Məhkəmə qərarları › İş №2(103)-5783/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5783/2020

28.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5783/2020 28.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit məbləğinin geri qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(004)-4119/2019 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 8268,18 ABŞ dolları əsas borc, 4206,50 ABŞ dolları faiz borcu, müqavilə müddətinin sonundan xx xxx 2019-cu il tarixədək əsas borca görə illik 5 faiz dərəcəsi ilə hesablanmış 60,81 ABŞ dolları faiz borcu, ümumilikdə 12528,49 ABŞ dolları kredit borcu, 30 manat ödənilmiş dövlət rüsumu, 24 manat məbləğində notariat xərcinin tutulması, tutmanın Cavabdeh2 məxsus “Hyundai ix35” markalı avtomaşına (qeydiyyat nömrəsi: Az **-ZE-***; tip: UNİVERSAL, KMHJT81EBFU018211 ban nömrəli, buraxılış ili 2014, rəngi: qara) yönəldilərək avtomaşının açıq hərracda satılması və satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün İddiaçı ASC-yə ödənilməsi, əmlakın satışından əldə edilən vəsait yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün kifayət etmədikdə qalıq borcun ümumi qaydada Cavabdeh2 tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin “Monolit” (Yasamal) filialı ilə Cavabdeh2 arasında bağlanmış xx xxxxx 2015-ci il tarixli, 199MFAK nömrəli kredit müqaviləsinə əsasən, cavabdehə “Hyundai ix35” markalı avtomaşının alınması üçün 48 ay müddətinə 12200 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kredit məbləğinə “Hyundai ix35” markalı avtomaşın alınmış və həmin avtomaşın cavabdehin bankla bağladığı xx xxxxx 2015-ci il tarixli, 199MFAK nömrəli kredit müqaviləsinin təminatı qismində banka ipotekaya qoyulmuş, bu barədə xx xxxxx 2015-ci il tarixli “İpoteka müqaviləsi” bağlanmış və buna əsasən Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən həmin “İpoteka müqaviləsi” qeydiyyata alınmışdır. Bankla Cavabdeh2 arasında bağlanmış xx xxxxx 2015-ci il tarixli, 199MFAK nömrəli kredit müqaviləsinin təminatı kimi Cavabdeh1 ilə həmin tarixli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdehlər bank qarşısındakı öhdəliklərini lazımınca yerinə yetirməmiş, bank tərəfindən pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehlərə şifahi və yazılı formada xəbərdarlıq edilmişdir. Lakin qeyd olunan öhdəlik bu günə kimi yerinə yetirilməmişdir. Həmin iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(004)-4119/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 8268,18 ABŞ dolları əsas borc, 4206,5 ABŞ dolları faiz borcu, müqavilə müddətinin sonundan xx xxx 2019-cu il tarixədək əsas borca görə illik 5 faiz dərəcəsi ilə hesablanmış 60,81 ABŞ dolları faiz borcu, ümumilikdə 12528,49 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının Azərbaycan manatına nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə) məbləğində kredit borcu, 30 manat ödənilmiş dövlət rüsumu və 24 manat məbləğində notariat xərcinin tutulması qət edilmişdir. İddia tələbinin “əmlakın satışından əldə edilən vəsait yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün kifayət etmədikdə qalıq borcun ümumi qaydada Cavabdeh2 tutulması” hissəsi məhkəmənin xx xxxxxx 2019-cu il tarixli 2(004)-4119/2019 saylı qərardadı ilə baxılmamış saxlanılmışdır. Qətnamədən narazı qalan Cavabdeh2 onun ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti belə əsaslandırılmışdır ki, o, krediti ABŞ dolları ilə götürərək ödənişlər etmiş, ABŞ dollarının məzənnəsi qalxdıqdan sonra krediti ödəyə bilməmiş, bu səbəbdən bankla problemləri yaranmışdır. Bundan əlavə məhkəmə tərəfindən onun banka olan borcunun miqdarı müəyyən edilsə də, onun iddiaçı banka nə qədər kredit ödəməsi, ödənilmiş məbləğlərin əsas və ya faiz borcuna hesablanması, faiz məbləğinin isə yüksək həddə çatmasında bankın rolunun olub-olmaması aydınlaşdırılmamış, kredit müqaviləsinin müddəti bitmədən onun barəsində iddia qaldırılaraq ondan kredit məbləğinin tam tələb edilməsinin səbəbi isə müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən hesab edir ki, nə qədər ki, bankla onun arasındakı kredit müqaviləsi ləğv edilməyib, bank ondan vaxtı çatmamış öhdəliklərinin ödənilməsini tələb edə bilməz. İşə baxan məhkəmə mühasibatlıq ekspertizası keçirməmiş, məhkəmə iclasında onun iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X4 apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq iş üzrə cavabdehlər məhkəmə iclasına gəlmədiklərindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, apelyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(004)- 4119/2019 saylı qətnaməsi Cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan sənədlərlə müəyyən olunur ki, «xxxxxxxx» ASC ilə Cavabdeh2 arasında bağlanmış xx xxxxx 2015-ci il tarixli, 199MFAK saylı kredit müqaviləsinə əsasən, sonuncuya 48 ay müddətinə, illik 18 % ödəmək şərti ilə 12200 ABŞ dolları məbləğində kredit verilmiş, tərəflər arasında bağlanmış xx xxxxx 2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 məxsus “Hyundai ix35”markalı (qeydiyyat nömrəsi: **-ZE-***; tip: UNİVERSAL, KMHJT81EBFU018211 ban nömrəli, buraxılış ili 2014, rəngi: qara) avtomobilipoteka ilə yüklü edilmiş və Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən həmin “İpoteka müqaviləsi” qeydiyyata alınaraq, cavabdehə məxsus nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində müvafiq qeydiyyat aparılmış və həmin orqan tərəfindən xx xxxxx 2015ci il tarixli , AA seriyalı 130875 nömrəli “ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən” çıxarış verilmişdir. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsinə əsasən zamin bank qarşısında Cavabdeh2 xx.xx.2015-ci il tarixli, 199MFAK saylı kredit müqaviləsi üzrə öhdəliklərini tamamilə və vaxtında icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Həmin zaminlik müqaviləsinin 3.1-ci maddəsinə görə bu müqavilə “Borclu”nun 1.2-ci bəndində göstərilən müqavilə üzrə “Kreditor” qarşısında öhdəliklərini tam həcmdə icra edənədək qüvvədədir. «xxxxxxxx» ASC tərəfindən təqdim olunmuş maliyyə arayışına əsasən Cavabdeh2 xx.xx.2015-ci il tarixli, 199MFAK saylı kredit müqaviləsinə əsasən, xx xxx 2019-cu il tarixə 8268,18 ABŞ dolları əsas borcu, müqavilə müddətinin sonuna hesablanmış 4206,50 ABŞ dolları faiz borcu, müqavilə müddətinin sonundan xx xxx 2019-cu il tarixədək əsas borca görə illik 5 faiz dərəcəsi ilə hesablanmış 60,81 ABŞ dolları faiz borcu vardır. İddiaçı ASC tərəfindən Cavabdeh2 və Cavabdeh1 ünvanlanmış xəbərdarlıq məktublarına əsasən cavabdehlər iddiaçı qarşısında olan borcları barədə xəbərdar edilmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Göstərilən Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Azərbaycan Respublikası MM-in 317.1-ci maddəsinə əsasən əgər borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərinin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. (Maddə 319.1) Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.(maddə 472.2). Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (maddə 472.3). Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Göründüyü kimi, borclu kredit müqaviləsi üzrə götürdüyü öhdəliklərini yetirməyərək müqaviləni əhəmiyyətli dərəcədə pozmuş, iddiaçı bank həmin borc məbləğini tələb etməkdə haqlı olmuşdur. Kredit müqaviləsinin müddəti xx xxxxx 2019-cu il tarixdə başa çatdıqdan sonra bank hazırkı iddianı qaldırmış, buna görə də kredit müqaviləsinin müddəti başa çatmamış bankın hazırkı iddianı qaldırması barədə apelyasiya şikayətinin dəlili əsassızdır. Cavabdeh apelyasiya şikayətində məhkəmə mühasibatlıq ekspertizasının keçirilmədiyinə istinad etsə də, cavabdeh tərəfindən mühasibatlıq ekspertizasının keçirilməsi zəruriliyi əsaslandırılmamışdır. Bu səbəbdən məhkəmə kollegiyası iş üzrə məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi üçün əsas görməmişdir. Birinci instansiya məhkəməsində iştirakının təmin olunmaması barədə Cavabdeh2 apelyasiya şikayətinin dəlilləri də əsassızdır. Belə ki, iş materiallarından görünür ki, işə baxılmasının yeri və vaxtı barədə ona məhkəmə bildirişləri göndərilmiş, lakin o, qeydiyyatda olduğu ünvanda yaşamadığına görə məhkəmə bildirişlərini ona çatdırmaq mümkün olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 qeydiyyatda olduğu ünvanda yaşamadığına və həmin ünvanla əlaqəsini itirdiyinə görə məhkəmə bildirişlərinin ona çatmamasının riskini özü daşıyır. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamənin yoxlanılan hissəsində mübahisənin faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 385.2, 392, 393, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh2 apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(004)- 4119/2019 saylı qətnaməsi Cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumu Cavabdeh2 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar