Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5782/2024 30.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı (müstəqil tələb irəli sürməyən şəxslər qismində Sumqayıt şəhəri üzrə İcra İdarəsinin və Pakistan Milli Bankının Bakı şəhəri üzrə Filialı cəlb edilməklə) “əmlakın qiymətləndirilməsi barədə hesabatın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), X1 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı (müstəqil tələb irəli sürməyən şəxslər qismində Sumqayıt şəhəri üzrə İcra İdarəsinin və Pakistan Milli Bankının Bakı şəhəri üzrə Filialı cəlb edilməklə) “əmlakın qiymətləndirilməsi barədə hesabatın ləğv edilməsi” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1347/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından müstəqil tələb irəli sürməyən şəxslər qismində Sumqayıt şəhəri üzrə İcra İdarəsinin və Pakistan Milli Bankının Bakı şəhəri üzrə Filialı tərəfindən verilmiş şikayət üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı (müstəqil tələb irəli sürməyən şəxslər qismində Sumqayıt şəhəri üzrə İcra İdarəsinin və Pakistan Milli Bankının Bakı şəhəri üzrə Filialı cəlb edilməklə) “əmlakın qiymətləndirilməsi barədə hesabatın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti" MMC-nin xx.xx.2023-cü il tarixli əmlakın qiymətləndirilməsi barədə hesabatının ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1347/2024 saylı, xx.xx.2024cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı (müstəqil tələb irəli sürməyən şəxslər qismində Sumqayıt şəhəri üzrə İcra İdarəsinin və Pakistan Milli Bankının Bakı şəhəri üzrə Filialı cəlb edilməklə) “əmlakın qiymətləndirilməsi barədə hesabatın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin edilməsi, ekspertizanın aparılmasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilməsi qərara alınmışdır.
3. Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilməli, ekspert rəyi alınanadək iş üzrə icraat dayandırılmalıdır.
Şikayətin dəlilləri, birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə və şikayətə etirazın dəlilləri:
4. 2(005)-1347/2024 saylı mülki iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhərində filialı (Ləğv prosesindədir) tərəfindən iş üzrə icraata xitam verilmə və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3147/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə müraciət etmişdir və həmçinin Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhərində yerləşən Filialı Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3147/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından şikayət verərək bu qərardadın icraatın dayandırılması hissəsində ləğv edilməsi ilə bağlı qərardad qəbul edilməsini xahiş etmişdir
5. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı Bankın xeyrinə ipoteka ilə yüklü etdiyi Sumqayıt şəhəri, Novxanı bağ massivində 0,12 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 184,62 kv.m, yaşayış sahəsi 83,03 kv.m, yardımçı sahəsi 101,59 kv.metrdən ibarət B-4802 nömrəli, 2 mərtəbəli, 4 otaqlı bağ evinin icra icraatı çərçivəsində qiymətləndirilməsi barədə qiymətləndirici şirkət tərəfindən verilmiş “əmlakın qiymətləndirmə hesabatı”nı mübahisələndirməyə cəhd edir. Məhkəmə isə iddia ərizəsini icraata qəbul etmiş, hətta iş üzrə xx.xx.2024-cü il tarixli, 2(005)-1347/2024 saylı Qərardadla məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edərək, ekspert qarşısında “... bağ evinin hazırkı likvid və real bazar dəyəri nə qədərdir?” sualını qoymuş və iş üzrə icraatı dayandırmışdır. Halbuki, hazırkı iddia tələbinə dair işə məhkəmədə baxılmalı deyil. Belə ki, icra icraatı çərçivəsində hərrac keçirilənədək ipoteka predmeti olan bağ evinin qiyməti onu öz sifarişində əsas götürən icra məmurunun hərəkətindən verilən şikayət qaydasında mübahisələndirilə bilər və ya qiymətləndiricinin hesabatının nəzərə alınmaması, yenidən qiymətləndirmə həyata keçirilməsi və s. ilə bağlı icra məmurunun qarşısında vəsatət qaldırıla bilər. Yəni, mübahisələndirilən qiymətləndirmə icra vərəqəsi üzrə icraat çərçivəsində həyata keçirildiyindən, bu icraat çərçivəsində aparılmış qiymətləndirmə ilə bağlı mübahisələr üzrə cavabdeh - qiymətləndirmə fəaliyyəti ilə məşğul olan şəxs deyil, sifarişçi təşkilat olan icra orqanı olmalıdır.
6. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1347/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı prosessual müddətin bərpa olunması barədə ərizənin təmin edilməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3147/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından şikayət verilməsi üçün buraxılmış müddətin üçüncü şəxs Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhərində yerləşən Filialına münasibətdə üzrlü hesab edilərək bərpa edilməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 3147/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından verilmiş şikayətin təmin edilməməsi, şikayətin 2(005)-3147/2024 saylı mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
7. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
8. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq normaları:
9. Mülki Prosessual Məcəllə Maddə 255.0.5. Məhkəmə tərəfindən ekspertiza təyin olunduqda məhkəmə işdə iştirak edən şəxslərin ərizəsi üzrə və ya öz təşəbbüsü ilə iş üzrə icraatı dayandıra bilər. Maddə 256.0.2. Bu Məcəllənin 254.1.3-cü və 255-ci maddələri ilə nəzərdə tutulmuş hallarda tərəfin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, digər qoşunların və qoşun birləşmələrinin tərkibində olub dövlət vəzifəsini yerinə yetirməsi qurtaranadək, qulluq ezamiyyətindən qayıdanadək, tərəfin müalicə müəssisəsindən buraxılmasınadək, cavabdehin axtarışının nəticələri məlum olanadək, ekspertin rəyi və ya qəyyumluq və himayəçilik orqanının rəyi məhkəməyə təqdim edilənədək, məhkəmə tapşırıgına cavab alınanadək iş üzrə icraat müddətdə dayandırılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
10. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
11. Belə ki, hazırda Nərimanov rayon məhkəməsinin mülki işin icraatının dayandırlması barədə qərardadından verilmiş şikayətə baxılır.
12. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1347/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı (müstəqil tələb irəli sürməyən şəxslər qismində Sumqayıt şəhəri üzrə İcra İdarəsinin və Pakistan Milli Bankının Bakı şəhəri üzrə Filialı cəlb edilməklə) “əmlakın qiymətləndirilməsi barədə hesabatın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin edilməsi, onunla əladar icraatın dayandırlması qərara alınmışdır.
13. Qeyd olunmalıdır ki, ekspertizanın təyin edilməsi hissəsindən şikayət nəzərdə tutulmamışdır.
14. Mülki prosessual Məcəllənin 255.0.5-ci maddəsinə əsasən məhkəmə tərəfindən ekspertiza təyin olunduqda məhkəmə işdə iştirak edən şəxslərin ərizəsi üzrə və ya öz təşəbbüsü ilə iş üzrə icraatı dayandıra bilər.
15. Göründüyü kimi məhkəmə mülki prosessual qanunvericiliyə uyğun olaraq ekspertiza təyin etməsi ilə əlaqədar icraatı dayandırmışdır.
16. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir.
17. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.
18. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 397, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1347/2024 saylı, xx.xx.2024cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev