2022-ci il tarixli reyestrinin surətindən görünür ki, xx.xx.2022-ci il tarixli 1047/22 №-li sənədlər X10, Abşeron rayon İcra şöbəsinə, LPO Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna göndərilmişdir.
13. Cavabdeh3 MMC tərəfindən Abşeron rayon İcra şöbəsinə ünvanlanan xx.xx.2022-ci il tarixli məktubun məzmunundan müəyyən olunur ki, xx.xx.2022-ci il tarixinə saat 11:00-a təyin edilmiş təkrar hərracda hərracın iştirakçısı olmaması səbəbindən hərrac baş tutmamış, ipoteka predmetinin (ünvan 7ndə yerləşən 20 saylı fərdi yaşayış evi) əldə edilməsi üçün banka xx.xx.2022-ci il tarixli, 1047/22 №-li təklif göndərilmişdir. Sözügedən təklifə uyğun olaraq ipoteka predmetinin əldə olunmasına dair müraciət daxil olmamışdır. xx.xx.2023-cü tarixli hərrac bildirişindən görünür ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-44/2020 saylı, 08 sentyabr 2020-ci il tarixli icra sənədi üzrə ipoteka predmeti olan X10 məxsus ünvan 7ndə yerləşən 20 saylı fərdi yaşayış evinə dair xx.xx.2023-cü il tarixində saat 11:00- 17:00-dək (növbəlik əsasında) keçirilməsi nəzərdə tutulan hərrac barədə hərracın təşkilatçısı - "xxxx" MMC tərəfindən bildiriş tərtib edilmişdir;
14. xx.xx.2023-cü tarixli hərrac bildirişindən görünür ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-44/2020 saylı, 08 sentyabr 2020-ci il tarixli icra sənədi üzrə ipoteka predmeti olan X10 məxsus ünvan 7ndə yerləşən 20 saylı fərdi yaşayış evinə dair xx.xx.2023-cü il tarixində saat 11:00- 17:00-dək (növbəlik əsasında) keçirilməsi nəzərdə tutulan hərrac barədə hərracın təşkilatçısı - "xxxx" MMC tərəfindən bildiriş tərtib edilmişdir;
15. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli ipoteka predmetinin əldə olunmasına dair təklifindən görünür ki, ipoteka predmetlərinə dair keçirilmiş hərraclar baş tutmadığından “İpoteka haqqında” Qanunun 43.7, 43.8-ci maddələrinə əsasən ünvan 7ndə yerləşən 20 saylı fərdi yaşayış evi təkrar hərracdakı ilkin satış qiymətindən 25% az olmayan qiymətə yəni, 102 000 (yüz iki min) manata Cavabdeh2 ASC-yə təklif edilmişdir;
16. “Birja yenilikləri” qəzetinin xx.xx.2023-cü il tarixli 345 saylı buraxılışının surətindən görünür ki, X10 məxsus ünvan 7ndə yerləşən 20 saylı fərdi yaşayış evinə dair xx.xx.2023cü il tarixində saat 11:00-17:00-dək (növbəlik əsasında) keçirilməsi nəzərdə tutulan hərrac barədə elan verilmişdir;
17. xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli qəbzlərin surətindən görünür ki, X10 ünvanlanan (ünvan: ünvan 1xs Hərbi şəhərcikdə qeydiyyatda yoxdur” qeydi ilə çatdırılmamışdır. İcra işində olan:
18. LPO Cavabdeh2 ASC tərəfindən Abşeron rayon İcra şöbəsinə ünvanlanan xx.xx.2022-ci il tarixli məktubun məzmunundan görünür ki, Bank Cavabdeh3 MMC-nin 5 il daimi fəaliyyəti olmamasını əsas gətirərək icra şöbəsindən Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-44/2020 saylı, 08 sentyabr 2020-ci il tarixli icra sənədi üzrə icraatın dayandırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
19. Abşeron rayon İcra şöbəsinin 23 may 2022-ci il tarixli Əmlak Hərrac Mərkəzi” MMC-yə ünvanlanmış məktubdan görünür ki, tutma X9 mülkiyyətində olan ünvan 7ndə yerləşən 20 saylı fərdi yaşayış evinə dair yönəldilməli, açıq hərracda satılmalı, satışdan əldə olunan məbləğlə borcun ödənilməsi qət edilmişdir. İpoteka predmetinin satış qiyməti 160 000 manat müəyyən edilmişdir. Hazırda zərurət yarandığından hərracın dayandırılmasını xahiş olunmuşdur.
20. LPO Cavabdeh2 ASC tərəfindən Abşeron rayon İcra şöbəsinə ünvanlanan xx.xx.2023-cü il tarixli məktubun məzmunundan görünür ki, LPO Cavabdeh2 ASC Cavabdeh3 MMC-nin 5 il daimi fəaliyyəti olmamasını əsas gətirərək icra şöbəsindən Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-44/2020 saylı, 08 sentyabr 2020-ci il tarixli icra sənədi üzrə ipoteka predmeti olan ünvan 7ndə yerləşən 20 saylı fərdi yaşayış evinin hərrac vasitəsi ilə realizə edilməsi üçün 5 il daimi fəaliyyəti olan hərrac təşkilatına sifariş verilməsini xahiş etmişdir.
21. LPO Cavabdeh2 ASC tərəfindən Abşeron rayon İcra şöbəsinə və X10 ünvanlanan xx.xx.2024-cü il tarixli məktubun məzmunundan görünür ki, ünvan 7ndə yerləşən 20 saylı fərdi yaşayış evi 102 000 manata qalib alıcı (İpoteka saxlayan) LPO Cavabdeh2 ASC tərəfindən hərracda alındığı və borc məbləğindən silindiyi bildirilmiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-44/2020 saylı, 08 sentyabr 2020-ci il tarixli icra sənədi üzrə qalıq borc məbləğinin Cavabdeh2 ASC-nin xeyrinə ödənilməsi və Cavabdeh2 ASC-nin mülkiyyətində olan ünvan 7ndə yerləşən 20 saylı fərdi yaşayış evinin boşaldılaraq LPO Cavabdeh2 ASC-yə, təhvil verilməsi xahiş olunmuşdur.
22. Abşeron rayon İcra şöbəsinin “icraatın dayandırılması barədə” xx.xx.2022-ci il tarixli qərardan müəyyən olunur ki, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 1958/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi tələbkarın ərizəsinə əsasən icraatın dayandırılması qərara alınmışdır.
23. Abşeron rayon İcra şöbəsinin “icra sənədi üzrə icraatın təzələnməsi barədə” xx.xx.2023-cü il tarixli qərarının surətindən müəyyən olunur ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-44/2020 saylı, 08 sentyabr 2020-ci il tarixli icra sənədi üzrə icraatın təzələnməsi qərara alınmışdır.
24. Abşeron rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli hərracın keçirilməsi barədə sifariş məktubundan görünür ki, X10 məxsus ünvan 7ndə yerləşən 20 saylı fərdi yaşayış evi ilə bağlı hərracın təşkili və keçirilməsi Respublika Xammal və Əmtəə Birjasının Cavabdeh1nə tapşırılmışdır.
Mülki işdə olan:
25. xx.xx.2023-cü tarixli hərracın keçirilməsinə dair bildirişdən görünür ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-44/2020 saylı, 08 sentyabr 2020-ci il tarixli icra sənədi üzrə ipoteka predmeti olan X10 məxsus ünvan 7ndə yerləşən 20 saylı fərdi yaşayış evinə dair xx.xx.2023-cü il tarixində saat 11:00- 17:00-dək (növbəlik əsasında) keçirilməsi nəzərdə tutulan təkrar hərracın keçirilməsi barədə hərracın təşkilatçısı Respublika Xammal və Əmtəə Birjasının Cavabdeh1 tərəfindən bildiriş tərtib edilmişdir;
26. Respublika Xammal və Əmtəə Birjasının Cavabdeh1 tərəfindən Ləğv prosesində olan DəmirBank” ASC-yə ünvanlanan xx.xx.2023-cü il tarixli məktubdan müəyyən olunur ki, ünvan 7ndə yerləşən 20 saylı fərdi yaşayış evi ilə baölı keçirilən hərrac baş tutmaması bildirilmiş və ipoteka predmeti ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə, yəni 102 000 manat olmaqla ipoteka saxlayan Banka təklif olunmuşdur.
27. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı ünvan 4 ünvanlanan xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, mərhum X9 mülkiyyətində olmuş ünvan 7, 20 saylı fərdi yaşayış evi Ləğv prosesində olan Cavabdeh2 ASC-nin adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir.
28. Cavabdeh3 MMC tərəfindən Bakı şəhəri 11 saylı vəkil bürosuna ünvanlanan xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubunun surətindən görünür ki, hazırki işlə bağlı Abşeron rayon İcra şöbəsi tərəfindən hərracın dayandırılması ilə bağlı MMC-yə hər hansı ərizə, müraciət, qərar və s. daxil olmamışdır.
29. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 iyul 2024-cü il tarixli məktubundan görürür ki, 2(001)-44/2020 saylı mülki iş materiallarında Abşeron rayon İcra şöbəsinin “icraatın dayandırılması barədə” xx.xx.2022-ci il tarixli qərarı, Abşeron rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraatın təzələnməsi barədə qərarı aşkar olunmamışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat
30. İddiaçı cavabdehlər Respublika Xammal və Əmtəə Birjasının Cavabdeh1nə, Cavabdeh2 ASC-yə, Cavabdeh3 MMCyə qarşı hərracın nəticələri barədə yekun protokolun etibarsız hesab edilməsi, ipotekaya xitam verilməsi və qeydin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 7 20 nömrəli fərdi yaşayış evinə dair "xxxx" MMC tərəfindən keçirilmiş hərracın, o cümlədən, cavabdeh "xxxx" MMC ilə Ləğv prosesində olan Cavabdeh2 ASC arasında bağlanılmış 26 may 2023-cü il tarixli 25/02 nömrəli hərracın nəticələri haqqında yekun protokolun etibarsız hesab edilməsi, ipotekaya xitam verilməsi və həmin evə dair ipotekanın dövlət qeydiyyatının ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
31. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ipoteka predmeti olan əmlak icra məmurunun sifariş verdiyi Cavabdeh3 MMC tərəfindən keçirilmiş xx.xx.2022-ci il tarixli birinci və xx.xx.2022-ci il tarixli ikinci hərracda udulmamış, hərracda iştirak edən olmadığı üçün hərrac baş tutmamış və qanunvericiliyə uyğun olaraq ipoteka predmeti ipoteka saxlayana 13 iyun 2022-ci il tarixdə təklif edilmişdir. Lakin ipoteka saxlayan qanunla nəzərdə tutulmuş 1 ay ərzində əmlakı qəbul etməmişdir. Bundan sonra ipoteka saxlayan əmlakın əldən çıxmasının qarşısını hüquqdan sui-istifadə etməklə almağa çalışmış və icra məmuruna müraciət edərək sifarişin başqa bir hərrac təşkilatçısına verilməsini tələb etmişdir. Abşeron rayon icra məmuru tərəfindən qanun pozuntusuna yol verilərək, artıq imtina edilmiş, ipoteka predmetinə xitam verilmiş əmlak ilə bağlı yenidən başqa hərrac təşkilatına, "xxxx" MMC-yə sifariş verilmişdir. "xxxx" MMC tərəfindən də əlavə olaraq xx.xx.2023-cü il tarixdə 3-cü hərrac, xx.xx.2023-cü ildə də 4-cü hərrac keçirilmiş, hərrac barədə maraqlı şəxslərə məlumat verilməmiş, hərrac barədə məlumatın yerləşdirildiyinə istinad etdikləri qəzetdə ipoteka predmeti olan əmlak deyil, sırf satılmasın, hərraca maraq olmasın deyə çox-çox ucuz bir əmlakın şəkili yerləşdirilmişdir. Hərrac barədə maraqlı şəxslərə məlumat verilməmiş, borclu 2022-ci il tarixdə vəfat etmişdir, icra məmuru tərəfindən borclunun hüquqi varisləri müəyyən edilməmiş, onlara bildiriş göndərilməmiş, onlar icra işinə cəlb edilməmişlər, icra işi barədə məlumat verilməmiş, ipoteka predmeti olan əmlakda daim yaşayış olmasına baxmayaraq hərrac barədə heç bir zaman həmin ünvana bildiriş göndərilməmişdir. Onlara məlumat verilmədən, əvvəldən düşünülmüş formada formal hərrac təşkil edilmişdir. Nəticədə guya hərracı udan olmamış və evi bank qəbul etmişdir. İddiaçı qeyd edir ki, ipoteka predmeti olan ünvan 7ndə yerləşən 20 saylı fərdi yaşayış evində qanun üzrə vərəsəlik qaydasında miras payı vardır ki, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində iddiaçı vərəsə olaraq miras əmlakından məhrum buraxılmışdır. Bu səbəblə, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə subyektiv hüququ vardır. İddiaçı Ləğv prosesində olan Cavabdeh2 ASC cavabdeh X10 qarşı ”kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 08 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh X6 cəmi 102,737,27 ABŞ dolları məbləğində borcun ödənişin icra edildiyi gün Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manatla tutularaq iddiaçı ləğv prosesində olan Dəmirbank ASC-yə ödənilməsi, tutmanın 06 oktyabr 2015-ci il tarixli kredit müqaviləsinin təminatı qismində cavabdeh tərəfindən yüklü edilmiş Abşeron rayonu, Masazır kəndi Tahir Salahov küçəsində yerləşən ümumi sahəsi 224.2 kv.m olan 20 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərrac vasitəsi ilə satılması, Satışdan əldə edilən vəsait hesabına borc məbləğinin ödənilməsi, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılması, satışdan əldə ediləcək məbləğ borc məbləğinin ödənilməsi üçün kifayət etmədikdə borcun qalan hissəsinin cavabdeh X6 tutulması, hərraca çıxarılarkən ipoteka predmeti olan Abşeron rayonu, Masazır kəndi Tahir Salahov küçəsində yerləşən ümumi sahəsi 224.2 kv m olan 20 nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin 160 000 manat məbləğində müəyyən edilməsi, ipoteka predmetinin açıq hərracdan satılmasından sonra ən geci 1 ay ərzində cavabdeh X9 həmin əmlakdan çıxmazsa məcburi çıxarılması, iddianın qalan hissəsinin rədd edilməsi barədə qətnamə çıxarılmışdır. Məhkəmənin sözü gedən qətnaməsindən yuxarı instansiyalara şikayətlər verilmiş, apellyasiya instansiyası məhkəməsi gedişatında cavabdeh vəfat etmiş, hüquqi varisləri cəlb etməklə işə baxmaqla birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul etmiş, apellyasiya məhkəməsinin qətnaməsindən verilmiş kassasiya şikayəti də dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bundan sonra qətnamə icra edilməsi üçün Binəqədi rayon İcra şöbəsinə göndərilmiş, oradan da aidiyyatı üzrə Abşeron rayon İcra şöbəsinə gönədirilmişdir. Abşeron rayon İcra şöbəsi tərəfindən iddiaçının məlumatı olmadan məcburi icra hərəkətləri aparılmışdır. Belə ki, təxminən 20 gün əvvəl özünü bankın əməkdaşı kimi təqdim edən şəxs zəng edərək evi hərracda udduqlarını bildirməklə evi boşaltmalı olmağı barədə məlumat vermişdir. İddiaçı bildirir ki, bundan dərhal sonra qeyd edilən məsələ ilə maraqlandıqları zaman məlum olmuşdur ki, icra məmuru tərəfindən qanunsuz olaraq hərracın keçirilməsi barədə 2-ci dəfə başqa bir şirkətə sifariş verilmişdir. Belə ki, icra işi ilə tanış olma zamanı bəlli olmuşdur ki, icra məmuru tərəfindən 24 aprel 2022-ci il tarixdə hərracın keçirilməsi haqqında Cavabdeh3 MMC-yə sifariş verilmişdir. Təşkilatçı Cavabdeh3 MMC tərəfindən 23 may 2022-ci il tarixə saat 11:00 radələrinə açıq auksion formasında hərrac təyin edilmişdir. İlkin açıq hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamış və bununla əlaqədar olaraq təkrar hərrac 10 iyun 2022-ci il tarixə təyin edilmişdir. Təkrar hərrac da hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamış, bununla bağlı müvafiq protokol tərtib edilməklə hərracın baş tutmaması barədə məlumat 13 iyun 2022-ci il tarixdə kütləvi informasiya vasitələrində dərc edilmiş, həmçinin hərracın təşkilatçısının rəsmi internet səhifəsində yerləşdirilmişdir. Təşkilatçı Cavabdeh3 MMC-nin Abşeron rayon İcra şöbəsinə və Ləğvediciyə ünvanlanmış 15 iyul 2022-ci il tarixli məktubundan görünür ki, 10 iyun 2022-ci il tarixinə saat 11:00 təyin edilmiş təkrar hərracda hərracın iştirakçısı olmaması səbəbindən baş tutmadığından müvafiq protokol tərtib edilmiş və yuxarıda sözügedən ipoteka predmetinin əldə edilməsi üçün tələbkar banka 13 iyun 2022-ci il tarixli 1047/22 №-li təklif göndərilmiş, lakin təklifə uyğun olaraq ipoteka predmetinin əldə olunmasına dair müraciət daxil olmamışdır. Bundan sonra Əmanətlərin Sığortalanması Fondu Abşeron rayon İcra şöbəsinə müraciət edərək ipoteka predmetinin hərrac vasitəsi ilə satışı üçün başqa hərrac təşkilatına sifariş verilməsini xahiş etmiş, əsas olaraq əvvəlkinin 5 illik daimi fəaliyyətlərinin olmaması göstərilmişdir. Bundan sonra Abşeron rayon İcra şöbəsinin icra məmuru tərəfindən qanunsuz olaraq artıq ipoteka predmetinə xitam verildiyi halda qanunvericiliyin tələblərini pozmaqla təkrar (3-cü dəfə) hərrac keçirtmək üçün "xxxx" MMC-yə sifariş göndərilmişdir. Bundan sonra cavabdeh Hərrac Mərkəzi "xxxx" MMC tərəfindən qanunsuz olaraq 06 aprel 2023-cü il tarixdə və 25 aprel 2023-cü il tarixə saat 11:00-17:00 radələrinə hərrac təyin edilmişdir, lakin hərracın yekununa dair protokol iş materialında yoxdur. Bununla bağlı Külək MMC-yə gedərək vəkil sorğusu təqdim etməklə hərrac işinin materialları ilə tanış olmağa və sənədlərdən surət götürmək istəsələr də, Hərrac Mərkəzinin əməkdaşları təlaş içində onları sözügedən hərrac işinin materialları ilə tanış etməkdən imtina etdi, yalnız hərracın təşkili barədə 1-ci və 2-ci bildirişi təqdim etdilər, bu bildirişlərin göndərilməsi, hərrac mərkəzindən çıxması, göndərilməsi ilə bağlı konvertin, xəbərnamənin, borcluya çatmasını əks etdirən sənədin surətini tələb etdikdə hal-hazırda sözügedən sənədləri verə bilməyəcəklərini bildirdilər. Hərracın yekununa dair protokolun olub-olmamasını soruşduqda isə protokolun bankda olduğunu, bir il müddət keçməsinə baxmayaraq bank tərəfindən protokolun bir nüsxəsinin onlara verilmədiyini bildirdilər. Nəticədə "xxxx" MMC özünü bankın nümayəndəsi kimi aparmaqla hərrac işinin materiallarını ondan gizlətməyə nail olmuşdur. Sifarişçi, Abşeron rayon İcra şöbəsi 25 aprel 2022-ci il tarixdə ipoteka predmeti olan əmlak ilə bağlı hərracın keçirilməsi üçün Cavabdeh3 MMC-yə sifariş vermiş, təşkilatçı Cavabdeh3 MMC tərəfindən 23 may 2022-ci il tarixə ilkin hərrac təyin edilmiş, hərracın iştirakçısı olmaması səbəbindən hərrac baş tutmamış, bununla bağlı təkrar hərrac 10 iyun 2022-ci il tarixə təyin edilmişdir. 10 iyun 2022-ci il tarixə təyin edilmiş təkrar hərrac da hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamış və bununla bağlı müvafiq protokol tərtib edilməklə hərracın baş tutmamasına dair KİV-də məlumat dərc edilmişdir. Daha sonra ipoteka predmetinin əldə edilməsi üçün tələbkar banka 13 iyun 2022-ci il tarixli 1047/22 № li təklif göndərilmiş, lakin bank tərəfindən ipoteka predmetinin əldə olunmasına dair müraciət daxil olmamışdır. Belə ki, qanunvericilikdə imperativ norma olaraq yalnız 2 hərracın keçirilməsi nəzərdə tutulmuş olsa da, fərqli hərrac təşkilatları tərəfindən ümumilikdə 4 hərrac keçirilmişdir ki, onların sonuncu ikisi qanunsuz olaraq "xxxx" MMC tərəfindən keçirilmişdir. Sifarişçi Abşeron rayon İcra şöbəsi Cavabdeh3 MMC tərəfindən keçirilmiş hərraclar başa çatdıqdan sonra yenidən qanunsuz olaraq ipoteka predmetinin satışı məqsədi ilə "xxxx" MMC-yə sifariş ünvanlamış və təşkilatçı "xxxx" MMC tərəfindən formal hərraclar təşkil edilmiş, 06 aprel 2023-cü il və 25 aprel 2023-cü il tarixlərində formal hərrac keçirilmişdir. Hərracın keçirilməsi barədə iddiaçıya hər hansı bir rəsmi və ya qeyri-rəsmi məlumat verilməmişdir. İcra məmuru tərəfindən borclunun ölməsi ilə bağlı məlumat olmasına, sistemdə açıq-aşkar bunu gördükləri halda bu günədək hüquqi varislər icra işinə cəlb edilməmişlər. İcra işində olan sənədlərlə tanış olma zamanı işdə mərhum X9 adına bir neçə məktub göndərilməsi qeyd edilsə də, həmin məktubların ünvana çatdırılmasını təsdiq edəcək xəbərnamə, reyestr yoxdur, çatdırılması da qeyri-mümkündür, çünki iddiaçının atası məhkəmə gedişatında vəfat etmişdir. Kreditin təminatı olaraq ipoteka ilə yüklü edilmiş ipoteka predmetində davamlı olaraq yaşamağına baxmayaraq həmin ünvana heç bir bildiriş, məktub göndərilməmişdir. Təşkilatçı "xxxx" MMC-yə yaxınlaşaraq hərrac materialları ilə tanış olmağa çalışsalar da, əməkdaşlar hərrac materiallarını, xüsusən də hərracın yekunu barədə protokolun surətini, hərrac barədə göndərilmiş bildirişləri, həmin məktubların şirkətdən çıxdığı reyestr surətini təqdim etməkdən imtina edərək təkcə bildirişlərin surətini təqdim etdilər. Görünən odur ki, hərrac təşkilatı da borclunun öldüyünü bildiyi üçün heç əziyyət çəkib bildiriş belə göndərməmiş, formal yazışmalarla hərracı yekunlaşdırmışdır. İddiaçı bildirir ki, qanuni gözləntisi olan mülkiyyətinin müqəddəratının həll edildiyi hərrac barədə ailə üzvlərinin heç biri məlumatlandırılmamışdır.
32. Daha sonra iddiaçının nümayəndəsi və vəkili EMİS vasitəsi ilə iddia tələbinin həcminin artırılması ilə bağlı ərizə ilə müraciət edərək ünvan 7 20 nömrəli fərdi yaşayış evinə dair "xxxx" MMC tərəfindən keçirilmiş hərracın, o cümlədən cavabdeh "xxxx" MMC ilə Ləğv prosesində olan Cavabdeh2 ASC arasında bağlanılmış 26 may 2023-cü il tarixli 25/02 nömrəli hərracın nəticələri haqqında yekun protokolun etibarsız hesab edilməsi, ipotekaya xitam verilməsi və həmin evə dair ipotekanın dövlət qeydiyyatının ləğv olunması, həmin fərdi yaşayış evinə dair Cavabdeh2 ASC-nin adına verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
33. Cavabdeh3 MMC iddia tələbinə qarşı etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, hazırki etiraz mülahizələrinə əlavə edilən Abşeron rayon icra Şöbəsindən "xxxx" MMC-yə ünvanlanmış 17/754401Q saylı, xx.xx.2022-ci il tarixli sifariş məktubundan görünür ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-44/2020 saylı, xx.xx.2020-ci il tarixli (10 mart 2022-ci il tarixdə verilmiş) icra vərəqəsinə əsasən, ilkin satış dəyəri 160 000 manata olmaqla, ünvan 7ndə yerləşən, ümumi sahəsi 224.2 kv.metr olan 20 nömrəli fərdi yaşayış evinin açıq hərracda satılması "xxxx" MMC-yə sifariş olunmuşdur. (25 aprel 2022-ci il tarixli sifarişin surəti əlavə edilir) Sözügedən hərrac sifarişi üzrə ilkin hərracın keçirilməsi 23 may 2023-cü il tarixinə, saat 11:00 (növbəlilik qaydasında) təyin edilmiş və bu barədə sifarişçi icra şöbəsinə, borclu X10, eləcə də tələbkar LPO Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna 661/22 saylı, xx.xx.2022-ci il tarixli bildiriş göndərilmişdir. İlkin hərracın keçirilməsi ilə bağlı elan xx.xx.2022-ci il tarixində elektron kütləvi informasiya vasitəsi kimi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydə alınmış “Birjanyus” X3 (Portalında) (www.birjanews.az) dərc olunmuş və həmin elan eyni zamanda hərrac təşkilatçısının rəsmi internet səhifəsində də (“E-herrac.com”) yerləşdirilmişdir. Hazırkı etiraz mülahizələrinə əlavə edilən “hərracın baş tutmamasına dair” 23 may 2022-ci il tarixli protokolun surətindən görünür ki, yuxarıda göstərilən tarixə təyin edilmiş hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. (xx.xx.2022-ci il tarixli protokolun surəti əlavə edilir) Bildirilir ki, 23 may 2022-ci il tarixinə təyin edilmiş hərrac baş tutmadığından həmin əmlak ilkin satış qiymətindən 15% aşağı qiymətə, yəni 136.000 (bir yüz otuz altı min) manata olmaqla 10 iyun 2022-ci il tarixinə, saat 11:00-a (növbəlik qaydasında) təkrar açıq hərraca çıxarılmış və təkrar hərracın keçirilməsi ilə bağlı elan xx.xx.2022-ci il tarixində kütləvi informasiya vasitəsi olan “Birjanyus” X3 (Portalında) (www.birjanews.az) dərc olunmuş və həmin elan həmçinin hərrac təşkilatçısının rəsmi internet səhifəsində də (E-herrac.com) yerləşdirilmişdir. Eyni zamanda qeyd olunur ki, sözügedən tarixə təyin edilmiş ilkin hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. Hərracın təşkilatçısı tərəfindən xx.xx.2022-ci il tarixə, saat 11:00-a (növbəli qaydasında) təyin edilmiş hərracın baş tutmaması barədə məlumat “Birjanyus” X3 (Portalında) (www.birjanews.az) və hərracın təşkilatçısının rəsmi internet səhifəsində də (“E-herrac.com”) dərc olunmuşdur. Hazırkı etiraz mülahizələrinə əlavə edilən “təkrar hərracın keçirilməsinə dair” xx.xx.2022-ci il tarixli, 864/22 saylı bildirişin surətindən görünür ki, təkrar hərrac barədə tərəflərə müvafiq məlumat verilmişdir. (Bildirişin və poçt qəbzinin surəti əlavə edilir) Hazırkı etiraz mülahizələrinə əlavə edilən “hərracın baş tutmamasma dair” 10 iyun 2022-ci il tarixli protokolun surətindən görünür ki, 10 iyun 2022-ci il tarixinə təyin edilmiş təkrar açıq hərrac da hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. Təkrar hərracın baş tutmamasma dair məlumat xx.xx.2022-ci il tarixində kütləvi informasiya vasitəsində dərc etdirilməklə, bu məlumat hərracın təşkilatçısının rəsmi internet səhifəsində də (e-herrac.com) yerləşdirilmişdir. Hazırkı etiraz mülahizələrinə əlavə edilən xx.xx.2022-ci il tarixli, 1047/22 saylı “ipoteka predmetinin əldə olunmasına dair” təklifdən görünür ki, yuxarıda göstərilən ipoteka predmeti İpoteka haqqında Azərbaycan Respublikasının Qanunun tələblərinə uyğun olaraq təkrar hərracdakı satış qiymətindən 25% aşağı qiymətə ipotekasaxlayana təklif olunmuşdur. Sözügedən təklifə uyğun olaraq ipoteka predmetinin əldə olunmasına dair müraciət daxil olmamışdır. Bununla bağlı tərəflərindən xx.xx.2022-ci il tarixdə 1366 saylı məktubla İcra Şöbəsinə, eləcə də tərəflərə məlumat verilmişdir. Eləcə də, iddiaçı hazırkı iddia ərizəsində Mərkəzin 5 illik daimi fəaliyyətinin olmamasını qeyd etmişdir. Bununla əlaqədar olaraq bildirilir ki, Cavabdeh3 MMC (VÖEN **********) vergi ödəyicisi kimi xx.xx.2008-ci il tarixində uçota alınmışdır. xx.xx.2022-ci il tarixinədək Əmlak Hərrac Mərkəzi” MMC X4 nəzdində fəaliyyət göstərmədiyindən ipoteka predmeti olan əmlaklar üzrə hərraclar təşkil etməmişdir. 10 yanvar 2022-ci il tarixindən Cavabdeh3 MMC Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində xx.xx.2021-ci il tarixində, 1121-QK-l 1-0081 nömrə ilə əmtəə birjası statusunda dövlət qeydiyyatına alınmış “X4”nın 100 % təsisçiliyi ilə dövlət qeydiyyatına alınmaqla hazırda sözügedən “X4”nın nəzdində fəaliyyət göstərir. Cavabdeh3 MMC-ni hüquqi şəxs olaraq dövlət qeydiyyatına alındığı, eləcə də vergi ödəyicisi kimi uçota alındığı xx.xx.2008ci il tarixdən hazırkı vaxtadək hüquqi şəxs olaraq daimi fəaliyyət göstərmişdir. Cavabdeh3 MMC hüquqi şəxs olaraq müvafiq hərrac sifarişləri əsasında açıq və ya qapalı hərracların təşkili və keçirilməsi üzrə daimi fəaliyyət göstərdiyi müddət ərzində açıq və ya qapalı hərraclar təşkil edib, onların keçirilməsi fəaliyyətini göstərməsi ilə əlaqədar qeyd edir ki, Mərkəz “X1 nəzdinə keçən müddətədək ayrı-ayrı hüquqi və fiziki şəxslərin sifarişləri əsasında ipoteka predmeti olmayan hərrac sifarişləri üzrə xeyli sayda hərraclar təşkil edib keçirmiş və qanunvericiliklə müəyyən edilən qaydada həmin hərracların nəticələrini rəsmiləşdirmişdir. Həmçinin qeyd olunur ki, Yasamal Rayon Məhkəməsinin qanuni qüvvəsini almış e-2(004)-5221/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh3 MMC-nin 5 (beş) illik daimi fəaliyyətinə hüquqi qiymət verilmiş, Məhkəmə Cəmiyyətin 5 (beş) illik daimi fəaliyyətinin olduğu qənaətinə gəlmişdir. Hal-hazırda sözügedən qətnamə qanuni qüvvəsini almışdır, (qətnamənin surəti əlavə edilir) Eyni zamanda bildirilir ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2858/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsində də Cəmiyyətin 5 (beş) illik daimi fəaliyyətinin olduğu qənaətinə gəlmiş, sözügedən qətnamədən apellyasiya şikayəti verilsə də, Apelyasiya Məhkəməsinin 2- 2(103)-939/2023 №-li, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən apelyasiya şikayəti təmin edilməmiş, Mərkəzin 5 (beş) illik daimi fəaliyyətinin olması qənaətinə gəlinmişdir. Yuxarıda sadalanan xüsusatlardan, eləcə də etiraz mülahizələrinə əlavə edilən sənədlərdən görünür ki, hərracın təşkilatçısı tərəfindən hərracın keçirilməsi zamanı hər hansı qanun pozuntusuna yol verilməmiş, hərracın vaxtı, yeri və s. barədə tələbkara, eləcə də borclulara müvafiq bildirişlərin göndərilməsi hərracın təşkilatçısı tərəfindən təmin olunmuşdur. Göründüyü kimi, hərracın etibarsız sayılmasına bu və ya digər hüquqi əsas yoxdur. Göstərilənləri nəzərə almaqla, işə nümayəndələrinin iştirakı olmadan baxaraq iddia tələbinin təmin olunmamasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra cavabdehin Cavabdeh3 MMC-nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, etirazda qeyd olunan iddia tələbinin təmin olunmaması hissəsində yazılan mövqeyi texniki yanlışlıq olaraq o cür göstərilmişdir. İddianın təmin olunub-olunmaması hissəsində bildirilir ki, cavabdeh tərəfindən keçirilmiş hərrac prosedurunda qanunvericiliyin tələblərinə tam əməl olunmuşdur.
34. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1936/2024 nömrəli 16 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, "xxxx" MMC ilə Ləğv prosesində olan Cavabdeh2 ASC arasında bağlanılmış 26 may 2023-cü il tarixli 25/02 nömrəli hərracın nəticələri haqqında yekun protokolun etibarsız hesab edilməsi, İddiaçı məxsus ünvan 7 20 nömrəli fərdi yaşayış evinə dair Ləğv prosesində olan Cavabdeh2 ASC-nin ipoteka yüklülüyünə (ipotekasına) xitam verilməsi, ləğv prosesində olan Cavabdeh2 ASC-nin ünvan 7 ünvanda yerləşən 20 nömrəli fərdi yaşayış evinə dair ipoteka yüklülüyünün dövlət qeydiyyatının ləğv edilməsi, həmin fərdi yaşayış evinə dair Ləğv prosesində olan Cavabdeh2 ASC-nin adına verilmiş çıxarışın ləğv edilməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. (hakim X12)
35. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1936/2024 nömrəli 04 oktyabr 2024-cü il tarixli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(005)-1936/2024 nömrəli qətnaməsində aşağıdakı düzəlişlər edilməsi, qətnamənin təsviri-əsaslandırıcı və nəticə hissələrində “İddiaçı məxsus ünvan 7 20 nömrəli fərdi yaşayış evinə dair Ləğv prosesində olan Cavabdeh2 ASC-nin ipoteka yüklülüyünə (ipotekasına) xitam verilsin” cümləsi “X10 məxsus ünvan 7 20 nömrəli fərdi yaşayış evinə dair Ləğv prosesində olan Cavabdeh2 ASC-nin ipoteka yüklülüyünə (ipotekasına) xitam verilsin» cümləsi ilə əvəz edilməsi qərara alınmışdır.
36. Məhkəmə iddia tələbini təmin edərkən ona istinad etmişdir ki, hazırki işdə hərracın keçirilməsi zamanı qanunvericiliyin tələblərinə riayət edilməmişdir. Belə ki, tədqiq edilmiş iş materiallarına əsasən müəyyən olunmuşdur ki, ipoteka predmeti olan fərdi yaşayış evi (ünvan 7 20 nömrəli fərdi yaşayış evi) ilə bağlı verilən icra sənədi əsasında 2 ayrı hərrac təşkilatı tərəfindən müxtəlif vaxtlarda, ümumilikdə 4 dəfə hərrac keçirilmişdir. Konstitusiya Məhkəməsinin Plenumu 28 oktyabr 2014-cü il tarixli Qərarında qeyd emişdir ki, təkrar hərrac adı ilə üç və daha çox hərracın keçirilməsi “İpoteka haqqında” Qanunun tələblərindən irəli gəlmir və ipoteka qoyanın hüquqlarının pozulmasına səbəb olur. Belə ki, təkrar hərracın baş tutmaması ipoteka qoyan üçün ipotekaya xitam verilməsindən ibarət “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində nəzərdə tutulmuş müəyyən hüquqi imkanların yaranması ilə nəticələnir. Qeyd olunduğu kimi, “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində nəzərdə tutulmuşdur ki, təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan tərəfindən ipoteka predmetinin əldə edilməməsi ipotekaya xitam verilməsi ilə nəticələnir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, “İpoteka haqqında” Qanunun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi qanuna zidd hesab edilməlidir. Abşeron rayon İcra Şöbəsindən dəfələrlə tələb edilmiş icra işindəki sənədlərdən və iş materiallarından göründüyü kimi, birinci dəfə Cavabdeh3 MMC tərəfindən 2022-ci ildə 2 dəfə (xx.xx.2022-ci il tarixdə birinci və xx.xx.2022-ci il tarixdə ikinci hərrac) hərrac keçirilmiş, lakin hərrac baş tutmadığı üçün hərrac təşkilatı tərəfindən banka, icra şöbəsinə və ipoteka qoyana bu barədə məlumat verilmiş, o cümlədən, ipoteka saxlayana ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 % az olmayan qiymətə ala bildiyi üçün 30 gün ərzində bu təklifə münasibət bildirilməsi xahiş edilmişdir. Buna baxmayaraq, tələbkar bank tərəfindən ipoteka predmeti qanunla müəyyən edilmiş müddətdə əldə edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, qeyd olunan hallar iddiaçıya “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinə əsaslanaraq qanunvericiliklə müəyyən olunmuş qaydalara riayət olunmadan keçirilmiş hərracın nəticələri haqqında yekun protokolun etibarsız hesab edilməsi və ipotekaya xitam verilməsini tələb etmək hüququ vermişdir. Həmçinin Mülki Məcəllənin 141.1-ci maddəsinin tələbinə uyğun olaraq, daşınmaz əmlakın dövlət reyestrinin məzmunu həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ pozulmuş şəxs tərəfindən müvafiq düzəlişin aparılması tələb edilə bilər. Eyni zamanda həmin Məcəllənin 149.2-ci maddəsinə görə, əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bu baxımdan ipotekaya xitam verilməsi müvafiq ipoteka qeydin ləğv edilməsi üçün əsasdır.
37. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, 29-cu maddələrinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 317-ci, 319-cu, 415-ci, 416-cı maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 42-ci, 43-cü, 44cü, F.Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 30 dekabr 2008-ci il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair” 28 oktyabr 2014-cü il tarixli Qərarına, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri
38. Qətnamədən cavabdeh ləğv prosesində olan Cavabdeh2 ASC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
39. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, keçiriləcək hərracın düzgün, obyektiv, hərtərəfli və qanuna uyğun aparılması, eyni zamanda gələcəkdə Banka qarşı bu kimi tələblərin məhkəmə müstəvisində mübahisələndirilməsinin qarşısının alınması məqsədi ilə ipoteka saxlayan ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Cavabdeh3 MMC-nin fəaliyyəti barədə məlumatların əldə edilməsi üçün Azərbaycan Respublikasınin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinə müraciət edilmiş və alınan cavabdan məlum olmuşdur ki, Cavabdeh3MMC-nin 5 (beş) il daimi fəaliyyəti yoxdur. Bu əsaslı səbəbə görə ləğv prosesində olan "xxxx"ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu xx.xx.2022-ci il tarixli məktubla Abşeron rayon İcra şöbəsinə və surətini də Cavabdeh3 MMC-nə ünvanlayaraq icra şöbəsi tərəfindən verilmiş sifarişin icra edilmədən geri qaytarılmasını və Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan bankların xeyrinə yüklü edilmiş ipoteka predmetinin satışının həyata keçirilməsi üçün 5 il daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış hərrac təşkilatlarına sifariş verilməsini xahiş etmişdir. Həmin məktub göndərilməsi üçün xx.xx.2022-ci il tarixdə "xxxx" MMC xidmətinə təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş müvafiq poçt qəbzlərinin surətlərindən görünür ki, həmin məktub poçt xidməti tərəfindən Cavabdeh3 MMC-yə vəAbşeron rayon İcra və Probasiya şöbəsinə xx.xx.2022-ci il tarixdə çatdırılmışdır. Göründüyü kimi, ipoteka saxlayan ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun hərracın keçirilməsinin digər hərrac təşkilatına sifariş verilməsi barədə xx.xx.2022-ci il tarixli məktubu Cavabdeh3 MMC-yə və eləcə də Abşeron rayon İcra və Probasiya şöbəsinə ilkin hərracın keçirilməsinə 4 gün qalmış çatdırılmışdır. Eyni zamanda ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən xx.xx.2022-ci il tarixli digər məktubla Abşeron rayon İcra və Probasiya şöbəsinə müraciət edilərək icra sənədi üzrə icraatın dayandırılmasına dair qərar qəbul edilməsi xahiş edilmişdir. Lakin görülən bu kimi tədbirlərə baxmayaraq Cavabdeh3 MMC tərəfindən hərracın keçirilməsi davam etdirilmişdir. Ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən xx.xx.2023-cü il tarixli məktubla Abşeron rayon İcra və Probasiya şöbəsinə yenidən müraciət edilərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-44/2020 saylı 08 sentyabr 2020-ci il tarixli icra sənədi üzrə ipoteka predmeti olan ünvan 7ndə yerləşən 20 saylı fərdi yaşayış evinin hərrac vasitəsi ilə realizə edilməsi üçün 5 il daimi fəaliyyəti olan hərrac təşkilatına sifariş verilməsi xahiş edilmişdir. Bundan sonra Abşeron rayon İcra və Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli 17/7566325-1Q saylı məktubu ilə Hərracın keçirilməsi haqqında sifariş “Respublika Xammal və X20” MMC-yə tapşırılmışdır. “Respublika Xammal və X20” MMC tərəfindən “İpoteka haqqında Qanun”un tələblərinə uyğun olaraq xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə keçirilmiş hərraclar iştirakçılar olmadığı üçün baş tutmadığından ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 % az olmayan qiymətlə ipoteka predmetinin əldə edilməsi ipoteka saxlayana təklif edilmiş və hərracın yekunları barədə xx.xx.2023-cü il tarixli 25/02 nömrəli protokol tərtib edilməklə ipoteka predmeti olan əmlak ipoteka saxlayan Bank tərəfindən əldə edilmişdir. İş materiallarında iş üçün əhəmiyyətli olan və yuxarıda qeyd olunan faktları təsdiq edən kifayət qədər mötəbər sübutlar vardır. Eyni zamanda həmin məqamlar məhkəmə gedişatı zamanı Bankın nümayəndəsi tərəfindən də dəfələrlə məhkəmənin diqqətinə çatdırılmışdır. Hesab edirlər ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə sübutların obyektiv, hərtərəfli və tam tədqiqinə əsaslanmır.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
40. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç) Proses iştirakçılarının izahatı
41. Məhkəmə iclasında cavabdeh LPO Cavabdeh2 ASC-yə nümayəndəsi X14 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir.
42. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.
43. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iş üzrə digər cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə apellyasiya şikayətinə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
d) Tətbiq edilən hüquq
44. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:
319.5-ci maddəsinə əsasən hərrac “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş hallarda baş tutmamış elan edildikdə, təkrar hərrac keçirilir. Təkrar hərrac birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, təkrar hərracın birinci hərracın iştirakçısı olmadığı səbəbindən keçirildiyi halda isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur; 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır; 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; 415.1-ci maddəsinə əsasən auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər; 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir; 415.4-cü maddəsinə əsasən hərracın iştirakçıları hərracın keçirilməsinə dair bildirişdə göstərilən məbləğdə, müddətdə və qaydada beh verirlər. Hərrac keçirilmədikdə beh geri qaytarılmalıdır. Hərracda iştirak edən, lakin onu udmayan şəxslərin də behi qaytarılır. Hərracı udmuş şəxslə müqavilə bağlandıqda, onun verdiyi behin məbləği bağlanmış müqavilə üzrə öhdəliklərin icrası hesabına daxil edilir; 416.1-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər; 416.2-ci maddəsinə əsasən yalnız hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.
45. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun: 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər; 41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir; 41.3-cü maddəsinə əsasən hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir; 41.5-ci maddəsinə əsasən hərrac açıq auksion formasında keçirilir; 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir; 42.8-ci maddəsinə əsasən hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur; 43.1-ci maddəsinə əsasən hərraca iki nəfərdən az alıcı gəldikdə və ya hərracın iştirakçısı olmadıqda hərracın təşkilatçısı hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi mediada və özünün rəsmi internet saytında məlumat dərc etdirir; 43.2-ci maddəsinə əsasən bu Qanunun 43.1.1 - 43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir; 43.4-cü maddəsinə əsasən ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir; 43.5-ci maddəsinə əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun; 43.7-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun; 43.7-1-ci maddəsinə əsasən təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir; 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir; 44-cü maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur.
46. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1.-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
e) Apellyasiya baxışının hədləri
47. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
48. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
49. Cavabdeh bank tərəfindən qətnamə tam mübahisələndirilərək onun ləğv edilməsi və iddia tələbinin rədd edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.
ə) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
50. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
51. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və iş materiallarına istinadən ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin və “İpoteka haqqında” Qanununun yuxarıda sadalanan və digər aidiyyət müddəalarında hərracın təşkili və keçirilmə qaydası dəqiq müəyyən edilmiş, habelə Konstitusiya məhkəməsinin plenum qərarında bununla bağlı aidiyyəti məsələlərə aydınlıq gətirilmişdir. Bu sahəni tənzimləyən qanunvericilkdə mediada və hərrac təşkilatının rəsmi internet saytında məlumatın dərc edilməsi, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildirişin göndərilməsi, hərracın sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilməsi, birinci elan və bildirişin hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış veriməsi, birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərracın keçirilməsi, habelə elanda və bildirişdə hərrac barədə əks olunmalı məlumatların dairəsi imperativ qaydada müəyyən edilmişdir.
52. Hazırki işin faktiki hallarına əsasən Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 08 sentyabr 2020-ci il tarixli, 2(001)-44/2020 saylı icra sənədində X6 Cavabdeh2 ASC-nin xeyrinə pul vəsaitinin tutulması, tutmanın ipoteka ilə yüklü olan əmlaklara, o cümlədən, ünvan 7ndə yerləşən 20 saylı fərdi yaşayış evinə yönəldilməsi nəzərdə tutulmuşdur. Məhkəmə mübahisəsi davam etdiyi dövrdə borclu X13 xx.xx.2021-ci il tarixdə ölmüşdür. İcra sənədi üzrə Abşeron rayon İcra şöbəsi tərəfindən hərracın keçirilməsi məqsədi ilə əvvəlcə Cavabdeh3 MMC-yə göndərilmiş, həmin MMC tərəfindən 2 dəfə keçirilmiş hərraclar baş tutmamış, ipoteka predmetlərinin alınması barədə tələbkar banka təklif göndərilmiş, Bank təklifi qəbul etməmişdir. Daha sonra Abşeron rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli sifariş məktubuna əsasən hərracın keçirilməsi Respublika Xammal və Əmtəə Birjasının Cavabdeh1nə tapşırılmışdır. Hərrac təşkilatı tərəfindən keçirilən xx.xx.2023-cü il tarixli hərracın yekunları barədə 25/02 nömrəli protokol tərtib edilmiş, həmin protokol əsasında isə qeyd edilən əmlak daşınmaz əmlakın dövlət reyesterində mülkiyyət hüququ üzrə tələbkar bankın adına qeydə alınmışdır. Mülki işin baxış mərhələsində, yəni xx.xx.2024-cü il tarixdə “AZEMİS” elektron məhkəmə informasiya sisteminə daxil edilməklə cavabdeh Ləğv prosesində olan Cavabdeh2 ASC tərəfindən məhkəməyə icra işində olan bankın Abşeron rayon İcra şöbəsinə ünvanlanladığı xx.xx.2022-ci il tarixli məktub (icra sənədi üzrə icraatın dayandırılması xahişi), Abşeron rayon İcra şöbəsinin “icraatın dayandırılması barədə” xx.xx.2022-ci il tarixli qərarı, Abşeron rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraatın təzələnməsi barədə qərarı təqdim olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində olan 2(001)- 44/2020 saylı mülki iş materiallarında Abşeron rayon İcra şöbəsinin “icraatın dayandırılması barədə” xx.xx.2022-ci il tarixli qərarı, Abşeron rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraatın təzələnməsi barədə qərarı mövcud deyil. Cavabdeh3 MMC məktubundan aydın olur ki, icra sənədi üzrə Abşeron rayon İcra şöbəsi tərəfindən hərracın dayandırılması ilə bağlı qərar MMC-yə daxil olmamışdır.
53. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair” 28 oktyabr 2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, "İpoteka haqqında" Qanunun 43-cü maddəsinin mənasından belə nəticəyə gəlmək olar ki, bu Qanunun 42-ci maddəsində göstərilmiş qaydada cəmi iki hərracın keçirilməsi nəzərdə tutulmuşdur. Belə ki, birinci hərracın həmin Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə, yəni hərracın iştirakçısının olmamasına görə baş tutmaması nəticəsində təkrar keçirilən hərracda ipoteka predmetinin ilkin satış qiymətinin əvvəlki hərracdakı qiymətindən 15 faiz aşağı qiymətlə satılması nəzərdə tutulmuşdur. Bundan fərqli olaraq, həmin Qanunun 43.1.1, 43.1.3 və 43.1.4-cü maddələrində nəzərdə tutulmuş digər səbəblərə görə (yəni hərraca iki nəfərdən az alıcı gəldikdə, hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə, hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə) hərrac baş tutmamış elan edildikdə, ilkin satış qiyməti dəyişməmiş saxlanılır. Birinci hərracdan fərqli olaraq, təkrar hərrac zamanı “İpoteka haqqında” Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal, yəni hərraca iki nəfərdən az alıcının gəlməsi hərracın baş tutmaması halı kimi nəzərdə tutulmamışdır. Belə ki, Qanunun 43.6-cı maddəsinə əsasən təkrar hərracda bir iştirakçı olduğu halda da hərrac baş tutmuş hesab olunur və həmin şəxs hərracın qalibi olur. “İpoteka haqqında” Qanunun 43.1.2, 43.1.3 və 43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallara görə hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayana ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə almaq imkanı verilir (“İpoteka haqqında” Qanunun 43.7 və 43.8-ci maddələri).
54. Konstitusiya Məhkəməsi Plenumunun adıçəkilən Qərarında həmçinin qeyd edilmişdir ki, təkrar hərrac adı ilə üç və daha çox hərracın keçirilməsi “İpoteka haqqında” Qanunun tələblərindən irəli gəlmir və ipoteka qoyanın hüquqlarının pozulmasına səbəb olur. Belə ki, təkrar hərracın baş tutmaması ipoteka qoyan üçün ipotekaya xitam verilməsindən ibarət “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində nəzərdə tutulmuş müəyyən hüquqi imkanların yaranması ilə nəticələnir. Beləliklə, “İpoteka haqqında” Qanunun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi qanuna zidd hesab edilməlidir. “İpoteka haqqında” Qanunda ipoteka saxlayana təkrar hərracın baş tutmamış elan edilməsindən sonra 30 gün müddətində ipoteka predmetini ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə almaq imkanı yalnız bir dəfə verilmişdir.
55. Hazırki işdə isə hərracın keçirilməsi zamanı qanunvericiliyin tələblərinə riayət edilməmişdir. Belə ki, tədqiq edilmiş iş materiallarına əsasən müəyyən olunmuşdur ki, ipoteka predmeti olan fərdi yaşayış evi (ünvan 7 20 nömrəli fərdi yaşayış evi) ilə bağlı verilən icra sənədi əsasında 2 ayrı hərrac təşkilatı tərəfindən müxtəlif vaxtlarda, ümumilikdə 4 dəfə hərrac keçirilmişdir. Konstitusiya Məhkəməsinin Plenumu 28 oktyabr 2014-cü il tarixli Qərarında qeyd emişdir ki, təkrar hərrac adı ilə üç və daha çox hərracın keçirilməsi “İpoteka haqqında” Qanunun tələblərindən irəli gəlmir və ipoteka qoyanın hüquqlarının pozulmasına səbəb olur. Belə ki, təkrar hərracın baş tutmaması ipoteka qoyan üçün ipotekaya xitam verilməsindən ibarət “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində nəzərdə tutulmuş müəyyən hüquqi imkanların yaranması ilə nəticələnir. Qeyd olunduğu kimi, “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində nəzərdə tutulmuşdur ki, təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan tərəfindən ipoteka predmetinin əldə edilməməsi ipotekaya xitam verilməsi ilə nəticələnir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, “İpoteka haqqında” Qanunun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi qanuna zidd hesab edilməlidir.
56. Abşeron rayon İcra Şöbəsindən dəfələrlə tələb edilmiş icra işindəki sənədlərdən və iş materiallarından göründüyü kimi, birinci dəfə Cavabdeh3 MMC tərəfindən 2022-ci ildə 2 dəfə (xx.xx.2022-ci il tarixdə birinci və xx.xx.2022-ci il tarixdə ikinci hərrac) hərrac keçirilmiş, lakin hərrac baş tutmadığı üçün hərrac təşkilatı tərəfindən banka, icra şöbəsinə və ipoteka qoyana bu barədə məlumat verilmiş, o cümlədən, ipoteka saxlayana ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 % az olmayan qiymətə ala bildiyi üçün 30 gün ərzində bu təklifə münasibət bildirilməsi xahiş edilmişdir. Buna baxmayaraq, tələbkar bank tərəfindən ipoteka predmeti qanunla müəyyən edilmiş müddətdə əldə edilməmişdir.
57. Bundan başqa icra işi materiallarında olan LPO Cavabdeh2 ASC tərəfindən Abşeron rayon İcra şöbəsinə ünvanlanan xx.xx.2022-ci il tarixli məktubu, Abşeron rayon İcra şöbəsinin 23 may 2022-ci il tarixli Əmlak Hərrac Mərkəzi” MMC-yə ünvanlanmış məktub (hərracın dayandırılması tələbi barədə), LPO Cavabdeh2 ASC Abşeron rayon İcra şöbəsinə ünvanlanan xx.xx.2023-cü il tarixli məktubu (5 il daimi fəaliyyəti olan hərrac təşkilatına sifariş verilməsi barədə xahişi), Abşeron rayon İcra şöbəsinin “icraatın dayandırılması barədə” xx.xx.2022-ci il tarixli qərarı, Abşeron rayon İcra şöbəsinin “icra sənədi üzrə icraatın təzələnməsi barədə” xx.xx.2023-cü il tarixli qərarı məhkəməyə təqdim olunmuşdur. (Həmin sənədlərin işin məhkəmə baxışı mərhələsində tərtib olunmasına şübhələr yaranmış, bununla bağlı məhkəmə xüsusi qərardad qəbul etmişdir.).
58. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə 04/2022 nömrəli 14 dekabr 2022-ci il tarixli qərardadında da ipoteka predmeti təkrar hərracın baş tutmamış elan edilməsindən sonra 30 təqvim günü ərzində ipoteka saxlayanla hərrac təşkilatçısı arasında “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-1-ci maddəsində nəzərdə tutulmuş müqavilə qüvvəsinə malik olan protokolun imzalanması ilə əldə edildiyi göstərilmişdir. Bu hal bir daha təsdiq edir ki, “İpoteka haqqında” Qanunun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilir, eyni zamanda Qanunun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. Lakin hazırki iş üzrə cavabdeh olan bank isə iki dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra, ümumilikdə 4-cü hərracdan sonra ipoteka predmeti olan fərdi yaşayış evini qanunsuz əldə etmişdir ki, bu da hazırki iddianın təmin edilməsi üçün müstəqil əsas sayılır.
59. Qeyd olunan hallar iddiaçıya “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinə əsaslanaraq qanunvericiliklə müəyyən olunmuş qaydalara riayət olunmadan keçirilmiş hərracın nəticələri haqqında yekun protokolun etibarsız hesab edilməsi və ipotekaya xitam verilməsini tələb etmək hüququ vermişdir.
60. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində Cavabdeh3 MMC-nin 5 (beş) il daimi fəaliyyəti olmadığından sonuncu tərəfindən keçirilmiş hərracın qanuni hesab edilməməsi dəlilinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 44.1-ci maddəsinə əsasən hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır. Hüquqi şəxsin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir. Həmin Məcəllənin 61.12-ci maddəsinə əsasən hüquqi şəxsin ləğvi bu barədə qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan başa çatmış, hüquqi şəxs isə mövcudluğuna son qoymuş sayılır. Həmçinin “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 16.7-cı maddəsinə əsasən Dövlət reyestrindən çıxarılmış hüquqi şəxslər, habelə xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri fəaüyyət göstərə bilməz. Sadalanan normalardan göründüyü kimi qanunverici hüquqi şəxsin dövlət reyestrində qeydiyyata alındığı vaxtdan onun dövlət reyestrində qeydiyyatdan çıxarıldığı vaxta kimi olan fəaliyyətini hüquqi şəxsin fəaliyyət müddəti kimi nəzərdə tutmuşdur. Məhkmənin qənaətinə əsasən hüquqi şəxsin təyinatı üzrə nizamnamədə nəzərdə tutulmuş vəzifələrini qismən icra etməməsi, müəyyən səbəblərdən iş yükünün olmaması (məsələn ixtisaslaşdırılmış hərrac təşkilatıdırsa, bu barədə ona müraciətlər olmamasına görə) onun daimi fəaliyyət göstərməməsi hesab oluna bilməz. Həmçinin göstərilən dövr ərzində hüquqi şəxsin fəaliyyəti müvafiq əsaslarla dayandırılmamışdırsa, müəyyən iş görüb-görməməsindən asılı olmayaraq fəaliyyət göstərmiş hesab olunur. Cavabdeh3 MMC xx.xx.2008-ci il tarixdə hüquqi şəxs kimi dövlət reyestrində qeydə alınmışdır. Həmin məktubda onun müxtəlif fasilələrlə vergi ödəyicisi kimi fəaliyyətini dayandırdığı qeyd edilsə də, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 41.2-ci maddəsində hərrac təşkilatının 5 il daimi olaraq fəaliyyəti dedikdə vergi ödəyicisi kimi fəaliyyəti deyil, hüquqi şəxs kimi fəaliyyəti nəzərdə tutulur. Mübahisələndirilən hərracların 2022-ci il tarixdə keçirildiyi nəzərə alınarsa müəyyən olunur ki, hərraclar 5 ildən artıq daimi fəaliyyət göstərən təşkilat tərəfindən keçirilmişdir. Cavabdeh3 MMC hüquqi şəxs olaraq müvafiq hərrac sifarişləri əsasında açıq və ya qapalı hərracların təşkili və keçirilməsi üzrə daimi fəaliyyət göstərdiyi müddət ərzində açıq və ya qapalı hərraclar təşkil edib, onların keçirilməsi fəaliyyətini göstərməsi ilə əlaqədar Mərkəz “X1 nəzdinə keçən müddətədək ayrı-ayrı hüquqi və fiziki şəxslərin sifarişləri əsasında ipoteka predmeti olmayan hərrac sifarişləri üzrə xeyli sayda hərraclar təşkil edib keçirmiş və qanunvericiliklə müəyyən edilən qaydada həmin hərracların nəticələrini rəsmiləşdirmişdir. Cavabdeh3 MMC-nin hərracların keçirilməsi sahəsində ixtisaslaşdırılmış təşkilat olduğu isə iddiaçı tərəfindən mübahisələndirilmir. Eyni zamanda məhkəmə kollegiyası hesab edir ki, hərracın keçirilməsi zamanı hər hansı qanun pozuntusuna yol verilməmişsə hərracı keçirmiş təşkilatın fəaliyyətinin 5 ildən az olması baş tutmuş hərracın nəticələrinin etibarsız hesab edilməsi üçün müstəqil əsas ola bilməz. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 41.2-ci maddəsində öz əksini tapmış hərracların bu sahədə kifayət qədər (ən azı 5 il) təcrübəsi olan və bu sahədə ixtisaslaşdırılmış təşkilatlar vasitəsilə keçirilməli olduğuna dair normanın məqsədi hərracların qanunla müəyyən edilmiş norma və tələblərə uyğun keçirilməsini təmin etməkdir. Hazırkı halda məhkəmə araşdırması zamanı hərraclar keçirilərkən iddiaçı tərəfindən baş verdiyi iddia edilən pozuntuların mövcudluğu öz əksini tapmamışdır.
61. Belə olan halda cavabdehin hazırda Cavabdeh3MMC-nin 5 (beş) il daimi fəaliyyəti olmadığından sonuncu tərəfindən keçirilmiş hərracın qanuni olmamasına istinad etməsi özü-özlüyündə əsassızdır. Belə olan halda yuxarıda qeyd olunanlara əsasən iddiaçı cavabdehin mənzilinə dair keçirilmiş hərracın etibarsız hesab edilməsini və qeydin ləğv edilməsini tələb etməkdə haqlı olmuşdır. Apellyasiya şikayətinin dəlilləri işin müəyyən edilmiş hallarına əsasən təsdiqini tapmamaqla məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilə bilməz.
62. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla qətnamənin dəyişdirilməsinə və ya ləğv edilməsinə hər hansı əsas vermir. Bu səbəbdən apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
63. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi: Cavabdeh LPO Cavabdeh2 ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1936/2024 nömrəli 16 sentyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.