Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5784/2020 01.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X8 oğlunun katibliyi, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh-yə qarşı “qoyulmuş əmanətlərin və ona hesablanmış faizlərin qaytarılması, maddi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh-yə qarşı «qoyulmuş əmanətin və ona hesablanmış faizlərin qaytarılması, maddi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli 12-136363-62 saylı bank əmanəti müqaviləsinə əsasən 50.000 ABŞ dolları, İddiaçı2 arasında bağlanmış xx.xx.2018-ci il tarixli 12-80354-103 saylı bank əmanəti müqaviləsinə əsasən 50.739 ABŞ dolları, həmçinin İddiaçı2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 12-80354-105 saylı bank əmanəti müqaviləsinə əsasən 41.200 ABŞ dolları və İddiaçı3 arasında bağlanmış xx.xx.2018-ci il tarixli 12-204818-17 saylı bank əmanəti müqaviləsinə əsasən 50.000 ABŞ dolları məbləğində qoyulmuş əmanətin və İddiaçı1 tərəfindən qoyulmuş 50.000 ABŞ dolları məbləğində əmanət üzrə 1.500 ABŞ dolları, İddiaçı2 tərəfindən qoyulmuş 50.739 ABŞ dolları üzrə 1.522 ABŞ dolları 17 sent və 41.200 ABŞ dolları məbləğində əmanət üzrə 618 ABŞ dolları, İddiaçı3 tərəfindən qoyulmuş 50.000 ABŞ dolları məbləğində əmanət üzrə 1.500 ABŞ dolları məbləğində hesablanmış faizlərin, öhdəlik tam icra olunanadək qərarın çıxarıldığı gün üçün müəyyən olunan bank uçot dərəcəsini əsas götürməklə əldən çıxmış faydanın, 180 manat məbləğində vəkil xərclərinin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh-dən tutularaq iddiaçılara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, xx xxxxxx 2018-ci il tarixli 12-204818-17 12.2018 saylı bank əmanəti müqaviləsinə əsasən 50.000 ABŞ dolları əmanət, illik 3 %-lə hesablanmış 1.500 ABŞ dolları faiz, müqavilə müddəti bitən xx xxxxxx 2019-cu il tarixdən hazırkı qətnamə qəbul olunduğu tarixədək illik 5 %-lə hesablanmış 527 ABŞ dolları 45 sent olmaqla, cəmi 52.027 ABŞ dolları 45 sent ödəniş anı üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla Cavabdeh-dən İddiaçı3 xeyrinə; xx xxxxxx 2018-ci il tarixli 12-136363-62 12.2018 saylı bank əmanəti müqaviləsinə əsasən 50.000 ABŞ dolları əmanət, illik 3 %-lə hesablanmış 1.500 ABŞ dolları faiz, müqavilə müddəti bitən xx xxxxxx 2019-cu il tarixdən hazırkı qətnamə qəbul olunduğu tarixədək illik 5 %-lə hesablanmış 527 ABŞ dolları 45 sent olmaqla, cəmi 52.027 ABŞ dolları 45 sent ödəniş anı üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla Cavabdeh-dən İddiaçı1 xeyrinə; xx xxxxxx 2018-ci il tarixli 12-80354-103 12.2018 saylı bank əmanəti müqaviləsinə əsasən 50.739 ABŞ dolları əmanət, illik 3 %-lə hesablanmış 1.522 ABŞ dolları 17 sent faiz, müqavilə müddəti bitən xx xxxxxx 2019-cu il tarixdən hazırkı qətnamə qəbul olunduğu tarixədək illik 5 %-lə hesablanmış 500 ABŞ dolları 40 sent olmaqla, cəmi 52.761 ABŞ dolları 57 sent ödəniş anı üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla Cavabdehdən İddiaçı2 xeyrinə; xx xxxxx 2019-cu il tarixli 12-80354-105 04.2019 saylı bank əmanəti müqaviləsinə əsasən 41.200 ABŞ dolları əmanət, illik 2 %-lə hesablanmış 618 ABŞ dolları faiz, müqavilə müddəti bitən xx xxxxxx 2020-ci il tarixdən hazırkı qətnamə qəbul olunduğu tarixədək illik 5 %-lə hesablanmış 338 ABŞ dolları 40 sent olmaqla, cəmi 42.156 ABŞ dolları 40 sent ödəniş anı üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla Cavabdeh-dən İddiaçı2 xeyrinə tutulması, ödənilmiş 30 manat dövlət rüsumunun və 180 manat hüquqi yardım xidmət haqqının Cavabdeh-dən iddiaçıların xeyrinə tutulması, iddianın qalan hissəsinin rədd edilməsi qət edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(006)2358/2020 saylı qətnaməsindən cavabdeh Ləğv prosesində olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi X1 apelyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020ci tarixli, 2(006)-2358/2020 nömrəli qətnaməsinin ləğv edəsiniz və iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh-yə qarşı “qoyulmuş əmanətin və ona hesablanmış faizlərin qaytarılması, maddi zərərin ödənilməsi" tələbinə dair mülki iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki Azərbaycan Respublikası Mərkəzi X5 xx xxxxx 2020-ci il tarixli qərarı ilə "Cavabdeh” ASC-nin bank fəaliyyətinin aparılması üçün verilmiş lisenziyası ləğv edilmişdir. Bundan başqa Bakı Apelyasiya Məhkəməsinin xx xxxxx 2020-ci il tarixli, 2-3(103) - 130/2020 saylı qərarı ilə Cavabdeh müflis elan edilmiş və iflas proseduruna başlanmışdır. Eyni qərarla X1 “Cavabdeh" ASC-nin ləğvedicisi təyin edilmişdir. Hal-hazırda Cavabdeh ləğv prosesində olduğuna görə AR Konstitusiya Məhkəməsi Plenumunun “Banklar haqqında” AR Qanununun 72.1.2, 72.1.3-cü maddələrinin AR MPM-nin 254.2, 153.2.1, 261.0.1cl maddələri ilə, eləcə də AR Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında" AR Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Plenum qərarında irəli sürülmüş hüquqi mövqeyinə uyğun olaraq əmanət tələbi ilə bağlı icraata xitam verilməlidir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini tam müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iştirak etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki,birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mərkəzi X5 xx xxxxx 2020-ci il tarixli qərarı ilə "Cavabdeh” ASC-nin bank fəaliyyətinin aparılması üçün verilmiş lisenziyası ləğv edilmişdir. Bundan başqa Bakı Apelyasiya Məhkəməsinin xx xxxxx 2020-ci il tarixli, 2-3(103) - 130/2020 saylı qərarı ilə Cavabdeh müflis elan edilmiş və iflas proseduruna başlanmışdır. Eyni qərarla X1 “Cavabdeh" ASC-nin ləğvedicisi təyin edilmişdir. Cavabdeh hazırda ləğv prosesində olduğuna görə, AR Konstitusiya Məhkəməsi Plenumunun “Banklar haqqında” AR Qanununun 72.1.2, 72.1.3-cü maddələrinin AR MPM-nin 254.2, 153.2.1, 261.0.1-cl maddələri ilə, eləcə də AR Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında" AR Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx xxxx 2017-ci il tarixli qərarında irəli sürülmüş hüquqi mövqeyinə uyğun olaraq, əmanət tələbi ilə bağlı icraata xitam verilməlidir. Qeyd edilən Plenum qərarına əsasən “Banklar haqqında” AR Qanununun 72.1.2-ci maddəsinin “dayandırma” ifadəsi bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan banka qarşı kreditor tələblərlə bağlı mülki məhkəmə icraatında olan işlərin AR Mülki-Prosessual Məcəlləsinin 254-cü maddəsində nəzərdə tutulmuş qaydada icraatın dayandırılmasını deyil, bu Məcəllənin 261.0.1-ci maddəsinə əsasən icraatına xitam verilməsini nəzərdə tutur. Həmin andan daxil olan ərizələrin qəbul edilməsindən AR Mülki-Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən imtina olunmalıdır. Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinin tələblərinə görə iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 261-262, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(006)2358/2020 saylı qətnaməsi ləğv edilsin. İş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova
Məhkəmə qərarları › İş №2(103)-5784/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5784/2020
01.10.2020 · Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver